Məhkəmə qərarları › İş №e-2-2(3-6)-933/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-933/2026

17.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-933/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, Abdullayev Elşən Uğur oğlu və Mahmudova Təranə Nəriman qızından ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “İm-Ex Trading” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qiyabəti qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin Halları

1. İddiaçı ilə cavabdeh arasında ##.##.2024-cü il tarixli **/** nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır.

2. İddiaçı tərəfindən göndərilmiş EBDX 812218 seriya və nömrəli elektron qaiməyə əsasən 9070,88 manat dəyərində mal cavabdehə göndərilmişdir.

3. Ödəniş tapşırıqlarına əsasən cavabdeh tərəfindən həmin elektron qaiməyə istinadla ##.##.2025-ci il tarixdə 3070,88 manat, ##.##.2025-ci il tarixdə 2000 manat olmaqla cəmi 5070,88 manat ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra İddiaçı MMC) cavabdeh “İm-Ex Trading” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra “İm-Ex Trading” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2024- cü il tarixli alqısatqı müqaviləsi üzrə 4000 manat əsas borc, 1500 manat cərimə məbləği və ödənilmiş məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2024-cü il tarixli **/** saylı malların alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə mallar təhvil vermiş, bu əməliyyat üzrə ##.##.2024- cü il tarixli EBDX seriyalı ****** saylı elektron qaimə-faktura, ##.##.2024-cü il tarixli EBDY seriyalı ****** saylı elektron qaimə-faktura tərtib edilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Qaimələr üzrə təqdim edilmiş malların ümumi dəyəri 9 070,88 manat olmuşdur. Cavabdeh tərəfindən qismən ödəniş həyata keçirilsə də, 4 000 manat məbləğində borc bu günədək ödənilməmiş qalır. Müqavilənin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439, 440, 441 və 449-cu maddələrinə əsasən alıcı malların dəyərini müəyyən edilmiş müddətdə ödəməyə borcludur. Cavabdeh bu öhdəliyi pozmuşdur və gecikmə baş vermişdir. Gecikməyə görə Mülki Məcəllənin 449 və 466-cı maddələrinə uyğun olaraq borca görə 1 500 manat məbləğində dəbbə pulu (cərimə) hesablanmışdır. İddiaçı tərəfindən ##.##.2024- cü il tarixdə cavabdehə rəsmi pretenziya göndərilmiş, lakin borc könüllü qaydada ödənilməmişdir.

6. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 439, 440, 441, 449-cu və s. maddələri göstərilmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi ilə iddiann qismən təmin edilsi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “İm-Ex Trading” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 4000 manat əsas borc cavabdeh “İm-Ex Trading” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı kommersiya məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilərək iddia tələbinin tam təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılaraq qeyd edilmişdir ki, tərəflər malların təhvil verilməsinin hansı sübutlarla təsdiq olunacağını əvvəlcədən müqavilə ilə razılaşdırmışlar. Deməli, iddiaçının malların təhvil verildiyini sübut etməsi üçün müqavilədə nəzərdə tutulmuş qaydada tərtib edilmiş, Alıcının səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq olunmuş mal qaiməsini və X1 məhkəməyə təqdim etməsi zəruri idi. Lakin iş materiallarında belə sənədlər mövcud deyildir. Məhkəmə də həmin sənədlərin olub-olmamasını araşdırmamış, onların təqdim edilməməsinin hüquqi nəticələrinə ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə müqavilənin 4.2-ci bəndini də nəzərə almamışdır. Həmin bəndə əsasən tərəflər arasında ən azı ayda bir dəfə üzləşmə aktı tərtib olunmalı, Satıcının səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmədiyi halda isə Alıcı müqavilə üzrə ödənişləri dayandırmaq hüququna malikdir. Eyni zamanda, 4.3-cü bəndə əsasən ödəniş yalnız Satıcının təqdim etdiyi ödəniş sənədləri, elektron qaimə və malın təhvil-təslimini təsdiq edən müvafiq qaimə-faktura əsasında, malların Alıcı tərəfindən qəbul edildiyi tarixdən hesablanmalıdır. Deməli, tərəflərin razılığına əsasən elektron qaimə-faktura öz-özlüyündə ödəniş öhdəliyi yaratmır. Bunun üçün mütləq malların təhvil-təslimini təsdiq edən sənədlərin mövcudluğu tələb olunur. Birinci instansiya məhkəməsi isə yalnız elektron qaiməyə və qismən ödəniş edilməsinə istinad etməklə müqavilənin açıq şərtlərini tətbiq etməmişdir. Hazırkıiş üzrə isə iddiaçı tərəfindən malların cavabdeh “İM-EX Trading” MMC-yə və ya onun səlahiyyətli nümayəndəsinə faktiki təhvil verilməsini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. İş materiallarında cavabdehin məsul şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş mal qaiməsi, malların daşınma qaiməsi və ya malların təhvil alınmasını təsdiq edən hər hansı digər sənəd mövcud deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 390.1. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

15. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

16. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

17. Maddə 427.3.əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

18. Maddə 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Maddə 568.1.Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

21. Maddə 579.1.Əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

22. Maddə 600.1 Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

23. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Maddə 627.1.Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.

25. Maddə 630.1.Mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir.

26. Maddə 631.1. Mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır.

27. Maddə 634.1.Alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur.

28. Maddə 634.2.Malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir.

29. Maddə 637.1.Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir.

30. Maddə 637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

39. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin əsaslılığını iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2024-cü il tarixli **/** nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq cavabdehə satdığı malları verməyi, cavabdeh isə həmin malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ödəniş şərtlərinə əsasən, ödəniş satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə, elektron qaimə (hesab-faktura) və malın təhvil-təslimini təsdiq edən müvafiq qaimə-fakturaya əsasən malın alıcı tərəfindən qəbul edildiyi tarixdən 60 gün müddətində alıcı tərəfindən nağdsız hesablaşmalar qaydasında aparılır. İddiaçı tərəfindən EBDX 812218 seriya və nömrəli elektron qaimə 9070,88 manat dəyərində malın verilməsi ilə bağlı tərtib edilərək cavabdehə göndərilmiş, cavabdeh tərəfindən həmin elektron qaiməyə istinadla ##.##.2025-ci il tarixdə 3070,88 manat, ##.##.2025-ci il tarixdə 2000 manat olmaqla cəmi 5070,88 manat ödəniş edilmişdir.

42. İddiaçı ##.##.2024-cü il tarixli **/** nömrəli alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyəri olan 4000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.

43. Cavabdeh apellyasiya şikayətinin dəlilərində malın təhvil-təslimini təsdiq edən müvafiq qaimə-fakturaların olmadığını, e-qaimələrin ödəniş öhdəliyi yaratmadığını bildirir.

44. Məəhkəmə kollegiyasi qeyd edir ki, iş materillarından görünür ki, iddiaçı tərəfindən 9070,88 manat dəyərində malın dəyərinin ödənilməsi üçün cavabdehə e-qaimə gönədirlmiş, cavabdeh isə həmin elektron qaiməyə istinadla ##.##.2025-ci il tarixdə 3070,88 manat, ##.##.2025ci il tarixdə 2000 manat olmaqla cəmi 5070,88 manat ödəniş etmişdir.

45. İş materiallarında olan sübutların məcmu qiymətləndirilməsindən müəyyən olunur ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam və lazımi qaydada icra edilmiş, müqavilənin predmeti olan mal cavabdehə faktiki olaraq təhvil verilmiş, malın dəyəri isə elektron qaimə-faktura ilə rəsmiləşdirilərək ödənilməsi üçün cavabdehə təqdim edilmişdir.

46. Göründüyü kimi tərəflər arasında işgüzar münasibətlər e-qaimələrin göndərilməsi və müvafiq ödənişlərin edilməsi şəklində formalaşmışdır.

47. Belə ki, işin hallarından, cavabdehin göstərildiyini mübahisələndirmədiyi xidmətlər üçün də təhvil-təslim aktı tərtib olunmadığı, tərəflər arasında işgüzar münasibətlərin məhz elektron qaimələrin göndərilməsi kontekstində formalaşdığı aydın olur.

48. Tərəflər arasında işgüzar adətlər (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərh edilməsi zamanı istifadə edilməsi təsbit olunmuşdur.

49. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır

50. Konstitusiya Məhkəməsinin Plenumu da qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli Qərar).

51. Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görə, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına1 tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına1, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına2, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıb-daşımamasına3,

52. Kollegiya həmçinin vurğulamaq istəyir ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi borcu qəbul etsələrdə, hazırda şirkətdə pul olmadığınında ödəmək imkanları olmadığını bildirmirmişdir.

53. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlosakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.

54. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

55. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

56. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh “İm-Ex Trading” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

1

2(102)-135/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 2 Ali Məhkəmə, İş № 2-2(102)-451/2023

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 3 Ali Məhkəmə, İş № 2-2(102)-73/2024

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar