Məhkəmə qərarları › İş №e-2-2(3-6)-952/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-952/2026

27.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-952/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X24 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X5 cavabdeh Cavabdeh ASC-yə qarşı "borcun silinməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları

1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən, 19,1 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında X2 adına dövlət qeydiyyatına alınmışdır. Çıxarışa əsasən, həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ ##.##.2019-cu il tarixdə 1119105072 nömrə ilə qeydə alınmışdır.

2. Cavabdeh ASC tərəfindən tərtib edilən və ASC-nin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan ##.##.2025-cı il tarixli, ****** saylı aktdan görünür ki, Elektrik enerjisindən istifadə qaydalarına uyğun baxış keçirən zaman məlum oldu ki, obyektə məxsus elektrik sayğacının üzərinə vurulmuş alt qapaq möhürü saxta möhürdür. Kompüter məlumat bazasında sayğac üzərində olan alt qapaq möhürü ****** saylı sarı möhür olmalıdır. Aktın tələb hissəsində qeyd edilmişdir ki,sayğac üzərində olan alt qapaq möhürünə laboratoriya tərəfindən rəng verilsin, sayğac yenisi ilə əvəz edilsin, çıxarılan sayğaca laboratoriya şəraitində rəy verilsin.

3. Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş “Elektrik sayğacının yoxlanılması haqqında” ##.##.2025-ci il tarixli DY QM ***/** nömrəli protokoldan görünür ki, elektrik sayğacına baxış keçirilərkən sayğacın gövdəsi arxa hermetik hissədən açılaraq sayğaca müdaxilə olunduğu müəyyən edilmişdir. Protokolda təqdim edilmiş ******* nömrəli narıncı alt qapaq möhürünün kompüter bazasında qeydiyyatda olan məlumatlarla uyğun gəlmədiyi, 08/3255 abonent kodu üzrə kompüter bazasında ****** nömrəli sarı alt qapaq möhürünün qeyd olunduğu göstərilmişdir. Həmin protokolda sayğacın “istismara yararsız” olduğu qeyd edilmiş, yoxlama nəticəsində “müdaxilə” qeydi aparılmışdır.

4. .Cavabdeh ASC tərəfindən tərtib edilən ##.##.2025-cı il tarixli icra vərəqəsinə əsasən abonent kodu 08/3255, istehlakçının adı X2 olan sayğaca 1.405,90 manat borc hesablanmışdır. Aktın qüsur adlanan qrafasında qeyd edilmişdir ki, baxış zaman məlum oldu ki, obyektə məxsus elektrik sayğacının alt qapağına vurulmuş möhür saxtadır. Kompüter məlumat bazasında sayğac üzərində olan alt qapaq möhürü ****** saylı sarı möhür olmalıdır.

5. X2 abunə haqqında məlumatından görünür ki, X2 məxsus abonent kodu 08/3255 olan sayğac üzrə ümumilikdə 12.884,85 manat məbləğində borc hesablanmış, həmin borcun 11.300,36 manat hissəsi ödənilmiş və nəticədə 1584,49 manat məbləğində qalıq borc yaranmışdır. Həmin məlumatlarda abonentə aid olan obyektin dəftər-kitab satışı ilə məşğul olması və obyektin ünvanının Bakı şəhəri, Nizami rayonunda yerləşən obyekt olduğu da öz əksini tapmışdır.

6. ##.##.2026-cı il tarixli pretenziya məktubu ilə cavabdehdən əsassız hesablanmış borcun 5 iş günü ərzində silinməsi xahiş edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı X5 cavabdeh Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri Nizami rayonu, Əliağa Kürçaylı küçəsi *A saylı ünvanında yerləşən, 19.1 kvm mülkiyyətimə xxxx ASC tərəfindən təchiz edilmiş, zavod seriyası A080943743, **/**** nömrəli abunə kodundan 1405,87 (min dörd yüz beş manat, səksən yeddi qəpik) məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2019-cu il tarixdən ünvan 3 ünvanında yerləşən, 19.1 kvm sahəyə malik xüsusi mülkiyyətimdən istifadə edir. Həmin müddətdən bu günə kimi xxxx ASC tərəfindən təchiz edilmiş elektrik sayğacından daimi istifadə edərək, hər ay istifadə etdiyi elektrik sərfiyatına görə ödəniş etmişdir. ##.##.2025ci il tarixdə ona məxsus ünvan 3 ünvanında yerləşən, 19.1 kvm sahəyə malik xüsusi mülkiyyətimə aid elektrik sayğacına ona xəbərdarlıq edilmədən baxış keçirilmişdir. ##.##.2025-ci il tarixdə xxxx ASC nin əməkdaşları ona məxsus mülkiyyətində olan yerin elektrik sayğacına kənar müdaxilə olunduğunu bildirib protokol tərtib etdilər. O həmin protokoldan narazı olduğu üçün imza etməkdən imtina etdi. O, xxxx ASC-nin əməkdaşlarına həmin elektrik sayğacı üzrə hər ay nəzarətçi tərəfindən ona təqdim edilmiş işıq borcunun bildirişlərinə görə ödənişlər etdiyini bildirsədə, onlar buna məhəl qoymadılar. Mülkiyyətində olan yerin elektrik sayğacına guya kənar müdaxilə olunduğunu bildirib, 1405,87 (min dörd yüz beş manat, səksən yeddi qəpik) qanunsuz borc yazıldı. Mülkiyyətində olan yerin sayğacına kənar müdaxilə olunmuşdursa, uzun ilər fasiləsiz elektrik sərfiyatına görə hər ay pul ödəyən zaman niyə nəzarətçi tərəfindən bu fakt aşkar edilmədiyini soruşduqda xxxx ASC-nin əməkdaşları ona cavab verməyərək çıxıb getdilər. Bu səbəbdən də o, hazırda qeyd olunan səbəblərdən məhkəməyə müraciət etmək məcburiyyətindədir.

9. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə və digər qanunvericik normalarına istinad olunmuşdur.

10. Bundan əlavə, iddiaçı məhkəməyə ünvanlandığı ərizədə qeyd etmişdir ki, 2019cu ildən bu günə kimi ünvan 2 ünvanındakı 19.1 kv.m-lik obyektimi işlədir. Bu dövr ərzində istifadə etdiyi elektrik enerjisinin haqqını hər ay sayğac göstəricisinə uyğun olaraq tam və vaxtında ödəmişdir. Ödəniş qəbzləri iş materialarında var. Lakin ## ######## 2025-ci il tarixində Cavabdeh ASCnin əməkdaşları, heç bir əsaslı sübut olmadan, sayğaca guya kənar müdaxilə edilməsi barədə akt tərtib ediblər. Bu əsassız akta görə ona 1405,87 manat cərimə borcu yazılıb. Aktı imzalamamışdır və bu qanunsuz borcu qəbul etmir. İddianı 3 qısa və məntiqli faktla əsaslandırır: Sübut yoxdur: Mülki Prosessual Məcələnin tələblərinə əsasən, hər bir tərəf öz iddiasını sübut etməlidir. Cavabdeh ASC sayğaca müdaxilə olunduğunu təsdiq edən heç bir laboratoriya rəyi, ekspertiza qərarı və ya maddi sübut təqdim edə bilmir. İddia tamamilə subyektivdir. Nəzarətçinin məsuliyyəti: O bu obyekti 6 ildir işlədir. Cavabdeh ASC-nin nəzarətçiləri hər ay gəlib bu sayğaca baxıblar və heç bir problem aşkar etməyiblər. Əgər sayğacda problem olmayıbsa, bu borc haradan yaranıb? Əgər nəzarətçi işinə baxmayıbsa, qurumun öz səhlənkarlığının bədəlini o ödəməməlidir. Hesablamanın qeyri-qanuniliyi: Bu 1405 manat borcun hansı düsturla, hansı cihazların gücünə görə və hansı müddətə hesablandığı məlum deyil. Heç bir şəffaf hesablama mexanizmi yoxdur. Ortada sübuta yetirilmiş heç bir zərər və ya onun tərəfindən edilmiş qanunsuz hərəkət yoxdur. Ona görə də ona məxsus ünvan 2 ünvanındakı 19.1 kv.m lik obyektin sayğacı üzrə Cavabdeh ASC tərəfindən qanunsuz yazılmış 1405,87 manat borcun silinməsi barədə iddianın təmin olunması xahiş olunur.

11. Cavabdeh nümayəndəsi vasitəsilə məhkəməyə yazılı etiraz təqdim etmişdir.

12. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X4 Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş NİQ ****** saylı, ##.##.2026 tarixli akta hesablanmış 1405,87 manat hesablanmasış borcun **/**** nömrəli abonent hesabından silinməsi barədə qətnamə qəbul etməsi barədə xahiş etmişdir. X4 cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə iddiaçının tələbini qəbul etmirlər və bütün sübutları məhkəməyə təqdim etmişlər. İddiaçının özünündə qeyd etdiyi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və obyekti icarəyə götürməklə gəlir əldə edir və obyekt qeyri əhali abonent istehlakçısı kodu (08/3255) altında fəaliyyət göstərir. Təqdim olunmuş sənədlərdəndə göründüyü kimi abunə **/**** saylı abunə kodu vətəndaş X2 aiddir. Bundan əlavə abonent qeyri əhali qrupuna aid olsa da VÖEİN-i olmadığına görə, sahibkar kimi qeydiyyatda deyil. Qanunvericiliyin tələblərinə əsasən hesab edirlər ki, qeyd olunan mübahisəyə hazırki Məhkəmədə baxıla bilməz. Bundan əlavə iddiaçı X4 ilə Cavabdeh ASC arasında elektrik enerjisinə dair alqı satqı müqaviləsi mövcud deyildir. Abonent haqqında elektron sənəddəndə göründüyü kimi abunə kodu Azər Məmmədovun adınadır. Həmin abunə haqqında sənəddə abonent A.Məmmədovun ##.##.2026-cı il tarixinə 1584,49 manat borcu mövcuddur. Bundan başqa iş üzrə iddiaçı olan R.Abbasova ilə Cavabdeh ASC arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi imzalanmamış və iddiaçı Cavabdeh ASCnin elektron məlumat bazasında abonent kimi qeydə alınmamışdır. Sadalananlardan göründüyü kimi iddiaçının iddia ərizəsinin verilməsi üçün heç bir subyektiv hüququ yoxdur. Odur ki, iddia ərizəsində göstərilən və silinməsi tələb edilən məbləğin ona aid olmamasını, eləcə də iddiaçının iddia üzrə subyektiv hüqunun olmamasını, habelə qununvariciliyin tələbini əsaslanaraq, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarını pozulmaqla verildiyindən icraatda olan kommersiya işinə xitam verilməsi xahiş olunur.

13. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahat verərək bildirmişdir ki, həmin obyekt dəftərxana ləvazimatlarının satışı ilə məşğul olur. Yoxlama nəticəsində işıq sayğacına kənar müdaxilənin aşkar edildiyini bildirərək ona artıq məbləğdə borc yazdılar. Həmin obyekt həyat yoldaşı Məmmədov Azərin adına rəsmiləşdirilib. O isə oradan icarəçi kimi fayda götürür. Qarşı tərəf borc məbləğinin hesablanması zamanı ondan hansısa sənəd tələb etməmişdir. İcarə müqaviləsi iş materiallarına əlavə edilib. Cavabdeh tərəfin əməkdaşları hər ay gələrək sayğacda zəruri yoxlamaları aparıblar.

14. Hazırki məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, həmin obyekt 2019-cu ildən etibarən onun icarəsindədir. Məhz bu səbəbdən iddia ərizəsində “mənə məxsus” ifadəsindən istifadə etməyi məqbul saymışdır. İcarə obyektinin mülkiyyətçisi həyat yoldaşı Məmmədov Azərdir. Əvvəldən obyektin sahibi kimi məhkəmədə onun iddia qaldırmalı olduğunu düşünürdülər. Lakin sonradan məhkəmədə çalışan bir tanışları onun əsl iddiaçı ola bilməyəcəyini, icarəçi kimi onun iddia ərizəsi verməli olduğunu bildirdi. O həmin icarə obyektində artıq 6 ildən çoxdur ki, fəaliyyət göstərir. Bu müddət ərzində Cavabdeh ASCnin əməkdaşları hər ay elektrik sayğacına baxış keçirmiş və hansısa uyğunsuzluq barədə onlara məlumat verməmişdir. Onlar da öz növbəsində elektrik enerjisi sərfiyyatına görə yaranmış kommunal borcu vaxtıvaxtında ödəmişlər. Əgər icarə obyektinin elektrik sayğacına kənardan hansısa müdaxilə edilsəydi, bu həmin 6 il ərzində çoxdan müəyyən edilmiş olardı. İcarə obyektində məktəb ləvazimatlarının satışı ilə məşğul olur. Obyekti genişləndirərək elektrik avadanlıqları və işıqların sayını artırdıqlarına görə hal-hazırda aylıq orta hesabla 185 manat məbləğində elektrik sərfiyyatı ödənişi verirlər. Elektrik sayğacı mexaniki idi. Cavabdeh ASC-nin əməkdaşları hər ay gəlib kommunal borcu yazıb verirdilər, onlar da onu ödəmişlər. Elektrik sayğacı icarə obyektindən təxminən 50 metr aralıda yerləşir. Bu da özü-özlüyündə ora hansısa kənar təsir göstərməklərini istisna edir.

15. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, hal-hazırda baxılan kommersiya mübahisəsi üzrə iddiaçının iddia vermək üzrə subyektiv hüququnun olub-olmadığı, həmçinin məhkəmə aidiyyatının müəyyənləşdirilməsinə zərurət olduğunu düşünürlər. Müvafiq sistemdə axtarış aparılan zaman obyektin VÖEN-i hansı şəxsin adına çıxırsa, borc məbləği də onun adına yazılır. Həmin obyekt isə 2006-cı ildən etibarən Məmmədov Azərin adına olmuşdur. Hazırda baxılan iş üzrə məhkəmə aidiyyatı və iddiaçının iddia ərizəsinin verilməsinə dair subyektiv hüququnun olub-olmaması aydınlaşdırılması məqsədilə onun tərəfindən vəsatət verilmişdir. Borcun hesablanmasına dair akt Məmmədov Azərin adına yazılıb. Həmin şəxsin də VÖEN-i olmadığından bu mübahisəyə kommersiya məhkəməsində baxılmasını düzgün hesab etmirlər.

16. Hazırki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, abonentin saldosu barədə sənəd məhkəməyə təqdim edilib. Hazırda baxılan iş üzrə bundan əvvəl keçirilən məhkəmə iclaslarında da iddiaçının iddia qaldırmaqla bağlı subyektiv hüququnun olub-olmaması və mübahisənin məhkəmə aidiyyatı məsələsi barədə öz mövqelərini bildirmişlər. Böyük ehtimalla Cavabdeh ASC-nin əməkdaşları həmin elektrik sayğacına baxış keçirərkən iddiaçı xanımın icarə obyektinin mülkiyyətçisinin həyat yoldaşı kimi fəaliyyət göstərdiyini zənn edərək aktı Məmmədov Azərin adına yazıblar. Yəni, əməkdaşlar X5 həmin obyektin icarəçisi olduğunu bilməyiblər. Bununla yanaşı, iddiaçı tərəfin iş materiallarına əlavə etdiyi icarə müqavilələrinə nəzər yetirdikdə onların mötəbərliliyi də böyük şübhə doğurur. Çünki icarə obyektinin həmin müqavilədəki ünvanı “ünvan 4 qeyd olunduğu halda, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda ünvan “ünvan 7 kimi qeyd olunub. Keçən iclasda da icarə müqaviləsindəki icarə haqqının 50 manat olması məsələsinə toxunmuşdur. Bugünkü gündə Bakının heç bir ərazisində 50 manata icarəyə obyekt götürmək mümkün deyil. Həmçinin icarə müqaviləsilə birlikdə vergi şəhadətnamələri də məhkəməyə təqdim olunmalı idi. Bütün bunlar özü-özlüyündə həmin icarə müqaviləsinin sonradan tərtib edilyini sübut edən amillərdir. Qanunvericiliyin tələblərinə əsasən obyekti icarəyə götürən də Cavabdeh ASC ilə ayrıca müqavilə imzalamalıdır. İddiaçı tərəf keçən müddət ərzində yaranmış borc məbləğinin icrasından yayınmaq məqsədilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf sistemlərində öz VÖEN-ini qeydiyyata aldırmayıb. İddia tələbinin əsasını təşkil edən 1405 manat 87 qəpik məbləğindəki borc “Elektrik enerjisindən istifadə qaydaları” haqqında AR Nazirlər Kabineti Qərarının 8.3-cü bəndinə əsasən hesablanıb.

17. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, ## ######## 2025-ci il tarixli icra vərəqinə əsasən cavabdeh Cavabdeh ASC tərəfindən hesablanmış 1.405,87 (min dörd yüz beş manat, 87 qəpik) manat məbləğində borc 08/3255(08000**********) nömrəli abonent hesabından silinmısi qət edilmişdir.

18. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan qeyriyaşayış sahəsinin mülkiyyətçisi X2 olsa da, həmin obyekt ##.##.2022-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı X6 istifadəsinə verilmişdir. Müqavilənin 4-cü bəndinə əsasən elektrik enerjisi də daxil olmaqla bütün kommunal xidmətlər üzrə ödənişlərin həyata keçirilməsi öhdəliyi iddiaçının üzərinə qoyulmuşdur. Məhkəmə iclaslarında verilmiş izahatlardan da müəyyən edilir ki, iddiaçı uzun müddətdir həmin obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, elektrik enerjisindən faktiki istifadə etmiş və onun dəyərini mütəmadi olaraq ödəmişdir. 73.Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı elektrik enerjisinin alqı-satqısı müqaviləsinin tərəfi olmasa da, hazırkı hüquq münasibətində elektrik enerjisinin faktiki istehlakçısı hesab edilir. İddiaçının abonent olmaması onun elektrik enerjisinin istehlakçısı statusunu və həmin hüquq münasibətindən irəli gələn hüquqi müdafiə imkanlarını aradan qaldırmır. Hazırkı iş üzrə mübahisələndirilən 1405,87 manat məbləğində borc elektrik enerjisindən faktiki istifadə edən, həmin enerjinin dəyərini ödəyən və sahibkarlıq fəaliyyətini mübahisə predmeti olan obyektdə həyata keçirən iddiaçının əmlak mənafelərinə birbaşa təsir göstərir. Bu baxımdan iddiaçının həmin borcun əsaslı olub-olmamasını məhkəmə qaydasında mübahisələndirməkdə qanunla qorunan hüquqi marağı mövcuddur. Məhkəmə cavabdehin iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olmaması barədə etirazını əsaslı hesab etmir. 80.Bundan sonra məhkəmə iddianın əsaslı olub-olmaması məsələsinə hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi qeyri-yaşayış obyektində yerləşən elektrik sayğacına baxış keçirilmiş, həmin baxışın nəticəsi olaraq ****** nömrəli akt tərtib edilmiş, sonradan Azərbaycan Metrologiya İnstitutunun tabeliyində fəaliyyət göstərən “xxxx” MMC tərəfindən ##.##.2025-ci il tarixli protokol verilmiş və ## ######## 2025-ci il tarixli icra vərəqi əsasında iddiaçıya 1405,87 manat məbləğində əlavə borc hesablanmışdırə. mübahisəli obyekt qeyri-yaşayış sahəsi olmaqla iddiaçı tərəfindən icarə əsasında istifadə edilmiş, həmin obyektdə dəftərxana ləvazimatlarının satışı üzrə sahibkarlıq fəaliyyəti həyata keçirilmişdir. Bu hal həm icarə müqaviləsi, həm iddiaçının izahatları, həm də cavabdehin nümayəndəsinin yazılı etirazı ilə təsdiq olunur. Cavabdehin nümayəndəsi özü də həmin obyektin qeyriəhali abonenti kimi uçota alındığını bildirmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən mübahisəli obyektdə aparılmış baxış qanunvericiliyin imperativ tələblərinə uyğun olaraq yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalı olduğu halda bu tələbə əməl edilməmişdir. Buna görə də "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən həmin yoxlamanın hüquqi nəticəsi yoxdur və belə yoxlama əsasında tərtib edilmiş ##.##.2025-ci il tarixli akt, ##.##.2025-ci il tarixli laboratoriya protokolu, habelə həmin sənədlərə əsasən hesablanmış 1405,87 manat məbləğində əlavə borc iddiaçının üzərinə hüquqi öhdəlik yaradan mötəbər sübut kimi qəbul edilə bilməz.

19. Cavabdeh Cavabdeh ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı ##.##.2026 tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə X5 məxsus olan qeyri-yaşayış obyektində (abonent kodu: 08/3255) quraşdırılmış elektrik sayğacına baxış keçirmiş. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, elektrik sayğacının alt qapağına vurulmuş ******* nömrəli möhür saxtadır. Kompüter məlumat bazasında sayğac üzərində olan alt qapaq möhürü ****** nömrəli sarı möhür olmalıdır. Bu səbəbdən Cavabdeh ASC-nin əməkdaşları tərəfindən ##.##.2025-ci il tarixli NİQ 005685 müvafiq akt tərtib olunmuşdur və həmin elektrik sayğac “xxxx” MMC-ya yoxlanılması məqsədi ilə qöndərilmişdir. xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş “Elektrik sayğacının yoxlanılması haqqında” ##.##.2025-ci il tarixli DYQM ***/** nömrəli protokoldan qeyd olunmuşdır ki, elektrik sayğacın gövdəsi arxa hermetik hissədən açılaraq sayğaca müdaxilə olunduğu müəyyən edilmişdir; təqdim edilmiş ******* nömrəli narıncı alt qapaq möhürünün kompüter bazasında qeydiyyatda olan məlumatlarla uyğun gəlmədiyi, 08/8255 abonent kodu üzrə kompüter bazasında ****** nömrəli sarı alt qapaq möhürünün qeyd olunduğu göstərilmişdir. Cavabdeh ASC-nin Aktların Uçotu və İcrasına Nəzərət şöbəsinin qərarına əsasən ##.##.2026-ci il tarixli NİQ ****** saylı akta əsasən verilmiş ##.##.2026-cı il tarixli icra vərəqəsinə əsasən itirilmiş elektrik enerjisinin dəyəri 1.405,90 manat məbləğində müəyyən edilməklə abonentin (kod: 08/3255) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Hesab edirik ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və aktla əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. carə obyektinin müqavilədəki ünvanı“ünvan 4 qeyd olunduğu halda, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda isə ünvan “ünvan 7 kimi qeyd olunmuşdur. Bundan əlavə qeyd olunan icarə müqaviləsi qeydiyyatdan keçməməklə yanaşı notarial təsdiq olunmamışdır. Həmçinin icarə müqaviləsindəki icarə haqqının 50 manat və icarə müqaviləsilə birlikdə vergi şəhadətnamələrinin olmaması özü-özlüyündə həmin icarə müqaviləsinin saxta olmasını sübut edir. Mövcud qanunvericiliyin tələblərinə əsasən obyekti icarəyə götürən şəxs notarial təsdiq olunmuş müqaviləni Cavabdeh ASC yə təqdim edərək ayrıca müqavilə bağlamalıdır. İddiaçı tərəf keçən müddət ərzində yaranmış borc məbləğinin icrasından yayınmaq məqsədilə məhkəməyə müraciət etmişdir. ddiaçıX5məhkəmədə icarə obyektinin mülkiyyətçisinin həyat yoldaşıX2 olduğunu bildirsədə həyat yoldaşı olması ilə bağlı hər hansı bir sübut (nikah haqqında şəhadətnamə) təqdim etməmişdir. Göründüyü kimi **/**** saylı abunə kodu vətəndaş X2 aiddir. Abonent qeyri əhali qrupuna aid olsa da VÖEİN-i olmadığına görə, sahibkar kimi qeydiyyatda deyil. Qanunvericiliyin tələblərinə əsasən mübahisəyə hazırki Məhkəmədə baxıla bilməz. İddiaçıX4 ilə abonentin hansımünasibətdə olmasıməlum olmadığından habelə iddiaçı X4 ilə Cavabdeh ASC arasında elektrik enerjisinə dair alqı satqımüqaviləsi mövcud olmadığından iddiaçının iddia ərizəsinin verilməsi üçün heç bir subyektiv hüququ olmamışdır. Abonent X2 məhkəmədə özünün bildirdiyi kimi, təqdim olunan sənədlərə əsasən sahibkar kimi fəaliyyət göstərmir. X11 İlə Cavabdeh Asc arasında elektrik enerjisinə dair alqısatqı müqaviləsi mövcud olmadığından Cavabdeh ASC-nin elektron məlumat bazasınd Aabbasova Rəvanə adlı “sahibkar” abonent yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

22. İddiaçı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 6.1.8. Pozulmuş hüquqların bərpasının təmin edilməsi mülki qanunvericiliyin prinsiplərindən birini təşkil edir.

24. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

27. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Həmin Məcəllənin 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

30. Həmin Məcəllənin 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

31. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. .Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın:

33. 1.1.Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

34. -abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı;

35. 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır.Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır.

36. 4.1 Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin əsaslılığı tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi təmamilə ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

41. İddiaçı ona məxsus Bakı şəhəri Nizami rayonu, Əliağa Kürçaylı küçəsi *A saylı ünvanında yerləşən, 19.1 kvm mülkiyyətində olan “xxxx ASC tərəfindən təchiz edilmiş, zavod seriyası A080943743, **/**** nömrəli abunə kodundan 1405,87 (min dörd yüz beş manat, səksən yeddi qəpik) məbləğində borcun silinməsini xahiş etmişdir.

42. İş materillarına əlavə edilmiş Cavabdeh ASC tərəfindən tərtib edilən ##.##.2025cı il tarixli icra vərəqəsinə əsasən abonent kodu 08/3255, istehlakçının adı X2 olan sayğaca 1.405,90 manat borc hesablanmışdır.

43. İş materillarına əlavə edilmiş abunə haqqında məlumata əsasən X2 məxsus sayğac üzrə ümumilikdə 11.395,513000 manat sayğac oxunması, 1.489,339000 məbləğində aktlar üzrə, həmin borcun 11.300,36 manat hissəsi ödənilmiş və nəticədə 1584,49 manat məbləğində qalıq borc yaranmışdır.

44. Həmçinin Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən, 19,1 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında X2 adına dövlət qeydiyyatına alınmışdır.

45. İddaçı tərəfindən təqdim olunan sadə yazılı ##.##.2022-ci il tarixli icarə müqaviləsinə əsasən X2 məxsus Bakı şəhəri Nəsimi rayonu, Hüseyn Kerarali küçəsi *A saylı ünvanında yerləşən, 19 kvm olan sahəni aylıq 50 (əlli) azn icarə haqqı məbləğində iddiaçıya 5 beş il müddətinə icarəyə vermişdir. İcarəyə verən X2( AZE 15120508, VÖEN **********); İcarəçi X6 (AZE16591883, VÖEN **********)

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, X5 hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyil.

47. Belə ki, iddiaçı məhz Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi 3A ünvanında yerləşən 19,1 kv.m sahəsi olan qeyri-yaşayış obyektinin icarəçisi olduğunu və həmin obyektlə bağlı **/**** saylı abonent üzrə hesablanmış borcun silinməsini tələb edir. Halbuki Cavabdeh ASC-nin abonent məlumatında borcun olduğu müəyyən edilmiş həmin abonent kodu üzrə ünvan “Q.Qarayev 37” göstərilir.

48. Həmçinin Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda **/**** saylı abonent kodunda qeyd olunan “Q.Qarayev 37” ünvanının deyil, “ünvan 7 ünvanında yerləşən qeyriyaşayış obyektinin X2 mülkiyyətində olduğu göstərilir. Lakin həmin obyektin **/**** saylı abonent kodu üzrə Cavabdeh ASC-nin abonent məlumatında göstərilən “Q.Qarayev 37” ünvanındakı obyektlə eyni olması da iş materiallarından müəyyən edilmir.

49. Qyed olunmalıdır ki, iddiaçının təqdim etdiyi ##.##.2022-ci il tarixli icarə müqaviləsində isə üçüncü fərqli ünvan — “ünvan 6 göstərilmişdir. Beləliklə, iddiaçının icarə müqaviləsində göstərilən obyektin dövlət reyestrində qeydiyyatda olan obyekt və Cavabdeh ASC-nin **/**** saylı abonent məlumatında göstərilən obyektlə eyni olması barədə iş materiallarında hər hansı sübut yoxdur.

50. Həmçinin kollegiya qeyd edir ki, X6 ilə Cavabdeh ASC arasında **/**** saylı abunent kodu üzrə elektrik enerjisinin alqı-satqısına dair müqavilənin bağlanması, həmin abonent kodunun iddiaçının adına keçirilməsi və ya iddiaçının həmin abonent üzrə istehlakçı kimi qeydiyyata alınması barədə hər hansı sənəd mövcud deyildir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı öz tələbinin əsasını onun tərəfindən ##.##.2022-ci il tarixdə X2 19,1 kv.m sahənin 5 il müddətinə icarəyə götürülməsi ilə əlaqələndirsədə, icarə müqaviləsində icarə götürülən obyektin ünvanı təmamilə fərqli Nəsimi rayonunda yerləşən icarə səhəsi olduğu müəyyən olunur.

52. Bundan başqa təqdim olunan sadə yazılı ##.##.2022-ci il tarixli icarə müqaviləsində İcarəçi X6 VÖEN nömrəsi 0404133891 qeyd edilsədə, Azərbaycan Respulikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair elektron sistem məlumatlarında X6 fiziki şəxs kimi adına qeydiyyatda olan VÖEN nömrəsi ********** -dir.

53. Kollegiya nəzərə alır ki, iddia hüququ konkret şəxsin pozulmuş və ya mübahisələndirilən subyektiv hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək imkanını ifadə edir. Şəxsin digər şəxsin adına rəsmiləşdirilmiş abonent üzrə borcun silinməsini tələb edə bilməsi üçün həmin borcla öz arasında birbaşa hüquqi əlaqənin mövcudluğu müəyyən edilməlidir.

54. Beləliklə abunent kodu üzrə hesablanmış borcun silinməsini tələb edən şəxsin ilk növbədə həmin borcla bağlı subyektiv hüququnun mövcudluğunu və borcun məhz onun hüquq və qanuni mənafelərinə toxunduğunu sübut etməsi zəruridir.

55. Göründüyü kimi abunent X2 olduğu halda, iddiaçı X6 həmin abunentin sahibi və ya Cavabdeh ASC ilə bağlanmış elektrik enerjisi müqaviləsinin tərəfi deyildir.

56. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

57. Bununla bağlı kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair ## ### 2025-ci il tarixli qərarına əsasən, hər bir subyektiv hüquq müəyyən subyektiv vəzifə ilə, digər şəxs(lər)in müvafiq öhdəlikləri ilə təmin edilir. Subyektiv hüquq isə şəxsin öz maraqlarını təmin edə bilməsi üçün ona verilmiş mümkün hüquqi davranış həddidir. Subyektiv hüquq fiziki və ya hüquqi şəxslərin obyektiv hüquq normasına əsaslanaraq öz davranış növünü və həddini seçmək, həmçinin başqalarından müəyyən hərəkətləri tələb etmək imkanını ifadə edir. Yəni subyektiv hüquq obyektiv hüquq vasitəsilə tanınan və qorunan şəxsi (subyektiv) mənafedir.Qeyd edilən hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz iradəsinə uyğun hərəkət etmək; digər şəxslərdən müəyyən davranışı tələb etmək; hüquq pozuntusu halında müdafiə olunmaq.

59. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmək istəyir ki, tərəflər arasında sadə yazılı formada bağlanmış ##.##.2022-ci il tarixli icarə müqaviləsində icarəyə verən X2 və icarəçi X6 VÖEN-ləri göstərilsə də, məhkəmə tərəfindən aparılmış araşdırma zamanı həmin VÖEN-lər üzrə müvafiq qeydiyyat məlumatları aşkar edilməmişdir. Belə olan halda, icarə müqaviləsində göstərilən VÖEN məlumatlarının həqiqiliyi və həmin məlumatların müqavilə tərəflərinə aidiyyəti təsdiq olunmamışdır.

60. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

61. Ona görə də, kollegiya qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405ci maddələrini

62. rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi ləğv edilsin, iddia rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar