Məhkəmə qərarları › İş №e-2-2(3-6)-928/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-928/2026

04.09.2026 · Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) - Xususi icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-928/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qanunçuluq) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Maraqlı şəxs Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları

1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi idarəsinin vergi borcu barədə məlumatın verilməsinə dair rəsmi internet səhifəsindən (https://www.etaxes.gov.az/) əldə olunmuş ## #### 2026-cı il tarixli vergi borcu barədə məlumatda Maraqlı şəxs (VÖEN: **********) əvvəlki günə 0,00 manat vergi borcunun olduğu, yəni borcun olmadığı qeyd olunmuşdur. Maraqlı şəxs şəxsi hesab vərəqəsindən görünür ki, fiziki şəxsin borcu 0,00 manat, artıq ödəmə məbləği 130,09 manat təşkil edir.

2. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, həmin Qanunun 23.3.5.1-ci, 23.3.5.2-ci və 23.3.5.3-cü maddələrində qeyd olunan halların mövcud olmaması barədə arayışda vergi ödəyicisi olan Maraqlı şəxs vergilər üzrə borcunun 0,00 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 1,77 manat, işsizlikdən sığorta haqqı üzrə 0,00 manat, icbari tibbi sığorta haqqı üzrə 0,45 manat təşkil etdiyi qeyd edilmişdir.

3. Maraqlı şəxs ##.##.2026-cı il tarixə oaln vergi hesab vərəqəsindən müəyyən edilir ki, müvafiq olaraq ##.##.2026 və ##.##.2026-cı il tarixlərində 2025-ci və 2026-cı illərin ƏDV borcu üzrə azalmalar qeydə alınmış, nəticədə vergi ödəyicisinin vergi borcu 0, vergi üzrə artıq ödəməsi isə 93.585,04 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

4. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs dövlət büdcəsi və fondlara olan borcunun ödənilməsini təmin etmək üçün onun (doğulduğu tarix - ##.##.1987-ci il, Qusar rayonu, Gündüzqala kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna ,45 manat, Dövlət Sosial Müdafiə Fonduna 1,77 manat, dövlət büdcəsinə 31843,23 manat (o cümlədən, vergilər üzrə 24727,2 manat, faizlər üzrə 7116,03 manat) olmaqla, ümumilikdə 31845,45 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli 2550020595879100, ##.##.2025ci il tarixli 2550020596184100, ##.##.2026-cı il tarixli **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Reyestr məlumatlarına əsasən borclu fiziki şəxs Maraqlı şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi, Yataqxana, ev 4 ünvanında qeydiyyatdadır. Borcun ödənilməsini təmin etmək üçün borclu fiziki şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna borcu 0,45 manat, Dövlət Sosial Müdafiə Fonduna borcu 1,77 manat təşkil edir ki, həmin məbləğlərə görə hüquq məhdudlaşdırıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlib ki, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsaslar müəyyən edilmədiyindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi təmin edilməməlidir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 24.1.2-1-ci maddələrinə istinadla əsaslandırmışdır.

9. Ərizəçi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk olaraq qeyd edilib ki, vergi ödəyicisi tərəfindən ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərdə 2026-cı ilin yanvar ayı ƏDV və 2024-cü ilin gəlirvergisi bəyannamələri üzrə dövriyyəsiz dəqiqləşmiş bəyannamələr təqdim edilməklə hesablanmış vergi məbləği azaldılmışdır. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmus vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayıs ın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 is günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayıs lara münasibətdə isə 30 is günü müddətində keçirilir. Göründüyü kimi vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamələr üzrə Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə kameral vergi yoxlaması keçirilir. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə vergi orqanı tərəfindən təsdiq olunmadığı halda həmin bəyannamə onun borcunun azalması vasitəsi qismində iştirak edə bilməz. Çünki vergi ödəyicisinin vergi orqanının hesablamalarından sonra yenidən bəyannamə təqdim edərək vergilərin yenidən hesablanmasını tələb etməsi onun hüququnun realizəsidir ki, vergi ödəyicisinin həmin hüququndan istifadənin müsbət nəticəsi vergi orqanı tərəfindən sözügedən bəyannamənin qəbul edilməsidir. Vergi ödəyiciləri bu hüquqdan sui-istifadə edərək bu kimi hallarda borcunun olmamasını iddia etməsi məhkəmə tərəfindən qəbul edilməməli və ərizə təmin edilməlidir. Nəticədə məhkəmə borcun hüquqi statusunun tam müəyyən olunmadığı bir mərhələdə qərar verməklə, faktlara vaxtından əvvəl və yanlış qiymət vermişdir. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamələr iqtisadi göstəricilərə, dövriyyə məlumatlarına uyğun olmadığına görə vergi ödəyicisinə ##.##.2026-cı və ##.##.2026-cı il tarixlərdə “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilərək bəyannamələrdəki kənarlaşmaların aradan qaldırılması tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən hər hansı təsdiqedici sənəd təqdim olunmamışdır. Vergi ödəyicisi dəqiqləşdirilmiş hesabatlar təqdim edərək şəxsi hesab vərəqəsində borcunun olmaması görüntüsü yaratmış, məhkəmə tərəfindən bu hal sübut kimi qəbul olunaraq vergi orqanının ərizəsi rədd edilmişdir. Halbuki yuxarıda qeyd olunanlardan göründüyü kimi vergi ödəyicisi formal, dövriyyə göstəriciləri olmayan bəyannamələr təqdim etmişdir. Təqdim edilmiş bu tip bəyannamələr müvəqqəti xarakterli olsa da, şəxsi hesab vərəqəsində borcun olmaması görüntüsü yaratdığı üçün “İnternet Vergi İdarəsi” portalında və dövlət satınalınmalarında iştirak üçün təqdim olunan arayışda məhkəmənin istinad etdiyi hal yaranmışdır. Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasənvergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanının vəzifəsidir. Belə olan halda məhkəmənin ərizəni təmin etməsi və vergi ödəyicisinin borcunun olmaması halında vergi orqanı sözügedən məhdudiyyətin aradan qaldırılması üçün qərar qəbul etməlidir. Mütənasiblik və demokratik cəmiyyətdə zərurilik Vergi ödəyicisinə borcun ödənilməsinə dair Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli 2550020595879100, 2550020596184100, və ##.##.2026-cı il tarixli **************** nömrəli bildirişlər göndərilmiş, vergi ödəyicisi tərəfindən yaranmış borc məbləği ödənilmədiyindən Maraqlı şəxs istifadəsində olan mobil nömrəsiyə SMS göndərilmiş və borcun ödənilməsi tələb edilmişdir. Həmçinin “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” *-**-*-*/*-*****/**** nömrəli ##.##.2026-cı il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Əlavə olaraq, maraqlı şəxsin borclarının ödənilməsinin təmin edilməsi məqsədi ilə mövcud bank hesablarına Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş qaydada sərəncamlar göndərilmişdir. Vergi ödəyicisinə ##.##.2026-cı il tarixdə aktivləri barədə məlumatın verilməsi haqqında məktub göndərilərək məktuba əlavə olunmuş formaya uyğun olaraq məlumatın 10 gün müddətində vergi orqanına təqdim olunması xahiş olunmuş, lakin vergi ödəyicisi tərəfindən aktivləri barədə məlumatlar vergi orqanına təqdim olunmamışdır. Yuxarıda görülən tədbirlərin heç biri nəticə verməmiş, vergi ödəyicisi tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən də vergi orqanı borcun alınması istiqamətində sonuncu tədbir olaraq maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, vergi orqanları konstitusion hüquqların qorunmasının əhəmiyyətini nəzərə alaraq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəmələrə müraciət etməmişdən öncə, öz təşəbbüsü ilə qanunvericilikdə nəzərdə tutulmayan bir çox tədbirləri həyata keçirmişdir. Qeyd etmək lazımdır ki, vergi qanunvericiliyi vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanına verilmiş hüquqların ardıcıllığını və ya bir-birindən asılılığını müəyyən etməmişdir. Bu üsulların paralel, yaxud biri digərindən müstəqil şəkildə həyata keçirilməsi imkanı qanunvericiliklə məhdudlaşdırılmamışdır. Yəni vergi ödəyicisinin vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilməmişdən əvvəl vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlərin görülməsi, siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddianın qaldırılmalı olması kimi məcburedici müddəa Vergi Məcəlləsində qeyd olunmamışdır. Qanunvericiliyin bu mövqeyi təsadüfi xarakter daşımır. Belə ki, fiskal funksiyaların, yəni dövlət büdcəsi və müvafiq fondlar qarşısında proqnoz tapşırıqların icrası zamanı çevikliyin gözlənilməsi dövlətin maliyyə təhlükəsizliyinin təminatı hesab olunur. Mövcud təcrübə və təhlillər göstərir ki, borcların vergi ödəyicisinin əmlakı hesabına ödənilməsi kifayət qədər vaxt və inzibati resurs tələb edən tədbirdir. Belə ki, siyahıya alınması mümkün olan əmlakın müəyyən edilməsindən həmin əmlakın özgəninkiləşdirilməsinə qədər olan çoxsaylı mərhələlərin keçilməsi həddindən artıq vaxt, eləcə də əlavə subyektlərin iştirakını (hərracın təşkilatçısı kimi çıxış edən müvafiq orqan və ticarət şəbəkələri) tələb edir və bir sıra hallarda yekunda əmlak satılmamış qaldığı üçün mülkiyyətçiyə qaytarılır. Göründüyü kimi bu tədbirin vergi öhdəliklərinin məcburi icrası vasitəsi olaraq önə çəkilməsi inzibati imkanların qənaəti prinsipi ilə qəti şəkildə uzlaşmır. Bundan fərqli olaraq, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması olduqca çevik, nəticəyönümlü, qənaətli, təsirli, yəni daha optimal bir vasitədir. Həmin tədbirin tətbiqi prosesinə sərf olunan vaxt və əldə edilən nəticə arasındakı nisbət digər üsulların analoji göstəricisi ilə müqayisə olunmaz dərəcədədir. Digər tərəfdən təhlillər göstərir ki, bir çox hallarda vergi ödəyicisinin adına müvafiq reyestrdə qeydiyyata alınmış müəyyən əmlaklara, xüsusiilə də daşınmaz əmlaklara münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il5 iyun tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”na əsasən ümumiyyətlə tələbin yönəldilməsi mümkün olmur, yaxud vergi ödəyicisi mülkiyyətində olan nəqliyyat vasitəsini siyahıya alınması və sonrakı zəruri tədbirlərin görülməsi üçün təqdim etmir. Qeyd olunan məsələlərə kompleks yanaşaraq nəzərə almaq lazımdır ki, borclu vergi ödəyicilərinin say çoxluğu, borcun yaranma dinamikası hər bir vergi ödəyicisi üzrə ayrıca tədqiqat aparmağa, ölkədən getmək hüququnun məhdudlaşdırılması tədbirinin tətbiqi üçün məxsusi əsasların müəyyən edilməsinə və həmin halların müvafiq ərizələrdə əks etdirilməsinə imkan vermir. Məhkəmə tərəfindən irəli sürülən yanaşma isə vergi inzibatçılığının həddindən artıq yüklənməsinə gətirib çıxara bilər. Beləliklə, məhkəmə ətraflı araşdırma aparmayaraq, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı olmaması qənaətinə gələrək şəxsi hesab vərəqəsini düzgün təhlil etməməklə yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə almamış, tətbiq edilməli olduğu halda tətbiq etməmiş, nəticədə əsassız olaraq ərizəçinin tələbi təmin edilməmişdir. Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. ( MPM 355-5.1) Məhkəmə tərəfindən qərar qəbul edilərkən MPM-nin tələbləri pozulmuş, işdə olan sübutlardüzgün, hərtərəfli araşdırılmamış, tərəfimizdən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə ərizəni rədd edərək vergi orqanını Vergi Məcəlləsi və Mülki Prosessual Məcəllə ilə ona verilmiş təsirvasitələrindən ən effektivi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hüququndan məhrum etmiş və həmin hüququn realizəsini mümkünsüz etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

1. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

2. Maraqlı şəxs məhkəmə verdiyi izahatda bildirdi ki, ölkədən kənara getmək niyyətndə deyil, bu səbəbdən ölkədən getmək hüququnun məhdudlaşdırılmasına etirazı yoxdur, borcu ödəmək imkanı yoxdur, borc aldığı pensiyaya yönəldilə bilər.

3. Ərizəçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq ərizəçinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

4. Azərbaycan Respublikası Konstitusiyasının: 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət- ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

5. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: -16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. -23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. -24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

6. AR MPM-in: -355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

7. İnsan hüqüqları üzrə Avropa Məhkəməsinin Battista İtaliyaya qarşı iş üzrə # ###### 2014-cü il tarixli, Stamose Bolqarıstana qarşı iş üzrə ## ###### 2012-ci il tarixli, və Bartik Rusiyaya qarşı iş üzrə ## ###### 2006-cı il tarixli qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair * saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir.

Apellyasiya baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi dövlət büdcəsinə olan ümumilikdə 31.843,23 manat, Dövlət Sosial Müdafiə Fonduna 1,77 manat, İcbari Tibbi Sığorta Fonduna )0,45 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən ##.##.2026-cı il tarixdə tarixdə ərizəçi tərəfindən iş materiallarına əlavə edilmiş Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, vergi borcunda ##.##.2026 və ##.##.2026-cı il tarixlərində 2025-ci və 2026-cı illərin ƏDV borcu üzrə azalmalar qeydə alınmış, nəticədə vergi ödəyicisinin vergi borcu 0, vergi üzrə artıq ödəməsi isə 93.585,04 manat təşkil etmiş, eyni zamanda vergi ödəyicisinin Dövlət Sosial Müdafiə Fonduna penya üzrə 0,17 manat borcu mövcuddur.

11. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan borc məbləği cüzi olduğundan onun ödənilməsini təmin etmək məqsədilə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipinin tələblərinə cavab vermir.

12. Məhkəmə kollegiyası həmçinin vergi borcunun maraqlı şəxsin təqdim etdiyi bəyannaməyə əsasən azadılma nəticəsində silinməsi, həmin azaldılmanın vergi orqanı tərəfindən təsdiqlənməməsi, vergi orqanının bəyannamə verildiyi gündən 60 iş günü ərzində kameral yoxlama keçirmək hüququnun olması barədə ərizəçinin apellyasiya şikayətində istinad etdiyi dəlillərinə münasibətdə qeyd etməyi zəruri sayır ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinin məzmunundan da göründüyü kimi qanunda yalnız mövcud vergi öhdəliyinin ödənilməsini təmin etmək məqsədilə vergi orqanının vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək imkanı nəzərdə tutulmuşdur.

13. Gələcəkdə keçiriləcək kameral yoxlamanın nəticəsində vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə vergilərin düzgün hesablanmamasının aşkarlanması və bəyannamənin təsdiqlənməməsi ehtimallarına əsaslanaraq maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması isə qanuna uyğun olmamaqla fundamental insan azadlıqlarından biri olan hərəkət azadlığının qanuni əsas olmadan məhdudlaşdırılmasına səbəb olur.

14. BMT-nin İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi 1999-cu il # ###### tarixli ** saylı X1 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar.

15. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır.

16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Hökumət ərizəçinin 7.385 manat pulun bank hesablarında olmasına dair məlumatına etiraz etməmişdir.

17. Odur ki, kollegiya hesab edir ki, qətnamənin qəbul edildiyi tarixə maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsi ərizəni rədd etməkdə haqlı olmuşdur.

18. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405- 10 ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar