Məhkəmə qərarları › İş №e-2-2(3-6)-929/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-929/2026

11.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-929/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3 MMC, cavabdeh1 və cavabdeh2 qarşı “kredit üzrə borcun tutulması, borc tələbinin ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən iddiaçı " xxxx "ASC və cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq, M ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh3 MMC,cavabdeh1 və cavabdeh2 ##.##.2023-cü il tarixli RB/KF-** saylı Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair * saylı Razılaşmaya əsasən əsas borca görə 83843,41 manat, faiz borcuna görə 4931,05 manat manat, cərimə borcuna görə 4505,06 manat olmaqla, cəmi 93279,52 manat borcun və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin * saylı Bakı Ərazi Idarəsinə bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və iddia ərizəsinin qaldırılması üçün ödənilmiş 370 manat məbləğində dövlət rüsumunun tutulması; 2. Tələbin cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Xətai rayonu, 1197-ci məhəllə, Həsən Salmani küçəsi,ev 1A, giriş-1 ünvanında xüsusi mülkiyyətdə olan 185,5 kv.m ümumi sahədən ibarət ** nömrəli mənzilə yönəldilməsi;

3. cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Xətai rayonu, 1197-ci məhəllə, Həsən Salmani küçəsi,ev 1A, giriş-1 ünvanında xüsusi mülkiyyətdə olan 185,5 kv.m ümumi sahədən ibarət ** nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh cavabdeh3 MMC-nin ##.##.2023-cü il tarixli RB/KF-** saylı Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair * saylı Razılaşma üzrə olan cəmi 93279,52 manat məbləğində borcunun həmçinin ödənilmiş cəmi 421 manat rüsumların iddiaçı İddiaçı ASCyə ödənilməsi; 4. Ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan ##.##.2023-cü il tarixli RB/KF-** saylı Baş Kredit müqaviləsi üzrə Kredit verilməsinə dair * saylı Razılaşma üzrə borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehlər cavabdeh3 MMC, cavabdeh1 və cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ##.##.2023-cü il tarixli, RB/KF-** nömrəli Baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair ** saylı razılaşmaya əsasən 79.332,69 (yetmiş doqquz min üç yüz otuz iki manat 69 qəpik) manat əsas borc, 3.387,07 (üç min üç yüz səksən yeddi manat 07 qəpik) manat faiz borcu, 3.966 (üç min doqquz yüz altmış altı) manat cərimə borcu olmaqla, cəmi 86.685,76(səksən altı min altı yüz səksən beş manat 76 qəpik) manat pul vəsaiti, həmçinin ipoteka bildirişinin qeydiyyata alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 36 (otuz altı) manat xidmət haqqının, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 343 (üç yüz qırx üç) manat dövlət rüsumunun əvəzi cavabdehlər cavabdeh3 MMC, cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, ##.##.2023-cü il tarixli, RB/KF-** nömrəli Baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair ** saylı razılaşmaya əsasən 86.685,76 manat borcun tutulması barədə tələb ipoteka predmeti olan cavabdeh1 məxsus ünvan 1 ünvanında 185,5 kv.m ümumi sahədən ibarət ** nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 420.000 (dörd yüz iyirmi min) manat müəyyən edilməklə açıq hərracdan satılsın. Ipoteka predmetinin satışından əldə olunan vəsait ##.##.2023-cü il tarixli, RB/KF-** nömrəli Baş kredit müqaviləsinə kredit verilməsinə dair ** saylı razılaşma üzrə ümumilikdə 86.685,76 manat məbləğində borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalıq hissəsi cavabdeh cavabdeh1 qaytarılsın, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehlər cavabdeh3 MMC, cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ##.##.2026-cı il tarixli məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində vəsaitin cavabdehlər cavabdeh3 MMC, cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE00000000000002088501) hesabına ödənilməsi qət edilmişdir. Iddiaçı “ xxxx” ASC qeyd edilən qətnamədən şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsinin ləğv edilməsini, işin hallarının yenidən araşdırılmasını,məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh1 qeyd edilən qətnamədən şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsinin ləğv edilməsini,iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh1 şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın qiymətinin 93279,52 manat təşkil etdiyini nəzərə alaraq, Elektron Məhkəmə Sistemi Dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən hesabladıqda müəyyən olunur ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 184,92 manat təşkil edir. Lakin işdən görünür ki, cavabdeh cavabdeh1 şikayət verərkən cəmi 172 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq,

qərаrа аldı:

Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar