Məhkəmə qərarları › İş №e-2-2(3-6)-867/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-867/2026

05.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qәrardad Bakı şəhəri İş № e-2-2(3-6)-867/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Cavabdeh cavabdeh2 tərəfindən verilmiş işin aidiyyəti üzrə göndərilməsi barədə ərizənin təmin edilməməsi barədə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadından cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxıb, m ü ә y y ә n e t d i:

1. Iddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh1 MMC, cavabdeh2, cavabdeh5, cavabdeh4 və cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 155 775,55 manat əsas borc, 11 277,31 manat faiz borcu olmaqla cəmi 167 052,86 manat, ##.##.2025-ci il tarixli kredit müqaviləsi üzrə 82 043,90 manat əsas borc, 5 606,99 manat faiz borcu olmaqla cəmi 87 650,89 manat pulun, habelə ödənilmiş 102,80 manat xərc və 547,42 manat dövlət rüsumunun tutulmasını, tutmanın cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlaka, habelə cavabdeh4 (7/8 hissə) və cavabdeh5 (1/8 hissə) mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən əmlaka yönəldilərək hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsini tələb etmişdir.

2. Cavabdeh cavabdeh2 ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yaşadığından Bakı Kommersiya Məhkəməsinin yerləşdiyi ərazi onun yaşayış yerindən xeyli uzaqdır. Bu hal məhkəmə iclaslarında mütəmadi iştirakını həm vaxt itkisi, həm də əlavə nəqliyyat xərcləri baxımından çətinləşdirir. Iş üzrə bir neçə məhkəmə iclasının keçirilməsi nəzərə alındıqda, bu məsafə onun müdafiə hüququnun səmərəli həyata keçirilməsinə maneə yarada bilər. Buna görə də işin aidiyyəti üzrə yaşayış yerinə daha yaxın olan Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı ilə ərizə təmin edilməmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından və iddia ərizəsindən müəyyən olunur ki, iddia ünvanları müxtəlif olan bir neçə cavabdehə (bir hüquqi və dörd fiziki şəxsə) qarşı verilmişdir. Cavabdeh cavabdeh2 yaşayış və qeydiyyat yeri Abşeron rayonu ərazisinə aid olsa da, digər cavabdehlərin Bakı şəhərində qeydiyyatda olması müəyyən edilir. Mülki prosessual qanunvericiliyə əsasən, ünvanları müxtəlif olan bir neçə cavabdehə qarşı iddia verildikdə iddiaçı məhkəməni seçmək hüququna malikdir. Iddiaçı da həmin hüquqdan istifadə edərək iddianı Bakı Kommersiya Məhkəməsinə təqdim etmişdir. Bu səbəbdən iş həmin məhkəmənin ərazi aidiyyətinə uyğun olaraq icraata qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə cavabdeh cavabdeh2 işin Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatətini əsassız hesab etmişdir.

5. Cavabdeh cavabdeh2 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsini hazırkı mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, vəsatətdə ərazi aidiyyəti qaydalarının pozulması deyil, işə eyni səviyyəli və eyni səlahiyyətli Sumqayıt Kommersiya Məhkəməsində baxılmasının məqsədəuyğunluğu əsaslandırılmışdır. Cavabdeh Abşeron rayonu, Xırdalan şəhərində yaşadığından Bakı Kommersiya Məhkəməsinin yaşayış yerindən uzaqda yerləşməsi, iş üzrə ekspertiza təyin ediləcəyi və çoxsaylı məhkəmə iclaslarının keçiriləcəyi nəzərə alındıqda, məhkəmə iclaslarında iştirakının əlavə vaxt və nəqliyyat xərcləri yaratmaqla müdafiə hüququnun və prosessual hüquqlarının səmərəli həyata keçirilməsini çətinləşdirəcəyi bildirilmişdir. Buna baxmayaraq, məhkəmə həmin halları araşdırmamış, yaşayış yeri ilə məhkəmə arasındakı məsafənin cavabdehin müdafiə hüququna təsirini qiymətləndirməmiş və MPM-in 9.1-ci maddəsinin tələblərinə uyğun olmayan qərardad qəbul etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı ilə cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tәtbiq edilәn hüquq:

8. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsi:

Maddә 35. Iddianın cavabdehin olduğu yerә görә verilmәsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. ... Maddә 36. Iddiaçının seçmәsinә görә aidiyyәt ... 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. ... Maddә 44. Mәhkәmәnin öz icraatına qәbul etdiyi işi başqa mәhkәmәyә vermәsi 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda.

Maddә 398. Apellyasiya instansiyası mәhkәmәsinin sәlahiyyәti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ...

9. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)- ****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

10. MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə isə, rəsmi yaşayış yeri və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə qarşı iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.

11. Iş materiallarından görünür ki, hazırkı iddia bir hüquqi və dörd fiziki şəxsə qarşı irəli sürülmüşdür. Cavabdeh cavabdeh2 rəsmi qeydiyyat ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşir, digər cavabdehlərin də rəsmi qeydiyyat və hüquqi ünvanları ünvan 3əhkəməsinə təqdim edilməsi MPM-in 35.1 və 36.2-ci maddələrinin tələblərinə uyğun olmuşdur.

12. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində iddianın aidiyyət qaydalarının pozulması ilə Bakı Kommersiya Məhkəməsinin icraatına qəbul edildiyini mübahisələndirməmiş, yalnız faktiki yaşayış yerinin Abşeron rayonu, Xırdalan şəhərində yerləşməsini əsas gətirərək işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmasının onun üçün daha əlverişli olduğunu bildirmişdir.

13. Lakin MPM-in 44.2-ci maddəsində işin başqa məhkəməyə verilməsinə əsas verən hallar konkret və məhdud şəkildə sadalanmışdır.

14. Kollegiya qeyd edir ki, cavabdehin faktiki yaşayış yerinin Abşeron rayonu ərazisində olması, Bakı Kommersiya Məhkəməsinə gedişlə bağlı vaxt və nəqliyyat xərclərinin yaranması, habelə iş üzrə bir neçə məhkəmə iclasının keçirilməsi ehtimalı MPM-in 44.2-ci maddəsində nəzərdə tutulmuş hallara aid deyildir. Buna görə də həmin hallar işin başqa məhkəməyə verilməsi üçün hüquqi əsas təşkil etmir.

15. Bu baxımdan, cavabdehin məhkəməyə çıxış və müdafiə hüququnun pozulmasına dair dəlilləri də əsassızdır. Belə ki, cavabdeh aidiyyət qaydalarının pozulduğunu deyil, yalnız işə başqa məhkəmədə baxılmasının onun üçün daha əlverişli olduğunu göstərmişdir. Halbuki, prosessual qanunvericilik işin başqa məhkəməyə verilməsini tərəfin rahatlığı ilə deyil, yalnız qanunda nəzərdə tutulmuş halların mövcudluğu ilə şərtləndirir. Hazırkı iş üzrə isə belə hallar müəyyən edilməmişdir. Məhkəməyə çıxış hüququ isə tərəfin işə baxacaq məhkəməni öz mülahizəsinə uyğun müəyyən etmək hüququnu deyil, qanunla müəyyən edilmiş aidiyyət qaydaları çərçivəsində məhkəmə müdafiəsindən istifadə imkanını ifadə edir.

16. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin Bakı Kommersiya Məhkəməsinin icraatında saxlanılması barədə düzgün nəticəyə gəlmiş, cavabdehin ərizəsini təmin etməməklə prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Cavabdehin şikayətində göstərilən dəlillər qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

17. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ә r a r a a l d ı: Cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar