Məhkəmə qərarları › İş №e-2-2(3-6)-993/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-993/2026

17.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№e-2-2(3-6)-993/2026 17.09.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI :Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X13 və Abdullayev ElşənUğuroğlundanibarəttərkibdə, İsmayılovaElnarəMəyişqızınınkatibliyiilə, İddiaçınınnümayəndəsivəvəkiliMədətovİsrafilMüşfiqoğlu, CavabdehinnümayəndəsiX4vənümayəndə2iştirakıilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh CavabdehMMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Milli Gəlirlər İdarəsinin X5 Qeydiyyatı İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, və “X2” QSC olmaqla) qarşı “öhdəliyin qoyulması,Qeydiyyatın və qəraraların etibarsız hesab edilməsi” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli , e-*-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı ApellyasiyaMəhkəməsininbinasında,açıqməhkəməiclasındabaxaraq,müəyyənetdi: İşin halları

1. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X11 və Sənaye Mülkiyyəti Baş İdarəsinin Qapalı Səhmdar Cəmiyyətlərinin Qeydiyyatına dair ****** nömrəli, A/84 seriya nömrəli Bəyannamədən görünür ki, “X3” Qapalı Səhmdar Cəmiyyəti ##.##.2007-ci ildə İran İslam Respublikasında təsis edilməklə həmin ölkədə qeydə alınmış hüquqi şəxsdir. Həmin hüquqi şəxsin hüquqi ünvanı İran İslam Respublikası, Təbriz şəhəri, Kağız satanlar Bazarı, 99-cu evdir. HəminhüquqişəxsinAzərbaycanRespublikasındafilialıvəyanümayəndəliyimövcuddeyildir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X5 Qeydiyyatı İdarəsi tərəfindən “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosuna ünvanlanmış ## ### 2025-ci il tarixli, *-**-*-*-*/*-N-***-**/**** nömrəli məktubdan qeyd edilmişdir ki: “Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X5 qeydiyyatı idarəsinə daxil olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: Cavabdeh) barədə məlumatın və sənəd surətinin təqdim edilməsinə dair müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bildiririk ki, ##.##.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv olunması barədə məlumat müəyyən edilməmişdir. Həmçinin, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti barədə tələb olunan sənədlər kommersiya sirri olan məlumatlar təşkil edir. "Kommersiya sirri haqqında" Azərbaycan Respublikasının Qanununun 4.1.2-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakıpaylarıbarədəməlumatlarkommersiyasirrihesabedilir”.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X5 Qeydiyyatı İdarəsi tərəfindən “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosuna ünvanlanmış ## #### 2025-ci il tarixli, *-**-*-*-*/*-N-***-**/**** nömrəli məktubdan qeyd edilmişdir ki: “Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X5 qeydiyyatı idarəsinə daxil olmuş müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bildiririk ki, ##.##.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmış Tam Xarici İnvestisiyalı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin adı ##.##.2018-ci il tarixdə dəyişdirilərək Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN Cavabdeh) kimi adlandırılmışdır. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi ##.##.2019-cu il tarixli Ümumi yığıncağının qərarına əsasən ##.##.2019-cu il tarixdən ##.##.2019cu il tarixədək 100% pay hüququ ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), Ümumi yığıncağının ##.##.2019-cu il tarixli qərarına əsasən ##.##.2019-cu il tarixdən ##.##.2020ci il tarixədək təsisçisi 25% pay hüququ ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, 75% pay hüququ ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), ümumi yığıncağının ##.##.2020-ci il tarixli protokoluna müvafiq olaraq təsisçisi ##.##.2020-ci il tarixdən hazırdadək 100% pay hüququ ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiliyindən çıxaraq, ayrılma nəticəsində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) yaradılmış və Cavabdeh MəhdudMəsuliyyətliCəmiyyətiyenidəntəşkiledilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh Cavabdehxxxx“məhdud məsuliyyətli cəmiyyətin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-ninləğvedilməsibarədəqətnaməqəbuledilməsinixahişetmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmış tam xarici investisiyalı Cavabdeh MMC-nin (vöen 10200299372) nizamnaməsindən görünür ki, cəmiyyət tam xarici investor olan Rusiya Federasiyası İnquşetiya Respublikasında **** saylı qeydiyyat nömrəsi ilə ##.##.2001.-ci il tarixdə dövlət qeydiyyatına alınmış hüquqi şəxs QSC “X1 ve Tic İnc”-olmuşdur. Həmçinin müvafiq məlumat RF vahid hüquqi şəxslərin reestr məlumatlarında əksini tapır. (ZAO "RABO CUVAL SAN. VE TIC." INC. 106**********) Единый государственный реестр юридических лиц-ЕГРЮЛ). Cavabdeh MMC ##.##.2001-ci il tarixdə tam xarici investisiyalı hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı dövrdə təsisçi kimi göstərilən ZAO “X1 VE TIC INC” (RF qeydiyyat №: 106**********) ##.##.2006-cı il tarixdə Rusiya Federasiyasının vergi orqanı tərəfindən ləğv edilməsi nəzərə alınaraq təsisi və fəaliyyəti tam etibarsız olmuşdur. Azərbaycan Respublikasında Nizamnamə əsasında fəaliyyət göstərənxxxx” MMC (vöen 10200299372) ##.##.2007-ci il tarixində MMC-nin qərarı ilə İİR vətəndaşları ilə birgə İran İslam Respublikasında ünvanı İran İslam Respublikası,Təbriz şəhəri Kağızsatanlar bazarı 99 yerləşən təsis payı yüz səhmdən ibarət olan Qapalı tipli Səhmdar Cəmiyyətin yaradılması, cəmi 100 səhmdən ibarət olan və həmin səhmlərin 50 ədədinə sahibllik hüququ xxxx MMCyə məxsus olmaqla, (100 səhmin) 46 ədədi X9 və (100 səhmin) 4 ədədi X8 məxsus “X3” QSC -nin təsis edilməsi barədə qərar qəbul edilmişdir. QSC ##.##.2007-ci il tarixdə 21974 nömrə ilə İran İslam Respublikasında qeydiyyatdan keçmişdir. Buna baxmayaraq, həmin ləğv edilmiş hüquqi şəxs adından ##.##.2007-ci il tarixdə xxxx MMC tərəfindən İran İslam Respublikasında 100 səhmdən ibarət “X3” QSC-nin yaradılmasına dair qərar qəbul edilmişdir. Təsis paylarının bölgüsü aşağıdakı kimidir: rAmLTD MMC - 50 səhmdə, X7 (İddiaçı) - 46 səhm, X8 - 4 səhm. Bu təsisçilik özü də hüquqi əsasdan məhrumdur, çünki xxxx MMC-nin təsisçisi 2006-cı ildə hüquqi şəxs statusunu itirdikdən sonra hüquqi şəxs yaratmışdır. Rusiya Federasiyası vahid hüquqi şəxslərin reestr məlumatlarında (Единый государственный реестр юридических лиц-ЕГРЮЛ). Azərbaycan Respublikasında Nizamnamə əsasında fəaliyyət göstərənxxxx” MMC-nin təsisçisiZAO "RABO CUVAL SAN. VE TIC." INC. 106**********- faəliyyət göstəmədiyi üçün ##.##.2006-cı il tarixdə yerli vergi xidmətinin *** saylı məcburi ləğv, qeydiyyatın ləğvi barədə qərarı əsasında fəaliyyətnə xitam verilməklə hüquqi şəxsin qeydiyyatı ləğv edilmişdir. (müvafiq reestrdən arayış əlavə edilir.) Bundan əlavə, xxxx MMC 2019-cu ildən başlayaraq qeyri-qanuni yollarla əvvəl “xxxx” MMC-yə, sonra “xxxx” MMC-yə ötürülmüşdür. Bu dəyişikliklər notarial və qanunla tələb olunan qaydada təsdiqlənməmişdir. 2019-cu ildə qeyri müəyyən şəkildə hüquqi əsası olmadan və ya bu əsasa hüquqi cəhətdən icazə verilməyən sənədlər əsasında xxxx MMCnin təsisçiliyi “Pera İndustries” MMC-yə (VÖEN **********) keçir həmçinin təsis payı azalır. Daha sonra “Pera İndustries” MMC-nin nizamnamə kapitalında dəyişiklik və təsisçilərin sayında dəyişiklik edərək 18 592 manatlıq 4 paydan ibarət hissənin bir payını xxxx MMC-yə (VÖEN **********) satır. Yenidən həmin dövrdə “Pera İndustries” MMC- (VÖEN **********) təsisçi kimiCəmiyyətin nizamnamə kapitalının azaldılaraq təsisçilikdən kənarlaşır. Cəmiyyətin Təsisçisi xxxx MMC-yə (VÖEN **********) qalır. Qeyd edək ki, Cavabdeh MMC-nin (vöen 10200299372) bir sıra törəmə müəsissələrin həmtəsisçisi və təsçisidir, o cümlədən hüquqlarını müdafiə etdityim X9 və X8 məxsus “X3” QSC-nin həm təsisçisidir və həmtəsisçilərə indi məlum olmuşdur ki, qeyri müəyyən şəraitdə, hüquq verən sənəd və səlahiyyətlər olmadan sahibkarlıq fəaliyyəti ilə məşqul olan tərəfdaşlıq və öz ölkəsində, həmçinin beynəlxalq səviyyədə tanınan və bu günədək şəffaf fəaliyyət göstərən “X3” QSC-nin həm indiki fəaliyyətinə mane ola bilər və tərfdaşları arasında etibarsızlığıa və maliyyə itkilərinə səbəb olacaq halların qarşısını almaq məqsədilə ##.##.2007 tarixli “X3” QSC -nin təsis edilməsi barədə qərar etibarsız olduğu halda yəni "RABO CUVAL SAN. VE TIC." INC hüquqi cəhətdən mövcud olmadığı dövrdə “Tam xarici investisiyalı Cavabdeh MMC”nin təsis edilməsinin hüquqi əsası olmadığı üçün onun fəaliyyəti və qəbul etdiyi qərarlar etibarsızdır. Bu səbədən hüquqi əsas olmadan təsis edilmiş Azərbaycan Respublikasında Nizamnamə əsasında fəaliyyət göstərənxxxx” MMC (vöen 10200299372) ##.##.2007-ci il tarixində MMC-nin qərarı ilə İİR vətəndaşları ilə birgə İran İslam Respublikasında ünvanı İran İslam Respublikası,Təbriz şəhəri Kağızsatanlar bazarı 99 yerləşən təsis payı yüz səhmdən ibarət olan QSC-nin yaradılması, cəmi 100 səhmdən ibarət olan və həmin səhmlərin 50 ədədinə sahibllik hüququ xxxx MMCyə məxsus zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; Biz şirkət olaraq heç bir ləğv etmə komissiyası təşkil etməmişik və bu hüququ heç kimə vermirik. 6. Hal-hazırda da iddiaçının, nümayəndəsinin eyni iddia tələbi ilə məhkəməyə müraciət etməsi qanunvericiliyin, mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. xxxx MMC yaradılarkən tam qanunvericiliyin tələblərinə uyğun olaraq yaradılmış, fəaliyyət göstərmiş, vergi ödəyicisidir və qarşı tərəfin cəmiyyətə qarşı qaldırdığı iddianın heç bir əsası yoxdur. Subyektiv hüququa malik deyildir. Əsas məqamlardan bitri odur ki, iddia ərizəsində qeyd edilən pay bölgüsü barədə informasiya bugünkü günü əks etdirmir. İran İslam Respublikasında uzun müddətdir ki, təsisçilər arasında məhkəmə çəkişmələri olub, bütün bu iddia edilən məsələrlə də daxil məhkəmə işləri olmuş, qanunsuz və səlahiyyətlərindən sui istifadəyə görə Jafar və Jalil qardaşları məsuliyyətə cəlb olunublar. X2 şirkətinin hissələri xxxx MMC-yə ötürülüb, 88% X2 şirkətində paya malik xxxx MMC-dir. Lakin bu günə kimi bununla razılaşmırlar Azərbaycan da səlahiyyətləri olmayan məsələlər müdaxilə edirlər.

7. Azərbaycan Respublikasında olan məhkəmələr, yəni ##.##.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya məhkəməsi də bu işlə bağlı öz mövqeyini bildirmişdir. Belə ki, məhkəmə qərardadlarında bildirir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * saylı qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüququn elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa(borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementinmövcudluğuiləbağlıdır.Birincielementisəbəzənyalnızqanunlamüəyyənolunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə ki, göründüyü kimi, hüquqi şəxsin ləğv edilməsinin əsaslarından biri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.2.2-ci maddəsində (Hüquqi şəxs hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda ləğv edilə bilər) nəzərdə tutulmuş və həmin əsasla çıxış etmək hüququ qüvvədə olan qanunvericilik normalarına əsasən Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmişdir.” Mülki Məcəllənin 55.1.-ci maddəsinə əsasən, Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. 8. Mülki Məcəlləyə görə hüquqi şəxslə təsisçiləri ayrıayrı tərəflərdir. Hüquqi şəxsin təsisçiləri öz öhdəliklərinə məsuliyyətlərinə görə məsuliyyət daşıyırlar. Hüquqi şəxsin ölməsi, ləğv olunması, yenidən təşkil edilməsi qanunvericilikdə heç bir yerdə hüquqi şəxsin ləğvinə səbəb olan əsas kimi qeyd edilməyib. 9. Ümumilikdə bütün bu iddia ərizəsində qeyd edilənlər məxfidir, kommersiya sirrini təşkil edir. Məhkəmələrdə, iclaslarda bütün şirkətin kommersiya sirrinin açıqlanması, şübhə altına alınması yolverilməzdir. 10. İddiaçıların vəsatətlərinə münasibətdə təmin edilməməsini xahiş edirik. Vəsatətlər tam qanunsuzdur. Kommersiya sirrinin subyektiv hüquqi olmayan, xxxx MMC-yə aid olmayan xarici vətəndaşların bilməsi, əldə etməsi şirkətin prinsiplərin ziddir, kommersiya sirinnin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının “Kommersiya Sirri haqqında” Qanunun 4.1.-ci maddəsinə əsasən, aşağıdakılar istisna edilməklə, hüquqi və fiziki şəxslərin bu Qanunun tələblərinə uyğun olan məlumatları kommersiya sirri hesab edilir: 4.1.2. təsis sənədlərində əksini tapan məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları, habelə benefisiar mülkiyyətçiləri barədə məlumatlar istisna olmaqla); 4.1.11. hüquqi şəxsin ləğvi və onun kreditorları tərəfindən tələblərin irəli sürülməsi qaydası və müddəti barədə məlumatlar. 11. Həmin qanunun 5.0.-ci maddəsinə əsasən, Kommersiya sirri sahibinin aşağıdakı hüquqları vardır:5.0.1. kommersiya sirri rejimini müəyyən etmək, dəyişmək və ləğv etmək; 5.0.3. kommersiya sirrinin rejimini pozan və ya belə rejimin pozulmasına təhlükə yaradan hərəkətlərdən qanunvericiliyə uyğun olaraq müdafiə olunmaq; 5.0.4. kommersiya sirrindən öz maraqları üçün istifadə etmiş şəxslərdən vurulan ziyanın əvəzini məhkəmə qaydasında almaq. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən iştirak edərək bildiririk ki, iddiaçı tərəfindən şirkətin kommersiya sirrinə toxunulduğundan xahiş edirik ki, məhkəmə iclasları qapalı şəkildə keçirilsin. İddiaçının həm iddia ərizəsində, həm vəsatətində istinad etdiyi Beynlxalq xüsusi hüquq haqqında Qanunun 5.1-ci maddəsinə istinad etmiş, bu qanuna görə tətbiq olunmalı hüquqdan asılı olmayaraq müvafiq münasibətləri tənzimləyən Azərbaycan Respublikasının imperativ normaları tətbiq edilir. Bizdə də bu məsələ MM-də birmənalı şəkildə yazılmışdır ki, şirkəti ləğv etmək hüquqları kimə məxsusdur. 14. Ümumilikdə bizi bu şəxslərlə, xxxxlə bağlı aramızda bizi birləşdirən bir müqavilə olub, həmin müqaviləyə uyğun olaraq X2 şirkəti yaradıldı. X2 şirkətinə görə tərəflər arasında məhkəmələr, İran İslam Respublikasının məhkəmələri bütün olanlara qanunvericilik əsasında hüquqi qiymət vermiş, nəticəsi isə odur ki, iddiaçılar məsuliyyətə cəlb edilmiş və şirkətin 88% səhmi xxxx MMC-nin sahibliyinə keçmişdir. Həmçinin Azərbaycan Respublikasında İnzibati məhkəmələrdə də xeyrimizə qərarlar qəbul etmişdir. 15. Mülki Məcəllənin 373.1.-ci maddəsinə əsasən, Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Yuxarıda qeyd edilən MM-nin müddəalarından da görünür ki, iddia müddəti adlı maddə də vardır. MM-nin maddəsinə əsasən müqavilələrdən əmələ gələn tələblər 3 ildir. İddiaçının qaldırdığı bütün məsələlərdə iddia müddəti ötürülmüşdür. Hesab edirik ki, iddiaya baxılarsa iddia müddəti də tətbiq edilməlidir. 16. Həmçinin iddiaçı Konstitusiya məhkəməsinin qərarına istinad etmişlər. Lakin həmin qərar vərəsəliklə bağlı olan məhkəmə çəkişməsinə aiddir. Bu qərarın bizim işə heç bir adiyyatı yoxdur. Bizim işlə bağlı artıq Apellyasiya məhkəməsinin qanuni qüvvəsini almış qərarı vardır. 17. İddiaçının təqdim etdiyi Ali Məhkəmənin 2-2(102)- ***/**** saylı##.##.2024-cüiltarixliQərarıbizimişəheçbiraidiyyatıyoxdur.Beləki,bumübahisə təsisçilər tərəfindən birgə yaradılmış şirkətə aiddir. İddiaçının qaldırdığı məsələ isə Azərbaycanda 24 il bundan əvvəl yaranmış şirkətə aiddir, hansı ki, iddiaçının 24 il əvvəl yaranmış şirkətə aidiyyatı beləyoxdur.

6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatınacəlbolunmuşdur.

7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyənüçüncüşəxsqismindəməhkəməicraatınacəlbolunmuşdur.

8. İddiaçı ##.##.2026-cı il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1) ZAO “X1 VE TIC INC” (RF qeydiyyat №: 106**********) ## ##### 2006-cı il tarixdə Rusiya Federasiyasının vergi orqanı tərəfindən ləğv edilməsi barədə məlumatın vergi orqanına verilməsi və Cavabdeh MMC-nin (Tam Xarici İnvestisiyalı Cavabdeh MMC) yenidən uçota alınması üçün müvafiq qərarların qəbul edilməsi və həmin qərarların vergi orqanına təqdim edilməsi öhdəliyi Cavabdeh MMC-nin özərinə qoyulması, Cavabdeh MMC-nin ## ##### 2006-ci il tarixdən ## ######## 2018-ci il tarixədək İran islam Respublikasında fəaliyyət göstərən “X3” QSC barədə qəbul etdiyi bütün qərarların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsinixahişetmişdir.

9. İddiaçı ##.##.2026-cı il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ZAO “X1 VE TIC INC” (RF qeydiyyat №: 106**********) ## ##### 2006-cı il tarixdə Rusiya Federasiyasının vergi orqanı tərəfindən ləğv edilməsi barədə məlumatın vergi orqanına verilməsi və Cavabdeh MMC-nin (Tam Xarici İnvestisiyalı Cavabdeh MMC) yenidən uçota alınması üçün müvafiq qərarların qəbul edilməsi və həmin qərarların vergi orqanına təqdim edilməsi öhdəliyinin Cavabdeh MMC- nin üzərinə qoyulması, “X3” Qapalı Səhmdar Cəmiyyətinin təsis edilməsi üçün əsas olmuş X11 və Sənayə Mülkiyyəti Baş İdarəsinin Qapalı Səhmdar Cəmiyyətlərinin Qeydiyyatına dair ****** nömrəli, A/84 seriya nömrəli Bəyannamənin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə aid olan hissəsi etibarsız hesab edilməsi, “xxxx" MMC-nin ## ##### 2006-ci iI tarixdən ## ######## 2018-ci il tarixədək İran İslam Respublikasında fəaliyyət göstərən "X3” QSC barədə qəbul etdiyi bütün qərarların etibarsız hesab edilməsibarədəqətnaməqəbuledilməsinixahişetmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və “X2” QSC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəməicraatınacəlbolunmuşdur.

11. İddiaçı ##.##.2026-cı ildə yazılı ərizə verib işə baxan hakimə etiraz etdiklərini bildirmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadıiləiddiaçıtərəfindənişəbaxanhakiməedilmişetirazbaxılmamışsaxlanılmışdır.

13. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadıiləişüzrəicraataxitamverilməsiqəraraalınmışdır.

14. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmayaraq baxılması üçün Bakı ApellyasiyaMəhkəməsinəgöndərilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin e-*-*(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- ****/**** saylı iş üzrə ## ##### 2026-cı il tarixli qərardadı “iddiaçının “ZAO “X1 VE TIC INC” şirkətinin ## ##### 2006-cı il tarixdə Rusiya Federasiyasının vergi orqanı tərəfindən ləğv edilməsi barədə məlumatın vergi orqanına verilməsi və Cavabdeh MMC- nin (Tam Xarici İnvestisiyalı Cavabdeh MMC) yenidən uçota alınması üçün müvafiq qərarların qəbul edilməsi və həmin qərarların vergi orqanına təqdim edilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması”, habelə “cavabdehin ## ##### 2006-ci il tarixdən ## ######## 2018-ci il tarixədək İran İslam Respublikasında fəaliyyət göstərən “X3” QSC barədə qəbul etdiyi bütün qərarların etibarsız hesab edilməsi” tələbləri üzrə icraata xitam verilməsi hissələrində ləğv olunmuş və iş, sözügedən tələblərə mahiyyəti üzrə baxılmasının mümkünlüyü məsələsinin yenidən müzakirə edilməsi, əgər baxılması mümkündürsə, müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün həmin məhkəməyə göndərilməsi,qərardadınqalanhissədədəyişdirilmədənsaxlanılmasıqəraraalınmışdır.

16. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsiiləiddianınrəddedilməsiqətedilmişdir.

17. İddiaçı “xxxx” MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianıntəminedilməsibarədəyeniqətnaməqəbuledilməsinixahişetmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzunda əsaslandırılmış əlavə olaraq qeyd edilmişdir ki, xarici elementli kommersiya mübahisələri üzrə tələb edilən araşdırma və tətbiqedilənhüquqnormalarıMəhkəməyətərəfindəntətbiqedilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiyaşikayətinəqarşıyazılıetirazdaxilolmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Mədətov İsrafil Müşfiqoğluapellyasiyaşikayətinimüdafiəedərəktəminolunmasınıxahişetdi.

21. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 və nümayəndə2 apellyasiyaşikayətinietirazedərəktəminolunmamasınıxahişetdilər.

22. Digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkünhesabetmişdir.

Tətbiq edilən hüquq

AR Mülki Məcəlləsi

23. Həmin məcəllənin 14.2.1 ("Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər,mülkihüquqlarınvəvəzifələrinəmələgəlməsiəsasıdır.

24. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən mülki qanunvericilik Azərbaycan Respublikasınınistisnasızolaraqbütünərazisindəqüvvədədir.

25. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən mülki qanunvericilik Azərbaycan Respublikasınınərazisindəfəaliyyətgöstərənbütünfizikivəhüquqişəxslərüçünqüvvədədir.

26. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsininhazırlanmasıyoluiləyaradılır.

27. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmişnizamnaməsihüquqişəxsintəsissənədidir.

28. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir.

29. Həmin Məcəllənin 91.3.1-ci maddəsinə əsasən cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumiyığıncağınınmüstəsnasəlahiyyətinəaiddir.

“X5 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu

30. Həmin Qanunun 2.0.2.-ci maddəsinə əsasən xarici hüquqi şəxs - Azərbaycan Respublikasınınhüdudlarındankənardayaradılmışhüquqişəxsdir.

31. Həmin Qanunun 4.6-cı maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlarının dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına yanlış məlumatlarıntəqdimedilməsinəyolverilmir.

32. Həmin Qanunun 5.4.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxsinin təsis sənədi onunnizamnaməsidir.

33. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktlarınhərbirsonrakıdəyişikliyiqeydiyyataalınmalıdır.

34. HəminQanunun12.8-cimaddəsinəəsasəndövlətreyestriaşağıdakılardanibarətdir: 12.8.1. hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının təşkili, qeydiyyatı, yenidən təşkili, məhkəmənin qərarı ilə yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, məhkəmənin yekun qərarı ilə cinayət-  hüquqi tədbir qismində hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi, ləğv edilməsi və hüquqi şəxsin iflas prosesində olmasıbarədəməlumatlar;  12.8.2. təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakıdəyişikliyibarədəməlumatlar;  12.8.3. Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxsinnümayəndəliyivəyafilialı,habelədigərqurumlarıbarədəməlumatlar;  12.8.3-1. qeyri-hökumət təşkilatına və xarici dövlətlərin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, habelə fəaliyyətinin dayandırılması və bərpa edilməsi, ləğv edilmiş qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdətutulmuşqaydadahəllolunmasıbarədəməlumatlar;  12.8.3-2. siyasi partiyaların, həmkarlar ittifaqlarının, qeyri-hökumət təşkilatlarının və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin dayandırılmasıvəbərpaedilməsibarədəməlumatlar;  12.8.3-3. siyasi partiyaların fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə, habeləonlaraedilmişyazılıxəbərdarlıqlarvəonlarınicrasıbarədəməlumatlar;  12.8.4. qanunvericiliklə müəyyən edilmiş və saxlanmaq üçün qeydiyyat orqanına təqdimedilmişsənədlərtoplusu.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki ProsessualMəcəllənin372.6-cıvə372.7-cimaddələri).

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiyaşikayətindəgöstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrədüzgünnəticəyəgəlmişdir.

38. İddiaçı hazırda apellyasiya şikayətinin dəlilərində mübahisə xarici elementli kommersiya mübahisəsi olduğundan məhkəmə tərəfindən zəruri araşdırma aparılmadığını və tətbiqedilməlihüquqnormalarımüəyyənedilmədiyinibildirir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçının hazırkı iddia tələbini qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamamsı əsası iləiddiatələbinirəddetmişdir.

40. İş materiallarda olan X11 və Sənaye Mülkiyyəti Baş İdarəsinin Qapalı Səhmdar Cəmiyyətlərinin Qeydiyyatına dair ****** nömrəli, A/84 seriya nömrəli Bəyannamədən görünür ki, “X3” QSC ##.##.2007-ci ildə İran İslam Respublikasında təsis edilməklə həmin ölkədə qeydə alınmış hüquqi şəxsdir, hüquqi şəxsin hazırkı iştirakçıları iddiaçı, cavabdeh və üçüncü şəxs mübahisəpredmetibarəsindəmüstəqiltələbirəlisürməyənüçüncüşəxs2dur.

41. İddiaçı hazırda ## ##### 2006-cı il tarixdən ## ######## 2018-ci il tarixədək İran İslam Respublikasında qeydə alınmış hüquqi şəxs olan “X3” QSC barədə cavabdehin qəbul etdiyi bütün qərarların etibarsız hesab edilməsini xahiş etsə də, mübahisələndirdiyi qərarları ümumiyyətlə məhkəməyə təqdim edə bilməmiş, məhkəmə iclaslarında iddiaçının nümayəndələri “X3” QSC barədə qərarların ümumi yığıncaqda qəbul edildiyini bildirmiş, həmin qərarları təqdim edə bilməyəcəklərinigöstərmişlər.

42. Belə ki, kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, cavabdeh hüquqi şəxs kimi ##.##.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, iddiaçı həmin MMC-niniştirakçısıolmamış,hazırdadaiştirakçısıdeyildir.

43. Qeyd olunanlara əsasən məhkəmə kiollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etməik istəyir ki, birinci instansiya məhkəməsi birinci instansiya məhkəməsi iddianın mahiyyəti üzrə araşdırılmasına keçməzdən əvvəl iddiaçının mübahisəli tələblə bağlı subyektiv hüququnun mövcud olub-olmamasını düzgün olaraq müəyyən etmişdir. Məhkəmə iddiaçının hazırkı tələbi irəli sürmək və həmin tələbin məhkəmə müdafiəsini tələb etmək üçün subyektiv hüquqa malik olmadığını müəyyən etdiyindən, mübahisənin mahiyyəti üzrə, o cümlədən xarici dövlətlərin hüquq normalarının tətbiqi ilə bağlı araşdırma aparılmasını zəruri hesabetməmişdir.

44. Subyektiv hüquq şəxsin konkret hüquq münasibətindən irəli gələn və qanunla qorunan hüquqi imkanını ifadə edir. Məhkəmə müdafiəsi hüququ da yalnız şəxsin müvafiq maddi hüququnun mövcudluğu və həmin hüququn pozulması və ya mübahisələndirilməsi ilə bağlı yaranır. Buna görə də şəxsə məxsus olmayan hüququn müdafiəsi məqsədilə məhkəməyə müraciət edilməsi həmin şəxsin məhkəmə qaydasında tələb irəli sürmək hüququnun mövcudluğu anlamınagəlmir.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair ## #### 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir:

46. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədiniifadəetməkimkanıkimiqəbulolunanxaricicəhətiisəmühüməhəmiyyətkəsbedir.

47. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından,eləcədəhəyatakeçirilməsindənsöhbətgedəbilməz”.

48. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının konkret hüququnun mövcudluğu müəyyən edilmədiyi halda, həmin hüququn hansı dövlətin qanunvericiliyinə əsasən müdafiə olunmalı olması məsələsinin araşdırılması nəticəyə təsir edə bilməz. Çünki tətbiq ediləcək hüquq norması şəxsdə mövcud olmayan subyektiv hüququ yarada və ya ona məhkəmə müdafiəsi tələb etmək səlahiyyətiverəbilməz.

49. Bu baxımdan, birinci instansiya məhkəməsinin iddiaçının subyektiv hüququnun olmaması əsası ilə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, iddiaçının xarici elementli mübahisə üzrəəlavəaraşdırmanınaparılmalıolmasıbarədədəlillərihəminnəticənitəkzibetmir.

50. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

51. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrinirəhbərtutaraq,məhkəməkollegiyası

q ə t e t d i:

İddiaçı“xxxx”MMCtərəfindənverilmişapellyasiyaşikayətitəminedilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsidəyişdirilmədənsaxlanılsın. Apellyatorunödədiyidövlətrüsumuözünəaidedilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayətiveriləbilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar