Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-798/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (məruzəçi), X4 və X3 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “icarə obyektinin boşaldılması və s. tələbinə dair” kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 və ona məxsus əşyaların iddiaçıya məxsus icarə müqaviləsində qeyd olunan Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər”, 1-ci fəvvarələr küçəsi, ev (bina) № **, 1-ci mərtəbə, qapı 6 ünvanında yerləşən, giriş mərtəbəsi, antresol mərtəbə və -1 mərtəbəsindən ibarət, ümumi sahəsi 338.2 m2 – kvadrat metr olan A* saylı qeyri yaşayış sahəsindən (icarə obyektindən) çıxarılması və həmin obyektin boşaldılması, cavabdehin icarə müqaviləsinin xitamından sonra qeyd olunan obyektlərdən istifadəsinin qanunsuz hesab edilməsi, cavabdehin iddiaçıya məxsus əmlak üzərində faktiki istifadəsinə son qoyulması, o cümlədən cavabdehdən ödənilmiş dövlət rüsumuna görə 100 manat və hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 2000 manat, cəmi 2100 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadına əsasən, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “icarə obyektinin boşaldılması və s. tələbinə dair” iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış və iddiaçıya göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddia ərizəsində müstəsna aidiyyətlə bağlı prosessual normalara istinad etsə də, iddia ərizəsinin məzmunundan da göründüyü kimi tərəflər arasında mübahisə bağlanmış icarə müqaviləsindən irəli gəlir. Cavabdehin iddiaçıya məxsus əmlakından istifadə hüququ məhz icarə münasibətlərindən irəli gəlmişdir və iddiaçı cavabdehin icarə müqaviləsi üzrə öhdəliklərinin pozması səbəbi ilə müqaviləyə xitam verdiyinə istinad edərək icarə obyektinin boşaldılmasını və müqavilə əsasında yaranan faktiki istifadəyə son qoyulmasını xahiş edir. Tərəflər arasında bağlanmış müqavilədə isə məhkəmə aidiyyəti tərəflər arasında xüsusi olaraq müəyyən edilməmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətində qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş, buna görə də ləğv olunmalıdır. Məhkəmə iddia tələbinin hüquqi mahiyyətini düzgün müəyyən etməmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı yalnız müqavilə öhdəliklərinin pozulmasının müəyyən edilməsini deyil, eyni zamanda cavabdehin və ona məxsus əşyaların qeyri yaşayış sahəsindən çıxarılmasını, həmin daşınmaz əmlakın boşaldılmasını, cavabdehin əmlakdan istifadəsinin qanunsuz hesab edilməsini və iddiaçının mülkiyyət hüquqlarının bərpasını tələb etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, cavabdeh cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə dair qeyd edir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində üç növ iddia nəzərdə tutulmuşdur: birincisi – daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; ikincisi – daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi (vindikasiya iddiası); üçüncüsü – mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (neqator iddialar). Yalnız bu növ daşınmaz əşyanın olduğu yerə görə verilir. Lakin hazırkı iddianın predmeti icarə müqaviləsinin ləğvindən irəli gələn qeyri-yaşayış sahəsindən çıxarılması və həmin obyektin boşaldılması və s. ibarətdir və qeyd olunan iddialara aid deyildir. Göründüyü kimi, tərəflər arasında mübahisə bağlanmış icarə müqaviləsindən irəli gəlir və iddiaçı cavabdehin müqavilə üzrə öhdəliklərinin pozması səbəbi ilə müqaviləyə xitam verdiyinə əsaslanaraq icarə obyektinin boşaldılmasını və müqavilə əsasında yaranan faktiki istifadəyə son qoyulmasını xahiş edir. Həmçinin qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış müqavilədə və ya sazişdə məhkəmə aidiyyəti tərəflər arasında müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, məhkəmə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e--*(*-**)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-798/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-798/2026
21.07.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver