Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-904/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, estoppel prinsipi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, Iddiaçı İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli HT ***/** saylı və ##.##.2024-cü il tarixli HT ***/** saylı müqavilə bağlanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən bu Müqaviləyə görə, Icraçı, Sifarişçinin sifarişlərinə əsasən və hər bir sifariş üzrə tərtib olunacaq və hazırkı Müqavilənin ayrılmaz hissəsi hesab olunacaq Əlavələrdə göstərilən avadanlıqları, ehtiyyat hissələrini Sifarişçinin mülkiyyətinə verməyi və lazımi hallarda avadanlıqların təmiri üzrə xidmətləri göstərməyi (bundan sonra müvafiq olaraq "Mallar" və "Xidmətlər" adlanacaq). Sifarişçi isə malları və xidmətləri qəbul edib, bu Müqaviləyə Əlavələrdəki müəyyən olunmuş qiyməti Icraçıya ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən göndərilmiş malların və xidmətlərin növləri, miqdarı, qiyməti, icra müddəti, çatdırılma və başqa şərtlər Müqavilənin ayrılmaz hissəsi olan Tərəflər arasında tərtib olunacaq Əlavələrdə müəyyən olunacaqdır. 1.3-cü bəndinə əsasən icraçı müqavilə ilə nəzərdə tutulmuş malları və xidmətləri Sifarişçiyə bu Müqavilənin Əlavələrdə göstəriləcək müddət ərzində təhvil verilir. Malların və xidmətlərin Sifarişçiyə təhvil verilməsi tərəflərin iştirakı ilə müvafiq aktlarına əsasən rəsmiləşdirilir. 2.1-ci bəndinə əsasən malların və xidmətlərin dəyəri, hər bir sifarişin həcminə və xüsusiyyətlərinə əsaslanaraq, hər sifariş üzrə ayrıca hesablanır və bu Müqavilənin Əlavələrdə müəyyən olunur. 2.2-ci bəndinə əsasən malların və xidmətlərin dəyərinin ödənilmə qaydası qiymət razılaşdırılma protokolunda müəyyən edilir. 2.3-cü bəndinə əsasən ödənişlər Sifarişçi tərəfindən Icraçının hesabına köçürülmə yolu ilə günün məzənnəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli valyuta ilə aparılır. 2.4-cü bəndinə əsasən əgər Müqavilənin qüvvədə olduğu müddət ərzində məzənnədə artım müşahidə olunarsa, o zaman Malın qiyməti müvafiq olaraq yeni məzənnəyə uyğunlaşdırılacaqdır. 2.5-ci bəndinə əsasən malların təslim müddəti avans ödənişi müqavilənin qiymət razılaşdırılma protokolunda qeyd edilən tarixə əsasən təyin olunur. 2.6-cı bəndinə əsasən müqavilə üzrə bütün mallar Sifarişçiyə Icraçının anbarından təhvil veriləcəkdir. 2.7-ci bəndinə əsasən satıcı malları Qaimə-faktura əsasında təslim edir. 3.1-ci bəndinə əsasən “Icraçı” malın keyfiyyəti üçün məsuliyyət daşıyır və keyfiyyət sertifikatında göstərilmiş texniki şərtlərə müvafiq olmasına zəmanət verir. 3.2-ci bəndinə əsasən “Icraçı" malın keyfiyyətinə istehsalçının təlimatlarına müvafiq olaraq saxlandığı və istifadə etdiyi təqdirdə mal təchiz edildiyi tarixdən 1 (bir) il ərzində zəmanət verir. 5.1-ci bəndinə əsasən tərəflər öz üzərilərinə düşən öhdəliklərin yerinə yetirilməsini təmin edir. 5.2-ci bəndinə əsasən “Sifarişçi” müqavilənin ümumi dəyərinin ödənilməsini 2.2 bəndinə əsasən həyata keçirilməsini təmin etməlidir. 5.3-cü bəndinə əsasən “Icraçı” malları 1.1. bəndinə əsasən təslim etməlidir. 5.4-cü bəndinə əsasən bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən Tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. 5.5-ci bəndinə əsasən tərəflər arasında Müqavilə bağlandıqdan sonra, mallarla bağlı üçüncü şəxslərin iddia və pretenziyalarına görə Icraçı tam məsuliyyət daşıyır və bu halların nəticəsi olaraq Sifarişçiyə dəyən zərəri tam həcmdə ödəməlidir. Müqavilənin 5.6-ci bəndinə əsasən mallar bu Müqavilədə göstərilən qaydada və şərtlərlə Sifarişçiyə tam təhvil verilənə qədər malların təsadüfən məhv olması və yaxud zədələnməsi riski Icraçının üzərinə düşür.
2. ##.##.2022-ci il tarixli HT ***/** saylı müqaviləyə ##.##.2024-cü il tarixli ** saylı əlavəyə əsasən Müqavilənin müddəti ## ### 2024-cü il tarixindən ## ###### 2024-cü ilə qədər uzadılmışdır.
3. Tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli HT ***/** saylı saylı müqaviləyə ** №-li ## ###### 2024-cü il tarixli Əlavəyə əsasən işlərin və malların ümumi qiyməti (ƏDV daxil) 76773,16 manat, ** №-li ## ###### 2024-cü il tarixli Əlavəyə əsasən işlərin və malların ümumi qiyməti 2023,7 manat, ** №-li ## ###### 2024-cü il tarixli Əlavəyə əsasən işlərin və malların ümumi qiyməti 1305,08 manat, ** №-li ## #### 2024-cü il tarixli Əlavəyə əsasən işlərin və malların ümumi qiyməti 3882,2 manat müəyyən edilmişdir.
4. Tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli HT ***/** saylı müqaviləyə TX* №-li ## ### 2024-cü il tarixli Əlavəyə əsasən işlərin və malların ümumi qiyməti (ƏDV daxil) 15676,3 manat, * №-li # #### 2024-cü il tarixli Əlavəyə əsasən işlərin və malların ümumi qiyməti 118 manat, * №-li ## #### 2024-cü il tarixli Əlavəyə əsasən işlərin və malların ümumi qiyməti 4531,2 manat, TX* №-li ## ######## 2024-cü il tarixli Əlavəyə əsasən işlərin və malların ümumi qiyməti 1280,3 manat, TX * №-li ## ####### 2024-cü tarixli Əlavəyə əsasən işlərin və malların ümumi qiyməti 507,40 manat, * №-li ## ####### 2024-cü il tarixli Əlavəyə əsasən işlərin və malların ümumi qiyməti 51278,08 manat, * №-li 23 oktaybr 2024-cü il tarixli Əlavəyə əsasən işlərin və malların ümumi qiyməti 16756 manat, * №-li ## ###### 2024-cü il tarixli Əlavəyə əsasən işlərin və malların ümumi qiyməti 670,24 manat, TX** №-li ## ###### 2024cü il tarixli Əlavəyə əsasən işlərin və malların ümumi qiyməti 1274,4 manat müəyyən edilmişdir.
5. ## #### 2024-cü il tarixli Xidmətlərin təhvil-təslim aktına əsasən 15676,30 manat məbləğində, 27 sentaybr 2024-cü il tarixli Xidmətlərin təhvil-təslim aktına əsasən 1280,3 manat məbləğində, ## ###### 2024-cü il tarixli Xidmətlərin təhvil-təslim aktına əsasən 507,4 manat, ## ###### 2024-cü il tarixli Xidmətlərin təhvil-təslim aktına əsasən 1274,4 manat məbləğində mal və xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.
6. Iddiaçı İddiaçı MMC tərəfindən Cavabdeh MMC - satılmış mal və görülmüş işlərə dair ##.##.2024-cü il tarixli MT2407 seriyalı ******** nömrəli 76.773,16 manat məbləğidə, ##.##.2024-cü il tarixli MT2406 seriyalı ******** nömrəli 1.817,20 manat məbləğində ##.##.2024-cü il tarixli, EBEB seriyalı, ****** nömrəli 1.305,08 manat məbləğində, ##.##.2024cü il tarixli, EBEB seriyalı, ****** nömrəli və 3.882,20 manat məbləğdə, ##.##.2024-cü il tarixli, MT2406 seriyalı ******** nömrəli 15.676,30 manat məbləğdə; ##.##.2024-cü il tarixli MT2407 seriyalı ******** nömrəli 118,00 manat məbləğdə; ##.##.2024-cü il tarixli MT2408 seriyalı ******** nömrəli 4.531,20 manat məbləğdə; ##.##.2024-cü il tarixli MT2409 seriyalı ******** nömrəli 1.280,30 manat məbləğdə; ##.##.2024-cü il tarixli MT2411 seriyalı ******** nömrəli 507,40 manat məbləğdə; ##.##.2024-cü il tarixli, MT2410 seriyalı, ******** nömrəli 9.788,10 manat məbləğdə; ##.##.2024-cü il tarixli MT2411 seriyalı ******** nömrəli 37.147,58 manat məbləğdə; ##.##.2024-cü il tarixli MT2411 seriyalı ******** nömrəli 9.711,40 manat məbləğdə; ##.##.2024-cü il tarixli MT2411 seriyalı ******** nömrəli 7.044,60 məbləğdə; ##.##.2024- cü il tarixli MT2411 seriyalı ******** nömrəli 670,24 manat məbləğdə; ##.##.2024-cü il tarixli MT2411 seriyalı ******** nömrəli 1.274,40 manat məbləğdə e-qaimə fakturalar göndərilmişdir. 33. ##.##.2025-ci il tarixli **/** saylı Qarşılıqlı borcların Üzləşdirilməsi Aktına əsasən ##.##.2025-ci il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 171527,16 manat təşkil edir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. Iddiaçı İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Iddiaçı “xxxx“ MMC ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2022-ci il tarixində HT***/** nömrəli müqaviləyə və ##.##.2024-cü il tarixində bağlanmış HT-***/** nömrəli müqaviləyə əsasən təqdim edilmiş mal-material və göstərilmiş təmir və texniki qulluq xidmətlərinə görə Cavabdeh MMC-dən 171527,16 manat tutularaq “xxxx“ MMC-yə ödənilməsini, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 171 527.16 manat borc məbləğinə hesablanmış illik 5 (beş) faiz olan 8576,58 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq “xxxx“ MMC-yə ödənilsinI, iddia üçün ödənilmiş 470 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq “xxxx“ MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mal alqı-satqısı və xidmət xərclərinin tutulması barədə Iddiaçı “xxxx“ MMC (VÖEN **********) ilə Cavabdeh MMC (VÖEN **********) arasında bağlanmış ##.##.2022-ci il tarixli HT-***/** nömrəli müqaviləyə və ##.##.2024-cü il tarixində bağlanmış HT-***/** nömrəli müqaviləyə əsasən, “xxxx“ MMC təqdim edilmiş malmaterial və təmir və texniki qulluq xidmətləri göstərməyi, Cavabdeh MMC isə həmin malmaterialın və xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdü. Həmin müqavilələr üzrə təqdim edilmiş mal-material və təmir xidmətlərinə görə tərəflər arasında imzalanmış ##.##.2025-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən, Cavabdeh MMC-nin “xxxx“ MMC-yə borcu 171 527.16 manat borcu var. Hazırda Cavabdeh MMC-nin “xxxx“ MMCyə 145 362.00 manat əsas borc, 26 65.16 manat ƏDV borcu olmaqla, cəmi 171 527.16 manat ödənilməmiş borcu vardır. Həmin borcun ödənilməsi ilə bağlı “xxxx“ MMC tərəfindən Cavabdeh MMC ilə danışıqlar aparılmış, pretenziya göndərilmişdir, Göndərilmiş ##.##.2026 lakin Cavabdeh MMC pretenziyaya cavab verməmiş, 171 527.16 manat borcunu “xxxx“ MMC-yə ödəməmişdir.
9. Iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli HT-***/** nömrəli müqavilə üzrə 83.777,64 (səksən üç min yeddi yüz yetmiş yeddi manat 64 qəpik) manat, həmçinin ##.##.2024-cü il tarixli HT***/** nömrəli müqavilə üzrə təqdim edilmiş mal-materiallar və göstərilmiş təmir və texniki qulluq xidmətlərinə görə 87.749,52 (səksən yeddi min yeddi yüz qırx doqquz manat 52 qəpik) manat olmaqla, ümumilikdə 171.527,16 (bir yüz yetmiş bir min beş yüz iyirmi yeddi manat 16 qəpik) manat məbləğin və AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 171 527.16 manat borc məbləğinə hesablanmış illik 5 (beş) faiz olan 8 576.58 manat pul vəsaitinin və iddia üçün ödənilmiş 470 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Cavabdehin iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh MMC-dən ##.##.2022-ci il tarixli HT***/** nömrəli və ##.##.2024-cü il tarixli HT-***/** nömrəli müqavilələr üzrə uyğun olaraq 83.777,64 AZN və 87.749,52 AZN, ümumilikdə cəmisi 171.527,16 AZN borcun tutulub iddiaçı İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin iddia ərizəsi əsasında başlanmış kommersiya işi məhkəmənin icraatındadır. Həmin kommersiya işi üzrə məhkəmə hazırlıq iclası ##.##.2026-cı il, saat 14:10-a təyin edilmişdir. İddiaçı MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş ## #### 2026-cı il tarixli iddia ərizəsi və həmin ərizəyə edilmiş ## ##### 2026-cı il və ## ##### 2026-cı il tarixli dəqiqləşdirmələrlə tanış olduqdan sonra cavabdeh Cavabdeh MMC olaraq aşağıdakı əsaslandırılmış etirazı bildirirlər. Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh MMC-yə qarşı irəli sürdüyü tələbləri onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh MMC ilə iddiaçı İddiaçı MMC arasında ##.##.2022-ci il tarixli HT-***/** nömrəli və ##.##.2024-cü il tarixli HT-***/** nömrəli müqavilələr bağlanmış və bu müqavilələr çərçivəsində Cavabdeh MMC-yə müəyyən miqdarda mal-material təqdim edilmiş və xidmətlər göstərilmiş, lakin Cavabdeh MMC tərəfindən həmin xidmətlərin əvəzi olan ödənişlər bugünə qədər tam formada həyata keçirilməmiş, cavabdehin iddiaçıya 171.527,16 AZN borcu qalmışdır. Bildirirlər ki, “Issa Soğutma ve Isi Sistemleri LTD. ŞTI.”nin bu iddiası və iddiası üçün təqdim etdiyi sübutlar əsassızdır, işin real hallarını əks etdirmir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərdən bariz aydın olur ki, borc məbləğinin düzgün hesablanmamış, edilmiş ödənişlər nəzərə alınmamışdır, qalıq borcun real məbləği ilə ciddi ziddiyyətlər mövcuddur. Bildirirlər ki, iddia olunan borc məbləği ilə real vəziyyət arasında ciddi ziddiyətlər mövcuddur. Belə ki, iddiaçı tərəfindən verilmiş ilkin iddia ərizəsində (##.##.2026) və dəqiqləşdirmələrdə (##.##.2026-cı il və ##.##.2026-ci il tarixli) cavabdehin ümumi borcu 171.527,16 AZN kimi göstərilmişdir. İddiaçı MMC-nin iddiasına əsasən borc məbləğinin 83.777,64 AZN hissəsi HT- ***/** saylı müqavilə əsasında yaranmışdır. Iddiaçı bu qeyd etdiyinin sübutu kimi MT2407, MT2406, EBEB seriyalı qaimələr və 19, 20, 21, ** saylı əlavələrə istinad edir. Iddiaçıya görə borc məbləğinin digər 87.749,52 AZN hissəsi isə HT-044/24 müqavilə üzrə formalaşmışdır, bu borcun sübutu kimi MT2406, MT2407, MT2408, MT2409, MT2410, MT2411 seriyalı qaimələr və TX1, TX5, TX6, TX10, 2, 3, 6, 7, * saylı əlavələrə istinad edir. Iddia ərizəsində bu məbləğ 145.362,00 AZN əsas borc və 26.165,16 AZN ƏDV borcu kimi bölünür. Dəqiqləşdirmələrdə isə bu bölgü və ƏDV-nin hesablanma əsası izah olunmur. Bildirir ki, cavabdeh Cavabdeh MMCnin mühasibat uçotuna əsasən, iddiaçı tərəfindən təqdim edilmiş malların və xidmətlərin bir hissəsi üçün əvvəlki dövrlərdə ödənişlər edilmişdir. Lakin iddiaçı tərəfindən təqdim olunan qarşılıqlı borcların üzləşdirilməsi aktı (##.##.2025-ci il tarixli), elektron qaimələr və təhvil-təslim aktları arasında ödənişlərin tam və düzgün nəzərə alınmadığı, bəzi qaimələrin iki dəfə əks olunduğu və ya məbləğlərdə uyğunsuzluqların olduğu aşkar edilir. Bundan əlavə, müqavilələrdə nəzərdə tutulmuş ödəniş şərtləri (2.2–2.5-ci bəndlər), avans ödənişləri, məzənnə dəyişiklikləri və forsmajor müddəalarının real əməliyyatlarda necə tətbiq edildiyi və mühasibatda əks olunması barədə iddiaçı tərəfindən kifayət qədər aydın və tam sübutlar təqdim olunmamışdır. Bu isə iddiaçı tərəfindən borcun şişirdildiyini, obyektiv şəkildə təqdim edilmədiyini göstərir. Beləliklə, aydın olur ki, iddia olunan 171.527,16 AZN məbləğ ilə faktiki qalıq borc arasında əhəmiyyətli ziddiyyət mövcuddur. Bu ziddiyyətlərin həlli və həqiqi borc məbləğinin doğru şəkildə təsbit edilməsi isə yalnız mühasibat ekspertizası yolu ilə obyektiv şəkildə müəyyən edilə bilər. Qeyd olunanlardan aydın olur ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər kompleksi (müqavilələr, əlavələr, elektron qaimələr, təhvil-təslim aktları və qarşılıqlı üzləşdirmə aktı) ciddi nöqsanları özündə ehtiva edir. Həmin ciddi nöqsanlar qarşılıqlı borcların üzləşdirilməsi aktı (##.##.2025) ilə elektron qaimələr arasında məbləğ uyğunsuzluğu, bəzi qaimələrin eyni əməliyyatın iki dəfə əks olunması ehtimalı, ƏDV məbləğinin (26.165,16 AZN) hesablanma əsasının və vergi qanunvericiliyinə uyğunluğunun izah olunmaması, müqavilələrdə nəzərdə tutulmuş ödəniş şərtlərinin (2.2, 2.3, 2.4-cü bəndlər) real icrasına dair bank çıxarışları və ya digər təsdiqedici sənədlərin kifayət qədər təqdim olunmaması kimi nöqsanlardır. Bu nöqsanlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci, 442-ci və 445ci maddələrində nəzərdə tutulmuş öhdəliklərin icrası və sübut yükünün bölgüsü qaydalarına ziddir. Yuxarıda qeyd olunan ziddiyyətlər və uyğunsuzluqların yoxlanması, obyektiv həqiqətin müəyyənləşdirilməsi xüsusi mühasibat, vergi və maliyyə bilikləri tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97-ci və 98-ci maddələrinə, habelə “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna əsasən, işin hallarını düzgün və həqiqətə uyğun müəyyənləşdirmək üçün məhkəmə ekspertiza təyin etməlidir. Məhz bu səbəbdən Cavabdeh MMC mühasibatlıq ekspertizasının təyin edilməsini xüsusi olaraq vacib hesab edir. Ekspertiza nəticəsində yalnız borcun real məbləği müəyyən edilməyəcək, həm də tərəflər arasında olan münasibətlər tam şəffaflıqla aydınlaşacaqdır. Qeyd olunanlara əsasən məhkəmədən xahiş edir: 1. Etirazları İddiaçı MMC-nin iddia ərizəsi və dəqiqləşdirmələrində irəli sürdüyü 171.527,16 AZN borc tələbini tam və ya qismən rədd etmək üçün əsas kimi qəbul edilsin. Cavabdeh MMC ilə “xxxx” MMC arasında iddia predmeti ilə bağlı işlərin görülməsi ilə bağlı hər 2 hüquqi şəxs (onların vəzifəli şəxsləri) arasında yalnız 60.595,78 manat məbləğində alqısatqı münasibətləri mövcud olmuş, buna dair ödənişlər isə tam formada həyata keçirilmişdir. Iddiaçının iddia etdiyi digər məbləğlərə dair birtərəfli qaydada tərtib edilmiş INVOICE-ların Cavabdeh MMC ilə hər hansı bir bağlılığı yoxdur, buna dair hər hansı bir dəlil mövcud deyildir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, e-qaimədən əvvəl görülmüş işlərlə bağlı təhvil təslim aktları mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 570.1-ci maddəsinə əsasən, Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Göstərilənlərə əsasən, iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul tələbi barədə” iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilir.
11. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
12. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı münasibətləri yaranmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə müəyyən malları satmağı və lazım olduğu halda həmin avadanlıqlara təmir xidmətlərini göstərməyi, cavabdeh isə dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
13. Məhkəmə qeyd etmişdir ki, cavabdehin EMIS-də e-kabineti mövcüd olsa da, məhkəmə iclaslarının dəfələrlə təxirə salınmasını xahiş etsə də, nümayəndəsi heç bir iclasda iştirak etməmişdir. Yalnız formal olaraq tərtib edilmiş etiraz ərizəsini və mühasibatlıq ekspertizanın təyin edilməsi barədə vəsatəti məhkəməyə təqdim edərək, etiraz və vəsatətdə göstərilənlərə dair hər-hansı sübutu təqdim etmədən, işin müddətinin süni şəkildə uzadılmasına və beləliklə də borcun ödənilməsindən yayınmağa çalışmışdır.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim edilmiş sübutlarla – müqavilələr, təhvil-təslim aktları, e-qaimələr və qarşılıqlı üzləşmə aktı ilə təsdiq edildiyi üçün ##.##.2022-ci il tarixli HT ***/** saylı müqavilə üzrə 83777,64 manat və ##.##.2024-cü il tarixli HT ***/** saylı müqavilə üzrə 87749,52 manat olmaqla, ümumilikdə 171527,16 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
15. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, borcun bugünə kimi ödənilmədiyini (üzləşmə aktından bugünə kimi belə bir ildən artıq müddət keçmişdir) nəzərə alaraq, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 8576,58 manat məbləğində faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbində iddiaçı haqlı olmuşdur.
16. Məhkəmə hesab etmişdir ki, iddia təmin edildiyi üçün iş üzrə ödənilmiş 470 manat dövlət rüsumu cavabdehə aid edilməlidir
17. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 443.1, 445.7, 449.1, 567, 568.1, 579.1-ci maddələrinə istinad etmişdir.
18. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmış, iş üzrə icraat zamanı hərtərəfli, tam və obyektiv araşdırma aparılmadığını və həqiqətin müəyyən edilmədiyini irəli sürmüş və iş üzrə məhkəməmühasibatlıq ekspertizası tətin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etiraz
19. Apellyasiya şikayətinə yazılı qarşı etiraz təqdim edilməmişdir.
Apellyasiya baxışı, izahat
20. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
21. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 10. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
25. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
26. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
29. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
30. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
31. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
32. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
33. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
34. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarında olan sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin dəyişdirilməsi və ya qətnamənin ləğv edilməsi üçün əsas yaratmır.
43. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
44. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
45. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
46. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh MMC arasında ##.##.2022-ci il tarixli HT-***/** nömrəli və ##.##.2024-cü il tarixli HT-***/** nömrəli müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən iddiaçı cavabdehə mal-materialların təqdim edilməsi, təmir və texniki qulluq xidmətlərinin göstərilməsi, cavabdeh isə təqdim edilmiş mal və xidmətlərin dəyərinin ödənilməsi öhdəliyini üzərinə götürmüşdür.
47. Tərəflər müqavilələr üzrə ayrı-ayrı sifarişlərin həcmini və dəyərini müqavilələrin ayrılmaz hissəsi olan əlavələrlə razılaşdırmışlar. Belə ki, 29. ##.##.2022-ci il tarixli HT-***/** nömrəli müqavilə üzrə tərəflər arasında bağlanmış 19, 20, 21 və ** nömrəli əlavələrlə ayrı-ayrı iş və malların dəyəri razılaşdırılmış, həmin əlavələr üzrə iş və malların ümumi dəyəri 83.984,14 manat, ##.##.2024-cü il tarixli HT-***/** nömrəli müqavilə üzrə bağlanmış TX1, 2, 3, TX5, TX6, 6, 7, 8 və TX** nömrəli əlavələrlə ayrı-ayrı iş və malların dəyəri razılaşdırılmış, həmin əlavələr üzrə iş və malların ümumi dəyəri 92.091,92 manat müəyyən edilmişdir.
48. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, iddiaçı İddiaçı MMC tərəfindən tərəflər arasında bağlanmış müqavilələr çərçivəsində satılmış mallara və görülmüş işlərə görə cavabdeh Cavabdeh MMC-yə ümumilikdə 171.527,16 manat məbləğində elektron qaiməfakturalar göndərilmişdir.
49. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilmiş, həmin qaiməyə cavabdeh tərəfindən hər hansı etiraz verilməmiş və ya düzəliş edilməsi üçün müraciət edilməmişdir.
50. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.
51. Bundan əlavə, tərəflər arasında tərtib edilmiş ##.##.2025-ci il tarixli **/** saylı Qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən, həmin tarixə Cavabdeh MMC-nin İddiaçı MMCyə 171.527,16 manat borcunun olduğu müəyyən edilmiş, akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
52. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq, təsdiq etdiyi və mübahisələndirmədiyi aktların, elektron qaimələrin hüquqi nəticələri ilə bağlı risk daşıyır, həmçinin cavabdehin özünün təsdiq etdiyi borcu sonradan iddiaçı məhkəməyə müraciət etdikdən sonra təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.
53. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.
54. Borcun mövcudluğu və məbləği tərəflərin özləri tərəfindən yazılı şəkildə müəyyən və təsdiq edildiyindən, həmin halın yenidən xüsusi mühasibatlıq biliyi vasitəsilə müəyyən edilməsinə zərurət yoxdur. Cavabdeh isə üzləşmə aktında əks olunmuş hesablaşmanın yanlışlığını, hər hansı ödənişin nəzərə alınmadığını və ya borca eyni əməliyyatın təkrar daxil edildiyini təsdiq edən konkret sübut təqdim etməmişdir.
55. Iddiaçının gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 8.576,58 manat məbləğində pulun tutulması tələbinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin müqavilədən irəli gələn pul öhdəliyini müəyyən edilmiş müddətdə icra etmədiyi iş materialları ilə təsdiq olunur. Pul öhdəliyinin icrasının gecikdirilməsi kreditorun həmin pul vəsaitindən vaxtında istifadə etmək imkanından məhrum olması ilə nəticələndiyindən, gecikdirilmiş dövr üçün faiz tələb etmək hüququ yaranır.
56. Bu baxımdan, əsas borcun mövcudluğu və onun vaxtında ödənilməməsi müəyyən edildiyindən, birinci instansiya məhkəməsi tərəfindən gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış 8.576,58 manatın cavabdehdən tutulması əsaslıdır.
57. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmış, təqdim edilmiş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermədiyindən şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
58. Apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.