Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-942/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh IB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə açar sözlər: əsassız borcun silinməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdeh Cavabdeh IB-nin nümayəndələri nümayəndə2 və X2 iştirakları ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh IB-yə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(4-11)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. Işin halları
1. Iddiaçıya məxsus abonentin saldosundan görünür ki, iddiaçıya 2025-ci ilin sentyabr ayında 29191,68 manat, oktyabr ayında 29845,92 manat, noyabr ayında 13694,64 manat olmaqla aktlar əsasında borc (ümumilikdə 72732,24 manat) hesablanmışdır.
2. Cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, 66- **/**** nömrəli akta əsasən, ## ######## 2025-ci il tarixində ünvan 1 ünvanında yerləşən və "xxxx" MMC-yə (Vəliyev R., kərpic sexi) məxsus olan qaz xətti üzərində quraşdırılmış G-400 markalı, ******** nömrəli qaz sayğacının elektron hissəsini oxumaq mümkün olmamışdır. Bu səbəbdən 121632 m3 həcmində keçən qaz sərfi hesablanaraq qeydə alınmışdır.
3. Cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, 66- **/**** nömrəli akta əsasən ##.##.2025-ci il tarixində ünvan 1 ünvanında yerləşən və "xxxx" MMC-yə (kərpic sexi) məxsus qaz xətti üzərində quraşdırılmış G-400 markalı, ******** nömrəli qaz sayğacının elektron hissəsinin oxunması mümkün olmamışdır. Bu səbəbdən 124358 m3 həcmində qaz sərfi hesablanaraq qeydə alınmışdır.
4. Cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, 66- **/**** nömrəli akta əsasən ##.##.2025-ci il tarixində ünvan 1 ünvanında yerləşən və "xxxx" MMC-yə (kərpic sexi) məxsus qaz xətti üzərində quraşdırılmış G-400 markalı, ******** nömrəli qaz sayğacının elektron hissəsinin oxunması mümkün olmamışdır. Bu səbəbdən 57061 m3 həcmində qaz sərfi hesablanaraq qeydə alınmışdır.
5. ##.##.2026-cı il tarixli, ** nömrəli hesab-fakturaya (Müqavilə №: AMX-3640/22) əsasən, abonent “xxxx” MMC tərəfindən 2025-ci ilin yanvar ayı ərzində istifadə edilmiş təbii qaz üzrə 39749,14 AZN əsas məbləğ və 7154,84 AZN ƏDV olmaqla, ümumilikdə 46903,98 AZN məbləğində ödəniş hesablanmış, ##.##.2025-ci il tarixə borc məbləği 215081,43 AZN olaraq göstərilmişdir.
6. ##.##.2026-cı il tarixli, *** nömrəli hesab-fakturaya (Müqavilə №: AMX-3640/22) əsasən, abonent “xxxx” MMC tərəfindən 2025-ci ilin fevral ayı ərzində istifadə edilmiş təbii qaz üzrə 32104.07 AZN əsas məbləğ və 5778,73 AZN ƏDV olmaqla, ümumilikdə 37882,80 AZN məbləğində ödəniş hesablanmış, ##.##.2025-ci il tarixə borc məbləği 209244,53 AZN olaraq göstərilmişdir.
7. ##.##.2026-cı il tarixli, *** nömrəli hesab-fakturaya (Müqavilə №: AMX-3640/22) əsasən, abonent “xxxx” MMC tərəfindən 2025-ci ilin dekabr ayı ərzində istifadə edilmiş təbii qaz üzrə 38119,93 AZN əsas məbləğ və 6861,59 AZN ƏDV olmaqla, ümumilikdə 44981,52 AZN məbləğində ödəniş hesablanmış, ##.##.2025-ci il tarixə borc məbləği 202842,32 AZN olaraq göstərilmişdir.
8. ##.##.2026-cı il tarixli, *** nömrəli hesab-fakturaya (Müqavilə №: AMX-3640/22) əsasən, abonent “xxxx” MMC tərəfindən 2025-ci ilin aprel ayı ərzində istifadə edilmiş təbii qaz üzrə 39385,42 AZN əsas məbləğ və 7089,38 AZN ƏDV olmaqla, ümumilikdə 46474,80 AZN məbləğində ödəniş hesablanmış, ##.##.2025-ci il tarixə borc məbləği 203548,47 AZN olaraq göstərilmişdir.
9. ##.##.2026-cı il tarixli, *** nömrəli hesab-fakturaya (Müqavilə №: AMX-3640/22) əsasən, abonent “xxxx” MMC tərəfindən 2025-ci ilin may ayı ərzində istifadə edilmiş təbii qaz üzrə 42247,12 AZN əsas məbləğ və 7604,48 AZN ƏDV olmaqla, ümumilikdə 49851,60 AZN məbləğində ödəniş hesablanmış, ##.##.2025-ci il tarixə borc məbləği 215859,21 AZN olaraq göstərilmişdir.
10. ##.##.2026-cı il tarixli, *** nömrəli hesab-fakturaya (Müqavilə №: AMX-3640/22) əsasən, abonent “xxxx” MMC tərəfindən 2025-ci ilin iyun ayı ərzində istifadə edilmiş təbii qaz üzrə 37555,32 AZN əsas məbləğ və 6759,96 AZN ƏDV olmaqla, ümumilikdə 44315,28 AZN məbləğində ödəniş hesablanmış, ##.##.2025-ci il tarixə borc məbləği 225174,49 AZN olaraq göstərilmişdir.
11. ##.##.2026-cı il tarixli hesab-fakturaya (Müqavilə №: AMX3640/22) əsasən, abonent “xxxx” MMC tərəfindən 2025-ci ilin iyul ayı ərzində istifadə edilmiş təbii qaz üzrə 20444,14 AZN əsas məbləğ və 3679,94 AZN ƏDV olmaqla, ümumilikdə 24124,08 AZN məbləğində ödəniş hesablanmış, ##.##.2025-ci il tarixə borc məbləği 213898,57 AZN olaraq göstərilmişdir.
12. ##.##.2026-cı il tarixli, ** nömrəli hesab-fakturaya (Müqavilə №: AMX-3640/22) əsasən, abonent “xxxx” MMC tərəfindən 2025-ci ilin avqust ayı ərzində istifadə edilmiş təbii qaz üzrə 39476,54 AZN əsas məbləğ və 7105,78 AZN ƏDV olmaqla, ümumilikdə 46582,32 AZN məbləğində ödəniş hesablanmış, ##.##.2025-ci il tarixə borc məbləği 160938,20 AZN olaraq göstərilmişdir.
13. ##.##.2026-cı il tarixli, ** nömrəli hesab-fakturaya (Müqavilə №: AMX-3640/22) əsasən, abonent “xxxx” MMC tərəfindən 2025-ci ilin sentyabr ayı ərzində istifadə edilmiş təbii qaz üzrə 36519,05 AZN əsas məbləğ və 6573,43 AZN ƏDV olmaqla, ümumilikdə 43092,48 AZN məbləğində ödəniş hesablanmış, ##.##.2025-ci il tarixə borc məbləği 157448,36 AZN olaraq göstərilmişdir.
14. ##.##.2026-cı il tarixli hesab-fakturaya (Müqavilə №: AMX3640/22) əsasən, abonent “xxxx” MMC tərəfindən 2025-ci ilin oktyabr ayı ərzində istifadə edilmiş təbii qaz üzrə 37337,49 AZN əsas məbləğ və 6720,75 AZN ƏDV olmaqla, ümumilikdə 44085,24 AZN məbləğində ödəniş hesablanmış, ##.##.2025-ci il tarixə borc məbləği 158414,12 AZN olaraq göstərilmişdir.
15. ##.##.2026-cı il tarixli, ** nömrəli hesab-fakturaya (Müqavilə №: AMX-3640/22) əsasən, abonent “xxxx” MMC tərəfindən 2025-ci ilin noyabr ayı ərzində istifadə edilmiş təbii qaz üzrə 17132,14 AZN əsas məbləğ və 3083,78 AZN ƏDV olmaqla, ümumilikdə 20215,92 AZN məbləğində ödəniş hesablanmış, ##.##.2025-ci il tarixə borc məbləği 131711,17 AZN olaraq göstərilmişdir.
16. ##.##.2026-cı il tarixli, *** nömrəli hesab-fakturaya (Müqavilə №: AMX-3640/22) əsasən, abonent “xxxx” MMC tərəfindən 2025-ci ilin dekabr ayı ərzində istifadə edilmiş təbii qaz üzrə 75654,31 AZN əsas məbləğ və 13617,77 AZN ƏDV olmaqla, ümumilikdə 89272,08 AZN məbləğində ödəniş hesablanmış, ##.##.2025-ci il tarixə borc məbləği 199019,61 AZN olaraq göstərilmişdir.
17. ##.##.2026-cı il tarixli, *** nömrəli hesab-fakturaya (Müqavilə №: AMX-3640/22) əsasən, abonent “xxxx” MMC tərəfindən 2026-cı ilin yanvar ayı ərzində istifadə edilmiş təbii qaz üzrə 44177,90 AZN əsas məbləğ və 7952,02 AZN ƏDV olmaqla, ümumilikdə 52129,92 AZN məbləğində ödəniş hesablanmış, ##.##.2026- cı il tarixə borc məbləği 250982,79 AZN olaraq göstərilmişdir.
18. ##.##.2026-cı il tarixli, *** nömrəli hesab-fakturaya (Müqavilə №: AMX-3640/22) əsasən, abonent “xxxx” MMC tərəfindən 2026-cı ilin fevral ayı ərzində istifadə edilmiş təbii qaz üzrə 42217,63 AZN əsas məbləğ və 7599,17 AZN ƏDV olmaqla, ümumilikdə 49816,80 AZN məbləğində ödəniş hesablanmış, ##.##.2026-cı il tarixə borc məbləği 270802,59 AZN olaraq göstərilmişdir.
19. ##.##.2026-cı il tarixli hesab-fakturaya (Müqavilə №: AMX3640/22) əsasən, abonent “xxxx” MMC tərəfindən 2026-cı ilin mart ayı ərzində istifadə edilmiş təbii qaz üzrə 45813,97 AZN əsas məbləğ və 8246,51 AZN ƏDV olmaqla, ümumilikdə 54060,48 AZN məbləğində ödəniş hesablanmış, ##.##.2026-cı il tarixə borc məbləği 324866,07 AZN olaraq göstərilmişdir.
20. ##.##.2025-ci il tarixli, **** nömrəli “Qaz sayğacının yoxlanılması haqqında” protokola əsasən müəyyən edilmişdir ki, “xxxx” MMC-yə məxsus qaz sayğacının elektron hissəsinin ekranı qaraldığından göstəricilərin oxunması mümkün olmamış, təzyiq borusunun hər iki tərəfindən girişlər korroziyaya uğramış, elektron göstərici ilə mexaniki göstərici arasında 855 m³ fərq yaranmışdır. Aparılmış yoxlama nəticəsində sayğacın istismara yararsız olduğu və təmir olunmasının zəruri olduğu göstərilmişdir.
21. ##.##.2026-cı il tarixli, **** nömrəli “Qaz sayğacının yoxlanılması haqqında” akta əsasən müəyyən edilmişdir ki, “xxxx” MMC-yə məxsus qaz sayğacının elektron korrektorunun ekranında “W” işarəsi əks olunmuş, göstəricilər arasında fərq yaranmış, impuls çeviricisi öz yuvasından aralı vəziyyətdə olmuş, korrektorun bolt qoruyucu qapaqları mövcud olmamışdır. Aktda həmçinin qeyd edilmişdir ki, təzyiq borusunda sızma aşkar edilmiş, temperatur və təzyiq çeviricilərinin normal işlədiyi müəyyən olunsa da, elektron göstərici ilə mexaniki göstərici arasında 3923 m³ fərq yaranmış, impuls çeviricisinin vizual vəziyyətinin qırıq olduğu müəyyən edilmişdir. Yoxlama zamanı elektron korrektor və impuls çeviricisinin impulsları qeyd etdiyi göstərilmiş, arxiv məlumatlarına əsasən isə son sərfiyyatın ##.##.2026-cı il tarixində qeydə alındığı bildirilmişdir. Aparılmış yoxlama nəticəsində sayğacın istismara yararsız olduğu və təmir olunmasının zəruri olduğu göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
22. Iddiaçı İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh IB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Abşeron rayonu, Digah qəsəbəsi ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (kərpic istehsalı müəsisəsi) 2025-ci ilin sentyabr ayından dekabr ayınadək 3 akt əsasında və qüsurlu sayğac vasitəsi ilə hesablanmış 250982,79 manat məbləğində borcun *************** nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Digah qəsəbəsi ünvanda yerləşən, İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsi (kərpic istehsalı müəsisəsi) müqavilə əsasında *************** saylı abonent hesabı verilərək təbii qazla təchiz edilmişdir. Istifadə edilmiş qazın dəyəri tərəfimizdən daim vaxtlı vaxtında ödənilmişdir. 2024-cü ilin may ayınadək cavabdehlə aramızda hər hansı mübahisə olmamışdır. 2024-cü ilin may ayında cavabdeh tərəfindən bizə bildirilmişdir ki, ötən illərdən bizim 54675,59 manat ödənilməmiş borcumuz qalmışdır. Bu səbəbdən əsassız hesab etdiyimiz 54675,59 manat borcun silinməsi tələbi ilə tərəfimizdən Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbimiz təmin edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini almış və müvafiq qaydada icra edilmişdir. Aramızda olan məhkəmə mübahisəsindən nəticə çıxarmayaraq cavabdeh təşkilat yenədə öz qanunsuz hərəkətlərinə davam etmişdir. Belə ki, 2025-ci ilin sentyabr ayından dekabr ayınadək 3 akt əsasında bizə ümumilikdə 72732,24 manat, qüsurlu sayğac vasitəsi ilə isə ümumilikdə 178250,55 manat (cəmi 250982,79 manat) əsassız borc hesablanmışdır. Belə ki, aktlar guya qaz sayğacının işləmədiyi üçün tərtib edilmişdir, lakin abonent saldosuna baxdıqda aydın görmək olar ki qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsəydi təbii ki bu göstəricilər dəyişməz qalardı. Digər tərəfdən 2025-ci ilin sentyabr ayından dekabr ayınadək tərtib edilmiş aktlarda cavabdeh tərəfindən “əmsal” müəyyən edilərək sayğac göstəricisindən əlavə borclar hesablanmışdır. Cavabdeh təşkilatın “Əmsal” dediyi rəqəmin və ümumiyyətlə bu cür hesabat növünün hansı normaya və qanuna əsasən tədbiq etdiyi müəyyən deyil. Bütün bunlardan göründüyü kimi cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır. Bundan başqa abonent saldosuna baxdıqda aydın görmək olar ki, istehsalımız artmadığı təqdirdə bir ay ərzində yəni 2025-ci ilin dekabr ayında 89272,08 manat, 2026-cı ilin yanvar ayında 52129,92 manat məbləğində borc hesablanmışdır. Bu hissəyə aydınlıq gətirərək bildirmək istəyirik ki, 2025-ci ilin dekabr ayında cavabdeh təşkilat özünə məxsus müvəqqəti qaz sayğacı quraşdırmışdır və sayğac quraşdırılarkən üzərində göstərici mövcud olmuş və nəticədə cavabdeh istifadə etmədiyimiz qazın dəyərini bizə yükləmişdir. Müvəqqəti sayğac bir ay müddətdə istifadə edilsədə həmin sayğaca əsasən hesablanmış borc 3-4 aylıq istifadə müddətinə hesablanacaq borca bərabərdir. Eyni qayda ilə də 2026-cı ilin yanvar ayında 52129,92 manat borc hesablanmışdır. Hazırda abonent saldosu üzrə borcumuz 250982,79 manat təşkil edir və həmin məbləğin bir hissəsi aktlara əsasən bir hissəsi isə mənşəyi məlum olmayan qüsurlu sayğac vasitəsi ilə hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı qərarı ilə təsdiq edilmiş “X4”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Tərtib edilmiş saxta aktlardan göründüyü kimi cavabdeh təşkilat özlərinin müəyyən etdiyi lakin tam qanunsuz tərzdə bizə aktlarla 72732,24 manat, qüsurlu sayğac vasitəsi ilə isə 178250,55 manat məbləğində əlavə borc hesablamışlar. Belə bir hesablama düsturu və hüququ hansı qanunla müəyyən olunduğu məlum deyil. Cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət edir, külli miqdarda əsassız borclar hesablayır və öz inhisarçı mövqeyindən istifadə edərək həmin borcları ödətdirmək istəyir. Belə tendensiya isə hüquqi şəxsin müflisləşməsinə səbəb olur.
24. Cavabdeh ##.##.2026-cı il tarixdə iddia ərizəsinə dair yazılı etiraz edərək, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
25. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC Cavabdeh Istehsalat Birliyinə qarşı “iddiaçıya məxsus Abşeron rayonu Digah qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə (kərpic istehsalı müəssisəsi) hesablanmış 250982,79 manat borc məbləğinin *************** saylı abonent kodundan silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddiaçı İddiaçı MMC iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən ona məxsus Abşeron rayonu Digah qəsəbəsində yerləşən qeyriyaşayış sahəsinə (kərpic istehsalı müəssisəsi) 2025-ci ilin sentyabr ayından dekabr ayınadək 3 akt əsasında 72732,24, qüsurlu sayğac vasitəsilə isə 178250,55 manat - Ümumilikdə 250982,79 manat məbləğində əsassız borc hesablanmışdir. Həmçinin iddiaçı “X4”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı Qərarına istinad edərək düzgün hesablanmamış borc məbləğinin cavabdeh Cavabdeh IB tərəfindən tələb edilməsinin qanunsuz olduğunu qeyd etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, iddia tələbi əsassızdır, təmin edilməməlidir. Belə ki, iddiaçıya məxsus Abşeron rayonu Digah qəsəbəsində yerləşən müəssisə (kərpic sexi) Cavabdeh IB tərəfindən müqavilə əsasında təbii qazla təchiz edilir və “Azəriqaz“ IB-nin Sumqayıt RQII-də qeyriəhali abonenti kimi qeydiyyatdadır ( Abonent kodu : 011402500700000 ) Iddiaçı İddiaçı MMC-nin Cavabdeh Istehsalat Birliyinə qarşı 250982,79 manat borc məbləğinin *************** saylı abonent kodundan silinməsi tələbi ilə məhkəməyə müraciəti hüquqi baxımdan əsassız və faktiki dəlillərdən tam məhrumdur. Iddiaçı tərəfindən irəli sürülən tələblər nə hüquqla, nə də faktla əsaslandırılmışdır və bu iddianın yeganə məqsədi özünün öhdəliklərini yerinə yetirmədən, yəni borcu ödəmədən təbii qaz təchizatının davam etdirilməsinə nail olmaqdan ibarətdir. Iddiaçının silinməsini tələb etdiyi 250982,79 manat məbləğ hər hansı cərimə, dəymiş ziyan və ya itirilmiş qaz sərfi ilə bağlı deyil, iddiaçının istehlak etdiyi faktiki qaz sərfiyyatının dəyəridir. Iddiaçı İddiaçı MMC tərəfindən qaldırılmış iddianın mahiyyəti ondan ibarətdir ki, güya 2025-ci ilin sentyabr ayından dekabr ayınadək Cavabdeh IB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktlar əsasında hesablanmış 250982,79 manat ümumi borc məbləği əsassızdır və silinməlidir. Iddiaçı həmçinin həmin borcun mövcudluğu səbəbindən qaz verilişinin dayandırılmasını əsas gətirərək, müəssisəsinə təbii qazın verilməsinin bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsi isə bu ərizəni təmin edərək təbii qazın verilməsinin bərpa edilməsi barədə əsassız qərardad çıxarmışdır. Öncəliklə məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, iddiaçının qeyd etdiyi kimi ona məxsus Abşeron rayonu Aşağı Digah qəsəbəsində yerləşən müəssisəyə 2025-ci ilin sentyabr ayından dekabr ayınadək Cavabdeh IB-nin əməkdaşları tərəfindən aktlar əsasında 250982,79 manat borc məbləğinin hesablanması tamamilə yalan və uydurmadır və iddiaçının mübahisələndirdiyi məbləğ əslində barəsində məhkəmə qətnaməsinin mövcud olduğu məbləğdir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)- ****/**** saylı ##.##.2025-ci il tarixli Qətnaməsinə əsasən İddiaçı MMC tərəfindən təbii qazdan istifadəyə görə yaranmış 172663,88 manat borc məbləğinin və 462,00 manat dövlət rüsumunun Cavabdeh IB-nin xeyrinə tutulması qət edilmişdir. Həmçinin İddiaçı MMC-nin qarşılıqlı iddiası üzrə tələbi təmin edilmiş və *************** saylı abonent hesabından 54675,59 manat borc məbləğinin silinməsi qət edilmişdir. Cavabdeh IB tərəfindən Bakı Kommersiya Məhkəməsinin qeyd olunan qətnaməsinin icra olunmasına və ##.##.2025-ci il tarixdə 54675,59 manat borc məbləğinin İddiaçı MMC-yə məxsus *************** saylı abonent kodundan silinməsi baxmayaraq İddiaçı MMC tərəfindən məhkəmə qətnaməsi icra edilməmiş və 172663,88 manat borc məbləği ödənilməmiş qalmışdır. Hazırda iddiaçı İddiaçı MMC-nin Cavabdeh Istehsalat Birliyinə qarşı “hesablanmış 250982,79 manat borc məbləğinin *************** saylı abonent kodundan silinməsi” tələbində qeyd olunan məbləğə ( 250982,79 manat ) artıq barəsində məhkəmə qətnaməsinin mövcud olduğu və İddiaçı MMC ödənilməyən 172663,88 manat məbləğ də daxildir. Bir sözlə iddiaçı artıq barəsində Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli Qətnaməsinin mövcud olduğu məbləği yenidən mübahisələndirmişdir, hansı ki, bu qüvvədə olan qanunvericiliyə görə qadağandır. Həmçinin Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, iddiaçının müəssisəsində quraşdırılmış qaz sayğacının oxunması texniki səbəblərdən mümkün olmamış, bu səbəbdən də qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edilməklə faktiki qaz sərfiyyatı müəyyən edilmişdir. Bu barədə Cavabdeh IB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq **-**/**** saylı, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli **-**/**** saylı və **- **/**** saylı ##.##.2025-ci il tarixli aktlar tərtib edilmiş, aktların hər biri iddiaçı tərəfin nümayəndəsinin iştirakı ilə və onun imzası ilə rəsmiləşdirilmişdir. Qeyd olunan aktlar əsasında ümumilikdə - 72732,24 manat məbləğ hesablanmışdır və abonent tərəfindən istehlak olunan təbii qaz sərfinin dəyəri abonentin illər üzrə real istehlak sərfiyyatına tam uyğundur. Bu baxımdan, iddiaçının borcun silinməsi barədə müraciəti hüquqi əsasdan məhrumdur və onun məqsədi borc öhdəliyindən yayınmaqla qaz təchizatının bərpa edilməsinə nail olmaqdan ibarətdir. Belə əsassız tələblər üzrə iddia tələbinin təmin edilməsi dövlətin qanuni iqtisadi maraqlarına zidd olmaqla yanaşı digər abonentlər tərəfindən də analoji şəkildə sui-istifadə edilməklə, kütləvi xarakter alaraq maliyyə intizamını pozur, nəticə etibarilə dövlətin iqtisadi sabitliyinə zərər yetirir. Bir daha məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, iddiaçı tərəfindən mübahisələndirilən 250982,79 manat məbləğ heç bir halda itirilmiş qaz sərfinə görə hesablanmış cərimə və ya dəymiş ziyan xarakteri daşımır. Bu məbləğ iddiaçının faktiki olaraq istehlak etdiyi təbii qazın dəyərini əks etdirir. Belə ki, iddiaçının müəssisəsində quraşdırılmış qaz sayğacının oxunması texniki səbəblərdən mümkün olmamış, bu səbəbdən də qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edilməklə faktiki qaz sərfiyyatı müəyyən edilmişdir. Bu barədə Cavabdeh IB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq **- **/**** saylı, ##.##.2025-ci il tarixli, ##.##.2025-ci il tarixli **-**/**** saylı və **-**/**** saylı ##.##.2025-ci il tarixli aktlar tərtib edilmiş, aktların hər biri iddiaçı tərəfin nümayəndəsinin iştirakı ilə və onun imzası ilə rəsmiləşdirilmişdir. Qeyd olunan aktlar əsasında ümumilikdə - 72732,24 manat məbləğ hesablanmışdır. Lakin qeyd olunan aktlar itirilmiş qazın bərpası, təbii X4nın pozulması haqqında aktlar deyildir, iddiaçının tələbi və razılığı ilə qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edilməklə faktiki qaz sərfiyyatının müəyyən edilməsi ilə bağlı aparılmış sənədləşmədir və abonent tərəfindən istehlak olunan təbii qaz sərfinin dəyəri abonentin illər üzrə real istehlak sərfiyyatına tam uyğundur. Bu baxımdan, iddiaçının borcun silinməsi barədə müraciəti hüquqi əsasdan məhrumdur.
26. Iddiaçı ##.##.2026-cı il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus Abşeron rayonu, Digah qəsəbəsi ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (kərpic istehsalı müəsisəsi) 2025- ci ilin sentyabr ayından dekabr ayınadək 3 akt əsasında və qüsurlu sayğac vasitəsi ilə hesablanmış 214134,24 manat məbləğində borcun *************** nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
27. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, iddiaçı İddiaçı MMC-yə (abonent kodu: 011402500700000) əsassız olaraq hesablanmış 115422 (bir yüz on beş min dörd yüz iyirmi iki) manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdeh Cavabdeh IB-yə həvalə edilməsi, cavabdeh Cavabdeh IB-dən 405,42 (dörd yüz beş manat qırx iki qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı MMCyə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 135,58 (bir yüz otuz beş manat əlli səkkiz qəpik) manat dövlət rüsumu iddiaçı İddiaçı MMC-nin özünə aid edilməsi qət edilmişdir.
28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən 2025-ci ilin ## ########, 31 oktyabr və 30 noyabr tarixlərində iddiaçıya məxsus sahədə yerləşən qaz sayğacına baxışlar keçirilmiş, həmin yoxlamalar nəticəsində iddiaçı barəsində aktlar tərtib edilərək ona ümumilikdə 72732,24 manat borc hesablanmışdır.
29. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş həmin mübahisəli aktlara əsasən iddiaçıya məxsus qaz sayğacında yaranmış texniki qüsur nəticəsində sayğacın elektron göstəricisi işləmədiyi üçün mexaniki göstəricilərin (əvvəlki və cari) fərqinin müvafiq əmsala (aktlarda əmsal olaraq 3,1 göstərilmişdir) vurulması nəticəsində aylıq sərfiyyatın müəyyən edilməsi göstərilmişdir.
30. Cavabdeh etirazında tərəfindən hər hansı yoxlama aparılmadığını, bu səbəbdən həmin baxışların dövlət qeydiyyatına alınmadığını göstərmişdir. Məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır.
31. Belə ki, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” ##.##.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin ##.##.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
32. Hazırkı iş üzrə cavabdeh tərəfindən mübahisəli aktların tərtib edilməsinə əsas olmuş həmin yoxlamaların keçirilməsi barədə məlumatların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun tələblərinə uyğun olaraq Vahid Məlumat Reyestrində qeydiyyata alınmadığı müəyyən edilmişdir.
33. Qeyd olunanlara əsasən, cavabdeh yoxlamaların nəticəsi olaraq iddiaçıya 72732,24 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Bu səbəbdən yoxlamaların nəticəsi olaraq hesablanmış həmin borclar da əsaslı hesab edilə bilməz.
34. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış 72732,24 manat borc məbləği cavabdeh tərəfindən həyata keçirilmiş yoxlamalar əsasında hesablandığından və həmin yoxlamalar qanunvericiliyə uyğun olaraq həyata keçirilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 72732,24 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
35. Iddiaçı həmçinin iddia ərizəsində ona 2025-ci ilin dekabr ayında yazılmış olan 89272,08 manat, habelə 2026-cı ilin yanvar ayında yazılmış olan 52129,92 manat məbləğində sərfiyyat borcları ilə razı olmadığını göstərib həmin borcların da silinməsini məhkəmədən xahiş etmişdir.
36. Məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab etmişdir.
37. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan qaz sayğacında texniki qüsur yarandığı üçün həmin sayğac 2025-ci ilin noyabr ayında çıxarılmış, iddiaçıya məxsus sahədə təbii qazdan istifadəni qeydə almaq üçün 2025-ci ilin ## ###### tarixində müvəqqəti sayğac quraşdırılmışdır.
38. Məhkəmə araşdırması zamanı həmin müvəqqəti sayğacın yeni olmadığı, iddiaçıya məxsus sahədə quraşdırılan zaman göstəricilərinin sıfır olmadığı, daha əvvəl də başqa abonent(lər) tərəfindən istifadə edilmiş olması müəyyən edilmişdir.
39. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş hesab fakturaya əsasən həmin müvəqqəti sayğac 2024-cü ilin dekabr ayında 371967 kub metr (89272,08 manat) qaz həcmi qeydə almış, sayğacın ilkin elektron göstəricisi “1280508”, son göstərici isə “1652475” olmuşdur.
40. Lakin cavabdeh tərəf məhkəməyə müvəqqəti sayğacın quraşdırılan zaman elektron hissəsinin ilkin göstəricilərinin məhz iddia etdiyi kimi “1280508” olması barədə hər hansı mötəbər və təkzibedilməz sübut təqdim etməmişdir.
41. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi həmin müvəqqəti sayğacın quraşdırılması barədə ##.##.2025-ci il tarixli aktı isə məhkəmə hazırkı iş üzrə sübut qismində qəbul etmir.
42. Belə ki, həmin yazılı sənəd məhkəməyə ikinci baxış iclasında təqdim edilmiş, daha əvvəl təqdim edə bilməməsinin cavabdehin iradəsi xaricində olmasını cavabdeh tərəf sübut edə bilməmişdir.
43. Bundan əlavə, həmin sənədin əsli deyil, surəti məhkəməyə təqdim edilmişdir.
44. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, həmin ay üzrə iddiaçının sərfiyyat borcu 2025-ci ilin avqust ayına uyğun (46582,32 manat) müəyyən edilməli, qalan 42689,76 manat (89272,08 manat – 46582,32 manat) borc əsassız hesab edilməklə silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
45. Belə ki, 2025-ci ilin sentyabr, oktyabr və noyabr aylarında qaz sayğacının sərfiyyatı düzgün qeydə almadığını cavabdeh özü məhkəməyə bildirmişdir.
46. Iddiaçı 2026-cı ilin yanvar ayında hesablanmış 52129,92 manat borcun silinməsini xahiş etsə də, məhkəmə həmin borcun silinməsi üçün hər hansı əsas görmür.
47. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş hesab fakturadan, habelə abonent haqqında məlumatdan görünür ki, göstərilən borc təbii qazdan istifadə ilə bağlı yaranmış borcdur, həmin borcun ödənilməsinin təmin edilməsi isə istehlakçı kimi iddiaçının vəzifəsidir. Bu səbəbdən iddianın həmin hissədə təmin edilməsi üçün hər hansı əsas yoxdur.
48. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 115422 manat (72732,24 manat + 42689,76 manat) borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
49. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 405,42 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 135,58 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
50. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” ##.##.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin ##.##.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 1.7-ci bəndini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “X4”nın 2.10, 5.2, 4.9, 5.4, 5.6-cı bəndlərini tətbiq etmişdir.
51. Cavabdeh Cavabdeh IB qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
52. Iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
53. Cavabdehin məhkəmə iclasında iştirak edərək nümayəndələri apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
54. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
55. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
“X4”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş) :
56. Bənd 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir;
57. Bənd 2.11-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
58. Bənd 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
59. Bənd 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” ##.##.2013-cü il tarixli Azərbaycan Respublikası Qanunu:
60. Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir;
61. Maddə 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir;
62. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
Azərbaycan Respublikası Prezidentinin ##.##.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”:
63. Bənd 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər;
64. Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
65. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
69. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
70. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
71. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
72. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
73. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının həddi
74. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
76. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, iddiaçı iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən şikayət verməmişdir; cavabdeh isə qətnaməni yalnız iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
77. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır (mübahisələndirilən hissədə). Işin faktiki halları ilə müəyyən edilir ki, cavabdehin əməkdaşları tərəfindən 2024cü ilin78. noyabr və dekabr aylarında, 2025-ci ilin ## ########, 31 oktyabr və 30 noyabr aylarında iddiaçıya məxsus qaz sayğacına baxış keçirilmiş, həmin yoxlamalar nəticəsində iddiaçı barəsində aktlar tərtib edilərək ona ümumilikdə 72732,24 manat borc hesablanmışdır.
79. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıdan tələb edilən 72732,24 manat borcun hesablanmasına əsas olan akt və həmin aktın tərtib edilməsinə əsas olmuş yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təsdiq edən sübutlar təqdim edilməmişdir.
80. Belə olan halda isə həmin yoxlama nəticəsində hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan tələb oluna bilməz. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
81. Kollegiya qeyd edir ki, sahibkarlıq subyektində aparılan yoxlamanın qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınması formal xarakterli tələb deyil, sahibkarların fəaliyyətinə dövlət nəzarətinin qanuni əsaslarla və müəyyən edilmiş prosedur çərçivəsində həyata keçirilməsinə təminat verən imperativ tələbdir. Qanunvericiliklə nəzərdə tutulmuş qeydiyyat proseduruna əməl edilmədən aparılmış yoxlamanın nəticələri sahibkar üçün əlverişsiz hüquqi nəticələrin, o cümlədən əlavə maliyyə öhdəliyinin yaranmasının əsası kimi qəbul edilə bilməz.
82. Belə olan halda, qeydiyyata alınmamış üç yoxlama aktına əsasən hesablanmış ümumilikdə 72.732,24 manat borcun hüquqi əsası mövcud deyildir və həmin məbləğin abonentin hesabından silinməsi barədə nəticə əsaslıdır.
83. Digər tərəfdən, əsas sayğacın texniki nasazlığı ilə əlaqədar ##.##.2025-ci ildə iddiaçının obyektində müvəqqəti sayğac quraşdırılmışdır. Məhkəmə araşdırması zamanı həmin sayğacın yeni olmadığı, bundan əvvəl digər abonentlər tərəfindən istifadə edildiyi, quraşdırılarkən göstəricilərinin sıfır olmadığı müəyyən edilmişdir. Cavabdeh isə müvəqqəti sayğacın iddiaçının obyektində quraşdırıldığı anda elektron hissəsinin ilkin göstəricisinin məhz 1.280.508 olmasını təsdiq edən mötəbər sübut təqdim etməmişdir.
84. Belə ki, birinci instansiya məhkəməsi ##.##.2025-ci il tarixli aktı sübut qismində qəbul etməməkdə haqlı olmuşdur. Belə ki, həmin akt işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər deyil (4 hazırlıq iclası keçirilməsinə baxmayaraq), 2-ci baxış iclasında təqdim edilmiş, cavabdeh isə onun vaxtında təqdim edilməməsinin özündən asılı olmayan səbəblərdən baş verdiyini əsaslandırmamışdır. Həmçinin sənədin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti təqdim edilməmişdir. Bu səbəbdən MPM-in 78.1 və 89.3-cü maddələrinin tələbləri baxımından həmin aktın sübut kimi qəbul edilməməsi əsaslıdır.
85. Bu səbəbdən həmin göstəriciyə əsaslanan sərfiyyatın bütövlükdə iddiaçı tərəfindən istehlak edildiyi qənaətinə gəlmək mümkün deyildir.
86. Eyni zamanda abonent üzrə əvvəlki illərin sərfiyyat göstəricilərindən görünür ki, iddiaçının qaz istehlakı mübahisəli dövrdə hesablanmış həcmdə olmamışdır. Mübahisəli dövrdə istehlakın əvvəlki dövrlərlə müqayisədə kəskin artması fonunda cavabdeh belə artımın iddiaçının faktiki qaz istehlakından irəli gəldiyini təsdiq edən, o cümlədən istehsal həcminin, istifadə olunan qaz avadanlıqlarının və ya iş rejiminin dəyişməsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Borcu həmin həcmdə hesablayan tərəf kimi cavabdeh hesablamanın əsasını təşkil edən halları sübut etməli idi.
87. Beləliklə, sayğacın nasazlığı, müvəqqəti sayğacın ilkin göstəricisinin mötəbər sübutlarla müəyyən edilməməsi və hesablanmış sərfiyyatın abonentin əvvəlki dövrlər üzrə istehlak göstəriciləri ilə kəskin uyğunsuzluğu birlikdə qiymətləndirildikdə, mübahisəli məbləğin iddiaçının faktiki qaz istehlakını əks etdirdiyi təsdiq olunmur.
88. Belə olan halda, mübahisəli dövr üzrə qaz sərfiyyatının sayğac mövcud olmadığı hal üçün nəzərdə tutulmuş qaydada müəyyənləşdirilməsi, qaz sayğacına müdaxilə, qazdan qanunsuz istifadə və ya istehlakçının təqsirli hərəkəti müəyyən edilmədiyindən isə nasazlıq yaranmazdan əvvəlki son mötəbər sərfiyyat göstəricisinin əsas götürülməsi barədə birinci instansiya məhkəməsinin yanaşması əsaslı olmuşdur.
89. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
90. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayətlərini vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDI:
Cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin, e-*-*(*-**)****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.