Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-894/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3 MMC-yə, cavabdeh2, cavabdeh1 qarşı “pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi Açar söz: ipotekanın qiyməti, likvid qiymət Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, Cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) nümayəndə1 iştirakı ilə iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3 MMC-yə, cavabdeh2, cavabdeh1 qarşı “pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. Işin halları
1. Iddiaçı ilə cavabdeh cavabdeh3 MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli RB/KM-**** saylı 1000000 manatlıq kredit xətti çərçivəsində bağlanmış RB/KM-****/* saylı Razılaşmaya əsasən illik 15 % faiz dərəcəsi olmaqla 30 ay müddətinə 300 000 (üç yüz min) manat məbləğində cavabdehə kredit verilmişdir.
2. Iddiaçı ilə cavabdeh cavabdeh3 MMC arasında bağlanmış ##.##.2024-cü il RB/KM-**** saylı kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı qismində mülkiyyət hüququ ilə cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,0254 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 498,90 kv.m. olan fərdi yaşayış evi ##.##.2024-cü il tarixli, RB/KM**** saylı Sonrakı Ipoteka müqaviləsi ilə Bank qarşısında Ipoteka ilə yüklü edilmişdir.
3. Iddiaçı ilə cavabdeh cavabdeh3 MMC arasında bağlanmış ##.##.2024-cü il RB/KM-**** saylı kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı qismində tam mülkiyyət hüququ ilə cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,08 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 224 kv.m. olan fərdi yaşayış evi ##.##.2024-cü il tarixli, RB/KM-****/* saylı Sonrakı Ipoteka müqaviləsinə əsasən bank qarşısında Ipoteka ilə yüklü edilmişdir.
4. Iddiaçı tərəfindən təqdim olunmuş ##.##.2025-ci il tarixli, RB-**/PK-**** nömrəli maliyyə arayışına görə ##.##.2025-ci il tarixə cavabdehlərin ##.##.2024-cü il tarixli, RB/KM1684/1saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 212134,4 manat, faiz borcuna görə 16367,2 manat, dəbbə borcuna görə 0 manat, cəmi 228501,6 manat təşkil edir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən cavabdeh cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,0254 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 498,90 kv.m. olan fərdi yaşayış evi cavabdeh3 MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən cavabdeh cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,08 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 224 kv.m. olan fərdi yaşayış evi cavabdeh3 MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */*** nömrəli rəyinin nəticə hissəsinə əsasən cavabdeh3 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan cari hesabdan çıxarış məlumatları və ##.##.2024cü il tarixli, RB/KM-****/* saylı razılaşmanın şərtləri nəzərə alınmaqla cavabdeh3 MMC-nin ##.##.2025-ci il tarixə banka olan əsas və faiz borcu 227079,70 manat məbləğində və ##.##.2025-ci il tarixə banka olan əsas və faiz borcu 228141,24 manat məbləğində müəyyən edilir. O cümlədən ##.##.2025-ci il tarixə əsas borcu 212307,10 manat, faiz borcu 14772,61 manat, ##.##.2025-ci il tarixə əsas borcu 212307,10 manat, faiz borcu 15834,14 manat təşkil edir.
8. “xxxx” MMC-nin LP-***/**** saylı, ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən cavabdeh1 məxsus fərdi yaşayış evinin müqayisə yanaşması ilə hazırkı bazar qiyməti 154000 manat, likvid qiyməti 138000 manat təşkil edir.
9. “xxxx” MMC-nin LP-***-*/**** saylı, ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanında yerləşən cavabdeh2 məxsus fərdi yaşayış evinin müqayisə yanaşması ilə hazırkı bazar qiyməti 299000 manat, likvid qiyməti 269000 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
10. Iddiaçı İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər cavabdeh3 MMCyə, cavabdeh2, cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh3 MMC-dən ##.##.2024-cü il tarixli, RB/KM-****/* saylı Razılaşmaya görə 212134,4 manat, faiz borcuna görə 16367,2 manat, cəmi 228501,6 manat borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR PHŞ-nin Ərazi Idarələrində bildirişlərin qeydə alınması üçün ödənilmiş 102 manat rüsum və xidmət haqqının və dövlət rüsumu kimi ödənilmiş 519 manat pulun iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması; bütün tələblərin tam mülkiyyət hüququ ilə cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,0254 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 498,90 kv.m. olan fərdi yaşayış evinə və tam mülkiyyət hüququ ilə cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,08 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 224 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi, bu əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh3 MMC-nin cəmi 228501,6 manat borcunun, dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş cəmi 621 manat məbləğində pulun ödənilməsi; ipoteka predmetləri açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada cavabdeh3 MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh – cavabdeh3 MMC arasında bağlanmış ##.##.2024-cü il RB/KM-1684saylı 1000000 manatlıq kredit xətti çərçivəsində bağlanmış RB/KM-****/* saylı Razılaşmaya əsasən illik 15 % faiz dərəcəsi olmaqla 30 ay müddətinə 300 000 (üç yüz min) manat məbləğində cavabdehə kredit verilmişdir. Təqdim olunan maliyyə arayışlarına əsasən cavabdehlərin ##.##.2024-cü il tarixli, RB/KM-1684/1saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 212134,4 manat, faiz borcuna görə 16367,2 manat, dəbbə borcuna görə 0 manat, cəmi 228501,6 manat təşkil edir. ##.##.2024-cü il RB/KM-**** saylı kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən, yaşayış məntəqələri torpaqları kateqriyasına aid 0,0254 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 498,90 kv.m. olan fərdi yaşayış evi ##.##.2024-cü il tarixli, RB/KM-**** saylı Sonrakı Ipoteka müqaviləsi, həmçinin tam mülkiyyət hüququ ilə cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış məntəqələri torpaqları kateqriyasına aid 0,08 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 224 kv.m. olan fərdi yaşayış evi ##.##.2024-cü il tarixli, RB/KM-****/* saylı Sonrakı Ipoteka müqaviləsinə əsasən iddiaçı İddiaçı ASC qarşısında Ipoteka ilə yüklü edilmişdir.
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Osmanov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, ekspert rəyləri ilə razıdır, məhkəmə icraatı dövründə kredit müqaviləsi üzrə hər hansı ödəniş olmamışdır.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili nümayəndə1 Elektron Məhkəmə Informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, iclasın təxirə salınmasını xahiş etmiş, digər cavabdehlər gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh3 MMC-dən ##.##.2024-cü il tarixli, RB/KM-****/* saylı Razılaşma üzrə 212307,10 manat əsas borc, 14772,61 manat faiz borcu, ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 102 manat xidmət haqqı, 500 manat dövlət rüsumu, ümumilikdə 227681,71 (iki yüz iyirmi yeddi min altı yüz səksən bir manat yetmiş bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, tutmanın cavabdeh cavabdeh2 məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,0254 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 498,90 kv.m. olan fərdi yaşayış evinə ilkin satış qiyməti 269000 (iki yüz altmış doqquz min) manat, cavabdeh cavabdeh1 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,08 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 224 kv.m. olan fərdi yaşayış evinə - ilkin satış qiyməti 138000 (bir yüz otuz səkkiz min) manat olmaqla yönəldilməsi, göstərilən əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 227681,71 (iki yüz iyirmi yeddi min altı yüz səksən bir manat yetmiş bir qəpik) manat məbləğində borc tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, satışdan artıq qalan vəsaitin cavabdehlər cavabdeh1 və cavabdeh2 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 19 (on doqquz) manat dövlət rüsumunun iddiaçı İddiaçı ASC-nin özünə aid edilməsi, cavabdeh cavabdeh3 MMC-dən 300 (üç yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ013160100000000003944 SWIFT BIK CTREAZ22) ödənilməsi qət edilmişdir.
15. Işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı ilə cavabdeh cavabdeh3 MMC arasında ##.##.2024-cü il tarixli, RB/KM-**** saylı 1.000.000 manat məbləğində kredit xətti müqaviləsi bağlanmış, həmin kredit xətti çərçivəsində bağlanmış RB/KM- ****/* saylı Razılaşmaya əsasən cavabdehə illik 15 faiz dərəcəsi ilə 30 ay müddətinə 300000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı qismində bağlanmış tam mülkiyyət hüququ ilə cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,0254 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 498,90 kv.m. olan fərdi yaşayış evi ##.##.2024-cü il tarixli, RB/KM-**** saylı Sonrakı Ipoteka müqaviləsi, həmçinin tam mülkiyyət hüququ ilə cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 224 kv.m. olan fərdi yaşayış evi ##.##.2024-cü il tarixli, RB/KM-****/* saylı Sonrakı Ipoteka müqaviləsinə əsasən iddiaçı bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh MMC kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmişdir.
16. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, cavabdeh MMC-dən yaranmış kredit borcu məbləğləri tutulmalı, cavabdeh MMC-dən tutulacaq əsas və faiz borclarının məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */*** nömrəli rəyi nəzərə alınmaqla müəyyən edilməlidir.
17. Iddia ərizəsində ipoteka predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.
18. Məhkəmə hesab etmişdir ki, işin araşdırılan hallarından cavabdeh MMC-nin iddiaçıya 212307,10 manat əsas, 14772,61 manat faiz borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetlərinin açıq hərracda satışı həyata keçirilməli, ilkin satış qiymətləri “xxxx” MMC-nin məhkəməyə təqdim etdiyi mütəxəssis rəylərində göstərilmiş likvid qiymətlərə uyğun müyyən edilməlidir.
19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh MMC-dən ##.##.2024-cü il tarixli, RB/KM-****/* saylı Razılaşma üzrə 212307,10 manat əsas borc, 14772,61 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmeti olan cavabdeh2 məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,0254 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 498,90 kv.m. olan fərdi yaşayış evinə - ilkin satış qiyməti 269000 manat, cavabdeh cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 0,08 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 224 kv.m. olan fərdi yaşayış evinə - ilkin satış qiyməti 138000 manat olmaqla yönəldilməli, göstərilən əmlaklar açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
20. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınması ilə bağlı ödənilmiş 102 manat xidmət haqqı, 500 manat dövlət rüsumu cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 19 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
21. Iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən yaranmış ekspertiza xərci cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
22. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 319.5, 743.1-ci maddələrini, “Ipoteka haqqında” Qanunun 4.1, 34, 39.3, 41.2-ci maddələrini tətbiq etmişdir.
23. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək cavabdeh2 mülkiyyətində olan A.Bakıxanov küçəsi, 8-ci döngə, ev 2 ünvanında yerləşən, yaşayış məntəqələri torpaqları kateqriyasına aid 0,0254 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 498,90 kv.m. olan fərdi yaşayış evinin likvid qiymətinin 380.000 (üç yüz səkksən min) müəyyən edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd etmişdir ki, qeyd edilən daşınmaz əmlakın qiyməti 450000 manatdan aşağı deyil; qeyd edilənlərin müzakirəsilə bağlı ## #### 2026-cı il tarixində keçirilən məhkəmə prosesinin təxirə salınması ilə bağlı məhkəməyə müraciət olunmasına baxmayaraq məhkəmə tərəflərin çəkişmə prinsipinə zidd olaraq həmin günə yekun qətnamə qəbul etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
Apellyasiya şikayətinə qarşı etiraz
24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
25. Cavabdeh cavabdeh2 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, iddiaçıya və digər cavabdehlərə isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
27. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
28. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.
29. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
30. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
36. Maddə 1.0.9. ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
37. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
38. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.
39. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
43. Maddə Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
44. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
50. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və Apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, cavabdeh apellyasiya şikayətində qətnaməni yalnız ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
51. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
52. Belə ki, birinci instansiya məhkəməsi əmlakın ilkin satış qiymətini təyin etdiyi ekspertizanın rəyi əsasında müəyyənləşdirmişdir.
53. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi icraat barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər cavabdehin ünvanına göndərilmiş, cavabdehləri nümayəndəsi (vəkili) məhkəmə iclasında təmsil etmişdir.
54. Işdən göründüyü kimi birinci instansiya məhkəməsində icraat ümumilikdə təxmini 2 ay davam etmişdir, cavabdeh tərəfindən əmlakının dəyərinin daha yüksək olduğuna dair alternativ qiymətləndirmə rəyi təqdim etməmişdir.
55. Xüsusilə ekspert rəyi məhkəməyə tqdim edildikdən sonra 1 hazırlıq, 1 baxış iclası keçirilmiş, lakin cavabdehlər məhkəmə iclasında nümayəndə (vəkilinin) iştirakını təmin etməmiş, ekspert rəyinə isə hər hansı bir etirazlarını bildirməmişdirlər.
56. Müvafiq rəyin xüsusi bilik tələb edən suala aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır.
57. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir; hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar qiymətləndirmə təyin edilməsinin prosessual əsasları mövcud deyildir.
58. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
59. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.