Məhkəmə qərarları › İş №e-2-2(3-6)-890/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-890/2026

28.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-890/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3 MMC-yə, cavabdeh2 Əsfər qızı, cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, zaminin məsuliyyəti həddləri, ipoteka qoyanın məsuliyyət həddləri) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X9 və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3 MMC-yə, cavabdeh2 Əsfər qızına, cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*- *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ASC ilə “X2” MMC arasında bağlanmış ## #### 2022-ci il tarixli GA. 534922.* nömrəli kredit limitinin ayrılması haqqında Baş sazişə əsasən borcalana 130000 manat məbləğində 84 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə kredit limiti ayrılmışdır.

2. İddiaçı ASC ilə cavabdeh2 arasında imzalanmış ## #### 2022-ci il tarixli, GA.534922.* nömrəli ipoteka müqaviləsinə əsasən ## #### 2022-ci il tarixli GA. 534922.* nömrəli kredit limitinin ayrılması haqqında Baş saziş üzrə öhdəliklərin icrasının təminatı qismində cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 6ünvanında yerləşən ümumi sahəsi 84 kv.m-dən ibarət ** saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. İddiaçı ASC ilə cavabdeh1 arasında imzalanmış ## ####### 2022-ci il tarixli, GA.534922.*/Z nömrəli zaminlik müqaviləsinə əsasən zamin ## #### 2022- ci il tarixli GA. 534922.* nömrəli kredit limitinin ayrılması haqqında Baş saziş üzrə öhdəliklərin icrası ilə bağlı bank qarşısında öhdəlik götürmüşdür.

4. İddiaçı ASC ilə cavabdeh1 arasında imzalanmış ## ####### 2022-ci il tariхli, GA.534922.* saylı ipoteka müqaviləsinə əsasən ## #### 2022-ci il tarixli GA. 534922.* nömrəli kredit limitinin ayrılması haqqında Baş saziş üzrə öhdəliklərin icrasının təminatı qismində Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 1 ünvanında yerləşən ümumi sahəsi 61.41 kv.m-dən ibarət ** saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

5. İddiaçı ASC ilə “X2” MMC arasında imzalanmış ## #### 2022-ci il tarixli, GA.534922.* nömrəli Baş Sazişə ## ####### 2023-cü il tarixli, ** nömrəli Əlavə Razılaşmaya görə Baş Sazişdə nəzərdə tutulan kredit məbləği 130 000 manatdan 500 000 manata qədər artırılmışdır.

6. İddiaçı ASC və cavabdeh1 arasında ## ####### 2022-ci il tarixli, GA.534922.*/Z nömrəli zaminlik müqaviləsinə ## ####### 2023-cü il tarixli, ** nömrəli Əlavə Razılaşma bağlanmışdır.

7. İddiaçı ASC və cavabdeh2 arasında ## #### 2022-ci il tariхli, GA.534922.* nömrəli ipoteka müqaviləsinə ## ####### 2023-cüil tarixli, ** nömrəli Əlavə Razılaşma bağlanmışdır.

8. İddiaçı ASC və cavabdeh1 arasında ## ####### 2022-ci il tariхli, GA.534922.* nömrəli ipoteka müqaviləsinə ## ####### 2023-cü il tarixli, ** nömrəli Əlavə Razılaşma bağlanmışdır.

9. Tərəflər arasında imzalanmış baş sazişə əsasən İddiaçı ASC ilə “X2” MMC arasında bağlanmış ## ###### 2024-cü il tarixli, ******-******/** nömrəli kredit müqaviləsinə əsasən, borcalana 16 faiz dərəcəsi ilə, 33 ay müddətinə 260000 manat məbləğində kredit verilmişdir.

10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən cavabdeh1 məxsus sahəsi 61,41 kv.m olan, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 1, mənzil 26 iddiaçı bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən cavabdeh2 məxsus sahəsi 84 kv.m olan, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 6, mənzil 28 iddiaçı bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

11. İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş ## #### 2025-ci il tarixli maliyyə arayışından görünür ki, ## ###### 2024-cü il tarixli, ******-******/** nömrəli kredit müqaviləsi üzrə borclu “X2” MMC-nin ## #### 2025-ci il tarixə 249258,05 manat əsas borcu, 11529,62 manat faiz borcu olmaqla, cəmi 260787,67 manat borcu vardır. Gecikmə günü 92 gün təşkil edir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */*** nömrəli rəyinin nəticə hissəsindən görünür ki, cavabdeh “X2” MMC ilə iddiaçı İddiaçı ASC arasında bağlanılmış ## ###### 2024- cü il tarixli, ******-******/** saylı kredit müqaviləsində qeyd olunan şərtlər əsas götürülməklə cavabdeh MMC-nin iddiaçıya ##.##.2025-ci il tarixə əsas borcu 249258,30 manat, faiz borcu 117747 manat, ##.##.2025-ci il tarixə əsas borcu 249258,30 manat, faiz borcu 11857,78 manat təşkil edir.

13. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, CVN/D **-***/** saylı mütəxəssis rəyinə görə, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi,ev 1, mənzil 26 ünvanında yerləşən daşınmaz əmlakın ## ###### 2025-ci il tarixinə bazar dəyəri 235000 manat, likvid dəyəri 218500 manat, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın ## ###### 2025-ci il tarixinə bazar dəyəri 230000 manat, likvid dəyəri 214000 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat:

14. İddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh3 MMC-yə, cavabdeh2 Əsfər qızına, cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ## ###### 2024-cü il tarixli, ******-******/** nömrəli kredit müqaviləsi üzrə əsas borc – 249258,05 manat, əsas borca hеsablanmış faiz borcu 11529,62 manat olmaqla, cəmi 260787,67 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş cəmi 102 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 550,79 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş cavabdeh2nnın mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 6 ünvanında yerləşən ümumi sahəsi 84 kv.m-dən ibarət ** saylı mənzilə və cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi,ev 1 ünvanında yerləşən ümumi sahəsi 61.41 kv.m-dən ibarət ** saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 6 ünvanında yerləşən ümumi sahəsi 84 kv.m-dən ibarət ** saylı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 1 ünvanında yerləşən ümumi sahəsi 61.41 kv.m-dən ibarət ** saylı mənzilin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 6 ünvanında yerləşən ümumi sahəsi 84 kv.m-dən ibarət ** saylı mənzili Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 1 ünvanında yerləşən ümumi sahəsi 61.41 kv.m-dən ibarət ** saylı mənzilin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

15. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə “X2” MMC arasında bağlanmış ## #### 2022-ci il tarixli, GA.534922.* nömrəli kredit limitinin ayrılmasıhaqqında Baş Saziş imzalanaraq, Bank tərəfindən“X2” MMC-yə 130 000 AZN məbləğində 84 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə kredit limit ayrılmışdır. Həmin Baş Saziş üzrə öhdəliklərin təminatı kimi cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 6ünvanında yerləşən ümumi sahəsi 84 kv.m-dən ibarət ** saylı mənzil ## #### 2022ci il tariхli, GA.534922.* nömrəli ipotеka müqaviləsinə əsasən banka ipotеkaqoyulmuşdur. Еyni zamanda, həmin Baş Saziş üzrə öhdəliklərin təminatı kimi bank və digər cavabdeh cavabdeh1 arasında ## ####### 2022-ci il tarixli,GA.534922.*/Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin Baş Saziş üzrə öhdəliklərin təminatı kimi cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X5, ev 1 ünvanında yerləşən ümumi sahəsi 61.41 kv.m-dən ibarət ** saylı mənzil ## ####### 2022-ci il tariхli, GA.534922.* nömrəli ipotеka müqaviləsinə əsasənbanka ipotеka qoyulmuşdur. İddiaçı ASC ilə“X2” MMCarasında ## #### 2022-ci il tarixli, GA.534922.* nömrəli Baş Sazişə ## ####### 2023-cü il tarixli, 01nömrəli Əlavə Razılaşma bağlanılaraq, həmin Baş Sazişdə nəzərdə tutulan kredit məbləği 130 000 AZN-dən 500 000 AZN-ə qədər artırılmışdır. Еynizamanda, bank və cavabdeh cavabdeh1 arasında ## ####### 2022-ci il tarixli, GA.534922.*/Z nömrəlizaminlik müqaviləsinə 04 oktyabr2023-cü il tarixli, ** nömrəli Əlavə Razılaşma bağlanmışdır. Еyni zamanda, bank və cavabdeh cavabdeh2 arasında ## #### 2022-ci il tariхli, GA.534922.* nömrəli ipoteka müqaviləsinə ## ####### 2023-cüil tarixli, ** nömrəli Əlavə Razılaşma bağlanmışdır. Еyni zamanda, bank və cavabdeh cavabdeh1 arasında ## ####### 2022-ci il tariхli, GA.534922.* nömrəli ipoteka müqaviləsinə ## ####### 2023-cü il tarixli, ** nömrəli Əlavə Razılaşma bağlanmışdır. ## #### 2022-ci il tarixli, GA.534922.* nömrəli Baş Saziş üzrə İddiaçı ASC ilə“X2” MMC arasında bağlanmış ## ###### 2024-cü il tarixli, ******-******/** nömrəli kredit müqaviləsinə əsasən, “X2” MMC-yə16 faiz dərəcəsi ilə, 33 ay müddətinə 260000 (iki yüz altmış min)manat məbləğində kredit verilmişdir. Borcalan Kredit Müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə ##.##.2025-ci il tarixli, ***/***/****/**** nömrəli Bildiriş ipotekaqoyan cavabdeh1 və ##.##.2025-ci il tarixli, ***/***/****/**** nömrəli Bildiriş ipotekaqoyan cavabdeh2 ayrı-ayrılıqda ##.##.2025-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildirişlər hər ikisi poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni ##.##.2025-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (bildirişin dövlət qeydiyyatına alınması barədə ərizə, X4 vasitəsi ilə müraciətin qəbulu və dövlət rüsumununödənilməsi barədə təsdiqetmə bildirişi iddia ərizəsinə əlavə edilir). Kredit Müqaviləsi üzrə borclu “X2” MMC öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması Qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir.

16. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 390.5, 399.1, 405.1, 443.1, 445.1, 449.4, 295, 279-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 34.1.1, 36, 41-47, 47.5-ci maddəsinə istinad olunmuşdur.

17. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər cavabdeh3 MMC-dən, cavabdeh1 birgə (müştərək) qaydada ## ###### 2024-cü il tarixli, ******-******/** nömrəli kredit müqaviləsi üzrə 249258,05 manat əsas borc, 11529,62 manat faiz borcu, ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 102 manat xidmət haqqı, 550,79 manat dövlət rüsumu, ümumilikdə 261440,46 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, tutmanın cavabdeh cavabdeh2 Əsfər qızına məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 6 ünvanında yerləşən ümumi sahəsi 84 kv.m-dən ibarət ** saylı mənzilə - ilkin satış qiyməti 214000 manat, cavabdeh cavabdeh1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 1 ünvanında yerləşən ümumi sahəsi 61.41 kv.m-dən ibarət ** saylı mənzilə - ilkin satış qiyməti 218500 manat olmaqla yönəldilməsi, göstərilən əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 261440,46 manat məbləğində borcun tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, satışdan artıq qalan vəsaitin cavabdehlər cavabdeh2 Əsfər qızına və cavabdeh1 qaytarılması, cavabdehlər cavabdeh3 MMC-dən, cavabdeh1 birgə (müştərək) qaydada 300 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X6 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ013160100000000003944 SWIFT BİK CTREAZ22), 600 (altı yüz) manat ekspertiza xərcinin tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN: ********** Bank: "xxxx" ASC Nərimanov filialı Bank VÖEN-i: 9900001881 M.h.: AZ03NABZ01350100000000002944 H.h: AZ471BAZ35090019444176788205 Kod: 805711 SWIFT: IBAZAZ2X) ödənilməsi qət edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh “X2” MMC arasında bağlanmış ## #### 2022-ci il tarixli, GA.534922.* nömrəli kredit limitinin ayrılması haqqında Baş sazişə əsasən borcalana 84 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 130.000 manat məbləğində kredit limiti ayrılmış, həmin öhdəliklərin icrasının təminatı qismində iddiaçı ilə cavabdeh2 arasında bağlanmış ## #### 2022-ci il tarixli, GA.534922.* nömrəli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 84 kv.m olan ** saylı mənzil, həmçinin iddiaçı ilə cavabdeh1 arasında bağlanmış ## ####### 2022-ci il tarixli, GA.534922.* nömrəli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 1 ünvanında yerləşən, ümumi sahəsi 61,41 kv.m olan ** saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, eyni zamanda cavabdeh1 ## ####### 2022-ci il tarixli, GA.534922.*/Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Sonradan tərəflər arasında bağlanmış ## ####### 2023-cü il tarixli, ** nömrəli əlavə razılaşmaya əsasən Baş saziş üzrə kredit limiti 130.000 AZN-dən 500.000 AZN-ə qədər artırılmış, həmin dəyişikliklər ilə bağlı zaminlik və ipoteka müqavilələrinə də əlavələr imzalanmışdır. Daha sonra tərəflər arasında bağlanmış Baş saziş əsasında iddiaçı ilə cavabdeh “X2” MMC arasında bağlanmış ## ###### 2024-cü il tarixli, ******-******/** nömrəli kredit müqaviləsinə əsasən borcalana 33 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 260.000 manat məbləğində kredit verilmişdir. Cavabdehlər (əsas borclu və zamin) kredit müqavilələri üzrə üzərilərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmişlə. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */*** nömrəli rəyi üzrə əsas və faiz borcun məbləği iddia tələbində göstərilən məbləğdən çox müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Belə olan təqdirdə məhkəmə hesab edib ki, iddia əsas və faiz borcunun tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməli, cavabdeh cavabdeh3 MMC-dən, cavabdeh1 oğlundan birgə (müştərək) qaydada ## ###### 2024-cü il tarixli, ******-******/** nömrəli kredit müqaviləsi üzrə 249258,05 manat əsas borc, 11529,62 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. İddia ərizəsində həmçinin ipoteka predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür. Məhkəmə hesab edib ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya ## ###### 2024-cü il tarixli, ******-******/** nömrəli kredit müqaviləsi üzrə 249258,05 manat əsas borc, 11529,62 manat faiz borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetlərinin açıq hərracda satışı həyata keçirilməli, ilkin satış qiymətləri məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmiş likvid qiymətlərə uyğun müyyən edilməli, satışdan artıq qalan vəsait mülkiyyətçilərə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edib ki, iddia təmin edilməli, cavabdeh cavabdeh3 MMC-dən, cavabdeh1 birgə (müştərək) qaydada ## ###### 2024-cü il tarixli, ******-******/** nömrəli kredit müqaviləsi üzrə 249258,05 manat əsas borc, 11529,62 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, tələb cavabdeh cavabdeh2 Əsfər qızına məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 6 ünvanında yerləşən ümumi sahəsi 84 kv.m-dən ibarət ** saylı mənzilə - ilkin satış qiyməti 214000 manat olmaqla, cavabdeh1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 1 ünvanında yerləşən ümumi sahəsi 61.41 kv.m-dən ibarət ** saylı mənzilə - ilkin satış qiyməti 218500 manat müəyyən edilməklə yönəldilməli, göstərilən əmlaklar açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait ipoteka predmetlərinin mülkiyyətçiləri olan cavabdeh2 Əsfər qızına və cavabdeh1 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edib ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 550,79 manat dövlət rüsumu və ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün 102 manat xidmət haqqı cavabdehlər cavabdeh3 MMC-dən, cavabdeh1 birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq və məhkəmə qiymətləndirici ekspertizalarının xərcinə dair bildirişlərdən görünüb ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 900 (300+600) manat təşkil edir. Məhkəmə hesab edib ki, iddia təmin edildiyindən 300 manat ekspertiza xərci cavabdehlər cavabdeh3 MMC-dən, cavabdeh1 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 600 manat ekspertiza xərci isə “xxxx” MMC-yə ödənilməlidir.

19. İşə baxan məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 743.1, 470.1, 472.1, 472.2, 317.1, 319.1, 319.5-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 34,39.3, 41.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

20. Cavabdeh cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ipoteka müqavilələrinin hüquqi qüvvəsini araşdırmadan ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə nəticəyə gəlmişdir. Halbuki Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” AzərbaycanRespublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4,405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ##.##.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və ya sonradan həmin şərtlər dəyişdirildikdə ipoteka qoyanın razılığı alınmadıqda, həmin kredit müqaviləsinə münasibətdə ipoteka müqaviləsi bağlanmamış hesab edilir və belə öhdəlik ipoteka ilə təmin edilmiş öhdəlik sayıla bilməz. Məhkəmə isə bu hüquqi mövqeyi ümumiyyətlə araşdırmamışdır. İş materiallarından görünür ki, ##.##.2022-ci il tarixli Baş Saziş üzrə kreditlimiti sonradan 130.000 manatdan 500.000 manata qaldırılmışdır. Məhkəmə bu dəyişikliklərin konkret ##.##.2024-cü il tarixli kredit müqaviləsinə və həmin müqavilənin təminatına dair ipoteka qoyanların ayrıca razılığının mövcud olub-olmadığını araşdırmamışdır. Halbuki müqavilənin bütün mühüm şərtləri üzrə razılıq müəyyən edilmədən ipoteka müqaviləsi bağlanmış hesab edilə bilməz. Məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam, hərtərəfli və obyektiv araşdırmamış, sübutları onların qarşılıqlı əlaqəsi baxımından qiymətləndirməmişdir. Xüsusilə, ##.##.2024-cü il tarixli kredit müqaviləsinin ipoteka müqavilələri ilə hansı həcmdə təmin edildiyi, kredit limitinin artırılmasından sonra ipoteka qoyanların konkret kredit müqaviləsinin bütün mühüm şərtlərinə ayrıca razılıq verib-vermədiyi müəyyən edilməmişdir. Halbuki bu hallar mübahisənin düzgün həlli üçün həlledici əhəmiyyət daşıyırdı. Məhkəmə Konstitusiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarında müəyyən edilmiş hüquqi mövqeləri tətbiq etmədən ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə nəticəyə gəlmişdir. Bu isə qətnamənin qanuniliyini və əsaslılığını aradan qaldırır. Məhkəmə, həmçinin müəyyən etməmişdir ki, ipoteka qoyanlar cavabdeh2 Əsfər qızı və cavabdeh1 məhz ##.##.2024-cü il tarixli kredit müqaviləsinin bütün mühüm şərtlərinə, o cümlədən kreditin məbləği, müddəti, faiz dərəcəsi və digər şərtlərinə açıq və birmənalı razılıq vermişlərmi. İpoteka təminatı aksessor xarakter daşıdığından onun həcmi əsas öhdəliyin həcmi ilə müəyyən olunur. Buna görə də əsas öhdəlikdə baş vermiş dəyişikliklərin ipoteka qoyan tərəfindən qəbul edilib-edilməməsi müəyyən edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə nəticəyə gəlmək hüquqi cəhətdən mümkün deyildir. Eyni zamanda, məhkəmə ipoteka müqavilələrinə bağlanmış əlavə razılaşmaların hüquqi məzmununu araşdırmamış, həmin razılaşmaların sonradan bağlanmış ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəlikləri tam həcmdə əhatə edib-etmədiyini müəyyən etməmişdir. Halbuki bu hal mübahisənin həlli üçün həlledici əhəmiyyət daşıyır. Əlavə razılaşmaların mövcudluğu öz-özlüyündə sonrakı bütün kredit öhdəliklərinin avtomatik olaraq ipoteka təminatı ilə əhatə olunduğunu təsdiq etmir. Belə ki, məhkəmə ipoteka qoyanlar cavabdeh2 Əsfər qızı və cavabdeh1##.##.2024-cü il tarixli, 108875- ******/** nömrəli kredit müqaviləsinin bütün mühüm şərtlərinə razılıq verdikləri qənaətinə gəlmişdir. Halbuki iş materiallarında ipoteka qoyanların məhz həmin kredit müqaviləsinin məbləği, müddəti, faiz dərəcəsi və digər əsas şərtlərini qəbul etdiklərini təsdiq edən ayrıca iradə ifadəsi və ya bunu birmənalı şəkildə sübut edən hər hansı sənəd mövcud deyildir. Məhkəmə, həmçinin ipoteka müqavilələrinin ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyi tam həcmdə təmin etdiyi nəticəsinə gəlmişdir. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeni nəzərə almamış və həmin qərarda müəyyən edilmiş meyarların mövcud iş üzrə tətbiq olunmasını araşdırmamışdır. Həmin hüquqi mövqeyə əsasən, ipoteka qoyanın məsuliyyət dairəsi yalnız onun razılıq verdiyi əsas öhdəlik çərçivəsində müəyyən edilir və əsas öhdəliyin mahiyyətinə, həcminə və ya təmin edilən riskə təsir edən dəyişikliklər ipoteka qoyanın ayrıca iradəsi olmadan onun məsuliyyətinin genişləndirilməsinə əsas verə bilməz. Beləliklə, məhkəmə iş üzrə həlledici əhəmiyyət daşıyan bu halları müəyyən etmədən və onlara hüquqi qiymət vermədən ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə nəticəyə gəlmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş ipoteka müqavilələri və onlara əlavə razılaşmalar həmin nəticəni birmənalı şəkildə təsdiq etmir. Hazırkı iş üzrə isə məhkəmə müəyyən etməmişdir ki, ##.##.2024-cü il tarixli kredit müqaviləsi ipoteka müqavilələrinin təminat dairəsinə daxildirmi, ipoteka qoyanlar həmin müqavilənin məbləği, müddəti, faiz dərəcəsi və digər mühüm şərtlərinə açıq iradə ifadə etmişlərmi, eləcə də kredit limitinin 130.000 manatdan 500.000 manata artırılması nəticəsində ipoteka qoyanların məsuliyyətinin həcmi genişlənmişdirmi. Bu halların heç biri araşdırılmadan ipoteka müqavilələrininsözügedən kredit öhdəliyini tam həcmdə təmin etdiyi qənaətinə gəlinmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

23. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi ərizə ilə müraciət edərək iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

24. Mülki Məcəllənin: -269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. -269.11-ci maddəsinə görə girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır. -307.4-cü maddəsinə görə əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -477.0 və 477.0.1-ci maddələrinə görə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. -“İpoteka haqqında” Qanunun hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasının: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. İpoteka hüququ - bu Qanunun 34cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. -34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: -34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; -34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; -34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. -1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. -“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## #### 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

25. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

26. Konstitusiya Məhkəməsi Plenumunun -“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair - ## #### 2019-cu il tarixli qərarı “....... Konstitusiya Məhkəməsinin Plenumu qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, ipoteka qoyanın məsuliyyəti ehtimallara əsaslana bilməz, o yalnız ona məlum olan şərtlər daxilində məsuliyyət daşımalıdır. Buna görə də ipoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün şərtlərin göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyacaqdır.....”

Apellyasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “X2” MMC tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam şəkildə ləğv edilməsi xahiş edilsə, qətnamənin əsaslılığı yalnız ipoteka predmetlərinə tutma yönəldilməsi tələbinə dair hissədə mübahisələndirilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı həmin hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh “X2” MMC arasında ## #### 2022-ci il tarixli GA. 534922.* nömrəli kredit limitinin ayrılması haqqında baş saziş imzalanmış, həmin sazişə əsasən borcalana 84 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 130.000 manat məbləğində kredit limiti ayrılmış, həmin öhdəliklərin icrasının təminatı qismində iddiaçı ilə cavabdeh2 arasında bağlanmış ## #### 2022-ci il tarixli, GA.534922.* nömrəli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 84 kv.m olan ** saylı mənzil, həmçinin iddiaçı ilə cavabdeh1 arasında bağlanmış ## ####### 2022-ci il tarixli, GA.534922.* nömrəli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 1 ünvanında yerləşən, ümumi sahəsi 61,41 kv.m olan ** saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, eyni zamanda cavabdeh1 ## ####### 2022ci il tarixli, GA.534922.*/Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Sonradan tərəflər arasında bağlanmış ## ####### 2023-cü il tarixli, ** nömrəli əlavə razılaşmaya əsasən Baş saziş üzrə kredit limiti 130.000 manatdan 500.000 manatadək artırılmış, həmin dəyişikliklər ilə bağlı zaminlik və ipoteka müqavilələrinə də əlavələr imzalanmışdır. Sözügedən baş saziş çərçivəsində bağlanmış ## ###### 2024-cü il tarixli, ******-******/** nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdeh “X2” MMC-yə illik 16 faiz dərəcəsi ilə 33 ay müddətinə 260.000 manat məbləğində krеdit verilmişdir. Hazırda iddiaçı İddiaçı ASC cavabdehin mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini əsas göstərərək həmin müqavilə üzrə əsas kredit borcu, kreditdən istifadəyə görə faiz borcunun əsas borclu və zamindən tutulmasını və tələb üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsini tələb edir.

32. Apellyasiya şikayəti kontekstində işə baxan məhkəmə tərkibi nəzərə alır ki, cavabdeh həmin şikayətdə ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin əvvəlki ipoteka müqavilələri ilə təmin edilməsini, kredit limitinin 130.000 manatdan 500.000 manata artırılmasına ipoteka qoyanların razılığının olmasını və həmin kredit öhdəliyinin ipoteka təminatının dairəsinə olmadığını mübahisələndirir.

33. Məhkəmə tərkibi cavabdehin dəlillərini rədd edərkən aşağdakıları qeyd etməyi zəruri sayır.

34. İş materiallarından görünür ki, mübahisəli ipoteka və zaminlik müqavilələrinə əsasən ##.##.2022-ci il tarixli kredit alanın GA. 534922.* saylı Baş Saziş üzrə öhdəliklər təmin edilmiş, ##.##.2024-cü il tarixli mübahisəli kredit müqaviləsi isə məhz həmin Baş saziş çərçivəsində bağlanmışdır.

35. Digər tərəfdən iş materiallarından o da müəyyən edilir ki, Baş Saziş üzrə təmin edilən kredit məbləği əvvəlcə 130.000 manat müəyyən edilmiş, sonradan 500.000 manatadək artırılmışdır. Həmin dəyişikliklərlə əlaqədar ipoteka müqavilələrinə ##.##.2023-cü il tarixli əlavə razılaşmalar imzalanmış və həmin əlavə razılaşmalarda ipoteka müqavilələri üzrə təmin edilən öhdəliyin həcminin 500.000 manatadək aydın şəkildə göstərilmiş və ipoteka qoyanlar həmin əlavə razılaşmaları imzalamaqla buna dair dair razılıqlarını ifadə etmişlər.

36. Bununla yanaşı o da müəyyən edilir ki, sözügedən kredit limiti müqaviləsi çərçivəsində bağlanmış ##.##.2024-cü il tarixli mübahisəli kredit müqaviləsi üzrə verilmiş kreditin məbləği 260.000 manat təşkil etmişdir. Eyni zamanda, həmin kredit müqaviləsi üzrə müəyyən edilmiş 16 faiz illik faiz dərəcəsi Baş Sazişdə nəzərdə tutulmuş 22 faiz faiz dərəcəsini aşmamışdır. Beləliklə, sonrakı kredit müqaviləsi əvvəlcədən müəyyən edilmiş təminat çərçivəsindən kənara çıxmamış və ipoteka qoyanların üzərinə əvvəlcədən razılaşdırılmış həddən artıq məsuliyyət qoymamışdır.

37. Konstitusiya Məhkəməsinin ##.##.2019-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyin işə baxan məhkəmə tərəfindən nəzərə alınmamasına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, həmin qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir. Kredit xətti müqavilələri çərçivəsində sonradan bağlanmış kredit müqavilələrinə əsasən əsas öhdəliyin zəruri şərtləri üzrə ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişiklik edildiyi hallarda isə ipoteka qoyanın məsuliyyəti ona məlum olan və ipoteka müqaviləsində müəyyən edilmiş şərtlərlə məhdudlaşır.

38. Hazırkı halda isə işin yuxarıda göstərilən hallarından da göründüyü kimi kredit limiti müqaviləsində ipoeka ilə təmin edilmiş kredit öhdəliyinin mühüm şərtləri müəyyən edilməklə yanaşı həmin müqavilə çərçivəsində sonradan bağlanmış kredit müqaviləsi üzrə mühüm şərtlər əvvəlcədən müəyyən edilmiş təminat çərçivəsindən kənara çıxmamış, yəni ipoteka qoyanın vəziyyətini ağırlaşdırmamışdır. Odur ki, birinci instnsiya məhkəməsi mübahisəli kredit müqaviləsi üzrə öhdəlikləri ipoteka ilə təmin edilmiş öhdəlikklər kimi qiymətləndirməklə və həmin öhdəliklərin icrasına görə tutmanı ipoteka predmetinə yönəltməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

39. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdeh “X2” MMC-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar