Məhkəmə qərarları › İş №e-2-2(3-6)-941/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-941/2026

17.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№e-2-2(3-6)-941/2026 17.09.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI hakimlər Şirinov Ziya Allahverdi oğlundan (sədrlik edən və məruzəçi), Abdullayev ElşənUğuroğluvəMahmudovaTəranəNərimanqızındanibarəttərkibdə, İsmayılovaElnarəMəyişqızınınkatibliyiilə, CavabdehinnümayəndəsiX2iştirakıilə, İddiaçı İddiaçı cavabdeh “xxxx“ ASC-yə qarşı “ pulun tutulması ” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli ,e*-*(*-**)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı ApellyasiyaMəhkəməsininbinasında,açıqməhkəməiclasındabaxaraq,müəyyənetdi İşin Halları

1. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0.07222 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1387.7 m2 olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindəqeydiyyataalınmışdır.

2. Daşınmaz Əmlakın İcbari Sığortası Şahadətnaməsindən görünür ki, İddiaçı məxsus əmlak iddiaçı tərəfindən ##.##.****-cü il tarixdən ##.##.2025-ci il tarixə qədər 150 manat azadolma məbləğimüəyyənedilməklə,155594manatməbləğindəsığortaedilmişdir.

3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş ##.##.****-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ## #### ****-cü il tarixdə, saat 03 radələrində ünvan 2 ünvanında yerləşən X1 məxsus “Ballı” marketdə yanğın hadisəsi baş vermiş, nəticədə elektrik şitlərinin quraşdırıldığı otaq və ofis otağının döşəməsi yanaraq yararsız vəziyyətə düşmüş və əmlaka maddi ziyan dəymişdir. Baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasırəddedilmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş ##.##.****-cü il tarixli sığorta ödənişinin verilməsinə dair bildirişdən görünür ki, ünvan 5 ünvanında yerləşən daşınmaz əmlaka ##.##.****cü il tarixində yanğın hadisəsi nəticəsində dəymiş zərərin müəyyən olunması ilə əlaqədar sözügedən əraziyə sığortaçının səlahiyyətli nümayəndəsi tərəfindən baxış keçirilmiş və əmlaka dəymiş zərər 2250 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.****-cü il tarixli, **/**** nömrəli məhkəmə tikintitexniki ekspertizasının rəyinə əsasən daşınmaz əmlaka tikinti üzrə dəymiş zərər 3138 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə şərtləri əsas götürülərək azadolma məbləği hesablanmış zərər məbləğindən çıxılaraq 2988 manat məbləğində sığorta ödənişi hesablanmışdır. Bildiriş ##.##.****-cü il tarixdə iddiaçıya poçt vasitəsilə çatdırılmış, sonuncu tərəfindən qəbzə imza edilməkləalınmışdır.

5. . Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.****-cü il tarixli, **/**** saylı məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının rəyi ilə müəyyən olunur ki, ünvan 3 ünvanda yerləşən "Ballı Market" adlanan mağazanın konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə baş vermiş yanğının mənbəyi - mağaza ilə üzbəüz dayandıqda sağ tərəfdə yerləşən elektrik təsərrüfatı otağının giriş qapısından daxil olduqda sol divarın qarşısında olmuşdur. Mağazaya kənar müdaxilə hallarının qeydə alınmadığını, yanğının mənbə zonası kimi müəyyən edilmiş hissədə öz-özünə alışa bilən maddə, material və məmulatların saxlanılmadığını, həmin hissədə istilik ixrac edə bilən qurğu və avadanlıqlardan yalnız elektrik qurğularının yerləşdiyini nəzərə alaraq, yanğın - mənbə zonasında yerləşən elektrik qurğularında yaranmış qəza halının təsirindən yaxınlıqda yerləşən yanar materialların alışmasından baş verə bilərdi. Hazırki iş üzrə ekspert tərəfindən yanğının səbəbi ilə bağlı verilmiş ehtimallı nəticə, təhqiqat orqanı tərəfindən digər sübutlarla təsdiq edildiyi təqdirdə, baş vermiş hadisə ile əlaqədar “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.15, 2.1.2.3 bəndlərinin və “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ №**-2001) 6.1 bəndinin tələbləri pozulmuşdur. ünvan 3 ünvanda yerləşən "Ballı Market" adlanan mağazanın elektrik qurğularının müvafiq norma və qaydaların tələblərinə uyğun olaraq quraşdırılıb istismar edilməsi təmin edilmədiyinə görə, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.15, 2.1.2.3 bəndlərinin və “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ №**-2001) 6.1 bəndinin tələbləri mağazanınrəhbəritərəfindənpozulmuşdur.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Tikinti-Texniki Ekspertizasının **** nömrəli, ##.##.****-cü il tarixli rəyinə əsasən yanğın nəticəsində ünvan 2 ünvanda yerləşən qeyriyaşayışbinasınatikintiüzrədəymişziyan3138manattəşkiledir.

7. İddiaçı tərəfindən cavabdehə hazırkı iş üzrə sığorta ödənişinin verilməsi ilə bağlı ##.##.2025-ci il tarixdə AVİS vasitəsilə pretenziya göndərilmişdir. 16. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş dəymiş zərərin hesabatına əsasən sığortalanmış əmlaka tikinti üzrə dəymişzərər2250manattəşkiledir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21246 manat məbləğində sığorta ödənişi, məhkəmə qətnaməsi çıxarılana qədər 21246 manat sığorta ödənişi məbləğinin ödənilməsinin gecikdirildiyi hər bir gün üçün həmin məbləğin 0,1 faizi həcmində, yəni 2124,6 manat dəbbə pulu, 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardım xərci və 153,74 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 23844,23 manat məbləğində pulun cavabdehdəntutularaqiddiaçıyaödənilməsibarədəqətnaməqəbuledilməsinixahişetmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ## #### ****-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəs, Elmar Qasımov küç 15 E ünvanında yerləşən mənə məxsus “Ballı” marketdə yanğın baş vermiş, nəticədə elektrik şitlərinin quraşdırıldığı otaq və ofis otağının döşəməsi yanaraq yararsız vəziyyətə düşmüş əmlaka ziyan dəymişdir. Həmin ziyan 21246 manat məbləğindədir. Mən həmin marketi ## ###### ****-cü il tarixdə sığortalanmışdım. Bu halı təsdiq edən sənədi iddia ərizəsinə əlavə edirəm. Hadisədən sonra mən yanğınla bağlı dəymiş ziyanın ödənilməsi üçün sığorta şirkətinə müraciət etsəm də, imtina məktubu aldım. İmtina məktubunda mənim ehtiyatsızlıq hərəkətlərimin və yanğın təhlükəsizliyi qaydalarına əməl etmədiyim göstərilmişdir. Lakin mən bu imtinanı əsassız hesab edirəm, çünki mən öz əmlakıma ziyan vurmaq niyyətində ola bilmərəm. Əgər həqiqiətən belə olmuş olsaydı, istintaq orqanı tərəfindən cinayət işi başladılardı. Yanğınla bağlı zərərlərin aradan qaldığırması üçün çəkilən xərclərə dair ödəniş tapşırıqlarının surətləri də ərizəyə əlavə edilir. Sığorta risklərinin siyahısında elektrik naqillərində qısa qapanma halı da nəzərdə tutulmuşdur. Lakin hazırda sığorta şirkəti bu məsuliyyətdənyayınır.

10. Cavabdeh ##.##.2026-cı il tarixdə iddia tələbinə dair yazılı etiraz ərizəsi təqdim edərək, iddia tələbinin 2988 (iki min doqquz yüz səksən səkkiz) manat məbləğində sığorta ödənişi hissəsindətəminedilməsini,qalanhissədəisəiddianınrəddolunmasınıxahişetmişdir.

11. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (“Ballı” market) Cavabdeh ASC tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ##.##.****-cü il tarixdən ##.##.2025-ci il tarixədək qüvvədə olan RAZ********** nömrəli şəhadətnamə ilə 450 kv.metr sahə üçün “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığorta təminatı verilmişdir. ##.##.****-cü il tarixdə ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsində (“Ballı market”) baş vermiş yanğın hadisəsi barədə məlumat Cavabdeh ASC-yə daxil olmuşdur. Bununla bağlı, Cavabdeh ASC tərəfindən hadisənin tənzimlənməsi prosesinə başlanılmışdır. Cavabdeh ASC tərəfindən baş vermiş hadisənin təsdiq olunması və təfərrüatları barədə məlumat alınması məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinə ##.##.****-cü il tarixli, **** nömrəli sorğu məktubu göndərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin ##.##.****-cü il tarixli, 3-18-4/2-2560/**** qeydiyyat nömrəli cavab məktubuna əsasən ünvan 3 ünvanında yanğın hadisəsinin baş verməsi barədə ##.##.****-cü il tarixdə saat 02:22 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olmuşdur. İlkin yanğından mühafizə bölməsi ##.##.****-cü il tarixdə saat 02:28 dəqiqədə hadisə yerinə çatmışdır. Yanğından mühafizə bölməsi hadisə yerinə çatan zaman marketə məxsus anbarda yanğın baş verməsi müəyyən olunmuşdur. Yanğın nəticəsində, ümumi sahəsi 800 kv.m. olan “BALLI” marketə bitişik sahəsi 12 kv.m. olan tikilinin yanar konstruksiyaları, içərisində olan elektrik lövhəsi. 1 ədəd vitrin-soyuducu və rəflərə yığılmış ərzaq malları yanmışdır. Yanğın ##.##.****-cü il tarixdə saat 02:36 dəqiqədə söndürülmüşdür. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyatİstintaq İdarəsi tərəfindən toplanılmış **** nömrəli material üzrə ##.##.****-cü il tarixli baxış protokoluna əsasən müəyyən olunmuşdur ki, obyektin yanğının təsirinə məruz qalmış hissələri aşağıdakılardır: 1-ci mərtəbədə 2.8 x 4.3 metr ölçüdə olan otaq, 2-ci mərtəbədə 2.8 x 4 və 2.8 x 2.5 metr ölçüdə olan otaqlar, həmçinin 5 x 10 metr ölçüdə olan fasad divarı. Anbar otağında divarların suvaq qatı, elektrik, su və kanalizasiya xətləri yararsız vəziyyətə düşmüşdür. 2-ci mərtəbədə döşəmənin taxta örtüyünün bir hissəsi yanmış, divarlara vurulmuş divar kağızları, tavanın alçıpan təbəqəsi və fasad divarının boya qatı hisin təsirinə məruz qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq, ##.##.****-cü il tarixli, 3-16- **/*-**/**** nömrəli ekspert rəyi ilə yanğın hadisəsinin törətdiyi fəsadlar müəyyən olunmuşdur. Rəyə əsasən, obyektin zərər görmüş hissələri — 1-ci mərtəbədəki 2.8 x 4.3 metr (h=2.4m) və 2- ci mərtəbədəki 2.8x4 (h=2.5m) və 2.8 x 2.5 metr ölçülü otaqlar, eləcə də 5 x 10 metr ölçülü fasad divarı üzrə tikinti zərərləri qiymətləndirilmişdir. Nəticə etibarilə, sözügedən qeyri-yaşayış sahəsinə dəymiş ümumi maddi ziyanın məbləği 3 138 (üç min yüz otuz səkkiz) manat həcmində təsdiq edilmişdir. Baş vermiş sığorta hadisəsi qanunvericiliyə uyğun olaraq tənzimlənmiş, müvafiq sənədlər əldə edildikdən və qiymətləndirmə işi aparıldıqdan sonra sığortaçı — Cavabdeh ASC tərəfindən sığortalı İddiaçı ##.##.****-cü il tarixli, **** nömrəli sığorta ödənişinin verilməsinə dair bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.****-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyinə əsasən, yanğın hadisəsi nəticəsində qeyri-yaşayış sahəsinin tikinti hissəsinə dəymiş zərər ümumilikdə 3 138 (üç min yüz otuz səkkiz) manat məbləğində müəyyən olunmuşdur. ##.##.****-cü il tarixli, RAZ********** nömrəli sığorta şəhadətnaməsinin şərtlərinə uyğun olaraq, 150 (yüz əlli) manat məbləğində şərtsiz azadolma tətbiq edilmişdir. Hesablanmış zərər məbləğindən şərtsiz azadolma çıxıldıqdan sonra, İddiaçı 2 988 (iki min doqquz yüz səksən səkkiz) manat məbləğində sığorta ödənişinin verilməsinə dair təklif təqdim olunmuşdur. Yuxarıda yazılanlardan gpöründüyü kimi, ##.##.****-cü il tarixində baş vemriş yanğın Bakı şəhəri, Surxanı rayonbu, Hpövqəsə qəsəbəsi, Elmar Qaımov küməsi 15E ünanıdan fəaliyyət höstərən “BALLI” marketə bitişik sahəsi 12 kv.m. olan tikilinin yanar konstruksiyaları, içərisində olan elektrik lövhəsi, 1 ədəd vitrin-soyuducu və rəflərə yığılmış ərzaq malları yanmışdır. Xüsusilə qeyd edilməlidir ki, hadisə yerinə Cavabdeh ASC-nin nümayəndələri ilə yanaşı, AR FHN-nin Əməliyyat-İstintaq İdarəsinin təhqiqatçısı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən də baxış keçirilmişdir. Baxış zamanı obyektin 1-ci mərtəbəsindəki 2.8 x 4.3 metr (h=2.4m) və 2-ci mərtəbəsindəki 2.8 x 4 (h=2.5m) və 2.8 x 2.5 metr ölçülü otaqlara, eləcə də 5 x 10 metr ölçülü fasad divarına zərər dəydiyi təsbit edilmişdir. Sözügedən zərərlər ümumilikdə 3 138 (üç min yüz otuz səkkiz) manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh ASC öz növbəsində dəymiş zərərin qiymətləndirilməsini həyata keçirmiş, o cümədən səlahiyyətli qurumlar tərəfindən təqdim edilmiş qiymətləndirmə sənədlərini toplamışdır. Sığortalıya ən əlverişli variant (yüksək məbləğ) seçilərək, hesablanmış zərər məbləğindən 150 manat şərtsiz azadolma çıxılmış və ##.##.****-cü il tarixli, **** nömrəli məktubla 2 988 (iki min doqquz yüz səksən səkkiz) manat məbləğində sığorta ödənişininverilməsinədairtəklifgöndərilmişdir.

12. . Məhkəmə iclasında cavabdehin nümayəndəsi nümayəndə1 iddia ərizəsinin qismən - 2988 manat hissədə təmin edilməsini, qalan hissədə təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya sığorta ödənişinin verilməsi ilə bağlı yazılı bildiriş göndərilmiş, lakin ödəniş edilməsi üçün rekvizitlər təqdim edilməmiş, daha sonra iddiaçıya hər hansı təkrar müraciət edilməmişdir.Busəbəbdənhazırkıgünəqədərsığortaödənişiedilməmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləribarədəməhkəməyəməlumattəqdimetməmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi,cavabdeh Cavabdeh ASC-dən 2988 manat sığorta ödənişi, 100 manat dəbbə pulu, 50,88 manat dövlət rüsumu, ümumilikdə 3138,88 (üç min bir yüz otuz səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsi,iddiaçı İddiaçı 6 (altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi,iddia ərizəsi verilərkən ödənilmiş 103,12 (bir yüz üç manat on iki qəpik) manatdövlətrüsumuiddiaçıİddiaçıözünəaidedilməsiqətedilmişdir.

15. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini sizdən barədə yeni qətnamə qəbul edilməsinixahişetmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, ekspertiza rəyində dəymiş ziyan düzgün hesablanmamışdır. Apellyasiya şikayətinə əlavə edilmiş müqavilə surətindən də yanğın nəticəsində dəymiş ziyanlarla bağlı çəkilmiş xərclər öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi zamanı araşdırmalar aparılan zaman podratçı şirkət yərəfindən sorğuya cavab verilməmiş, qətnamə qəbul ediləndən sonra iddiaçı ofisdə unudulmuşsənədlərarasındanmüqavilənimüəyyənetmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiyaşikayətinəqarşıetirazdaxilolmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini etiraz edərək, şikayətintəminedilməməsinixahişetdi

19. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumattəqdimetməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başadüşülür.

21. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququvardır.

22. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçıtərəfindənöhdəlikkimigötürülməsişərtlərinintəsbitedildiyirazılaşmadır.

23. Maddə 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.

24. Maddə 904.2. Sığorta məbləğiicbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığortaüzrəsığortamüqaviləsiiləmüəyyənləşdirilir.

25. Maddə 905. Sığortalanan əmlak barəsində sığortaçıya sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsinin sübut edildiyi hallar istisna olmaqla, tərəflər əmlakın sığorta müqaviləsində müəyyənedilmişdəyərinimübahisələndirəbilməzlər.

26. Maddə 922. Sığorta hadisəsiicbari sığorta qanunlarınavə ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığortaqanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinəmalikolmalıdır.

27. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasındamümkünolanənqısamüddətərzindəsığortaçımüəyyənedir.

28. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbininəzərə almaqlanümayəndəsi kimitəyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsiləqiymətləndirir.

29. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cumaddəsinintələbinəzərəalınmaqla,təyinolunanmüstəqileksperttərəfindənaparılır.

30. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsibaş verdikdəicbari sığorta qanunlarına və yasığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

31. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana,habeləzərərçəkənüçüncüşəxsədəyənrealzərərinmiqdarındançoxolabilməz.

32. Maddə 927.2. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasındabu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): 927.2.1. zərər məbləğininpulşəklindəfaydalananşəxsəödənilməsi;

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu

33. Maddə 1.1.19. Sığorta hadisəsi –icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrəsığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzindəbaşverənhadisəvəyayarananhaldır.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxudhərhansıdigərformadaitkisisığortahadisəsihesabolunur: yanğın, ildırım düşməsi (36.1.1); məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı (36.1.2); elektrik naqillərində baş verən qısa qapanma (36.1.3); buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı (36.1.4); su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-  yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma (36.1.5); hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri (36.1.6); yerüstü nəqliyyat vasitəsinin dəyməsi (36.1.7); təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi (36.1.8); üçüncü şəxslərin hərəkətləri(36.1.9).  Həmin qanunun 18.1-ci maddəsinə görə bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildəəsaslandırılmışbildirişverməlidir.  Həmin qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçünsığortaödənişiməbləğinin0,1faizihəcmindədəbbəpuluödəyir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvəonlardanistifadəetməlidir.

35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyihallarısübutetməlidir.

36. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heçbirsübutunməhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.

37. 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarladaləğvedəvədəyişdirəbilər.

40. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini və apellyasiya şikayətinin dəlillərinin iddianın təmin edilən hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki,qətnaməninəsaslılığıiddianıntəminolunmayanhissəsindəyoxlanılır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədənsaxlanılmalıdır.

42. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ##.##.****-cü il tarixdə saat 03 radələrində iddiaçıya məxsus sığortalanmış obyektdə yanğın baş vermişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.****-cü il tarixli məhkəmə tikintitexniki ekspertizasının rəyinə əsasənsığortalanmışəmlakatikintiüzrədəymişmaddiziyan3138manattəşkiledir.

43. Apellyator hazırda ekspertiza rəyində dəymiş ziyan düzgün hesablanmadığını, şikayətə əlavə edilmiş müqavilə surətindən də yanğın nəticəsində dəymiş ziyanlarla bağlı çəkilmiş xərclər özəksinitapdığınıbildirir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ziyanın məbləği xüsusi bilik tələb edən məsələ kimi məhkəmə tikinti-texniki ekspertizasının predmetini təşkil etmiş və ekspert tərəfindən iş materialları əsasında sığortalanmış əmlaka tikinti üzrə dəymiş maddiziyanın3138manatolduğumüəyyənedilmişdir.

45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.****cü il tarixli, **/**** saylı məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının rəyi ilə müəyyən olunur ki, ünvan 3 ünvanda yerləşən "Ballı Market" adlanan mağazanın konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə baş vermiş yanğının mənbəyi - mağaza ilə üzbəüz dayandıqda sağ tərəfdə yerləşən elektrik təsərrüfatı otağının giriş qapısından daxil olduqda sol divarın qarşısında olmuşdur. Mağazaya kənar müdaxilə hallarının qeydə alınmadığını, yanğının mənbə zonası kimi müəyyən edilmiş hissədə öz-özünə alışa bilən maddə, material və məmulatların saxlanılmadığını, həmin hissədə istilik ixrac edə bilən qurğu və avadanlıqlardan yalnız elektrik qurğularının yerləşdiyini nəzərə alaraq, yanğın - mənbə zonasında yerləşən elektrik qurğularında yaranmış qəza halının təsirindən yaxınlıqda yerləşən yanar materialların alışmasından baş verə bilərdi. Hazırki iş üzrə ekspert tərəfindən yanğının səbəbi ilə bağlı verilmiş ehtimallı nəticə, təhqiqat orqanı tərəfindən digər sübutlarla təsdiq edildiyi təqdirdə, baş vermiş hadisə ile əlaqədar “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.15, 2.1.2.3 bəndlərinin və “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ №**- 2001) 6.1 bəndinin tələbləri pozulmuşdur. ünvan 3 ünvanda yerləşən "Ballı Market" adlanan mağazanın elektrik qurğularının müvafiq norma və qaydaların tələblərinə uyğun olaraq quraşdırılıb istismar edilməsi təmin edilmədiyinə görə, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.15, 2.1.2.3 bəndlərinin və “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ№**-2001)6.1bəndinintələblərimağazanınrəhbəritərəfindənpozulmuşdur.

46. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəməyə daha artıq məbləğdə zərər dəyməsini təsdiq edə biləcək hər hansı mötəbər və təkzibedilməz sübut təqdim edə bilməmiş, cavabdehtərəfindənbirninciinstansiyaməhkəməsindəisəhəminrəymübahisələndirilməmişdir.

47. Apellyator şikayətin dəlillərində yanğın nəticəsində dəymiş ziyanlarla bağlı çəkilmiş xərclərin təmirlə bağlı müqavilənin surətində öz əksini tapdığını, lakin birinci instansiya məhkəməsində qətnamə qəbul ediləndən sonra iddiaçının ofisdə unudulmuş sənədlər arasından müqaviləni müəyyən edilməsi dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkünolmadığınıəsaslandırsın.

48. Koollegiya hesab edir ki, apellyatorun qeyd etdiyi hal sübut qismində qəbul olunsa belə, iş materillarına baxış keçirilən zaman kollegiya tərəfindən müəyyən olunur ki, şikayətə hər hansı müqavilə deyil elektron qaimə əlavə edilmişdir. E-qaimədə isə göndərənin “X3” MMC, qəbul edənin X1olduğu,əsasisə##.##.2022-ciiltarixlimüqaviləolduğuqeydolunmuşdur.

49. Kollegiya qeyd edir ki, sübut qismində təqdim olunmuş e-qaimənin hazırki işlə hər hansı birəlaqəsiolduğumüəyyənedilmir.

50. Belə ki, hazırki mübahisəini predmetini təşkil edən yanğın hadisəsi ##.##.****-cü il tarixdəbaşvermiş,əmlakınmülkiyyətçisiisəİddiaçıolmuşdur.

51. Eyni zamanda qeyd olunmalıdır ki, hər hansı iş və ya material üzrə xərc çəkilməsi həmin xərclərin avtomatik olaraq sığorta hadisəsi nəticəsində yaranmış zərər kimi qəbul edilməsinə əsas vermir. Bunun üçün xərc ilə sığorta hadisəsi arasında səbəbli əlaqə, işlərin və materialların zədələnmiş əmlakın bərpasına aid olması və onların zərərin aradan qaldırılması üçün zəruri olması müəyyənedilməlidir.

52. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehdən 2988 manat sığorta ödənişi, 100 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməsi qənaətinəgəlmişdir.

53. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsininləğviüçünəsasolabilməz.

54. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

55. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbərtutaraq,məhkəməkollegiyası

qət etdi:

İddiaçıİddiaçıtərəfindənverilmişapellyasiyaşikayətitəminedilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e*-*(*-**)-****/**** nömrəli qətnaməsimübahsiələndirilənhissədədəyişdirilmədənsaxlanılsın. Ödənilmişdövlətrüsumuiddiaçınınözünəaidedilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayətiveriləbilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar