Məhkəmə qərarları › İş №e-2-2(3-6)-869/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-869/2026

05.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-869/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin qaytarılması və pul” tələbinə dair kommersiya mübahisəsi üzrə məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxıb, m ü ə y y ə n e t d i:

1. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, YTO ESK 454” markalı 1 ədəd traktorun cavabdeh cavabdeh2 tərəfindən saz və işlək vəziyyətdə ona qaytarılması və cavabdehlərdən ##.##.2024-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 3 487,35 manat gecikdirilmiş və 1 010,88 manat cərimə borcunun, həmçinin ödənilmiş 110,01 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsi və ekspert rəyi təqdim edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır.

3. Iddiaçı İddiaçı ASC həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

4. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işin ##.##.2025-ci ildən icraatda olmasını, icraatın təkrar dayandırılmasının iddiaçıya vurduğu zərəri və prosesin əsassız uzadılmasını nəzərə almamışdır. Iş üzrə əvvəllər də analoji əsaslarla dayandırma tətbiq edilmiş, lakin nəticə əldə olunmamışdır. Buna baxmayaraq, məhkəmə təkrar ekspertizanın təyin edilməsini və icraatın yenidən dayandırılmasını zəruri hesab etmiş, lakin bu zərurəti əsaslandırmamışdır. Cavabdeh lizinq müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmir, nəticədə iddiaçı maliyyə zərəri ilə üzləşir, lizinq predmeti olan əmlak isə cavabdehin istifadəsində olmaqla dəyərdən düşür. Qərardad qəbul edilərkən lizinq ödənişlərinin edilməməsi, maliyyə öhdəliklərinin mövcudluğu nəzərə alınmamışdır. Təkrar ekspertiza və icraatın dayandırılması işin lüzumsuz uzadılmasına səbəb olur. Iş üzrə məsələlər operativ həll edilməli, icraat əsassız olaraq uzadılmamalıdır.

5. Bakı Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. ... Maddə 255. Məhkəmənin icraatı dayandırmaq hüququ 255.0. Məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə aşağıdakı hallarda iş üzrə icraatı dayandıra bilər: ... 255.0.5. məhkəmə tərəfindən ekspertiza təyin olunduqda; ... Maddə 256. Icraatı dayandırma müddətləri 256.0. Iş üzrə icraat aşağıdakı müddətdə dayandırılır: ... 256.0.2. bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda tərəfin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin tərkibində olub dövlət vəzifəsini yerinə yetirməsi qurtaranadək, qulluq ezamiyyətindən qayıdanadək, tərəfin müalicə müəssisəsindən buraxılmasınadək, cavabdehin axtarışının nəticələri məlum olanadək, ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək, məhkəmə tapşırıgına cavab alınanadək; ... Maddə 258. Iş üzrə icraatın dayandırılması və təzələnməsi qaydası ... 258.2. Iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər.

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; ...

7. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

8. Məhkəmənin əsas vəzifələrindən biri iş üzrə əhəmiyyət kəsb edən halları tam, hərtərəfli və obyektiv araşdırmaq, tərəflərin təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməkdən ibarətdir. Iş materiallarından görünür ki, iddiaçı müqavilənin ləğvi və müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə yanaşı, lizinq predmeti olan əşyanın saz və işlək vəziyyətdə qaytarılmasını da tələb etmişdir. Cavabdeh isə lizinq predmetinin əvvəldən istifadəyə yararsız olduğunu bildirmişdir. Bu baxımdan, lizinq predmetinin istismara yararlı olubolmaması,

9. mövcud qüsurların istehsal qüsurundan, yaxud texnikanın istismarı nəticəsində yaranıb-yaranmamasının müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir.

10. Qeyd edilməlidir ki, prosessual qanunvericilikdə ekspertizanın təyin edilməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Ekspertizanın təyin edilməsi məhkəmənin sübutların qiymətləndirilməsi və iş üzrə əhəmiyyətli halların müəyyən edilməsi məqsədilə həyata keçirdiyi prosessual hərəkət olduğundan, şikayətin bu hissə üzrə dəlilləri ayrıca mübahisələndirmə predmeti hesab edilə bilməz.

11. Icraatın dayandırılması hissəsinə gəldikdə isə, MPM-in 255.0.5-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi icraatın dayandırılması üçün əsaslardan biridir. Ekspertiza tədqiqatının müəyyən vaxt tələb etdiyi hallarda icraatın dayandırılması məhkəmənin qanunla nəzərdə tutulmuş hüququdur.

12. Şikayətin cavabdehin lizinq ödənişlərini yerinə yetirməməsi, borcun mövcudluğu, maliyyə itkiləri və lizinq predmetinin dəyərdən düşməsi barədə dəlilləri iş üzrə icraatın dayandırılmasının əsassız olmasına dəlalət edə bilməz.

13. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsasla iş üzrə icraatı dayandırmaqla hər hansı pozuntuya yol verməmişdir. Iddiaçının şikayətində göstərilən dəlillər qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

14. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar