Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-927/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh IB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə açar sözlər: əsassız borcun silinməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh IB-yə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(4-11)- ***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. Işin halları
1. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh IB tərəfindən İddiaçı məxsus *************** saylı abonə kodu üzrə hesablanmış 12610 (on iki min altı yüz on) manat, 62 (altmış iki) qəpik məbləğində borcun silinməsi, dövlət rüsumunun əvəzi olaraq 547 (beş yüz qırx yeddi) manat, 20 (iyirmi) qəpik manat məbləğində pulun İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 127 (bir yüz iyirmi yeddi) manat, 83 (səksən üç) qəpik məbləğində pulun Cavabdeh IB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia alan hissədə təmin edilməmişdir.
2. ##.##.2025-ci il tarixli, **** nömrəli hesab-fakturaya (Müqavilə №: AMX-0642/21) əsasən, abonent İddiaçı tərəfindən 2025-ci ilin yanvar ayı ərzində istifadə edilmiş təbii qaz üzrə 40576,70 AZN əsas məbləğ və 7303,80 AZN ƏDV olmaqla, ümumilikdə 47880,50 AZN məbləğində borc hesablanmış, ##.##.2025-ci il tarixə borc məbləği 400614,18 AZN olaraq göstərilmişdir.
3. ##.##.2025-ci il tarixli, **** nömrəli hesab-fakturaya (Müqavilə №: AMX-0642/21) əsasən, abonent İddiaçı tərəfindən 2025-ci ilin fevral ayı ərzində istifadə edilmiş təbii qaz üzrə 54922,25 AZN əsas məbləğ və 9886,01 AZN ƏDV olmaqla, ümumilikdə 64808,27 AZN məbləğində borc hesablanmış, ##.##.2025-ci il tarixə borc məbləği 430547,45 AZN olaraq göstərilmişdir.
4. ##.##.2025-ci il tarixli, **** nömrəli hesab-fakturaya (Müqavilə №: AMX-0642/21) əsasən, abonent İddiaçı tərəfindən 2025-ci ilin mart ayı ərzində istifadə edilmiş təbii qaz üzrə 44993,15 AZN əsas məbləğ və 8098,77 AZN ƏDV olmaqla, ümumilikdə 53091,92 AZN məbləğində borc hesablanmış, ##.##.2025-ci il tarixə borc məbləği 464039,36 AZN olaraq göstərilmişdir.
5. ##.##.2025-ci il tarixli, **** nömrəli hesab-fakturaya (Müqavilə №: AMX-0642/21) əsasən, abonent İddiaçı tərəfindən 2025-ci ilin aprel ayı ərzində istifadə edilmiş təbii qaz üzrə 41123,54 AZN əsas məbləğ və 7402,24 AZN ƏDV olmaqla, ümumilikdə 48525,78 AZN məbləğində borc hesablanmış, ##.##.2025-ci il tarixə borc məbləği 512565,14 AZN olaraq göstərilmişdir.
6. ##.##.2025-ci il tarixli, **** nömrəli hesab-fakturaya (Müqavilə №: AMX-0642/21) əsasən, abonent İddiaçı tərəfindən 2025-ci ilin may ayı ərzində istifadə edilmiş təbii qaz üzrə 2237,95 AZN əsas məbləğ və 402,83 AZN ƏDV olmaqla, ümumilikdə 2640,78 AZN məbləğində borc hesablanmış, ##.##.2025-ci il tarixə borc məbləği 515205,92 AZN olaraq göstərilmişdir.
7. ##.##.2024-cü il tarixli hesab-fakturaya (Müqavilə №: AMX0642/21) əsasən, abonent İddiaçı tərəfindən 2025-ci ilin iyun ayı ərzində istifadə edilmiş təbii qaz üzrə 5,07 AZN əsas məbləğ və 0,91 AZN ƏDV olmaqla, ümumilikdə 5,99 AZN məbləğində borc hesablanmış, ##.##.2025-ci il tarixə borc məbləği 515106,22 AZN olaraq göstərilmişdir.
8. Cavabdehxxxx“Sayğacsız müəssisəyə təbii qazın müvəqqəti verilməsi barədə” akta əsasən, Xızı rayon, Giləzi qəsəbəsində yerləşən F/Ş İddiaçı (Istixana) məxsus ******** nömrəli tipli Elster G-650 TRZ EK-230 Sayğaca ##.##.2024-cü il tarixində baxış keçirilən zaman sayğacın mexanikasının qazı keçirdiyi (sərfiyyatı qeydə aldığı) lakin kollektorun (elektron sərfiyyat) qeyd etmədiyi aşkar olumuş, sayğaca ##.##.2024-cü il tarixində baxış keçirilən zaman mex gös. 510838 m3 və elek gös 1102832 m3 olduğu aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq müəssisəyə məxsus sayğac Yaşma – Siyəzən orta təzyiqli qaz kəmərinin üzərində yerləşdiyindən və həmin xətdə təzyiqin 2 atm olduğunu nəzərə alaraq müəssisə rəhbərliyi ilə qarşılıqlı razılıq əsasında əlavə 69822 m3 qaz sərfinin verilməsi məqsədəuyğun hesab edilmişdir.
9. Cavabdehxxxx“Sayğacsız müəssisəyə təbii qazın müvəqqəti verilməsi barədə” akta əsasən, Xızı rayon, Giləzi qəsəbəsində yerləşən F/Ş İddiaçı (Istixana) məxsus ******** nömrəli tipli Elster G-650 TRZ EK-230 Sayğaca ##.##.2024-cü il tarixində baxış keçirilən zaman sayğacın mexanikasının qazı keçirdiyi (sərfiyyatı qeydə aldığı) lakin kollektorun (elektron sərfiyyat) qeyd etmədiyi aşkar olumuş, sayğaca ##.##.2024-cü il tarixində baxış keçirilən zaman mex gös. 651050 m3 və elek gös 1102832 m3 olduğu aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq müəssisəyə məxsus sayğac Yaşma – Siyəzən orta təzyiqli qaz kəmərinin üzərində yerləşdiyindən və həmin xətdə təzyiqin 2 atm olduğunu nəzərə alaraq müəssisə rəhbərliyi ilə qarşılıqlı razılıq əsasında əlavə 140212 m3 qaz sərfinin verilməsi məqsədəuyğun hesab edilmişdir.
10. Cavabdehxxxx“Sayğacsız müəssisəyə təbii qazın müvəqqəti verilməsi barədə” akta əsasən, Xızı rayon, Giləzi qəsəbəsində yerləşən F/Ş İddiaçı (Istixana) məxsus ******** nömrəli tipli Elster G-650 TRZ EK-230 Sayğaca ##.##.2024-cü il tarixində baxış keçirilən zaman sayğacın mexanikasının qazı keçirdiyi (sərfiyyatı qeydə aldığı) lakin kollektorun (elektron sərfiyyat) qeyd etmədiyi aşkar olumuş, sayğaca ##.##.2025-ci il tarixində baxış keçirilən zaman mex gös. 751050m3 və elek gös 1102832m3 olduğu aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq müəssisəyə məxsus sayğac Yaşma – Siyəzən orta təzyiqli qaz kəmərinin üzərində yerləşdiyindən və həmin xətdə təzyiqin 2 atm olduğunu nəzərə alaraq müəssisə rəhbərliyi ilə qarşılıqlı razılıq əsasında əlavə 100000m3 qaz sərfinin verilməsi məqsədəuyğun hesab edilmişdir.
11. Cavabdehxxxx“Sayğacsız müəssisəyə təbii qazın müvəqqəti verilməsi barədə” akta əsasən, Xızı rayon, Giləzi qəsəbəsində yerləşən F/Ş İddiaçı (Istixana) məxsus istixananın 2025-ci ilin fevral ayı üzrə ümumi istehlak etdiyi qazın hesabatı ötən ilin müvafiq dövrünə uyğun olaraq (sayğacdakı qaz sərfi 70256 m3 2 kafsentlə çıxıldıqdan sonra)129488 m3 müəyyən edilmişdir.
12. Cavabdehxxxx“Sayğacsız müəssisəyə təbii qazın müvəqqəti verilməsi barədə” akta əsasən, Xızı rayon, Giləzi qəsəbəsində yerləşən F/Ş İddiaçı (Istixana) məxsus istixananın 2025-ci ilin mart ayı üzrə ümumi istehlak etdiyi qazın hesabatı aşağıdakı kimi aparılacaqdır. Yəni, ##.##.2025-ci il tarixində müəssisəyə məxsus G650 ******** nömrəli sayğaca baxış keçirilən zaman mex göstərici 900303 m3 olmuşdur. 2025-ci ilin fevral ayında mexaniki göstərici 821306 m3 və əmsalın 2.8 olduğunu nəzərə alaraq 142193 m3 müəyyən olunmuşdur.
13. Cavabdehxxxx“Sayğacsız müəssisəyə təbii qazın müvəqqəti verilməsi barədə” akta əsasən, Xızı rayon, Giləzi qəsəbəsində yerləşən F/Ş İddiaçı (Istixana) məxsus istixananın 2025-ci ilin aprel ayı üzrə ümumi istehlak etdiyi qazın hesabatı aşağıdakı kimi aparılacaqdır. Yəni, ##.##.2025-ci il tarixində müəssisəyə məxsus G650 ******** nömrəli sayğaca baxış keçirilən zaman mex göstərici 981169 m3 olmuşdur. 2025-ci ilin mart ayında mexaniki göstərici 900302 m3 və əmsalın 2.5 olduğunu nəzərə alaraq 121300 m3 müəyyən olunmuşdur.
14. Cavabdeh IB-nin Siyəzən Xidmət Sahəsi tərəfindən ##.##.2025-ci il tarixində tərtib edilmiş “Sayğacsız müəssisəyə təbii qazın müvəqqəti verilməsi barədə” akta əsasən, Xızı rayon, Giləzi qəsəbəsində yerləşən F/Ş İddiaçı (Istixana) məxsus istixananın 2025-ci ilin may ayı üzrə ümumi istehlak etdiyi qazın hesabatı aşağıdakı kimi aparılacaqdır. Yəni, ##.##.2025ci il tarixində müəssisəyə məxsus G650 ******** nömrəli sayğaca baxış keçirilən zaman mex göstərici 986654 (fərq 5485 m3 ) m3 olmuşdur. 2025-ci ilin may ayında Siyəzən-Yaşma xəttində təzyiqin 2.0 atm olduğunu nəzərə alsaq onda əlavə 5485 m3 qazın hesabatının aparılması məqsədəuyğun sayılır.
15. Iddiaçıya məxsus abonent saldosundan görünür ki, iddiaçıya aktlar əsasında 2024-cü ilin noyabr ayı üzrə 15360,84 manat, dekabr ayı üzrə 30846,64 manat, 2025-ci ilin yanvar ayı üzrə 23935 manat, fevral ayı üzrə 47938,56 manat, mart ayı üzrə 34126,32 manat, aprel ayı üzrə 29112 manat, may ayı üzrə 1316,40 manat olmaqla ümumilikdə 182635,76 manat borc hesablanmışdır.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, iddiaçı xidmət sahələrinin abonenti olmuş və istilikxana işlətdiyindən 02 ədəd — elektron və mexaniki sayğacdan istifadə edilmiş, əsas sayğac elektron sayğac olmuşdur. Şahid bildirmişdir ki, fakturalar elektron sayğacın göstəriciləri əsasında tərtib olunur, lakin mübahisəli dövrdə sayğacın elektron hissəsi işləməmiş, elektron göstərici xarab olduqda ekran sönsə də, mexaniki hissə işləməyə davam etmişdir. O qeyd etmişdir ki, elektron göstərici işləmədiyi zaman mexaniki göstərici üzərinə standart təzyiq və həmin dövrdə mövcud olan qaz təzyiqi tətbiq olunur, əmsal qaz təzyiqinə əsasən hesablanır. Sərfiyyat borcu mexaniki hissəyə əsasən hesablanır, mexaniki hissə işləmədiyi halda isə dövrə uyğun hesablanma aparılır. Həmçinin göstərdi ki, sistem mexaniki hissə ilə yoxladığı üçün sərfiyyat az çıxır, elektron hissə işlədiyi zaman isə təkrarlanma olduğundan sərfiyyat mexaniki hissədən çox görünür. Şahid qeyd etdi ki, mexaniki hissənin işləməməsi kənardan müəyyən olunur, sayğaca müdaxilə edilmir, nasazlıq barədə abonentə şifahi məlumat verilmiş, yazılı bildiriş təqdim edilməmiş, akt isə sonradan abonent tərəfindən imzalanmışdır. Şahid həmçinin hesablamaların 1320 “QOST” standartlarına uyğun aparıldığını, sayğacın hazırda düzəldiyini, 2024-cü ilin dekabr ayı üzrə mexaniki hissənin 2 atmosfer təzyiqinə vurulduğunu və sayğac normal işlədiyi halda sərfiyyatın təxminən 60000 manat təşkil edəcəyini, sistemin çıxardığı sərfiyyatın isə real olmayaraq az göstərdiyini bildirdi.
Birinci instansiya məhkəməsində icraat
17. Iddiaçı İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh Cavabdeh IB-yə (bundan sonracavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən istixanaya görə hesablanmış 191355,14 (yüz doxsan bir min üç yüz əlli beş manat on dörd qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən istixana Cavabdeh abonentidir (abonent kodu: 262601700000071) və sayğac göstəricilərinə uyğun olaraq daimi istifadə etdiyi qaza görə ödənişlər həyata keçirir. Cavabdeh Istehsalat Birliyi əməkdaşları tərəfindən İddiaçı məxsus Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən istixananın fəaliyyəti zamanı 2025-ci il üzrə qaz sərfiyyatına görə ümumilikdə 191355,14 (yüz doxsan bir min üç yüzəlli beş manat on dörd qəpik) manat məbləğində əsassız borc hesablanmışdır. Qeyd edim ki, İddiaçı məxsus Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən istixanada həmin vaxtlarda abonent saldosunda göstərilən həcmdə qaz sərf edilməmişdir. Eyni qaz sərfiyyatının olmasına baxmayaraq, cavabdeh tərəfindən süni şəkildə qaz sərfiyyatıartıq göstərilmiş və borc hesablanmışdır. Bu səbəbdən, tərəfimizdən Cavabdeh IB-nə pretenziya məktubu göndərilmiş və qanunsuz hesablanmış borc və cərimənin silinməsi xahiş edilmişdir. Lakin, cavabdeh pretenziyaya məhəl qoymamış və borc məbləğini silməmişdir. Hal-hazırda cavabdeh Cavabdeh IB tərəfindən iddiaçı İddiaçı məxsus istixanaya görə hesablanmış cəmi 191355,14 (yüz doxsan bir min üç yüz əlli beş manat on dörd qəpik) manat borc pul məbləğinin silinməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
19. Cavabdeh ##.##.2026-cı il tarixdə Elektron Məhkəmə Informasiya sistemi vasitəsilə iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Etiraz onunla əsaslandırılmışdır ki, Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı Xızı rayonunun Giləzi kəndində yerləşən istixanasına cavabdeh Cavabdeh IB tərəfindən hesablanmış 191 355,14 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Iddiaçı iddia ərizəsində iddia tələbini heç bir sübut və ya arqument ilə əsaslandırmamışdır. Iddiaçı İddiaçı Xızı rayonunun Giləzi kəndində yerləşən istixanasında 2025-ci il ərzində sərf olunan təbii qaza görə yaranmış borcu əsassız hesab etmiş və məhkəmədən bu borcun silinməsini xahiş etmişdir. Aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, fiziki şəxs İddiaçı Cavabdeh Istehsalat Birliyinə qarşı qaldırdığı iddia formal xarakter daşıyır, onun iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Abonent İddiaçı Gülşad oğlu heç bir əsas göstərmədən 2025-ci il ərzində sahibi olduğu istixanada təbii qazdan istifadəyə görə yaranmış borcun silinməsi üçün iddia qaldırmaqla bu vaxta kimi istifadə etdiyi təbii qazın dəyərinin ödənilməsindən yayınmağa çalışır. Belə ki, X2 hələ 2024-cü ilin iyun ayında Bakı Kommersiya Məhkəməsində Cavabdeh IB-nə qarşı 321210 manat məbləğində istifadə etdiyi təbii qazın dəyərinin onun abonent hesabından silinməsi barədə iddia qaldırmış, iddianın təmini tədbiri kimi onun obyektinə qaz təchizatının dayandırılmasının Cavabdeh IB-nə qadağan edilməsi barədə ərizə verərək müvafiq qərardadın qəbul edilməsinə nail olmuşdu. Bakı Kommersiya Məhkəməsinin e-2- *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia 12 610 manat borcun silinməsi hissəsində təmin olunmuş, 308 600 manat hissəsində isə təmin edilməmişdir. Bu müddət ərzində İddiaçı Gülşad oğlu nəinki öz debitor borcunu ödəməmişdir, həm də əlavə olaraq onun hesabında 193000 manat yeni debitor borcu yaranmışdır. Hazırda iddiaçının təbii qazdan istifadəyə görə 515 098,08 manat ödənilməmiş debitor borcu vardır. İddiaçı Gülşad oğlu bu borcu ödəmək əvəzinə əsassız iddia qaldıraraq vaxt qazanmağa çalışır. O yenidən iddianın təmini tədbiri kimi Cavabdeh IB-nə onun obyektinə qaz təchizatının dayandırılmasının qadağan edilməsi barədə Qərardad çıxarılması üçün Bakı Kommersiya Məhkəməsinə ərizə versə də, həmin ərizə məhkəmə tərəfindən təmin olunmamışdır. Məhkəmənin gedişatı prosesində iddia tələbi ilə əlaqədar iddiaçı hər hansı sübut və ya dəlillərə istinad edərsə, tərəfimizdən məhkəməyə müvafiq təksibedici sənədlər təqdim olunacaqdır. Bununla da aydın olur ki, İddiaçı iddia tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, formal xarakter daşımaqla iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirləridir.
21. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, iddiaçı İddiaçı əsassız olaraq hesablanmış 182635,76 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdeh Cavabdeh IB-yə həvalə edilməsi, cavabdeh Cavabdeh IB-dən 472,64 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 11,36 manat dövlət rüsumunun iddiaçı İddiaçı özünə aid edilməsi qət edilmişdir.
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən 2024-cü ilin noyabr və dekabr aylarında, 2025-ci il yanvar, fevral, mart, aprel, may aylarında iddiaçıya məxsus qaz sayğacına baxış keçirilmiş, həmin yoxlamalar nəticəsində iddiaçı barəsində aktlar tərtib edilərək ona ümumilikdə 182635,76 manat borc hesablanmışdır.
23. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxışlar keçirib müvafiq aktlar tərtib edərək borclar hesablamışdır.
24. Göründüyü kimi, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” ##.##.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin ##.##.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
25. Hazırkı iş üzrə cavabdeh tərəfindən mübahisəli aktların tərtib edilməsinə əsas olmuş həmin yoxlamaların keçirilməsi barədə məlumatların 'Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun tələblərinə uyğun olaraq Vahid Məlumat Reyestrində qeydiyyata alınmadığı müəyyən edilmişdir.
26. Qeyd olunanlara əsasən, cavabdeh yoxlamaların nəticəsi olaraq iddiaçıya 182635,76 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Bu səbəbdən yoxlamaların nəticəsi olaraq hesablanmış həmin borclar da əsaslı hesab edilə bilməz.
27. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış borc məbləği cavabdeh tərəfindən həyata keçirilmiş yoxlamalar əsasında hesablandığından və həmin yoxlamalar qanunvericiliyə uyğun olaraq həyata keçirilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 182635,76 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
28. Məhkəmə iddiaçı tərəfindən mübahisələndirilən qalan 8719,38 manat borcun silinməsi üçün hər hansı əsas görmür. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş hesab fakturalardan, habelə abonent haqqında məlumatdan görünür ki, göstərilən borc təbii qazdan istifadə ilə bağlı yaranmış borclardır, həmin borcların ödənilməsinin təmin edilməsi isə istehlakçı kimi iddiaçının vəzifəsidir. Bu səbəbdən iddianın həmin hissədə təmin edilməsi üçün hər hansı əsas yoxdur.
29. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 182635,76 manat məbləğində borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
30. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” ##.##.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin ##.##.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 1.7-ci bəndini, “Qaz Təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 20, 21.1-ci maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10, 5.2, 5.5-ci bəndlərini tətbiq etmişdir.
31. Cavabdeh Cavabdeh IB qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
33. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
34. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
“Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş) :
35. Bənd 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir;
36. Bənd 2.11-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” ##.##.2013-cü il tarixli Azərbaycan Respublikası Qanunu:
37. Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir;
38. Maddə 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir;
39. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
Azərbaycan Respublikası Prezidentinin ##.##.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”:
40. Bənd 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər;
41. Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının həddi
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
51. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
52. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, iddiaçı iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən şikayət verməmişdir; cavabdeh isə qətnaməni yalnız iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
53. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır (mübahisələndirilən hissədə). Işin faktiki halları ilə müəyyən edilir ki, cavabdehin əməkdaşları tərəfindən 2024cü ilin54. noyabr və dekabr aylarında, 2025-ci il yanvar, fevral, mart, aprel, may aylarında iddiaçıya məxsus qaz sayğacına baxış keçirilmiş, həmin yoxlamalar nəticəsində iddiaçı barəsində aktlar tərtib edilərək ona ümumilikdə 182635,76 manat borc hesablanmışdır.
55. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıdan tələb edilən 182635,76 manat borcun hesablanmasına əsas olan akt və həmin aktın tərtib edilməsinə əsas olmuş yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təsdiq edən sübutlar təqdim edilməmişdir.
56. Belə olan halda isə həmin yoxlama nəticəsində hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan tələb oluna bilməz. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
57. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarının 3.1.10-cu maddəsinə əsasən qazpaylayıcısı bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir.
58. “Qazdan istifadə qaydaları”nın 4.8-ci maddəsinə (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş) əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, cavabdehin əməkdaşları 2024-cü ilin noyabr ayında qaz sayğacının elektron hissəsində nasazlığı aşkar etdikdən sonra həmin Qaydaların 3.1.10-cu maddəsində nəzərdə tutulmuş vəzifələrinə əsasən mövcud qaz sayğacı çıxarılmalı və dövlət yoxlamasına verilməli, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
59. Lakin cavabdeh qanunvericilikdə və müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmişdir.
60. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, borcun əsaslı olmasına dair mötəbər dəlilləri AR MPM-nin 77-ci maddəsinin tələblərinə əsasən cavabdeh məhkəməyə təqdim etməli olduğu halda etməmişdir.
61. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayətlərini vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDI:
Cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin, e-*-*(*-**)***/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.