Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-943/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X9 və X13 ibarət tərkibdə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh4, İmanov Elməddin Səxavət oğluna, İmanov Anar Səxavət oğluna və cavabdeh1 MMC-yə qarşı “əldən çıxmış fayda” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.## 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Cavabdehlər "xxxx" MMC-dən, İmanov Elməddin Səxavət oğlundan, İmanov Anar Səxavət oğlundan və cavabdeh4 birgə qaydada; - K****/** saylı kredit müqaviləsinin müddətinin bitdiyi ##.##.2017ci il tarixdən ##.##.2026-cı il tarixədək Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsinə uyğun hesablanan faiz borcu olaraq əldən çıxmış fayda qismində Banka dəymiş zərər 89718,11 (səksən doqquz min min yeddi yüz on səkkiz manat on bir qəpik) manat məbləğində borcun; - K**** saylı kredit müqaviləsinin müddətinin bitdiyi ##.##.2020-ci il tarixdən ##.##.2026-cı il tarixədək Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsinə uyğun hesablanan faiz borcu olaraq əldən çıxmış fayda qismində Banka dəymiş zərər 671775,33 (altı yüz yetmiş bir min yeddi yüz yetmiş beş manat otuz üç qəpik) manat məbləğində borcun; 2. İddia ərzəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 1051.50 (bir min əlli bir manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ##.##.2026-cı il tarixdə cavabdeh1 MMC EMİS vasitəsi ilə qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edərək, İddiaçı ASC-dən cavabdeh1 MMCnin xeyrinə artıq ödənilmiş 50785,5 manat vəsaitin, 242,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ##.##.2026-cı il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən, İmanov Elməddin Səxavət oğlundan, İmanov Anar Səxavət oğlundan və cavabdeh4 birgə qaydada:K**** saylı kredit müqaviləsinin müddətinin bitdiyi ##.##.2020-ci il tarixdən ##.##.2026-cı il tarixədək 5% ilə hesablanmış əldən çıxmış fayda qismində Banka dəymiş zərər 479839,52 (dörd yüz yetmiş doqquz min səkkiz yüz otuz doqquz manat, əlli iki qəpik) manat məbləğində borcun; İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 1051.50 (bir min əlli bir manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.## 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadına əsasən qarşlıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdeh cavabdeh1 MMC-yə geri qaytarılmışdır Həmin qərardaddan ##.##.2026-cı il tarixdə cavabdeh cavabdeh1 MMC şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2023 tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadının ləğv edilməsi, (Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025 tarixli qərardadında formalaşmış hüquqi mövqe nəzərə alınmaqla) cavabdeh1 MMC-nin qarşılıqlı iddiasının icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdr. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı “xxxx» ASC Bakı Komersiya Məhkəməsində cavabdehlər cavabdeh1 MMC-yə, İmanov Elməddin Səxavət oğluna, İmanov Anar Səxavət oğluna və cavabdeh4 qarşı iddia qaldırıb, cavabdehlərdən birgə qaydada; - K****/** saylı kredit müqaviləsinin müddətinin bitdiyi ##.##.2017-ci il tarixdən ##.##.2026-cı il tarixədək Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsinə uyğun hesablanan faiz borcu olaraq əldən çıxmış fayda qismində Banka dəymiş zərər 89718,11 (səksən doqquz min min yeddi yüz on səkkiz manat on bir qəpik) manat məbləğində borcun; - K**** saylı kredit müqaviləsinin müddətinin bitdiyi ##.##.2020-ci il tarixdən ##.##.2026-cı il tarixədək Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsinə uyğun hesablanan faiz borcu olaraq əldən çıxmış fayda qismində Banka dəymiş zərər 671775,33 (altı yüz yetmiş bir min yeddi yüz yetmiş beş manat otuz üç qəpik) manat məbləğində borcun; iddia ərzəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 1051.50 (bir min əlli bir manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçı İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Bakı Kommersiya Məhkəməsinin ##.##.2026 tarixli qərardadı ilə icraata qəbul edimiş, cavabdeh1 MMC qanunvericilklə müəyyən edilmiş 20 gün ərzində (20ci gün ##.##.2026 tarix qeyri-iş günüdür, növbəti iş günü ##.##.2026 tarixdir) ##.##.2026 tarixdə “xxxx» ASC-yə qarşılıqlı iddia verərək “xxxx» ASC-dən cavabdeh1 MMC-nin xeyrinə artıq ödənilmiş 50785,5 manat vəsaitin, 242,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ##.##.2026 tarixdə cavabdeh1 MMC qarşılıqlı iddia ərizəsinə əlavə verərəqkarşılıqlı iddia ərizəsində qeyd edilənlərlə yanaşı məhkəmədən xahiş etmişdir ki: Azərbaycan Kredit Bürosununcavabdeh1 MMC-yə aid portalına (səhifəsinəsinə) kredit müqavilələri üzrə borcunun olmaması ilə bağlı müvafiq düzəlişlərin edilməsini təmin etmək, 416,170.02 manat borcu silmək vəzifəsinin “xxxx» ASC həvalə ediləsi barədə qətnamə qəbul edilsin. Qarşılıqlı iddia ərizəsinə əlavə verildikdən sonra keçirilmiş ##.##.2026 tarixli məhkəmə iclasının qərardadı ilə qarşılıqlı iddianın icraata qəbul edilməsindən imtina edilmişdir. Əsasən işin hallarının sadalandığı və 15 vərəqdən ibarət qərardadın yalnız sonuncu vərəqində 1 abzasda məhkəmə öz qənaətininin səbəblərini açıqlamış və qeyd etmişdir ki, "xxxx” MMC əvvəl qaldırmış iddiavə şikayət ərizəsi ilə artıq edilmiş 590.000 manat ödənişin nəzərə alaraq borcdan silinməsinitələb etmişdir, hazırkı qarşılıqlı iddia ilə isə 50785,5 manat artıq ödənişin geri qaytarılmasınıxahiş etsə də, lakin mahiyyət etibarı ilə artıq edilmiş ödənişdən söhbət gedir (əvvəl borcdansilinməsini tələb etmiş, bugün isə geri qaytarılmasını xahiş edir). Və cavabdeh1 MMCnin nümayəndəsi bildirir ki, əvvəlki məhkəmələr həmin tələbi ona görə rədd etmişlər ki,həmin vəsaitin ödənilməsi ilə bağlı cavabdeh1 MMC tərəfindən heç bir sənəd təqdimolunmamışdır, bugün isə müəəyən ödəniş qəbzlərini təqdim edilərlər, ona görə qarşılıqlıiddia icraata qəbul edilməlidir. Lakin, məhkəmə MMC-nin nümayəndəsinin arqumentləriniəsassız hesab edir. Belə ki, bir məsələyə məhkəmə qaydasında baxılaraq sübutlar olmadığıüçün iddia/şikayət rədd edilərək yekun məhkəmə aktı qəbul edilirsə, yenidən eyni məsələilə bağlı məhkəməyə müraciət etmək yolverilməzdir. MMC-nin hazırkı qarşılıqlı iddiaərizəsinə əlavə etdiyi ödəniş sənədləri belə 2017-2019-cü illəri əhatə edir (MMC-nin qeydedilən iddia və şikayətləri üzrə isə məhkəmə qərarları 2023-2024-cü illərə aiddir).Göründüyü kimi, MMC-nin iddia etdiyi artıq ödəniş məsələlərinə dair (bügün tələb etdiyi50785,5 manatdan da artıq – 590.000 manat) yekun məhkəmə aktları ilə artıq qiymətverilmişdir.Digər tərəfdən, məhkəmə onu da qeyd edir ki, göründüyü ki, Bankın qaldırdığı iddiasıüzrə qəbul edilmiş məhkəmə qətnaməsinə dair verilmiş icra vərəqəsi üzrə icra icraatı hələdə davam etməkdədir. İcra icraatı çərçivəsində edilmiş yeni ödənişlər (Bakı Şəhər NəsimiRayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-**/**** saylı qərardadı ilə artıq qiymətverilmiş məsələlərdən başqa) nəzərə alınmadığı halda icra icraatı qaydasındamübahisələndirmək hüququ yenə də mövcüd olaraq qalır." Hesab edirəm ki, qərardad əsassız olduğu üçün ləğv edilməli, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməlidir. 1)Qarşılıqlı iddia ərizəsi 2 hissədən ibarətdir: 1.1)50785,5 manat vəsaitin ödənilməsi; 1.2)Azərbaycan Kredit Bürosunda müvafiq düzəlişlərin edilməsi (məhkəmə qarşılıqlı iddianın bu hissəsini ##.##.2026 tarixliqərardadda ümumiyyətlə əks etdirməyib, sanki iddiaya əlavə yoxdur, axı bu əlavə ##.##.2026 tarixli iclasdan əvvəl və ##.##.2026 tarixli qərardad qəbul edilənə kimi portala yerləşdirilib). 2)Belə bir iddiaya hansıməhkəmə və hansı tarixdə baxıb? Təbii ki, baxmayıb. İddiaya baxılmadığl halda necə demək olar baxılıb? Məgər eyni tərəflərin hansısa başqa işinə baxılması eyni predmet və eyni əsas deməkdir? 3)Axı cavabdeh1 MMC-nin daha əvvəlki iddiası yalnız borcun silinməsi haqda olmuşdur, hazırkı iddia isə artıq ödəmənin qaytarılması və adınının kredit reyetrindən silinməsidir. İddialar eyni olmadığı üçün əvvəlki qətnamələr qarşılıqlı iddia üçün yalnız MPM 82 maddəsində nəzərdə tutulan sübut əhəmiyyətinə malik ola bilər. 4)cavabdeh1 MMC-nin əvvəlki iddialarının əsasınıAli Məhkəmənin *(***)-****/**** saylı, ##.##.2021 tarixli qərarı ilə müəyyən edilmiş hallar təşkil edirdisə hazırkı qarşılıqlı iddia ərizəsinin əsasını Ali Məhkəmənin *(***)-****/**** saylı, ##.##.2021 tarixli qərarı və 609490 manat pulun ödəniləsini təsdiq edən qəbzlər təşkil edir. Belə ki, işə əlavə etdiyim qəbzlərdən göründüyü kimi ##.##.2017 tarixdən ##.##.2019 il tarixə kimi cavabdeh1 MMC və zaminlər tərəfindən kredit müqaviləsi üzrə “xxxx» ASC-yə 519050 manat və 53200 ABŞ dolları vəsait ödənilib. Nəsimi rayyon Məhkəməsinə iddia ərizəsi (iş№ *(006)-227/2018) ##.##.2017 tarixdə verilsə də, ödənişlər nəzərə alınmamışdır. Əksinə “xxxx» ASC ##.##.2017 tarixli iddia ərizəsinə ##.##.2018 tarixdə əlavə verərək iddia məbləğini 169015,3 manat artırmışdır. Hazırkı iddia ərizəizin əsasınıAli Məhkəmənin ##.##.2021 qərarı və ödəniş qəbzləri təşkil edir. Yəni hazırkı qarşlıqlı iddia üzrə əsaslar eyni deyil. 1) Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası(məsələn, MPMin 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçıməhkəmədən: ● birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; ● ikincisi, iddiaçıməhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; ● üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti -iddiaçının əldə etməyə çalışdığımaddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılmasıməsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. 2)Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən müəyyən edilıdiyi kimi hazırkı qarşılqlı iddianın həm predmeti, həm də əsasə eyni deyil. Bakı KOmmersiya Məhkəməsi KOnstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən tamamilə fərqli mövqe göstərmişdir. 1)Qarşılıqlı iddia ərizə məhkəməyə ##.##.2025 tarixdə təqdim edilsə də , məhkəmə 21 gün ərzində ərizəyə hər hansımünasibət bildirməyib, yalnız 21 gün sonra ##.##.2026 tarixdə qərardad qəbul edib ki, qarşılıqlı iddianın icraata qəbulundan içtina edilsin. Qarşılıqlı iddia ərizəsi 5 gün müddətində qaytarılmadığı üçün o qəbul edilmiş sayılır. 2)Oxşar iş üzrə Şamaxırayon Məhkəməsinin ##.##.2025 tarixli qərardadından şikayətim Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025 tarixli qərardadı ilə ona görə təmin edilmişdi ki, qarşılıqlı iddia ərizəsi 5 gün müddət keçdikdən sonra geri qaytarılıb (5ci vərəq, 5ci abzas). Daha sonra cavabdeh cavabdeh1 MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə məhkəmənin ##.##.2026 tarixli qərardadından şikayətin tələb hissəsindəki "Bakı Kommersiya Məhkəməsinin ##.##.2023 tarixli, e-*-*(*-**)-****/**** saylı qərardadının ləğv edilməsi, (Sumqayıt ApellyasiyaMəhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025 tarixli qərardadında formalaşmış hüquqi mövqe nəzərə alınmaqla) cavabdeh1MMC-nin qarşılıqlı iddiasının icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş edirəm" sözlərinin "Bakı Kommersiya Məhkəməsinin ##.##.2026 tarixli, e- *-*(*-**)-****/**** saylı qərardadının ləğv edilməsi, (Sumqayıt ApellyasiyaMəhkəməsinin oxşar 2(105)- ****/**** saylı, ##.##.2025 tarixli qərardadında (5ci vərəq, 5ci abzas) müəyyən edilmiş hüquqi mövqe nəzərə alınmaqla) cavabdeh1MMC-nin qarşılıqlı iddiasının icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş edirəm" sözləri kimi oxunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026 tarixli, e-*-*(*-**)-****/**** saylı nömrəli qərardadı şikayətin rədd edilməli və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh1 MMC-yə, X7, X10, X3, X1, cavabdeh4, İmanov Elməddin Səxavət oğluna və İmanov Anar Səxavət oğluna qarşı «kreditlər və qarantiya üzrə əsas borcların, hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair» iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, ## ##### 2016-cı il tarixli, K**** saylı kredit müqaviləsi üzrə cavabdehlər cavabdeh1 MMC-dən, cavabdeh4, İmanov Anar Səxavət oğlundan və İmanov Elməddin Səxavət oğlundan 1111796 (bir milyon bir yüz on bir min yeddi yüz doxsan altı) manat 34 (otuz dörd) qəpik əsas, 149839 (bir yüz qırx doqquz min səkkiz yüz otuz doqquz) manat 88 (səksən səkkiz) qəpik faiz, 16311 (on altı min üç yüz on bir) manat 51 (elli bir) qəpik cərimə, cəmi 1277947 (bir milyon iki yüz yetmiş yeddi min doqquz yüz qırx yeddi) manat 73 (yetmiş üç) qəpik, ## #### 2015-ci il tarixli, K****/** saylı kredit müqaviləsi üzrə cavabdeh1 MMC-dən və cavabdeh4 318363 (üç yüz on səkkiz min üç yüz altmış üç) manat 58 (elli səkkiz) qəpik əsas, 16217 (on altı min iki yüz on yeddi) manat 34 (otuz dörd) qəpik faiz, 24332 (iyirmi dörd min üç yüz otuz iki) manat 94 (doxsan dörd) qəpik cərimə, cəmi 358913 (üç yüz əlli səkkiz min doqquz yüz on üç) manat 86 (səksən altı) qəpik, ## ###### 2015-ci il tarixli, K**** saylı ərizə üzrə verilmiş 2015-129LG bank qarantiyası üzrə cavabdeh1 MMC-dən və cavabdeh4 113396 (bir yüz on üç min üç yüz doxsan altı) manat 86 (səksən altı) ABŞ dolları əsas, 9708 (doqquz min yeddi yüz səkkiz) ABŞ dolları 03 (üç) sent cərimə, cəmi 123104 (bir yüz iyirmi üç min bir yüz dörd) ABŞ dolları 89 (səksən doqquz) sent borcun tutularaq İddiaçı ASC-yə ödənilməsi, K1662, K1606 və K**** saylı kredit müqavilələri üzrə tutmanın X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə, X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə, K1874 və K**** saylı kredit müqavilələri üzrə tutmanın X10 mülkiyyətində olan Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 109 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisəyə, K1874 və K**** saylı ərizələr üzrə tutmanın X7 mülkiyyətində olan ünvan 2 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyd edilən daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin hesabına cavabdeh1 MMC-nin, İmanov Elməddin Səxavət oğlunun, İmanov Anar Səxavət oğlunun və cavabdeh4 iddiaçı İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, ipoteka predmetlərinin satışından əldə olunan məbləğ cavabdeh1 MMC-nin, İmanov Elməddin Səxavət oğlunun, İmanov Anar Səxavət oğlunun və cavabdeh4 iddiaçı İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq məbləğin cavabdeh1 MMC-dən, İmanov Elməddin Səxavət oğlundan, İmanov Anar Səxavət oğlundan və cavabdeh4 ümumi qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun və 150 (bir yüz əlli) manat xidmət haqqının cavabdehlər cavabdeh1 MMC-dən, İmanov Elməddin Səxavət oğlundan, İmanov Anar Səxavət oğlundan və cavabdeh4 tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli e-*(***)-***/**** saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, ## ##### 2016-cı il tarixli, K**** saylı kredit müqaviləsinə əsasən cavabdehlər "xxxx" MMC-dən, cavabdeh4, İmanov Anar Səxavət oğlundan və İmanov Elməddin Səxavət oğlundan iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1111796 (bir milyon bir yüz on bir min yeddi yüz doxsan altı) manat 34 (otuz dörd) qəpik əsas, 449536 (dörd yüz qırx doqquz min beş yüz otuz altı) manat 09 (doqquz) qəpik faiz, 32155 (otuz iki min bir yüz əlli beş) manat 81 (səksən bir) qəpik cərimə, cəmi 1593488 (bir milyon beş yüz doxsan üç min dörd yüz səksən səkkiz) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul vəsaiti, ## #### 2015-ci il tarixli, K****/** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehlər "xxxx" MMC-dən və cavabdeh4 iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 235542 (iki yüz otuz beş min beş yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 4305 (dörd min üç yüz beş) manat 20 (iyirmi) qəpik faiz, 2767 (iki min yeddi yüz altmış yeddi) manat 63 (altmış üç) qəpik cərimə, cəmi 242615 (iki yüz qırx iki min altı yüz on beş) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti, ## ###### 2015-ci il tarixli, K**** saylı ərizə çərçivəsində verilmiş 2015-129LG bank qarantiyası üzrə cavabdehlər "xxxx" MMC-den və cavabdeh4 iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 99898 (doxsan doqquz min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 36 (otuz altı) sent əsas, 5149 (beş min bir yüz qırx doqquz) ABŞ dolları 14 (on dörd) sent faiz, 275 (iki yüz yetmiş beş) ABŞ dolları 90 (doxsan) sent cərimə, cəmi 105323 (bir yüz beş min üç yüz iyirmi üç) ABŞ dolları 40 (qırx) sent məbləğində pul vəsaiti ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin cavabdehlər "xxxx" MMC-dən, cavabdeh4, İmanov Anar Səxavət oğlundan və İmanov Elməddin Səxavət oğlundan iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu və 150 (bir yüz əlli) manat xidmət haqqı vəsaiti tutulsun.K1662, K1606 və K**** saylı kredit müqavilələri üzrə tələb ipoteka ilə yüklü edilmiş X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 330000 (üç yüz otuz min) manat məbləğində müəyyən edilsin, həmçinin tutma X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 140000 (bir yüz qırx min) manat məbləğində müəyyən edilsin, həmçinin K1874 və K**** saylı kredit müqavilələri üzrə tutma X10 mülkiyyətində olan Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 109 ünvanında yerləşən 0.20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisəyə yönəldilsin, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 1150000 (bir milyon bir yüz əlli min) manat məbləğində müəyyən edilsin, həmçinin K1874 və K**** saylı ərizələr üzrə tutma X7 mülkiyyətində olan ünvan 2 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 1550000 (bir yüz əlli beş min) manat məbləğində müəyyən edilsin, həmin əmlaklar açıq hərracda satılsın, həmin daşınmaz əmlakların satışından əldə olunmuş vəsait cavabdehlər "xxxx" MMC-nin, cavabdeh4, İmanov Anar Səxavət oğlunun və İmanov Elməddin Səxavət oğlunun iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit borclarının ödənilməsinə yönəldilsin, həmin əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılaraq, mülkiyyətçilərinə təhvil verilsin, ipoteka predmetlərinin satışından əldə olunan məbləğ "xxxx" MMC-nin, İmanov Elməddin Səxavət oğlunun, İmanov Anar Səxavət oğlunun və cavabdeh4 iddiaçı İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğ "xxxx" MMC-dən, İmanov Elməddin Səxavət oğlundan, İmanov Anar Səxavət oğlundan və cavabdeh4 ümumi qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2021-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2021-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadına əsasən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-**/**** saylı qərardadına əsasən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin və Biləsuvar rayon İcra və probasiya şöbəsinin icra məmurlarının hərəkətlərindən borclu cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Borclu cavabdeh1 MMC Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin ##.##.2023- cü il tarixli *(***)-**/**** saylı qərardadından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ##.##.2023-cü il tarixli qərardadına əsasən Borclu cavabdeh1 MMC tərəfindən verilmiş şikayətin təmin olunmaması, iş üzrə Bakı Nəsimi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ### 2023cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı cavabdeh1 MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinin e-2- *(***)- ****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2024-cü il tarixli 2-2(103)- ***/**** saylı qərardadına əsasən cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardadda qeyd edilmişdir ki, işdə olan qanuni qüvvədə olan məhkəmə qərarlarından və icra sənədindən göründüyü kimi, ## ##### 2016-cı il tarixli, K**** saylı kredit müqaviləsinə əsasən cavabdehlər “xxxx” MMC-dən, cavabdeh4, İmanov Anar Səxavət oğlundan və İmanov Elməddin Səxavət oğlundan iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1111796,34 əsas, 449536,09 (dörd yüz qırx doqquz min beş yüz otuz altı) manat faiz, 32155,81 manat cərimə, cəmi 1593488,24 (bir milyon beş yüz doxsan üç min dörd yüz səksən səkkiz manat 24 qəpik) məbləğində pul vəsaitinin, ## #### 2015-ci il tarixli, K****/** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehlər “xxxx” MMC-dən və cavabdeh4 iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 235542,77 manat əsas, 4305,20 manat faiz, 2767,63 manat cərimə, cəmi 242615 (iki yüz qırx iki min altı yüz on beş manat, 60 qəpik) manat məbləğində pul vəsaitinin, ## ###### 2015-ci il tarixli, K**** saylı ərizə çərçivəsində verilmiş 2015- 129LG bank qarantiyası üzrə cavabdehlər “xxxx” MMCdən və cavabdeh4 iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 99898,36 ABŞ dolları əsas, 5149,14 ABŞ dolları faiz, 275,90 ABŞ dolları cərimə, cəmi 105323,40 (bir yüz beş min üç yüz iyirmi üç ABŞ dolları, 40 sent) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin cavabdehlər “xxxx” MMCdən, cavabdeh4, İmanov Anar Səxavət oğlundan və İmanov Elməddin Səxavət oğlundan iddiaçının xeyrinə 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 150 manat xidmət haqqının tutulması, K1662, K1606 və K**** saylı kredit müqavilələri üzrə tələbin ipoteka ilə yüklü edilmiş X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyriyaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 330000 (üç yüz otuz min) manat məbləğində müəyyən edilməsi, tutmanın X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 140000 (bir yüz qırx min) manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K**** saylı kredit müqavilələri üzrə tutmanın X10 mülkiyyətində olan Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 109 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 1150000 (bir milyon bir yüz əlli min) manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K**** saylı ərizələr üzrə tutmanın X7 mülkiyyətində olan ünvan 2 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 155000 (bir yüz əlli beş min) manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılması, həmin daşınmaz əmlakların satışından əldə olunmuş vəsaitin kredit borclarının ödənilməsinə yönəldilməsi, həmin əmlaklara tutmanın yönəldildikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılaraq, mülkiyyətçilərinə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan məbləğin kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğin “xxxx” MMC-dən, İmanov Elməddin Səxavət oğlundan, İmanov Anar Səxavət oğlundan və cavabdeh4 ümumi qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Borclu cavabdeh1 MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərindən ##.##.2015-ci il tarixli, K****/** nömrəli kredit müqaviləsi üzrə ##.##.2018-ci tarixdən ##.##.2019-cu il tarixədək aparılmış 41000 manat məbləğində ödənişin və ##.##.2016-cı il tarixli, K**** nömrəli kredit müqaviləsi üzrə ##.##.2019-cu ildən ##.##.2019-cu ilə kimi 549000 manat məbləğində (cəmi 590000 manat) ödənişin Nəsimi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, 2(006)- ***/**** saylı (qüvvəyə mindiyi vaxt: ##.##.2021, icra sənədinin verildiyi vaxt 02.03) icra vərəqəsi üzrə tutulmalı olan borcdan silinməsinin Biləsuvar rayon İcra və probasiya şöbəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilməsi xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-**/**** saylı qərardadı ilə şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Borclu cavabdeh1 MMC həmin qərardaddan şikayət vermiş, şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2023- cü il tarixli, *(***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə borclu cavabdeh1 MMC tərəfindən verilmiş şikayət təmin olunmamış, iş üzrə Bakı Nəsimi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ### 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli qərardadında qeyd olunmuşdur ki, iddiaçının istinad etdiyi məhkəmə qərarları iddia olunan 590000 manat pul vəsaitinin silinməli olunması sahəsində hər hansı preyudisial əhəmiyyətə malik deyildir. Yəni, qeyd olunan məhkəmə qərarları ilə həmin pul vəsaitinin borclu tərəfindən tələbkara ödənilməsi müəyyən olunmamış, sadəcə ekspertiza rəyinin məlumatlarına istinad olunmuşdur. Borclu sonradan (birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra) edilmiş ödənişlərini sübut etmək yükünü daşıyır. Lakin, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Borclunun istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2020-ci il tarixli, */**** saylı ekspert rəyindən isə görünür ki, ekspert məhz iddiaçının (İddiaçı ASCnin) təqdim etdiyi hesabdan çıxarışın məlumatlarına əsaslanmış, cavabdehin hər hansı ödəniş sənədinin mövcudluğunu qeyd etməmişdir. Tələbkar isə hesabdan çıxarışda olan məlumatlarla bağlı məhkəməyə arayışlar təqdim edərək göstərmişdir ki, silinməsi iddia edilən pul vəsaitləri müştəri tərəfindən ödənilməmiş, həmin vəsait Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın təsdiq edilməsi barədə ##.##.2022-ci il tarixli, **/*-* nömrəli qərarının tələblərinə uyğun olaraq İddiaçı ASC-nin AZ**PAHA*****AZNBL********* saylı hesabından balansdan kənar hesaba keçirilmişdir. Bu hal isə, özü-özlüyündə öhdəliyin borclu tərəfindən tam və ya qismən icrası (xitamı) anlamına gəlməməklə, bank sahəsində qəbul edilmiş müvafiq qərarların icrası ilə bağlı olmuşdur. Göründüyü kimi, borclu şikayətin dəlilləri üzrə istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021ci il tarixli qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmadığı halda cavabdehlər qeyd edilən məsələni qanunla müəyyən edilmiş qaydada mübahisələndirmək hüququna malikdirlər. Kollegiya qeyd edir ki, göründüyü ki, hazırkı iş üzrə iddiaçı cavabdeh1 MMC (borcu) öz hüququndan istifadə edərək şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, tərəflərindən ##.##.2015-ci il tarixli, K****/** nömrəli kredit müqaviləsi üzrə ##.##.2018-ci tarixdən ##.##.2019-cu il tarixədək aparılmış 41000 manat məbləğində ödənişin və ##.##.2016-cı il tarixli, K**** nömrəli kredit müqaviləsi üzrə ##.##.2019-cu ildən ##.##.2019cu ilə kimi 549000 manat məbləğində (cəmi 590000 manat) ödənişin Nəsimi Rayon Məhkəməsinin icra vərəqəsi üzrə tutulmalı olan borcdan silinməsinin Biləsuvar rayon İcra və probasiya şöbəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilməsi xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-**/**** saylı qərardadı ilə şikayət ərizəsinin təmin edilməməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə borclu cavabdeh1 MMC tərəfindən verilmiş şikayət təmin olunmamış, iş üzrə Bakı Nəsimi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ### 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2024-cü il tarixli 2- *(***)-***/**** saylı qərardadından iddiaçı cavabdeh1 MMC tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərardadına əsasən idiaçı cavabdeh1 MMC-nin kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. - 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə və 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. - 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. - 156.1-ci maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh1 MMC-yə, X7, X10, X3, X1, cavabdeh4, İmanov Elməddin Səxavət oğluna və İmanov Anar Səxavət oğluna qarşı «kreditlər və qarantiya üzrə əsas borcların, hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair» iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə məhkəməyə müraciət etmişdir. Qeyd edilən iddia üzrə qəbul edilmiş yekun məhkəmə aktının icra edilməsi üçün icra şöbəsinə icra vərəqəsi göndərilmişdir. Daha sonra cavabdeh1 MMC (hazırkı iş üzrə qarşılıqlı iddia ərizəsini verən) həm iddia icraatı qaydasında iddia ərizəsi ilə, həm də icra icraatı qaydasında şikayət ərizəsi ilə məhkəmələrə müraciət edərək İddiaçı ASCyə edilmiş 590000 manat ödənişin borc məbləğindən silinməsini tələb etmişdir. MMC-nin qeyd edilən həm iddia ərizəsi, həm də şikayət ərizələri təmin edilməmişdir. Hazırda isə MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirir ki, “əvvəlki məhkəmələr həmin tələbi ona görə rədd etmişdilər ki, həmin vəsaitin ödənilməsi ilə bağlı cavabdeh1 MMC tərəfindən heç bir sənəd təqdim olunmamışdır. Bugünki gün isə ödənilmiş 50.000 manat məbləğində vəsaitin geri qaytarılması tələb olunur”. cavabdeh1 MMC əvvəl qaldırmış iddia və şikayət ərizəsi ilə artıq edilmiş 590.000 manat ödənişin nəzərə alaraq borcdan silinməsini tələb etmişdir, hazırkı qarşılıqlı iddia ilə isə 50785,5 manat artıq ödənişin geri qaytarılmasını xahiş etsə də, lakin mahiyyət etibarı ilə artıq edilmiş ödənişdən söhbət gedir (əvvəl borcdan silinməsini tələb etmiş, bugün isə geri qaytarılmasını xahiş edir). Və cavabdeh1 MMCnin nümayəndəsi bildirir ki, əvvəlki məhkəmələr həmin tələbi ona görə rədd etmişlər ki, həmin vəsaitin ödənilməsi ilə bağlı cavabdeh1 MMC tərəfindən heç bir sənəd təqdim olunmamışdır, bugün isə müəəyən ödəniş qəbzlərini təqdim edilərlər, ona görə qarşılıqlı iddia icraata qəbul edilməlidir. Lakin, məhkəmə MMC-nin nümayəndəsinin arqumentlərini əsassız hesab edir. Belə ki, bir məsələyə məhkəmə qaydasında baxılaraq sübutlar olmadığı üçün iddia/şikayət rədd edilərək yekun məhkəmə aktı qəbul edilirsə, yenidən eyni məsələ ilə bağlı məhkəməyə müraciət etmək yolverilməzdir. MMC-nin hazırkı qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi ödəniş sənədləri belə 2017-2019-cü illəri əhatə edir (MMC-nin qeyd edilən iddia və şikayətləri üzrə isə məhkəmə qərarları 2023-2024-cü illərə aiddir). Göründüyü kimi, MMC-nin iddia etdiyi artıq ödəniş məsələlərinə dair (bügün tələb etdiyi 50785,5 manatdan da artıq – 590.000 manat) yekun məhkəmə aktları ilə artıq qiymət verilmişdir. Göründüyü ki, Bankın qaldırdığı iddiası üzrə qəbul edilmiş məhkəmə qətnaməsinə dair verilmiş icra vərəqəsi üzrə icra icraatı hələ də davam etməkdədir. İcra icraatı çərçivəsində edilmiş yeni ödənişlər (Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-**/**** saylı qərardadı ilə artıq qiymət verilmiş məsələlərdən başqa) nəzərə alınmadığı halda icra icraatı qaydasında mübahisələndirmək hüququ yenə də mövcüd olaraq qalır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh cavabdeh1 MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.## 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-943/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-943/2026
19.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver