Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-966/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı ASC-nin cavabdehlər X1, X2 və X3 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X6 və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçı Bəşirova Gülnar gündüz qızının iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 İbrahim oğluna qarşı “müqavilə üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*- **)-**/**** saylı qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. ##.##.2022-ci il tarixli **-MCR-*-****-** saylı Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən cavabdeh2 aylıq 2,50 %-lə 120 ay müddətinə 100000 manat kredit limiti ayrılmışdır.
2. ##.##.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq cavabdeh3 ilə ##.##.2022-cü il tarixli Z/*****/** saylı və cavabdeh1 İbrahim oğlu arasında ##.##.2022-cü il tarixli Z/*****/** saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən bu Zaminlik müqaviləsinə əsasən Zamin, 1.2-ci bənddə göstərilən müqavilə üzrə Borcalanın Bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün Borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür.
3. ##.##.2023-cü il tarixli **-MCR-*-****-**/* saylı kredit müqaviləsinə əsasən cavabdeh2 İddiaçı ASC-nin illik 20,37 %-lə 36 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür.
4. ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən 2025-ci il ####un ##-dək borcalan olan cavabdeh2 banka ##.##.2023-cü tarixli kredit müqaviləsi üzrə 30049.22 manat əsas borc, 3945.27 manat faiz, 1655.54 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 35650.03 manat borcu vardır.
5. İddiaçı ASC ilə cavabdeh4 arasında bağlanmış ##.##.2023-cü il tarixli, **-MCR-*- ****-** saylı ipoteka müqaviləsinə əsasən cavabdeh cavabdeh4 məxsus DAF, YÜK tünd narıncı rəngli, şassi № XLRTE**XS*E******, **BX*** dövlət qeydiyyat nişanlı avtomobil kredit müqaviləsinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilə notarial qaydada təsdiqlənmişdir.
6. Azərbaycan Respublikası ƏN MEM-in ##.##.2026-ci il tarixli, **/*** saylı rəyinə əsasən Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan maliyyə arayışı və hesabdan çıxarış məlumatlarına əsasən, cavabdeh cavabdeh2 ilə iddiaçı İddiaçı ASC arasında bağlanılmış ## #### 2023-cü il tarixli, 23- MCR-*-****-** saylı istehlak kredit müqaviləsində qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh cavabdeh2 iddiaçı İddiaçı ASC-yə olan borcu ##.##.2025-ci il tarixə: əsas borc üzrə 29.483,03 manat, faiz borcu üzrə 3.636,24 manat təşkil edir. ##.##.2026-cı il tarixə: əsas borc üzrə 29.483,03 manat, faiz borcu üzrə 8.189,73 manat müəyyən edilmişdir.
7. «xxxx» MMC-nin ##.##.2026-ci il tarixli **** nömrəli mütəxəsis rəyinə əsasən DAF, YÜK tünd narıncı rəngli, şassi № XLRTE**XS*E******, **BX*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti 10300 manat, likvid qiyməti 9300 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:
8. İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 İbrahimoğlundan və cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə 30049.22 manat əsas borc, 3945.27 manat faiz, 413.89 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 34408.38 manat kredit borcunun və 193.23 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi; tutmanın cavabdeh4 məxsus DAF, YÜK tünd narıncı rəngli, şassi № XLRTE**XS*E******, **BX*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh2 ##.##.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən İddiaçı ASC-dən 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq,cavabdeh4 məxsus DAF, YÜK tünd narıncı rəngli, şassi № XLRTE**XS*E******, **BX*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2023-cü tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş, ##.##.2022-cü il tarixdə cavabdeh1 İbrahim oğlu və cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. ##.##.2023-cü tarixli kredit müqaviləsinə əsasən cavabdeh2 İddiaçı ASC-nin illik 20 %- lə 36 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2025-ci il ####un ##-dək borcalan olan cavabdeh2 banka ##.##.2023-cü tarixli kredit müqaviləsi üzrə 30049.22 manat əsas borc, 3945.27 manat faiz, 1655.54 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 35650.03 manat borcu vardır. cavabdeh2 ##.##.2023-cü tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1655.54 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği güzəşt edilərək 413.89 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir.
10. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.2.1, 448, 465.2, 472.1, 472.2, 501-ci maddələrinə istinad edilmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsi ilə iddia qismən qismən edilmiş, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 İbrahim oğlundan ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə 29483,03 manat əsas, 3636,24 manat faiz, 413,89 manat dəbbə pulu olmaqla cəmi 33533,16 manat borc məbləğinin, dövlət rüsumunun əvəzi olaraq 191 manatın tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh cavabdeh4 məxsus olan DAF, YÜK tünd narıncı rəngli, şassi № XLRTE**XS*E******, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 9300 manat məbləğində müəyyən edilməsi; əmlakların satışından əldə olunmuş vəsait hesabına iddiaçı İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğin tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdeh cavabdeh4 qaytarılması, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 İbrahim müştərək qaydada tutulması, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdeh3, cavabdeh2 və cavabdeh1 İbrahim oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X8, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) hesabına keçirilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göründüyü kimi hazırkı iş üzrə iddia tələbi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gələn borc məbləğlərinin tutulmasından ibarətdir. Cavabdehlər tərəfindən müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməməsi iş materiallarını ilə öz təsdiqini tapmışdır. (MPM 88) Bundan əlavə, məhkəmə tərəfindən kredit müqavilələri üzrə əsas və faiz borcunun nə qədər təşkil edilməsini hərtərəfli və obyektiv araşdırılması məqsədilə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin rəyində ## #### 2023-cü il tarixli müqavilə üzrə əsas və faiz borcu məbləği iddia tələbindən daha az məbləğdə müəyyən edildiyi üçün, məhkəmə hesab edir ki, həmin müqavilə üzrə əsas və faiz borcu ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilib ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Bununla yanaşı, materiallardan görünüb ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış Kredit Müqaviləsinə əsasən hesablanmış 413,89 manat məbləğində cərimə pullunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 33. Məhkəmə hesab edib ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edib ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən tutulacaq dəbbə pulu 413,89 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə 29483,03 manat əsas borc, 3636,24 manat faiz borcu, 413,89 manat dəbbə pulu yarandığını belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edib ki, iddia qismən təmin edilməli, borc məbləğləri cavabdeh cavabdeh3, cavabdeh2 və cavabdeh1 İbrahim oğlundan müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə iddiaçı borc məbləği üzrə tutmanın cavabdeh4 məxsus DAF, YÜK tünd narıncı rəngli, şassi № XLRTE**XS*E******, **BX*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsini iddiaçı məhkəmədə mübahisələndirmiş və buna dair cavabdeh2 ilə aralarında bağlanmış ipoteka müqaviləsini sübut qismində iş materiallarına əlavə etmişdir. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilib ki, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edib ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma cavabdeh4 məxsus DAF, YÜK tünd narıncı rəngli, şassi № XLRTE**XS*E******, **BX*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı İddiaçı ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ cavabdeh cavabdeh4 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 İbrahim oğlundan müştərək qaydada tutulmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## #### 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır. «xxxx» MMCnin ##.##.2026-ci il tarixli **** nömrəli mütəxəsis rəyinə əsasən DAF, YÜK tünd narıncı rəngli, şassi № XLRTE**XS*E******, **BX*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti 10300 manat, likvid qiyməti 9300 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə «xxxx» MMC-nin rəyində müəyyən edilmiş müvafiq olaraq DAF, YÜK tünd narıncı rəngli, şassi № XLRTE**XS*E******, **BX*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin likvid qiyməti 9300 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edib. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünüb ki, hazırkı iş üzrə 193,23 manat məbləğində iddiaçı tərəfindən dövlət rüsumu üçün ödəniş edilmişdir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 191 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, həmçinin məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir.
13. Gəldiyi nəticəni məhkəmə Mülki Məcəllənin 385.1, 399.1, 442, 443.1, 739.1, 739.2, 741, 470.1, 472.1, 472.2, 269 və 270.1-ci, “İpoteka haqqında” Qanunun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 41.1, 47.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
14. Cavabdeh cavabdeh4 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki: -"Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.2.5 və 10.2.8-ci maddələrinin tələbləri üzrə - Məhkəmə ipoteka predmeti olan nəqliyyat vasitəsinin ilkin satış qiymətini müəyyən edərkən «xxxx» MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyini əsas sübut kimi qəbul etmişdir. Lakin həmin rəy "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan RespublikasıQanununun 10.2.5 və 10.2.8-ci maddələrinin tələblərinə cavab vermir. Belə ki, qiymətləndirmə hesabatında qiymətləndirmə zamanı istifadə edilmiş yanaşma və metodlar, onların seçilməsinin əsaslandırılması, eləcə də istifadə edilmiş məlumatların, müqayisə obyektlərinin, bazar məlumatlarının və digər informasiya mənbələrinin siyahısı göstərilməmişdir. Hesabatda yalnız avtomobilin bazar və likvid dəyəri rəqəmlərlə qeyd edilmiş, həmin nəticəyə hansı hesablamalar, hansı metodologiya və hansımüqayisəli bazar araşdırması əsasında gəlindiyi açıqlanmamışdır. Bu isə həm qiymətləndirmənin düzgünlüyünün, həm də obyektivliyinin yoxlanılmasınımümkünsüz edir. Eyni zamanda "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanunun 12.1.7-ci maddəsinə əsasən qiymətləndirici qiymətləndirməni obyektiv və keyfiyyətlə aparmağa borcludur. Lakin iş materiallarında olan rəy bu tələblərə cavab vermədiyindən onun obyektiv və elmi əsaslarla tərtib edildiyini təsdiq etmək mümkün deyildir. Məhkəmə isə qeyd olunan çatışmazlıqları araşdırmadan və qiymətləndirmə rəyinin qanunun tələblərinə uyğunluğunu yoxlamadan həmin rəyi əsas götürərək ipoteka predmetinin ilkin satış qiymətini 9.300 manat müəyyən etmişdir. Bu isə ipoteka qoyanın əmlakının həqiqi bazar dəyərindən aşağı qiymətə realizə olunması riskini yaradır və onun mülkiyyət hüququnun qorunması prinsipinə ziddir. -Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.4, 740.5 və 740.6-cı maddələri üzrə - Məhkəmə tərəfindən əsas və faiz borcunun müəyyən edilməsi zamanı əsas götürülmüş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi qanunvericiliyin tələblərinə cavab vermir və qətnamənin bu hissədə əsaslı hesab edilməsinə imkan vermir. Belə ki, ekspert rəyində faizlərin hansı dövrlər üzrə, hansı əsas borc qalığına tətbiq edilməklə və hansı hesablama qaydası ilə müəyyən edildiyi göstərilməmiş, yalnız yekun rəqəmlər qeyd edilmişdir. Rəydə isə hər bir ödənişdən sonra əsas borc qalığının necə dəyişdiyi, faizlərin məhz həmin qalıq üzərindən hesablanıb-hesablanmadığı müəyyən edilmir. Bu səbəbdən ekspert rəyinin düzgünlüyünü yoxlamaq mümkün olmamışdır. Məhkəmə isə kredit müqaviləsində faizlərin ödənilməsi qaydasının Mülki Məcəllənoin 740.5-ci maddəsi ilə uyğunluğunu ümumiyyətlə araşdırmamış, ekspert də faizlərin hansı hüquqi əsasla və hansı ödəniş qrafikinə uyğun hesablandığını izah etməmişdir. Eyni zamanda Mülki Məcəllənin 740.6-cı maddəsi faizlərin hesablanmasının konkret mexanizmini müəyyən edir. Həmin normaya görə faizlər illik faiz dərəcəsinin 365-ə (və ya müqavilədə nəzərdə tutulmuş hallarda 360-a) bölünməsi və borcdan faktiki istifadə günlərinin sayına vurulması yolu ilə hesablanmalıdır. Ekspert rəyində isə bu metodun tətbiq olunub-olunmadığı, hansı gün sayının əsas götürüldüyü, hesablamanın cədvəli və düsturu ümumiyyətlə göstərilməmişdir. Buna görə də məhkəmənin yalnız yekun rəqəmlərə istinad etməklə faiz borcunu müəyyən etməsi Mülki Prosessual Məcəllənin sübutların tam, hərtərəfli və obyektiv qiymətləndirilməsi prinsipi ilə uzlaşmır. -Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunmasımülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Bu norma həmçinin ona yönəlmişdir ki, iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməsin, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmaqla, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etsin və yalnız bundan sonra müvafiq qərar qəbul etsin. - Məhkəmə tərəflərin işin nəticəsinə təsir göstərə biləcək əsas arqumentlərinə real və əsaslandırılmış cavab vermədikdə, belə qərar əsaslandırılmış məhkəmə aktı hesab oluna bilməz. Hazırkı iş üzrə də cavabdehin işin həllinə birbaşa təsir göstərə biləcək hüquqi və faktiki arqumentləri qətnamədə müzakirə edilməmiş, onların qəbul edilməməsinin səbəbləri göstərilməmişdir. Nəticədə qəbul edilmiş qətnamə qanunvericiliyin tələb etdiyi əsaslandırma standartlarına cavab vermir və bu səbəbdən də qanuni və əsaslıməhkəmə aktı hesab edilə bilməz. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
17. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz etmiş və şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
19. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
20. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam şəkildə ləğv edilməsi xahiş edilsə də şikayətin dəlilləri qətnamənin yalnız iddianın təmin edilmiş hissəsində ləğvinə yönəldilmişdir. Mülki Prosessual Məcəllənin 372.6cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı məhz həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh2 arasında ##.##.2022-ci il tarixli **-MCR-*-****-** saylı kredit limitinin ayrılmasına dair müqavilə bağlanmış və həmin müqavilə əsasında bank tərəfindən borcalana kredit limiti ayrılmışdır. Həmin müqavilə çərçivəsində bağlanmış ##.##.2023-cü il tarixli **- MCR-*-****-**/* saylı kredit razılaşmasına əsasən cavabdeh2 illik 20,37 %-lə 36 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Kredit limitinin ayrılmasına dair müqavilə üzrə kredit alanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə bağlanmış zaminlik müqavilələrinə əsasən cavabdeh3 və cavabdeh1 İbrahim oğlu bank qarşısında zamin durmuşlar. Eyni zamanda, cavabdeh4 məxsus DAF, YÜK tünd narıncı rəngli, şassi № XLRTE**XS*E******, **BX*** dövlət qeydiyyat nişanlı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hazırda iddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 İbrahim oğlundan müştərək qaydada kredit, faiz borcunun tutulması, habelə tutmanın ipoteka predmeti olan cavabdeh4 məxsus avtomobilə yönəldilərək həmin avtomobilin açıq hərracda satılmasını və əldə olunmuş vəsait hesabına borcun ödənilməsini tələb edir.
26. Kollegiya ilk növbədə qeyd edir ki, əsas və faiz borclarının tutulması hissəsində iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739 və 743-cü maddələri təşkil edir.
27. Hazırkı halda cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini pozaraq əsas və faiz borclarını ödəniş cədvəlinə uyğun olaraq qaytarmadığından bank Mülki Məcəllənin 743-cü maddəsinə əsasən, borcun dərhal geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.
28. Birinci instansiya məhkəməsi borcun məbləğini müəyyənləşdirmək məqsədilə məhkəmə mühasibatlıq-ekspertizası təyin etmiş və ekspert rəyi ilə ##.##.2025-ci tarixə, yəni xəbərdarlıq göndərilməklə müqavilənin vaxtından əvvəl ləğv edildiyi tarixə banka olan əsas borcunun 29483,03 manat, faiz borcunun 3636,24 manat məbləğində olması müəyyən edilmişdir.
29. Cavabdeh apellyasiya şikayətində ekspert rəyinin mötəbərliyini mübahisələndirsə də, həmin rəyin əsassız olmasına dəlalət edən konkret faktiki hallara istinad etməmişdir. Apellyatorun ekspert rəyinin və qiymətləndirmə hesabatının metodologiyasına dair ümumi iradları həmin rəylərin mötəbərliyini şübhə altına almır.
30. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsi həmin rəyi sübut kimi qəbul edərək cavabdehlərdən müştərək qaydada tutulmalı olan əsas və faiz borcunun ekspert rəyinə əsasən müəyyən edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
31. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tutulacaq dəbbə pulunun məbləğini müəyyən edərkən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas götürərək tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə almışdır. Odur ki, birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi 413,89 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından onun azaldılması üçün əsas yoxdur.
32. Apellyasiya şikayətində mübahisələndirilən digər hala-ipoteka predmetinin ilkin satış qiymətinə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə tərəfindən ipoteka predmeti olan avtomobilin qiymətinin müəyyən edilməsi məqsədilə mütəxəsis rəyi alımış və ipoteka premetinin bazar və likvid dəyəri məhz həmin rəy əsasında müəyyən edilmişdir. Həmin rəydə müəyyən edilmiş qiymətin realığı əks etdirməməsinə istinad edən cavabdeh isə həmin halı təsdiq edən hər hansı sübutu (məsələn, alternativ rəy, satış elanları və s.) məhkəməyə təqdim etməmişdir. Odur ki, həmin dəlillər də formal mülahizə kimi dəyərləndirilir.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə (mübahisələndirilən hissədə) göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi (mübahisələndirilən hissədə) üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə xərclərinə münasibətdə qeyd edilir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdeh cavabdeh4 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Ziya Şirinov
Təranə Mahmudova