Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-910/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məsuliyyətli Cəmiyyətinə qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair kommersiya mübahisəsi üzrə (Açıq sözlər: alqı-satqı müqaviləsi, imzanın mübahisləndirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi nümayəndə1 iştirakı ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məsuliyyətli Cəmiyyətinə qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış ## ###### 2022-cü il tarixli, *** nömrəli alqı-satqı müqaviləsinin: 1-ci bəndinə əsasən satıcı qaimə-fakturalar əsasında alıcını malla təmin etməyi, alıcı isə həmin qaimə-fakturalar əsasında malı qəbul edərək, qiymətini ödəməyi öhdəsinə götürür. 3-cü bəndinə əsasən malın dəyərinin ödənişi hər qaimə-faktura üzrə aparılır və hər bir halda Alıcıya təhvil verilmiş malın qiymətinin ödənilməsi vaxtı 30 təqvim günündən artıq ola bilməz. Ödəniş zamanı ödəniş sənədində hansı qaimə-faktura üzrə ödənişin aparıldığı qeyd olunmalıdır (qaimə fakturanın nömrəsi və tarixi).
2. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə EBDA seriyalı, ****** nömrəli, ##.##.2023-cü il tarixli, dəyəri 1088.00 manat, EBDA seriyalı, ****** nömrəli, ##.##.2023-cü il tarixli, dəyəri 616 manat, EBDA, 184023, ##.##.2023-cü il tarixli, dəyəri 286 manat, EBDA, 617678, ##.##.2023-cü il tarixli, dəyəri 269.20 manat, EBCO, 292164, ##.##.2023-cü il tarixli, dəyəri 261 manat, EBCO, 287680, ##.##.2023-cü il tarixli, dəyəri 275 manat olan elektron qaimə-fakturalar göndərilmişdir.
3. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə ******* nömrəli, 2023-cü il tarixli, dəyəri 1088 manat, ******* nömrəli, ##.##.2023-cü il tarixli, dəyəri 616 manat, ******* nömrəli, ##.##.2023-cü il tarixli, dəyəri 286 manat, ******* nömrəli, ##.##.2023-cü il tarixli, dəyəri 269.20 manat, ******* nömrəli, ##.##.2023-cü il tarixli, dəyəri 261 manat, ******* nömrəli, ##.##.2023-cü il tarixli, dəyəri 275 manat olan qaimə-fakturalar (əl qaimələri) göndərilmiş, həmin qaimələr hər iki tərəfdən (cavabdeh tərəfdən Rza, Rövşən adlı şəxslər) imza ilə təsdiq olunaraq təhvil-təslim edilmişdir.
4. Hər iki tərəfin imzaları və möhürləri ilə təsdiq edilmiş üzləşmə aktına əsasən ##.##.2024-cü il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə borc məbləği 3 828.43 manat təşkil edir.
5. Göndərilən qaimələrin siyahısına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ##.##.2022- ##.##.2022-ci il tarixlərində 89 ədəd göndərilmiş elektron qaiməfakturaların hamısı “təsdiqləndi” statusundadır.
6. Göndərilən qaimələrin siyahısına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ##.##.2023- ##.##.2023 tarixləri üzrə göndərilmiş 6 elektron qaimə-fakturalardan 4-ü “təsdiqləndi”, 02-si (EBCO, 292164, dəyəri 261 manat və EBCO, 287680, dəyəri 275 manat) isə “sistem tərəfindən təsdiqləndi” statusundadır.
7. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ödənişlərin reyestr cədvəlinə əsasən Cavabdeh MMC tərəfindən ##.##.2024-cü il tarixdə 158,64 manat ƏDV, 881,35 manat əsas borc olmaqla, cəmi 1039,99 manat məbləğində ödəniş edilmişdir.
8. Cavabdeh MMC tərəfindən əlavə edilmiş ##.##.2023-cü il tarixli ödəniş tapşırığına əsasən ƏDV üzrə 600 manat, ##.##.2023-cü il tarixli sənədə əsasən ƏDV üzrə 610,17 manat, ##.##.2023-cü il tarixli, **************** nömrəli ödəniş sənədinə əsasən ƏDV üzrə 1600 manat, ##.##.2024-cü il tarixli sənədə əsasən 158,64 manat məbləğində İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənişlər edilmişdir.
9. Həmçinin vergi ödəyicisinin ƏDVDH üzrə çıxarışından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə 12 002,06 manat və 1751,26 manat ödənişlər edilmişdir.
10. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, ## ###### 2023-cü il tarixində tərəflər arasında qarşılıqlı üzləşmə aparılmış, nəticədə Cavabdeh MMC-nin İddiaçı MМС-уə 3828.43 manat məbləğində borcu olduğu müəyyən edilmiş və bu məbləğ hər iki tərəf tərəfindən imza və möhürlə təsdiqlənmişdir. Üzləşmədən sonra, yəni ##.##.2024–##.##.2025 tarixləri arasında heç bir yeni satış əməliyyatı həyata keçirilməmiş, lakin Cavabdeh MMC tərəfindən həmin dövr ərzində ümumilikdə 1039.99 manat məbləğində ödəniş edilmişdir. ## ###### 2026-ci il tarixinə olan məlumata əsasən, qalıq borc məbləği 2788.44 manat təşkil edir.
11. ##.##.2026-cı il tarixli ************ nömrəli qəbzdən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dövlət rüsumunun əvəzi olaraq 47,88 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
12. İddiaçı İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsi üzrə yaranmış 2788.44 manat əsas borcun, 47.88 manat dövlət rüsumu əvəzinin cavabdeh Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı satıcı İddiaçı MMC-nin qanuni təmsilçisi nümayəndə2 ilə cavabdeh alıcı Cavabdeh MMC-nin direktoru Əbülfəz Əlizadə arasında ## ###### 2022-cü il tarixli, *** nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən satıcı İddiaçı MMC tərəfindən istehsal etdiyi süd məhsullarını alıcı Cavabdeh MMC-yə satmış, alıcı elektron qaimə-fakturalar əsasında malları qəbul edərək, dəyəri üzrə ödənişlər müvafiq bank hesabına qəbul edilmişdir. Tərəflər arasında ## ###### 2023-cü il tarixdə qarşılıqlı üzləşmə aparılmış və müəyyən edilmişdir ki, müqavilə üzrə cavabdehin iddiaçıya ödənilməmiş 2788.49 manat borcu qalmışdır. Malların satışı və təhvil verilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6, 71-1-ci maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017- ci il 14 mart tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na və tərəflər arasında imzalanmış müqavilənin 2.2.7-ci bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə malların təhviltəslim prosesini təsdiq edən və ödənişin əsası sayılan elektron qaimə-fakturaları göndərmiş və cavabdeh tərəfindən bu elektron qaimə-fakturalar təsdiq edilmişdir. Qeyd edilən elektron qaiməfakturaların siyahısı iddia ərizəsinə əlavə edilir. Tərəflər arasında imzalanmış müqavilənin 2.2.4-cü maddəsinə əsasən cavabdeh təhvil aldığı malların müqabilində ödənişi 30 (otuz) gün müddətində həyata keçirməyi öhdəsinə götürdüyü halda, müqavilə üzrə bu öhdəliyi tam icra etməmiş və bugünə kimi malların dəyərinə görə iddaçıya 2788.49 manat borcu qalmışdır. Həmin borcun ödənilməsi məqsədilə dəfələrlə cavabdehlə aparılan danışıqlar nəticə verməmiş, müqavilə öhdəlikləri aşkar surətdə şüurlu olaraq pozulmaqda davam etməkdədir.
14. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 567, 600.1-ci maddələrinə istinad olunmuşdur.
15. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh 2 788 manat 44 qəpik əsas və ödənilmiş dövlət rüsumunun 47 (qırx yeddi) manat 88 qəpiyinin əvəzinin tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlib ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mahiyyət etibarilə alqı-satqı müqaviləsinin xüsusi növü olan mal göndərmə müqaviləsindən irəli gəlir. İş materiallarında olan ## ###### 2022-ci il tarixli, *** nömrəli müqavilə, elektron qaimə-fakturalar, habelə təhvil-təslimi təsdiq edən əl qaimələri ilə müəyyən olunub ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək cavabdehə müxtəlif tarixlərdə mallar təqdim etmişdir. Elektron qaimə-fakturaların cavabdeh tərəfindən təsdiq edilməsi, habelə əl qaimələrinin hər iki tərəfin nümayəndələri tərəfindən imzalanması malların cavabdehə faktiki təhvil verildiyini təsdiq edir. İş materiallarında olan və hər iki tərəfin imzaları və möhürləri ilə təsdiq edilmiş üzləşmə aktından görünüb ki, ##.##.2024-cü il tarixinə cavabdeh Cavabdeh MMC-nin iddiaçı İddiaçı MMC-yə 3828,43 manat məbləğində borcu mövcud olmuşdur. Cavabdeh üzləşmə aktındakı imzanın ona məxsus olmadığını bildirsə də, həmin etirazını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən imzanın saxtalaşdırılması ilə bağlı ekspertiza keçirilməsi barədə vəsatət verilməmiş, imzanın aid olduğu bildirilən şəxsin məhkəmə iclasında iştirakı təmin edilməmiş, habelə etirazını təsdiq edən digər sübutlar təqdim olunmamışdır. Məhkəmə hesab edib ki, yalnız mülahizə xarakterli izahatlar üzləşmə aktının sübut qüvvəsini aradan qaldırmaq üçün kifayət etmir. Buna görə də cavabdehin həmin etirazı əsassız hesab edilir. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş sənədləri araşdırılarkən müəyyən edilmişdir ki, həmin sənədlərdə göstərilən ödənişlərin əsas hissəsi tərəflər arasında ##.##.2023-cü il tarixli üzləşmə aktının tərtib edilməsindən əvvəlki dövrə aiddir. Həmin ödənişlər nəzərə alınmaqla tərəflər arasında qarşılıqlı hesablaşma aparılmış və borcun qalıq məbləği üzləşmə aktında 3828,43 manat olaraq müəyyən edilmişdir. Üzləşmə aktından sonra isə cavabdeh tərəfindən yalnız 158,64 manat məbləğində ƏDV ödənişinin həyata keçirildiyi müəyyən olunur. Cavabdeh borcun tam ödənildiyini bildirsə də, bunu təsdiq edən mötəbər və kifayət qədər sübutlar təqdim etməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən sübutetmə yükü etiraz edən tərəfin üzərinə düşdüyündən, borcun ödənildiyi barədə etiraz sübuta yetirilmiş hesab edilə bilməz. Məhkəmə həmçinin nəzərə alıb ki, iddiaçı tərəfindən tələb edilən 2788,44 manat məbləğində əsas borc üzləşmə aktında göstərilmiş 3828,43 manat məbləğindən azdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində əsas borcun 2788,49 manat kimi göstərilməsinin texniki səhv olduğunu, tələb edilən məbləğin 2788,44 manat təşkil etdiyini bildirmişdir. Bu hal iş materiallarındakı maliyyə arayışı və iddia ərizəsində məbləğin sözlə ifadəsi ilə də təsdiq olunur. Məhkəmə hesab edib ki, cavabdehdən 2788,44 manat əsas borcun tutulması barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. MPM-in 119.1-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 47,88 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
17. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəllənin 385.1, 567, 600.1, 600.4, 627.1, 630.1, 631.1, 637.2-ci maddələrinə istinad etmişdir.
18. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə təqdim edilmiş sübutlardan və işin həqiqi hallarından aydın görünür ki, iddia tərəfi vicdanlılığın tələb etdiyi tərzdə davranmayaraq artıq vəsait əldə etmək niyyətindədir. Onlar bununlada əsassız varlanma niyyətindədirlər. Bu məsələ isə məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Məhkəmə qətnaməsində cavabdeh tərəfindən təqdim edilmiş bir çox sübutu araşdırmamış, işin düzgün həll olunması üçün lazım olan obyektivliyi və qərəzsiz münasibəti sərgiləməmişdir. İş materiallarına əlavə edilmiş ##.##.2023 tarixli üzləşmə aktında olan imzalar həminki dövrdə direktor olmuş Elvir İsgəndərova məxsus deyildir. Sənədin əslinin məhkəməyə təqdim edilməsi və həqiqiliyinin yoxlanılması (ehtiyac olarsa ekspertizaya göndərilməsi) zəruridir. Çünki cavabdehin iddiaçıya belə bir borcu yoxdur. Belə ki, iddiaçı ərizəsində cavabdehə pretenziya məktubu təqdim etdiyini bildirsə də, həmin məktub istər poçt vasitəsi ilə istərsə də, online kargüzarlıq sistemindən cavabdehə daxil olmamışdır. İddiaçının cavabdehə daxil olmuş sadəcə borc məbləği qeyd edilən və pretenziya xarakteri daşımayan məktubuna cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə rəsmi cavab verilmiş və bildirilmişdir ki, onların heç bir borcu yoxdur. Əgər qeyd olunan borc məbləği mövcuddursa bunun alt sənədləri olnlara təqdim edilsin. İstər elektron qaiməfakturalar, istərsə də təhvil-təslim aktları və sair başqa sənədlər tələb edilməsinə baxmayaraq, iddia tərəfi hərəkətsiz qalmışdır. Buna baxmayaraq məhkəmə şübhəli olan üzləşmə aktında yer alan məlumatların və orada olan imzanın həqiqiliyini müəyyənləşdirməkdən yayınmışdır İnternet Vergi İdarəsinin məlumatlarına əsasən cavabdeh tərəf olaraq cavabdehin iddiaçıya heç bir borcları yoxdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi üzləşmə aktına əsasən təmin edilməlidir. Bəhsi keçən üzləşmə aktında olan imzanın "yaş imza" olmadığı və şəxsin özü tərəfindən icra edilmədiyi aydın bir şəkildə görünür. Bunun əlavə olaraq sübuta yetirilməsi üçün, yəni işin hallarının tam və obyektiv araşdırılması məqsədi ilə məhkəmənin həmin aktı ekspertizaya göndərməsinin zəruri olduğu cavabdeh tərəfindən bildirilmişdir. Həmçinin, imza edən şəxsin məhkəməyə məcburi gətirilməsi cavabdehin səlahiyyətində də, deyildir. Məhkəmə tam və qərəzsiz araşdırma üçün isə həmin dövrdə direktor olmuş Elvir İsgəndərova məhkəmədə iştirak etməsi üçün bildiriş verə bilər və ya onun məhkəmədə məcburi iştirakını təmin edə bilərdi. Lakin, bu prosessual addımlar onlara təqdim etməsi xahiş edilmişdir. Bu səbəblə həmin nümunələr ilk dəfə məhkəmə kollegiyasına təqdim edilir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
21. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. Cavabdeh məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə iclasında iştirak etməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
23. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətində göstərilən dəlilləri nəzərə alaraq, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış ## ###### 2022-cü il tarixli, *** nömrəli alqısatqı müqaviləsinə görə iddiaçı qaimə-fakturalar əsasında cavabdehi malla təmin etməyi, cavabdeh isə həmin qaimə-fakturalar əsasında malı qəbul edərək, qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı həmin müqavilə üzrə süd məhsullarını cavabdeh Cavabdeh MMC-yə təqdim etməklə öz öhdəliklərini lazımi qaydada icra etdiyini, cavabdehin isə həmin malların dəyərini tam şəkildə ödəmədiyini əsas göstərərək müqavilə üzrə 2788,49 manat məbləğində borcun tutulmasını tələb edir.
30. Kollegiya əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı mübahisəyə Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən qiymət vermişdir. Belə ki, müqavilənin şərtlərindən aydın şəkildə görünür ki, mallar nisyə alqı-satqı müqaviləsi əsasında təhvil verilmişdir.
31. İşin halları ilə bağlı kollegiya qeyd edir ki, alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş mallara görə iddiaçının cavabdehə 2788,49 manat məbləğində borcun olması faktı mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə göndərilmiş və cavabdeh tərəfindən düzəlişə qaytarılmamış elektron qaimələr, tərəflərin imzası ilə təsdiq edilmiş qaimə fakturalar (faktiki təhvil-təslimi əks etdirir), eləcə də tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü ilə olan 3828,43 manat məbləğində borcu əks etdirən üzləşmə aktı ilə öz təsdiqini tapır. Belə olan halda iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
32. Mübahisəli üzləşmə aktının cavabdehin qanuni təmsilçisi tərəfindən imzalanmaması barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, üzləşmə aktı yalnız cavabdehin imzası ilə deyil, həmçinin cavabdeh şirkətə məxsus möhürlə təsdiq edilmişdir. Odur ki, üzləşmə aktının cavabdehin həmin dövrdə qanuni təmsilçisi tərəfindən imzalanmaması ehtimal edilsə belə, aktın şirkətin möhüründən istifadə etmək və şirkətin iradə ifadəsini möhürlə təsdiq etmək səlahiyyətinə malik şəxs tərəfindən təsdiq edildiyi qənaətinə gəlmək mümkündür. Bundan əlavə, kollegiya cavabdehin borcun mövcudluğunun sübut edilməməsi barədə dəlillərini qiymətləndirərkən nəzərə alır ki, borcun formalaşmasını təsdiq edən yeganə sübut üzləşmə aktı deyil. Belə ki, iş materiallarında tərəflər arasında faktiki mal təhvil-təslimini əks etdirən qaimə-fakturalar, əlaqəli elektron qaimə-fakturalardan əlavə müəyyən miqdarda borcun ödənişini əks etdirən sənədlər də mövcuddur.
33. Məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan məsələləri izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı formada verdiyi əsaslandırılmış vəsatəti əsasında və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi, ekspertizanın təyin edilməsi məhkəmənin səlahiyyətinə aid olmaqla, həmin məsələ iş üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün ekspertizanın keçirilməsinə zərurətin mövcudluğu nəzərə alınmaqla həll edilir. Hazırkı iş üzrə kollegiya hesab edir ki, iş materiallarında mövcud olan elektron qaimə-fakturalar, qaimə-fakturalar və digər sübutların məcmusu mübahisəli borcun mövcudluğunu müəyyən etmək üçün kifayət etdiyindən, eləcə də mübahisəli üzləşmə aktının cavabdeh hüquqi şəxs tərəfindən təsdiq edilməsi mübahisələndirilən imza ilə yanaşı müəssisənin möhürü ilə öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsinə zərurət olmamışdır. İnternet Vergi İdarəsindən əldə edilmiş məlumatlar ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, istinad edilən məlumatlar tərəflər arasında rəsmiləşdirilmiş elektron qaiməfakturaları
34. və digər vergi uçotu məlumatlarını əks etdirməklə vergi öhdəliklərinin uçotuna xidmət edir və həmin məlumatların öz-özlüyündə tərəflər arasında mülki hüquq münasibətlərindən irəli gələn pul öhdəliyinin mövcud olub-olmamasını müəyyən edən həlledici sübut kimi qiymətləndirilməsi mümkün deyildir.
35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
36. Qətnamə iddia tələbi hissəsində dəyişdirilmədən saxlandığından məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də qətnamənin dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov