Məhkəmə qərarları › İş №e-2-2(3-6)-881/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-881/2026

28.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-881/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış dəyəri) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdeh cavabdeh2 iştirakı ilə, İddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ASC ilə cavabdeh2 (borc alan) arasında ##.##.2022-ci il tarixli GA.568314.* saylı kredit limitinin ayrılması haqqında baş saziş imzalanmış, sazişə görə bank borc alana 350.000 manat məbləğində 84 ay müddətinə illik maksimum 24 faiz dərəcəsi kredit limiti ayırmışdır.

2. ## ###### 2022 il tarixli GA.568314.* nömrəli kredit limitinin ayrılması haqqında baş saziş üzrə öhdəliklərinin yerinə yetirilməsinin təmini məqsədilə bank ilə cavabdeh1 (zamin) arasında ##.##.2022-ci il tarixli GA.568314.*/Z saylı zaminlik müqaviləsi bağlanmışdır.

3. ## ###### 2022 il tarixli GA.568314.* nömrəli kredit limitinin ayrılması haqqında baş saziş üzrə öhdəliklərinin yerinə yetirilməsinin təmini məqsədilə bank (ipoteka saxlayan) ilə cavabdeh2 (ipoteka qoyan, borc alan) arasında ##.##.2022-ci il tarixli GA.568314.* saylı ipoteka müqaviləsi bağlanmışdır.

4. İddiaçı ASC ilə cavabdeh2 (borc alan) arasında imzalanmış ##.##.2022-ci il tarixli ******-******/* saylı kredit müqaviləsi ilə borc alana illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə 100.000 (bir yüz min) manat məbləğində krеdit verilmişdir. Müqavilələr tərəflərin imzaları və bankın möhürü ilə təsdiq olunmuşdur.

5. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, ##.##.2022-ci il tarixli ******- ******/* saylı kredit müqaviləsi üzrə borcalanın banka 24.751,25 manat əsas, 2.901,21 manat faiz borcu vardır.

6. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026 il tarixli rəyə əsasən ipoteka predmeti olan cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74,57 kv.m olan mənzilin likvid dəyəri 255.000 manat, bazar dəyəri 270.000 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

7. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh2 və cavabdeh1 qarşı iddia və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh2 və cavabdeh1 ## ###### 2022-ci-ci il tariхli ******-******/* nömrəli kredit müqaviləsi üzrə 24,751.25 manat əsas borcu və 2,901.21 manat faiz borcu olmaqla, cəmi 27,652.46 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 36.4 manat xidmət haqqı olmaqla, cəmi 51.4 manat xərcin, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi üçün “xxxx” MMC-nə ödənilmiş 300 manat qiymətləndirmə xərcinin və 172.96 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, Tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş və mülkiyyət hüququ ilə cavabdeh2 tam mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 523-cü məhəllə, ev 3 ünvanında yerləşən ** saylı mənzilə yönəldilməsi, İpoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan cavabdeh2 ilə bağlanmış ## ###### 2022-ci il tarixli GA.568314.1nömrəli Baş sazişə əsasən borcalana 350.000 manat məbləğində 84 ay müddətinə illik maksimum 24 faiz dərəcəsi ilə kredit limiti ayrılmışdır. Baş sazişə əsasən İddiaçı ASC ilə borcalan cavabdeh2 ilə bağlanmış ## ###### 2022-ci il tarixli, ******-******/* nömrəli Kredit müqaviləsinə əsasən 18 faiz dərəcəsi ilə 36 ay müddətinə 100.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 523-cü məhəllə, ev 3 ünvanında yerləşən ** saylımənzil ## ###### 2022-ci il tarixli GA.568314.* nömrəli ipoteka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Еyni zamanda, bank və cavabdeh cavabdeh1 arasında ## ###### 2022-ci il tarixli ## ###### 2022-ci il tarixli GA.568314.*/Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.

9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 390.5, 399.1, 405.1, 443.1, 445.1, 449.4, 295, 279-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 34.1.1, 36, 41-47, 47.5, 59.3, 59.3.1, 59.4-cü maddəsinə istinad olunmuşdur.

10. Bakı Kommersiya Məhkəməsinin 1##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, ##.##.2022-ci il tarixli ******-******/* saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 24.751 manat 25 qəpik, faiz borcu üzrə 2.901 manat 21 qəpik olmaqla, cəmi 27.652 manat 46 qəpik məbləğində pulun müştərək qaydada cavabdeh2 və cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə tutmanın - cavabdeh2 mülkiyyətində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74,57 kv.m olan mənzilə ilkin satış qiyməti 255.000 manat müəyyən edilməklə yönəldilməsi və açıq hərracda satılması, satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 15 manat pulun və xidmət haqqının əvəzi olaraq 36 manat 40 qəpik məbləğində pulun müştərək qaydada cavabdeh2 və cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 172 manat 96 qəpik məbləğində pulun müştərək qaydada cavabdeh2 və cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza xərcinin əvəzi olaraq 300 manat məbləğində pulun müştərək qaydada cavabdeh2 və cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ### 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739- cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olub ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Məhkəmə tərəfindən müəyyən edilib ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Belə ki, iş materiallarına əlavə olunmuş ##.##.2025ci il tarixli maliyyə arayışından görünür ki, ##.##.2022-ci il tarixli ******-******/* saylı kredit müqaviləsi üzrə borcalanın banka 24.751,25 manat əsas, 2.901,21 manat faiz borcu vardır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünüb ki, bankla cavabdeh cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğdə pul cavabdeh2 hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Məhkəmə qeyd edib ki, cavabdehlər məhkəmə iclaslarına gəlməmiş, iddiaya etiraz etməmiş, borcun ödənilməsi ilə bağlı sənədi məhkəməyə təqdim etməmişlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edib ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində təmin edilməli, ##.##.2022-ci il tarixli ******-******/* saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 24.751,25 manat, faiz borcu üzrə 2.901,21 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edib. Məhkəmə qeyd edib ki, ##.##.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74,57 kv.m olan mənzil təşkil edib. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025 il tarixli qərardadı ilə ipoteka ilə təmin edilmiş əmlakın likvid və bazar dəyərini nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026 il tarixli rəyə əsasən ipoteka predmeti olan cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74,57 kv.m olan mənzilin likvid dəyəri 255.000 manat, bazar dəyəri 270.000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edib ki, ipoteka predmetinin ilkin satış qiyməti məhz “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026 il tarixli rəyə əsasən 255.000 manat müəyyən edilməlidir. Ona görə də, məhkəmə hesab edib ki, ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə tutma - cavabdeh2 mülkiyyətində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74,57 kv.m olan mənzilə ilkin satış qiyməti 255.000 manat müəyyən edilməklə yönəldilərək açıq hərracda satılmalı, satışdan əldə olunan məbləğ kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməlidir. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 15 manat və xidmət haqqının əvəzi olaraq 36,4 manat məbləğində pul da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edib ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 172,96 manat məbləğində pul da, cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edib ki, iş materiallarına “xxxx”xxxx” MMC tərəfindən əlavə edilmiş hesab fakturaya əsasən verilən rəyə görə qiymətləndirilmə haqqı 300 manat məbləğində müəyyən edilmiş, ##.##.2026-cı il tarixli ödəniş sənədinə əsasən həmin məbləğ bank İddiaçı ASC tərəfindən “xxxx” MMC-yə ödənilmişdir. Belə olan halda məhkəmə hesab edib ki, 300 manat məbləğində pul cavabdeh2 və cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

12. İşə baxan məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 470.1, 472.1, 472.2-ci maddələrinə və istinadla əsaslandırmışdır.

13. Cavabdeh cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 24,751.25 manat borcu qalmışdır. Müəyyən səbəblərə görə maddi vəziyyəti pisləşməsi, onun və ailə üzvlərinin sosial ödənişlərinin kəsilməsi ilə əlaqədar həmin borcu ödəməkdə çətinılklər yaratdı. Onun həmin borcu ödəməmək kimi bir fikri yoxdur. Lakin, bank tərəfindən aparılan faiz hesablanması və əmlaka qoyulan qiymətlə bimənalı şəkildə razı deyil. Sözügedən borcun çox hissəsini ödədiyi təqdirdə, qalan az məbləğə görə ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74,57 kv.m olan mənzilin hərraca çıxarılıb satılmsı hesab edir ki, ədalətsizlikdir. Ümumiyyətlə cavabdeh məmzilin qiymətləndirilməsi hissəsində qiymətləndirmə rəyi ilə razı deyil. Çünki mənzilin ipoteka ilə yüklü edilən zaman yəni 2022-ci ildə 158.175 manat qiymətləndirilmişdir. Məhkəməyə verildikdən sonra məhkəmə tərəfindən tikinti-texniki ekspertizasının keçirilməsi ilə ilə əlaqədar qərardad qəbul olunmuşdur. “xxxx” MMC-nin ## ##### 2026-cı il tarixli rəyinə əsasən mənzilinin bazar qiyməti 255.000 manat, likvid dəyəri isə 277.000 manat qiymətləndirilmişdir. Bu qiymət həmin ərazidə mənzil üçün çox aşağı qiymətdir. Nəzərə alasa ki, əmlak bazarında günbəgün əmlakların qiyməti qalxır və 2022-ci ildən bugünədək həmin ərazidə yerləşən mənzillərin qiyməti 100% artmışdır. Borclu icranı gecikdirdikdə kreditor ona o hdəliyin icrası u c u n zəruri vaxt təyin edə bilər. Əgər borclu o hdəliyi bu mu ddətdə də icra etməzsə, kreditor o hdəliyin icrası əvəzinə zərərin əvəzinin o dənilməsini tələb edə bilər. Nəzərə alınmalı idi ki, cavabdeh və ailə üzvlərinin maddi rifahı tam sarsıldığına və pensiyalarının kəsildiyinə görə borcun ödənilməsini tam həyata keçirə bilməməmişdirlər. İşin hallarını araşdıran məhkəmənin sonda qərar verərkən yuxarıda qeyd edilən halları nəzərə almamaqla yanaşı, eyni zamanda mülki münasibətlərin vacib elementi olan vicdanlılıq prinsipini də nəzərə almamışdır. Belə ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Bununla yanaşı irinci instansiya məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən verilən və birtəfəli qaydada tərtib olunmuş sənədlərə istinad etmişdir. Məhkəmə öz qətnaməsini ƏN Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə əsaslandırmışdır. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul etsə də, həmin rəyin mötəbərliyini əsaslandırmamışdır. Göründüyü kimi, ədalət mühakiməsini həyata keçirən məhkəmə borcun olub-olmaması, yaranma tarixi müəyyənləşdirməmiş, iddiaçı borcun olmasını təsdiq edən heç bir mötəbər sübut təqdim etməmiş və məhkəmədə işi hərtərəfli, tam və obyektiv tədqiq etmədən, mülki mühakimə icraatında iddiaçının mənafeyini daha üstün tutaraq qərəzli və qeyri-obyektiv mövqe sərgiləmişdir. Xüsusi ilə qeyd etmək istəyir ki, vəkil və nümayəndəm tərəfindən məhkəməyə ünvanlanan hazırlıq iclasının təxirə salınması ilə əlaqədar ərizəsinə məhkəmə əhəmiyyət verməyərək məhkəmə iclasını baxışa təyin etmiş və baxış iclasına 2 dəqiqə gecikən vəkil və nümayəndənin izahatı alınmadan qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Cavabdeh cavabdeh2 apellyasiya şikayətini müdafiə etmiş, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh əsas və faiz borcunun məbləği ilə razılaşdığını, qətnamənin yalnız ipoteka predmetinə tutma yönəldilməsi hissəsindən narazı olduğunu bildirdi.

17. İddiaçı və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. Mülki Məcəllənin: -269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. -“İpoteka haqqında” Qanunun hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasının: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. İpoteka hüququ - bu Qanunun 34cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. -34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: -34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; -34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; -34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. -1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

-“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## #### 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

19. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam şəkildə ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilsə, apellyasiya şikayətinin dəlilləri qətnamənin yalnız ipoteka predmeti olan əmlakın ilkin satış dəyəri hissəsində mübahisələndirilməsinə yönəldilmişdir. Eyni zamanda apellyasiya baxışının hədləri məhkəmə iclasında cavabdehlə dəqiqləşdirilmiş və cavabdeh qətnamənin ipoteka predmetinə tutma yönəldilməsi hissəsindən narazı olduğunu bildirmişdir. Odur ki,Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh cavabdeh2 arasında ##.##.2022-ci il tarixli GA.568314.* saylı kredit limitinin ayrılması haqqında baş saziş imzalanmışdır. Həmin baş saziş çərçivəsində bağlanmış ##.##.2022-ci il tarixli ******-******/* saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdeh cavabdeh2 illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə 100.000 manat məbləğində krеdit verilmişdir. Baş saziş üzrə öhdəliklərin təminatı olaraq iddiaçı ilə digər cavabdeh cavabdeh1 arasında ##.##.2022-ci il tarixli GA.568314.*/Z saylı zaminlik müqaviləsi, həmçinin cavabdeh cavabdeh2 ilə ##.##.2022-ci il tarixli GA.568314.* saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh cavabdeh2 kredit müqavilə üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə kredit müqaviləsi üzrə 24.751,25 manat məbləğində əsas və 2901,21 manat məbləğində faiz borcu yaranmışdır. Hazırda iddiaçı kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını və ipoteka predmetinə tutma yönəldilməsini tələb edir.

25. Apellyasiya şikayətinin dəlillərindən biri də qiymətləndirici olan “xxxx” MMC tərəfindən verilmiş rəydə müəyyən olunmuş qiymətin ipoteka predmeti olan əmlakın real bazar dəyərini əks etdirməməsindən ibarət olmuşdur.

26. Belə ki, mübahisələndirilən mütəxəssis rəyi ilə cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74,57 kv.m olan mənzilin likvid dəyəri 255.000 manat, bazar dəyəri isə 270.000 manat məbləğində müəyyən edilmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsi həmin rəyi sübut kimi qəbul edərək ipoteka predmeti olan əmlakın ilkin satış dəyərinin həmin mütəxəssis rəyinə əsasən müəyyən edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

28. İpoteka predmeti olan mənzilin dəyərinin qalıq borc məbləğindən yüksək olması barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edilir ki, ipoteka predmeti olan mənzil mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı məqsədilə ipoteka ilə yüklü edilmişdir. Cavabdehin sözügedən kredit müqaviləsi üzrə ödhdəliklərin icrasını 90 təqvim günü və daha çox müddətə gecikdirməsi əsası ilə iddiaçının ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və qanunvericiliyin tələblərinə əsasən həmin hüququn realizəsi borcun məbləği ilə ipoteka predmetinin dəyərinin nisbətindən asılı deyildir.

29. Digər dəlillərə münasibətdə qeyd edilməlidir ki, cavabdeh maddi vəziyyətin pisləşməsi və sosial ödənişlərin dayandırılması da müqavilə üzrə mövcud öhdəliklərin icrasından azad edən hal hesab edilə və ipoteka predmetinə tutma yönəldilməsi hissəsində qətnamənin ləğvi üçün əsas ola bilməz.

30. Prosessual hüquq normalarının pozulması ilə bağlı cavabdehin dəlillərinə münasibətdə isə göstərilir ki, cavabdehin məhkəmə iclasına gecikməsi ilə bağlı əvvəlcədən məhkəməyə məlumat verilməsi təsdiq olunmadığından, gecikmənin müddəti də müəyyən edilmədiyindən və məhkəmə iclasının videoyazısına əsasən cavabdehin iclas vaxtı məhkəmə zalında olmadığı müəyyən edildiyindən, bu hal prosessual hüquqların pozulması kimi qiymətləndirilə bilməz.

31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdeh cavabdeh2 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Ziya Şirinov

Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar