Məhkəmə qərarları › İş №e-2-2(3-6)-897/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-897/2026

27.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-897/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Şirinov Ziya Allahverdi oğlundan (sədrlik edən və məruzəçi), X2 və Mahmudova Təranə Nəriman qızından ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, Cavabdeh cavabdeh2 iştirakı ilə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2, cavabdeh1 qarşı “kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları

1. cavabdeh2 və cavabdeh1 imzaları ilə təsdiq olunmuş İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtlərinin 2.1-ci bəndinə əsasən müqaviləyə əsasən Bank Müştəriyə kreditlər verməyi, kredit xətləri açmağı Müştəri isə Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditlərdən istifadə etməyi və kreditləri qaytarmağı, habelə kreditlərdən istifadəyə görə Banka faizlər (komisyon haqlar) ödəməyi və Girov qoyan və/və ya Zamin isə Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada öhdəliyin icrasını təmin etməyi öhdələrinə götürürlər.

2. cavabdeh2 (Müştəri), cavabdeh1 (Zamin) ilə İddiaçı ASC (Bank) arasında bağlanmış ## ###### 2022-ci il tarixli, RM/*****/**/** saylı kredit sazişinə əsasən bank borcluya 36 ay müddətinə, illik 24%olmaqla 18 874 manat məbləğində kredit vermişdir. Kreditin məqsədi: MK/*****/**/** saylı, ## ##### 2021-ci il tarixli kredit müqavilələri üzrə kreditlərinin restrukturizasiya olunması məqsədilə verilir. Bu Müqaviləni imzalamaqla tərəflər təsdiq edir ki, bank tərəfindən müştəriyə bu müqavilə üzrə verilən kredit “Müştəri”nin MK/*****/**/** saylı, ## ##### 2021-ci il tarixli kredit müqavilələri üzrə kreditlərinin restrukturizasiya olunması məqsədilə verilir. Eyni zamanda tərəflər təsdiq edir ki, “Müştəri”nin bu Müqavilə imzalandığı tarixədək restrukturizasiya edilmiş kreditlər üzrə öhdəliklərinin lazımınca icra etməməsi nəticəsində “Müştəri”nin MK/*****/**/** saylı, ## ##### 2021-ci il tarixli kredit müqaviləsi üzrə 1000 manat həcmində hesablanmış, lakin ödənilməmiş cərimələri qalmaqdadır. Tərəflər razılaşır ki, “Bank” tərəfindən yuxarıda qeyd edilən cərimələr bir şərtlə güzəşt ediləcək ki, bu Müqavilə imzalandığı andan etibarən kredit müddəti ərzində (öhdəlik tam icra edilənədək) “Müştəri” bu Müqavilə üzrə ayrılan kreditin geri ödənilməsi üzrə öhdəliklərini Müqavilədə (həmçinin onun əlavələrində) göstərilən qaydada vaxtında və lazımınca icra etsin.

3. Qeyd edilən müddət ərzində öhdəliklərin “Ödəniş cədvəli”nə əsasən icra müddəti bir dəfəyə 10 (on) gün və ya daha artıq müddətə gecikdirildikdə və ya ardıcıl 3 (üç) ay ərzində öhdəliklərin icrası hər ay 5 (beş) gün və ya daha artıq olmaqla (lakin 10 (on) günə qədər) gecikdirildikdə güzəşt edilməsi nəzərdə tutulan 1000 manat həcmində cərimə məbləği bank tərəfindən mütləq ödəniş kimi tələb ediləcək və “Müştəri” tərəfindən növbəti ödəniş zamanı ilk olaraq cərimə məbləğinin ödənilməsi tələb ediləcək.

4. ## ###### 2022-ci il tarixli RM/*****/**/** saylı Kredit Müqaviləsinə ƏLAVƏ N1 (ödəniş cdvəli) əsasən cavabdeh2 18 874 manat məbləğində krediti 36 ay müddətinə 24% illik faiz dərəcəsi ilə ## ###### 2023-cü il tarixdən ## ###### 2025-ci il tarixinə hər ay 740.48 manat, sonuncu ay 827.43 manat ödəməyi öhdəsinə götürmüşdür.

5. ## ###### 2022-ci il tarixli ödəniş tapşırığından və hesabdan çıxarış məlumatlarından görünür ki, İddiaçı X4 cavabdeh2 hesabına 18 874 manat kredit ödənişi köçürmüşdür.

6. Bank tərəfindən cavabdehlərə ünvanlanmış ##.##.2023-cü il tarixli “kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair” bildirişdə qeyd olunmuşdur ki, müqaviləyə əsasən sizin Banka 17423.53 manat əsas, 1234.41 manat faiz və manat məbləğində cərimə borcunuz vardır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən sizinlə bağlanmış kredit müqaviləsi birtərəfli qaydada ləğv edilir və kredit borcunun dərhal ödənilməsi Sizdən tələb edilir. Həmin bildirişlər cavabdeh cavabdeh2 ##.##.2023-cü ildə, cavabdeh1 isə ##.##.2023-cü il tarixdə çatdırılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 birgə qaydada xeyrinə 10 637,38 manat məbləğində əsas borcun, 1753,7 manat məbləğində faiz borcunun və 447,49 manat cərimə borcu olmaqla, cəmi 12 838,57 manat borcun və 129 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 24% olmaqla 18 874 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir.

9. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayədəsi X3 izahatında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, ekspert rəyində cavabdehin ##.##.2025-ci il tarixə borcunun 4387.40 əsas manat, faiz borcunun isə 0 manat olduğunu qeyd edib. Ekspert hesablanma apararkən düzgün hesablama aparmamış və cərimə borcunu ümumiyyətlə nəzərə almayaraq, cavabdeh tərəfdən ödənilmiş məbləği əsas və faiz borcdan çıxmışdır və nəticədə əsas borc və faiz borcları azalmışdır. Halbuki, cavabdeh ödəniş edərkən ödəniş cədvəlini pozmuş və ümumilikdə 18593 manat məbləğində ödəniş aparmış, onun 8236,62 manatı əsas borca, 6696.68 manat faiz borcuna, 3513.30 manat cərimə borcuna çıxılmışdır və bu da məhkəməyə təqdim edilən hesabdan çıxarışda öz əksini tapmışdır. Bundan əlavə, ##.##.2022ci il tarixli RM/*****/**/** saylı müqavilənin tərkib hissəsi olan ##.##.2014- cüil tarixli kredit şərtlərinin nağd pul krediti bölməsinin 1.3-cü maddəsində göstərilmişdir ki, “müqavilə üzrə gecikdirirlmiş kreditə görə müştəri hər gecikdirilən gün üçün gecikdirlimiş kreditin kredit sazişi ilə müəyyən edilən faiz miqdarında, lakin 0.50 manatdan/ABŞ dolları/Avrodan az olmamaq şərtilə cərimə ödəyir. Bu cərimə kredit üzrə gecikdirmə yaranan tarixdən 90 gün müddətində tətbiq edilir. Bundan əlavə elektron sistemə yerləşdirilən ##.##.2023-cü il tarixli bildiriş tərəfə göndərilsə də cavabdeh bankla razılıq əldə etdiyindən həmin bildirişin hüquqi əhəmiyyəti qalmamışdır. Cavabdeh tərəfindən ən son ödəniş 2025- ci ilin iyun ayında olmuşdur. Həmçinin bankla da bugünkü günə kimi hər hansı razılıq əldə edilməmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, ##.##.2023-cü il tarixli bildiriş cavabdehə göndərildikdən sonra tərəf gəlib müvafiq qrafik üzrə ödənişlərini etmiş, müəyyən müddət sonra yenidən gecikmələr olmuş və ödənişlər etməmişdir. İddiaçı müqavilə şərtlərini dəyişməmişdir. Müqavilə şərtlərinə əsasən cərimə hesablanmalıdır.

10. Məhkəmə iclaslarında iştirak edən cavabdeh cavabdeh2 izahatında bildirmişdir ki, aprel ayının 22-dən 2100 manat ödəniş etmişdir. Ödəniş qəbzləri də mövcuddur. İddia tələbini qismən, birinci rəydə qeyd edilən əsas məbləği qəbul edir. O ötən il Baş Ofisə yaxınlaşaraq bankın əməkdaşlarına bildirmişdir ki, hazırda 2000 manat ödəniş etməyə imkanı var və yeni ödəniş qrafiki tərtib etsinlər, hər ay vaxtlı-vaxtında ödənişlərini etsin. Lakin bununla razılaşmadılar, bildirdilər ki, 18000 manat məbləği birdəfəlik ödəməlidir. Onun isə maddi cəhətdən bunu ödəmək imkanı yoxdur. İş materialları ilə tanışdır, iş üzrə təqdim edəcəyi sübut yoxdur. Yekun izahatında bildirmişdir ki, iddia tələbini qismən, birinci rəydə qeyd edilən əsas məbləği qəbul edir. O ilkin ödəniş qrafikinə əsasən 1080 manat ödəniş edirdi. 2-3 gün gecikmələri olsa da ödəniş edirdi. Bir gün banka yaxınlaşıb kredit məbləği üzrə nə qədər borcunun qaldığını soruşduqda borc məbləğinin 10000 manat məbləğdən 17000 manat məbləğə qaldığını öyrəndi. Bankın əməkdaşı aylıq ödənişlərin məbləğində dəyişiklik olaraq 500 manat məbləğə endirilməsi səbəbindən və gecikmələr də olduğu üçün geridə qalan məbləğin bu qədər olduğunu əsaslandırdı. Bu barədə onun heç bir razılığı alınmamışdır. O bununla bağlı heç bir yerdə iradə ifadəsini bildirməmişdir. Yeni ödəniş qrafiki açıldığı təqdirdə yenidən ödənişlər etməyə hazırdır.

11. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, */**** saylı rəyində qeyd olunmuşdur ki, cavabdeh2 iddiaçı İddiaçı ASC-yə borcu: ##.##.2023-cü il (sualda göstərilən tarixə) borcu 16.437,4 AZN: əsas borc 15.876,43 manat, faiz borcu 560,97 manat, ##.##.2025-ci il (ekspert rəyinin verildiyi tarixə) borcu 4387,40 AZN: əsas borc 4387,40 manat, faiz borcu 0 manat müəyyən edilmişdir.

12. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli, */*** saylı rəyində qeyd olunmuşdur ki, cavabdeh2 iddiaçı İddiaçı ASC-yə borcu: ##.##.2023-cü il-əsas borc üzrə 15.876,43, faiz borcu üzrə 560,97 manat, ##.##.2025-ci il tarixinə əsas borcu 7.575,71 manat, faiz borcu 747,47 manat, ##.##.2025- ci il tarixinə (sonuncu ödəniş tarixinə) əsas borcu 7.545,39 manat, faiz borcu 0 manattəşkil edir. Qeyd edilir ki, iş materiallarında iddiaçı bank tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd edilən ##.##.2022-ci il tarixli, RM/*****/**/** nömrəli kredit müqaviləsi üzrə cərimə hesablanmadır.

13. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh2 4387 (dörd min üç yüz səksən yeddi) manat əsas, 200 (iki yüz) manat cərimə borcu olmaqla, cəmi 4587 (dörd min beş yüz səksən yeddi) manat məbləğində borc, ödənilmiş dövlət rüsumunun 65 (altmış beş) manat 87 (səksən yeddi) qəpiyinin əvəzi tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, İddia qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 140 (bir yüz qırx) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 60 (altmış) manatı isə cavabdеh cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X7, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) hesabına keçirilsi qət edilmişdir.

14. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdehlər arasında imzalanmaqla razılaşdırılmış ##.##.2022-ci il tarixli, RM/*****/**/** saylı kredit sazişi və həmin sazişin ayrılmaz tərkib hissəsi sayılan "Kreditləşmə və Xidmət Şərtləri" haqqında sazişin"Xüsusi Hissəsinin" 1.3-cü bəndində qeyd edimişdir ki, "Müştəri, hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin kredit sazişi ilə müəyyən edilən faizi miqdarında, lakin 0,50 manatdan/ABŞ dolları/Avrodan az olmamaq şərtiləcərimə ödəyir. Bu cərimə kredit üzrə gecikdirmə yaranan tarixdən 90 (doxsan) gün müddətində tətbiq edilir." Həmin sazişin "Ümumi Hissəsinin" 3.8-ci bəndində göstərilir ki, "kredit üzrə Müştəri tərəfindən ödənilən məbləğ, ilk növbədə Banka dəyən zərərin, sonra hesablanmış cərimənin, komisyonhaqların, kredit üzrə hesablanmış faizlərin ən nəhayət kreditin ödənilməsinə yönəldilir." Kredit sazişi üzrə müəyyən olunmuş aylıq ödənişlərin qeyri-müntəzəm və xaotik qaydada icra olunması səbəbindən yaranan ümumilikdə həcmi 3513.30 (üç min beş yüz on üç manat otuz qəpik) manat təşkil edən cərimə borcunun ümumiyyətlə nəzərə alınmaması və cərimə borcunun ödənilməsinə hesablanmış məbləğlərin əsas və faiz borclarına aid edilən hissədən çıxılması yekun rəydə və həmin rəyə əsalanan yekun aktda düzgün olmayan nəticəyə gəlinməsinə səbəb olmuşdur. Cavabdehlərə müqavilə üzrə götürdükləri öhdəliklərinin icrasının gecikdiyi bildirilmiş, öhdəliklər lazımınca icra edilməyəcəyi halda isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdehlər bildirişi aldıqdan sonra banka müraciət edərək gecikən həcmdə borclarını ödəmiş və razılaşdırılmış annnuitiet qrafik üzrə ödənişlərinin bərpa etmişdirlər. Bu baxımdan tərəflər arasında imzalanmış ##.##.2022-ci il tarixli müqavilə öz hüquqi qüvvəsini saxlamış və xitam edilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında cavabdeh cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

18. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

19. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

20. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

21. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.

24. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

25. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

26. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

27. 739-cu maddəsinin ##.##.2023-cü il tarixinə kimi qüvvədə olmuş (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan) əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda qətnamənin əsaslılığı iddianın təmin olunmayan (borcun məbləği) hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh2 ## ###### 2022-ci il tarixli, RM/*****/**/** saylı kredit sazişi üzrə MK/*****/**/** saylı, ## ##### 2021-ci il tarixli kredit müqavilələri üzrə kreditlərinin restrukturizasiya olunması məqsədilə illik faiz dərəcəsi 24% olmaqla 36 ay müddətinə 18 874 manat kredit vermişdir. İddiaçı müqavilə üzrə öhdəliyini icra edərək kredit vəsaitini borcalana təqdim etmiş, lakin cavabdehlər müqavilə üzrə ödəniş öhdəliklərini lazımınca və vaxtında yerinə yetirməmişlər.

36. Həmçinin cavabdeh1 zamin kimi İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtlərinin 2.1-ci bəndinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün kredit alan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı və tam məsuliyyəti öz üzərinə götürmüşdür.

37. İş materillarına əsasən iddiaçının kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair ##.##.2023-cü il tarixli bildirişi cavabdehlərə ##.##.2023-cü və ##.##.2023-cü il tarixlərdə təqdim edilmiş, bununla da iddiaçı müqavilədən irəli gələn bütün öhdəliklərin vaxtından əvvəl icrasını tələb etmiş və müqaviləni birtərəfli qaydada ləğv etmişdir.

38. Birinci instasniya məhkəməsində icraat zamanı ## ###### 2025-ci il tarixli, */**** saylı məhkəmə ekspertizası rəyinə əsasən ##.##.2023-cü il tarixə əsas borc 15.876,43 manat, faiz borcu 560,97 manat, ##.##.2025-ci il tarixə isə əsas borc 4.387,40 manat, faiz borcu 0 manat müəyyən edilmişdir. ## #### 2026-cı il tarixli, */*** saylı təkrar ekspertiza rəyində isə ##.##.2023-cü il tarixə əsas borc 15.876,43 manat, faiz borcu 560,97 manat, ##.##.2025-ci il tarixə əsas borc 7.545,39 manat, faiz borcu isə 0 manat hesablanmışdır.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”.

40. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertizaların rəyinə əsaslanaraq hesab etmişdir ki, sözügedən kredit müqavilələri üzrə məhz həmin müqavilənin ləğv edilməsinə dair cavabdehlərə bildirişin çatdığı ##.##.2023-cü il tarxıdən sonra hesablanmış faiz borclarını cavabdehdən tutmamaqda haqlı olmuşdur.

41. Apellyatorun cavabdeh tərəfindən ödənişlərin davam etməsi səbəbindən müqavilənin davam etməsi dəlilinə münasibətdə qeyd edir ki, cavabdehlərin sonradan banka müraciət etməsi və müəyyən ödənişlər həyata keçirməsi tərəflər arasında müqavilənən qüvvədə olması mənasına gəlmir.

42. Kollegiya hesb edir ki, bank tərəfindən cavabdehlərə göndərilmiş bildirişdə müqavilə üzrə öhdəliklərin pozulması və bunun hüquqi nəticələri açıq şəkildə göstərilmişdirsə, həmin bildirişdən sonra gecikmiş borcun ödənilməsi özlüyündə bankın əvvəlki bildirişdə ifadə etdiyi hüquqi mövqedən imtina etməsi kimi qəbul edilə bilməz. Bunun üçün bankın müqaviləyə xitam vermək hüququndan imtina etməsi və ya müqavilənin davam etdirilməsi barədə yeni və aydın iradə ifadəsi mövcud olmalıdır.

43. Bankın təqdim etdiyi sənədləri ekspert rəyi ilə birlikdə təhlil edən kollegiya hesab edir ki, rəylə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi faiz borcunun məbləğini rəyə istinadən hesablamaqda haqlı olmuşdur.

44. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o halda yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun.

45. Kollegiya, birinci instansiya məhkəməsinin cərimə borclarının məbləğləri ilə bağlı gəldiyi nəticə ilə də razılaşır.

46. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki qanunvericiliyə görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

47. Kollegiyanın qənaətinə görə, məhkəmənin müəyyənləşdirdiyi 200 manat cərimə məbləği əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab olunmalıdır.

48. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

49. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

50. Həmçinin iddianın mübahisələndirilən hissəsinin qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

51. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar