Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-862/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın girov predmeti olan əşyalara yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası” barədə ərizənin təmin edilməməsinə dair Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Iddiaçı İddiaçı ASC cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ##.##.2021-ci tarixli kredit müqaviləsi üzrə 753 485,66 ABŞ dolları əsas borc, 58 399,72 ABŞ dolları faiz borcu, 164 392,55 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 976 277,93 ABŞ dolları və ##.##.2020-ci tarixli kredit müqaviləsi üzrə 7 418,20 manat faiz borcu və 48 521,95 manat cərimə borcu olmaqla, cəmi 55 940,15 manat məbləğində pulun, həmçinin ödənilmiş məhkəmə xərcinin əvəzi kimi 1 945 manat məbləğində pulun tutulmasını, kredit müqavilələri üzrə tələbin girov predmeti olan əşyalara yönəldilməsini tələb etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən ##.##.2021-ci tarixli kredit müqaviləsi üzrə 753 485,66 ABŞ dolları əsas borc, 43 194,27 ABŞ dolları faiz borcu və 22 604,57 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 819 284,50 ABŞ dolları və ##.##.2020-ci tarixli kredit müqaviləsi üzrə 1 612,33 manat faiz borcu və 300 manat cərimə borcu olmaqla, cəmi 1 912,33 manat məvləğində pulun, həmçinin ödənilmiş məhkəmə xərcinin əvəzi kimi 1 487,15 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
3. Qətnamə ##.##.2025-ci il tarixdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilmiş, o cümlədən cavabdeh cavabdeh1 məxsus, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilmiş və bu barədə məlumat cavabdehin təsdiq edilmiş elektron poçt ünvanına (HYPERLINK "mailto:elektron ünvan 1" elektron ünvan 1) göndərilmişdir.
4. Qətnamədən ilk dəfə ##.##.2026-cı il tarixdə cavabdeh cavabdeh1 tərəfindən elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmiş, lakin Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır.
5. Həmin qərardaddan cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadı ilə təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Qərardad ##.##.2026-cı il tarixdə cavabdeh cavabdeh1 məxsus elektron kabinetə yerləşdirilmişdir.
7. Cavabdeh cavabdeh1 tərəfindən qətnamədən növbəti dəfə ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilmiş, şikayətə həmçinin, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmişdir. Ərizədə cavabdeh qətnamə ilə tanış olduqdan dərhal sonra apellyasiya şikayəti verdiyini göstərərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası”na dair ərizə təmin edilməmiş, ##.##.2026-cı il tarixdə verilmiş apellyasiya şikayəti cavabdehə geri qaytarılmışdır. 9.Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin ərizədə göstərdiyi hallar öz təsdiqini tapmamışdır. Belə ki, qətnamə ##.##.2025-ci il tarixdə cavabdehin elektron kabinetində yerləşdirilmiş, cavabdehin həmin tarixdən apellyasiya şikayəti vermək üçün kifayət qədər müddəti olmuş, lakin müəyyən edilmiş prosessual müddət ərzində müvafiq prosessual hərəkətləri həyata keçirməmişdir.
10. Cavabdeh cavabdeh1 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin mümkün hesab olunaraq apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. 11.Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh qətnamə ilə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə tanış olduqdan dərhal sonra apellyasiya şikayəti vermişdir. Əvvəllər təqdim edilmiş apellyasiya şikayəti müddətin ötürülməsi və müddətin bərpası barədə ərizənin təqdim edilməməsi səbəbindən mümkün hesab edilməmişdir. Hazırkı apellyasiya şikayəti ilə birlikdə isə buraxılmış müddətin bərpası barədə ərizə təqdim edilmiş və cavabdeh qətnamədən xəbər tutduğu vaxtdan dərhal sonra şikayət verdiyini göstərərək müddətin bərpasını xahiş etmişdir. Bu səbəbdən hesab etmişdir ki, müddətin buraxılması üzrlü səbəblə bağlı olmuşdur.
12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. ... Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. ... Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. ... Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi ... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. ... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ...
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının ## ###### 2006-cı il tarixli qərarı: Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. 15.Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 16.Hazırkı iş üzrə mübahisə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün qanunla nəzərdə tutulmuş əsasların mövcud olub-olmamasının müəyyən edilməsi ilə bağlıdır. 17.Bu baxımdan kollegiya ilk növbədə qeyd edir ki, prosessual müddətin bərpası müstəsna xarakter daşıyan prosessual təminat olmaqla, yalnız müddətin buraxılmasının şəxsin iradəsindən asılı olmayan, obyektiv və aradan qaldırılması mümkün olmayan səbəblərdən irəli gəldiyi, habelə həmin səbəblərin prosessual hərəkətin qanunla müəyyən edilmiş müddətdə həyata keçirilməsini faktiki olaraq mümkünsüz etdiyi sübuta yetirildiyi hallarda tətbiq edilə bilər. Odur ki, müddətin bərpasını tələb edən şəxs yalnız müəyyən hallara istinad etməklə kifayətlənməməli, həm həmin halların mövcudluğunu, həm də onların prosessual müddətin buraxılmasına səbəb olduğunu mötəbər sübutlarla təsdiq etməlidir.
18. Iş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ##.##.2025-ci il tarixdə cavabdehə məxsus elektron kabinetə yerləşdirilmiş, eyni zamanda bu barədə onun təsdiq edilmiş HYPERLINK "mailto:elektron ünvan 1" elektron ünvan 1 adlı elektron poçt ünvanına bildiriş göndərilmişdir.
19. MPM-in 135.5 və 135.8-ci maddələrinin tələblərinə əsasən məhkəmə sənədi elektron kabinetə yerləşdirildiyi andan rəsmi qaydada verilmiş hesab olunur. Göründüyü kimi ##.##.2025-ci il tarixdən etibarən cavabdehin məhkəmə aktı ilə tanış olmaq və qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək üçün hüquqi imkanı yaranmışdır.
20. MPM-in 360-cı maddəsinə əsasən qətnamədən apellyasiya şikayəti onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Lakin iş materiallarından görünür ki, cavabdeh ilk apellyasiya şikayətini ##.##.2026-cı il tarixdə, yəni qətnamənin rəsmi qaydada təqdim edilməsindən təxminən üç aya yaxın müddət keçdikdən sonra vermişdir. Həmin apellyasiya şikayəti də qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi səbəbindən birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə geri qaytarılmışdır.
21. Cavabdeh sonradan təqdim etdiyi apellyasiya şikayətinə əlavə etdiyi prosessual müddətin bərpasına dair ərizəsində müddətin buraxılmasını onunla əsaslandırmışdır ki, qətnamə ilə "Elektron məhkəmə" informasiya sistemində tanış olduqdan dərhal sonra apellyasiya şikayəti vermişdir. Lakin kollegiya hesab edir ki, həmin dəlil iş materialları ilə öz təsdiqini tapmır.
22. Belə ki, iş materialları ilə müəyyən olunur ki, qətnamə ##.##.2025-ci il tarixdə cavabdehə rəsmi qaydada təqdim edildiyi halda, ilk apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə verilmiş, yəni cavabdehin iddia etdiyi kimi qətnamə ilə tanış olduqdan dərhal sonra deyil, qanunla müəyyən edilmiş apellyasiya şikayəti vermək müddəti başa çatdıqdan xeyli sonra təqdim edilmişdir. Bundan əlavə, həmin apellyasiya şikayətinin də prosessual müddətin ötürülməsi səbəbindən geri qaytarılması cavabdehin göstərdiyi halın iş materialları ilə uzlaşmadığını bir daha təsdiq edir. 23.Bununla yanaşı, cavabdeh qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayətinin verilməsinə mane olmuş, onun iradəsindən asılı olmayan, obyektiv və aradan qaldırılması mümkün olmayan hər hansı halın mövcudluğunu göstərməmiş, belə halları təsdiq edən hər hansı sübut da təqdim etməmişdir. Halbuki, prosessual müddətin bərpası yalnız belə halların mövcudluğu sübuta yetirildikdə mümkündür.
24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. 25.Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. 26.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.