Məhkəmə qərarları › İş №e-2-2(3-6)-790/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-790/2026

07.07.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-790/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Elşən Uğur oğlunun məruzəsi ilə, Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh4 şirkəti, X3, X2 və “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul və s. tələbinə dair” mülki iş üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-**/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh4 şirkəti tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında yoxlayaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh4 şirkətinə, X3, X2 və “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul və sairə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmi 7459478.31 (yeddi milyon dörd yüz əlli doqquz min dörd yüz yetmiş səkkiz manat, 31 qəpik) manat – bundan 3470443.44 (üç milyon dörd yüz yetmiş min dörd yüz qırx üç manat, 44 qəpik) manat əsas, 1699590.99 (bir milyon altı yüz doxsan doqquz min beş yüz doxsan manat, 99 qəpik) manat faiz, 2289443.88 (iki milyon iki yüz səksən doqquz min dörd yüz qırx üç manat, 88 qəpik) manat cərimə borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiyaya dair xərcinin, iş üzrə ödənilmiş 4119.74 (dörd min bir yüz on doqquz manat, 74 qəpik) manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 135 (yüz otuz beş) manat rüsumun cavabdehlər “X6” MMC-dən, cavabdeh4 şirkətindən və X2 tutulmasına; tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X3 məxsus olan Bakı şəhəri, Səbail rayonu, 4-cü Maqomayev döngəsi 7 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsinə; - yuxarıdakı əmlakın ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılmasına; - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin “X6” MMCdən, cavabdeh4 şirkətindən və X2 tutulmasına; - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin qeyri yaşayış binasının boşaldılaraq, ləğv prosesində olan “xxxx” ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-**/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Günay Həşimova) aşağıdakılar qət edilmişdir: - İddia qismən təmin edilsin. - Cavabdehlər cavabdeh4 şirkətinə, X3, X2 və “X6” Məhdud Məsuliyyətli Cəmiyyətindən 3049695,89 (üç milyon qırx doqquz min altı yüz doxsan beş manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 931135,41 (doqquz yüz otuz bir min yüz otuz beş manat qırx bir qəpik) manat məbləğində faiz borcu, 120000 (yüz iyirmi min) manat məbləğində cərimə borcu, 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 2840,62 (iki min səkkiz yüz qırx manat altmış iki qəpik) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. - Tələb üzrə tutma cavabdeh X3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, 4-cü Maqomayev döngəsi, 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin, həmin qeyri-yaşayış sahəsi açıq hərracda satılsın, qeyri-yaşayış sahəsinin likvid qiyməti 9780000 (doqquz milyon yeddi yüz səksən min) manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ cavabdeh X3 qaytarılsın. - Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlərdən müştərək qaydada tutulsun. - Qalan hissədə iddia rədd edilsin. - İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 150 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X10, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) ödənilsin. - İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 150 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X10, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) ödənilsin. - İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 150 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X10, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) ödənilsin. - İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 100 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X10, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) ödənilsin. - İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 100 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X10, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) ödənilsin. - İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının tədqiqat dəyəri olan 200 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X10, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) ödənilsin. - İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının tədqiqat dəyəri olan 100 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X10, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) ödənilsin. - İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqat dəyəri olan 600 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Caspian Valuation MMCnin bank hesabına (bank: ABB ASC Nərimanov filialı, VÖEN **********, Müxbir Hesab AZ03NABZ01350100000000002944, H.hesab: AZ471BAZ350090019444176788205, KOD: 805711, SWİFT İBAZAZ2X) ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqat dəyəri olan 1150 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası “xxxx” MMC-nin bank hesabına (Kod 505141, VÖEN **********, Müxbir Hesab AZ82NABZ01350100000000071944, SWİFT PAHAAZ22, hesab: AZ12PAHA40060AZNHC**********) ödənilsin. Qeyd edilən qətnamədən cavabdeh cavabdeh4 şirkət apellyasiya şikayət verərək, qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından müəyyən edilir ki, məhkəmənin mübahisələndirilən qətnaməsi ## ### 2026-cı il tarixdə cavabdeh cavabdeh4 Şirkətinin “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Hazırki şikayət isə ## #### 2026-cı il tarixdə vermişdir. Şikayətə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edilməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən ## ### 2026-cı il tarixdə qətnamə əldə edilmişdir, ona görə də prosessual müddətin axımı da həmin vaxtdan başlamışdır. Odur ki, cavabdeh tərəfindən şikayət qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən, şikayət üzrə apellyasiya mümkün sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 135.5-ci maddəsinə görə Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-in 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Hazırki halda apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə verilmişdir. Məcəlləyə əsasən prosessual hərəkətlər bu bəcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır (maddə 130.3). MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki-Prosessual Məcəllənin 128.2-128.3-cü maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Mülki-Prosessual Məcəllənin 129.1-ci maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Müddətin axımının müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanması dedikdə, müddətin, onun başlanğıcının təyin edildiyi təqvim tarixindən sonra saat 00:00:01-dən başlayıb, müvafiq müddətin sonuncu günü saat 00:00:00-da bitməsi başa düşülür. Nəzərə almaq lazımdır ki, bir gün 24 saata bərabərdir, buna görə də təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gün dərhal deyil, saat 00:00:01-dən başlayır və bu saata qədər keçən vaxt hesaba alınmadığı kimi, müddətin sonuncu günü də saat 00:00:00-a qədər olan vaxt hesaba alınmır. Yəni, ## ### 2026-cı ilin başlanğıcı saat 00:00:01-dən başlayır və bir aylıq müddət ## #### 2026-cı il saat 00:00:00-da bitir. Məhkəmə kollegiyası izah edir ki, Mülki-Prosessual Məcəllənin 129.1-ci maddəsində qeyd edilən “müvafiq ayında və günündə” söz birləşməsindəki “müvafiq” ifadəsi aylarla və illərlə hesablanan müddətin axımının başlandığı günə deyil, hadisənin baş vermə vaxtına münasibətdə müəyyən edilir. Göründüyü kimi, cavabdeh qətnamədən şikayət vermək üçün prosessual müddəti ötürdüyü halda, birinci instansiya məhkəməsi həmin xüsusatı yoxlamadan, şikayəti iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh4 şirkəti, X3, X2 və “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul və s. tələbinə dair” mülki iş üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-**/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh4 şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar