Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-788/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (Açar sözlər: vergi borcu, vergi ödəyicisi barəsində məcburiyyət tədbiri, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-****/**** nömrəli ## ### 2026-cı il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, ##.##.1988-cı il tarixində Bakı şəhərində doğulmuş Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" MMC və “xxxx” MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdur.
3. Fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs (VÖEN: **********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hüquqi və fiziki şəxsə ünvanlanmış, ##.##.2021-ci il tarixli **************** nömrəli bildirişə əsasən 126,53 manat borcun, ##.##.2026-cı il tarixli **************** nömrəli bildirişə əsasən 614026,29 manat borcun, ##.##.2026-cı il tarixli 2650020161913700, ##.##.2026-cı il tarixli 265002********** nöməli bildirişə əsasən 43283,69 manat borcun, ##.##.2026-cı il tarixli **************** nömrəli bildirişə əsasən 167755,69 manat borcun, ##.##.2021-ci il tarixli 2139020543422000, ##.##.2026-cı il tarixli 2650020136188900, ##.##.2026-cı il tarixli 265002********** nömrəli bildirişlərə əsaəsn 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
5. "xxxx" MMC-nin və “xxxx” MMC-nin şəxsi hesab vərəqələri ilə təsdiq edilir ki, hüquqi şəxslərin müvafiq fondlara ödənilməmiş borcu vardır.
6. Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, fiziki şəxsin ##.##.2026-cı il tarixinə müvafiq fondlara ödənilməmiş borcu vardır.
Birinci instansiya məhkəməsindəki icraat
7. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxslər tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 591677,53 manat, İşsizlikdən sığorta fonduna olan 41700,65 manat, İcbari Tibbi Sığorta Fonduna olan 167758,18 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (Doğulduğu tarix - ## ###### 1988- ci il, Doğulduğu yer - AZƏRBAYCAN, BAKI, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı şəxs vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 82 manat, Dövlət Sosial Müdafiə Fonduna 3,07 manat, "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 7,69 manat, İcbari Tibbi Sığorta Fonduna 1,67 manat, İşsizlikdən sığorta fonduna 16 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 41700,49 manat, Dövlət Sosial Müdafiə Fonduna 591666,77 manat, İcbari Tibbi Sığorta Fonduna 167755,69 manat olmaqla, ümumilikdə 801136,36 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2021-ci il tarixli 2139020543422000, ##.##.2021-ci il tarixli 2139020543423700##.##.2026-cı il tarixli 2650020136188900, ##.##.2026-cı il tarixli 2650020086672300, ##.##.2026-cı il tarixli 2650020161913700##.##.2026-cı il tarixli 265002**********, ##.##.2026-cı il tarixli 265002**********, ##.##.2026-cı il tarixli **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.
9. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-****/**** nömrəli ## ### 2026-cı il tarixli qətnaməsi ilə (Günay Namazova) ərizənin təmin edilməsi, vergi ödəyicisi olan hüquqi və fiziki şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 591677,53 manat, İşsizlikdən sığorta fonduna olan 41700,65 manat, İcbari Tibbi Sığorta Fonduna olan 167758,18 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri olan - Maraqlı şəxs (VÖEN: **********) (##.##.1988-cı il tarixində Bakı şəhərində anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) barəsində ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumunun maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yaranmış borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi borcunun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində hüquqi şəxs tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Borclu hüquqi şəxsin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.
11. Maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsini, həmçinin apellyasiya şikayətinə baxılanadək, qətnamənin icrasının dayandırılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yalnız borcun mövcudluğu faktına istinad etmiş, lakin Azərbaycan Respublikası Konstitusiyası ilə təmin olunan sərbəst hərəkət etmək və ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün zəruri olan halları tam araşdırmamışdır. Məhkəmə tərəfindən vergi və ya digər məcburi ödənişlərin yerinə yetirilməsindən qəsdən yayınma, dövlət orqanlarından gizlənmə, ölkəni tərk etməklə öhdəliklərin icrasını mümkünsüz etmək niyyəti və ya buna yönəlmiş hər hansı hərəkəti müəyyən edilməmişdir. Məhkəmə qətnaməsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasının hansı səbəbdən zəruri və qaçılmaz tədbir olduğu əsaslandırılmamışdır. Maraqlı şəxs “xxxx” MMC-nin təsisçisi və cəmiyyətin əmlakının mülkiyyətçisi deyil. O yalnız hüquqi şəxsin icra orqanının rəhbəri olmuşdur. Hüquqi şəxsin vergi və digər öhdəliklərinin mövcudluğu özlüyündə direktorun konstitusion hüququnun məhdudlaşdırılması üçün kifayət qədər əsas hesab edilə bilməz. Məhkəmə həmçinin qiymətləndirməmişdir ki, ölkədən getmək hüququnun məhdudlaşdırılması borcun faktiki ödənilməsinə necə xidmət edəcək və bu tədbirin tətbiqi nəticəsində dövlət büdcəsinə və ya müvafiq fondlara ödənişlərin daxil olması hansı qaydada təmin olunacaqdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Maraqlı şəxsin nümayəndəsi-vəkili məhkəməyə vəsatətlə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsində digər məhkəmə iclasında iştirak etdiyindən hazırki iclasda iştirak edə bilmədiyini və bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
17. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi:
Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ... Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ... Maddə 24. Vergi orqanlarının vəzifələri ... 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə; ... Maddə 77. Vergi öhdəliyi ... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. ... Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. ...
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. ...
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs tərəfindən verilən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. İş materiallarından müəyyən olunur ki, Maraqlı şəxs “xxxx” MMC-nin “xxxx” MMC-nin icra orqanının rəhbəridir. Həmin hüquqi şəxslərin və fiziki şəxsin Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən sığorta fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş borcunun mövcudluğu iş materialları ilə təsdiq edilir.
25. Dövlət büdcəsinə olan borcları qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün həm hüquqi şəxslərin, həm də fiziki şəxsin Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən sığorta fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır.
26. Borcun ödənilməsi məqsədilə vergi orqanı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş bildirişlərin göndərilməsinə baxmayaraq, öhdəliyin yerinə yetirilməsi təmin edilməmişdir.
27. Qanunvericiliyə əsasən vergilərin, müvafiq Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və digər məcburi ödənişlərin ödənilməsi vergi ödəyicisinin vəzifəsidir və həmin ödənişlər yerinə yetirilmədiyi təqdirdə vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur (Vergi Məcəlləsi, maddələr 16, 23).
28. Maraqlı şəxsin apellyasiya şikayətinə münasibətdə kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılarkən məhkəmə tərəfindən araşdırılan əsas məsələ - vergi ödəyicisinin qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş və ödənilməmiş borcunun mövcud olub-olmamasıdır. Bu icraat çərçivəsində borcun hesablanmasının düzgünlüyü, vergi bəyannamələrində mümkün texniki və ya metodiki səhvlərin olub-olmaması, eləcə də gələcəkdə aparılan yenidən hesablamanın nəticələri araşdırılmır.
29. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi vergi ödəyicisi tərəfindən vergi öhdəliyi müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, borcun ödənilməsini təmin etmək üsulu kimi hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilməsini nəzərdə tutur. Qanunverici bu tədbirin tətbiqini icra orqanının rəhbərinin öhdəliyin icrasından qəsdən yayınması, dövlət orqanlarından gizlənməsi və ya ölkəni tərk etməklə borcun ödənilməsini mümkünsüz etmək niyyətinin ayrıca sübuta yetirilməsi ilə şərtləndirməmişdir.
30. Maraqlı şəxsin hüquqi şəxsin təsisçisi və ya əmlakının mülkiyyətçisi olmaması da fərqli nəticəyə gəlməyə əsas vermir. Çünki qanunda nəzərdə tutulan məhdudiyyət təsisçiyə və ya hüquqi şəxsin əmlakının mülkiyyətçisinə deyil, məhz hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiq edilir. Maraqlı şəxs “xxxx” MMC-nin rəhbəri olması işdə olan sənədlərlə təsdiq edilmişdir.
31. Məhdudiyyətin zəruriliyi və mütənasibliyi ilə bağlı dəlilə münasibətdə nəzərə alınmalıdır ki, tətbiq olunan tədbir borcun ödənilməsini təmin edən və müvəqqəti xarakter daşıyan qanuni təminat vasitəsidir. Məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda vergi orqanının onun götürülməsi barədə dərhal qərar qəbul etmək vəzifəsi Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsində birbaşa nəzərdə tutulmuşdur.
32. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
33. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu maraqlı şəxsin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.