Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-919/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, sübutetmə) hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, Cavabdeh Cavabdeh publik hüquqi şəxsinin nümayəndəsi nümayəndə1 iştirakı ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. Satınalan təşkilat qismində Cavabdeh MMC ilə təchizatçı qismində İddiaçı MMC arasında ##.##.2025-ci il tarixli, **/**** nömrəli xidmətlər üzrə satınalma müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən təchizatçı Yanğın siqnalizasiya sistemlərinə texniki xidmətin göstərilməsi, təmir-bərpa işləri və yanğınsöndürmə vasitələrinin satın alınması fəaliyyət cədvəli (VI Bölmə) bölməsində müəyyənləşdirilmiş vergilər daxil 11158,08 manat məbləğə və icra qrafiki (VII Bölmə) bölməsində müəyyənləşdirilmiş ##.##.2025 müddətində göstərməyi, satınalan təşkilat isə müqavilənin nəticələrini (xidmətləri) təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş şərtlərlə təchizatçıya ödəməyi öhdəsinə götürür.
2. Tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli, **/**** nömrəli müqaviləyə əsasən bağlanmış qiymətlərin razılaşdırılması protokolundan müəyyən olunur ki, tərəflər protokolda adıçəkilən malların qiymətləri (ümumilikdə 11158,08 manat (9456 + 1702,08 ƏDV)) barədə razılığa gəlmişdir. Malların hər birinin qiyməti protokolda qeyd edilmişdir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. Təhvil-təslim aktında qeyd edilmişdir ki, hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov 30 olan nizamnamə əsasında fəaliyyət göstərən X2 PHŞnin Direktoru Qanuni nümayəndə şəxsində təmsil olunan və bundan sonra satınalan təşkilat adlanacaq Cavabdeh PHŞ (VÖEN: **********) və digər tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təsis edilmiş, hüquqi ünvanı ünvan 1 olan, nizamnamə əsasında fəaliyyət göstərən direktor X1 şəxsində təmsil olunan və bundan sonra təchizatçı adlanacaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********), arasında (bundan sonra ayrılıqda “tərəf, birlikdə isə “tərəflər”) “Yanğın siqnalizasiya sistemlərinə texniki xidmətin göstərilməsi, təmir-bərpa işləri və yanğınsöndürmə vasitələrinin” satınalınması barədə ## ###### 2025-ci il tarixində və Bakı şəhərində bağlanılmış vergilər daxil 11158,08 manat məbləğli **/**** nömrəli müqaviləyə əsasən bununla hazırkı aktı tərtib edərək təsdiq edilir ki, müqavilənin ##.##.2025ci il tarixinə vergilər daxil 2308,08 manat hissəsi icra edilmişdir. Müqavilə üzrə bir il zəmanət müddətinin başlanğıc tarixi ##.##.2025-ci il olaraq təsdiq edilir. Müqavilə şərtlərinə uyğun olaraq aşağıdakı cədvəldə göstərilən mal(lar) təhvil verilmiş və (və ya) xidmət(lər) yerinə yetirilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. Təhvil-təslim aktında qeyd edilmişdir ki, hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov 30 olan nizamnamə əsasında fəaliyyət göstərən X2 PHŞnin Direktoru Qanuni nümayəndə şəxsində təmsil olunan və bundan sonra satınalan təşkilat adlanacaq Cavabdeh PHŞ (VÖEN: **********) və digər tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təsis edilmiş, hüquqi ünvanı ünvan 1 olan, nizamnamə əsasında fəaliyyət göstərən direktor X1 şəxsində təmsil olunan və bundan sonra təchizatçı adlanacaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********), arasında (bundan sonra ayrılıqda “tərəf’, birlikdə isə “tərəflər”) “Yanğın siqnalizasiya sistemlərinə texniki xidmətin göstərilməsi, təmir-bərpa işləri və yanğınsöndürmə vasitələrinin” satınalınması barədə ## ###### 2025-ci il tarixində və Bakı şəhərində bağlanılmış vergilər daxil 11158,08 manat (on bir min yüz əlli səkkiz manat səkkiz qəpik) məbləğli **/**** nömrəli müqaviləyə əsasən bununla hazırkı aktı tərtib edərək təsdiq edirik ki, müqavilənin ##.##.2025-ci il tarixinə vergilər daxil 8850 (səkkiz min səkkiz yüz əlli) manat hissəsi icra edilmişdir. Müqavilə üzrə bir il zəmanət müddətinin başlanğıc tarixi ##.##.2025-ci il olaraq təsdiq edilir. Müqavilə şərtlərinə uyğun olaraq aşağıdakı cədvəldə göstərilən mal(lar) təhvil verilmiş və (və ya) xidmət(lər) yerinə yetirilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
5. Yekun təhvil-təslim aktında qeyd edilmişdir ki, hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov 30 olan nizamnamə əsasında fəaliyyət göstərən X2 PHŞ-nin Direktoru Qanuni nümayəndə şəxsində təmsil olunan və bundan sonra satınalan təşkilat adlanacaq Cavabdeh PHŞ (VÖEN: **********) və digər tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təsis edilmiş, hüquqi ünvanı ünvan 1 olan, nizamnamə əsasında fəaliyyət göstərən direktor X1 şəxsində təmsil olunan və bundan sonra təchizatçı adlanacaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********), arasında (bundan sonra ayrılıqda “tərəf, birlikdə isə “tərəflər”) “Yanğın siqnalizasiya sistemlərinə texniki xidmətin göstərilməsi, təmir-bərpa işləri və yanğınsöndürmə vasitələrinin” satınalınması barədə ## ###### 2025-ci il tarixində və Bakı şəhərində bağlanılmış vergilər daxil daxil 11158,08 manat məbləğli **/**** nömrəli Müqaviləyə əsasən bununla hazırkı aktı tərtib edərək təsdiq edilir ki, müqavilənin ##.##.2025-ci il tarixinə bütün işləri icra edilmişdir. Müqavilə üzrə bir il zəmanət müddətinin başlanğıc tarixi ##.##.2025-ci il olaraq təsdiq edilir. Müqavilə şərtlərinə uyğun olaraq aşağıdakı cədvəldə göstərilən mal(lar) təhvil verilmiş və (və ya) xidmət(lər) yerinə yetirilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
6. Satınalan təşkilat qismində Cavabdeh MMC ilə təchizatçı qismində İddiaçı MMC arasında ##.##.2025-ci il tarixli, **/**** nömrəli xidmətlər üzrə satınalma müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən təchizatçı yanğınsöndürən balonların doldurulması xidmətinin və lazımi ehtiyat hissələrinin dəyişdirilməsinin, balonlar üçün asılqanların satın alınması fəaliyyət cədvəli (V Bölmə) bölməsində müəyyənləşdirilmiş vergilər daxil 3262,11 manat məbləğə və icra qrafiki (V Bölmə) bölməsində müəyyənləşdirilmiş 2025-ci il sonunadək müddətində göstərməyi, satınalan təşkilat isə müqavilənin nəticələrini (xidmətləri) təhvil alıb dəyərini Müqavilə ilə müəyyən edilmiş şərtlərlə təchizatçıya ödəməyi öhdəsinə götürür.
7. Yekun təhvil-təslim aktında qeyd edilmişdir ki, hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov 30 olan nizamnamə əsasında fəaliyyət göstərən X2 PHŞ-nin direktoru Qanuni nümayəndə şəxsində təmsil olunan və bundan sonra satınalan təşkilat adlanacaq Cavabdeh PHŞ (VÖEN: **********) və digər tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təsis edilmiş, hüquqi ünvanı ünvan 1 olan, nizamnamə əsasında fəaliyyət göstərən direktor X1 şəxsində təmsil olunan və bundan sonra təchizatçı adlanacaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********), arasında (bundan sonra ayrılıqda “Tərəf, birlikdə isə “Tərəflər”) “Yanğınsöndürən balonların doldurulması xidmətinin və lazımi ehtiyat hissələrinin dəyişdirilməsinin, balonlar üçün asılqanların satın alınması” barədə ## ###### 2025-ci il tarixində və Bakı şəhərində bağlanılmış vergilər daxil daxil 3262,11 manat məbləğli **/**** nömrəli müqaviləyə əsasən bununla hazırkı aktı tərtib edərək təsdiq edilir ki, müqavilənin ##.##.2025-ci il tarixinə bütün işləri icra edilmişdir. Müqavilə üzrə bir il zəmanət müddətinin başlanğıc tarixi ##.##.2025-ci il olaraq təsdiq edilir. Müqavilə şərtlərinə uyğun olaraq aşağıdakı cədvəldə göstərilən mal(lar) təhvil verilmiş və (və ya) xidmət(lər) yerinə yetirilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. ##.##.2025-ci il tarixli, MT2512 seriyalı, ******** nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh PHŞ-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin (əl xəbərvericisi düymələrinin sınaq olunması, texniki xidmət göstərilməsi və bərpa olunması, yanğın xəbərverici dedektorlarının sınaq olunması, texniki xidmət göstərilməsi və bərpa olunması, Mərkəzi nəzarət panelinin sınaq olunması, texniki xidmət göstərilməsi və bərpa olunması) ümumi dəyəri 2308,08 manat təşkil edir. Qaimənin əsası kimi ##.##.2025-ci il tarixli, **/**** nömrəli müqavilə qeyd edilmişdir
9. ##.##.2025-ci il tarixli, MT2512 seriyalı, ******** nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh PHŞ-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin (yanğınsöndürən geyimi dəsti) ümumi dəyəri 8850 manat təşkil edir. Qaimənin əsası kimi ##.##.2025-ci il tarixli, **/**** nömrəli müqavilə qeyd edilmişdir.
10. ##.##.2025-ci il tarixli, MT2512 seriyalı, ******** nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh PHŞ-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin (yanğınsöndürən balonun doldurulması) ümumi dəyəri 3262,11 manat təşkil edir. Qaimənin əsası kimi ##.##.2025-ci il tarixli, **/**** nömrəli müqavilə qeyd edilmişdir.
11. Cavabdeh PHŞ tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinə ünvanlanmış ##.##.2026-cı il tarixli, **-*-**/*-***/**** saylı məkubda qeyd edilmişdir ki, məlumat üçün bildirilir ki, Cavabdeh publik hüquqi şəxsdə mülki müdafiə tədbirlərinin gücləndirilməsi, baş verə biləcək yanğınların qarşısının vaxtında alınması məqsədilə müəssisədə istifadə olunması üçün xüsusi geyim sifariş edilmişdir. Satıcı tərəfindən tibb mərkəzinə gətirilmiş yanğınsöndürən döyüş geyimi üçün X8 (EAEU) aid uyğunluq sertifikatı təqdim edilmişdir. Lakin təqdim olunan sertifikatın Azərbaycan Respublikasında, xüsusilə tibb müəssisələrində yanğın təhlükəsizliyi tələblərinə uyğun olaraq istismar üçün hüquqi qüvvəyə malik olub-olmaması ilə bağlı bizdə qeyri-müəyyənlik doğurur. Məhsulun istismarının mümkünlüyünün müəyyən edilməsi zərurəti ilə əlaqədar sözügedən yanğınsöndürən döyüş geyiminin tibb müəssisələrində yanğın təhlükəsizliyi tələblərinə uyğunluğu, təqdim olunmuş uyğunluq sertifikatının Azərbaycan Respublikasında tibb müəssisələrində istifadə üçün keçərli olub-olmaması, göstərilən məhsulun istismarına icazə verilib-verilməməsi barədə aidiyyəti əməkdaşlarınız (mütəxəssislər) tərəfindən rəsmi rəy verilməsinə köməklik göstərməyinizi xahiş edirik.
12. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 Xidməti tərəfindən Cavabdeh PHŞ-yə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-***/**** nömrəli məktubda qeyd edilmişdir ki, ## ###### 2026-cı il tarixli **-*-**/*-***/**** nömrəli məktubunuza Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətində baxılmışdır. Bildirilir ki, X7 Xidmətinin Yanğınların Tədqiqatı və Sınaq Laboratoriyasının müvafiq test sınaqlarını yerinə yetirmək üçün akkreditasiya attestatının qüvvədə olma müddəti başa çatmışdır. Bununla əlaqədar olaraq, Yanğınların tədqiqatı və sınaq laboratoriyası yenidən akkreditasiya attestatı alana qədər sınaqların aparılması müvəqqəti olaraq dayandırılmışdır. Məlumat üçün bildirilir ki, müraciətdə qeyd olunan sınaq işlərinin aparılması ilə əlaqədar məktubunuz aidiyyəti üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinin S.Ə.Dadaşov adına ETLKIM Institutunun laboratoriyasına yönləndirilmişdir.
13. “xxxx” ASC tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2026-cı il tarixli, MVndVbB* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosunun AZ**AIIB******************** nömrəli hesabına 940 (doqquz yüz qırx) manat məbləğində pul vəsaiti köçürülmüşdür.
14. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, müqavilə üzrə borcun 5 (beş) gün ərzində tam ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
15. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (İddiaçı MMC) cavabdeh Cavabdeh publik hüquqi şəxsinə (Cavabdeh PHŞ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən **/**** saylı, ##.##.2025-ci il tarixli xidmətlər üzrə satınalma müqaviləsi üzrə 8850 manat və **/**** saylı, ##.##.2025-ci il tarixli xidmətlər üzrə satınalma müqaviləsi üzrə 2460,30 manat məbləğində borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 940 manat məbləğində vəsaitin, məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 127 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh publik hüquqi şəxsi arasında **/**** saylı ##.##.2025-ci il tarixli xidmətlər üzrə satınalma müqaviləsi bağlanmışdır. Bundan əlavə, İddiaçı MMC ilə Cavabdeh publik hüquqi şəxsi arasında **/**** saylı ##.##.2025-ci il tarixli xidmətlər üzrə satınalma müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış **/**** saylı, ##.##.2025-ci il tarixli və **/**** saylı, ##.##.2025-ci il tarixli xidmətlər üzrə satınalma müqavilələri üzrə İddiaçı MMC tərəfindən öhdəliklər icra olunmuş, lakin Cavabdeh publik hüquqi şəxsi tərəfindən xidmətlər üzrə satınalma müqavilələrinin müddəaları pozularaq öhdəliklər icra edilməmişdir. Bildirilir ki, İddiaçı MMC-yə Cavabdeh PHŞ-nin **/**** saylı ##.##.2025-ci il tarixli xidmətlər üzrə satınalma müqaviləsi üzrə 8850 manat və **/**** saylı ##.##.2025-ci il tarixli xidmətlər üzrə satınalma müqaviləsi üzrə 2460,30 manat borcu vardır. Müqavilələr üzrə 11310,30 manat məbləğində borcun ödənilməsi ilə əlaqədar mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair bildiriş ##.##.2026-cı il tarixində Cavabdeh publik hüquqi şəxsinə göndərilmişdir.
17. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC tərəfindən cavabdeh Cavabdeh publik hüquqi şəxs barəsində verilmiş iddia ərizəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir və hesab edirlər ki, iddiaçının iddiası əsassızdır, təmin edilə bilməz. Iddiaçı tərəfindən cavabdeh tibb müəssisəsinə yanğınsöndürən döyüş geyimi komplekti təqdim edilmişdir. Məhsulla birlikdə yalnız X8 (EAEU) aid uyğunluq sertifikatı təqdim olunmuşdur. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, təqdim edilən sertifikat Azərbaycan Respublikasının ərazisində, xüsusilə tibb müəssisələrində yanğın təhlükəsizliyi vasitələrinin istismarı üçün hüquqi qüvvəyə malik deyildir və Fövqəladə Hallar Nazirliyi tərəfindən tanınmamışdır. Təqdim edilmiş sertifikatın Azərbaycan Respublikasında hüquqi qüvvəyə malik olmaması qəbul zamanı aşkar edilə bilən açıq qüsur deyil, bu hal hüquqi xarakterli və sonradan müəyyən edilən uyğunsuzluqdur. Azərbaycan Respublikasının “Yanğın təhlükəsizliyi haqqında” Qanununa əsasən obyektlərdə istifadə olunan yanğın təhlükəsizliyi vasitələri yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun olduqda istismar edilə bilər. Yanğın təhlükəsizliyi sahəsində səlahiyyətli icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyidir. Sözügedən məhsul üzrə FHN tərəfindən verilmiş hər hansı tanıma, uyğunluq və ya istismara icazəedici rəy iddiaçı tərəfindən təqdim edilməmişdir. Bu səbəbdən məhsulun cavabdeh tibb müəssisəsində istifadəsi qanunvericiliyə ziddir. Normativ uyğunluğu təsdiqlənməmiş yanğın təhlükəsizliyi vasitəsinin istifadəsi ictimai təhlükə yarada və cavabdeh üçün hüquqi məsuliyyətə səbəb ola bilər. Dövlət tibb müəssisəsi olaraq cavabdeh belə riskə yol verə bilməz. Məhsulun faktiki olaraq qəbul edilməsi onun müqavilə şərtlərinə və normativ tələblərə uyğun olmasının təsdiqi hesab edilə bilməz. Uyğunsuzluq sonradan aşkar edilmiş və bu barədə iddiaçıya ## ###### 2026-cı il tarixində malların geri qaytarılması barədə yazılı şəkildə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 581-ci maddəsinə əsasən satıcı alıcıya müqavilənin şərtlərinə uyğun olan mal təqdim etməlidir. Normativ tələblərə cavab verməyən və təyinatı üzrə istifadə olunması mümkün olmayan mal müqavilənin şərtlərinə uyğun hesab edilə bilməz. Bundan əlavə, Mülki Məcəllənin 587.2-ci maddəsinə əsasən malda əhəmiyyətli keyfiyyət pozuntusu olduqda alıcı müqavilədən imtina etməyə və ödənilmiş pul vəsaitinin qaytarılmasını tələb etməyə haqlıdır. FHN tərəfindən tanınmayan və istifadəsi qadağan edilən yanğın təhlükəsizliyi vasitəsi hüquqi baxımdan əhəmiyyətli keyfiyyət pozuntusu olan mal hesab edilir. Mülki Məcəllənin 592-ci maddəsinə əsasən malda qüsur aşkar edildikdə alıcı müqavilə üzrə müvafiq hüquqlarını həyata keçirməkdə haqlıdır. Cavabdeh tibb müəssisəsi əhalinin sağlamlığı və təhlükəsizliyi ilə bilavasitə bağlı fəaliyyət göstərdiyindən, normativ tələblərə uyğun olmayan yanğın təhlükəsizliyi vasitələrinin istifadəsi cavabdeh üçün hüquqi və inzibati məsuliyyət yaradır. Malların qəbul edilməsi ödənişin qeyd-şərtsiz həyata keçirilməsi mənasını daşımır. Müqavilə üzrə qarşılıqlı icra prinsipi tətbiq olunur və satıcı öz öhdəliyini lazımi qaydada icra etmədikdə alıcı ödənişi dayandıra bilər. Məhsulun qəbul edilməsi onun müqavilə şərtlərinə və normativ tələblərə tam uyğunluğunun təsdiqi hesab edilə bilməz. Təqdim edilmiş sertifikatın Azərbaycan Respublikasında hüquqi qüvvəyə malik olmaması və tibb müəssisəsində istifadəyə yararlı olmaması sonradan aşkar edilmiş hüquqi xarakterli qüsurdur. Bu səbəbdən cavabdeh Mülki Məcəllənin 587.2 və 592-ci maddələrinə əsasən müqavilə üzrə hüquqlarını həyata keçirməkdə haqlıdır. Bu səbəbdən cavabdeh müəssisə tərəfindən məhsulun qəbulundan və istismarından imtina edilməsi qanuni, əsaslı və zəruri olmuşdur. Cavabdeh tərəfindən məhsulun tibb müəssisəsində istifadəyə uyğunluğu ilə bağlı Fövqəladə Hallar Nazirliyinə rəsmi müraciət edilmişdir. Bu hal cavabdehin xoş niyyətini və məsələnin obyektiv araşdırılmasında maraqlı olduğunu təsdiq edir.
18. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
19. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının həmin öhdəliyin icra olunmasını, mal və xidmətlərin dəyərinin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və cavabdeh Cavabdeh PHŞdən **/**** saylı, ##.##.2025-ci il tarixli xidmətlər üzrə satınalma müqaviləsi üzrə 8850 (səkkiz min səkkiz yüz əlli) manat və **/**** saylı, ##.##.2025-ci il tarixli xidmətlər üzrə satınalma müqaviləsi üzrə 2460,30 manat (iki min dörd yüz altmış manat otuz qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Müqavilələr üzrə qeyd olunan dəyərdə mal və xidmətlərin cavabdehə təhvil verilməsi işdə olan sübutlarla (təhvil-təslim aktları, elektron qaimələr) öz təsdiqini tapır. Cavabdehin etirazına gəlincə hesab olunur ki, etiraz əsassızdır. Belə ki, cavabdeh qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh tibb müəssisəsinə yanğınsöndürən döyüş geyimi komplekti təqdim və məhsulla birlikdə yalnız X8 (EAEU) aid uyğunluq sertifikatı təqdim olunmuş, sonradan müəyyən edilmişdir ki, təqdim edilən sertifikat Azərbaycan Respublikasının ərazisində, xüsusilə tibb müəssisələrində yanğın təhlükəsizliyi vasitələrinin istismarı üçün hüquqi qüvvəyə malik deyildir və müvafiq qurum tərəfindən tanınmamışdır. Hesab olunur ki, cavabdeh haqlı sayıla bilməz. Belə ki, cavabdeh həmin məhsulları qəbul etməmişdən əvvəl sertifikatın olub-olmaması, təqdim edilmiş sertifikatın müvafiq qurum tərəfindən tanınması, uyğunluq hallarını yoxlayaraq qəbul etməli idi. Məhsulu qəbul edildikdən və ödənişlə bağlı iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı pretenziya məktubu göndəriləndən sonra göstərilən hallara istinad etməklə etiraz etməsi, eyni zamanda MM-nin etirazda qeyd olunan normalarına istinadı əsaslı sayıla bilməz. Əks yanaşma iddiaçının hüquqlarının pozulmasına gətirib çıxara bilər. Eləcə də, iddiaçı 940 manat hüquqi yardıma görə ödənilmiş pulun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 127 manat dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ağlabatan məbləğ olaraq 500 (beş yüz) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123,93 manat (yüz iyirmi üç manat doxsan üç qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
20. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1, 386.1, 390.1, 425.1, 442, 448.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77, 107, 119.1, 121.1, 218.3-cü maddələrinə istinad etmişdir.
21. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun əsaslandırmış və qeyd etmişdir ki, hüquqi məsələ qiymətləndirilməmiş, iş üzrə lazımi araşdırma aparılmadan qanunsuz qətnamə qəbul edilmişdir.
Apellyasiya şikayətinə qarşı etiraz
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
23. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, iddiaçıya isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
30. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
31. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
32. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur..
33. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
34. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas yaratmır.
44. Iş materiallarından müəyyən olunur ki, tərəflər arasında ##.##.2025-ci il tarixli, **/**** nömrəli və ##.##.2025-ci il tarixli, **/**** nömrəli xidmətlər üzrə satınalma müqavilələri bağlanmış, həmin müqavilələr çərçivəsində iddiaçı tərəfindən müvafiq mallar təhvil verilmiş və xidmətlər göstərilmişdir. Öhdəliklərin icrası tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş təhviltəslim aktları, habelə elektron qaimələrlə təsdiq olunur. Cavabdeh tərəfindən malların və xidmətlərin qəbul edilməsi, eləcə də onların dəyərinin ödənilməməsi iş materialları ilə müəyyən edilir.
45. Apellyasiya şikayətinin əsas dəlili iddiaçı tərəfindən təqdim edilmiş yanğınsöndürən döyüş geyiminə dair X8 (EAEU) aid uyğunluq sertifikatının Azərbaycan Respublikasında, o cümlədən tibb müəssisələrində istifadəyə hüquqi əsas yaratmaması və bu səbəbdən təqdim edilmiş məhsulun müqavilənin şərtlərinə uyğun hesab edilə bilməməsi ilə bağlıdır.
46. Kollegiya qeyd edir ki, müqavilənin predmetini təşkil edən məhsulun keyfiyyəti, təhlükəsizliyi və təyinatına uyğunluğu, o cümlədən qanunvericiliklə tələb olunduğu hallarda müvafiq qaydada sertifikatlaşdırılması müqavilə öhdəliyinin lazımınca icrası baxımından mühüm əhəmiyyət daşıyır.
47. Bununla belə, iş materiallarından tərəflərin müqavilə bağlayarkən məhsulun konkret hansı sertifikata malik olması, sertifikatın hansı dövlət və ya qurum tərəfindən verilməsi, yaxud xarici uyğunluq sertifikatının Azərbaycan Respublikasında tanınmasının müqavilənin ayrıca və mühüm şərti kimi müəyyən edilməsi barədə razılığa gəldikləri müəyyən olunmur.
48. Kollegiya qeyd edir ki, işdə olan təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş mallar və göstərilmiş xidmətlər cavabdeh tərəfindən qəbul edilmiş, qəbul zamanı onların keyfiyyəti, komplektliyi, təyinatı və ya müvafiq sertifikatın yararsızlığı ilə bağlı hər hansı irad və ya qeyd aktlarda əks etdirilməmişdir.
49. Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin iş materiallarında olan məktublarının məzmunundan da təqdim edilmiş məhsulun konkret olaraq istifadəsinin qadağan edildiyi, onun texniki göstəricilərinin yanğın təhlükəsizliyi tələblərinə cavab vermədiyi və ya istifadəyə yararsız olduğu barədə qəti nəticə müəyyən edilmir. Əksinə, müvafiq məktublarda məhsulun sınaqlarının keçirilməsi və uyğunluğunun müəyyənləşdirilməsi ilə bağlı məsələlərin aidiyyəti laboratoriyada araşdırılmasına yönəldilməsi göstərilmişdir. Buna görə həmin yazışmalar təqdim edilmiş məhsulun keyfiyyətsiz və ya istifadəyə yararsız olmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
50. Həmçinin cavabdeh təqdim edilmiş məhsulun müqavilədə nəzərdə tutulan məqsədlə istifadəsinin obyektiv olaraq mümkünsüz olduğunu, məhsulun texniki və keyfiyyət göstəricilərinin məcburi normativ tələblərə cavab vermədiyini təsdiq edən müvafiq səlahiyyətli orqanın rəyi, sınaq nəticəsi, ekspert rəyi və ya digər mötəbər sübut təqdim etməmişdir.
51. Cavabdehin Mülki Məcəllənin 587.2 və 592-ci maddələrinə istinadı da hazırkı halda fərqli nəticəyə gəlməyə əsas vermir. Həmin normaların tətbiqi üçün malda müqavilə üzrə alıcının müvafiq hüquqlarının yaranmasına səbəb olan qüsurun mövcudluğu müəyyən edilməlidir. Hazırkı iş üzrə isə cavabdeh istinad etdiyi halın malın keyfiyyətinə və onun müqavilədə nəzərdə tutulmuş məqsədlə istifadəsinə konkret təsirini, habelə həmin halın müqavilə öhdəliyinin icrasından imtina etməyə əsas verən xarakter daşıdığını sübut etməmişdir.
52. Mülki prosessual qanunvericiliyin sübutetmə yükünə dair tələblərinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə qəbul etdiyi mal və xidmətlərin müqavilə şərtlərinə uyğun olmadığını təsdiq edən kifayət qədər mötəbər sübut təqdim etməmişdir.
53. Kollegiya onu da qeyd dir ki, cavabdeh tərəfindən məhsulun konkret texniki göstəricisinin hansı məcburi normativ tələbə uyğun olmadığı göstərilmədiyindən və işdə olan sənədlər məhsulun təyinatı üzrə istifadəyə yararsızlığı barədə qəti nəticə ehtiva etmədiyindən, mübahisənin həlli üçün xüsusi bilik tələb edən və ekspertiza keçirilməsini zəruri edən faktiki hal müəyyən edilmir.
54. Apellyasiya şikayətinin dəlilləri isə formal xarakter daşıyaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassızlığını təsdiq etmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır və onun dəyişdirilməsi üçün hüquqi əsaslar mövcud deyildir.
55. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh PHŞ tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. .