Məhkəmə qərarları › İş №e-2-2(3-6)-861/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-861/2026

28.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-861/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Elşən Uğur oğlu (məruzəçi), Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əldən çıxmış faydanın tutulması tələbinə dair” kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq Müəyyən etdi: İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh İddiaçı ASC-nin xeyrinə ##.##.2019-cu il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 4239.2 manat əldən çıxmış fayda borcun və 70 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişi) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsinə əsasən iddia ərizəsi təmin edilmiş, cavabdеh Cavabdeh ##.##.2022-ci il tarixindən ##.##.2023- cü il tarixinədək illik 5% ilə hesablanmış 4239,2 manat əldən çıxmış fayda məbləği və dövlət rüsumunun əvəzi olaraq 62 manat tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. ##.##.2026-ci il tarixndə cavabdeh Cavabdeh oğlu tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı ##.##.2026-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-ci il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra, ##.##.2026-ci il tarixində cavabdeh Cavabdeh ərizə ilə müraciət edərək, prosessual müddətin buraxılmasının ondan asılı olmayan səbəblərlə bağlı olduğunu nəzərə alaraq, apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasını üzrlü hesab edilməsini, təqdim edilmiş apellyasiya şikayətini qəbul edərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qərardadına əsasən Cavabdeh Cavabdeh müddətin bərpasına dair ərizəsinin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-ci il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üzrə prosessual müddət cavabdeh Cavabdeh münasibətdə bərpa edilməsi və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qeyd edilən qərardaddan iddiaçı İddiaçı ASC şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı, ##.##.2026-cü tarixli qərardadının ləğv edilməsi, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair cavabdeh Cavabdeh ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, e-*-*(***)-***/**** saylı qətnamə 02 aprel tarixində elektron kabinetə yerləşdirilmişdir. Cavabdeh tərəfin qətnaməni gec görməsi müddətin bərpa olunması üçün əsas deyil. Həmçinin Bakı Kommersiya Məhkəməsi tərəfindən çıxarılmış ##.##.2026-cı il tarixli e-*-*(***)-***/**** saylı qərardadda da Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsi cavabdeh Cavabdeh Şah İsmayıl oğlunun elektron kabinetinə ##.##.2026-ci il tarixdə yerləşdirildiyi, lakin qətnamədən verilmiş apellyasiya şikayəti Cavabdeh tərəfindən ## ### 2026-cı il tarixdə, yəni, qətnamədən apellyasiya şikayətinin verilmə müddəti bitdikdən təxminən 4 gün müddət keçdikdən sonra elektron kabinetə yerləşdirildiyi qeyd olunmuşdur. Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək istəməsi, bunun üçün ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etməsi həmin qətnamənin icrasına mane olmaq, qətnamənin icrasından müvəqqəti olaraq bu formada yayınmaqdır. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qəradadına əsasən cavabdeh Cavabdeh Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpası barədə ərizəsi (vəsatəti) təmin edilmişdir. Bakı Komersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Kollegiya hesab edir ki, MPM-in 133.1-ci maddəsi tətbiq edilərkən üç hal müəyyən edilməlidir: birincisi, müddətin buraxılmasına səbəb olmuş konkret maneənin mövcudluğu; ikincisi, həmin maneənin şəxsin iradəsindən asılı olmaması və ağlabatan tədbirlər vasitəsilə aradan qaldırıla bilməməsi; üçüncüsü, həmin maneə ilə prosessual müddətin buraxılması arasında birbaşa səbəbli əlaqənin olması. Birinci instansiya məhkəməsi iş materialları əsasında müəyyən etmişdir ki, məhkəmənin qətnaməsi şikayət edən tərəfin elektron kabinetinə ##.##.2026-cı il tarixində yerləşdirilmişdir, lakin hazırkı şikayətə və ərizəyə cavabdeh tərəfindən əlavə edilmiş elektron kabinetlərindən çıxarışdan görünür ki, qətnamə onun kabinetinə ##.##.2026-cı il tarixində deyil, (elektron məhkəmə informasiya sisteminin yenilənməsi zamanı texniki problemlərin mövcüd olduğu dövrdə) ##.##.2026-cı il tarixində yerləşdirilmişdir. Məhkəmə sistemində qətnamənin ## ##### 2026-cı il tarixində, cavabdehin kabinetində isə fərqli olaraq ##.##.2026-cı il tarixində görünməsi, məhkəmə və tərəflərdən asılı olmayan hal kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən birinci dəfə şikayət ##.##.2026-ci il tarixində verilmiş, lakin Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli e-2-2(113)-104/2025 qərardadına əsasən (şikayət prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, prosessual müddət ötürüldüyünə görə) geri qaytarılmışdır. Göründüyü kimi cavabdeh tərəfindən birinci apellyasiya şikayəti müddət ötürülmədən vaxtında verilmişdir. Bütün bunları nəzərə alaraq və cavabdeh öz sübutunu (qətnamənin alınması tarixinə dair kabinetinin görüntüsü) ərizəyə əlavə etdiyi üçün, birinci apellyasiya şikayəti vaxtında verilmiş kimi hesab edilməlidir. Kollegiya qeyd edir ki, cavabdeh ilk dəfə apellyasiya şikayətini prosessual müddət daxilində verməməsi ondan asılı olmayan səbəblərdən – EMİS-də mövcud olmuş texniki xəta səbəbindən baş tutmamışdır. Həmçinin Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası tərəfindən 2026-cı ilin ## #### tarixindən etibarən “Elektron məhkəmə” informasiya sisteminin yeni versiyasına keçilməsi və nəticədə inteqrasiya problemlərinin yarandığı hamıya məlum olan haldır. Məhkəmə kollegiyası hesab edir ki, prosessual müddətin buraxılmasına səbəb olmuş “Elektron məhkəmə” informasiya sistemində texniki nasazlıqlar tərəfin iradəsindən asılı olmayan, onun tərəfindən aradan qaldırılması mümkün olmayan və prosessual hərəkətin qanunla müəyyən edilmiş müddətdə həyata keçirilməsinə obyektiv maneə yaradan hal kimi qiymətləndirilməlidir. İş materiallarından müəyyən olunur ki, müvafiq dövrdə EMİS-in fəaliyyətində yaranmış texniki problemlər nəticəsində məhkəmə aktlarının sistemə vaxtında yerləşdirilməsi və ya istifadəçilərin həmin sistem vasitəsilə prosessual hərəkətləri həyata keçirməsi çətinləşmişdir. Tərəfin bu vəziyyətin aradan qaldırılmasına real təsir imkanının olmaması nəzərə alınmaqla, həmin hal MPM-in 133.1ci maddəsi baxımından üzrlü səbəb hesab edilə bilər. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Şikayətin dəlilləri əsassızdır. Cavabdehin hərəkəti prosessual hüquqlardan sui-istifadəyə yox, barələrində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar