Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-978/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, İdddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh1 və cavabdeh2 na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 19.470,96 manat-bundan 7.850,26 manat əsas, 5.636,46 manat faiz, 4.852,82 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.131,42 (manat faiz borcu və iş üzrə ödənilmiş 148,41 manat dövlət rüsumunun cavabdehlər cavabdeh2 və cavabdeh1müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh cavabdeh2 7624,15 manat məbləğində əsas borc, 5098,48 manat məbləğində faiz borcu, illik 5%-lə hesablanmış 1086,44 manat məbləğində gecikdirmə borcu, 100 manat məbləğində cərimə borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 131,73 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-nin (LPO) xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 200 manat pul vəsaitinin 100 manat hissəsinin iddiaçı, digər 100 manat hissəsinin isə cavadehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Faktiki hallar və hüquqi dəyərləndirmə: -EMİS-dən çıxarışlara əsasən müəyyən edilir ki, ##.##.2026-cı il tarixli e-*-*(***)- ****/**** nömrəli qətnamə ##.##.2026-cı il tarixdə cavabdeh cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə və sonuncuya həmin sistem vasitəsilə bu barədə məlumat “elektron ünvan 1” elektron poçtuna göndərilməklə rəsmi qaydada verildiyi halda cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə verilmiş, bununla da qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddət buraxılmış (1 aylıq prosessual müddət ##.##.2026-cı il tarixdə başlamış və ##.##.2026-cı il tarixdə başa çatmışdır), müddətin bərpası üçün vəsatət isə şikayətə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 360 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Leyla Əliyeva Ziya Şirinov Təranə Mahmudova
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-978/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-978/2026
10.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver