Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-970/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: iddia ərizəsi, icraata qəbul) Hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. Iş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat
1. Iddiaçı İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh “xxxx” MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Cavabdeh Cavabdeh MMC-dən 714.426,00 (yeddi yüz on dörd min dörd yüz iyirmi altı) manat məbləğində borcun tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi; 2. Iddiaçı tərəfindən ödənilmiş 1004.43 manat dövlət rüsumunun və məhkəmə xərclərinin cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsinə dair barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə icraatı qismən mümkün hesab edilmiş və iddia ərizəsi 486.228,40 manat pulun tutulması tələbi hissəsində icraata qəbul edilmiş, digər hissədə isə geri qaytarılmışdır.
3. Qeyd edilən qərardaddan iddiaçı şikayət verərək qərardadın “geri qaytarılma hissəsində” ləğv edilməsi və iddia tələbinin tam həcmdə - 714.426 (yeddi yüz on dörd min dörd yüz iyirmi altı) manat məbləğində icraata götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC cavabdeh “xxxx” MMCyə qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Cavabdeh Cavabdeh MMC-dən 714.426,00 (yeddi yüz on dörd min dörd yüz iyirmi altı) manat məbləğində borcun tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi; 2.Iddiaçı tərəfindən ödənilmiş 1004.43 manat dövlət rüsumunun və məhkəmə xərclərinin cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsinə dair barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.2. Cavabdeh Cavabdeh MMC-yə göndərilən ##.##.2026-cı il tarixli pretenziya məktubu ilə cavabdehdən 486.228,40 manat pulun ödənilməsini tələb edilmiş, iddia ərizəsində isə ##.##.2025-ci il tarixli, XM-*/** nömrəli müqavilə üzrə 714.426 manat pul məbləğinin cavabdehdən tutulmasını tələb edilmişdir. 5.3. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e e-*-*(*-**)-****/**** nömrəli Qərardadı ilə iddia ərizəsi 486.228,40 manat pulun tutulması tələbi hissəsində icraata qəbul edilmiş, digər hissədə isə geri qaytarılmış (228.197,60 manat hissəsində iddia ərizəsinin icraatı mümkün hesab edilməyərək geri qaytarılmışdır). ##.##.2026-cı il tarixində cavabdeh Cavabdeh MMC-yə yeni pretenziya məktubu göndərilmiş və müqavilə üzrə 714.426,00 (yeddi yüz on dörd min dörd yüz iyirmi altı) manat məbləğində borcun ödənilməsi tələb edilmişdir. Yeni tərtib edilmiş pretenziya məktubuna 2025-ci ilin sentyabr ayından 2026-cı ilin iyununadək olan ödəniş tarixçəsini əks etdirən cədvəl əlavə edilmişdir. Həmin cədvəldə hər ay üçün ödənilməli olan məbləğ, ödənilmiş məbləğ, ödəniş tarixi və qalıq borc məbləği - 714.426,00 (yeddi yüz on dörd min dörd yüz iyirmi altı) manat göstərilmişdir. Bundan sonra cavabdehə borcunu ödəməsi üçün 3 (üç) iş günü vaxt verilmiş, ödəmədiyi təqdirdə məhkəmə qaydasında iddia qaldırılacağı bildirilmişdir. Lakin, bu günədək cavabdeh heç bir ödəniş həyata keçirməmişdir. Iddiaçı tərəfindən yeni pretenziyanın verilməsi və həmin pretenziyaya cavabdeh tərəfindən heç bir münasibət bildirilməməsi nəzərə alınaraq hazırda Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli Qərardadı geri qaytarılma hissəsində ləğv edilməli və iddianın tam həcmdə icraata götürülməsi ilə bağlı yeni qərardad qəbul edilməlidir.
5. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
6. Maddə 4.3. Əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər.
7. Maddə 151.1. Iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
8. Maddə 152.1.6. Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
9. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Məhkəmənin mövqeyi
10. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
11. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı iddia ərizəsinin geri qaytarıldığı hissədə ləğv edilməli və iş prosessual hərəkətlərin görülməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
12. Iş materiallarından görünür ki, iddiaçı İddiaçı MMC cavabdeh “xxxx” MMC-yə qarşı ##.##.2025-ci il tarixli, XM-*/** nömrəli müqavilədən irəli gələn 714.426,00 manat məbləğində borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi 486.228,40 manat məbləğində pulun tutulması hissəsində icraata qəbul edilmiş, 228.197,60 manat hissəsində isə geri qaytarılmışdır.
13. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən iddiaçı tərəfindən cavabdehə ##.##.2026-cı il tarixində göndərilmiş pretenziya məktubunda 486.228,40 manat məbləğində pulun ödənilməsinin tələb edilməsini, iddia ərizəsində isə 714.426,00 manat məbləğində pulun tutulmasının tələb olunmasını nəzərə almış və Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsaslanaraq pretenziya tələbinə riayət edilməyən 228.197,60 manat hissəsində iddia ərizəsinin geri qaytarılmalı olduğu qənaətinə gəlmişdir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyəqədər pretenziya qaydasının məqsədi tərəflər arasında yaranmış mübahisənin məhkəməyə müraciət edilməzdən əvvəl könüllü qaydada həll edilməsi imkanının təmin olunmasından, cavabdehin ona qarşı irəli sürülən tələb barədə əvvəlcədən məlumatlandırılmasından və mübahisənin məhkəmədənkənar qaydada həlli imkanının yaradılmasından ibarətdir. Hazırkı halda iddiaçı tərəfindən 714.426,00 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə ayrıca pretenziyanın göndərilməsi ilə həmin məqsədlər təmin edilmişdir.
15. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının qəbul edildiyi vaxt həmin məhkəmənin gəldiyi nəticənin prosessual qanunvericiliyin tələblərinə uyğun olması iddiaçı tərəfindən sonradan aradan qaldırılmış prosessual maneənin mövcudluğu şəraitində iddianın həmin hissəsinin geri qaytarılmasının saxlanılmasını zəruri etmir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə müdafiəsinin səmərəli həyata keçirilməsi və şəxsin məhkəməyə çıxış imkanının formal-
16. səbəblərlə lüzumsuz məhdudlaşdırılmasının qarşısının alınması baxımından iş prosessual üzrə sonradan yaranmış halların da nəzərə alınması zəruridir.
17. Məhkəməyə müraciət hüququ yalnız məhkəməyə iddia ərizəsi təqdim etmək imkanından ibarət olmayıb, həmçinin şəxsin öz hüquq və qanuni mənafelərinin məhkəmə tərəfindən mahiyyəti üzrə araşdırılmasını tələb etmək imkanını da ehtiva edir. Prosessual qaydaların tətbiqi bu hüququn təmin edilməsinə xidmət etməli, həmin hüququn həyata keçirilməsinə formal və aradan qaldırılmış prosessual maneələr yaratmamalıdır.
18. Hazırkı halda iddiaçı tərəfindən əvvəlki pretenziyada tələb olunan məbləğlə iddia ərizəsində tələb olunan məbləğ arasındakı fərqdən irəli gələn prosessual uyğunsuzluq yeni pretenziyanın göndərilməsi ilə aradan qaldırılmışdır. Cavabdehə məhz 714.426,00 manat məbləğində borcun ödənilməsi tələb edilmiş və bununla da həmin məbləğ üzrə mübahisənin məhkəməyəqədər həlli üçün imkan yaradılmışdır.
19. Məhkəmə kollegiyası hesab edir ki, belə vəziyyətdə iddia ərizəsinin 228.197,60 manat hissəsinin geri qaytarılması barədə qərardadın qüvvədə saxlanılması iddiaçının məhkəməyə çıxış hüququnun həyata keçirilməsini lüzumsuz şəkildə məhdudlaşdırmış olardı.
20. Yuxarıda qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı qismən, iddia ərizəsinin geri qaytarıldığı hissədə ləğv edilməli və iş prosessual hərəkətlərin görülməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
21. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
22. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
Iddiaçı İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı qismən, iddia ərizəsinin geri qaytarıldığı hissədə ləğv edilsin və iş prosessual hərəkətlərin görülməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir.