Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-950/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı MMC-nin cavabdeh “İM-EX Trading” MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açıq sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı İddiaçı MMC cavabdeh “İM-EX Trading” MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsindən cavabdeh “İM-EX Trading” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı MMC və “İM-EX Trading” MMC arasında ## ###### 2024-cü il tarixli **/** saylı malların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən "Satıcı" hazırkı müqavilənin şərtlərinə uyğun olaraq "Alıcı"ya satdığı "Mallar"ı vermək öhdəliyini, "Alıcı" isə həmin "Mallar"ı qəbul etmə öhdəliyini öz üzərinə götürür. 1.2-ci bəndinə əsasən "Alıcı"nın sifarişi "Satıcı" tərəfindən bu müqavilənin şərtlərinə əsasən məcburi icraya qəbul edilir. 1.3-ci bəndinə əsasən "Alıcı" Azərbaycan Respublikası daxilində tədarük ünvanlarının sayını artırmaq və ya azaltmaq hüququna malikdir. "Alıcı" tərəfindən "Satıcı"ya bu barədə 5 (beş) iş günü müddətində müvafiq məlumat veriləcəkdir və "Satıcı" "Mallar"ı "Alıcı"ya razılaşdırılmış qaydada təhvil verməlidir. 1.4-ci bəndinə əsasən malın qiyməti ilə əlaqədar olaraq "Satıcı" tərəfindən "Alıcı"ya verilən güzəşt və imtiyazlar (satış həcminə görə endirim, marketinq xidmətlərinə görə endirim və ya ödəmə, həvəsləndirmələr, kampaniyalar və sairə) ayrıca razılaşdırılır və bu razılaşdırma hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Belə güzəşt və imtiyazlar "Satıcı"nın "Alıcı"ya ünvanladığı elektron məktubla təsdiqlənə bilər. 4.3-cü bəndinə əsasən Ödəniş Satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə, elektron qaimə (hesab-faktura) və Malın təhvil-təslimini təsdiq edən müvafiq qaimə-fakturaya əsasən Malın "Alıcı" tərəfindən qəbul edildiyi tarixdən 60 gün müddətində "Alıcı" tərəfindən nağdsız hesablaşmalar qaydasında aparılır.
2. İddiaçı MMC tərəfindən “İM-EX Trading” MMC-yə malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə ##.##.2024-cü il tarixli MT2401 seriyalı ******** nömrəli 6614,4 manat məbləğində e-qaimə göndərilmişdir.
3. İddiaçı MMC-yə məxsus hesabdan çıxarışa əsasən ##.##.2025-ci il tarixdə “İM- EX Trading” MMC tərəfindən İddiaçı MMC-nin hesabına 1500 manat məbləğində ödəniş edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:
4. İddiaçı İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “ İM-Ex Trading” MMC-dən iddiaçıİddiaçı MMC-nin xeyrinə təhvil alınmış mallara görə 5514 manat əsas borcun; gecikməyə görə hesablanmış 1500 manat dəbbə pulunun, bu məbləğdən hesablanmış dövlət rüsumunun cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC (Alıcı) ilə İddiaçı MMC (Satıcı) arasında ## ###### 2024-cü il tarixli, № **/** saylı“Malların alqı-satqı müqaviləsi” bağlanmışdır. Müqaviləyə görə satıcı alıcının sifarişi əsasında malları təhvil verməyi, alıcı isə malları qəbul edib dəyərini müəyyən olunmuş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq satıcı tərəfindən alıcıya elektron qaimə-faktura tərtib edilmiş və alıcı tərəfindən qəbul olunmuşdur. Qaiməyə əsasən təhvil verilmiş malların ümumi dəyəri 6614 manat təşkil etmişdir. Və həmin borcdan cari ildə 1000 manat məbləğində ödəniş etmişdir. Alıcı tərəfindən malların dəyəri tam həcmdə ödənilməmiş, 5514 manat məbləğində borc bu günə kimi ödənilməmiş qalmışdır. Satıcı tərəfindən alıcıya dəfələrlə şifahi müraciətlər olunmasına baxmayaraq, borc könüllü qaydada ödənilməmişdir. Bununla əlaqədar olaraq ##.##.2025-ci il tarixində alıcının ünvanına ödənilməmiş borcun və dəbbə pulunun könüllü qaydada ödənilməsi tələbi ilə pretenziya göndərilmiş, pretenziyada 5 bank günü müddətində: təhvil alınmış mallara görə 5514 manat əsas borcun; gecikməyə görə hesablanmış 1500 manat dəbbə pulunun ödənilməsi tələb edilmişdir. Pretenziya və ona əlavə olunan sənədlər cavabdehə çatdırılsa da, müəyyən edilmiş müddətdə hər hansı ödəniş həyata keçirilməmiş, yazılıetiraz da təqdim olunmamışdır. Beləliklə, cavabdeh müqavilə və qanunla müəyyən edilmiş öhdəliklərini pozaraq malların dəyərini vaxtında ödəməmiş, bununla da iddiaçıya maddiziyan vurmuş və pul vəsaitinin əsassız olaraq istifadəsində olmuşdur.
6. İddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 567, 462-466-cı maddələri göstərilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “İM-EX Trading” MMC-dən 5114,4 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 71 manat tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə xüsusilə vurğulayıb ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə araşdırılması zamanı müəyyən edilib ki, iddiaçı ilə cavabdeh arasında ## ###### 2024-cü il tarixli **/** saylı alqı-satqı müqaviləsi imzalanmışdır. İddiaçı tərəfindən cavabdehə 6614,4 manat məbləğində mallar satılmış və həmin məbləğdə iddiaçı tərəfindən cavabdehə e-qaimə göndərilmişdir. Cavabdeh tərəfindən təyinatı həmin e-qaimə göstərilməklə 1500 manat ödəniş etsə də, 5114,4 manat məbləğində malların dəyəri ödənilməmiş qalmışdır. Qeyd edilən 5114,4 manat borc məbləği cavabdeh tərəfindən etiraf edilmişdir. Buna görə də, məhkəmə hesab edib ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə və həmin e-qaimə üzrə qismən ödəniş ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 5114,4 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 5114,4 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 5114,4 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə iddiaçı iddia ərizəsində Mülki Məcəllənin 462-466-cı maddələrinə istinad edərək 1500 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə bu tələbi əsassız hesab edərək, rədd edilməsi qənayətinə gələrək aşağıdakıları qeyd edib. Belə ki, MM-nin 462.1-ci maddəsinə əsasən “dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir”. 41. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 91 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi olaraq 71 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
9. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəllənin 425.1, 442, 443.1, 462.2, 462.3, 462.4, 462.5, 463.1, 463.2, 567, 568.1, 575.1, 579.1, 599.1, 599.3, 599.4, 600.1, 600.4-cü maddələrinə istinad etmişdir.
10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə nəticəyə gələrkən malların cavabdehə faktiki olaraq təhvil verilib-verilməməsi məsələsini tam və hərtərəfli araşdırmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaiməfakturalar özlüyündə malların cavabdeh tərəfindən faktiki qəbul edilməsini və təhvil alınmasını təsdiq edən sübut hesab edilə bilməz. Həmin sənəd vergi uçotu məqsədləri üçün nəzərdə tutulmuş sənəd olmaqla, malların həqiqətən alıcıya çatdırılmasını və qəbul edilməsini təsdiq etmir. Tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli **/** nömrəli Mallarınalqı-satqısı müqaviləsinin 3-cü bölməsi malların təhvili və qəbul edilməsinin qaydasını imperativ şəkildə müəyyən etmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən Satıcı yalnız o halda malların təhvili üzrə öhdəliyini icra etmiş hesab olunur ki, mallar müqavilədə nəzərdə tutulan qaydada alıcıya çatdırılmış olsun. Bununla yanaşı, 3.2.2-ci bənddə xüsusi olaraq müəyyən edilmişdir ki, satıcıya məxsus mallara dair qaimə və malların daşıma qaiməsinin satıcının nüsxəsində alıcının səlahiyyətli nümayəndəsinin imzası və möhürü olmadıqda, alıcı satıcının malın təhvil verilməsi barədə iddiasını rədd etmək səlahiyyətinə malikdir. Göründüyü kimi, tərəflər malların təhvil verilməsinin hansı sübutlarla təsdiq olunacağını əvvəlcədən müqavilə ilə razılaşdırmışlar. Deməli, iddiaçının malların təhvil verildiyini sübut etməsi üçün müqavilədə nəzərdə tutulmuş qaydada tərtib edilmiş, alıcının səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq olunmuş mal qaiməsini və malların daşıma qaiməsini məhkəməyə təqdim etməsi zəruri idi. Lakin iş materiallarında belə sənədlər mövcud deyildir. Məhkəmə də həmin sənədlərin olub-olmamasını araşdırmamış, onların təqdim edilməməsinin hüquqi nəticələrinə ümumiyyətlə qiymət verməmişdir. Bundan başqa, məhkəmə müqavilənin 4.2-ci bəndini də nəzərə almamışdır. Həmin bəndə əsasən tərəflər arasında ən azı ayda bir dəfə üzləşmə aktı tərtib olunmalı, satıcının səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmədiyi halda isə alıcı müqavilə üzrə ödənişləri dayandırmaq hüququna malikdir. Eyni zamanda, 4.3-cü bəndə əsasən ödəniş yalnız satıcının təqdim etdiyi ödəniş sənədləri, elektron qaimə və malın təhvil-təslimini təsdiq edən müvafiq qaimə-faktura əsasında, malların alıcı tərəfindən qəbul edildiyi tarixdən hesablanmalıdır. Deməli, tərəflərin razılığına əsasən elektron qaimə-faktura öz-özlüyündə ödəniş öhdəliyi yaratmır. Bunun üçün mütləq malların təhvil-təslimini təsdiq edən sənədlərin mövcudluğu tələb olunur. Birinci instansiya məhkəməsi isə yalnız elektron qaiməyə və qismən ödəniş edilməsinə istinad etməklə müqavilənin açıq şərtlərini tətbiq etməmişdir. Qətnamədən görünür ki, məhkəmə malların faktiki təhvilini araşdırmaq əvəzinə, cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahata və həyata keçirilmiş qismən ödənişə əsaslanaraq borcun mövcud olması nəticəsinə gəlmişdir. Halbuki, tərəflərin müqaviləsi malların təhvilinin hansı sənədlərlə sübuta yetiriləcəyini dəqiq müəyyən etmişdir və məhkəmə ilk növbədə həmin sənədlərin mövcudluğunu yoxlamalı idi. Beləliklə, birinci instansiya məhkəməsi müqavilənin 3.2, 3.2.2, 4.2 və 4.3-cü bəndlərini tətbiq etməmiş, malların müqaviləyə uyğun qaydada təhvil verilib-verilməsini araşdırmamış, nəticədə iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halları tam müəyyən etmədən qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
14. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
15. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Apellyasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə qətnamənin iddianın təmin edilmiş hissəsində ləğvinə yönəldilmişdir, odur ki, qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC (satıcı) ilə “İM- EX Trading”
21. MMC (alıcı) arasında bağlanmış ## ###### 2024-cü il tarixli **/** saylı alqısatqı müqaviləsinə görə iddiaçı alıcıya malları satmağı, cavabdeh isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı həmin müqaviləyə əsasən tərəfindən cavabdehə mallar təqdim edildiyini, lakin həmin malların dəyərinin ödənilmədiyini, nəticədə cavabdehin iddiaçıya mübahisəli müqavilə üzrə 5514 manat məbləğində borcun yarandığını əsas göstərərək həmin borcun eyni zamanda borcun ödənilməsinin gecikdirilməsi ilə bağlı dəbbə pulunun cavabdehdən tutulmasını tələb edir.
22. Kollegiya qeyd edir ki, əsas bocun tutulması hissəsində iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567 və 598.1-ci maddələri təşkil edir.
23. Alqı-satqı müqaviləsi üzrə malların təqdim edilməsi məsələsinə münasibətdə qeyd edilir ki, iddiaçı malların təqdim edilməsi faktlarını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş və düzəliş üçün qaytarılmamış elektron qaimə ilə yanaşı həmin qaimə üzrə cavabdeh tərəfindən ödəniş edilməsini təsdiq edən bank hesabından çıxarışı məhkəməyə təqdim etmişdir. Göstərilən sübutlar ona dəlalət edir ki, tərəflər arasında malların təqdim edilməsinin elektron qaimə göndərilməklə rəsmiləşdirilməsi ilə bağlı işgüzar münasibət formalaşmışdır.
24. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 6614,40 manat məbləğində olan elektron qaimə təqdim edildiyi, cavabdeh tərəfindən isə həmin qaimə üzrə 1500 manat məbləğində ödəniş edildiyi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı həmin qaimə üzrə qalıq borc məbləği olan 5114,40 manat məbləğində pulun tutulmasını tələb etmək hüququna malikdir.
25. Cavabdehin malların faktiki təhvil verilməməsi və müqavilədə nəzərdə tutulan sənədlərin təqdim edilməməsi barədə dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh malların faktiki təhvil verilmədiyi halda malların təqdim edilməsinə dair elektron qaiməyə etiraz etməməsinin, əksinə həmin qaimə üzrə ödəniş həyata keçirməsinin səbəblərini ağlabatan şəkildə izah etməmişdir. Bu hal cavabdehin dəlillərinin formal xarakter daşıdığını göstərir.
26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.
27. Qətnamə iddia tələbi hissəsində dəyişdirilmədən saxlandığından məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də qətnamənin dəyişdirilməsi üçün əsas yoxdur.
28. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “İM-EX Trading” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov