Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-909/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılan kommersiya mübahisəsi üzrə (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər X1 məruzəsi ilə, Təranə Nəriman qızı Mahmudova və X2 ibarət tərkibdə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi İşin halları:
1. İcraçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Sifarişçi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ##.##.2024-cü il tarixli ****/** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə İcraçı Sifarişçinin tərtib etdiyi qiymət razılaşdırma protokollarında göstərilən mallarla və xidmətlərlə Sifarişçini təchiz etməyi, Sifarişçi isə bunun müqabilində müqavilədə müəyyən edilmiş qaydaya uyğun olaraq icraçıya ödəniş etməyi öhdəsinə götürmüşdür. 4.1-ci bəndinə görə Sifarişçi təhvil verilən malları qəbul edərək hesab-faktura və qaimə-fakturaya uyğun olaraq ödənişi köçürmə yolu ilə 30 təqvim günü ərzində aparmalıdır.
2. Müqaviləyə ##.##.2025-ci il tarixli ** saylı qiymətlərin razılaşma protokoluna əsasən, ümumilikdə ƏDV daxil 5524 manat dəyərində malın ölçü vahidi, miqdarı, qiyməti razılaşdırılmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2025-ci il tarixli təhviltəslim aktı əsasında 5524 manat dəyərində mal, məxaric qaiməsinə əsasən 865 manat dəyərində mal cavabdeh tərəfindən təhvil alınmışdır.
3. İddiaçı tərəfindən ##.##.2025-ci il tarixli MT2505 10826716 seriya və nömrəli elektron qaimə ƏDV daxil 5524 manat, ##.##.2025-ci il tarixli MT2505 11168030 seriya və nömrəli elektron qaimə ƏDV daxil 865 manat dəyərində malın verilməsi ilə bağlı tərtib edilərək cavabdehə göndərilmiş, həmin elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, ləğvə və ya düzəlişə qaytarılmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat:
4. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 6389 manat məbləğində pulun və ödənilmiş 83,89 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2024-cü il tarixli ****/** saylı müqavilə imzalanmış və müqaviləyə əsasən, icraçı müqavilə üzrə malların satılmasını, sifarişçi isə həmin malların dəyərini ödəməyi öz üzərinə götürmüşdür. İcraçı tərəfindən mallar sifarişçiyə təqdim edilmiş və elektron qaimə icraçı tərəfindən sifarişçiyə göndərilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə mallar verilmiş, hazırda cavabdehin iddiaçıya 6389 manat dəyərində borcu yaranmışdır. ##.##.2025 tarixli MT2412 ******** nömrəli elektron qaimə üzrə 5524 manat, ##.##.2025 tarixli MT2505 ******** nömrəli elektron qaimə üzrə 865 manat mal verilmişdir. Lakin müqavilənin göstərilən şərtlərinə zidd olaraq, sifarişçiyə təhvil verilmiş malların (İT avadanlıqları) dəyərinin ödənilməsi gecikdirilmiş və bu günədək ödənilməmişdir. Belə ki, müqavilənin 4.1-ci bəndinə görə icraçı malları sifarişçiyə təhvil verdikdən sonra sifarişçi malların dəyərini 30 təqvim günü ərzində ödəməyi öhdəsinə götürmüş, cavabdeh təşkilata pretenziya qaydasında borcun ödənilməsi barədə bildiriş göndərilsə də, borc bu günədək ödənilməmişdir. Cavabdeh təşkilat hazırda telefon zənglərinə cavab vermir.
6. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 442, 600-cü və s. maddələrinə istinad edilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ##.##.2024-cü il tarixli ****/** saylı müqavilə üzrə 6389 manat pulun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83,89 manat pulun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.2024-cü il tarixli ****/** nömrəli alqı-satqı müqaviləsi üzrə 6389 manat pulun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 iş günü ərzində məhkəməyə təqdim etməli olduğu barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddia tələbinə etiraz etmir. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıları qeyd edilməsini zəruri hesab edib. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edib. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edib ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqısatqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edib. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir. Mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Lakin cavabdeh aldığı malların qalıq dəyərini ödəməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə xüsusilə vurğulayıb ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə, məhkəmə hesab edib ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlib ki, iddia tələbi təmin olunmalı, ##.##.2024-cü il tarixli ****/** nömrəli müqavilə üzrə 6389 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı həmçinin ödənilmiş 83,89 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddia ərizəsinin verilməsi üçün ********** nömrəli qəbzlə 83,89 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edib ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83,89 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1, 448.2, 567, 597.1, 600.1, 600.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə malların müqaviləyə uyğun qaydada və tam həcmdə cavabdehə təhvil verilməsi, onların faktiki qəbul olunması və müqavilə üzrə ödəniş öhdəliyinin yaranması üçün zəruri olan bütün hüquqi faktları tam araşdırmadan yalnız elektron qaimələrə və iddiaçının təqdim etdiyi sənədlərə əsaslanmışdır. Halbuki nisyə alqı-satqı münasibətlərində ödəniş öhdəliyinin yaranması üçün müqavilənin bütün şərtlərinin icrası məhkəmə tərəfindən tam qiymətləndirilməlidir. Məhkəmə öhdəliklərin vicdanla icrası prinsipinə istinad etsə də, tərəflər arasında mövcud olmuş faktiki hesablaşmaların, mümkün qarşılıqlı öhdəliklərin və ödənişlərin mövcudluğunu araşdırmamışdır. Nəticədə cavabdehin öhdəliyi pozmasının bütün elementləri tam sübuta yetirilmədən iddia təmin edilmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutlara hərtərəfli və obyektiv hüquqi qiymət verməmiş, yalnız iddiaçının təqdim etdiyi sənədlərlə kifayətlənmişdir. Elektron qaimələrin və digər sənədlərin cavabdeh tərəfindən qəbul edilməsinin, malların faktiki təhvil verilməsinin və tərəflər arasında hesablaşmaların tam həcmdə aparılmasının təsdiqi ayrıca araşdırılmamışdır. Bu isə sübutların obyektiv qiymətləndirilməsi prinsipinin pozulmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi MPM-in 14-cü maddəsindən irəli gələn işinhərtərəfli, tam və obyektiv araşdırılması prinsipini formal şəkildə tətbiq etmişdir. Qətnamədən görünür ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin mövcudluğu ilə kifayətlənmiş, lakin həmin sənədlərin sübutedici qüvvəsini, onların müqavilə öhdəliyinin icrasını tam təsdiq edib-etməməsini ayrıca hüquqi qiymətləndirməmişdir. Məhkəmə elektron qaimələrin informasiya sistemində təsdiq olunmasını borcun mövcudluğunu və malların müqavilə şərtlərinə uyğun qaydada qəbul edilməsini avtomatik təsdiq edən sübut kimi qiymətləndirmişdir. Halbuki elektron qaimənin sistem tərəfindən qəbul olunması özlüyündə müqavilə üzrə bütün öhdəliklərin lazımi qaydada icra edilməsinin mübahisəsiz sübutu hesab edilə bilməz və digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Məhkəmə sübutların qiymətləndirilməsi zamanı MPM-in 88-ci maddəsinin tələblərinə tam əməl etməmişdir. Belə ki, iş materiallarında mövcud olan sənədlər sadalanmış olsa da, həmin sənədlərin hər birinin hansı hüquqi faktı təsdiq etdiyi, onların qarşılıqlı əlaqəsi və kifayətliliyi barədə əsaslandırılmış hüquqi qiymətləndirmə aparılmamışdır. Qətnamədə nəticə ilə sübutlar arasındakı məntiqi əlaqə kifayət qədər açılmamışdır. Məhkəmə sübutetmə yükünün iddiaçının üzərində olmasını nəzərə alsa da, iddiaçının təqdim etdiyi sübutların kifayətliliyini və mötəbərliyini tam yoxlamadan onları mübahisəsiz qəbul etmişdir. Halbuki iddia tələbinin bütün elementləri iddiaçı tərəfindən tam sübuta yetirilməli idi. Məhkəmə tərəflər arasında uzunmüddətli kommersiya münasibətlərinin mövcudluğunu nəzərə almamış, qarşılıqlı hesablaşmaların vəziyyətini, əvvəlki ödənişlərin hansı mallara aid edilməsini, hesabların bağlanma ardıcıllığını araşdırmamışdır. Halbuki belə hallar borcun həqiqi məbləğinin müəyyən olunmasına birbaşa təsir göstərə bilər. Hazırkı qətnamədə isə məhkəmə iddiaçının təqdim etdiyi sübutları sadalamaqla kifayətlənmiş, həmin sübutların cavabdehin öhdəliyini hansı hüquqi əsaslarla tam təsdiq etdiyini ətraflı əsaslandırmamışdır. Nəticədə qətnamənin əsaslandırma hissəsi prosessual qanunvericiliyin tələblərinə tam cavab vermir. İşə sadələşdirilmiş icraat qaydasında baxılması məhkəməni sübutların hərtərəfli qiymətləndirilməsi və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların tam araşdırılması vəzifəsindən azad etmir. Məhkəmə sadələşdirilmiş icraatın xüsusiyyətlərini nəzərə alaraq yalnız təqdim olunmuş sənədlərin mövcudluğuna istinad etmiş, lakin onların hüquqi nəticələrinə dair kifayət qədər əsaslandırma verməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etmədiklərini, apellyasiya şikayətinin işin baxılmasının uzadılmasına yönəldiyini bildirmişdir.
14. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
15. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
16. Mülki Prosessual Məcəllənin: -77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1 -ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətində göstərilən dəlilləri nəzərə alaraq, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı MMC (icraçı) ilə cavabdeh Cavabdeh MMC (sifarişçi) arasında ##.##.2024-cü il tarixli ****/** nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehə elektron cihazlar satmışdır. Cavabdeh Cavabdeh MMC isə təqdim olunmuş malların dəyərini ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 6389 manat məbləğində borcu yaranmışdır. Hazırda iddiaçı iddiasında 6389 manat məbləğində pulun ödənilməsini tələb edir.
22. Göründüyü kimi iddia tələbinin qanuni əsaslarını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598.1-ci maddəsi təşkil edir.
23. Kollegiya qeyd edir ki, iddiaçı iddia etdiyi dəyərdə malların təqdim edilməsini sübuta yetirmək məqsədilə cavabdeh tərəfindən etiraz edilməmiş və düzəliş üçün geri qaytarılmamış ümumi dəyəri 6389 manat (5524 manat və 865 manat) məbləğində olan elektron qaimələrlə yanaşı, eyni məbləğləri əks etdirən tərəflərin imzası ilə təsdiq edilmiş təhvil-təslim aktı və mədaxil qaiməsi də (malların dəyəri göstərilməyib) məhkəməyə təqdim etmişdir. Göstərilən sübutlar məcmu şəkildə iddia olunan həcmdə malların təqdim edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli hesab edilir.
24. Apellyasiya şikayətində göstərilən dəlillərə dair göstərilir ki, malların cavabdehə təhvil verilməsi və qəbul edilməsi iş materiallarında olan elektron qaimələr və təhvil-təslim aktları ilə təsdiq edilmiş, həmin sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilmişdir.
25. Bununla yanaşı cavabdeh müqavilə üzrə hansı konkret öhdəliyin iddiaçı tərəfindən icra edilmədiyini və ya məhkəmənin hansı mühüm halı araşdırmadığını göstərməmiş, qarşılıqlı öhdəliklərin mövcudluğu barədə də hər hansı konkret sübut təqdim etməmişdir. Bu səbəbdən apellyasiya şikayətində irəli sürülən ümumi mülahizələr qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz.
26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov