Məhkəmə qərarları › İş №e-2-2(3-6)-992/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-992/2026

07.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-992/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü) Hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat

1. Iddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər cavabdeh2 MMC, cavabdeh1 birgə qaydada; 1. K**** saylı kredit müqaviləsinə əsasən 598,712.72 (beş yüz doxsan səkkiz min yeddi yüz on iki manat yetmiş iki qəpik) manat əsas borc, 31,483.90 (otuz bir min dörd yüz səksən üç manat doxsan qəpik) manat faiz borcu, 1,545.58 (bir min beş yüz qırx beş manat əlli səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 631,742.20 (altı yüz otuz bir min yeddi yüz qırx iki manat iyirmi qəpik) manat məbləğində borcun; 2. K**** saylı kredit müqaviləsinə əsasən 2,165,811.82 (iki milyon yüz altmış beş min səkkiz yüz on bir manat səksən iki qəpik) manat əsas borc, 22,905.87 (iyirmi iki min doqquz yüz beş manat səksən yeddi qəpik) manat faiz borcu, 367.13 (üç yüz altmış yeddi manat on üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 2,189,084.82 (iki milyon bir yüz səksən doqquz min səksən dörd manat səksən iki qəpik) manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması; II. Tutmanın aşağıda qeyd edilən əmlaklara yönəldilməsi: 1. cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.078790 ha torpaq sahəsi və onun üzərində yerləşən 156.50 kv.m ümumi sahədən ibarət (Reyestr nömrəsi: 003013010668- 10301) fərdi yaşayış evi yönəldilməsi və əmlakın açıq hərracda satılması; 2. cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Səbailrayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 3-cü döngə, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 495.7 kv.m ümumi sahədən ibarət * saylı (Reyestr nömrəsi: 004013001318- 10301) fərdi yaşayış evi; 3. cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi yolu, ev 20, mənzil 311 yeni qaydalarla, AZ1070 ünvan 1 ünvanında yerləşən (Reyestr nömrəsi: 011011006457-05301-093341) mənzil. III. Aşağıda sadalanan əmlakların 1. cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.078790 ha torpaq sahəsi və onun üzərində yerləşən 156.50 kv.m ümumi sahədən ibarət (Reyestr nömrəsi: 003013010668-10301) fərdi yaşayış evinin hərracdan ilkin satış qiymətinin 210.000 (iki yüz on min) manat müəyyən edilməklə; 2. cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 3-cü döngə, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 495.7 kv.m ümumi sahədən ibarət * saylı (Reyestr nömrəsi: 004013001318- 10301) fərdi yaşayış evinin hərracdan ilkin satış qiymətinin 1520.000 (bir milyon beş yüz iyirmi min) manat müəyyən edilməklə; 3. cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi yolu, ev 20, mənzil 311 yeni qaydalarla, AZ1070 ünvan 1 ünvanında yerləşən (Reyestr nömrəsi: 011011006457-05301-093341) mənzilin hərracdan ilkin satış qiymətinin 114.400 (yüz on dörd min dörd yüz) manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin iddiaçı İddiaçı ASC-yə olan öhdəliklər üzrə borcun ödənilməsinə yönəldilməsi;4.Daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; 6. Ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçı İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdeh2 MMC, cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; 6. Iddia ərizəsinin məhkəməyə verilməsi üçün 2200.41 (iki min iki yüz manat qırx bir qəpik) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində 3 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ümumilikdə 47.04 (qırx yeddi manat dörd qəpik) manat dövlət rüsumu və 110.40 ( yüz on manat qırx qəpik) manat xidmət haqqının cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 birgə qaydada tutularaq iddiaçı İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçının nümayəndəsi ## ######## 2025-ci il tarixli iddia tələbinin həcminin dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, İ. Cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 birgə qaydada; K**** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 498,429.42 (dörd yüz doxsan səkkiz min dörd yüz iyirmi doqquz manat, qırx iki qəpik) manat əsas borc, 144,041.05 (Bir yüz qırx dörd min qırx bir manat, beş qəpik) manat faiz borcu, 41,110.69 (qırx bir min bir yüz on manat, altmış doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 683,581.16 (altı yüz səksən üç min beş yüz səksən bir manat, on altı qəpik) manat; -K**** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1,862,855.04 (bir milyon səkkiz yüz altmış iki min səkkiz yüz əlli beş manat, dörd qəpik) manat əsas borc, 415,235.10 (dörd yüz on beş min iki yüz otuz beş manat, on qəpik) manat faiz borcu, 152,370.53 (bir yüz əlli iki min üç yüz yetmiş manat, əlli üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 2,430,460.67 (iki milyon dörd yüz otuz min dörd yüz altmış manat, altmış yeddi qəpik) manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması; II.Tutmanın aşağıda qeyd edilən əmlaklara yönəldilməsi: 1. cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1- ci yaşayış massivi, 3-cü döngə, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 495.7 kv.m ümumi sahədən ibarət * saylı (Reyestr nömrəsi: 004013001318-10301) fərdi yaşayış evi; 2.cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi yolu, ev 20, mənzil 311 yeni qaydalarla, AZI 070 ünvan 1 ünvanında yerləşən (Reyestr nömrəsi: 011011006457-05301-093341) mənzil. III.Aşağıda sadalanan əmlakların 1.cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1- ci yaşayış massivi, 3cü döngə, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 495.7 kv.m ümumi sahədən ibarət * saylı (Reyestr nömrəsi: 004013001318-10301) fərdi yaşayış evinin hərracdan ilkin satış qiymətinin 1 520 000,00 (bir milyon beş yüz iyirmi min) manat müəyyən edilməklə; 2.cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi yolu, ev 20, mənzil 311 yeni qaydalarla, AZI 070 ünvan 1 ünvanında yerləşən (Reyestr nömrəsi: 011011006457-05301-093341) mənzilin hərracdan ilkin satış qiymətinin 114 400,00 (yüz on dörd min dörd yüz) manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin iddiaçı İddiaçı ASC-yə olan öhdəliklər üzrə borcun ödənilməsinə yönəldilməsi; 4.Ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçı İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdeh2 MMC, cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; 5.Iddia ərizəsinin məhkəməyə verilməsi üçün 2 347.02 (iki min üç yüz qırx yeddi manat, iki qəpik) manat məbləğində dövlət rüsumu, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində 3 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ümumilikdə 47.04 (qırx yeddi manat dörd qəpik) manat dövlət rüsumu və 110.40 ( yüz on manat qırx qəpik) manat xidmət haqqının cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 birgə qaydada tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh1 və cavabdeh2 MMC-dən müştərək qaydada K**** saylı Kredit müqaviləsi üzrə 498429,42 manat əsas borc, 29261,77 manat faiz borcu, 24921 manat dəbbə pulu, K**** saylı Kredit müqaviləsi üzrə 1.862.855,04 manat əsas borc, 22911,27 manat faiz borcu, 93143 manat dəbbə pulu olmaqla cəmi 2.531.521,5 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 2056,26 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 157,44 manatın tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın aşağıdakı əmlaklara yönəldilməsi: - cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 3-cü döngə, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 495,7 kv.m ümumi sahədən ibarət * saylı (Reyestr nömrəsi: 004013001318-10301) fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 2.420.127 manat məbləğində müəyyən edilsin; - cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi yolu, ev 20, mənzil 311 yeni qaydalarla, AZI 070 ünvan 1 ünvanında yerləşən (Reyestr nömrəsi: 011011006457-05301- 093341) mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 183.091,75 manat məbləğində müəyyən edilsin; Əmlakların satışından əldə olunmuş vəsait hesabına iddiaçı İddiaçı ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ müvafiq olaraq cavabdehlər cavabdeh1 və cavabdeh3 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər cavabdeh1 və cavabdeh2 MMC-dən müştərək qaydada tutulması, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 400 manat məbləğində pul vəsaitinin cavabdehlər cavabdeh1 və cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) hesabına keçirilməsi qət edilmişdir.

4. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin K6655 və K**** saylı maliyyələşdirmə üçün ərizələr üzrə faiz borcunun tutulmaması hissəsində ləğv edilərək cavabdehdən tam tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-.1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinin tələblərinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. 363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Məhkəmənin mövqeyi

7. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.

8. Belə ki, MPM-in tələblərinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

9. Hazırki halda “Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair” ## #### 2026-cı il tarixli çıxarışdan (II cild, iş/v 224) müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi iddiaçının elektron kabinetinə ## #### 2026-cı il tarixdə yerləşdirilmişdir. Həmin çıxarışa əsasən, iddiaçının təsdiq edilmiş elektron ünvanı (e-mail) vardır (elektron ünvan 1).

10. Eyni zamanda “Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair” ## #### 2026-cı il tarixli çıxarışdan (II cild, iş/v 227) müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi iddiaçının nümayəndəsinin elektron kabinetinə ## #### 2026-cı il tarixdə yerləşdirilmişdir. Həmin çıxarışa əsasən, iddiaçının nümayəndəsinin təsdiq edilmiş elektron ünvanı (e-mail) vardır (elektron ünvan 2).

11. Mülki-Prosessual Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Mülki-Prosessual Məcəllənin 129.1-ci maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadında məhkəmə kollegiyası izah etmişdir ki, Mülki-Prosessual Məcəllənin 129.1-ci maddəsində qeyd edilən “müvafiq ayında və günündə” söz birləşməsindəki “müvafiq” ifadəsi aylarla və illərlə hesablanan müddətin axımının başlandığı günə deyil, hadisənin baş vermə vaxtına münasibətdə müəyyən edilir. Eyni zamanda müddətin axımının müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanması dedikdə, müddətin, onun başlanğıcının təyin edildiyi təqvim tarixindən sonra saat 00:00:01-dən başlayıb, müvafiq müddətin sonuncu günü saat 00:00:00-da bitməsi başa düşülür. Nəzərə almaq lazımdır ki, bir gün 24 saata bərabərdir, buna görə də təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gün dərhal deyil, saat 00:00:01-dən başlayır və bu saata qədər keçən vaxt hesaba alınmadığı kimi, müddətin sonuncu günü də saat 00:00:00-a qədər olan vaxt hesaba alınmır. Başqa sözlə, müddətin axımı hansı zaman kəsiyində başlamışdırsa, müddətin sonu da həmin zaman kəsiyində bitir.

13. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə görə də edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.

14. Odur ki, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddətin axımı ## #### 2026-cı il saat 00:00:01-də başlayıbsa, bir aylıq müddətin sonu da ## #### 2026-cı il saat 00:00:00 hesab edilir və ## #### 2026-cı il saat 00:00:01 artıq müddətin keçməsi hesab edilir.

15. Iddiaçı tərəfindən isə apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə verilmiş, bununla da birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün MPM-in 360-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq müddət ötürülmüşdür.

16. Beləliklə məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.

17. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 360, 363, 366-cı maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(113)-430/2025 qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin. Iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar