Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-888/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 və məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2022-ci il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 39589,75 manat əsas bоrc, 2732,46 manat faiz bоrcu və 1085,23 manat cərimə olmaqla cəmi 43407,44 manat, ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 66504,25 manat əsas bоrc, 5150,97 manat faiz bоrcu və 2102,22 manat cərimə olmaqla cəmi 73757,44 manat, iki kredit razılaşması üzrə ümumilikdə cəmi 117 164,88 manat məbləğində pulun, iddia qaldırmaq üçün ödənilmiş 412,20 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsum və 240 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın cavabdeh1 məxsus və iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi yolu, ** saylı evdə ümumi sahəsi 40 kv.m olan qeyriyaşayış sahəsinə və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi yolu, ** saylı evdə ümumi sahəsi 64,10 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 117 164,88 manat məbləğində bоrcun, iddia qaldırmaq üçün ödənilmiş 412,20 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsum və 240 manat xidmət haqqının iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh2 arasında ##.##.2018-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış ##.##.2022-ci il tarixli ***R********** saylı kredit razılaşması üzrə 39589,75 manat əsas borc, 2732,46 manat faiz borcu və 1085,23 manat cərimə, ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 66504,25 manat əsas borc, 5150,97 manat faiz borcu və 2102,22 manat cərimə olmaqla ümumilikdə 117164,88 manat pulun cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 412,2 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 270 manat, ekspertiza xərcinin əvəzi olaraq 601,8 manat pulun cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın cavabdeh1 fərdi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi yolu, ** saylı evdə ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 70000 manat, cavabdeh1 fərdi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi yolu, ** saylı evdə ümumi sahəsi 64,10 kv.m olan qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 130000 manat müəyyən edilməklə yönəldilərək həmin əmlakların açıq hərracda satılması, əmlakların satışından əldə olunan vəsaitin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh2 arasında ##.##.2018-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə ümumilikdə 117164,88 manat pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 412,2 manat pulun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 270 manat, ekspertiza xərcinin əvəzi olaraq 601,8 manat pulun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh2 arasında ##.##.2018-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə ümumilikdə 117164,88 manat pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 412,2 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 270 manat, ekspertiza xərcinin əvəzi olaraq 601,8 manat pulun ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. ##.##.2026-cı il tarixində iddiaçının nümayəndəsi iddiadan imtina barədə ərizə təqdim etmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsinə baxaraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, bununla əlaqədar qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişdirsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Belə olan halda məhkəmə kollegiyası iddiadan imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən verilmiş iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 384.0.5, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-888/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-888/2026
04.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver