Məhkəmə qərarları › İş №e-2-2(3-6)-902/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-902/2026

09.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-902/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı iddiaçı1 cavabdeh cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “bildirişlərin ləğv edilməsi” tələbinə dair ilk, iddiaçı cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər iddiaçı1, X3 və cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi Açar söz: kredit müqaviləsi üzrə borcun tutulması, borcun məbləğinin müəyyən edilməsi, sübutetmə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdeh2 ASC-nin nümayəndəsi X5 iştirakı ilə iddiaçı iddiaçı1 cavabdeh cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “bildirişlərin ləğv edilməsi” tələbinə dair ilk, iddiaçı cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər iddiaçı1, X3 və cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. Işin halları

1. cavabdeh2 ASC (kredit verən) ilə iddiaçı1 (borcalan) arasında ##.##.2019-cu il tarixdə *****-S******/****** saylı kredit limiti müqaviləsi imzalanmış, müqaviləyə əsasən kredit verən borcalana 200.000 (iki yüz min) manat məbləğində 120 ay müddətinə ##.##.2019-cu il tarixinədək kredit limiti ayırır və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürür.

2. Kreditin təminatı kimi cavabdehlər cavabdeh3 ##.##.2019-cü il tarixli zaminlik müqaviləsinə və X4 isə ##.##.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən borcalanın kredit limiti müqaviləsi üzrə öhdəliyinin icrası üçün məsuliyyəti zamin kimi öz üzərinə götürüblər.

3. ##.##.2019-cu il tarixli kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin təmin edilməsi məqsədilə xxxx ASC (ipoteka saxlayan) ilə iddiaçı1 (ipoteka qoyan, borc alan) arasında ##.##.2019-cu il tarixli 19009-S******/791723 İ saylı ipoteka müqaviləsi bağlanmışdır.

4. Daha sonra tərəflər arasında imzalanmış ##.##.2019-cu il tarixli 19009- S******/791723 saylı, ##.##.2019-cun il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşma əsasında bank tərəfindən ##.##.2021-ci il tarixədək illik 20% dərəcəsi ilə 35.000 manat məbləğində kredit verilmişdir.

5. Daha sonra tərəflər arasında imzalanmış ##.##.2020-ci il tarixli Əlavə razılaşma əsasında bank tərəfindən ##.##.2022-ci il tarixədək illik 20% dərəcəsi ilə 32.621,57 manat məbləğində kredit verilmişdir.

6. ##.##.2020-ci il tarixli Əlavə razılaşmaya ##.##.2020-ci il tarixli 009IAMR201210004 sayı Restrukturizasiya razılaşmasına əsasən restrukturizasiyanın imzalanma tarixinə borcalanın həmin kredit üzrə 32621.57 manat məbləğində əsas borc və 2590.19 manat məbləğində faiz borcu mövcuddur. Razılaşmada qeyd edilən kredit üzrə faiz dərəcəsi 20 faiz və kreditin son icra müddəti ##.##.2022-ci il müəyyən edilir.

7. ##.##.2019-cu il tarixli Əlavə razılaşmaya ##.##.2021-ci il tarixli 9070121- *********R saylı restrukturizasiya razılaşmasına əsasən 35.000 manat məbləğdə kredit üzrə 32.621,57 manat əsas borc qalığı və 5.508,01 manat məbləğdə hesablanmıış kredit restrukturizasiya edilmişdir.

8. ##.##.2023-cü il tarixli *******-*********R nömrəli restrukturizasiya razılaşmasına əsasən razılaşmanın imzalanma tarixinə borcalanın həmin kredit üzrə 17.776,11 manat məbləğdə əsas borc və 0 (sıfır) manat məbləğdə faiz borcu mövcuddur. Razılaşmanın 2-ci bəndində qeyd edilən kredit üzrə faiz dərəcəsi 15.71 faiz və kreditin son icra müddəti ##.##.2025-ci il müəyyən edilir.

9. Müqavilələr və razılaşmalar tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

10. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli rəyinə əsasən iddiaçı1 banka ##.##.2024-cü il tarixə (maliyyə arayışında borcun hesablandığı tarix) 14.265,13 manat əsas borcu, 821,72 manat faiz borcu, ##.##.2025-ci il tarixə (qərardadın verildiyi tarixə) 14.265,13 manat əsas borcu, 2.161,33 manat faiz borcu müəyyən edilmişdir.

11. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli rəyinə əsasən ##.##.2023-cü il tarixli *******-*********R nömrəli restrukturizasiya razılaşmasında borcalan hissəsində imza qrafasındakı imza iddiaçı1 tərəfindən icra olunmuşdur.

12. “xxxx”xxxx” MMC tərəfindən verilən ##.##.2025-ci il tarixli rəyə əsasən X2 markalı, buraxılış ili 2000-ci il olan, **BA*** dövlət qeydiyyat nişanlı ağ rəngli Mikroavtobusun bazar qiyməti 21.800 manat, likvid qiyməti 19.600 manat məbləğində müəyyən olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

13. Iddiaçı iddiaçı1 cavabdeh cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı iddiaçı1 göndərilmiş ## ###### 2019-cu il tarixli *****-S******/****** nömrəli əsas kredit limit razılaşmasına ## ###### 2019-cu il tarixli * nömrəli razılaşma üzrə 14893.07 (on dörd min səkkiz yüz doxsan üç manat 07 qəpik) manat pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair “Ipoteka predmetinə tutma yönəldilməsi haqqında” ## ######## 2024-cü il tarixli **** nömrəli bildirişin və “Icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən” ## ######## 2024-cü il tarixli bildirişin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ilkin iddia ərizəsi baxılmamış saxlanılmışdır.

15. cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti cavabdehlər iddiaçı1, X3 və cavabdeh3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər iddiaçı1, cavabdeh3 və X3 müştərək qaydada 14265.13 manat əsas kredit borcunun, 627,94 manat faiz borcunun, 266,44 manat cərimənin, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 135.48 manat, cəmi 15294,99 manat pulun iddiaçı cavabdeh2 ASC-nin xeyrinə tutulması; tutmanın ipoteka predmeti olan iddiaçı1 məxsus **BA*** qeydiyyat nişanlı X2 markalı mikroavtobusa yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına 15294,99 manat pulun cavabdeh2 ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh2 ASC ilə bağladığı ##.##.2019-cu il tarixli 19009-S******/791723 №-li kredit limiti müqaviləsinə əsasən cavabdeh iddiaçı1 illik faiz dərəcəsi 30%-dən çox olmamaqla, 120 ay müddətinə, yəni ##.##.2029-cu ilədək 200000 manat məbləğində kredit limiti ayrılıb (müqavilənin 1.1, 1.5 bəndləri). Kredit limiti müqaviləsinin 1.2 bəndinə görə bu müqavilə çərçivəsində borcalana verilən kreditlər razılaşmanın bağlanması ilə rəsmiləşdirilir və kreditin illik faiz dərəcəsi, FIFD, cərimə və digər spesifik şərtlər razılaşma ilə müəyyən olunacaq Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2019-cu ildə ipoteka müqaviləsinə əsasən cavabdeh iddiaçı1 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan **BA*** qeydiyyat nişanlı X2 markalı mikroavtobusu kredit limiti müqaviləsindən irəli gələn öhdəliyin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edib. Bankın ipoteka hüququ ##.##.2019-cu ildə qeydə alınıb. Kreditin təminatı kimi cavabdehlər cavabdeh3 ##.##.2019-cü il tarixli zaminlik müqaviləsinə və X4 isə ##.##.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən borcalanın kredit limiti müqaviləsi üzrə öhdəliyinin icrası üçün məsuliyyəti zamin kimi öz üzərinə götürüblər. Kredit limiti müqaviləsinə ##.##.2019-cu il tarixli * №-li Razılaşmaya əsasən cavabdeh iddiaçı1 avadanlıq alınması və digər investisiya xərcləri üçün ##.##.2021-cü ilədək qaytarmaq və illik 20 % ödəmək şərti ilə 35000 manat kredit verilib. Borcalanın müraciətinə əsasən kredit bir neçə dəfə restruktizasiya olunub və sonuncu dəfə ##.##.2023-cü ildə bağlanmış restruktizasiya razılaşmasına əsasən borcalanın bu tarixə 17776.11 manat əsas borcunun olduğu müəyyən edilib və həmin borcun illik 15.71 %-lə qaytarılması üçün son müddət uzadılaraq ##.##.2025-ci il təyin olunub. Kredit müqaviləsinin şərtlərinə görə borcalan hər təqvim ayının müvafiq günündə kredit və kreditdən istifadəyə görə faiz məbləğini hissə-hissə Banka ödəməlidir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməyib.

17. Məhkəmə iclasında iştirak edən cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında iştirak edən iddiaçı1 və onun nümayəndəsi və iddia ərizəsinə etiraz edərək, rədd edilməsini məhkəmədən xahiş etmişdir.

19. Digər Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, digər cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

20. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə cavabdeh2 ASC-nin iddiası təmin edilmiş, ##.##.2023-cü il tarixli *******-*********R saylı kredit müqaviləsinə əsasən, əsas borc 14.265 (on dörd min iki yüz altmış beş) manat 13 (on üç) qəpik, faiz borcu üzrə 627 (altı yüz iyirmi yeddi) manat 94 (doxsan dörd) qəpik, cərimə borcu üzrə 266 (iki yüz altmış altı) manat 44 (qırx dörd) qəpik olmaqla, cəmi 15.159 (on beş min yüz əlli doqquz) manat 51 (əlli bir) qəpik məbləğində pulun iddiaçı1, X3 və cavabdeh3 müştərək qaydada tutularaq cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ##.##.2023-cü il tarixli *******-*********R saylı kredit müqaviləsi üzrə tutmanın - iddiaçı1 məxsus X2 markalı, buraxılış ili 2000-ci il olan, **BA*** dövlət qeydiyyat nişanlı ağ rəngli Mikroavtobusa ilkin satış qiyməti 19.600 (on doqquz min altı yüz) manat müəyyən edilməklə yönəldilməsi və açıq hərracda satılması, satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, dövlət rüsumunun əvəzi olaraq 135 (bir yüz otuz beş) manat 48 (qırx səkkiz) qəpik məbləğində pulun iddiaçı1, X3 və cavabdeh3 müştərək qaydada tutularaq cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza xərcinin əvəzi olaraq 370 (üç yüz yetmiş) manat məbləğində pulun iddiaçı1, X3 və cavabdeh3 tutularaq AZ41NABZ01360100000000003944 hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

21. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməmiş borcu vardır, iddia əsas və faiz borcun tələb edilməsi hissəsində təmin edilməli, iş materiallarına əlavə edilmiş ekspert rəyinə əsasən ##.##.2023-cü il tarixli *******-*********R saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 14.265,13 manat, faiz borcu üzrə 627,94 manat məbləğində pul iddiaçı1, X3 və cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

22. Eyni zamanda hazırki işin hallarına əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin əsas borcuna münasibətdə 266,44 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

23. Məhkəmə hesab etmişdir ki, ##.##.2023-cü il tarixli *******-*********R saylı kredit müqaviləsi üzrə tutma - iddiaçı1 məxsus X2 markalı, buraxılış ili 2000-ci il olan, **BA*** dövlət qeydiyyat nişanlı ağ rəngli Mikroavtobusa ilkin satış qiyməti ekspert rəyinə əsasən 19.600 (on doqquz min altı yüz) manat müəyyən edilməklə yönəldilməli və açıq hərracda satılmalı, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir.

24. Məhkəmə həmçinin qeyd etmişdir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135,48 manat məbləğində pul da cavabdehlərdən müştərək qaydada tutularaq cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

25. Bundan başqa iş materiallarından görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ayrı-ayrılıqda ekspertizaların keçirilməsi xərci 145, 100 və 125 manat təşkil edir. Ona görə də məhkəmə hesab etmişdir ki, 370 manat (145+100+125) məbləğində pul müştərək qaydada iddiaçı1, X3 və cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənməlidir.

26. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5, 317.1, 462.1, 470.1, 472.1, 472.2, 739.1, 741-ci maddələrini maddələrini tətbiq etmişdir.

27. Qətnamədən cavabdeh iddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadığını, təqdim etdiyi etiraz və sübutlara lazımi hüquqi qiymət vermədiyini bildirmiş və qeyd edtmişdir ki, borc düzgün hesablanmamış, dəfələrlə bağlanmış restrukturizasiya razılaşmalarının və onların borcun həcminə təsirinin araşdırılmamış, Bankın məktubunda qalıq borcun 1.801,72 manat göstərilməsinə baxmayaraq, iddia üzrə daha yüksək məbləğin tələb edilməsinin əsaslandırılmamışdır. Apellyasiya şikayətinə qarşı etiraz

28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

29. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

32. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

33. Maddə 34.1. Ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi.

34. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

36. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

37. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

38. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır

39. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

40. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

41. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

42. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

43. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

44. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

45. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

48. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

51. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

57. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

59. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

60. Kollegiya apellyasiya şikayətinin bankın ##.##.2023-cü il tarixli məktubunda kredit üzrə qalıq borcun 1.801,72 manat göstərildiyi, buna baxmayaraq məhkəmə tərəfindən daha yüksək məbləğdə borcun tutulmasının əsassız olması barədə dəlili ilə razılaşmır.

61. Belə ki, iş materiallarında olan cavabdeh2 ASC-nin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, ##.##.2023-cü il tarixli ilkin məktubda texniki səhv nəticəsində müştərinin yalnız ümumi faiz üzrə qalıq məbləği göstərilmişdir. Bank tərəfindən sonradan verilmiş dəqiqləşdirməyə əsasən, ##.##.2023-cü il tarixinə cavabdehin 17.776,11 manat əsas borcu, 54,30 manat faiz borcu, habelə 1.801,72 manat ümumi faiz borcu mövcud olmuşdur. Eyni məzmunlu məlumat bank əməkdaşının ##.##.2024-cü il tarixli elektron məktubunda da öz əksini tapmışdır.

62. Bu baxımdan, ##.##.2023-cü il tarixli məktubda göstərilən 1.801,72 manat məbləğin kredit münasibəti üzrə ümumi qalıq borc kimi qiymətləndirilməsi düzgün deyildir. Həmin məktub sonradan bank tərəfindən rəsmi qaydada dəqiqləşdirildiyindən, ilkin məktub ayrıca deyil, onu tamamlayan və məzmununu açıqlayan sonrakı sənədlərlə birlikdə qiymətləndirilməlidir.

63. Borc məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun irəli sürdüklərinə münasibətdə kollegiya qeyd edir ki, o nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza rəyləri ilə isə iddiaçı1 banka ##.##.2024-cü il tarixə 14.265,13 manat əsas borcu, 821,72 manat faiz borcu, ##.##.2025-ci il tarixə 14.265,13 manat əsas borcu, 1.879,99 manat faiz borcu, ##.##.2025-ci il tarixə 14.265,13 manat əsas borcu, 2.161,33 manat faiz borcu olduğu müəyyən edilmişdir.

64. Kollegiya qeyd edir ki, məhkəmə hüquqi normanı müstəqil müəyyən edə bilsə də, mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir.

65. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ekspert rəyində ##.##.2023-cü il tarixli *******-*********R saylı kredit müqaviləsi üzrə əsas borcun 14.265,13 manat əsas borcu, 821,72 manat məbləğində olması müəyyən edildiyi halda, iddiaçının həmin müqavilə üzrə 627,4 manat məbləğində faiz borcun tutulmasını tələb etməsi nəzərə alınaraq sözügedən razılaşma üzrə cavabdehlərdən 14.265,13 manat məbləğində əsas borc və 627,4 manat faiz borcu tutulmalıdır.

66. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş ekspert rəyində isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından yenidən ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir.

67. Kollegiya, birinci instansiya məhkəməsinin cərimə borcunun məbləği ilə bağlı gəldiyi nəticə ilə də razılaşır.

68. Kollegiya qeyd edir ki, apellyator tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti barədə birinci instansiya məhkəməsinin mövqeyini şübhə altına alacaq dəlil təqdim edilmədiyindən həmin hissədə araşdırma aparılmasına zərurət yoxdur.

69. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normaların pozuntusuna yol verilməmiş; birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

70. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

71. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDI:

Cavabdeh iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar