Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-820/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (məruzəçi), X6 və X5 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 X1 və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “müsabiqənin və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 X1, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “müsabiqənin və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zaqatala-Uzuntala” rayonətrafı marşrut xəttinin istifadəyə verilməsi ilə bağlı xxxx” X1 tərəfindən keçirilmiş 457-ci lot üzrə ##.##.2026-cı il tarixində keçirilmiş müsabiqənin nəticələrinin və həmin müsabiqə nəticəsində marşrut xətti ilə bağlı Elman Əliyevlə bağlanmış müqavilənin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 2020-ci ildən “Zaqatala-Uzuntala” rayonətrafı marşrut xətti üzrə müqavilə əsasında fəaliyyət göstərmişdir. Həmin xətt üzrə onunla yanaşı, Umuxan Həsənov və Elman Əliyev də sərnişindaşıma fəaliyyəti ilə məşğul olmuşdur. 2026-cı ilin əvvəllərində ona məlum olmuşdur ki, 2025-ci ilin sonlarında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində cavabdeh2 X1 tərəfindən “Zaqatala- Uzuntala” rayonətrafı marşrut xəttinin həvalə edilməsi üzrə müsabiqə elan edilmiş və “Zaqatala- Uzuntala” rayonətrafı marşrut xətti 457-ci lot üzrə ##.##.2026-cı il tarixində keçirilmiş müsabiqənin qalibi olmuş Elman Əliyevə həvalə edilmişdir. Qeyd olunan marşurut xətti ilə bağlı olaraq 2025-ci ilin sentyabr ayından başlayaraq dəfələrlə ölkə rəhbərliyinə, aidiyyəti dövlət orqanlarına, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və cavabdeh2 X1 şikayət ərizələri ünvanlamışdır. Lakin, buna baxmayaraq keçirilmiş müsabiqə ilə bağlı ona məlumat verilməmiş və nəticədə qanunsuz olaraq “Zaqatala-Uzuntala” rayonətrafı marşrut xətti müvəqqəti olaraq Elman Əliyevə həvalə edilmişdir. Ölkə rəhbərliyinə, aidiyyətı dövlət orqanlarına, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və cavabdeh2 X1 ünvanladığı çoxsaylı şikayət ərizələrinə müsabiqə baş tutduqdan sonra cavab olaraq bildirilmişdir ki, “... Sözügedən marşrut xətti üzrə mövcud sərnişin axınının öyrənilməsi ilə bağlı AYNA-nın Şəki regional idarəsinə (İdarə) müvafiq tapşırıq verilmişdir. Belə ki, marşrut xəttinin başlanğıc və aralıq məntəqələri üzrə monitorinq keçirilmişdir. Bu zaman fərdi sahibkar Elman Əliyevə müvəqqəti həvalə edilmiş saat 07:30 reysi üzrə müəyyən sayda sərnişin daşınması qeydə alınmışdır. Beləliklə, Elman Əliyev tərəfindən həmin reys üzrə daşımaların yerinə yetirilməsi məqsədəuyğun hesab edilmiş, həmçinin mübahisəli məsələlərin kökündən həll edilməsi üçün marşrut xətti müsabiqəyə çıxarılmışdır. Qeyd edirik ki, müsabiqələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ##### 2009-cu il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na (Qayda) əsasən həyata keçirilir. Sözügedən marşrut xəttinin müsabiqəyə çıxarılması ilə bağlı ##.##.2025-ci il tarixində mediada və AYNA-nın rəsmi internet səhifəsində elan verilmişdir. Müsabiqənin keçirilməsi qaydaları və şərtləri barədə ətraflı məlumatlar sözügedən marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti göstərən fərdi sahibkarlara məlumat verilmişdir. Bu zaman İddiaçı müsabiqəyə avtonəqliyyat vasitələrini təqdim edə bilməyəcəyini qeyd etmiş və müsabiqənin dayandırılması ilə bağlı şikayət edəcəyini bildirmişdir. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmışdır. Qərardaddan iddiaçı şilayət verərək, onun ləğv edilməsini və ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh etiraz təqdim edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının cavabdehlərə qarşı olan tələbi sonuncuların sahibkarlıq fəaliyyətindən irəli gəlmir, inzibati orqan kimi öz səlahiyyətlərindən istifadə edərək həyata keçirdiyi fəaliyyətlə bağlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Mübahisənin predmeti ümumi (publik) hüquq sahəsinə aid olan məsələ - dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınması - ilə bağlıdır. Göründüyü kimi, hazırkı mübahisə cavabdeh2 X1 inzibati orqan qismində inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətlə bağlıdır. Qanun müəyyən edir ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (“İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi). İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir (“İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” ##.##.2020-ci il tarixli ** nömrəli Qərarının 12-ci bəndində bu meyarı dəqiqliklə təhlil edərək, qeyd etmişdir ki, “... məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.” İşin hallarından göründüyü kimi, iddiaçının cavabdehlərə qarşı olan tələbi onların sahibkarlıq fəaliyyətindən irəli gəlmir, inzibati orqan kimi öz səlahiyyətlərindən istifadə edərək həyata keçirdiyi fəaliyyətlə bağlıdır. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Göründüyü kimi verilmiş ərizədə ərizəçinin tələbində göstərdiyi mübahisənin həlli də adıçəkilən inzibati orqanın fəaliyyəti ilə bağlıdır. Bu halda hazırkı iddia tələbinə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli * nömrəli Qərarının 15.4-cü bəndində göstərilir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olduğundan şikayətin dəlilləri qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir. MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-820/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-820/2026
21.07.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver