Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-934/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı QSC ilə cavabdeh2 arasında, (cavabdeh3 və cavabdeh1 zamin qismində iştirak etməklə) ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmış, müqavilənin predmetini uzunmüddətli kredit xəttinin açılması təşkil etmişdir. Həmin müqavilənin: 2.2-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədi ilə verilən uzunmüddətli kredit xəttinin məbləği 800 000 manat, kreditin maksimum müddəti 120 ay, kreditin son müddəti ##.##.2033-cü il, kreditin illik faiz dərəcəsinin yuxarı həddi 28%, aylıq ödənişin yuxarı həddi 50000 manat müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən zamin, kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Zamin kredit alanın müqavilə üzrə öhdəliklərini icra etməməsi və ya lazımı qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və kredit faizinin banka qaytarılması üçün bankın çəkdiyi məhkəmə və digər xərcləri ödəməlidir (müqavilənin 11.1 və 11.6-cı bəndləri)
2. İddiaçı QSC ilə cavabdeh2 arasında bağlanılmış ##.##.2023-cü il tarixli, ***R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, iddiaçı tərəfindən ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi çərçivəsində cavabdehə 36 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə (aylıq 1.9167 % dərəcəsi ilə), 27000 manat məbləğində kredit verilmişdir.
3. İş materiallarına əlavə edilmiş eyni tarixli ödəniş planından görünür ki, kredit borcuna görə ##.##.2023– ##.##.2026-ci il dövrü üzrə aylıq ödənişin məbləği 1050 manat (sonuncu ay üzrə 1066,48 manat olmaqla) məbləğində müəyyən edilmişdir.
4. ##.##.2026-cı il tarixli maliyyə arayışından da görünür ki, borc alanın ##.##.2023- cü il tarixli, ***R********** saylı kredit razılaşması üzrə həmin tarixə 14808,82 manat əsas, 2152,69 manat faiz, 819,53 manat cərimə olmaqla, cəmi borcu 17781,04 manat təşkil edir.
5. İddiaçı QSC tərəfindən 27000 manat məbləğində kredit ##.##.2023-cü il tarixdə kredit alanın bank hesabına köçürülmüşdür. Birinci instansiya məhkəməsindəki icraat:
6. İddiaçı ***R********** saylı krеdit razılaşması üzrə 15808.82 manat məbləğində krеdit bоrcu, 1244.03 manat məbləğində faiz bоrcu və 363.87 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 17416,72 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 142.25 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onun хеyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə cavabdeh2 və cavabdeh3, cavabdeh1arasında bağlanmış ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən cavabdeh2 120 ay müddətinə 800000 manat məbləğində krеdit хəttiaçılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında cavabdeh2 «xxxx» QSC ilə bağladığı ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşmasıəsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 27000 (iyirmi yeddimin) manat məbləğində krеdit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ##.##.2025- ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. cavabdeh2 götürdüyü krеdit bоrcundan 11191.18 manat ödəmiş, onun 15808.82 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 143 gün üçün hesablanmış faiz borcu 1244.03 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 143 gün üçün hеsablanmış cərimə 363.87 manat təşkil edir.
8. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1, 445.2.1, 465.2, 467, 472.1, 472.2, 501-ci maddələri göstərilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ***R********** saylı krеdit razılaşması üzrə 14808,82 manat əsas, 1244,03 manat faiz və 740 manat cərimə olmaqla, cəmi 16792,85 manat məbləğində pulun və ödənilmiş 142,25 manat dövlət rüsumunun cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 tutularaq iddiaçı İddiaçı QSCnin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borc müqaviləsinə verilən anlayışdan görünüb ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, iddiaçı ilə borc alan arasında ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi və həmin müqavilə çərçivəsində bağlanmış ##.##.2023-cü il tarixli, ***R********** saylı kredit sazişindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı borc alana kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 27000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin borc alan kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borc, faiz borcu və dəbbə pulunun ödənilməsini cavabdehlərdən tələb edir. Məhkəmə qeyd edib ki, borc alan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqla bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünüb ki, borc alan kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin məhkəmə borcun məbləğinə münasibətdə cavabdeh tərəfindən aparılmış ödənişləri və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sonuncu maliyyə arayışını nəzərə alaraq hesab edib ki, ##.##.2023-cü il tarixli, ***R********** saylı kredit razılaşması üzrə yaranmış 14808,82 manat əsas borc, 1244,03 manat faiz borcu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Tələbin 363,87 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibədə məhkəmə qeyd edib ki, borc alanın kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun tutulmasını tələb etməkdə də haqlıdır. Məhkəmə qeyd edib ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi). Bununla yanaşı, iş materiallarından görünüb ki, borc alanın sözü gedən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi çərçivəsində iddiaçı ilə cavabdeh3 və cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, zaminlər kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Məhkəmə zaminlərin ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi və onun əsasında bağlanılmış ##.##.2023-cü il tarixli, ***R********** saylı kredit sazişi üzrə borc alanın bütün öhdəliklərinə zamin olduqlarını və həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edib ki, iddiaçı kredit müqaviləsi üzrə borcun müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır. Məhkəmə hesab edib ki, iddia tam təmin olunduğundan ödənilmiş 142,25 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 443.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 743.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə qətnamənin “Qət etdi” hissəsində yol verilmiş yanlışlıq aradan qaldırılmaqla cavabdehlərdən tutulacar cərimə borcunun məbləği hissəsində “740 manat” ifadəsinin “363,87 manat” ifadəsi ilə əvəz edilməsi qərara alınmışdır.
13. Cavabdeh cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, məhkəmə qətnamə qəbul edərkən ipoteka predmetinin yüklülükdən azad edilməsi hissəsində həqiqi hallara əsaslanmamışdır. Əlavə olaraq da bildirir ki, cavabdeh, banka ##.##.2026-cı il tarixdə 1.000 manat və ##.##.2026-cı il tarixdə 900 manat və ümumilikdə 1.900 manat ödəniş etmişdir. Həmin qəbzləri apellyasiya şikayətinə əlavə edib. Bildirmək istəyir ki, borc kimi qeyd edilən məbləğ düzgün hesablanmayıb. Hesab edir ki, borcun hesablanması düzgün aparılmamışdır. Qətnamədə 14808,82 manat əsas borc qeyd edilmişdir. Bu günə kimi ödədiyi 1.900 manat ödənişləri nəzərə alsa yəni 14808-1.900=12.908 manat borcu olmalıdır. Lakin cavabdehin mobil telefonunda olan bankın mobil tətbiqində ##.##.2026-cı il tarixinə 13665.08 manat borc qeyd edilmişdir. Lakin 757 manat fərq var. Yəni cavabdehin mobil telefonunda olan bank tətbiqində 13665.08 manat qeyd edilmişdir. Hesab edir ki, mühasibatlıq ekspertizası təyin edilsə idi cavabdehin borcu və faizlər düzgün hesablanaraq cavabdehin hüquqları pozulmazdı. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: 15.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
16. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
17. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
18. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam şəkildə ləğv edilməsi xahiş edilsə, şikayətin dəlillərində qətnamənin 1900 manat məbləğində əsas borcun tutulması hissəsi və dolayısı ilə əsas borca hesablanmış faiz borcunun və dəbbə pulunun məbləğləri hissəsi mübahisələndirilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı həmin hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı QSC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdeh cavabdeh2 120 ay müddətinə 800.000 manat kredit xətti açılmışdır, eyni zamanda digər cavabdehlər cavabdeh3, cavabdeh1 kredit alanın həmin müqavilə üzrə öhdəliklərinə zamin durmuşlar. Həmin müqavilə çərçivəsində bağlanmış ##.##.2023-cü il tarixli, ***R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən isə iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 23% faiz dərəcəsi ilə 27.000 manat kredit verilmişdir. Lakin cavabdeh cavabdeh2 razılaşma üzrə kredit məbləğləri üzrə borclarını ödəniş qrafikə uyğun şəkildə ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə həmin razılaşma üzrə cavabdehin iddiaçıya əsas və faiz borcları yaranmışdır.
24. Kollegiya ilk növbədə qeyd edir ki, əsas və faiz borclarının tutulması hissəsində iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739 və 741-ci maddələri təşkil edir.
25. Həmin tələblərlə bağlı kollegiya qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini pozaraq əsas və faiz borclarını ödəniş cədvəlinə uyğun olaraq qaytarmadığından bank Mülki Məcəllənin 743-cü maddəsinə əsasən, borcun dərhal geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.
26. Əsas borcun məbləğinə gəldikdə kollegiya qeyd edir ki, cavabdeh ##.##.2026-cı il tarixdə 1.000 manat və ##.##.2026-cı il tarixdə 900 manat məbləğində ödənişlər etməsinə istinad edərək apellyasiya şikayətində həmin borcun məbləğini 1900 manat hissəsində mübahisələndirmişdir.
27. Bununla bağlı kollegiya qeyd edir ki, apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə qanuni və əsaslı olmasının yoxlanılması təşkil etdiyindən apellyasiya instansiyası məhkəməsi məhz birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edildiyi tarixə olan borcu müəyyən etməklə tutulması qət edilmiş məbləğin əsaslılığına qiymət verməlidir. Odur ki, qətnamə qəbul edildikdən sonra edilmiş ödəniş qətnamənin icrası mərhələsində nəzərə alınmalıdır.
28. Məhkəmənin qət etdiyi əsas borc məbləğindən ödənişlər çıxıldıqda 12.908 manat borcunun qalmalı olduğu halda bankın mobil tətbiqində ##.##.2026-cı il tarixinə 13665,08 manat borcun olduğunun qeyd edilməsi barədə dəlillərə gəldikdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş borc məbləğinin bankın mobil tətbiqində əks olunmuş borc məbləğdən az olması cavabdehin xeyrinə olan hal olmaqla birinci instansiya məhkəməsi tərəfindən sonuncunun hüquqlarının pozulmasına dəlalət etmir.
29. Bununla yanaşı o da qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində dolayısı ilə iddia ərizəsində ödənilməsi tələb edilən faiz borcunun əsaslılığını mübahisələndirmiş, lakin həmin borc məbləğlərini şübhə altına alınmasına əsas verən hər hansı konkret faktiki hala istinad etməmiş, bununla bağlı sübutlar təqdim etməmişdir. Odur ki, həmin dəlillər formal mülahizələrə söykənməklə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.
30. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tutulacaq dəbbə pulunun məbləğini müəyyən edərkən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas götürərək tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə almışdır. Odur ki, məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən 363.87 manat məbləğində dəbbə pulunun tutulması hissəsində qətnamə qanuni və əsaslıdır.
31. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdeh cavabdeh2 özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilıə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov