AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№e-2-2(3-6)-976/2026 17.09.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI :Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X7 və Abdullayev ElşənUğuroğlundanibarəttərkibdə, İsmayılovaElnarəMəyişqızınınkatibliyiilə, İddiaçı İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdeh “xxxx” MMC-yə qarşı kredit borcunun qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli iddiaçı İddiaçı ASC (Ləğv prosesindədir) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında,açıqməhkəməiclasındabaxaraq,müəyyənetdi: İşin halları
1. “xxxx” MMC-nin ## ###### 2015-ci il tarixli protokolunun “qərara alındı” hissəsində qeyd olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mövcud çörək istehsalı həcminin artırılması məqsədi ilə İddiaçı ASC-dən 84 ay müddətinə 600 000 (altı yüz min) manat məbləğində kreditalınsın.
2. Kreditin alınması üçün lazım olan bütün işlərin aparılması və kreditin rəsmləşdirilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru qanuni nümayəndə2 Ciraz qızına həvalə olunsun. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “xxxx” MMC arasında ## ###### 2015-ci il tarixli ***/Fnömrəlikreditmüqaviləsiimzalanmışdır.
3. 1.2-ci bəndinə əsasən Borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər ücün Borc alana Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına illik 6 (altı ) % hesablanmaq şərti ilə, 84 ( səksən dörd) ay müddətinə, 42 (qırx götürür. iki) ay güzəşt müddəti olmaqla600000(altıyüzmin)manatməbləğindəkreditverməyiöhdəsinəgötürür.
4. 1.3-cü bəndinə əsasən Borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinəgötürür.
5. 1.4-cü bəndinə əsasən FİFD 6,62% təşkil edir. 2.1-ci bəndinə əsasən bu müqavilənin 1.2-ci bəndində ayrılmış kredit məbləği Borc alanın "Yeni istehsal avadanlıqlarının alınması ilə mövcud çörək istehsalı həcminin artırılması" yönümlü investisiya layihəsinin maliyyələşdirilməsi üçünnəzərdətutulmuşdur.
6. 3.1-ci bəndinə əsasən bu kredit müqaviləsi üzrə verilmiş borcun qaytarılması qanuni nümayəndə2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində istifadədə olan 0.0223 ha torpaq sahəsinde yerləşən 2 mərtəbəli, 7 otaqlı, ** nömrəli fərdi yaşayış evi, paylı mülkiyyət hüququ ilə qanuni nümayəndə2, X1, Hacıyev İsmayıl Sadiq oğluna və X3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi ev 72 yerləşən 0.1 ha torpaq sahəsi və qanuni nümayəndə2 məxsus Abşeron rayonu, Məmmədlikəndində yerləşən 0.12 ha torpaq sahəsi və bu kreditin təminatı olaraq tərəflər arasında bağlanılacaq ipoteka (girov) müqaviləsindəgöstəriləndigəripotekapredmetləriilətəminolunur.
7. 5.1-ci bəndinə əsasən Müqavilə ilə nəzərdə tutulmuş kredit məbləği müqavilə bağlandıqdan sonra Borc verən tərəfindən Borc alanın ***************AZMOO saylı ssuda hesabınaköçürülür.
8. 5.2-ci bəndinə əsasən Borc alan tərəfindən kreditin qaytarılması hesablanmış faizlər 84 (səksən dörd) ay ərzində aylıq olaraq hər ayın sonuncu iş günündən gec olmayaraq, əsas borc isə ilk 42 (qırx iki) ay güzəşt müddəti bitdikdən sonra qalan 42 ( qırx iki ) ay ərzində , "22" iyul 2019-cu il tarixindən başlayaraq "22" dekabr 2022-ci il tarixinə kimi hər aym 22-dən gec olmayaraq 14 285.72 məbləğində olmaqla bu müqavilənin ayrılmaz tərkib hissəsi olan * saylı Əlavəsinə uyğun olaraq həyata keçiriləcəkdir. Ödəniləcək kredit, o cümlədən ona hesablanmış faizlərBorcverəninhesabınaödənilirvəyaköçürülür.
9. 5.5-ci bəndinə əsasən gecikdirilmiş borc yarandiqda Borc alan Borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0.25 % miqdarında vaxtı keçmiş faiz ödəyir. ***/F saylı kredit müqaviləsinə * saylı əlavəyə (ödəniş qrafikinə) əsasən 2022-ci ilin dördüncü rübü sonuncu ödəniş tarixi kimi razılaşdırılmışdır. Hesabdan çıxarış məlumatlarından görünür ki, bank ##.##.2015-ci il tarixdə “xxxx” MMC-nin hesabına 600 000 manat kredit köçürmüşdür. Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli **-*/*- ****/**** saylı maliyyə arayışına əsasən müqavilə üzrə əsas borc 430.934,02 (dörd yüz otuz min doqquz yüz otuz dörd manat 02 qəpik) manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 81.638,44 (səksəın bir min altı yüz otuz səkkiz manat 44 qəpik) manat, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz üzrə 68.111,52 (altmış səkkiz min bir yüz on bir manat 52 qəpik) manat olmaqla, cəmi müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 580.683,98 (beş yüz səksən min altı yüz səksən üç manat 98 qəpik) manat təşkiledir.
10. ## ###### 2015-ci il tarixli müddətli öhdəçilik adlı sənəddə ödənişin müddəti ##.##.2022-ci il, məbləğ 600 000 manat, ödəniş müddəti çatdıqda öhdəçiliyin məbləğinin cavabdehinbankdaolan400403807000100AZMO0hesabdansilinməsiqeydolunmuşdur.
11. ##.##.2026-cı il tarixli ********** nömrəli qəbzdən görünür ki, 871 manat məbləğində dövlətrüsumuödənmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı İddiaçı ASC (Ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmi borcu 580.683,98 (beş yüz səksən min altı yüz səksən üç manat, 98 qəpik) manat təşkil edir. Bundan 430.934,02 (dörd yüz otuz min doqquz yüz otuz dörd manat, 02 qəpik) manat əsas, 81.638,44 (səksən bir min altı yüz otuz səkkiz manat, 44 qəpik) manat faiz borcu və 68.111,52 (altmış səkkiz min bir yüz on bir manat, 52 qəpik) Azərbaycan Respubikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün tələb olunan faiz (5%) borcunun və iş üzrə ödənilmiş 871 (səkkiz yüz yetmiş bir) manat dövlət rüsumunun cavabdeh “xxxx” MMC-dən tutularaqonaödənilməsibarədəqətnaməqəbuledilməsinixahişetmişdir.
13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış ## ###### 2015-ci il tarixli ***/F nömrəli kredit müqaviləsinə əsasən borcluya “yeni istehsal avadanlıqlarının alınması ilə mövcud çörək istehsalı həcminin artırılması” üçün illik 6 (altı) % hesablanmaq şərti ilə, 84 (səksən dörd) ay müddətinə, 42 (qırx iki) ay güzəşt müddəti olmaqla 600.000 (altı yüz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə Borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtından əvvəl tələb edilməsi barədə Borc verən Borc alanı xəbərdar etdikdən 3 (üç) iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək Borc alanın vəzifəsidir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2- ****/**** saylı ## ###### 2026-cı il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən ## ###### 2026-cı il tarixli maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. ## ###### 2026-cı il tarixinə “xxxx” MMC-nin həmin kredit üzrə cəmi borcu 580.683,98 (beş yüz səksən min altı yüz səksən üç manat, 98 qəpik) manat təşkil edir. Bundan 430.934,02 (dörd yüz otuz min doqquz yüz otuz dörd manat, 02 qəpik) manat əsas, 81.638,44 (səksən bir min altı yüz otuz səkkiz manat, 44 qəpik) manat faiz borcu və 68.111,52 (altmış səkkiz min bir yüz on bir manat, 52 qəpik) Azərbaycan Respubikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinəəsasəngecikdirilmişvaxtüçüntələbolunanfaiz(5%)borcutəşkiledir.
14. Cavabdeh tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq qeyd etmişdir ki, iş materiallarına əlavə edilən sənədlərdən müəyyən edilir kı, müqavilənin müddətinin bitməsindən sonra da, həmin borca dair qanunsuz olaraq faizlər hesablanmışdır. Bundan əlavə İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış ## ###### 2015-ci il tarixli **/F nömrəli kredit müqaviləsi 84 ay müddətinə bağlanmış və müqavilənin müddəti ## ###### 2022-ci il tarixdə bitmişdir. Hesab edirki,iddiamüddətiötürülmüşdür.
15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək qarşı tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə bildirmişdir ki, tərəfin müqavilə üzrə öhdəliklərivar,borcməbləğiniödəməlidir.
16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddia müddətinin tətbiq edilməsi barədə ərizəsində qeyd edilənləri müdafiə edir. Tərəflər arasında bağlanmış kredit mügaviləsi 84 ay müddətinə bağlanmış və müqavilənin müddəti ## ###### 2022-ci il tarixdə bitmişdir. Belə olduqda isə hesab edir ki, iddiaçı iddia müddətini ötürmüşdür.
17. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsiiləiddianınrəddedilməsiqətedilmişdir.
18. İddiaçı İddiaçı ASC (Ləğv prosesindədir) apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATIİŞTİRAKÇILARININİZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə iddia müddətinin axımı dayandırılır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarına əsasən, İddiaçı ASC müflis elan edilmiş, ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Məhkəmə kollegiyası “Banklar haqqında” Qanunun 62.3cü maddəsinə əsasən qətnamədə qeyd etmişdir ki, Mərkəzi Bank iflas barədə ərizə verdikdən sonra dərhal moratorium qüvvəyə minir və məhkəmənin icazəsi olmadan heç bir kreditor borcunun qaytarılmasını və ya borcu müqabilində bankın əmlakının ona verilməsini və ya hər hansı girov (ipoteka) təminatının tutulmasını tələb edən tədbirlər görə bilməz, yaxud banka qarşı hərhansıtələbinyönəldilməsiiləbağlıprosedurudavametdirəvəyabaşlayabilməz.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiyaşikayətinəqarşıyazılıetirazdaxilolmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkünhesabetmişdir.
TƏTBİQEDİLƏNHÜQUQ
AzərbaycanRespublikasıMülkiMəcəlləsi
22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi)başadüşülür
23. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmişməbləğəillikbeşfaizinödənilməsinitələbedəbilər.
24. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallarüçüncavabdehdir.
25. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyihaldaborclununkreditoraödəməliolduğupulməbləğidir.
26. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbəpuluhaqqındarazılaşmanınetibarsızlığınasəbəbolur.
27. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə,kreditorcəriməninödənilməsinivəöhdəliyinicrasınıtələbedəbilər.
28. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həmdəbütünəsaslımənafelərinəzərəalınır.
29. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinəgötürür.
30. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zaminkreditorqarşısındaborcluiləeynihəcmdəməsuliyyətdaşıyır.
31. 739-cu maddəsinin ##.##.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmetihərhansıpulməbləğiolduqda,o,kreditmüqaviləsiadlandırılır
32. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçünmüddətiddiamüddətisayılır.
33. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarlabağlımüqavilətələbləriüzrəiddiamüddətiisəaltıildir.
34. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsindəqərarçıxarmasıüçünəsasdır.
35. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətininaxımıicramüddətibitdikdəbaşlanır.
36. 379.1.İddiamüddətininaxımıaşağıdakıhallardadayandırılır: 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isəiddiamüddətiərzindəəmələgəlsinvəyamövcudolmaqdadavametsin.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001- ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsiorqanlarınamübahisələriobyektivəsaslarlahəlletməkimkanıyaradır.
Azərbaycan Respublikasının “Banklar Haqqında” qanunu
38. Maddə 57.1.Aşağıdakı əsaslardan hər hansı birinin və ya bir neçəsinin müəyyən edildiyi hallardaMərkəzi Banködəmə qabiliyyətinin itirilməsi ilə əlaqədar banka müvəqqəti inzibatçınıntəyinedilməsibarədəqərarqəbuledir: 57.1.3. bank lisenziyası bu Qanunla müəyyən edilmiş digər əsaslar üzrə ləğv edilməli olduqda. 57.5. Müvəqqəti inzibatçı təyin edildiyi gündən sonrakı gündən başlayaraq ən geci 30 təqvim günü müddətində rezolyusiya metodunu, şərtlərini, iqtisadi əsaslandırmasını və müddətlərini özündə əks etdirən tədbirlər planını ödəmə qabiliyyətini itirmiş bankın maliyyə göstəricilərinə əsasən hazırlayıb Mərkəzi Banka təqdim edir. 57.6. Ödəmə qabiliyyətini itirmiş bank ən geci 9 ayadək müddətə müvəqqəti inzibatçı tərəfindən idarə olunur. Bu müddət Mərkəzi Bank tərəfindən 3 ayadək müddətə uzadıla bilər. Bu müddətdə Mərkəzi Bank ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı aşağıdakı tədbirləri həyata keçirir:
39. Maddə 57-2.1. Banka müvəqqəti inzibatçı təyin edilməsi barədəMərkəzi Bankın qərarı banka təqdim edildiyi gündən idarəetmə orqanları bankın möhürlərini, ştamplarını, bütün əmlakını, mühasibat kitablarını və digər sənədlərini müvəqqəti inzibatçıya təhvil verməli və bankın fəaliyyətiiləbağlızəruriolanməlumatlarıtəqdimetməlidir.
40. Maddə 57-2.3. Müvəqqəti inzibatçının təyin olunduğu gündən bankın idarəetmə orqanları tərəfindən imzalanmış əqdlər və həyata keçirdiyi əməliyyatlar hüquqi qüvvəyə malik olmur və etibarsız hesab olunur. Müvəqqəti inzibatçı bankın bütün idarəetmə orqanlarının səlahiyyətlərinihəyatakeçirməkləyanaşı,aşağıdakıtədbirlərigörür: 57-2.3.3. bankın qarşısında olan borcların qaytarılması üçün tədbirlər görür;
41. Maddə 57-2.3.5. kredit müqavilələri də daxil olmaqla, bankın maraqlarına aşkar şəkildə zidd olan şərtlərlə bağlanılması nəticəsində bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olmuş müqavilə öhdəliklərinin icrasından imtina və həmin müqavilələrin ləğvi üçün Azərbaycan RespublikasınınMülkiMəcəlləsindəmüəyyənedilmişqaydadatədbirlərgörür;
42. Maddə57-3.1. Müvəqqəti inzibatçı bankın əmlakının və sənədlərinin mühafizəsi və qorunması üçün tədbirlər görməlidir. Müvəqqəti inzibatçı təyin edildiyi gündən 30 təqvim günü ərzində bankın aktiv və öhdəliklərinin inventarizasiyasını aparmalı və bankın yenilənmiş balans hesabatınıhazırlamalıdır.
43. Maddə 57-3.2. Təyin oldunduğu gündən 45 təqvim günü ərzində müvəqqəti inzibatçı bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olan halların, o cümlədən aşağıdakı halların müəyyən edilməsi üçün bankın son 2 il ərzində bağlamış olduğu müqavilələri, sazişləri, habelə həyatakeçirdiyiəməliyyatlarıtəhliledir.
44. Maddə 62.3.ƏrizəMərkəzi Banktərəfindən verildikdən sonra dərhal moratorium qüvvəyə minir. Moratoriuma görə məhkəmənin icazəsi olmadan heç bir kreditor borcunun qaytarılmasını və ya borcu müqabilində bankın əmlakını ona verilməsini və ya hər hansı girov (ipoteka) təminatının tutulmasını tələb edən tədbirlər görə bilməz, yaxud banka qarşı hər hansı tələbinyönəldilməsiiləbağlıprosedurudavametdirəvəyabaşlayabilməz.
APELLYASİYABAXIŞININHƏDLƏRİ
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki ProsessualMəcəllənin372.6-cıvə372.7-cimaddələri).
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiyaşikayətindəgöstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər.
APELLYASİYAİNSTANSİYASIMƏHKƏMƏSİNİNMÖVQEYİ
47. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrədüzgünnəticəyəgəlmişdir.
48. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış ## ###### 2015-ci il tarixli ***/F nömrəli kredit müqaviləsinə əsasən cavabdeh “xxxx” MMCyə illik 6 faiz hesablanması şərti ilə 84 ay müddətinə, 42 ay güzəşt müddəti olmaqla 600.000 manat məbləğində kredit verilmiş, həmin vəsait cavabdehin hesabına köçürülməklə iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam həcmdə icra etməmiş, nəticədə iddiaçının kredit müqaviləsindən irəli gələn öhdəliyinicrasınıtələbetməkhüququyaranmışdır.
49. İş materiallarında olan kredit müqaviləsindən və ona əlavə edilmiş ödəniş qrafikindən görünür ki, kredit üzrə öhdəliyin icra müddəti ## ###### 2022-ci il tarixdə başa çatmışdır. Mülki Məcəllənin 377.2-ci və 375.2-ci maddələrinə əsasən icra müddəti müəyyən edilmiş öhdəliklər üzrə iddia müddətinin axımı həmin müddətin bitdiyi gündən başlanır və iddia müddəti yalnız tərəfin ərizəsi əsasında tətbiq edilir.Hazırkı mübahisə üzrə üç illik iddia müddətinin axımı ## ###### 2022ci il tarixdən başlamış və ## ###### 2025-ci il tarixdə başa çatmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarına əsasən, İddiaçı ASC müflis elan edilərək ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilsədə,ddiaərizəsi#######2026-cıiltarixdəməhkəməyətəqdimedilmişdir.
50. Hazırda apellyator “Banklar haqqında” Qanunun 62.3-cü maddəsinə istinad edərək moratorium müəyyənləşdirdikdə iddia müddətinin axımının dayandırıldığını qeyd edir. Banklar haqqında” Qanunun 62.3-cü maddəsində nəzərdə tutulan moratoriumun predmeti banka qarşı yönəlmiştələblərdir.
51. Kollegiya qeyd edir ki, “Banklar haqqında” Qanunun 62.3-cü maddəsinə əsasən, Mərkəzi Bank tərəfindən iflas proseduruna başlanılması barədə məhkəməyə ərizə verildikdən sonra moratorium qüvvəyə minir. Həmin moratoriumun hüquqi nəticəsi ondan ibarətdir ki, məhkəmənin icazəsi olmadan kreditor banka qarşı borcun qaytarılmasını tələb edən tədbirlər görə, banka qarşı hər hansı tələbin yönəldilməsi ilə bağlı proseduru davam etdirə və ya başlaya bilməz.
52. Lakin hazırkı mübahisədə söhbət bankın kreditorunun banka qarşı tələbindən deyil,bankınözborclusunaqarşıtələbhüququndangedir.
53. AR Mülki Məcəllənin 379.1.3-cü maddəsinə əsasən isə moratorium müəyyən edildiyi haldaiddiamüddətinindayandırılmasınınəzərdətutur.
54. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuşqaydayauyğunolaraqmüəyyənolunur”.
55. Eyni zamanda qeyd olunmalıdır ki, “Banklar haqqında” Qanunun 57-2.3.3-cü maddəsində müvəqqəti inzibatçının bankın qarşısında olan borcların qaytarılması üçün tədbirlər görməsi onun əsas səlahiyyətlərindən biri kimi müəyyən edilmişdir. Bu müddəa da göstərir ki, bankın öz borclularından olan debitor borclarının müəyyən edilməsi və yığılması bankın fəaliyyətininvəbankınaktivlərininqorunmasınıntərkibhissəsidir.
56. Göründüyükimiiddiaçıiddiamüddətiniötürərəkməhkəməyəmüraciətetmişdir.
57. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir, bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiəvasitəsidir.
58. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin “Stubbings və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə 1996-cı il ## ####### tarixli Qərarı).
59. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ###### tarixli Qərarı).
60. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
61. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrinirəhbərtutaraq,məhkəməkollegiyası
qətetdi:
İddiaçı İddiaçı ASC-nin (Ləğv prosesindədir) tərəfindən verilmiş apellyasiya şikayəti təminedilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsidəyişdirilmədənsaxlanılsın. Apellyatorunödədiyidövlətrüsumuözünəaidedilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayətiveriləbilər.