Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-830/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadından iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxıb, m ü ə y y ə n e t d i:
1. Iddiaçı İddiaçı cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyana görə 1 088 132 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı ilə iş məhkəmənin icraatına qəbul edilmiş, ## #### 2026-cı il tarixli qərardadı ilə isə iddia ərizəsi baxılmamış saxlanılmışdır.
4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi iş üzrə ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli məhkəmə hazırlıq iclaslarının onun iştirakı olmadan keçirilməsi barədə ərizə təqdim etsə də, iştirak etməməsinin üzrlü səbəblərini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin Yasamal Rayon Məhkəməsində keçirilmiş üç hazırlıq iclasının heç birində nə iddiaçı, nə də cavabdeh iştirak etmişdir. Beləliklə, iddia ərizəsinin ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim edilməsindən ##.##.2026-cı il tarixədək, yəni təxminən altı ay ərzində iddiaçı və ya onun nümayəndəsi heç bir məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə MPM-in 259.0.6 və 259.0.7-ci maddələrinə istinad edərək, iddia ərizəsinin baxılmamış saxlanılması qənaətinə gəlmişdir.
5. Iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işin baxılmasının davam etdirilməsini xahiş etmişdir. 6.Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində nəzərdə tutulmuş əsasları yaratmır. Həmin normalara görə, iddia ərizəsi yalnız iddiaçı məhkəmə iclasına gəlmədiyi və bu barədə məhkəməyə əvvəlcədən məlumat vermədiyi halda baxılmamış saxlanıla bilər. Halbuki, qərardadda da qeyd edildiyi kimi, iddiaçı tərəf məhkəməyə gəlməyəcəyi barədə əvvəlcədən məlumat vermiş, hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Həmçinin iddiaçının iclasda iştirak etməməsi məhkəməyə hörmətsizlik kimi qiymətləndirilə bilməz. Belə ki, iddia predmeti üzrə borc tərəflər və maraqlı şəxs “xxxx” MMC-nin iştirakı ilə tərtib edilmiş aktla etiraf olunmuş, bu hal qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş, müvafiq sübutlar məhkəməyə təqdim olunmuş, cavabdeh isə iddiaya etiraz verməmişdir. Bu səbəbdən iddiaçının hazırlıq iclasında iştirakı işin həlli üçün zəruri olmamışdır. Bundan əlavə, ərizənin baxılmamış saxlanılması eyni iddia ilə yenidən məhkəməyə müraciət edilməsinə, əlavə vaxt itkisinə və məhkəmələrin iş yükünün əsassız artmasına səbəb olacaqdır.
7. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı ilə iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: ... 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə; ... Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri ... 260.6. Iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.
Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: ... 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; ... 9.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı ləğv edilməli, kommersiya işi baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
10. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanılmasını MPM-in 259.0.6 və 259.0.7-ci maddələri ilə əsaslandırmışdır. Ilk növbədə qeyd edilməlidir ki, bu əsaslar hər biri müstəqil olmaqla, onların eyni vaxtda tətbiq edilməsi mümkün deyildir. Belə ki, onlardan biri hər iki tərəfin məhkəmə iclasına gəlməməsi halını, digəri isə yalnız iddiaçının məhkəmə iclasında iştirak etməməsi halını nəzərdə tutur. Eyni zamanda, həmin normaların məzmunundan göründüyü kimi, iddia ərizəsinin baxılmamış saxlanılması üçün zəruri şərtlərdən biri tərəfin işə onun iştirakı olmadan baxılmasını xahiş etməməsidir.
11. Qeyd edilən maddələrin dispozisiyasına əsasən, iddia ərizəsinin baxılmamış saxlanılması üçün tərəfin məhkəmə iclasına gəlməməsi ilə yanaşı, işə onun iştirakı olmadan baxılması barədə əvvəlcədən müraciət etməməsi də tələb olunur. Deməli, tərəfin işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyi təqdirdə, həmin normaların tətbiqi üçün qanunla nəzərdə tutulmuş zəruri şərtlər mövcud olmur. 12.Iş materiallarından görünür ki, iş üzrə iki hazırlıq iclası keçirilmişdir. Həmin iclaslardan əvvəl iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə yazılı ərizələr təqdim edərək, hazırlıq iclaslarının onun iştirakı olmadan keçirilməsini və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. 13.Beləliklə, iddiaçının nümayəndəsi (vəkili) hazırlıq iclaslarının onun iştirakı olmadan keçirilməsinə dair iradəsini əvvəlcədən məhkəməyə açıq şəkildə bildirmişdir. Bu səbəbdən, MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində nəzərdə tutulmuş “işə tərəfin iştirakı olmadan baxılması barədə xahişin olmaması” şərti hazırkı iş üzrə mövcud olmamışdır.
14. Bu halda birinci instansiya məhkəməsinin iddiaçının nümayəndəsinin (vəkilinin) məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəblərini təsdiq edən sübutların təqdim edilməməsinə istinad etməsi də əsaslı hesab edilə bilməz. Belə ki, MPM-in 259.0.6 və 259.0.7-ci maddələrini tətbiq edən məhkəmə ilk növbədə tərəflərin işə onların iştirakı olmadan baxılması barədə müraciətinin olub-olmamasını aydınlaşdırmalıdır. Yalnız belə müraciət olmadığı təqdirdə məhkəmənin növbəti addımı tərəflərin məhkəmə iclasında iştirak etməməsinin səbəblərini araşdırmaq və bu səbəblərin üzrlü olub-olmamasına qiymət vermək olmalıdır. Buna görə də, iddiaçının işə onun iştirakı olmadan baxılmasını xahiş etməsi şəraitində onun məhkəmə iclasında iştirak etməməsinin səbəbləri MPM-in 259.0.6 və 259.0.7-ci maddələrinin tətbiqi üçün əsas hesab edilə bilməz. 15.Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur. Buna görə də şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı ləğv edilməli və kommersiya işi baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. 16.Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. 17.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Iddiaçı İddiaçı cavabdeh Seifi Mirhamidə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı ləğv edilsin. Kommersiya işi baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.