Məhkəmə qərarları › İş №e-2-2(3-6)-886/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-886/2026

03.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-886/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və Mahmudova Təranə Məyiş qızından ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 nümayəndəsi X7 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 olmaqla) qarşı “pu” tələbinə dаir iş üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. 1. İşin halları

2. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə Cavabdeh MMC arasında ## ###### 2022-ci il tarxli VEK***** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən:

3. Müqavilənin 1.1-ci bəndinə əsasən Bu Müqavilənin şərtlərinə əsasən Satıcı Alıcıya Azərbaycan Respublikasında rəsmi distributoru olduğu tütün məmulatlarını (bundan sonra “Mal” və ya “Mallar”) onların Azərbaycan Respublikasının ərazisində pərakəndə satışının həyata keçirilməsi məqsədilə Alıcıya tədarük etməyə, Alıcı isə bu Malların razılaşdırılmış dəyərini Satıcıya ödəməyə və Malları qəbul etməyə dair öhdəlik götürür.

4. Müqavilənin 2.1-ci bəndinə əsasən Alıcı Malların siyahısı, çeşidi və miqdarını bildirməklə Satıcıdan Malları sifariş edir. Sifariş Satıcının təqdim etdiyi məlumatlar, o cümlədən Satıcının “Onlayn mağaza (e-commerce)” platforması əsasında verilə bilər. Sifariş olunan Malları Alıcıya sifarişin təsdiqindən və Malların dəyərinin Alıcı tərəfindən tam ödənilməsindən sonra təqdim edilir.

5. Müqavilənin 2.2-ci bəndinə əsasən Alıcı tərəfindən Malların dəyəri tam ödənildikdən sonra 5 (beş) iş günü ərzində Satıcı sifarişə uyğun Malları tam həcmdə Alıcının bildirdiyi ünvana çatdırır və ya ona, yaxud onun təmsilçisinə (kassir, satıcı, anbardar, səlahiyyətləri şəraitdən bəlli olan digər təmsilçilərə) təhvil verir. Mallar Alıcıya razılaşdırılmış formada və qablaşdırmada təqdim olunur.

6. Müqavilənin 4.2-ci bəndinə əsasən Alıcının hüquq və vəzifələri:

7. Müqavilənin 4.2.1-ci bəndinə əsasən Malların dəyərini Müqavilə ilə müəyyən olunmuş qaydada Satıcıya ödəmək və Malları qəbul etmək;

8. Müqavilənin 4.2.2-ci bəndinə əsasən Alıcı təqdim olunan Malların dəyəri ilə Sifariş arasında uyğunsuzluq olduqda Satıcını gün ərzində dərhal məlumatlandırmalıdır. Alıcı bu bənddə göstərilmiş formada qüsurlu təqdim olunmuş Mallar barədə Satıcını onun qaynar xətti vasitəsilə dərhal məlumatlandırmadıqda bu qüsurlar üzrə Satıcı məsuliyyət daşımır.

9. Müqavilənin 4.2.3-cü bəndinə əsasən Alıcının, Satıcının malların çatdırılmasını təmin edən əməkdaşı ilə bu Müqavilədən kənar həyata keçirə biləcəyi danışıqlıqlar, razılaşmalar və sövdələşmələr, o cümlədən borc öhdəliyi və ya hər hansı digər öhdəliklər üzrə satıcı hər hansı məsuliyyət daşımır. 18. MilliÖn elektron ödəmə sistemindən çıxarışa əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 hesabına ##.##.2024-cü il tarixində 10111 manat ödəniş edilmişdir.

10. X1 tərəfindən Neftçala rayon Polis Şöbəsinə ünvanladığı ##.##.2025-ci il tarixli ərizəsi ilə bildirmişdir ki, ## ###### 2024-cü il tarixində əslən Ağdam rayon sakini olan, lakin Şirvan şəhərində yaşayan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Husəməddin oğlu ona olan inam və etibarından sui-istifadə edərək Hacıqabul şəhər sakini olan “Haqqın Yolu” adlı marketin sahibi “Əli” adlı şəxsin kartına onun 1.111 manat pul göndərdiyini deyərək bunun əvəzində ona vest, class, prima, maqna, vinston, ld, vinçester, sobrania markalı siqaret malları satacağına dair yalan vəd verib aldatmaqla ona qarşı dələduzluq etmişdir.

11. Cavabdeh MMC tərəfindən ##.##.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 4701,64 manat məbləğində (ƏDV məbləği 717,2 manat), ##.##.2024-cü il tarixli təhviltəslim aktına əsasən 5507,88 manat məbləğində (ƏDV məbləği 840,18 manat), ##.##.2024cü il tarixli təhvil-təslim aktına əsasən 664,16 manat məbləğində (ƏDV məbləği 101,31 manat), ##.##.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 2383,74 manat məbləğində (ƏDV məbləği 363,32 manat), ##.##.2024-cü il tarixli təhvil təslim aktına əsasən 10004,62 manat məbləğində (ƏDV məbləği 1526,13 manat), ##.##.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 574,58 manat məbləğində (ƏDV məbləği 87,65 manat), ##.##.2024-cü il tarixli təhvil-təslim aktına əsasən 92,88 manat məbləğində (ƏDV məbləği 14,17 manat) dəyərində mallar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 təhvil verilmişdir. Qeyd edilən bütün təhvil-təslim aktları alıcı-mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adından (satıcı qeydi ilə) Hüseynov Bəxdiyar tərəfindən və Cavabdeh MMC-nin nümayənədəsi Rəşid Məmmədiv tərəfindən imzalanmışdır.

12. “xxxx” ASC-nin təqdim etdiyi çıxarışdan görünür ki, ## ###### 2024-cü il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən Cavabdeh MMC-nin hesabına 8478,49 manat məbləğində vəsait köçürülmüşdür. 22. MT2412 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli elektron qaiməyə əsasən Cavabdeh MMC tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 malların satışına dair 10004,64 manat dəyərində e-qaimə göndərilmişdir.

13. ƏDV sub-uçot hesabından köçürmələrin siyahısına əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən Cavabdeh MMC-nin ƏDV hesabına ##.##.2024-cü il tarixində 1526,13 manat məbləğində, ##.##.2024-cü il tarixində 87,65 manat məbləğində, ##.##.2024-cü il tarixində 14,17 manat məbləğində, ##.##.2024cü il tarixində 162,85 manat məbləğində, ##.##.2024- cü il tarixində 290,88 manat məbləğində ödənişlər edilmişdir.

14. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış şikayət ərizəsində iddiaçı bildirmişdir ki, çoxdan tanıdığı X11 adlı şəxsin siqaret şirkətində işlədiyini bildiyi üçün ondan 10000 (on min) manat dəyərində siqaret almaq istədiyini, buna görə ## ###### 2024-cü il tarixində Rəşidə 10000 manat pul verdiyini, Rəşidin bu pulu Haqqın yolu adlı dükanın bank kartına vurub, alqı-satqı edib malı verməli olduğunu, dəfələrlə telefonla danışıqlarına baxmayaraq hər dəfəsində onu aldatdığını, Whatsapp yazışmalarında da bu hal dəfələrlə təkrarlandığını, buna görə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Hüsəməddin oğlu barəsində tədbir görülməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, xxxx MMC-yə qarşı hər hansı şikayəti və ya tələbi yoxdur.

15. İddiaçı İddiaçı cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı 10111 manat pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin e-2- *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 10111 manat məbləğində pul vəsaitini və ödənilmiş 121 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10232 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

16. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-***/**** saylı qətnaməsinə əsasən Şirvan Kommersiya Məhkəməsinin e-2- *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı İddiaçı cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı pul tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.

17. Məhkəmə iclasında iştirak edən şahid Şahid məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Cavabdeh MMC-nin rəsmi işçisi olmasa da, bütün bu işlərə nəzarət etmək səlahiyyəti vardır. İddiaçı İddiaçı pulu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 hesabına pul köçürmüşdür. Sifarişin alınma qaydası belədir ki, satış müvəkkili sifarişi alır, planşetinə yazır, satışı təsdiqləmək üçün müştərinin qeyd olunan nömrəsinə OTP kod gedir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 də satış müvəkkilinə həmin kodu deyib təsdiqləmişdir. Həmin OTP kodun mənası odur ki, “mən malları qəbul etmişəm”. Satış prosesi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mağazasında olmuşdur və qardaşı malı qəbul etmişdir. Əlinin müqaviləsinə əsasən həmin malı onun səlahiyyətli nümayəndəsi qəbul edə bilər. Satış baş verdiyi an onlara məxsus planşetdə qardaşı malları qəbul etdiyi ilə bağlı imza atmışdır və satış tamamlanmışdır. Bununla da proses bitir. Bütün bu proses zamanı Əliyə 2 kod getməlidir və əgər o 2 kod bizə deyilməsə satış həyata keçirilə bilməz. Cavabdeh MMC olaraq şirkət satışı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 həyata keçirmişdir, ondan sonra malların kiməsə verilməsinin şirkətə heç bir aiddiyyatı yoxdur. Şirkətin sisteminin çəkilişinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 40 dəqiqəyə yaxın müddətdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mağazasında olmuş və satış prosesini tamamlamışdır. Satış olunan gün mal müştəriyə təhvil verilməlidir.

Birinci instansiya məhkəməsindəki icraat

18. İddiaçı İddiaçı ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Cavabdeh MMC-dən 10111 (on min bir yüz on bir) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödədiyim 120,33 (bir yüz iyirmi manat otuz üç qəpik) manat dövlət rüsumunun tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-də ekspeditor işləyən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə aramlarında münasibət yaranmış və hər dəfə o, siqaret məhsullarını gətirib iddiaçıya təhvil vermişdir. Bununla bağlı aralarında əvvəllər heç bir problem yaranmamışdır. ## ###### 2024-cü il tarixində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 siqaret gətirməsini istədikdə, o iddiaçıya hesab nömrəsi verib, 10111 manat pulu həmin hesaba köçürməsini istəyib. İddiaçı da onun verdiyi hesaba qeyd edilən məbləğdə pulu göndərib. Lakin bir müddət sonra iddiaçı siqaretlərin gətirilmədiyini görüb, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2la telefon əlaqə saxlamağa çalışıb, lakin o, zənglərə cavab vermədi. Bundan sonra məsələni aydınlaşdırmaq üçün mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ekspeditor işlədiyi Cavabdeh MMC-nin Şirvan şəhərində yerləşən filialının əməkdaşları ilə əlaqə saxlayıb, məsələni onlara bildirdikdə, iddiaçıdan filiala gəlməyi xahiş etdilər. İddiaçı da edib. Orada iddiaçıya mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 yol verdiyi nöqsanlara görə işdən çıxarıldığı, iddaçının göndərildiyi pulun onların hesabına köçmədiyini bildirdilər. İddiaçı bundan sonra Neftçala Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Araşdırma nəticəsində Rəşidin pulu göndərilməsini istədiyi şəxsin Hacıqabul rayonunda tütün məhsullarının satışı ilə məşğul olan mağazanın sahibi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 olduğu müəyyən edildi. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 əlaqə nömrəsini tapıb onunla danışdıqda iddaçıya pulun onun hesabına köçsə də, Rəşid tərəfindən başqa hesaba köçürüldüyünü deyib, pulu Rəşiddən tələb etməyini bildirdi. İddiaçı əvvəlcə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 pulun geri qaytarılması ilə bağlı pretenziya məktubu göndərib. Lakin problem həll olunmadığı üçün iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edib. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 10111 manat pulun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 alınıb, iddaçıya ödənilməsi qət edilmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 həmin qətnamədən verdiyi apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2025ci il tarixli 2-2(106)- ***/**** nömrəli qətnaməsi ilə təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 işə baxılarkən məhkəməyə təqdim etdiyi bank hesabından çıxarışda iddiaçının Rəşidin istəyi ilə ## ###### 2024-cü il tarixində göndərdiyi 10111 manat pulun ## ###### 2024-cü il tarixində Cavabdeh MMC-nin hesabına köçürüldüyü məlum olmuşdur. Bundan sonra Cavabdeh MMC-nin Şirvan şəhərində yerləşən filialının əməkdaşları ilə danışıb, eyni zamanda Cavabdeh MMC-yə pretenziya məktubu göndərsə də, mübahisənin həll olunması mümkün olmamışdır. Hazırki tarixə kimi nə pulu geri qaytarılmış, nə də siqaretlər iddiaçıya təhvil verilməmişdir. Cavabdeh MMC-nin pretenziyaya cavabında onunla MMC-nin arasında müqavilə bağlanmadığı bildirilsə də, MMC-nin hesabına ## ###### 2024-cü il tarixində onun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 hesabına göndərdiyi pulun köçməsinə aydınlıq gətirilməmişdir. O, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Cavabdeh MMC-də ekspeditor işlədiyi üçün ona etibar edib həmin məbləğdə pulu ödəyib. Cavabdeh MMC-nin işçisinin bu kimi hərəkətlərinə görə ona ziyan vurulmuşdur ki, buna görə də müəssisə məsuliyyət daşıyır. Bununla belə mübahisənin məhkəməyədək həll edilməsi üçün göstərdiyi cəhdlər nəticəsiz qalmış və bu səbəbdən də məhkəməyə müraciət edilir.

20. Cavabdehin iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Bakı Kommersiya Məhkəməsinə (bundan sonra - Məhkəmə) ##.##.2025-ci il tarixində iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən (bundan sonra Cavabdeh MMC və ya Şirkət) 10.111 (on min bir yüz on bir) AZN məbləğində pulun və 120,33 (bir yüz iyirmi manat otuz üç qəpik) AZN dövlət rüsumunun tutulması və iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirik ki, iddiaçının iddiası əsassızdır və təmin edilə bilməz. İddiaçının Məhkəməyə ünvanladığı iddia ərizəsinə əsasən o, ## ###### 2024-cü il tarixində həmin vaxt Cavabdeh MMC-də satış müvəkkili vəzifəsində çalışan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tütün məmulatların gətirməsini istəmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 isə Hacıqabulda “Haqqın yolu” ərzaq mağazasını işlədən, fərdi sahibkar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (VÖEN: **********) məxsus bank hesabı nömrəsini təqdim edərək, ondan həmin hesaba pul köçürməsini istədikdə, iddiaçı 10.111 (on min bir yüz on bir) AZN məbləğdə pulu öz iradəsi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bank hesabına köçürmüşdür. İddiaya görə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bank hesabındakı pul daha sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən Cavabdeh MMC-nin bank hesabına köçürülmüşdür və iddiaçıya mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 sorğuladığı tütün məmulatlan təhvil verilməmişdir. Cavabdeh MMC-nin hesabına ödəniş edilməsi barədə: xxxx” MMC və iddiaçı arasında tütün məmulatlannın alğısatqısma dair hər hansı müqavilə mövcud deyil və 2024-cü il ərzində iddiaçı ilə bank hesabı üzrə apanlan hər hansı ödəniş həyata keçirilməmişdir. Qeyd edək ki, iddiaçıya 2021-ci ilədək satış edilmişdir, çünki Cavabdeh MMC- də 2022-ci ilin yanvar ayınadək sadəcə “İC Adines” elektron satış sisteminə müştərinin adı, təhvil verilən məhsullar və ödəniş barədə məlumat yerləşdirilirdi. 2022-ci ildən başlayaraq, Azərbaycan Respublikası qanunvericiliyində tütün məmulatlatınn topdan, pərakəndə, səyyar, o cümlədən nağd qaydada satışına dair məhdudiyyətlər müəyyən olunduğu üçün müştərilər və Şirkət arasında potensial mübahisələrin qarşısını almaq və fəaliyyətimizdə yüksək keyfiyyət və peşəkarlığın artırılması məqsədilə satışlar yalnız müştərilər ilə yazılı qaydada bağlanmış alğı-satqı müqavilələri əsasında həyata keçirilir. “İC Adines” sistemində göründüyü üzrə, iddiaçı tərəfindən Şirkətə sifariş ən son ##.##.2021-ci il tarixində verilmişdir və ödəniş əsasında ona tütün məmulatları təchiz edilmişdir (qoşma 3). Nəticə etibarilə, iddiaçıya Şirkət tərəfindən tütün məmulatları 2021-ci ildən bəri təchiz edilmir, Şirkət ilə iddiaçı arasında hər hansı müqavilə mövcud deyil və onun şəxsi hesabından heç bir ödəniş qəbul edilməmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Cavabdeh MMC arasında # ###### 2022-ci il tarixli VEK-***** nömrəli alğı- satqı müqaviləsi mövcuddur və həmin müqavilə əsasında bu günədək mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bank qaydasında ödəniş vasitəsilə tütün məmulatları təchiz edilir. Nəzərinizə çatdırırıq ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Şirkətdən tütün məmulatlan sifariş etmiş, ##.##.2024cü il tarixində ona məxsus “Haqqın yolu” mağazasına ***************** nömrəli təhviltəslim aktı ilə məhsullar təqdim edilmiş (qoşma 6), əvəzində ## ###### 2024-cü il tarixində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus bank hesabından Şirkətin hesabına köçürülmüş pul məbləği qəbul edilmişdir. Bildiririk ki, iddiaçı və Cavabdeh MMC arasında müqavilə öhdəliyi əsasında tələb yarana bilməz. Digər tərəfdən, hazırkı mübahisəyə əsassız varlanma institutu tətbiq edilə bilməz, çünki əsassız varlanmanın hüquqi tərkibi üzrə zəruri əlamətlər kumulativ xarakter daşıyır və onlardan hər hansı birinin olmaması bu iddia növü üzrə tələbin rədd edilməsini şərtləndirir. Əsassız varlanmanın mövcudluğu üçün eyni zamanda Mülki Məcəllənin 1091 - 1092-ci maddələri əsasında dörd şərt sübuta yetirilməlidir: 1) cavabdehin varlanması, 2) iddiaçının məhrum olması, 3) varlanma və məhrum olma arasında birbaşa səbəb-nəticə əlaqəsi, 4) bu varlanmanın hər hansı hüquqi əsas olmadan baş verməsi. Hazırkı işdə isə qeyd edilən əlamətlərin heç biri Cavabdeh MMC-yə münasibətdə mövcud deyil. Belə ki, Cavabdeh MMC-nin hesabına daxil olmuş məbləğ mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1la bağlanmış qüvvədə olan alğı-satqı müqaviləsi əsasında, təhvil verilmiş məhsulların əvəzi olaraq köçürülmüşdür. Deməli, Cavabdeh MMC-nin əldə etdiyi vəsaitin açıq və qanuni hüquqi əsası mövcuddur və bu səbəbdən, əsassız varlanmadan söhbət gedə bilməz. Bununla yanaşı, iddia üzrə cavabdeh (subyekt) kobud şəkildə səhv müəyyən edilmişdir. İddiaçının öz izahatlarından da görünür ki, o, pul vəsaitini öz iradəsi ilə üçüncü şəxsə - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus hesaba köçürmüş, sonrakı münasibətlər isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2la şəxsi razılaşma çərçivəsində baş vermişdir. Bu münasibətlərdə Cavabdeh MMC nə tərəf, nə vasitəçi, nə də faydalanan subyekt olmuşdur. İddiaçının faktiki olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 olan tələbini təmin edə bilməməsi, habelə onunla bağlı mübahisəni məhkəmə və ya hüquq-mühafizə orqanları müstəvisində həll edə bilməməsi Cavabdeh MMC-nin üzərinə əsassız və süni məsuliyyət yüklənməsi üçün hüquqi əsas yarada bilməz. Əksinə, iş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh MMC arasında yazılı müqavilə olmadan, iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 qanunvericiliyin tütün məmulatlarının dövriyyəsinə dair imperativ normalarını pozmaqla, rəsmi sifariş mexanizmlərdən kənar qanunsuz sövdələşmə həyata keçirmişdir. Bu baxımdan, iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 hərəkətləri mülki-hüquqi öhdəlik çərçivəsində deyil, zəruri hallarda cinayət- hüquqi qiymətləndirmə predmeti ola biləcək münasibətlər kimi xarakterizə olunur. Belə münasibətlərdən irəli gələrək mübahisədən kənar şəxs - Cavabdeh MMC-nin mülki məsuliyyətə cəlb edilməsi nə hüquqi məntiqə, nə də qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, hazırkı işə “əsassız varlanma” başlığı altında baxılması hüquqi baxımdan tamamilə yanlışdır. Hətta nəzəri olaraq baxılsa belə, Cavabdeh MMC bu münasibətlərdə cavabdeh qismində çıxış edə bilməz və iddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında baş vermiş qanunsuz və sənədsiz sövdələşmənin nəticələrinə görə Şirkətə məsuliyyət yüklənə bilməz. Digər tərəfdən, Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə, delikt zərərçəkənə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkətdir. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Cavabdeh MMC sadəcə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə alğısatqı etmişdir və iddiaçı tərəfindən Şirkətə hər hansı sifariş daxil olmamışdır. Beləliklə, Şirkət iddiaçıya birbaşa ziyan və zərər vurmadığı üçün delikt barədə məsuliyyət daşımır. Bununla yanaşı, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Hazırkı işdə iddiaçı Cavabdeh MMC-nin əsassız varlanmasını və yaxud mübahisəyə dair təqsirli olmasını sübuta yetirməmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və “xxxx ” MMC arasında əmək münasibətlərinə dair: Hazırda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Cavabdeh MMC-də işləmir. Belə ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2018-ci il tarixli əmək müqaviləsi əsasında Şirkətə sürücü vəzifəsində işə qəbul edilmiş, ##.##.2019cu il tarixindən onun əmək müqaviləsində vəzifə dəyişikliyi edilərək satış müvəkkili vəzifəsinə keçirilmişdir. 2024-cü ilin dekabr ayında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 barəsində çoxsaylı şikayətlər daxil olmuşdur. Həmin şikayətlər Şirkət tərəfindən araşdmlarkən ##.##.2025-ci il tarixində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 yazılı izahat verərək bu hallan təsdiqləmiş və əməli törətdiyini etiraf etmişdir (qoşma 14). ##.##.2025- ci il tarixində Şirkətdə satış şöbəsi üzrə satış təlimatçısı X5 digər fərdi sahibkarların, o cümlədən iddiaçının şikayəti əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 barəsində aktlar tərtib etmiş, daha sonra Şirkətin direktoruna təqdimat ünvanlamışdır (qoşma 9 və 10). Həmin izahatlar və aktlar əsasında aşkar edilmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 özünün əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini, habelə şirkətdaxili intizam qaydalanın özünün şəxsi maraqlan naminə kobud şəkildə pozmuşdur və Şirkətin fəaliyyət sahəsindən sui-istifadə etmişdir. Bunları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, ##.##.2024-cü il tarixli “işçinin əmək müqaviləsinə xitam verilməsi barədə” əmr əsasında o, işdən xaric edilmişdir (qoşma 4). Qanunsuz ticarət və məsuliyyət: Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “06” aprel 2000-ci il tarixli *** saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində səyyar (mövsümi) ticarət və xidmətlərin aparılması Qaydalarf’nın 3.1-ci maddəsinə əsasən tütün məmulatlarının səyyar satışı qadağandır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydalarının 13.2-ci maddəsinə görə, tütün məmulatlarının satış məqsədilə alınması zamanı ödənişlərin yalnız nağdsız qaydada aparılması tələb olunur. Bu baxımdan, fərdi sahibkar qismində iddiaçı tərəfindən tütün məmulatlarının həm səyyar formada, həm də nağdsız ödənişdən kənar üsullarla satışı birbaşa olaraq qanunvericiliyin tələblərinə ziddir və belə əməliyyatlar qanunsuz ticarət fəaliyyəti kimi qiymətləndirilir. Belə olan halda, iddiaçı tərəfindən qanunsuz ticarət həyata keçirildiyi şəraitdə cavabdehə qarşı hər hansı “qanuni tələb” irəli sürülməsi və hər hansı məsuliyyət tədbirlərinin tətbiqi tələbi nə hüquqi məntiqə, nə də qüvvədə olan qanunvericiliyin tələblərinə uyğundur. İddiaçının izahatı: İddiaçı ##.##.2024-cü ildə təqdim etdiyi şikayət ərizəsi və ##.##.2024-cü il tarixində yazılı izahat ilə açıq-aydın bildirmişdir ki, Şirkətin bu mübahisə ilə heç bir əlaqəsi yoxdur və buna dair Şirkətə qarşı heç bir iddiası yoxdur (qoşma 11 və 12). İddiaçının izahatından da göründüyü kimi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bu əməlləri qəsdən törətmişdir və şəxsən məsuliyyət daşıyır, habelə baş vermiş bu hal yalnız iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasındadır. Şirvan Kommersiya Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsində icraatlar: İddiaçı eyni predmet barəsində eyni əsas üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarsı Şirvan Kommersiya Məhkəməsində iddia qaldırmışdır (qoşma 15). Şirvan Kommersiya Məhkəməsi iddiaçının xeyrinə ##.##.2025-ci il tarixli Qətnamə qəbul etsə də, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 apellyasiya şikayəti ilə ##.##.2025-ci il tarixində Şirvan Apellyasiya Məhkəməsi Şirvan Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini qət etmişdir (qoşma 16). Şirvan Kommersiya Məhkəməsinin sorğusu ilə Neftçala Rayon Polis Şöbəsinin təqdim etdiyi materiallar əsasında müəyyən olunmuşdur ki, iddiaçı # #### 2025-ci ildə Neftçala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, ## ###### 2024-cü ildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ona olan inam və etibardan sui-istifadə edərək mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 kartına 10111 manat pul göndərməsini deyərək, bunun əvəzində ona siqaret satacağına dair yalan vəd verib aldatmaqla, ona qarşı dələduzluq etmişdir. Daha sonra bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən “Milliön” elektron ödəmə sistemi üzərindən ## ###### 2024-cü ildə saat 15:49:37-də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adma olan AZ71PAHA41040AZNSC0200410036 hesabına siqaret üçün 10111 manat vəsait köçürülmüşdür. Faktiki hallardan aydın olur ki, iddiaçı Şirkətə yazılı sifariş ünvanlamamış, hər hansı müqavilə əsası olmamış, sadəcə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə şifahi formada sövdələşmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 isə Şirkətdən məhsulları təhvil-təslim aktı əsasında qəbul etmiş və ödənişi şəxsi hesabından Şirkətin hesabına köçürmüşdür. Bu səbəbdən, mübahisənin tam həll edilməsi üçün MPM-in 46-cı və 57-ci maddələri üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 işə üçüncü şəxs qismində cəlb edilməlidir. Göründüyü kimi, iddiaçı hələ də axtarış edir və mübahisə üzrə düzgün cavabdehi dəqiq müəyyənləşdirə bilməmişdir. Əvvəlcə eyni tələb üzrə eyni əsasla cavabdeh kimi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 müəyyənləşdirmiş və Neftçala Rayon Polis Şöbəsinə ərizə ünvanlamış, daha sonra növbəti həmin əsasla cavabdeh kimi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nəzərdə tutaraq Şirvan Kommersiya Məhkəməsində iddia qaldırmışdır. Şirvan Apellyasiya Məhkəməsinin qərarı nəticəsində növbəti qurban kimi ##.##.2025-ci il tarixində əsassız olaraq mübahisə ilə əlaqəsi olmayan Cavabdeh MMC-və qarsı iddia qaldırmışdır. Hesab edirik ki, iddiaçının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı qaldırdığı is üzrə məhkəmə icraatı yekunlaşmadan eyni tələbin həmçinin "xxxx” MMC-yə qarsı irəli sürülməsi məhz iddiaçının əsl cavabdehi düzgün müəyyən edə bilməməsinin göstəricisidir. Cinayət hüququ baxımından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məsuliyyəti: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 178.1-ci maddəsinə görə, dələduzluq dedikdə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə başa düşülür. İddiaçının Neftçala Rayon Polis Şöbəsinə ünvanladığı ərizə sübut edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 öz vəzifə səlahiyyətlərindən və Şirkətin fəaliyyət sahəsindən sui-istifadə edərək, iddiaçıya yalan vəd verib aldatmaqla və etibardan sui-istifadə etməklə iddiaçının pulunu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 kartına, daha sonra Şirkətin hesabına göndərmiş, Şirkət tütün məmulatlarını mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 təhvil versə də, sonda nə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, nə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 “Haqqın yolu” marketinə çatdırılmış məhsulları iddiaçıya təqdim etməmişdir. Aydındır ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddiaçıya qarşı dələduzluq cinayət əməlini törətmişdir. Beləliklə, Cavabdeh MMC tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus “Haqqın yolu” marketə təhvil-təslim aktı əsasında çatdırılmış məhsulların hansı səbəblə sonradan iddiaçıya təqdim edilmədiyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə barədə təqsiri və digər faktlar dərindən araşdırılmalıdır və mübahisə mülki-hüquqi müstəvidə deyil, cinayət hüququ çərçivəsində həll edilməlidir. Əsl olmayan cavabdehin əvəz edilməsinə dair vəsatət: MPM-in 54.1-ci maddəsinə əsasən iddia tələbi iddiaya cavab verməli olmayan şəxs tərəfindən verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Hazırkı isdə iddia tələbi iddiaçı tərəfindən iddiaya cavab verməli olmayan cavabdeh - Cavabdeh MMC- və qarşı verilmişdir. Yuxanda qeyd edildiyi kimi, Cavabdeh MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 qanunsuz əməllərinə dair məsuliyyət daşımır və onun Şirkətdən xaric olunması barədə müvafiq tədbirlər görülmüşdür. ütün məmulatları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 alğısatqı müqaviləsi əsasında təhvil-təslim edildikdən sonra həmin məhsulların əvəzi Şirkətə ödənilmişdir. Nəzərə alınmalıdır ki, Şirkətin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 hesabına göndərilmiş pulun mənbəyini sorğulamaq səlahiyyəti və öhdəliyi yoxdur. Bu səbəbdən, Cavabdeh MMC əsl olmayan cavabdeh hesab edilməli, mübahisənin mahiyyəti nəzərə alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 əsl cavabdeh qismində isə cəlh edilərək Cavabdeh MMC is üzrə cavabdeh qismindən çıxarılmalıdır. Hüquqi əsaslar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568.1 -ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinə görə, əmək vəzifələrinin kobud pozuntusu kimi hesab edilən hallara işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi və s. daxildir. Əmək Məcəlləsinin 71.2-ci maddəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayn-ayn üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə görə, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “06” aprel 2000-ci il tarixli *** saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində səyyar (mövsümi) ticarət və xidmətlərin aparılması Qaydalan”nm 3.1- ci maddəsinə əsasən tütün məmulatlarının səyyar satışı qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları”nm 13.2-ci maddəsinə görə, markalanmalı malların satılması (ictimai iaşə obyektlərində malların təqdim edilməsi və pərakəndə satış istisna olmaqla) və satış məqsədilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir. MPM 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. MPM-in 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. MPM-in 57-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. MPM-in 154.1 -ci maddəsində qeyd edilir ki, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablanm və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Yuxanda qeyd edilənləri nəzərə alaraq, MPM-in 154-cü maddəsini və digər müvafiq qanunvericilik normalannı rəhbər tutaraq,: e-2-2(l **)-*****/**** nömrəli iş üzrə iddiaçı İddiaçı pul tələbinə dair iddiasının əsassız olması səbəbilə Cavabdeh MMC-nin əsl cavabdeh ilə əvəz edilməsini təmin edəsiniz və iddia təl əbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilir.

21. . Cavabdehin iddia tələbinə ikinci etirazı onunla əsaslandırılmışdır ki, 2022-ci ildən etibarən Azərbaycan Respublikası qanunvericiliyində edilmiş dəyişikliyə əsasən tütün məmulatlarının satış məqsədilə alınması zamanı onların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir. Bununla bağlı olaraq, Cavabdeh MMC (bundan sonra – Şirkət), qeyri-neft sektorunda ölkənin davamlı ən iri vergi ödəyicisi olan “xxxx” MMC-nin distribütor şirkəti olaraq, vergi qanunvericiliyinin pozulmasının qarşısının alınması və dövlətin qanunsuz sahibkarlıqla mübarizə və kölgə iqtisadiyyatının miqyasının azaldılması tədbirlərinin dəstəklənməsi məqsədilə yalnız yazılı alğı-satqı müqavilələri əsasında sahibkarlara nağdsız qaydada tütün məmulatlarının satışını həyata keçirir və müştərilərin qanuni fəaliyyətinin izlənməsi üçün Dövlət Vergi Xidməti tərəfindən yaradılmış “Track and Trace” (“Təqib və İzləmə”) sisteminə qoşulmuşdur.. Hazırkı mübahisənin yaranma səbəbi məhz İddiaçının qanunvericiliyin tələblərini bilərəkdən pozmasından irəli gəlir. İş materiallarından açıq-aydın görünür ki, İddiaçı qanuni tələblərdən yayınmaq məqsədilə cavabdehlə hər hansı yazılı alğı-satqı müqaviləsi bağlamamış, rəsmi sifariş təqdim etməmiş və bununla da, tərəflər arasında hüquqi münasibətlərin yaranmasına şərait yaratmamışdır. Bunun əvəzinə, İddiaçı üçüncü şəxslərlə qanunsuz şifahi razılaşmalar və sxemlər qurmaqla tütün məmulatları əldə etməyə cəhd göstərmiş, faktiki olaraq qanunvericiliyin tələblərinə zidd olan, şəffaf olmayan “kölgə” sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.. Belə olan halda, İddiaçının cavabdehə qarşı irəli sürdüyü tələblər hər hansı hüquqi əsasa malik deyil - bu iddialar nə mötəbər yazılı sübutlarla təsdiq olunur, nə də qüvvədə olan qanunvericiliyin tələblərinə uyğundur. Əksinə, bu tələblər İddiaçının özünün qanun pozuntusuna yönəlmiş davranışından qaynaqlanır. Vergidən yayınmağa çalışan, qanunsuz “kölgə” sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı ilə hər hansı müqaviləmiz mövcud deyil və ödəniş müqavilə münasibətlərində olduğumuz mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən Şirkətin hesabına köçmüşdür. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Şirkət arasında olan # ###### 2022-ci il tarixli VEK-***** nömrəli alğısatqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən Alıcı malların razılaşdırılmış dəyərini Satıcıya ödəməyi və malları qəbul etməyi, Satıcı isə malları Alıcıya tədarük etməyi üzərinə götürür.

22. Göründüyü kimi, şirkət müqavilə əsasında malları yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 təhvil vermək vəzifəsi daşıyır. 2.3. Müqavilənin 2.2-ci maddəsinə əsasən Satıcı malları Alıcının təmsilçisinə (kassir, satıcı, anbardar, səlahiyyətləri şəraitdən bəlli olan digər təmsilçilərə) təhvil verə bilər. Müqavilənin 2.3-cü maddəsinə əsasən Alıcı tədarük edilmiş mallarda uyğunsuzluq aşkar edərsə, malları təhvil aldıqdan 5 (beş) iş günü ərzində Satıcıya məlumat verməlidir, bu müddət ərzində məlumat verməzsə, mallar təhvil alınmış hesab edilir. Bundan başqa, Alıcı müqavilənin 4.2.1-ci maddəsinə əsasən malların dəyərini ödəmək və malları qəbul etmək öhdəliyi daşıyır. 2.4. Tərəfimizdən hazırlıq iclaslarında Məhkəməyə təqdim edilmiş bank çıxarışları və ödəniş cədvəlləri əsasında ödənişi müqavilə münasibətlərində olduğumuz mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bank qaydasında əldə etdiyimizi, həmçinin ##.##.2024-cü il tarixli təhvil-təslim aktı, ##.##.2024-cü il tarixli eqaimə, Chicago və SAP satış sistemləri məlumatları, Lokator sisteminə dair materiallar və ##.##.2024-cü il tarixli gündəlik hesablaşma vərəqi əsasında malları ##.##.2024-cü il tarixində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus “Haqqın Yolu” marketə təhvil verdiyimizi sübut etdik. Bu da onu göstərir ki, müqavilə üzrə öhdəliklərimizi lazımınca icra edərək yalnız ödəniş almamış, həm də malları təhvil vermişik. Təhvil-təslim aktından göründüyü üzrə ##.##.2024-cü il tarixində malları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qardaşı Bəxtiyar Hüseynov təhvil almış, ödənişin və satışın tamamlanması üçün göndərilmiş kodu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 şəxsən öz nömrəsindən təsdiq etmişdir (“Adines” sistemindən çıxarılmış fotoşəkil SMS-in təsdiq tarixini və vaxtını dəqiq sübut edir). Müqavilənin 4.2.3-cü maddəsinə əsasən Alıcının, Satıcının malların çatdırılmasını təmin edən əməkdaşı ilə bu müqavilədən kənar həyata keçirə biləcəyi razılaşmalar və sövdələşmələr üzrə Satıcı hər hansı məsuliyyət daşımır. Bu o deməkdir ki, Şirkət mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ödəniş almış, ona müvafiq olaraq malları müqavilə əsasında çatdırmışdır və iddia edildiyi üzrə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Alıcı arasında müqavilədən kənar sövdələşmələr baş vermişdirsə, buna dair məsuliyyət daşımır. Bildiyiniz kimi, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında müvafiq olaraq Şirvan Kommersiya Məhkəməsində və Şirvan Apellyasiya Məhkəməsində məhkəmə işlərinə baxılmışdır. Nəzərə alınmalıdır ki, nə Şirvan Kommersiya Məhkəməsi, nə də Şirvan Apellyasiya Məhkəməsi Şirkəti tərəf kimi, üçüncü şəxs kimi, nə də maraqlı şəxs qismində işdə iştiraka cəlb etməmişdir. Bununla yanaşı, çıxarılmış qətnamələrdə hazırkı iş üzrə Şirkətin hər hansı təqsirinin olduğu bildirilməmişdir. Həmçinin həmin icraatlarda iş üzrə tərəflər Şirkətin malları təhvil vermədiyini və iş üzrə təqsirli olduğunu sübut edə bilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Şirkətin müqavilə və qanun üzrə hər hansı öhdəliyini yerinə yetirmədiyini bildirməmiş, yalnız pulun Şirkətin hesabına köçürüldüyünü qeyd etmişdir. Həmin pulu müqavilə tərəfimiz olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 əldə etdiyimiz tərəfimizdən hazırkı işdə - Bakı Kommersiya Məhkəməsinin hazırlıq iclaslarında “xxxx” çıxarışları ilə sübut edildi və əvəzində malların mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 təhvil verildiyinə dair mötəbər dəlillər (təhvil-təslim aktları, ödəniş barədə sübutlar, e-qaimə, “Lokator”, “SAP”, “Chicago” satış sistemləri və “Adines” sisteminə dair fotoşəkillər və videomateriallar, gündəlik hesablaşma vərəqi, şahid ifadəsi, OTP kodun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 göndərildiyinə dair satışın yenidən Məhkəmə önündə təşkili və s.) təqdim edildi. Bildiririk ki, nə Şirvan Kommersiya Məhkəməsində, nə Şirvan Apellyasiya Məhkəməsi, nə də Bakı Kommersiya Məhkəməsində İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 öz tələblərinə dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, yalnız şifahi mülahizələrə əsaslanmışdır. i. Şirvan Kommersiya Məhkəməsində ##.##.2025-ci il tarixli icraatda tərəflərin ziddiyyətli çıxışları: Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 əvvəlcə pulun kim tərəfindən köçürüldüyünü bilmədiyini və buna görə pulu qaytara bilmədiyini, daha sonra pulun özünün razılığı ilə hesabına köçürüldüyünü bildirmişdir, daha sonra yenə öncədən bu əməliyyata dair razılığının və xəbərinin olmadığını və iradəsindən kənar köçürüldüyünü bildirmişdir. Bakı Kommersiya Məhkəməsində hazırlıq iclaslarında isə o, evdə yatarkən Rəşidin ona zəng etdiyini, onun hesabına pul köçürəcəyini və pulun kimə məxsus olduğunu bildirdi. Rəşidin atası isə hazırlıq iclaslarında demişdi ki, Əlinin gözü önündə kart ödənişi edilib. Sual: mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bu əməliyyatdan heç bir qazanc əldə etməmişdirsə, sadəcə Rəşidin aldatdığını düşünürsə, nəyə görə OTP koda, ödənişin onun hesabından edilməsinə və s. etiraz etməmişdir?! Bu halı dərhal şirkətə bildirməmişdir?! Əgər neytral mövqedədirsə, Şirkətin bu vəziyyətdən xəbərdar olmadığını bildiyi halda niyə bu məhkəmənin hazırlıq iclaslarında izahatlarında şirkətin təqsirinin olmadığı faktına toxunmadı?! ii. Şirvan Apellyasiya Məhkəməsində ##.##.2025-ci il tarixli icraatda tərəflərin ziddiyyətli çıxışlarına dair: Apellyasiya instansiyası yanlış qərara gələrək qət etmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 pulu bilərək əldə etməmişdir, “bilmə” elementi yoxdur. Lakin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 özü bildirdi ki, ona Rəşid zəng edərək vəziyyəti izah etmişdir, daha sonra özü OTP kod təsdiq etmişdir, qardaşı da təhviltəslim aktını imzalamışdır (MM 1092.3-cü maddəsinin tələbinə görə, hüquqi əsasın olmadığını bilən şəxs barəsində istisna tətbiq edilmir). İddiaçı özü apellyasiya şikayətinə etirazda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ödənişdən xəbərdar olduğunu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ünvanladığı pretenziya məktubuna cavabdan onun müvafiq əməliyyatın icrasına şəxsən sərəncam verdiyini, lakin mülahizə xarakterli ifadələrlə belə hərəkətlərə Rəşidin təkidi ilə yol verdiyini bildirmişdir. İddiaçı niyə kassasiya instansiyasına mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 şikayət verməkdən inadla imtina etdi?! 3.8. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəmədə qeyd edib ki, Rəşid onun kartına pul atdığını zəng vurub demişdir, səhəri günü karta köçən pulu Rəşidin tapşırığına əsasən Şirkətin hesabına köçürmüşdür, lakin hazırkı icraatda, yəni Bakı Kommersiya Məhkəməsinin iclaslarında dönə-dönə qeyd edirdi ki, o, evdə yatarkən OTP kod gəlib, mağazada olmayıb, pulu şəxsən Şirkətə POS-terminal ilə ödəməyib.. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 satışın elektron vasitələrlə (planşet – SAP, CHİCAGO sistemləri, OTP kodun göndərilməsi və s.) həyata keçirildiyindən müvafiq alğı-satqı müqaviləsinin 2.3-cü maddəsi üzrə xəbərdardır, həmçinin yalnız onun VÖEN-ə bağlı fiziki kartından POSterminal ilə ödəniş alındığından, həmin müqavilənin 3.2- ci maddəsi üzrə məlumatlıdır. Mallar onun xəbəri və razılığı olmadan onun mağazasına təhvil verilə bilməz və fiziki kartdan ödəniş alına bilməz. Mallar təhvil-təslim aktı əsasında “Haqqın Yolu” marketə təhvil verildikdən sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 gündəlik hesablaşma vərəqini imzalamış, onun səhər Şirkətdən təhvil aldığı mallar, planşetdə etdiyi satış miqdarı və satış gününün sonunda anbara avtomobilin baqajında gətirdiyi malların sayı uyğun gəlmişdir və Şirkət daxili nəzarət öhdəliyini də yerinə yetirmişdir. İddiaçı ##.##.2024-cü il tarixli izahatında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 çoxdan tanıdığını və pulu ona verdiyini bildirmiş, şirkətə qarşı hər hansı iddia və tələbinin olmadığını qeyd etmişdir. İddiaçının şirkətə yazılı izahatı və məhkəmədəki şifahi izahatı arasında ziddiyyət var ki, pulu Milliön vasitəsilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 hesabına nağdsız qaydada köçürüb yoxsa pulu Rəşidə verib, o Əlinin hesabına köçürüb. 5.2. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2024-cü il tarixində yazdığı izahatda növbəti gün malı müştəriyə verdiyini bildirmişdir və səhvini etiraf etmişdir. Yəni şirkətə yalnız Rəşid iddiaçıdan pul aldığı, Əli vasitəsilə növbəti gün malları təhvil verdiyi və vəzifə öhdəliklərini yerinə yetirmədiyi məlumdur. 5.3. Şirkət tərəfindən həmin tarixdə iş saatında Rəşidin satış fəaliyyətini planşet vasitəsilə izlənilmiş, təhvil-təslim aktı, OTP kodun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 göndərilməsi və satışın baş tutması, gündəlik hesabat vərəqəsindəki mal sayındakı uyğunluq, e-qaimənin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən təsdiqi (sonradan etiraz edilməməsi) səbəbilə müqavilə üzrə mallar təhvil verilmiş hesab olunmuşdur. İş saatından kənar işçilərin izlənilməsi isə işəgötürənin – Şirkətin öhdəliyi və hüququ deyildir. şağıdakı faktları və tərəfimizdən Məhkəməyə təqdim edilmiş sübutları nəzərə alaraq: 1. Hazırkı mübahisənin yaranma səbəbi məhz İddiaçının bilərəkdən qeyri-qanuni fəaliyyət göstərmək cəhdlərindən irəli gəldiyindən; 2. Cavabdeh MMC iddiaçı ilə müqavilə münasibətlərində olmadığından; 3. Cavabdeh MMC ödənişi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 almışdır və malları müqavilə, təhvil-təslim aktı, eqaimə, elektron vasitələr – OTP kod, planşet, imza əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 təhvil vermədiyindən; 4. İddiaçının, o cümlədən maraqlı şəxs – mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 üçüncü şəxslərlə kənar sövdələşmələrinə görə Cavabdeh MMC məsuliyyət daşımadığından; 5. İddiaçının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı işində nə birinci instansiya, nə də apellyasiya instansiyası Cavabdeh MMCni təqsirli görünmədiyindən, yalnız tərəfimizdən Məhkəməyə təqdim edilən sübut - pulun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən Cavabdeh MMCyə ödənilməsi faktı təsdiq edilmədiyindən; 6. Həmin tarixdə iş saatında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satış fəaliyyəti tərəfimizdən izlənildiyindən, malların xəritədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus “Haqqın yolu” marketinə təhvil verildiyi görünmədiyindən;

7. Cavabdeh MMC iş saatından kənar vaxtlarda işçiləri izləmək öhdəliyinə və hüququna malik olmadığından. e-*-*(***)-*****/**** nömrəli iş üzrə iddiaçı İddiaçı pul tələbinə dair iddiasının əsassız olması, məhkəmə icraatlarında yalnız subyektiv mülahizələrə əsaslanması, mötəbər sübut təqdim etməməsi və əsl cavabdeh olmayan Cavabdeh MMCnin irəli sürülən tələblərə görə məsuliyyət daşımaması səbəbilə, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

23. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizələrinin məzmununa uyğun çıxş edərək iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mal həmin gün mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən alıcı – mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 təhvil verilmiş və axşam anbarda sayım olduqda qayıdan mallarla təhvil verilmiş malların sayı üst-üstə düşmüşdür. Onların iddiaçı şəxslə heç bir alğı-satqı müqaviləsi olmamışdır. Müqavilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə bağlanmışdır. Planşet üzərindən satışın mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 edildiyi göstərilir, OTP kod şəxsən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən təsdiq edilmişdir, qardaşı Hüseynov Bəxtiyar tərəfindən təhvil-təslim aktları imzalanmışdır. Anbar aktında göründüyünə görə mallar cavabdeh şirkətdən çıxmış və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus kartdan mallara aid ödəniş edilmişdir.

24. . Məhkəmə iclasında iştirak edən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bildirmişdir ki, o, market sahibidir. Cavabdeh MMC-dən marketi üçün mal alırdı. İddiaçı İddiaçı tanımırdı. Cavabdehin şirkətin satış təmsilçisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tanıyırdı. Rəşid ona zəng etdi ki, hesaba pul atılıb, kodu de. O da bildirib ki, ona məlumat vermədən niyə bu qədər pulu hesabına atır. Bütün bu proseslər olarkən o, fiziki olaraq orda olmayıb, sadəcə telefon vasitəsilə əlaqə saxlayıb. Cavabdeh şirkət onun bütün kart məlumatlarını və VÖENi bilir. Pul onu hesabına gəldi, o da Cavabdeh MMC-nin hesabına köçürdü. Mallar cavabdeh tərəfindən ona təhvil-təsli aktı ilə təhvil verilirdi. Öz marketi üçün mal aldıqda da təhvil-təslim aktını planşet üzərindən imzalayırdı. Mübahisəli 10111 manata dair məhsulu o almayıb, sadəcə kodu göndərib. 10111 manatlıq mala dair təhvil-təslim aktını imzalayan Hüseynov Bəxtiyar onun qardaşıdır. Elektron qaimə sistemdə avtomotik təsdiq olunur. O, kodu təsdiq etdikdə elektron qaimə özü təsdiqlənir. O, sadəcə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 güvənirdi və Rəşid əvvəllər də kiçik məbləğli pulları ona atırdı, heç bir problem yaşanmırdı. Cavabdeh şirkətin rəhbəri Niyazi müəllim bildirmişdir ki, mal həmin gün alıcıya təhvil verilməlidir, lakin mal həmin gün ona çatmamışdır. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 öz ifadəsində işdən çıxarkən öz izahatında bildirmişdir ki, malı növbəti gün sahibinə təhvil verilmişdir. Cavabdehin nümayəndəsi isə izahatında bildirdi ki, mallar həmin gün təhvil verilməlidir və sayım zamanı da müəyyən olunmuşdur ki, mallar yoxdur. Bu da onu sübut edir ki, mallar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən ona həmin gün təhvil verilməmişdir. İşgüzar qaydaya əsasən mən həmişə malı təhvil aldıqdan sonra planşetə imza atmışam. Həmin günü o, marketdə olmayıb, qardaşı marketdə olmuşdur, telefon üzərindən OTP kodunu özü təsdiq edib, planşet üzərində təhviltəslim aktını isə marketində olan qardaşı imzalayıb. Lakin, mallar ona verilməyib.

25. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 nümayəndəsi bildirdi ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 götürdüyü malları təhvil vermişdir. O malları əgər özündə saxlasa, saxlamaq üçün yeri belə yoxdur.

26. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.

27. İddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2026-cı il il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

28. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılmış əlavə olaraq qeyd etmişdir ki, Əli Huseynovun adına olan hesabı üzrə “xxxx” ASC-nin təqdim ediyi çıxarışdan görünür ki, ## ###### 2024-cü il tarixdə“Milliön” elektron ödəmə sistemi üzərindən siqaret üçün ödənilən 10111 manat pul vəsaiti hesaba köçürülmüşdür. Sonradan ## ###### 2024-cü il tarixdə 10004,62 manat pul vəsaiti həmin hesabdan Cavabdeh şirkətinin hesabına köçürülmüşdür. Göründüyü kimi İddiaçı tərəfindən Ali Hüseynova göndərilmiş pul mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən xxxx şirkətinin hesabına ödənilmişdir. Həmin iş üzrə cavabdeh kimi dindirilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ifadəsində göstərmişdir ki, Hacıqabulda ərzaq mağazası işlədir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Cavabdeh şirkətində ekspeditor işləyir, onun mağazasına tütün məmulatları verirdi. Pul ödənişlərinin həyata keçirilməsi üçün mağaza işlədən şəxslərin kart məlumatları ekspeditorlarda olur. Kartına pul köçürülməsindən məlumatı olmamışdır. Rəşid ona zəng vurub demişdir ki, sənin kartına pul atmışam. Səhəri günü karta köçən pulu Rəşidin tapşırığınqa sasənCavabdeh şirkətinin hesabına köçürmüşdür. Bu köçürməni təsdiq edən bank hesabından çıxarışı birinci instansiya məhkəməsinə təqdim etmişdir. X2 arasındakı razılaşmadan xəbəri olmayıb. Ümumiyyətlə Fəridi əvvəllər tanımamışdır. Göründüyü kimi cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 işdə adı keçən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adlı şəxsin tapşırıqlarını icra edən şəxs olmuş, bunun üçün öz bank hesab nömrəsini sonuncuya təqdim etmiş, sonucu iddiaçı ilə əldə etdiyi razılaşma əsasında satacağı tütün məmulatlarına görə pul vəsaitini həmin kart hesabına köçürtdürmüş, sonradan isə cavabdehə başqa bir tapşırıq verərək həmin vəsaitini işlədiyi Cavabdeh şirkətinin hesabına köçürtdürmüşdür. Göründüyü kimi Şirvan Apellyasiya Mhkəməsi iddiaçı İddiaçı cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı iddia tələbinin rədd edilməsi qərarına gələrkən İddiaçı tərəfindən göndərilən pul məbləğinim Cavabdeh şirkətinin hesabına köçürülməsinə əsaslanmışdır. Qeyd etmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən ona verilmiş kart nömrəsinin xxxx şirkətinə məxsus olmadığını bilməmişdir. O polis şöbəsinə müraciət etdikdən sonra həmin bank kartının xxxx şirkətinin əməkdaşına deyil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus olduğunu bilmişdir.Sonrakı mərhələdə isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1la xxxx şirkəti arasında müqavilə olduğu məlum olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.

30. Etiraz onunla əsaslandıırılmışdır ki, Cavabdeh MMC (bundan sonra “Şirkət” adlandırıla bilər) və İddiaçı arasında tütün məmulatlarının alğı-satqısına dair hər hansı müqavilə mövcud deyil və İddiaçı tərəfindən tələb edilən pul məbləği bilavasitə Şirkətin hesabına köçürülməmişdir. Qeyd edək ki, Şirkət İddiaçıya 2021-ci ilədək satış etmişdir, çünki Cavabdeh MMC-də 2022-ci ilin yanvar ayınadək sadəcə “1C Adines” elektron satış sisteminə müştərinin adı, təhvil verilən məhsullar və ödəniş barədə məlumat yerləşdirilirdi. 2022-ci ildən başlayaraq, Azərbaycan Respublikası qanunvericiliyində tütün məmulatlarının topdan, pərakəndə, səyyar satışına dair müəyyən olunmuş məhdudiyyətlər çərçivəsində tütün məmulatlarının satış məqsədilə alınması zamanı dəyərinin nağd qaydada ödənilməsi qadağan edilmişdir. Bununla bağlı, Cavabdeh MMC, qeyri-neft sektorunda ölkənin davamlı ən iri vergi ödəyicisi olan “xxxx” MMC-nin distribütor şirkəti olaraq, vergi qanunvericiliyinin pozulmasının qarşısının alınması və dövlətin qanunsuz sahibkarlıqla mübarizə və kölgə iqtisadiyyatının miqyasının azaldılması tədbirlərinin dəstəklənməsi, habelə potensial mübahisələrin qarşısının alınması və peşəkar fəaliyyətin həyata keçirilməsi məqsədilə, müştərilər ilə yalnız yazılı formada bağlanmış alğı-satqı müqavilələri əsasında satış həyata keçirir. “1C Adines” sistemində göründüyü üzrə, İddiaçı tərəfindən Şirkətə sifariş ən son ##.##.2021-ci il tarixində verilmişdir və ödəniş əsasında ona tütün məmulatları təchiz edilmişdir. Nəticə etibarilə, İddiaçıya Şirkət tərəfindən tütün məmulatları 2021-ci ildən bəri təchiz edilmir, Şirkət ilə İddiaçı arasında hər hansı müqavilə mövcud deyil və onun şəxsi hesabından heç bir ödəniş qəbul edilməmişdir.Hazırkı mübahisənin yaranma səbəbi məhz İddiaçının qanunvericiliyin tələblərini bilərəkdən pozmasından irəli gəlir. İş materiallarından açıq-aydın görünür ki, İddiaçı qanuni tələblərdən yayınmaq məqsədilə cavabdehlə hər hansı yazılı alğı-satqı müqaviləsi bağlamamış, rəsmi sifariş təqdim etməmiş və bununla da, tərəflər arasında hüquqi münasibətlərin yaranmasına şərait yaratmamışdır. Bunun əvəzinə, İddiaçı üçüncü şəxslərlə qanunsuz şifahi razılaşmalar və sxemlər qurmaqla tütün məmulatları əldə etməyə cəhd göstərmiş, faktiki olaraq qanunvericiliyin tələblərinə zidd olan, şəffaf olmayan “kölgə” sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Belə olan halda, İddiaçının cavabdehə qarşı irəli sürdüyü tələblər hər hansı hüquqi əsasa malik deyil - bu iddialar nə mötəbər yazılı sübutlarla təsdiq olunur, nə də qüvvədə olan qanunvericiliyin tələblərinə uyğundur. Əksinə, bu tələblər İddiaçının özünün qanun pozuntusuna yönəlmiş davranışından qaynaqlanır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Cavabdeh MMC arasında # ###### 2022-ci il tarixli VEK-***** nömrəli alğı-satqı müqaviləsi mövcuddur (bundan sonra - Müqavilə) və həmin Müqavilə əsasında bu günədək mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bank qaydasında ödəniş vasitəsilə tütün məmulatları təchiz edilir.Müqavilənin 2.2-ci maddəsinə əsasən Alıcı tərəfindən malların dəyəri tam ödənildikdən sonra 5 iş günü ərzində Satıcı sifarişə uyğun Malları tam həcmdə Alıcının ünvanına çatdırır və ona yaxud onun təmsilçisinə (kassir, satıcı, anbardar, səlahiyyətləri şəraitdən bəlli olan digər təmsilçilərə) təhvil verir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Şirkətdən tütün məmulatları sifariş etmiş, ##.##.2024-cü il tarixində mallar ona məxsus “Haqqın yolu” mağazasına ***************** nömrəli təhvil-təslim aktı ilə təqdim edilmiş (təhvil-təslim aktı H.Əlinin qardaşı Hüseynov Bəxtiyar tərəfindən imzalanmış), H.Əlinin şəxsi nömrəsinə göndərilmiş OTP kod H.Əli tərəfindən təsdiqlənmiş, əvəzində ## ###### 2024-cü il tarixində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus bank hesabından Şirkətin hesabına köçürülmüş pul məbləği qəbul edilmişdir.Müqavilənin 2.3-cü maddəsinə görə, Alıcı tədarük edilmiş malların çeşidi, miqdarı və zahiri əlamətlərində uyğunsuzluqlar aşkar edərsə, bunu 5 iş günü ərzində Satıcıya bildirməlidir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən OTP kod təsdiqləndikdən və satış həyata keçirildikdən sonra 5 iş günü ərzində malların ona təhvil verilmədiyi Şirkətə bildirilməmişdir və e-qaimə təsdiq edilmişdir, bu da onu göstərir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 həmin satışa öz akseptini (razılığını) bildirmiş, malları qəbul etmişdir.Müqavilənin 3.2-ci maddəsinə əsasən Alıcı ödənişi öz seçimi əsasında bank köçürməsi, POS-terminal və ya e-commerce portalı vasitəsilə edə bilər. Həmçinin Müqavilənin 2.3-cü maddəsinə görə, malların təhviltəsliminin rəsmiləşdirilməsi məqsədilə texniki vasitələrdən istifadə oluna bilər. ##.##.2024cü il tarixində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən ödəniş onun VÖEN-ə bağlı fiziki kartından POS-terminal vasitəsilə həyata keçirilmişdir. Mallar onun xəbəri və razılığı olmadan onun mağazasına təhvil verilə bilməz və fiziki kartdan ödəniş alına bilməz. Mallar təhvil-təslim aktı əsasında “Haqqın Yolu” marketə təhvil verildikdən sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 gündəlik hesablaşma vərəqini imzalamış, onun səhər Şirkətdən təhvil aldığı mallar, planşetdə etdiyi satış miqdarı və satış gününün sonunda anbara avtomobilin baqajında gətirdiyi malların sayı uyğun gəlmişdir və Şirkət özünün daxili nəzarət öhdəliyini yerinə yetirmişdir.Müqavilənin 4.2.3-cü maddəsinə əsasən Alıcının, Satıcının malların çatdırılmasını təmin edən əməkdaşı ilə bu müqavilədən kənar həyata keçirə biləcəyi razılaşmalar və sövdələşmələr üzrə Satıcı hər hansı məsuliyyət daşımır. Bu o deməkdir ki, Şirkət mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ödəniş almış, ona müvafiq olaraq malları müqavilə əsasında çatdırmışdır və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Alıcı arasında müqavilədən kənar sövdələşmələrə görə məsuliyyət daşımır.Əlavə olaraq, Şirkət və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında H.Əlinin ödədiyi pul məbləği əvəzində malların İddiaçıya təhvil verilməsinə dair razılaşma olmamışdır və ##.##.2024-cü il tarixində Müqavilə üzrə eyni qaydada (mübahisə predmeti olmayan digər satışlarda olduğu üzrə) satış edilmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsində ardıcıl bir neçə məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 təhvil-təslim aktını imzalayan Bəxtiyar Hüseynovu tanıdığını inadla inkar etsə də, tərəfimizdən təqdim edilmiş mübahisəli təhvil- təslim aktından əvvəlki və sonrakı tarixləri əhatə edən, mübahisəsiz təhvil-təslim aktları ilə Hüseynov Bəxtiyarın malları dəfələrlə müxtəlif vaxtlarda digər satışlarda da təhvil aldığı sübut edilmişdir. Həmin aktlar təqdim edildikdən sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Hüseynov Bəxtiyarın onun qardaşı olduğunu etiraf etmişdir. Tərəfimizdən birinci instansiya məhkəməsində təqdim edilmiş bank çıxarışları və ödəniş cədvəlləri əsasında ödənişi müqavilə münasibətlərində olduğumuz mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bank qaydasında əldə etdiyimizi, həmçinin ##.##.2024-cü il tarixli təhvil-təslim aktı, ##.##.2024cü il tarixli e-qa imə, Chicago və SAP satış sistemləri məlumatları, Lokator sisteminə dair materiallar və ##.##.2024-cü il tarixli gündəlik hesablaşma vərəqi əsasında malları ##.##.2024-cü il tarixində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsus “Haqqın Yolu” marketə təhvil verdiyimizi sübut etdik. Bu da onu göstərir ki, müqavilə üzrə öhdəliklərimizi lazımınca icra edərək yalnız ödəniş almamış, həm də malları təhvil vermişik. Təhvil-təslim aktından göründüyü üzrə, ##.##.2024-cü il tarixində malları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qardaşı Bəxtiyar Hüseynov təhvil almış, ödənişin və satışın tamamlanması üçün göndərilmiş kodu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 şəxsən öz nömrəsindən təsdiq etmişdir (“Mobis” sistemindən çıxarılmış fotoşəkil SMS-in təsdiq tarixini və vaxtını dəqiq sübut edir).Şirkət tərəfindən həmin tarixdə iş saatında Rəşidin satış fəaliyyəti planşet vasitəsilə izlənilmiş, təhvil-təslim aktı, OTP kodun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 göndərilməsi və satışın baş tutması, gündəlik hesabat vərəqəsindəki mal sayındakı uyğunluq, e-qaimənin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən təsdiqi (sonradan etiraz edilməməsi) səbəbilə müqavilə üzrə mallar təhvil verilmiş hesab olunmuşdur. İş saatından kənar işçilərin izlənilməsi isə işəgötürənin - Şirkətin öhdəliyi və hüququ deyildir. İddiaçı və Cavabdeh MMC arasında müqavilə öhdəliyi əsasında tələb yarana bilməz. Həmçinin tələb edilən pul vəsaiti müqavilə münasibətlərimiz olan H.Əlidən alındığı, əvəzində hər iki tərəfin imzaladığı təhvil-təslim aktı və təsdiq edilmiş e-qaimə əsasında mallar təhvil verildiyi üçün İddiaçının həmin ödənişin geri qaytarılmasını tələb etməyə subyektiv hüququ yoxdur.Hazırkı mübahisəyə əsassız varlanma institutu da tətbiq edilə bilməz, çünki əsassız varlanmanın hüquqi tərkibi üzrə zəruri əlamətlər kumulativ xarakter daşıyır və onlardan hər hansı birinin olmaması bu iddia növü üzrə tələbin rədd edilməsini şərtləndirir. Əsassız varlanmanın mövcudluğu üçün eyni zamanda Mülki Məcəllənin 1091-1092-ci maddələri əsasında dörd şərt sübuta yetirilməlidir: 1) cavabdehin varlanması, 2) iddiaçının məhrum olması, 3) varlanma və məhrum olma arasında birbaşa səbəb-nəticə əlaqəsi, 4) bu varlanmanın hər hansı hüquqi əsas olmadan baş verməsi. Hazırkı işdə isə qeyd edilən əlamətlərin heç biri Cavabdeh MMC-yə münasibətdə mövcud deyil. Belə ki, Cavabdeh MMC- nin hesabına daxil olmuş məbləğ mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1la bağlanmış qüvvədə olan alğı-satqı müqaviləsi əsasında, təhvil verilmiş məhsulların əvəzi olaraq köçürülmüşdür. Deməli, Cavabdeh MMC-nin əldə etdiyi vəsaitin açıq və qanuni hüquqi əsası mövcuddur və bu səbəbdən, əsassız varlanmadan söhbət gedə bilməz. Hazırda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Cavabdeh MMC-də işləmir. Belə ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2018-ci il tarixli əmək müqaviləsi əsasında Şirkətə sürücü vəzifəsində işə qəbul edilmiş, ##.##.2019-cu il tarixindən onun əmək müqaviləsində vəzifə dəyişikliyi edilərək satış müvəkkili vəzifəsinə keçirilmişdir.18.2024-cü ilin dekabr ayında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 barəsində çoxsaylı şikayətlər daxil olmuşdur. Həmin şikayətlər Şirkət tərəfindən araşdırılarkən ##.##.2025-ci il tarixində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 yazılı izahat verərək malları növbəti gün müştəriyə verdiyini təsdiqləmiş, vəzifə öhdəliklərini pozduğunu etiraf etmişdir. Yəni şirkətə yalnız Rəşidin İddiaçıdan pul aldığı, Əli vasitəsilə növbəti gün malları təhvil verdiyi və vəzifə öhdəliklərini yerinə yetirmədiyi məlum olmuşdur. ##.##.2025-ci il tarixində Şirkətdə satış şöbəsi üzrə satış təlimatçısı X5 digər fərdi sahibkarların, o cümlədən İddiaçının şikayəti əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 barəsində aktlar tərtib etmiş, daha sonra Şirkətin direktoruna təqdimat ünvanlamışdır. Həmin izahatlar və aktlar əsasında aşkar edilmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 özünün əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini, habelə şirkətdaxili intizam qaydalarını özünün şəxsi maraqları naminə kobud şəkildə pozmuşdur və Şirkətin fəaliyyət sahəsindən sui-istifadə etmişdir.Bunları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, ##.##.2024-cü il tarixli “işçinin əmək müqaviləsinə xitam verilməsi barədə” əmr əsasında o, işdən xaric edilmişdir. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında müvafiq olaraq Şirvan Kommersiya Məhkəməsində və Şin/an Apellyasiya Məhkəməsində məhkəmə işlərinə baxılmışdır. Nəzərə alınmalıdır ki, nə Şirvan Kommersiya Məhkəməsi, nə də Şirvan Apellyasiya Məhkəməsi Şirkəti tərəf kimi, üçüncü şəxs kimi, nə də maraqlı şəxs qismində işdə iştiraka cəlb etməmişdir. Bununla yanaşı, çıxarılmış qətnamələrdə hazırkı iş üzrə Şirkətin hər hansı təqsirinin olduğu bildirilməmişdir. Həmçinin həmin icraatlarda iş üzrə tərəflər Şirkətin malları təhvil vermədiyini və iş üzrə təqsirli olduğunu sübut edə bilməmişdir

Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin müdafiə edərək təmin olunmasını xahiş etdi.

32. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

33. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 həmin gün, marketdə olmayıb, qardaşı marketdə olmuşdur.

34. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, oğlu Rəşid tərəfindən mallar təhvil verilmişdir, onun təqsiri yoxdur. TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

35. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

36. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

37. 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri və sair.

38. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

39. 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

40. 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

41. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

42. 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

43. 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

44. 1092.3-cü maddəsinə əsasən Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

45. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

46. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

56. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır .

58. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

59. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

60. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

61. Apellyator şikayətində iddiaçı tərəfindən əsasən “xxxx” ASC-nin təqdim etdiyi bank hesabından çıxarışa istinad edilərək göstərilmişdir ki, ## ###### 2024-cü il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 hesabına “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə 10.111 manat məbləğində vəsait daxil olmuş, ## ###### 2024-cü il tarixdə isə həmin vəsaitin 10.004,62 manatı Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. İddiaçı bundan çıxış edərək onun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 hesabına ödədiyi vəsaitin faktiki olaraq Cavabdeh MMC-yə çatdığını bildirir.

62. İş üzrə müəyyən edilmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə Cavabdeh MMC arasında ayrıca müqavilə münasibətləri olmuş və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 həmin müqavilə üzrə Cavabdeh MMC-dən mal almışdır. Bu münasibətlər çərçivəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən Cavabdeh MMCyə ödənişlərin həyata keçirilməsi aralaırnda olan müqavilə münasibətlərinə uyğun haldır.

63. Kollegiya qeyd edir ki, pul vəsaitinin son nəticədə Cavabdeh MMC-nin hesabına daxil olması ilə həmin pulun hüquqi baxımdan kimin tərəfindən və hansı öhdəliyin icrası məqsədilə ödənilməsi eyni məsələ deyildir.

64. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ifadəsinə istinad edilərək onun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tapşırığını yerinə yetirən şəxs olduğu və iddiaçı tərəfindən göndərilən vəsaiti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tapşırığı ilə Cavabdeh MMC-yə köçürdüyü qeyd olunur. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 izhatında açıq şəkildə bildirmişdir ki, İddiaçı əvvəllər tanımamış, onun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2la əldə etdiyi razılaşmadan xəbəri olmamışdır. Eyni zamanda, öz hesabına daxil olmuş vəsaiti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tapşırığı əsasında Cavabdeh MMC-yə köçürmüşdür.

65. Göründüyü kimi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ifadəsindən iddiaçı ilə Cavabdeh MMC arasında hər hansı birbaşa hüquqi münasibətin mövcudluğu deyil, əksinə, iddiaçının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2la, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 isə Cavabdeh MMC ilə ayrıca münasibətlərinin mövcudluğu görünür.

66. İddiaçının özünün mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2la hansı münasibətdə olması, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddiaçıya hansı vədi verməsi və pulun hansı məqsədlə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 hesabına köçürülməsi Cavabdeh MMC ilə iddiaçı arasında müqavilə münasibətinin yarandığını təsdiq etmir.

67. Kollegiya qeyd edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Cavabdeh MMC-də ekspeditor işləməsi həmin şəxsin şirkətin adından bağladığı hər bir razılaşmanın şirkət üçün hüquqi nəticə doğurması demək deyildir.

68. İş üzrə iddiaçı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında tütün məmulatlarının satışı barədə razılaşmanın məhz Cavabdeh MMC adından bağlandığını təsdiq edən müqavilə, sifariş, hesab-faktura və ya digər mötəbər sübut təqdim edilməmişdir.

69. Kollegiya hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 hesabına üçüncü şəxsdən vəsait daxil olduqdan sonra həmin vəsaitin onun tərəfindən öz müqavilə öhdəliyinin icrası məqsədilə Cavabdeh MMC-yə köçürülməsi Cavabdeh MMC ilə həmin üçüncü şəxs arasında müqavilə münasibətinin yaranması anlamına gəlmir.

70. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

71. 42. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

72. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir.

73. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

74. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən iddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar