Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-895/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh İsmayılova Tamella Nazim qızının iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər İsmayılov Zamin Aley oğlu və İsmayılova Tamella Nazim qızına qarşı “kreditin, faizlərin və cərimənin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-cı il tarixli, e-*- *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh İsmayılova Tamella Nazim qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. İddiaçı ASC (Kreditverən) və İsmayılov Zamin Aley oğlu (Borcalan) arasında imzalanmış ##.##.2023-cü il tarixli ********-*********L saylı əsas kredit limiti razılaşmasına əsasən “Kreditverən” “Borcalan”a 300000 AZN məbləğində 120 ay müddətinə, ##.##.2033-cü il tarixinədək kredit limiti ayırır və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “Borcalan” ona kredit verilməsi barədə “Kreditverən”ə müraciət etmək hüququna malikdir.
2. İddiaçı ASC (Kreditverən) və İsmayılov Zamin Aley oğlu (Borcalan) arasında imzalanmış ## ### 2023-cü il tarixli ##.##.2023-cü il tarixli 40280423- *********L saylı əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan kredit razılaşmasına əsasən, Kreditverən (Bank) ##.##.2023-cü il tarixli ********-*********L saylı əsas kredit limiti razılaşması çərçivəsində illik 19 faiz dərəcəsi ilə ##.##.2026 tarixədədək, 0 ay güzəşt müddəti olmaqla 50000 manat məbləğində borc pul vəsaitini Avadanlıq alınması və digər investisiya xərcləri məqsədilə Borcalana verir, “Borcalan” bu kreditin verilməsinə görə 500 (beş yüz) AZN məbləğində xidmət haqqı ödəməyi və ya kreditin verilməsinə görə hesablanmış 500 (beş yüz) AZN xidmət haqqı 40280423- *********L saylı ##.##.2023-ci il tarixli əsas kredit limiti razılaşmasına təminatı qismində bağlanılan ipoteka müqaviləsinə bağlandığı tarixdən 3 (üç) ildən tez xitam veriləcəyi təqdirdə “Borcalan” tərəfindən “Kreditverən”ə ödəməyi öhdəsinə götürür.
3. İddiaçı ASC və İsmayılova Tamella Nazim qızı arasında imzalanmış ##.##.2023-cü il tarixli **F*ZAM********* saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Müqavilənin 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulmsı üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kredit qarşısında borclu ilə eyni həmcdə və birgə məsuliyyət daşıyır. 2.2-ci bəndinə əsasən borclu kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasının borcludan və ya zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İsmayılov Zamin Aley oğlu və İsmayılova Tamella Nazim qızından müştərək qaydada 42275,05 manat məbləğində əsas kredit borcunun, 4686,58 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 719,42 manat məbləğində cərimə borcunun, cəmi 47681,05 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 233,05 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC ilə bağlanmış ##.##.2023-cu il tarixli ********-*********L saylı əsas kredit limiti razılaşmasına əsasən cavabdeh İsmayılov Zamin Aley oğluna 120 ay müddətinə 300000 manat məbləğində kredit limiti ayrılmışdır. Əsas Kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdeh İsmayılova Tamella Nazim qızı ilə ##.##.2023- cü il tarixli **FIZAM********* saylı zaminlik müqaviləsi bağlanmış və o, kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq ##.##.2023-ci il tarixli kredit razılaşmasına əsasən iddiaçı İddiaçı ASC tərəfindən cavabdeh İsmayılov Zamin Aley oğluna 36 ay müddətinə illik 19% dərəcəsi ilə 50000 manat məbləğində kredit verilmişdir. Cavabdeh İsmayılov Zamin Aley oğluonunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə,eləcədə öhdəlik üzrə zamin İsmayılova Tamella Nazim qızına dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Əsas Kredit limiti razılaşması üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdeh İsmayılov Zamin Aley oğlunun ##.##.2024-cü il tarixə iddiaçıİddiaçı ASC-yə 42275.05 manat məbləğində əsas kredit borcu, 4686.58 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 719.42 manat kredit üzrə cərimə borcu olmaqla, cəmi 47681,05 manat məbləğində borcu qalmaqdadır.
6. İddiaçı ASC və İsmayılov Zamin Aley oğlu arasında imzalanmış ## ##### 2023-cü il tarixli Razılaşma üzrə əlavə olan ödəniş cədvəlindən məlum olur ki, ümumi məbləği 50000 manat olan kreditə görə İsmayılov Zamin Aley oğlu ## #### 2023-cü il tarixdən ## ### 2026-cı il tarixinə qədər hər ayın 1-i (və ya 2-i) 1833,41 manat, sonuncu ay 1833,36 manat ödəməlidir.
7. ## ######## 2024-cü il tarixli İsmayılov Zamin Aley oğlu İddiaçı ASC-yə olan kredit borcunun faizlərini və penyanın hesablanması haqqında arayışdan görünür ki, ##.##.2024-cü il tarixə 42275,05 manat əsas borc, 4686,58 manat faiz borcu, 719,42 manat cərimə məbləği hesablandığı qeyd edilmişdir.
8. ##.##.2024-cü il tarixli ************ nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 233,05 manat dövlət rüsumu ödəmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər İsmayılov Zamin Aley oğlu və İsmayılova Tamella Nazim qızından müştərək qaydada 42275,05 manat əsas borc, 4686,58 manat faiz borcu olmaqla cəmi 46961 (qırx altı min doqquz yüz altmış bir) manat 63 (altmış üç) qəpik borc və ödənilmiş dövlət rüsumunun 230 (iki yüz otuz) manat 89 (səksən doqquz) qəpiyinin əvəzi tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Cavabdeh İsmayılova Tamella Nazim qızı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kreditdən heç xəbəri olmamışdır. Əvvəl həyat yoldaşı olmuş İsmayılov Zamin Aley oğlu krediti götürmüş ümumiyyətlə həmin pul ilə bağlı məlumatı olmamışdır. İpoteka predmeti olaraq nəqliyyat vasitəsi qoyulmuşdur, lakin bank tərəfindən ipoteka predmetinə yönəldilmə həyata keçirilmədən qanunsuz olaraq onun maaşına yönəlmə edilmişdir. Əlavə olaraq qeyd edir ki, onun məhkəməyə verilməyimlə bağlı hər hansı pretenziya verilməmişdir, Məhkəmə tərəfindən hər hansı formada məhkəmə iclasları barədə xəbərdar edilməmişəm, məhkəmə qətnaməsindən xəbərim olmamışdır. İcra məmuru mənlə əlaqə saxladıqda bu barədə artıq icra işi olduğu ortaya çıxmışdır
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
13. Etiraz onunla əsaslandırılmışdır ki, “xxxx" ASC ilə bağlanmış ##.##.2023-cü il tarixli ********-*********L saylı əsas kredit limiti razılaşmasına əsasən İsmayılov Zamin Aley oğluna 120 ay müddətinə, illik 30%-dən çox olmamaq şərti ilə 300000 manat kredit limiti ayrılmışdır.Əsas kredit limiti razılaşması çərçivəsində 01,05.2023-cü il tarixli razılaşma imzalanaraq İsmayılov Zamin Aley oğluna 36 ay müddətinə illik 19 % haqq ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmişdir.Həmin kredit razılaşması üzrə öhdəliklərin icrasının təmini kimi bankla Fətəliyeva (İsmayılova) Tamella Nazim qızı arasında 01,05.2023-cü il tarixli **FIZAM********* saylı zaminlik müqaviləsi bağlanmış və o razılaşma üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür.Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyin tamamının icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir.Həmin müqavilənin 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulmsı üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsinəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kredit qarşısında borclu ilə eyni həmcdə və birgə məsuliyyət daşıyır.Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borclu kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasının borcludan və ya zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər.Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi zamin borclunun kredit öhdəliklərinə zamin durmasını imzaladığı müqavilə ilə təsdiq etmişdir.Apellyasiya şikayətində “kreditdən xəbərinin olmaması" ilə bağlı göstərilənlərə münasibətdə qeyd edirik ki, zaminlik müqaviləsi Fətəliyeva (İsmayılova) Tamella Nazim qızı tərəfindən ##.##.2023-cü il tarixdə şəxsən imzalanmışdır.Göründüyü kimi Fətəliyeva (İsmayılova) Tamella Nazim qızının kreditdən xəbərinin olmamasına dair şikayətində göstərdikləri həqiqəti əks etdirmir.Habelə, cavabdehin şikayətində bank tərəfindən tələbin ipoteka predmetinə yönəldilmədən qanunsuz olaraq onun əmək haqqına yönəldildiyinə dair göstərdiklərinə münasibətdə məhkəmənin nəzərinə çatdırırıq ki, cavabdeh İsmayılov Zamin Aley oğlunun öhdəliyin icrasının təmini üsulu kimi onunla bağlanılmış ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan “SCHİMTZ” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu və “MAN” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.## #### 2024-cü il tarixdə Bakı şəhəri * saylı notariat ofisi tərəfindən müvafiq olaraq 8İ-2975 № ilə ipoteka predmetlərinə yönəldilməsinə dair icra qeydi aparılmışdır. , ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi mübahisəli kredit razılaşması üzrə kredit borcun tutulması ilə bağlı deyil, həmin borcla əlaqədar ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı aparılmışdır. İcra qeydinin verilməsi üçün əsas olmuş tələbin predmeti (ipoteka müqaviləsinə əsaslanan ipoteka predmetinə tutma yönəldilməsini tələb etmək hüququ) ilə hazırkı iddianın predmeti (kredit və zaminlik müqavilələrinə əsaslanan borcun ödənilməsini tələb etmək hüququ) fərqli olduqlarından sözügedən icra qeydinin mövcudluğu hazırkı kredit müqaviləsi üzrə borcun borc alan və zaminlərdən müştərək qaydada tutulmasına mane olmur. İpoteka predmetinə tutmanın yönəldilməsinə dair icra qeydinin aparılması zaminlik müqaviləsi əsasında əsas borclunun öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş zaminin kreditor qarşısında birgə məsuliyyətini istisna etmir. icra qeydi tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlıdır, hansı ki, həmin ipoteka predmetinə tutma məhz ipoteka qoyan borclu İsmayılov Zamin Aley oğlunun əmlakı ilə məhdudlaşır. “İpoteka predmetlərinə tutma yönəldilməsinə dair” notarius tərəfindən icra qeydi aparılsa da, lakin həmin əmlakların yeri müəyən edilmədiyindən tutmanı həmin əmlaklara yönəltmək mümkün olmamışdır.Belə ki, icra sənədinin icrasını həyata keçirən icra məmurunun müvafiq qərarı ilə borclunun yuxarıda qeyd edilən əmlaklarının axtarışının elan edilməsi və saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi qərara alınsa da, görülmüş həmin tədbirlər hal- hazıradək heç bir nəticə verməmişdir. Bundan əlavə qeyd edirik ki, tutmanın cavabdeh olan zaminin əmək haqqına yönəldilməsi icra mərhələsində tənzimlənməli olan məsələdir və bu qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən cavabdeh İsmayılova Tamella Nazim qızı apellyasiya şikayətini müdaifə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, krediti keçmiş həyat yoldaşı götürmüş, onun etibarından sui-istifadə etmişdir.
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
17. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
18. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
24. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
25. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.
26. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
33. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
37. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
38. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC və İsmayılov Zamin Aley oğlu oğlu arasında imzalanmış ##.##.2023-cu il tarixli 40280423- *********L saylı əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan ## ### 2023-cü il tarixli Razılaşmaya əsasən “Kreditverən” ##.##.2023-cü il tarixli 40280423- *********L saylı əsas kredit limiti razılaşması çərçivəsində illik 19 faiz dərəcəsi ilə ##.##.2026 tarixədədək 50000 manat məbləğdə kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə İsmayılova Tamella Nazim qızı arasında zaminlik müqaviləsi bağlanmış və zamin borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər.
41. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
42. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
43. Məhkəmə kollegiyası apellaytorun məhkəmə iclaslarından məlumatı olmaması dəlilinə münasibətdə qeyd edir ki, birinci instaniya məhkəməsində icraat zamanı zamin Tamella İsmayılovanın qeydiyyatda olduğu Naxçıvan Muxtar Respublikası, Culfa Rayonu, Camaldın Ə/D, Camaldin qəsəbinə poçt göndərişi göndərilsədə bu ünvanda yaşamır qeydi ilə geri qayıtmışdır.Daha sonra məhkəmə tərəfindən ##.##.2025-ci il tarixdə Culfa Rayon İcra Hakimiyyətinə məktub ünvanlanaraq məhkəmə bildirişinin İsmayılova Tamella Nazim qızına təqdim edilməsi xahiş edilmişdir.
44. Culfa Rayon İcra Hakimiyyətinin ##.##.2025-ci il tarixli məktubuna əsasən Tamella İsmayılovanın qeydiyyatda olduğu Naxçıvan Muxtar Respublikası, Culfa Rayonu, Camaldın Ə/D, Camaldin qəsəbində yaşamadığı müəyyən olunmuş, məhkəmə bildirişinin qardaşına çatıdırıldğı qeyd olunumuşdur.
45. Zamin İsmayılova Tamella Nazim qızı apellyasiya şikayətinin dəlillərində kredit müqaviləsindən məlumatı olmadığını bildirmişdir. Bununla bağlı kollegiya qeyd etmək istəyir ki, iş materiallarına əsasən İddiaçı ASC və İsmayılova Tamella Nazim qızı arasında imzalanmış ##.##.2023-cü il tarixli **F*ZAM********* saylı zaminlik müqaviləsini İsmayılova Tamella Nazim qızı şəxsən imzalamışdır.
46. Qeyd olunan müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyin tamamı ilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Müqavilənin 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulmsı üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kredit qarşısında borclu ilə eyni həmcdə və birgə məsuliyyət daşıyır. 2.2-ci bəndinə əsasən borclu kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasının borcludan və ya zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər.
47. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il # ######## tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 470.2-ci maddəsinin “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bununla yanaşı, zaminlik müqaviləsi ilə təxirəsalıcı və ya ləğvedici şərtlə bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər də təmin edilə bilər və zaminlik müqaviləsi özü də müəyyən şərtlə bağlana bilər. MM-in 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır.Zaminlik müqaviləsinin qüvvəyə minməsini şərtləndirən təxirəsalıcı şərtlərə (MM-in 328.6-cı maddəsi) kreditor tərəfindən borclu və ya üçüncü şəxslərlə təminatverici müqavilələrin bağlanması (məsələn ipoteka müqaviləsi) və s. aid edilə bilər. Ləğvedici şərt kimi (MM-in 328.7-ci maddəsi) kreditor və borclu arasında bağlanmış digər təminedici müqavilələrə xitam verilməsi və ya etibarsız və yaxud bağlanmamış hesab edilməsi zaminlik müqaviləsində nəzərdə tutula bilər.
48. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarına və Mülki Məcəllənin 472.1-ci maddəsinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, zamin zaminlik müqaviləsi bağlandığı andan öz üzərinə öhdəlik götürmüş olur, lakin bu öhdəlik üzrə zaminin məsuliyyəti borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə yaranır.
49. Məhkəmə kollegiyası qeyd edir ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
50. Tamella İsmayılova zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas, faiz və cərimə borcunun əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə də birinci instansiya məhkəməsi haqlı olmuşdur.
51. Apellyator borcun ipoteka predmeti olan nəqliyyat vasitəsinə yönəldilmə həyata keçirilmədən qanunsuz olaraq onun maaşına yönəlmə edildiyini bildirsədə kollegiya qeyd edir ki, ipoteka predmetinə tutmanını yönəldilməsinə dair ##.##.2024-cü il tarixli icra qeydinə əsasən İddiaçı ASC-nin tələbi ilə ipoteka qoyan İsmayılov Zamin Aley oğluna məxsus ipoteka predmeti olan “SCHMİTZ” yarımqoşqu markalı **ZA*** və “MAN” yük markalı 37BC65 markalı nəqliyyat vasitəsinə tutuma yönəldilməsi qərara alınmışdır.
52. Sabunçu rayon icra Şöbəsinin ##.#.2025-ci il tarixli borclunun əmlakının axtaırlması haqqında qərara əsasən İsmayılov Zamin Aley oğluna məxsus ipoteka predmeti olan “SCHMİTZ” yarımqoşqu markalı **ZA***, “MAN” yük markalı **BC*** markalı nəqliyyat vasitəsi və “Mercedes 208D” mikrovat markalı, **SV*** dövlət qeydiyyat nişanlı avtomobillərin barəsində axtarış elan edilməsi və saxlanılarq cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. Həmçinin eyni tarixli borclunun əmlakının üzərinə həbs qoyulması haqqında qərara əsasən, MAN” yük markalı **BC*** markalı nəqliyyat vasitəsi və “Mercedes 208D” mikrovat markalı, **SV*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır.
53. Eyni zamanda Sabunçu rayon icra Şöbəsinin ##.##.2025-ci il tarixli borclunun axtarışı haqqında qərara əsasən, İsmayılov Zamin Aley oğlu barəsində axtarış elan olunmuşdur.
54. Odur ki, icra qeydinin verilməsi üçün əsas olmuş tələbin predmeti (ipoteka müqaviləsinə əsaslanan ipoteka predmetinə tutma yönəldilməsini tələb etmək hüququ) ilə hazırkı iddianın predmeti (kredit və zaminlik müqavilələrinə əsaslanan borcun ödənilməsini tələb etmək hüququ) fərqli olduqlarından sözügedən icra qeydinin mövcudluğu hazırkı mübahisəyə məhkəmədə baxılmasını və kredit müqavilələri üzrə borcun borc alan və zaminlərdən müştərək qaydada tutulmasına mane olmur.
55. İş materiallarından göründüyü kimi, apellyatorun ipoteka predmetinə ümumiyyətlə tutmanın yönəldilmədiyi barədə dəlili iş materialları ilə təkzib olunur.
56. Eyni zamanda, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra tədbirinin mövcudluğu öz-özlüyündə borcun əmək haqqından tutulması ilə bağlı digər icra tədbirlərinin görülməsini istisna etmir. İcra icraatının məqsədi kreditorun qanuni tələbinin faktiki və tam icrasının təmin edilməsidir və icra məmuru qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində borcun tutulmasına yönəlmiş zəruri icra tədbirlərini həyata keçirə bilər.
57. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
58. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh İsmayılova Tamella Nazim qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.