Məhkəmə qərarları › İş №e-2-2(3-6)-980/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-980/2026

16.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-980/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 QSC-yə qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar söz: kredit müqaviləsi üzrə faiz borcunun tutulması, borcun məbləğinin müəyyən edilməsi, sübutetmə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, Abdullayev Elşən Uğur oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 QSC-yə qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. Işin halları

1. İddiaçı ASC ilə cavabdeh3 QSC arasında ##.##.2023-cü il tarixli, 104-S3097 KX saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən Bank bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana məqsədli istifadə, qaytarılmaq, faizlər və digər ödənişlər ödənilmək şərtilə kredit verir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən cari xərclərin qarşılanması məqsədilə verilir. 1.3-cü bəndinə əsasən Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin, o cümlədən mövcud olduğu təqdirdə gecikdirilmiş vaxt üçün hesablanan faizlərin (gecikdirilmə faizlərinin) ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. 2.1-ci bəndinə əsasən kreditin əsas şərtləri: Kreditin məbləği – 100 000 (yüz min) Manat; Kreditin müddəti – 12 (on iki) ay; Güzəşt müddəti – 0 (sıfır) ay; Kreditin illik faiz dərəcəsi – 16 (on altı) %; Faizlərin ödənilməsi dövriliyi – aylıq, Rəsmiləşdirmə komisyon haqqı – 1 (bir) %; Nağdlaşdırma komisyon haqqı – cari tariflərə əsasən; Dəbbə pulu – illik 32 (otuz iki) %; 2.2-ci bəndinə əsasən Bu kredit üzrə X1 Dərəcəsi (FIFD) 717,93% təşkil edir. 2.3-cü bəndinə əsasən Kredit üzrə faizlər ildə 360 (üç yüz altmış) təqvim günü, ayda isə 30 (otuz) təqvim günü götürülməklə və kreditin verildiyi faktiki günlərin (kreditin verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır.

2. İddiaçı ASC ilə cavabdeh3 QSC arasında ##.##.2023-cü il tarixli, 104-S3097147 KM saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən Bank bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana məqsədli istifadə, qaytarılmaq, faizlər və digər ödənişlər ödənilmək şərtilə kredit verir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən cari xərclərin qarşılanması məqsədilə verilir. 1.3-cü bəndinə əsasən Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin, o cümlədən mövcud olduğu təqdirdə gecikdirilmiş vaxt üçün hesablanan faizlərin (gecikdirilmə faizlərinin) ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. 2.1-ci bəndinə əsasən kreditin əsas şərtləri: Kreditin məbləği – 150 000 (bir yüz əlli min) Manat ; Kreditin müddəti – 36 (otuz altı) ay; Möhlət müddəti – yoxdur; Illik faiz dərəcəsi – 16 (on altı) %; Rəsmiləşdirmə komisyon haqqı – 1 (bir) %; Nağdlaşdırma komisyon haqqı – cari tariflərə əsasən; Digər hesaba köçürülmə haqqı – cari tariflərə əsasən, Gecikdirilmə faizləri – illik 16 (on altı) % + Mərkəzi Bankın uçot faiz dərəcəsi. 2.2-ci bəndinə əsasən Bu kredit üzrə X1 Dərəcəsi (FIFD) 16,72 % təşkil edir. 2.3-cü bəndinə əsasən Kreditin qaytarılması bu müqaviləyə * saylı əlavədə göstərilmiş ödəniş cədvəli üzrə göstərilmiş qaydada həyata keçirilir. 2.5-ci bəndinə əsasən Kredit üzrə faizlər ildə 360 (üç yüz altmış) təqvim günü, ayda isə 30 (otuz) təqvim günü götürülməklə və kreditin verildiyi faktiki günlərin (kreditin verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır.

3. ##.##.2023-cü il tarixli, 104-S-3097 KX saylı kredit müqaviləsinin təminatı olaraq, cavabdeh2 ilə 104-S-3097 ZM/* saylı ##.##.2023-cü il tarixli, cavabdeh1 ilə 104-S-3097 ZM/* saylı ##.##.2023-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən borcalan bu müqavilənin 1.2-ci bəndində göstərilən Müqavilə üzrə Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin Borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin Müqavilə üzrə Borcalan öhdəliklərini icra etmədiyi və/və ya lazımınca icra etmədiyi təqdirdə Zamin Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal Banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür. 1.2-ci bəndinə əsasən zaminliklə təmin edilən öhdəlik Bankla Borcalan arasında bağlanmış aşağıda qeyd olunan Kredit müqaviləsindən (bundan sonra "Kredit müqaviləsi") irəli gələn öhdəlikdir: Nömrəsi - 104-S-3097 KX, Tarixi - ## #### 2023-cü il, Məbləği - 100 000 (bir yüz min) Manat; Illik faiz - 16 (on altı) %; Müddəti - 12 (on iki) ay. 1.3-cü bəndinə əsasən zamin və Borcalan Bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.1.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit məbləğinin, hesablanmış faizlərin, dəbbə pulunun və Bankın çəkmiş olduğu hər hansı digər xərc və zərərin bütünlüklə ödənilməsini Zamindən tələb etmək bankın hüquqlarından biridir.

4. ##.##.2023-cü il tarixli, 104-S-3097147 KM saylı kredit müqaviləsinin təminatı olaraq, cavabdeh2 ilə 104-S-3147 ZM/* saylı ##.##.2023-cü il tarixli, cavabdeh1 ilə 104-S-3147 ZM/* saylı ##.##.2023-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən borcalan bu müqavilənin 1.2-ci bəndində göstərilən Müqavilə üzrə Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin Borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin Müqavilə üzrə Borcalan öhdəliklərini icra etmədiyi və/və ya lazımınca icra etmədiyi təqdirdə Zamin Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal Banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür. 1.2-ci bəndinə əsasən zaminliklə təmin edilən öhdəlik Bankla Borcalan arasında bağlanmış aşağıda qeyd olunan Kredit müqaviləsindən (bundan sonra "Kredit müqaviləsi") irəli gələn öhdəlikdir: Nömrəsi - 104-S-3147 KM, Tarixi - ## ####### 2023-cü il, Məbləği - 150 000 (bir yüz əlli min) Manat; Illik faiz - 16 (on altı) %; Müddəti - 36 (otuz altı) ay. 1.3-cü bəndinə əsasən zamin və Borcalan Bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.1.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit məbləğinin, hesablanmış faizlərin, dəbbə pulunun və Bankın çəkmiş olduğu hər hansı digər xərc və zərərin bütünlüklə ödənilməsini Zamindən tələb etmək bankın hüquqlarından biridir.

5. İddiaçı ASC ilə cavabdeh3 QSC arasında bağlanmış ## ####### 2023-cü il tarixli 104-S-3147 IP/* №-li Daşınar Əmlakın Ipotekası Müqaviləsinə əsasən cavabdeh3 QSC-yə məxsus BMW X7 XDRIVE 40I M SPORT PACKAGE MINIK markalı **-JJ-*** dövlət nömrə nişanlı avtomobil olan (ban:WBACW210909H27803, buraxılış ili-2021, rəngi-Boz metallik), ## ####### 2023-cü il tarixli 104-S-3147 IP/* №-li Daşınar Əmlakın Ipotekası Müqaviləsinə əsasən cavabdeh3 QSC-yə məxsus X2 markalı 10- JN-005 dövlət nömrə nişanlı avtomobil olan (ban:JTNB13HK7P3191997, buraxılış ili-2022, rəngi- Qara metallik) olmaqla kredit müqaviləsinin təminatı olaraq iddiaçının xeyrinə girov ilə yüklü edilmişdir.

6. ##.##.2024-cü il tarixli maliyyə arayışına əsasən ##.##.2023-cü il tarixli, 104-S- 3097 KX saylı kredit müqaviləsi üzrə cavabdeh3 QSC-nin İddiaçı ASC-yə iddia qaldırılan günə əsas kredit borcu 100000 manat, ## #### 2025-ci il tarixə faiz borcu 6654,64 manat, Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra illik 5% hesablanan 1883,33 manat, ##.##.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu 5777,39 manat müəyyən edilmişdir.

7. ##.##.2024-cü il tarixli maliyyə arayışına əsasən ##.##.2023-cü il tarixli, 104- S3097147 KM saylı kredit müqaviləsi üzrə cavabdeh3 QSC-nin İddiaçı ASC-yə iddia qaldırılan günə əsas kredit borcu 136272,96 manat, ##.##.2024-cü il tarixə faiz borcu 6803,17 manat, ##.##.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu 558,45 manat müəyyən edilmişdir.

8. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Bank İddiaçı ASC ilə borc alan cavabdeh3 QSC arasında bağlanmış ##.##.2023-cü il tarixli, 104-S-3097 KX nömrəli kredit müqaviləsinin şərtləri, o cümlədən aparılmış ödənişlər nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi tarixə əsas, faiz, cərimə borcunun və müqavilə müddəti bitdiyi tarixdən maliyyə arayışında göstərilən ##.##.2024-cü il tarixinə (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında) əsas borca hesablanan illik 5% borcunun məbləğinin və ##.##.2023-cü il tarixli, 104-S-3147 KM nömrəli kredit müqaviləsinin, o cümlədən aparılmış ödənişlər nəzərə alınmaqla pretenziya məktubunun cavabdehlərə çatdırıldığı ##.##.2024-cü il tarixə və maliyyə arayışında göstərinən ##.##.2024-cü il tarixə (ayrı-ayrı göstərilməklə) əsas, faiz və cərimə borcunun məbləği nə qədər təşkil edilməsinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası və cavabdeh3 QSC-nin mülkiyyətində olan BMW X7 XDRIVE 40I M SPORT PACKAGE MINIK markalı **-JJ-*** qeydiyyat nişanlı və X2 markalı **-JN-*** qeydiyyat nişanlı avtomobillərin real bazar və likvid qiyməti nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədilə məhkəmə əmlakının qiymətləndirilməsi ekspertizası təyin edilmişdir.

9. Azərbaycan Respublikası ƏN MEM-in ## ##### 2025-ci il tarixli, *-**/*-*/****/**** saylı məktubuna əsasən Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından, ## ##### 2025-ci il tarixli, 3-16/2- */****/**** saylı məktubuna əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir.

10. Azərbaycan Respublikası ƏN MEM-in ##.##.2025-ci il tarixli, */**** saylı rəyinə əsasən Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ## #### 2023-cü il tarixli, 104-S-3097 KX saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh3 QSC-nin sualda qeyd edilən tarixə İddiaçı ASC-ə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: ##.##.2024-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə 100.000,00 manat, faiz borcu üzrə 6.654,67 manat, ##.##.2024cü il tarixə (sualda qeyd edilən tarixə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%lə hesablanmaqla): əsas borc üzrə 100.000,00 manat, faiz borcu üzrə 6.654,67 manat, 5% ilə hesablanmış faiz borcu üzrə 1.805,56 manat, ## ####### 2023-cü il tarixli, 104-S-3147 KM saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh3 QSC-nin sualda qeyd edilən tarixə İddiaçı ASC-ə olan borcu: ##.##.2024-cü il tarixə (sualda qeyd edilən tarixə):əsas borc üzrə 137.177,34 manat,faiz borcu üzrə 5.546,77 manat, ##.##.2024-cü il tarixə (maliyyə arayışında qeyd edilən tarixə): əsas borc üzrə 137.177,34 manat, faiz borcu üzrə 5.973,54 manat müəyyən edilmişdir. Qeyd: hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xxxx QSC tərəfindən ##.##.2024-cü il tarixdən sonra 35000 manat məbləğində ödəniş aparılmışdır. Lakin ekspert qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi ##.##.2024-cü il tarixə göstərildiyindən 35000 manat məbləğində ödəniş nəzərə alınmamışdır.

11. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, LP-***/**** saylı rəyi ilə cavabdeh3 QSCnin mülkiyyətində olan X2 markalı, 2022-ci il buraxılışlı, qara metallik rəngli, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki bazar qiyməti 40000 (qırx min) manat, LP-***/**** saylı rəyi ilə cavabdeh3 QSC-nin mülkiyyətində olan BMW X7 XDRIVE 40I M SPORT PACKAGE MINIK markalı, 2021-ci il buraxılışlı, boz metallik rəngli, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki bazar qiyməti 110000 (bir yüz on min) manat müəyyən edilmişdir.

12. Azərbaycan Respublikası ƏN MEM-in ## ##### 2026-ci il tarixli, */**** saylı rəyinə əsasən Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ## #### 2023-cü il tarixli, 104-S-3097 KX saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh3 QSC-nin sualda qeyd edilən tarixə İddiaçı ASC-ə olan borcu ##.##.2024-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə):əsas borc üzrə 100.000,00 manat, faiz borcu üzrə 6.654,67 manat. ##.##.2024-cü il tarixə (sualda qeyd edilən tarixə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla):əsas borc üzrə 100.000,00 manat, faiz borcu üzrə 6.654,67 manat, 5% ilə hesablanmış faiz borcu üzrə 1.805,56 manat. ##.##.2026-cı il tarixə (ekspert rəyinin verildiyi tarixə, müqavilə müddəti bitdiyi tarixdən sonra əsas borc məbləği üzrə faiz hesablanmadı):əsas borc üzrə 100.000,00 manat, faiz borcu üzrə 6.654,67 manat müəyyən edilmiş, Qeyd edilir ki, ekspert qarşısında qoyulmuş sualda ekspert rəyinin verildiyi tarixə ilkin rəydə göstərilən 35.000 manat ödəniş nəzərə alınmaqla hesablamaların aparılması göstərilmişdir. Bununla bağlı bildirilir ki, qeyd edilən 35.000 manat məbləğində ödəniş hazırkı hesablama aparılan kredit müqaviləsi üzrə deyil digər kredit müqaviləsi üzrə (# ####### 2023-cü il tarixli, 104-S-3147 KM saylı) aparılan ödənişdir. Bu səbəbdən hazırkı kredit müqaviləsi üzrə hesablamalar apararkən həmin məbləğin nəzərə alınması mümkün deyildir. ## ####### 2023-cü il tarixli, 104-S-3147 KM saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh3 QSCnin sualda qeyd edilən tarixə İddiaçı ASC-ə olan borcu ##.##.2024-cü il tarixə (sualda qeyd edilən tarixə):əsas borc üzrə 137.177,34 manat, faiz borcu üzrə 5.546,77 manat, ##.##.2024cü il tarixə (maliyyə arayışında qeyd edilən tarixə):əsas borc üzrə 137.177,34 manat, faiz borcu üzrə 5.973,54 manat, ##.##.2026-cı il tarixə(ekspert rəyinin verildiyi tarixə):əsas borc üzrə 121.154,30 manat, faiz borcu üzrə 16.261,60 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

13. Iddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh3 QSC-dən, cavabdeh1 və cavabdeh2 İddiaçı ASC-nin xeyrinə ##.##.2023-cü il tarixli, 104-S-3097 KX №-li kredit xətti müqaviləsi üzrə əsas borc 100.000 manat, ##.##.2024-cü ilə faiz borcu üzrə 6.654,64 manat, Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 1.883,33 manat, cərimə qalıq 5.777,39 manat, cəmi 114.315,36 manat kredit borcunun ödənilməsi və 405 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə; Cavabdehlər cavabdeh3 QSCdən, cavabdeh1 və cavabdeh2 İddiaçı ASC-nin xeyrinə ##.##.2023-cü il tarixli, 104-S-3147 KM №-li kredit müqaviləsi üzrə əsas borc 136.272,96 manat, ##.##.2024-cü ilə faiz borcu 6.803,17 manat, Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 0 manat, cərimə qalıq 554,45 manat, cəmi 143.634,58 manat kredit borcunun tutulması barədə, 2023-cü il tarixli 104-S-3147 IP/* №-li Daşınar Əmlakın Ipotekası Müqaviləsinə əsasən cavabdeh3 QSC-yə məxsus BMW X7 XDRIVE 40I M SPORT PACKAGE MINIK markal1ı,0-JJ-005 dövlət nömrə nişanlı avtomobil olan (ban:WBACW210909H27803, buraxılış ili2021, rəngi-Boz metallik) daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov (ipoteka) obyketi açıq hərracda satılması, ## ####### 2023cü il tarixli 104-S-3147 IP/* №-li Daşınar Əmlakın Ipotekası Müqaviləsinə əsasən cavabdeh3 QSC-yə məxsus X2 markal1ı0-JN-005 dövlət nömrə nişanlı avtomobil olan (ban:JTNB13HK7P3191997, buraxılış ili-2022, rəngi- Qara metallik) daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov (ipoteka) obyketi açıq hərracda satılması satışdan əldə olunan vəsait hesabına cavabdehlərin iddiaçıya olan cəmi 143.634,58 kredit borcunun ödənilməsi barədə və 434 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1) İddiaçı ASC iləcavabdeh3 QSCarasında bağlanmış ##.##.2023-cü il tarixli, 104-S-3097 KX №-li kredit xətti müqaviləsinə əsasən illik 16 faiz olmaqla, 100.000 (yüz min) manat məbləğində 12 ay müddətinə kredit ayrılmışdır. Kreditin təminatı olaraq cavabdeh2 ilə 104-S-3097 ZM/* saylı ##.##.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdirlər. Kreditin təminatı olaraq cavabdeh1 ilə 104-S3097 ZM saylı ##.##.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdirlər. 2)İddiaçı ASC iləcavabdeh3 QSC arasında bağlanmış ##.##.2023-cü il tarixli, 104-S-3147 KM №-li kredit müqaviləsinə əsasən illik 16 faiz olmaqla, 150.000 (yüz əlli min) manat məbləğində 36 ay müddətinə kredit ayrılmışdır. Kreditin təminatı olaraq cavabdeh2 ilə 104-S-3147 ZM/* saylı ##.##.2023-ci il tarixli zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdirlər. Kreditin təminatı olaraq cavabdeh1 ilə 104-S3147 ZM/* saylı ##.##.2023-ci il tarixli zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdirlər. Kreditin təminatı olaraq cavabdeh3 QSC-yə məxsus BMW X7 XDRIVE 40I M SPORT PACKAGE MINIK markalı, **-JJ-*** dövlət nömrə nişanlı avtomobil (ban:WBACW210909H27803, buraxılış ili-2021, rəngi-Boz metallik)## ####### 2023-cü il tarixli 104-S3147 IP/* №-li Daşınar Əmlakın Ipotekası Müqaviləsinə əsasən Girov qoyulmuşdur. Kreditin təminatı olaraq cavabdeh3 QSC-yə məxsus X2 markalı **-JN-*** dövlət nömrə nişanlı avtomobil, ban:JTNB13HK7P3191997, buraxılış ili-2022, rəngi- Qara metallik## ####### 2023-cü il tarixli 104-S-3147 IP/* №liDaşınar Əmlakın Ipotekası Müqaviləsinə əsasən Girov qoyulmuşdur. Bank bu müqavilələri vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi/dəbbə pulu ilə birlikdə vaxtından əvvəl qaytarılmasını Borcalandan tələb edə bilər. Cavabdeh cavabdeh3 QSC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş nəticədə onun ##.##.2024-cü il tarixə: 1) ##.##.2023-cü il tarixli, 104-S-3097 KX №- li kredit xətti müqaviləsiüzrə Sizin Banka gecikdirilmiş əsas borc üzrə 100.000 manat, ##.##.2024-cü ilə faiz borcu üzrə 6.654,64 manat, Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 1.883,33 manat, cərimə qalıq 5.777,39 manat, cəmi 114.315,36 manat məbləğində borcunuz yaranmışdır. 2) ##.##.2023- cü il tarixli, 104-S-3147 KM №-li kredit müqaviləsi üzrə Sizin Banka gecikdirilmiş əsas borc üzrə 136.272,96 manat, ##.##.2024-cü ilə faiz borcu üzrə 6.803,17 manat, Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 0 manat, cərimə qalıq 554,45 manat, cəmi 143.634,58 manat məbləğində borcunuz yaranmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli və i.a., kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsi). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Azərbaycan Respublikasının MM-nin 442-ci maddəsi). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır(Azərbaycan Respublikasının MM-nin 445.2ci maddəsi). Borclu öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və Banka dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edildiyi və əsas borc Banka qaytarıldığı halda, Bank kredit təşkilatı olaraq həmin vəsaiti yenidən kredit şəklində yerləşdirərək gəlir əldə etmiş olardı. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hər iki cavabdehə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir. Kredit üzrə borc axırıncı dəfə ##.##.2024-cü il tarixdə 10.000 manat məbləğində ödənilmişdir.

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbi barədə ərizəyə uyğun izahat verərək, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh cavabdeh3 QSC-nin nümayəndəsi çıxış edərək bildirmişdir ki, kredit müəyyən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün götürülmüşdür. Lakin, digər şirkətlər tərəfindən ödənişlər vaxtında olmadığı üçün kredit üzrə ödənişlər gecikir. Bankla müəyyən razılıq əldə etmək istəyiblər, lakin nəticəsi olmadı.

17. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməyiblər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən gəlməyən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

18. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh3 QSC-dən, cavabdeh1 və cavabdeh2 müştərək qaydada ##.##.2023-cü il tarixli, 104-S-3097 KX №-li kredit xətti müqaviləsi üzrə əsas borc 100.000 manat, faiz borcu 6.654,64 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra illik 5% ilə hesablanan 1805,56 manat faiz borcu, dəbbə pulu – 5000 manat, ##.##.2023-cü il tarixli, 104-S-3147 KM №-li kredit müqaviləsi üzrə əsas borc 121154,30 manat, faiz borcu 5546,77 manat, dəbbə pulu 554,45 manat olmaqla, cəmi hər iki müqavilə üzrə 240.715,72 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 531 manat tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, ##.##.2023-cü il tarixli, 104-S-3147 KM №-li kredit müqaviləsi üzrə tələb üzrə tutma cavabdeh3 QSC-yə məxsus BMW X7 XDRIVE 40I M SPORT PACKAGE MINIK markalı **-JJ-*** dövlət nömrə nişanlı (ban:WBACW210909H27803, buraxılış ili2021, rəngi-Boz metallik) avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 110.000 manat məbləğində müəyyən edilməsi; ##.##.2023-cü il tarixli, 104-S-3147 KM №-li kredit müqaviləsi üzrə tələb üzrə tutma cavabdeh3 QSC-yə məxsus X2 markalı **-JN-*** dövlət nömrə nişanlı avtomobilə (ban:JTNB13HK7P3191997, buraxılış ili-2022, rəngi- Qara metallik) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 40.000 manat məbləğində müəyyən edilməsi; Əmlakların satışından əldə olunmuş vəsait hesabına iddiaçı İddiaçı ASC –nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğlərin müvafiq olaraq cavabdeh cavabdeh3 QSC-yə qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər cavabdeh3 QSC-dən, cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutulması, məhkəmə-mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 250 manat məbləğində pul vəsaitinin cavabdehlər cavabdeh3 QSC-dən, cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) hesabına köçürülməsi qət edilmişdir.

19. Məhkəmə əsas, faiz borcunun nə qədər təşkil edilməsini hərtərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin ## ##### 2026-ci il tarixli, */**** saylı rəyinə əsasən ## #### 2023-cü il tarixli, 104- S-3097 KX saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq ##.##.2024-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə):əsas borc üzrə 100.000,00 manat, faiz borcu üzrə 6.654,67 manat.##.##.2024-cü il tarixə (sualda qeyd edilən tarixə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla):əsas borc üzrə 100.000,00 manat, faiz borcu üzrə 6.654,67 manat, 5% ilə hesablanmış faiz borcu üzrə 1.805,56 manat., ##.##.2026-cı il tarixə (ekspert rəyinin verildiyi tarixə, müqavilə müddəti bitdiyi tarixdən sonra əsas borc məbləği üzrə faiz hesablanmadı):əsas borc üzrə 100.000,00 manat, faiz borcu üzrə 6.654,67 manat müəyyən edilmiş, ## ####### 2023-cü il tarixli, 104-S-3147 KM saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh3 QSC-nin sualda qeyd edilən tarixə İddiaçı ASC-ə olan borcu ##.##.2024-cü il tarixə (sualda qeyd edilən tarixə):əsas borc üzrə 137.177,34 manat, faiz borcu üzrə 5.546,77 manat, ##.##.2024-cü il tarixə (maliyyə arayışında qeyd edilən tarixə):əsas borc üzrə 137.177,34 manat, faiz borcu üzrə 5.973,54 manat, ##.##.2026-cı il tarixə(ekspert rəyinin verildiyi tarixə):əsas borc üzrə 121.154,30 manat, faiz borcu üzrə 16.261,60 manat müəyyən edilmişdir.

20. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının ## #### 2023-cü il tarixli, 104-S-3097 KX kredit müqaviləsi üzrə tələb etdiyi əsas borcu məbləği eksperti rəyi ilə eynilik təşkil edir, faiz borcu isə iddia tələbində ekspert rəyində göstərilən məbləğdən daha aşağı məbləğdə müəyyən edilmiş, ## ####### 2023-cü il tarixli, 104-S-3147 KM kredit müqaviləsi üzrə tələb etdiyi əsas və faiz borcu məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən əsas və faiz borcu məbləğindən aşağı məbləğdə müəyyən edilmişdir. Belə olan halda məhkəmə ## #### 2023-cü il tarixli, 104-S-3097 KX kredit müqaviləsi üzrə əsas borcu həm iddia tələbində həmdə ekspert rəyində müəyyən edilmiş məbləğdə, faiz borcunu iddia tələbində olan məbləğdə, ## ####### 2023-cü il tarixli, 104-S-3147 KM tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunu ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməklə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlir.

21. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

22. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, ## #### 2023-cü il tarixli, 104-S-3097 KX saylı kredit müqaviləsi üzrə tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan cavabdehdən tutulması tələb olunan dəbbə pulu 5000 manat, ## ####### 2023-cü il tarixli, 104-S-3147 KM kredit müqaviləsi üzrə cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən tutulacaq dəbbə pulu 554,45 manat məbləğində müəyyən edilməlidir.

23. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının kredit müqaviləsii üzrə tələb etdiyi gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu, ekspert rəyində göstərilən məbləğlər ilə fərqlənir. Belə ki, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu ekspert rəyində iddia tələbində göstərilən məbləğdən daha aşağı həddə müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ## #### 2023-cü il tarixli, 104-S-3097 KX saylı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu ekspert rəyində müəyyən edilən 1805,56 manat məbləğdə müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

24. Həmçinin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçıxxxx” QSC ##.##.2023-cü il tarixli, 104-S-3097147 KM saylı kredit müqaviləsinin təminatı olaraq, ## ####### 2023-cü il tarixli 104-S-3147 IP/* №-li Daşınar Əmlakın Ipotekası Müqaviləsinə əsasən cavabdeh3 QSC-yə məxsus BMW X7 XDRIVE 40I M SPORT PACKAGE MINIK markalı **-JJ-*** dövlət nömrə nişanlı avtomobil olan (ban:WBACW210909H27803, buraxılış ili-2021, rəngi-Boz metallik), ## ####### 2023-cü il tarixli 104-S-3147 IP/* №-li Daşınar Əmlakın Ipotekası Müqaviləsinə əsasən cavabdeh3 QSC-yə məxsus X2 markalı **-JN-*** dövlət nömrə nişanlı avtomobil olan (ban:JTNB13HK7P3191997, buraxılış ili-2022, rəngi- Qara metallik) İddiaçı ASC-nin xeyrinə girov müqaviləsi əsasında yüklü edilmişdir.

25. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, LP-***/**** saylı rəyi ilə cavabdeh3 QSCnin mülkiyyətində olan X2 markalı, 2022-ci il buraxılışlı, qara metallik rəngli, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki bazar qiyməti 40 000 (qırx min) manat, LP-***/**** saylı rəyi ilə cavabdeh3 QSC-nin mülkiyyətində olan BMW X7 XDRIVE 40I M SPORT PACKAGE MINIK markalı, 2021-ci il buraxılışlı, boz metallik rəngli, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki bazar qiyməti 110 000 (bir yüz on min) manat müəyyən edilmişdir.

26. Belə olan halda məhkəmə “xxxx” MMC-nin rəyində müəyyən edilmiş müvafiq olaraq X2 markalı, 2022-ci il buraxılışlı, qara metallik rəngli, **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki bazar qiyməti 40 000 (qırx min) manat, cavabdeh3 QSC-nin mülkiyyətində olan BMW X7 XDRIVE 40I M SPORT PACKAGE MINIK markalı, 2021-ci il buraxılışlı, boz metallik rəngli, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki bazar qiyməti 110 000 (bir yüz on min) manat kimi müəyyən edilməsini məqsədə müvafiq hesab etmişdir.

27. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 270.1, 295, 296.1, 297, 385.1, 399.1, 442, 445.7, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741-ci maddələrini, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarı, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1, 13.1, 13.1.1,13.1.2, 13.1.3, 13.1.4, 13.1.5-ci maddələrinə tətbiq etmişdir.

28. Qətnamədən cavabdeh cavabdeh3 QSC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi xahiş etmiş, birinci instansiya məhkəməsinin faiz borcunun hansı dövr, əsas borc qalığı və hesablama qaydası üzrə müəyyən edildiyinin araşdırmadığını, sübutlara düzgün qiymət vermədiyini irəli sürmüş və kredit ödənişlərində gecikmələrin onun iradəsindən asılı olmayan səbəblərdən, sahibkarlıq fəaliyyəti çərçivəsində münasibətdə olduğu digər şirkətlərin öz öhdəliklərini vaxtında icra etməməsi nəticəsində yaranamasının nəzərə alınmadığını bildirmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

30. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

31. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

32. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

33. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

34. Maddə 34.1. Ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi.

35. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

38. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

39. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır

40. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

41. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

42. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

43. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

44. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

45. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

46. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

47. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

48. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

49. Maddə 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

52. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 55.

56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

58. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

61. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və Apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının faiz borcunun məbləği hissəsində yoxlanılması təşkil edir. Belə ki, iddiaçı və digər cavabdeh qətnamədən şikayət verməmiş, apellyator isə faktiki olaraq həmin hissədə qətnaməni mübahisələndirmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

62. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır (mübahisələndirilən hissədə).

63. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

64. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

65. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, faiz borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 740.1-ci maddəsi təşkil edir.

66. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehlər öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmiş, bankın müvafiq tələblə məhkəməyə müraciət etmək hüququ yaranmışdır.

67. Belə ki, borcun məbləğinin müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ##.##.2025-ci il tarixli, */**** saylı və ## ##### 2026-ci il tarixli, */**** saylı ekspert rəylərinə əsasən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, kredit şərtləri nəzərə alınaraq ##.##.2023-cü il tarixli, 104-S-3097 KX №-li kredit müqaviləsi üzrə cavabdeh3 QSC-nin ##.##.2024-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) olan faiz borcu 6.654,67 manat; ## ####### 2023-cü il tarixli, 104-S-3147 KM №-li kredit müqaviləsi üzrə cavabdeh3 QSC-nin ##.##.2024-cü il tarixə (pretenziya məktubu ilə müqaviləyə birtərəfli qaydada xitam verilmiş tarixə) olan faiz borcu 5.546,77 manat müəyyən edilmişdir.

68. Məhkəmə kollegiyası qeyd edir ki, faiz borcunun düzgün hesablanmaması ilə bağlı dəlillər əsaslandırılmayıb. Eyni zamanda cavabdehin istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən ekspert rəyini şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır.

69. Kollegiya qeyd edir ki, üçüncü şəxslərin cavabdeh qarşısında öhdəliklərini lazımınca icra etməməsi nəticəsində sahibkarlıq fəaliyyətində yaranmış çətinliklər və maddi vəziyyətinin pisləşməsi də kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə haqq qazandıran hal kimi qiymətləndirilə bilməz. Borclunun maliyyə imkanları və sahibkarlıq fəaliyyətindən irəli gələn risklər onun öz risk dairəsinə aid olduğundan həmin hallar kreditor qarşısında götürdüyü müqavilə öhdəliklərini aradan qaldırmır.

70. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normaların pozuntusuna yol verilməmiş; birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

71. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

72. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDI: Cavabdeh cavabdeh3 QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar