Məhkəmə qərarları › İş №e-2-2(3-6)-877/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-877/2026

11.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-877/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh QSC tərəfindən verilmiş şikayətlərin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq, M ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh QSC-dən 369.091,26 manat əsas borcun, 302.785,87 manat faiz borcunun, cəmi 671.877,13 (altı yüz yetmiş bir min səkkiz yüz yetmiş yeddi manat on üç qəpik) manat məbləğinin, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat xidmət haqqı məbləğinin, ödənilmiş dövlət rüsumunun əvəzində 926 manat məbləğinin tutulub iddiaçı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsi və ##.##.2022ci il tarixli xidmət müqaviləsi üzrə əsas borc üzrə 302.064 (üç yüz iki min altmış dörd) manat 85 (səksən beş) qəpik məbləğində pulun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, əsas borca illik 5% hesablanmaqla 30.206 (otuz min iki yüz altı) manat 48 (qırx səkkiz) qəpik məbləğində pulun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pulun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 622 (altı yüz iyirmi iki) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pulun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərcinin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pulun Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq AZ41NABZ01360100000000003944 hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il, e-*-*(***)-****/**** saylı qətnaməsinin və iş üzrə yol verilmiş prosessual pozuntuların aradan qaldırılması, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması, tərəflərin təqdim edəcəyi əlavə sübutların qiymətləndirilməsi və mübahisəyə qanunun tələblərinə uyğun hüquqi qiymət verilməsi məqsədilə işin yenidən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın qiymətinin 671.877,13 manat təşkil etdiyini nəzərə alaraq, Elektron Məhkəmə Sistemi Dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən hesabladıqda müəyyən olunur ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 480,94 manat təşkil edir. Lakin işdən görünür ki, cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti şikayət verərkən cəmi 464,70 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar