Məhkəmə qərarları › İş №e-2-2(3-6)-994/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-994/2026

11.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-994/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMC, cavabdeh5 İsa oğlu, cavabdeh4, cavabdeh6, cavabdeh1 və cavabdeh2 qarşı kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X5 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi nümayəndə1 iştirakı ilə, iddiaçı İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMC, cavabdeh5 İsa oğlu, cavabdeh4, cavabdeh6, cavabdeh1 və cavabdeh2 qarşı kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il, e-*- *(***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh5 İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış 3616- ƏKM nömrəli, ##.##.2023-cü il tarixli əsas kredit müqaviləsinin: 2.1-ci bəndinə əsasən Bu Müqaviləyə əsasən Borc verən Borc alana 60 ay müddətində (##.##.2028-ci il tarixədək) 350.000 manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açmağı, Borc alan isə ona bu kredit limiti çərçivəsində təqdim olunmuş Krediti müvafiq Əlavə kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və Kreditə hesablanmış faizləri Borc verənə ödəməyi, habelə Kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Borc alan bu bənddə qeyd edilmiş limitdən müstəqil şəkildə istifadə edə bilər. 2.2-ci bəndə əsasən Əsas kredit müqaviləsi çərçivəsində Borc alana Kreditlərin verilməsi Əlavə kredit müqavilələrinin bağlanması ilə rəsmiləşdirilir. 2.3-cü bəndə əsasən hər bir kreditin müddəti, məbləği, valyutası, qaytarılma şərtləri, ona hesablanan faizlərin miqdarı və Ödənilməsi şərtləri, məqsədi (təyinatı) və digər xüsusi şərtləri müvafiq Əlavə kredit müqaviləsi ilə tənzimlənir. Əlavə kredit müqaviləsi üzrə təqdim ediləcək Kreditdən istifadəyə görə illik faiz dərəcəsi 30 faizdən çox ola bilməz. 4.4-cü bəndə əsasən Əlavə kredit müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, Borc alanın xeyrinə həyata keçirilən ödəniş Borc alanın Borc verən qarşısında cari tarixə müvafiq Əlavə kredit müqaviləsi üzrə mövcud bütün borc öhdəliklərinin icrası üçün kifayət etmədikdə, müvafiq pul vəsaitləri Borc alanın Borc verən qarşısında həmin Əlavə kredit müqaviləsi üzrə mövcud bütün borc öhdəliklərinin ödənilməsinə aşağıdakı ardıcıllıqla yönəldilir: birinci növbədə - məhkəmə və ya məhkəmədənkənar qaydada tələbin irəli sürülməsi və bu Müqavilə və/və ya müvafiq Əlavə kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin icrasına nail olmaq üçün Borc verənin xərcləri; ikinci növbədə - cərimə, penya, üçüncü növbədə - hesablanmış faizlər; dördüncü növbədə - əsas borc. 4.6-cı bəndə əsasən Kreditdən istifadəyə görə faizlər Kredit üzrə borcun yarandığı gündən başlamaqla onun tam qaytarıldığı (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür. 5.1.2-ci bəndə əsasən öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsinə görə bu Müqavilədə və/və ya müvafiq Əlavə kredit müqaviləsində müəyyən olunmuş dəbbə pulunun (cərimənin, penyanın) ödənilməsini və müvafiq öhdəliyin icrasını Borc alandan tələb etmək borcverənin hüquqlarından biridir. 7.1-ci bəndə əsasən bu Müqavilə, o cümlədən bu Müqavilə çərçivəsində bağlanan Əlavə kredit müqavilələri üzrə Borc alanın Borc verən qarşısında öhdəliklərinin təminatı qismində: - ##.##.2023-cu il tarixli 3616-İZG/İ saylı İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan əmlak; - ##.##.2023-cu il tarixli 3616-İZG/2 saylı Zaminlik müqaviləsi çıxış edir. 8.2-ci bəndə əsasən Əlavə Kredit müqaviləsində başqa qayda nəzərdə tutulmadıqda, Borc alan tərəfindən Kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda borc verən tərəfindən Borc alana gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müvafiq Əlavə kredit müqaviləsində Kreditdən istifadəyə görə müəyyən olunmuş illik faiz dərəcəsinin 1 misli miqdarında illik faiz dərəcəsi ilə penya hesablana bilər.

2. Əsas kredit müqaviləsinin təminatı kimi Bank ilə cavabdeh2 arasında imzalanmış 3616-İZG/2 nömrəli, ##.##.2023-cü il tarixli Zaminlik müqaviləsinin 1.2-ci bəndinə əsasən bu Müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik “xxxx” MMC ilə Bank arasında bağlanmış ##.##.2023-cu il tarixli ****-ƏKM saylı Əsas kredit müqaviləsindən (bundan sonra “Əsas kredit müqaviləsi” adlandırılacaq), cümlədən həmin müqavilə çərçivəsində bağlanan və Müqavilənin 1.4-cü bəndində göstərilmiş müqavilələrdən bütün digər müqavilələrdən irəli gələn bütün pul tələbləridir. 6.1-ci bəndinə əsasən bu Müqavilə Tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və ##.##.2031- ci il tarixədək qüvvədədir.

3. Əsas Kredit Müqaviləsinin təminatı kimi Bankla cavabdeh5 İsa oğlu, cavabdeh4, cavabdeh6 və cavabdeh1 arasında bağlanılmış 3M-*** reyestr nömrəli, ##.##.2023-cü il tarixli, 3616-İZG/* saylı ipoteka müqaviləsinin 1.3-cü bəndinə əsasən ipoteka predmeti Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2022-ci il tarixli, 1122125553 qeydiyyat N-li Çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə 1/2 hissəsi cavabdeh5 İsa oğluna məxsus, ##.##.2023-cü il tarixli, 1123152261 qeydiyyat No-li Çıxarışa əsasən 1/8 hissəsi cavabdeh4 məxsus, 1/8 hissəsi cavabdeh6 məxsus və ##.##.2022-ci il tarixli, 1122125594 qeydiyyat nömrəl No-li Çıxarışa əsasən 1/4 hissəsi cavabdeh1 məxsus olan aşağıdakı əmlakdır (reyestr nömrəsi: 005011000109-05101-093004). - ünvan 1 ünvanında yerləşən 84.90 kv.m. ümumi sahədən ibarət olan mənzil. 1.7-ci bəndinə əsasən "xxxx" MMC qiymətləndirmə şirkətinin MB **/**** saylı rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 149,000 manat, likvid dəyəri isə 119,000.00 manat məbləğində müəyyən edilir. 3.2.1-ci bəndinə əsasən Borc alan Əsas və/və ya Əlavə kredit müqavilələri üzrə əsas borcun qaytarılması, faizlərin və dəbbə pulunun ödənilməsi öhdəliklərinin istənilən birinin yaxud onların bir hissəsinin icrasını 90 təqvim günü və daha çox müddətə gecikdirdikdə, o cümlədən Əsas və/və ya Əlavə kredit müqavilələri üzrə digər öhdəliklərini vaxtında və/və ya lazıminca icra etmədikdə ipoteka predmetinə tutma yönəltmək; Ipoteka qoyanlar bununla təsdiq edir ki, Əsas kredit můqaviləsinin bütün şərtləri ilə tanış edilmişdir; 5.1-ci bəndinə əsasən Qanunvericiliklə, Əsas və/və ya Əlavə kredit müqavilələri, yaxud bu Müqavilənin 3.2.1-ci və ya 3.2.3-cü yarımbəndi ilə nəzərdə tutulmuş əsaslar olduqda ipoteka predmetinə tutma Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun yönəldilir. 5.2-ci bəndinə əsasən İpoteka saxlayanın notariusun icra qeydi əsasında ipoteka predmetinə tutma yönəltmək hüququ vardır.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 84,9 kv m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X2 küçəsi, ev 37, mənzil 26 cavabdeh5 İsa oğlunun xüsusi mülkiyyətindədir. Hüquq sahibinin adı: cavabdeh5 İsa oğlu 1/2 hissə, cavabdeh4 1/8 hissə, cavabdeh6 1/8 hissə, cavabdeh1 1/4 hissə.

5. ##.##.2023-cü il tarixli, ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Huseynova Aygül lahir qızı, Şərifova Lamıyə lahir qızı, cavabdeh1, cavabdeh5 İsa oğluna məxsus ümumi sahəsi 84,9 kv m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X2 küçəsi, ev 37, mənzil 26 (1/2 hissə) 60 ay müddətinə İddiaçıASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

6. İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış 3616- KQ nömrəli, ##.##.2023-cü tarixli Əlavə Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən Bu Müqaviləyə əsasən Borc verən Borc alana 36 ay müddətində (##.##.2026-ci il tarixədək) 112,400.00 manat məbləğində, kreditdən istifadəyə görə illik 19 % ödəmək şərtilə kredit verməyi, Borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. 1.2-ci bəndə əsasən kreditin təyinatı: “xxxx” MMC-nin təsisçisi Rəsulova Xatirə Piriş qızının MKR üzrə 3.3-сі, 3.4-сü, 3.5-cü və 3.*-ci saylı aktiv öhdəliklərinin bağlanması. 1.3-cü bəndə əsasən kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 19,7 faiz təşkil edir. 1.9-cu bəndə əsasən bu Müqavilə üzrə Borc alana kredit Tərəflər arasında bağlanmış ##.##.2023-cu il tarixli 3616- ƏKM saylı Əsas kredit müqaviləsi ilə Borcverən tərəfindən Borc alana açılmış kredit limiti çərçivəsində verilir və bu Müqavilə Əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir. 2.1-ci bəndə əsasən borc alana kredit onun tərəfindən normativ xarakterli aktlarda və Borc verənin daxili qaydalarında nəzərdə tutulmuş sənədlərin Borc verənə təqdim edilməsindən sonra 10 (on) iş günü ərzində Borc alanın Borc verəndə açılmış ******************** №-li hesabına köçürülməklə verilir.

7. ****-KQ nömrəli, ##.##.2023-cü tarixli Əlavə Kredit Müqaviləsinə * nömrəli Əlavəyə (ödəniş cədvəli) əsasən borcalan “xxxx” MMC ##.##.2023-cü il tarixdən ##.##.2026- cı il tarixədək hər ayın 27-si 4120.14 manat, sonuncu ay 4119.98 manat ödəməyi öhdəsinə götürmüşdür.

8. Hesabdan çıxarış məlumatlarından görünür ki, bank tərəfindən “xxxx” MMC-nin hesabına ##.##.2023-cü il tarixdə 112,400 manat məbləğində pul köçürülmüşdür.

9. İddiaçı ASC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış ****-KQ nömrəli, ##.##.2023-cü tarixli Əlavə Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən Bu Müqaviləyə əsasən Borc verən Borc alana 36 ay müddətinə (##.##.2026-cı il tarixədək) illik 19% ödəmək şərtilə 105000 (bir yüz beş min) manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 19 % ödəmək şərtilə bərpa olunan kredit xətti açmağı, Borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Kreditin təyinatı: dövriyyə vəsaitlərinin artırılması. Kredit xətti üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 19,7 faiz təşkil edir.

10. ****-KQ nömrəli, ##.##.2023-cü tarixli Əlavə Kredit Müqaviləsinə * nömrəli Əlavəyə (ödəniş cədvəli) əsasən borcalan “xxxx” MMC ##.##.2023-cü il tarixdən ##.##.2026- cı il tarixədək hər ayın 29-u 3848.78 manat, sonuncu ay 3848.73 manat ödəməyi öhdəsinə götürmüşdür.

11. Hesabdan çıxarış məlumatlarından görünür ki, bank tərəfindən N“xxxx” MMCnin hesabına ##.##.2023-cü il tarixdə 105.000 manat məbləğində pul köçürülmüşdür.

12. ##.##.2026-cı il tarixli sonuncu təqdim edilən maliyyə arayışından görünür ki, 3616- KQ nömrəli, ##.##.2023-cü tarixli müqaviləyə əsasən borcalan “xxxx” MMC-nin banka ##.##.2026-cı il tarixə əsas borcu 106437,17 manat, pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş faiz borcu 6123,09 manat, pretenziya məktubunun göndərilmə tarixindən sonra illik 5% 10052,40 manat, cərimə üzrə 16802.66 manat olmaqla, cəmi 139415.32 manat təşkil edir.

13. ##.##.2026-cı il tarixli sonuncu təqdim edilən maliyyə arayışından görünür ki, 3798- KQ nömrəli, ##.##.2023-cü tarixli müqaviləyə əsasən borcalan “xxxx” MMC-nin banka ##.##.2026-cı il tarixə əsas borcu 100853,40 manat, pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş faiz borcu 6764,38 manat, pretenziya məktubunun göndərilmə tarixindən sonra illik 5% 9525,04 manat, cərimə üzrə 116095.97 manat olmaqla, cəmi 133238.79 manat təşkil edir.

14. ƏN Məhkəmə Ekspertizası Mərkəzinin "03"xxxx"xxxx MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan cari hesabdan çixarış melumatları vƏ ##.##.2023-cü il tarixli ****-KQ saylı Əlavə kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin ##.##.2024cü il tarixə əsas borcu 106.437,16 manat, faiz borcu 5.954,57 manat, ##.##.2024-cü il il tarixə: əsas borcu 106.437,16 manat, faiz borcu 6.179,27 manat, illik 5 faiz üzrə 6.726,24 manat, ##.##.2025-ci il il tarixə: əsas borcu 106.437,16 manat, faiz borcu üzrə 6.179,27 manat təşkil edir. Qeyd edilir ki ##.##.2025-ci il tarixə müəyyən edilmiş borc məbləği ekspert qarşısında qoyulmuş suala əsasən ##.##.2024-cü il tarixdən sonra faiz hesablanmamaqla müəyyən edilib və ##.##.2024-cü il tarixdən sonra ödəniş müəyyən edilmir. ##.##.2023-cü il tarixli, ****-KQ saylı Əlavə kredit müqaviləsi üzrə: ##.##.2024-cü il il tarixə: əsas borcu 100.853,40 manat, faiz borcu 6.604,70 manat, ##.##.2024-cü il il tarixə: əsas borcu 100.853,40 manat, faiz borcu 6.817,61 manat, ##.##.2024-cü il il tarixə: əsas borcu 100.853,40 manat, faiz borcu 6.817,61 manat, illik 5 faiz üzrə 6.373,37 manat, ##.##.2025- ci il il tarixə: əsas borcu 100.853,40 manat, faiz borcu 6.817,61 manat təşkil edir.

15. ƏN Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2025-ci il tarixli, */****-**/**** nömrəli ekspert rəyinə əsasən tədqiq olunan mənzilin ümumi sahəsinin 84.90 kv.metr təşkil etdiyini nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X2 küçəsi 37 ünvanında yerləşən ** nömrəli mənzilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 219000 manat (2578 x 84.90 kv.m), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən (219000-10%) 197000 manat məbləğində müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. Həmin rəyin “ekspertiza xərclərinə dair bildiriş” hissəsindən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir.

16. “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli, CVN/A **-***/** saylı mütəxəssis rəyinə əsasən cavabdeh5 İsa oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X2 küçəsi 37, ev 26 ünvanında yerləşən, ümumi sahəsi 84.9 kv.m. təşkil edən mənzilin ## ###### 2025-ci il tarixinə: Likvid dəyəri 180.000 manat, bazar dəyəri 200.000 manat müəyyən olunmuşdur. Həmin rəydə qeyd olunmuşdur ki, xidmət haqqı tarif cədvəlinə müvafiq olaraq 200 manat təşkil edir.

17. ##.##.2024-cü il tarixdə iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün 52.48 manat ödənmişdir.

18. ##.##.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq dövlət büdcəsinə 510,60 manat, ##.##.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən 28,98 manat, ##.##.2026-cı il tarixli, ********** nömrəli qəbzə əsasən 23,07 manat məbləğində pul ödənmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

19. İddiaçı İddiaçı ASC iddia ərizəsi, daha sonra isə tələbin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxx” MMC və Rəsulova Xatirə Piriş qızından müştərək qaydada ****-KQ nömrəli ##.##.2023- cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən ##.##.2026-cı il tarixinə əsas borc üzrə 106437.17 manat, pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş faiz borcu üzrə 6123.09, pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş (5%) 10052.40 manat və cərimə üzrə 16802.66 manat olmaqla, cəmi 139415.32 manat borcunun; ****-KQ nömrəli ##.##.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən ##.##.2026-cı il tarixinə əsas borc üzrə 100853.4 manat, pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş faiz borcu üzrə 6764.38 manat, pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş faiz borcu üzrə (5%) 9525.04 manat və cərimə borcu üzrə 16095.97 manat olmaqla, cəmi 133238.79 borcunun; həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 562.65 manat dövlət rüsumu və 1.20 manat bank xidmət haqqının tutulması; tutmanın ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan cavabdeh5 İsa oğluna, cavabdeh4, cavabdeh6 və cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X2 küçəsi 37 ünvanında yerləşən ümumi sahəsi 84.9 kv.m olan ** nömrəli mənzilə (yüklülük çıxarışının qeydiyyat nömrəsi: 1123158009, qeydiyyat tarixi:##.##.2023) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi; İpoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər “xxxx” MMC və Rəsulova Xatirə Piriş qızından müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış ****-ƏKM nömrəli, ##.##.2023-cü il tarixli Əsas kredit müqaviləsinə əsasən Bank tərəfindən Borc alana 60 ay müddətinə (##.##.2028-ci il tarixədək) 350000 manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açılmışdır. Borc alan isə ona bu kredit limiti çərçivəsində təqdim olunmuş krediti müvafiq Əlavə Kredit Müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı, kreditə hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Sözügedən Əsas Kredit Müqaviləsinin 1.1.2-ci bəndinə əsasən “Əlavə Kredit Müqaviləsi” dedikdə Əsas Kredit Müqaviləsinin tərkib hissəsi olan və onun 2.1-ci bəndində müəyyən edilmiş müddət və məbləğ çərçivəsində bağlanılan hər hansı kredit müqaviləsi, kredit xətti müqaviləsi, overdraft müqaviləsi, qarantiya verilməsi şərtləri barədə saziş, akkreditivin açılması baradə saziş və digər müqavilələr nəzərdə tutulur. Eyni zamanda Əsas Kredit Müqaviləsinin təminatı kimi Bankla cavabdeh2 arasında 3616- İZG/2 nömrəli, ##.##.2023-cü il tarixli Zaminlik müqaviləsi bağlanılmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Zamin Əsas Kredit Müqaviləsi, o cümlədən həmin müqavilə çərçivəsdində bağlanan və Müqavilənin 1.4-cü bəndində göstərilmiş müqavilələr üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Həmçinin, sözügedən müqavilənin 6.1-ci bəndinə əsasən Zaminlik müqaviləsinin Tərəflərin onu imzaladığı tarixdən qüvvəyə minməsi və ##.##.2031-ci il tarixədək qüvvədə olması barədə razılığa gəlinmişdir. Bundan başqa, yenə Əsas Kredit Müqaviləsinin təminatı kimi Bankla cavabdeh5 İsa oğlu, cavabdeh4, cavabdeh6 və cavabdeh1 arasında bağlanılmış 3M-*** reyestr nömrəli, ##.##.2023-cü il tarixli İpoteka müqaviləsinə əsasən cavabdeh5 İsa oğlu, cavabdeh4, cavabdeh6 və cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X2 küçəsi 37 ünvanında yerləşən ümumi sahəsi 84.9 kv.m olan ** nömrəli mənzil (Qeydiyyat nömrəsi: 1123158009, qeydiyyat tarixi: ##.##.2023-cü il, yüklü edilən əmlakın reyestr nömrəsi: 005011000109-05101-093004) ipoteka ilə yüklü edilmişdir. Habelə, ****-ƏKM nömrəli, ##.##.2023-cü il tarixli Əsas Kredit Müqaviləsinin 7.2-ci bəndində Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş müddət və kredit limiti çərçivəsində Borc alana neçə dəfə kredit verilməsindən asılı olmayaraq, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla Borc alana verilən bütün Kreditlər üzrə öhdəliklərin yuxarıda göstərilən əmlakın ipotekası və zaminliklərlə təmin edilməsi öz əksini tapmışdır. Daha sonra yuxarıda sözügedən Əsas Kredit Müqaviləsi çərçivəsində İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış ****-KQ nömrəli, ##.##.2023-cü tarixli Əlavə Kredit Müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə (##.##.2026-cı il tarixədək) illik 19% ödəmək şərtilə 112 400 manat məbləğində kredit verilmişdir. Həmçinin, yuxarıda sözügedən Əsas Kredit Müqaviləsi çərçivəsində İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış ****-KQ nömrəli, ##.##.2023-cü tarixli Əlavə Kredit Müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə (##.##.2026-cı il tarixədək) illik 19% ödəmək şərtilə 105000 manat məbləğində kredit verilmişdir. Borc alan kreditdən istifadə etmiş, lakin müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri Borc verənə vaxtında və müəyyən edilmiş məbləğdə qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanılmış Əlavə Kredit Müqavilələri üzrə öhdəliklər yerinə yetirilmədiyindən borc alana, zaminlərə və ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin bildiriş ##.##.2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. Həmin bildirişin qeydə alınması üçün tərəfindən ümumilikdə 52.48 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödənilmişdir.

21. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319, 319.6, 385.1, 427.3, 442, 445.7, 448.2, 472.1, 472.2-ci maddələrinə istinad olunmuşdur.

22. Cavabdeh cavabdeh5 İsa oğlunun vəkilinin ##.##.2024-cü il tarixdə təqdim etdiyi iddiaya etiraz ərizəsində qeyd olunmuşdur ki, iddianı qəbul etmir və hesab edir ki, aşağıda istinad edilmiş əsaslara görə iddia qismən təmin edilməlidir. İlk növbədə ona görə ki, iddiaçı, Rəsulova Xatirə Piriş qızı ilə aralarında bağladıqları ****-KQ nömrəli müqavilə əsasında ona 220.594,42 manat məbləğində kredit verərkən nə onun, nə də ki, təsisçisi olduğu “xxxx” MMCnın götürdüyü krediti ödəmək iqtidarında olmadığını bilmiş, buna baxmayaraq heç bir əsas göstərmədən 120.000 manat dəyərində olan mənzilin girov qoyulması ilə kifayətlənərək ona dəyərindən 2 dəfə artıq məbləgində kredit vermiş, nəticədə də Xatirə Rəsulova ona havadarlıq edən səlahiyyətli bank əməkdaşlarının havadarlığından istifadə edərək 3-4 ay kredit məbləğindən ödədikdən sonra ölkədən çıxaraq Türkiyə Respublikasına yerləşmiş, axırıncı ilə əlaqə saxlamaq münkün olmadığından onun Bakıda yaşayan qızı ilə əlaqə saxladıqlarında qızı Xatirə Rəsulovanın Azərbaycana qayıtmaq və kredit borcunu ödəmək niyyətində olmadığını bildirmişdir. Məlum məsələdir ki, cavabdeh cavabdeh5 Xatirə Rəsulovanın iddiaçıdan aldığı kreditin təminatı olaraq paylı mülkiyyətində olan məzilini girov qoymağa vadar edən axırıncının onun etibarından sui-istifadə edərək, bank ona Bakıxanov qəsəbəsində yerləşən 3 otaqlı mənzilinə görə 50.000-dan yuxarı kredit verməyəcəyinə inandıraraq aldatması olmuş, cavabdeh5 isə iddiaçı tərəfindən dəyəri 120.000 manat dəyərində olan mənzilə görə Xatirə Rəsulovaya 217.000 manat kredit verəcəyini ağlına gətirmədiyindən o, ona təqdim edilmiş ipoteka müqaviləsini oxumadan imzalamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddiaçı ”xxxx”ASC-nin cavabdeh “xxxx”MMC-yə, cavabdeh5 İsa oğluna və qeyrilərinə qarşı qaldırdığı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə” dair iddianın qismən təmin edilməsi, iddia məbləğinin ödənilməsi ipotekanın predmeti olan mənzilə yönəldilməsi, mənzilin hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümümi borcun ödənilməsi hissəsində təmin edilməməsi haqda qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh cavabdeh5 İsa oğlunun vəkilinin sonuncu təqdim etdiyi iddiaya etiraz ərizəsində qeyd olunmuşdur ki, mülki işin materiallarına əlavə edilmiş iddiaçı ilə ipoteka qoyanlar cavabdeh5 İsa oğlu, cavabdeh4, cavabdeh6, cavabdeh1 və borc alan “xxxx” MMCnin təsisçisi

23. Rəsulova Xatirə Piriş qızının aralarında bağlanan 3636-İZG/* saylı ipoteka müqaviləsi ##.##.2023-cü il tarixdə bağlanmış, həmin müqavilənin 1.7-ci bəndində girov qoyulan Bakı şəhəri Bakixanov qəsəbəsi, Hacıncki küçəsi, ** saylı evin ** saylı 3 otaqlı mənzilin bazar dəyəri 149.000 manat, likvid dəyəri 119.000 manat müəyyən edildiyi halda, müqavilənin 2.1-2.1.1-ci bəndində borcalana 350.000 manat məbləğində kredit limitin açılması və 2.1.2-ci bəndinə görə də həmin limitin müddəti 60 ay müəyyən edilir. Lakin borcalana açılmış 350.000 manat kredit limitinin müqabilində ona iddiaçı ilə ##.##.2023-cü il tarixli 3636-KQ əlavə kredit müqaviləsinə əsasən 106437,17 manat, ##.##.2023-cü il tarixdə ****-KQ nömrəli əlavə kredit müqaviləsi əsasında isə 100853,4 manat kreditin verilməsi barədə əmlakını girov qoyan şəxslər qeyd edilmiş əlavə kredit müqavilələri barədə məlumat verilmir, onlara həmin müqavilələr təqdim edilmir. Məlum məsələdir ki, iddiaçı tərəfindən borcalana girov qoyulan 119.000 manat likvid dəyərində olan mənzilə görə mənzilin dəyərindən 3 dəfədən artıq məbləğdə 350.000 manat məbləğində kredit limitin açması və mənzilin likvid dəyərindən 2 dəfə artıq, cəmi 206.489,000 manat dəyərində kreditin verilməsi əmlakını girov qoyanın mənafəyinə zidd olmaqla bərabər eyni zamanda da AR Ədliyyə Nazirin müavini Toğrul Musayev və AR Milli Bankın İdarə Həyətinin sədri Elman Rüstəmov tərəfindən ##.##.2008-ci il tarixdə razılaşdırılmış ”Banklarda Kreditlərin verilməsi Qaydalarına” zidd hesab edilməlidir. Həmin Qaydalarının 3.1-ci bəndinə görə Bank tərəfindən kredit sifarişlərinin qiymətləndirilməsi meyarları kreditlərin həcmi, müddəti, onlarla bağlı risklərin səviyyəsi, borcalanın fəaliyyət növü və digər amillərlə müəyyən edilir. Meyarlar ən azı aşağıdakı amillər üzrə qruplaşdırılır: 3.1.1. Kreditin məqsədi və ödənişlərin mənbəyi; 3.1.2. Borcalanla və onun sifariş etdiyi kreditlə bağlı riskin səviyyəsi; 3.1.3. Kreditin, habelə onun müqabilində təklif olunan təminatın bazar və iqtisadi dəyişikliklərə qarşı həssaslığı; 3.1.4. Borcalanın kredit tarixi, habelə tarixi məlumatlar və müxtəlif ssenarilər nəzərə alınmaqla, nağd vəsait axını proqnozlarına əsasən borcalanın cari kredit qaytarma qabiliyyəti; 3.1.5. Kommersiya kreditləri üzrə fəaliyyət sahəsində borcalanın təcrübə və bilikləri; 3.1.6. Kreditin növü ilə bağlı iqtisadi/bazar sektorunun vəziyyəti və həmin sektorda borcalanın vəziyyəti; 3.1.7. Kredit müddəti ərzində kredit müqaviləsinə düzəlişlər edilməsi imkanı da daxil olmaqla kreditin şərtləri və müddəti; 3.1.8. Təminatın adekvatlığı və zərurət yarandıqda onun realizasiyası və ya istifadə edilməsi. 3.2. Borcalana kredit ilk dəfə verildikdə bank borcalanın nüfuzunu və öhdəlik götürmə qabiliyyətini nəzərə almalıdır. Lakin borcalanın yüksək nüfuzu ona kreditin verilməsi barədə qərar qəbul edilməsinə yeganə əsas olmamalıdır. 3.3. Hüquqi şəxslər tərəfindən təqdim olunmuş kredit sifarişi qiymətləndirilərkən bank sifarişçinin korporativ idarəetmə sisteminin mövcudluğu və onun adekvat olmasını kredit riskinin ölçülməsində nəzərə almalıdır. Hesab edir ki, iddiaçı istinad edilmiş Qaydaların tələblərinə zidd olaraq borc alan Xatirə Rəsulovanın aldığı krediti ödəmək üçün heç bir gəlir mənbəyin olmadığını bildiyi halda əmlakını girov qoyanların etibarından sui-istifadə edərək, paylı mülkiyyətində olan Bakı şəhəri, Bakixanov qəsəbəsi, Hacıncki küçəsi, ev 37,** saylı, 3 otaqlı mənzilinə görə borc alana cəmi 50.000 manat kredit verməyəcəyinə inandıraraq aldatması nəticəsində cavabdeh5 və onun övladları olan digər paylı mülkiyyətçilərə küllü məbləğdə zərər vurmuşdur. Odur ki, iddiaçı borc alanın aldığı krediti ödəmək imkanına malik olmadığını biləbilə, məqsədli şəkildə ona 350.000 manat kredit limiti açmaqla və ipoteka qoyanlara məlumat vermədən ipoteka qoyulan əmlakın dəyərindən 2 dəfə artıq məbləgdə kredit verməsi həm ipoteka qoyanın qanunla qorunan mənafəyinə külli məbləğdə zərər vurmuş, həm də “Banklarda Kreditlərin verilməsi” Qaydalarını kobud surətdə pozmuşdur. Nəticədə də borc alan iddiaçıdan kredit aldıqdan 5 ay sonra respublikadan Türkiyə Respublikasına qaçmışdır. Bugünədək respublikanın müxtəlif səlahiyyətli prokurorluq və istintaq orqanlarında onun barəsində çoxsaylı pulunu mənimsəmiş şəxslərin şikayətləri əsasında araşdırmalar aparılmış olsa da, borc alanın olduğu və yaşayış yerini müəyyən etmək münkün olmadığından heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın qismən təmin edilməsi, iddia tələbinin “xxxx”MMC-dən və Rəsulova Xatirə Piriş qızından müştərək qaydada tutulması hissəsində təmin edilməsi, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Bakixanov qəsəbəsi, Hacınski küçəsi, ev 37, ** saylı, 3 otaqlı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümümi borcun ödənilməsi hissəsində təmin edilməməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən edilmiş, Cavabdehlər “xxxx” MMC və cavabdeh2 müştərək qaydada ****-KQ nömrəli, ##.##.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən ##.##.2026-cı il tarixinə əsas borc üzrə 106 437,17 manat, faiz borcu üzrə 6123,09 manat, illik 5% ilə hesablanmış 10 052,40 manat və cərimə üzrə 5300 manat olmaqla, cəmi 127 912 manat 66 qəpik, ****-KQ nömrəli, ##.##.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən ##.##.2026-cı il tarixinə əsas borc üzrə 100853,4 manat, faiz borcu üzrə 6764.38 manat, illik 5% ilə hesablanmış 9525,04 manat və cərimə borcu üzrə 5000 manat olmaqla, cəmi 122 142 manat 82 qəpik məbləğində borcun, ödənilmiş dövlət rüsumunun 540 manat 06 qəpiyinin və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 52 manat 48 qəpik dövlət rüsumunun, 1 (bir) manat 20 qəpik bank xidmət haqqının əvəzi tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh5 İsa oğlu, cavabdeh4, cavabdeh6, cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X2 küçəsi 37 ünvanında yerləşən ümumi sahəsi 84.9 kv.m olan ** nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 200 000 manat məbləğində müəyyən edilməsi və əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin “xxxx” MMC və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin 20 (iyirmi) manatının İddiaçı ASC-dən, 230 (iki yüz otuz) manatın isə müştərək qaydada cavabdеhlər “xxxx” MMC və cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) hesabına keçirilməsi, məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 50 manatının İddiaçı ASC-dən, 50 manatının isə müştərək qaydada cavabdеhlər “xxxx” MMC və cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) hesabına keçirilməsi, məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 100 manatının İddiaçı ASCdən, 100 manatının isə müştərək qaydada cavabdеhlər “xxxx” MMC və cavabdeh2 tutularaq “xxxx” MMC-nin (Ünvan: AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, 4 VÖEN: ********** Bank: "xxxx" ASC Nərimanov filialı Bank VÖENi: ********** M.h.: AZ03NABZ01350100000000002944 H.h: AZ471BAZ35090019444176788205 Kod: 805711 SWIFT: IBAZAZ2X) hesabına keçirilməsi qət edilmişdir.

25. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilib ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında ##.##.2023-cü il tarixli ****- ƏKM nömrəli Əsas Kredit Müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 350.000 manat məbləğində bərpa olunan kredit limiti açılmışdır. Müqavilənin təminatı kimi cavabdeh2 ilə zaminlik müqaviləsi, cavabdeh5 İsa oğlu, cavabdeh4, cavabdeh6 və cavabdeh1 ilə isə ipoteka müqaviləsi bağlanmışdır. Əsas Kredit Müqaviləsi çərçivəsində sonradan ##.##.2023-cü il tarixli 3616-KQ və ##.##.2023-cü il tarixli ****-KQ nömrəli Əlavə Kredit Müqavilələri bağlanaraq cavabdeh "xxxx" MMC-yə müvafiq olaraq 112.400 manat və 105.000 manat məbləğində kredit vəsaiti təqdim edilmişdir. İş materiallarında olan hesabdan çıxarışlardan görünüb ki, kredit vəsaitləri müqavilələrdə nəzərdə tutulduğu qaydada cavabdehin bank hesabına köçürülmüşdür. Bununla da iddiaçı müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilib ki, cavabdeh kredit müqavilələri üzrə ödəniş öhdəliklərini razılaşdırılmış ödəniş qrafikinə uyğun icra etməmiş, nəticədə hər iki müqavilə üzrə əsas və faiz borcu yaranmışdır. Cavabdehlər isə kredit öhdəliklərinin tam və ya qismən icra edilməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişlər. İş üzrə əvvəlcə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında iddiaçının ##.##.2024-cü il tarixli maliyyə arayışında göstərilən borc məbləğinin yoxlanılması barədə suallar qoyulmuşdur. Lakin ekspert tərəfindən borc məbləği məhkəmənin qərardadında göstərilən tarixə deyil, ##.##.2024-cü il tarixinə hesablandığından, qoyulmuş suallara tam cavab verilməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında borcun məhkəmənin qərardadında göstərilən tarixə hesablanması, habelə gecikdirilmiş pul öhdəliyinə görə illik beş faiz məbləğinin müəyyən edilməsi barədə əlavə suallar qoyulmuşdur. Əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünüb ki, ****-KQ nömrəli Əlavə Kredit Müqaviləsi üzrə əsas borc 106.437,16 manat, faiz borcu 6.179,27 manat, 3798- KQ nömrəli Əlavə Kredit Müqaviləsi üzrə isə əsas borc 100.853,40 manat, faiz borcu 6.817,61 manat təşkil etmiş, həmçinin gecikdirilmiş pul öhdəliyinə görə illik beş faiz məbləği hesablanmışdır. Ekspertiza ilə müəyyən edilmiş faiz borcu məbləği iddiaçı tərəfindən tələb olunan məbləğdən artıq olduğundan, məhkəmə iddia tələblərinin hüdudlarından kənara çıxa bilmədiyini nəzərə alaraq faiz borcunu yalnız iddia olunan həddə təmin edir. Məhkəmə nəzərə alıb ki, əlavə ekspertiza təyin edilərkən birinci ekspert rəyinin nəticələrinin təkzib edilməsi deyil, məhkəmənin qərardadında göstərilən tarix üzrə hesablamanın aparılması və iddia tələbinin bir hissəsini təşkil edən illik beş faizlə bağlı ayrıca hesablamanın verilməsi zərurəti əsas götürülmüşdür. Əlavə ekspertiza rəyi iş materiallarında olan kredit müqavilələri, hesabdan çıxarışlar və digər maliyyə sənədləri əsasında hazırlanmış, hesablamaların aparılma qaydası rəydə ətraflı göstərilmiş, tərəflər tərəfindən isə həmin rəyin düzgünlüyünü şübhə altına alan hər hansı mötəbər sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyini iş üzrə digər sübutlarla birlikdə qiymətləndirərək mötəbər sübut hesab edib və mübahisənin həllində həmin rəydə müəyyən edilmiş hesablamaları əsas götürüb. Bununla yanaşı, ekspert rəyi ilə müəyyən edilmiş faiz borcu iddiaçı tərəfindən tələb olunan məbləğdən artıq olsa da, məhkəmə prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddia tələblərinin hüdudlarından kənara çıxa bilməz. Bu səbəbdən hər iki müqavilə üzrə faiz borcu yalnız iddiaçı tərəfindən tələb edilən məbləğdə təmin edilməlidir. ****-KQ nömrəli müqavilə üzrə ekspert rəyi ilə müəyyən edilmiş əsas borc məbləği ilə iddia tələbi arasında mövcud olan cüzi fərq yalnız hesablamanın texniki xüsusiyyətindən irəli gəlir və iş üzrə hüquqi nəticəyə təsir göstərmir. Məhkəmə həmin fərqi nəzərə alaraq iddia tələbi həddində əsas borcun 106.437,17 manat məbləğində tutulmasını əsaslı hesab edib. Beləliklə, məhkəmə hesab edib ki, cavabdehlər "xxxx" MMC və cavabdeh2 müştərək qaydada ****-KQ nömrəli Əlavə Kredit Müqaviləsi üzrə 106.437,17 manat əsas borc və 6.123,09 manat faiz borcu, ****-KQ nömrəli Əlavə Kredit Müqaviləsi üzrə isə 100.853,40 manat əsas borc və 6.764,38 manat faiz borcu tutulmalıdır. İddiaçı tərəfindən hər iki müqavilə üzrə pretenziya məktubu göndərildikdən sonra ödənilməmiş əsas borca görə Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq illik beş faiz hesablanmışdır. Təqdim edilmiş hesablamalardan görünüb ki, həmin faizlər pretenziya göndərildikdən sonrakı dövr üçün ödənilməmiş əsas borc məbləğinə hesablanmışdır. Əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə də həmin hesablamalar təsdiq olunmuş, cavabdehlər isə onların düzgün aparılmadığını təsdiq edən hər hansı sübut təqdim etməmişlər. Bu səbəbdən məhkəmə ****-KQ nömrəli müqavilə üzrə 10.052,40 manat, ****-KQ nömrəli müqavilə üzrə isə 9.525,04 manat məbləğində illik beş faiz tələblərini əsaslı hesab edir. İddiaçı eyni zamanda hər iki müqavilə üzrə müqavilə cəriməsinin tutulmasını tələb etmişdir. Məhkəmə nəzərə alıb ki, cavabdehlərin öhdəliyi pozması nəticəsində yaranmış əsas və faiz borcları tam həcmdə tutulur. Bundan əlavə, gecikdirilmiş pul öhdəliyinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik beş faiz də ayrıca tutulur. Belə olan halda müqavilələrdə nəzərdə tutulmuş cərimənin tam həcmdə tətbiqi cavabdehlərin üzərinə düşən ümumi məsuliyyət tədbirlərinin həcmini əhəmiyyətli dərəcədə artırır. Məhkəmə işin konkret hallarını, əsas borcun məbləğini, öhdəliyin pozulmasının xarakterini və müddətini, artıq gecikdirilmiş pul öhdəliyinə görə qanunla müəyyən edilmiş faizlərin tutulmasını, habelə tərəflərin əmlak mənafeləri arasında ədalətli tarazlığın qorunmasının zəruriliyini nəzərə alaraq hesab edib ki, müqavilə ilə müəyyən edilmiş cərimənin tam həcmdə tutulması mütənasib hesab edilə bilməz. Bu səbəbdən məhkəmə cərimənin azaldılmasını zəruri hesab edərək ****-KQ nömrəli Əlavə Kredit Müqaviləsi üzrə 5.300 manat, ****-KQ nömrəli Əlavə Kredit Müqaviləsi üzrə isə 5.000 manat məbləğində cərimənin tutulmasını işin hallarına uyğun, ədalətli və mütənasib hesab edib. İş materialları ilə müəyyən edilib ki, iddiaçı ilə cavabdeh5 İsa oğlu, cavabdeh4, cavabdeh6 və cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli 3616-İZG/* nömrəli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X2 küçəsi 37 ünvanında yerləşən ümumi sahəsi 84,9 kv.m olan ** nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, borcalan əsas kredit müqaviləsi çərçivəsində bağlanmış əlavə kredit müqavilələri üzrə öhdəliklərini müqavilələrdə nəzərdə tutulmuş qaydada və müddətdə yerinə yetirməmiş, nəticədə kredit borcu yaranmışdır. İş materiallarında olan sübutlarla müəyyən olunub ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı qanunvericilikdə və ipoteka müqaviləsində nəzərdə tutulmuş bildiriş proseduruna əməl edilmiş, tutmanın yönəldilməsi barədə bildiriş ipoteka qoyanlara göndərilmiş və müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmışdır. Buna görə də ipoteka predmetinə tutmanın yönəldilməsi üçün qanunla nəzərdə tutulmuş şərtlər mövcuddur. Cavabdeh cavabdeh5 İsa oğlunun nümayəndəsi etirazında bank tərəfindən kreditvermə prosesində qanunvericiliyin və daxili qaydaların pozulduğunu, girov əmlakının dəyərindən artıq kredit limiti müəyyən edildiyini, ipoteka qoyanlara əlavə kredit müqavilələri barədə məlumat verilmədiyini, habelə ipoteka müqaviləsinin onların etibarından sui-istifadə edilməklə bağlandığını göstərərək ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə həmin etirazları əsaslı hesab etməyib. Belə ki, hazırkı mübahisənin predmeti kredit müqavilələrindən irəli gələn borcun tutulması və həmin öhdəliyin təminatı məqsədilə bağlanmış ipoteka müqaviləsindən irəli gələn hüquqların həyata keçirilməsidir. İş materiallarında ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyildir. Cavabdehlər tərəfindən də ipoteka müqaviləsinin etibarsız hesab olunmasına dair qarşılıqlı iddia irəli sürülməmişdir. Cavabdehin bank tərəfindən kreditvermə prosesində qanunvericiliyin və ya daxili qaydaların pozulmasına dair istinad etdiyi hallar, hətta onlar mövcud olsa belə, özlüyündə qüvvədə olan ipoteka müqaviləsindən irəli gələn təminat hüququnun həyata keçirilməsini istisna etmir və həmin müqavilənin etibarsızlığına səbəb olmur. Belə halların mövcudluğu yalnız müvafiq hüquqi tələblər üzrə ayrıca məhkəmə araşdırmasının predmeti ola bilər və hazırkı mübahisə çərçivəsində ipoteka saxlayanın təminat hüququnun həyata keçirilməsinə maneə yaratmır. Bundan əlavə, ipoteka müqaviləsinin məzmunundan görünür ki, ipoteka yalnız konkret kredit öhdəliyinin deyil, əsas kredit müqaviləsi çərçivəsində bağlanmış və bağlanacaq əlavə kredit müqavilələrindən irəli gələn öhdəliklərin də təminatı kimi müəyyən edilmişdir. Buna görə də ipoteka qoyanların əlavə kredit müqavilələri üzrə öhdəliklərin də ipoteka ilə təmin olunacağı barədə əvvəlcədən razılığı mövcud olmuşdur. Beləliklə, məhkəmə hesab edib ki, əsas öhdəliyin icra edilməməsi və ipoteka müqaviləsinin qüvvədə olması nəzərə alınmaqla iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələbi əsaslıdır. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə münasibətdə məhkəmə qeyd edib ki, iş üzrə həm Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi, həm də məhkəmənin qərardadı ilə təyin edilmiş “xxxx” MMC tərəfindən hazırlanmış qiymətləndirmə hesabatı əldə edilmişdir. Məhkəmə nəzərə alıb ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi, qiymətləndirmə obyektinin dəyərinin müəyyən edilməsi, qiymətləndirmə subyektləri və qiymətləndirmənin nəticələrinin hüquqi qüvvəsi xüsusi qanunla tənzimlənir. Həmin Qanuna əsasən qiymətləndirmə obyektinin dəyəri qiymətləndirici və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir, qanunla nəzərdə tutulmuş hallarda isə qiymətləndirmə məhkəmənin qərarı əsasında aparılır. Qiymətləndirmənin nəticələri qiymətləndirmə hesabatı ilə rəsmiləşdirilir və həmin hesabatda müəyyən edilmiş yekun dəyər məhkəmə qaydasında etibarsız hesab edilmədiyi müddətdə həqiqi hesab olunur. Hazırkı işdə “xxxx” MMC tərəfindən qiymətləndirmə məhz məhkəmənin qərardadı əsasında həyata keçirilmişdir. İş materiallarında həmin qiymətləndirmə hesabatının qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyini, qiymətləndirmə zamanı tətbiq edilmiş yanaşma və metodların düzgün seçilmədiyini və ya müəyyən edilmiş bazar dəyərinin həqiqətə uyğun olmadığını təsdiq edən hər hansı sübut mövcud deyildir. Məhkəmə ekspertizasının rəyində daşınmaz əmlakın bazar dəyəri fərqli məbləğdə müəyyən edilmiş olsa da, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi mahiyyət etibarilə qiymətləndirmə fəaliyyətinin xüsusi hüquqi tənzimlənən sahəsinə aid məsələdir. Qanunverici qiymətləndirmə fəaliyyətini xüsusi hüquqi tənzimləmənin predmeti kimi müəyyən etmiş, qiymətləndirmə obyektinin dəyərinin peşəkar qiymətləndirici və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilməsini nəzərdə tutmuşdur. Hazırkı işdə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə məhkəmənin qərardadı əsasında qiymətləndirici təşkilat tərəfindən həyata keçirilmişdir. Məhkəmə qiymətləndirmə hesabatını iş üzrə digər sübutlarla birlikdə qiymətləndirərək onun qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyini, düzgünlüyünə şübhə yaradan halların və əsaslandırılmış etirazların mövcud olmadığını nəzərə alıb. Bu səbəbdən məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsində qiymətləndirici təşkilat tərəfindən hazırlanmış qiymətləndirmə hesabatına üstünlük verilməsini əsaslı hesab edib. Bununla yanaşı, məhkəmə qiymətləndirmə hesabatını iş üzrə digər sübutlarla birlikdə qiymətləndirərək onun düzgünlüyünə şübhə yaradan halların müəyyən edilmədiyini, tərəflər tərəfindən də həmin hesabatın etibarlılığına dair əsaslandırılmış etirazların irəli sürülmədiyini nəzərə alıb. Bu səbəbdən məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin 200.000 manat məbləğində müəyyən edilməsini əsaslı hesab edib. Beləliklə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X2 küçəsi 37 ünvanında yerləşən ümumi sahəsi 84,9 kv.m olan ** nömrəli mənzilə tutma yönəldilməli, həmin əmlak ilkin satış qiyməti 200.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə edilən vəsait hesabına iddiaçının tələbi ödənilməlidir. İpoteka predmetinin satışından əldə ediləcək vəsait iddiaçının tələblərinin tam ödənilməsi üçün kifayət etmədiyi halda, ödənilməmiş qalan borcun borcalan və zamin tərəfindən müştərək qaydada ödənilməsi barədə iddia tələbi də əsaslı olduğundan təmin edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edib ki, iddiaçı tərəfindən ödənilmiş 562,65 manat dövlət rüsumunun mütənasib olaraq 540,06 manat hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 52,48 manat məbləğində rüsum, habelə 1,20 manat bank xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsinə münasibətdə məhkəmə qeyd edib ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası tərəflər arasında mövcud olan borcun məbləği ilə bağlı mübahisəli halların müəyyən edilməsinə xidmət etmiş və həmin ekspertizanın nəticələri iddia tələbinin qismən təmin olunması ilə nəticələnmişdir. Buna görə də həmin ekspertizanın keçirilməsi ilə bağlı çəkilmiş xərclərin iddianın təmin edilmiş hissəsinə mütənasib qaydada tərəflər arasında bölüşdürülməsi məqsədəuyğundur. Bununla yanaşı, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə aparılmış qiymətləndirmə və məhkəməəmtəəşünaslıq ekspertizası işin mahiyyətindən irəli gələn və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələbin həlli üçün zəruri prosessual hərəkətlər olmuşdur. Həmin sübutların əldə edilməsi tərəflərdən hər hansı birinin prosessual davranışından və ya irəli sürdüyü etirazlardan deyil, mübahisənin obyektiv həlli zərurətindən irəli gəldiyindən, bu ekspertiza və qiymətləndirmə üzrə çəkilmiş xərclərin tərəflər arasında bərabər qaydada bölüşdürülməsi ədalətli hesab edilir. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə sərf edilmiş cəmi 250 manat məbləğində pul vəsaitinin 20 manatı İddiaçı ASC-dən, 230 manatı isə müştərək qaydada cavabdеhlər “xxxx” MMC və cavabdeh2, məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 manatı İddiaçı ASC-dən, 50 manatı isə müştərək qaydada cavabdеhlər “xxxx” MMC və cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına keçirilməlidir. Məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 100 manatı İddiaçı ASC-dən, 100 manatı isə müştərək qaydada cavabdеhlər “xxxx” MMC və cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına keçirilməlidir.

26. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 317.1, 319.1, 442, 445.7, 448.1, 462.1, 463, 465.2, 467, 470, 472, 739-cu maddələrinə, “İpoteka haqqında” Qanunun 1.0.6, 3.1, 10., 11.1, 11.2, 34.1, 36, 41.1, 47.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

27. Cavabdeh cavabdeh5 İsa oğlu apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddiaçı “xxxx”ASC-nin iddiası üzrə tutmanın iddiaçı ilə cavabdeh5 İsa oğlu, cavabdeh4, cavabdeh6 və cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli 3616-İZG/* nömrəli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X2 küçəsi 37 ünvanında yerləşən ümumi sahəsi 84,9 kv.m olan ** nömrəli mənzilə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiyməti 200.000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə edilmiş vəsait hesabına iddiaçının borcun ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə ipoteka qoyanlar cavabdeh5 İsa oğlu,cavabdeh4, cavabdeh6 ,cavabdeh1 və borc alan “xxxx”MMC-nın təsisçisi Rəsulova Xatirə Piriş qızının aralarında bağlanan 3636-İZG/* saylı ipoteka müqaviləsi ##.##.2023-cü il tarixdə bağlanmış, həmin müqavilənin 1.7-ci bəndində girov qoyulan Bakı şəhəri Bakixanov qəsəbəsi, Hacıncki küçəsi, ** saylı evin ** saylı 3 otaqlı mənzilin bazar dəyəri 149.000 manat,likvid dəyəri 119.000 manat müəyyən edildiyi halda, müqavilənin 2.1-2.1.1-ci bəndində borcalana 350.000 manat məbləğində kredit limiti açılmış və 2.1.2-ci bəndinə görə də həmin limitin müddəti 60 ay müəyyən edilmişdir. Lakin borcalana açılmış 350.000 manat kredit limitin müqabilində ona iddiaçı ilə aralarında ##.##.2023-cü il tarixdə bağlanmış ****-KQ saylı əlavə kpedit müqaviləsinə əsasən 106437,17 manat, ##.##.2023-cü il tarixdə ****-KQ nömrəli əlavə kredit müqaviləsi əsasında isə 100853,4 manat kredit verilməsi barədə əmlakını girov qoyan şəxslərə məlumat verilməmiş ,onlara həmin müqavilələr təqdim edilməmişdir. Məlum məsələdir ki, iddiaçı tərəfindən borcalana girov qoyulan 119.000 manat likvid dəyərində olan mənzilə görə mənzilin dəyərindən 3 dəfədən artıq məbləgdə 350.000 manat məbləğində kredit limitin açması və mənzilin likvid dəyərindən 2 dəfə artıq, cəmi 206.489 manat dəyərində kreditin verilməsi əmlakını girov qoyanın mənafəyinə zidd olmaqla bərabər eyni zamanda da AR Ədliyyə Nazirin müavini Toğrul Musayev və AR Milli Bankın İdarə Həyətinin sədri Elman Rüstəmov tərəfindən ##.##.2008-ci il tarixdə razılaşdırılmış “Banklarda Kreditlərin verilməsi Qaydalarına” zidd hesab edilməlidir. Həmin Qaydalarının 3.1-ci bəndinə görə Bank tərəfindən kredit sifarişlərinin qiymətləndirilməsi meyarları kreditlərin həcmi, müddəti, onlarla bağlı risklərin səviyyəsi, borcalanın fəaliyyət növü və digər amillərlə müəyyən edilir. Meyarlar ən azı aşağıdakı amillər üzrə qruplaşdırılır: 3.1.1. Kreditin məqsədi və ödənişlərin mənbəyi; 3.1.2. Borcalanla və onun sifariş etdiyi kreditlə bağlı riskin səviyyəsi; 3.1.3. Kreditin, habelə onun müqabilində təklif olunan təminatın bazar və iqtisadi dəyişikliklərə qarşı həssaslığı; 3.1.4. Borcalanın kredittarixi, habelə tarixi məlumatlar və müxtəlif ssenarilər nəzərə alınmaqla, nağd vəsait axını proqnozlarına əsasən borcalanın cari kredit qaytarma qabiliyyəti; 3.1.5. Kommersiya kreditləri üzrə fəaliyyət sahəsində borcalanın təcrübə və bilikləri; 3.1.6. Kreditin növü ilə bağlı iqtisadi/bazar sektorunun vəziyyəti və həmin sektorda borcalanın vəziyyəti; 3.1.7. Kredit müddəti ərzində kredit müqaviləsinə düzəlişlər edilməsi imkanı da daxil olmaqla kreditin şərtləri və müddəti; 3.1.8. Təminatın adekvatlığı və zərurət yarandıqda onun realizasiyası və ya istifadə edilməsi. 3.2. Borcalana kredit ilk dəfə verildikdə bank borcalanın nüfuzunu və öhdəlik götürmə qabiliyyətini nəzərə almalıdır. Lakin borcalanın yüksək nüfuzu ona kreditin verilməsi barədə qərar qəbul edilməsinə yeganə əsas olmamalıdır. 3.3. Hüquqi şəxslər tərəfindən təqdim olunmuş kredit sifarişi qiymətləndirilərkən bank sifarişçinin korporativ idarəetmə sisteminin mövcudluğu və onun adekvat olmasını kredit riskinin ölçülməsində nəzərə almalıdır. Belə olduğu halda hesab edir ki, məhkəmə iddiaçının xeyrinə qətnamə qəbul edərkən iddiaçı borc alanın aldığı krediti ödəmək imkanına malik olmadığını bilə-bilə, məqsədli şəkildə ona 350.000 manat kredit limiti acmaqla və ipoteka qoyanlara məlumat vermədən ipoteka qoyulan əmlakın dəyərindən 2 dəfə artıq məbləğdə kredit verməklə həm ipoteka goyanın qanunla qorunan mənafəyinə küllu məbləgdə zərər vurmuş, həm də ”Banklarda Kreditlərin verilməsi Qaydalarını” kobud surətdə pozmuşdur. Nəticədə də borc alan iddiaçıdan kredit aldıqdan 5 ay sonra respublikadan Türkiyə Respublikasına qaçıb getmiş, bu günədək respublikanın müxtəlif səlahiyyətli prokurorluq və istintaq orqanlarında onun barəsində çoxsaylı şəxslərin şikayətləri əsasında dələduzluqla faktı üzrə cinayət işi açılmaqla barəsində axtarış verilmiş olsa da, borc alanın olduğu və yaşayış yerini müəyyən etmək mümkün olmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsinə dair nəticəyə gələrkən iddiaçı tərəfindən istinad edilmiş Qaydaların tələblərini pozaraq borcalan Xatirə Rəsulovanın aldığı krediti ödəmək üçün heç bir gəlir mənbəyin olmadığını bildiyi halda əmlakını girov qoyanların etibarından sui-istifadə edərək,paylı mülkiyyətində olan Bakı şəhəri, Bakixanov qəsəbəsi, Hacıncki küçəsi,ev 37,** saylı,3 otaqlı mənzilinə görə borc alana cəmi 50.000 manat kredit verməyəcəyinə inandıraraq aldatması nəticəsində cavabdeh5 və onun övladları olan digər paylı mülkiyyətçilərə küllü məbləğdə zərər vurmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

29. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

30. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda cavabdehin apellyasiya şikayətinə etiraz etmiş, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

31. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdeh cavabdeh5 İsa oğlunun nümayəndəsi ərizə ilə müraciət etmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

32. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

33. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

34. “İpoteka haqqında” Qanunun hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasının: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. -6.4-cü maddəsinə görə ipoteka ümumi ola bilər. Ümumi ipoteka elə ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilə bilər. -34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: -34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; -34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; -34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. -47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. -1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

Apellyasiya baxışının hədləri:

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh5 İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə yalnız tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh “xxxx” MMC arasında ****-ƏKM nömrəli, ##.##.2023-cü il tarixli əsas kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdeh “xxxx” MMCyə ##.##.2028-ci il tarixədək ödəmək şərtilə 350.000 manat məbləğində kredit limiti açılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bank ilə cavabdeh2 arasında ##.##.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin adıçəkilən kredit müqaviləsi üzrə borcalan ilə birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Eyni zamanda cavabdeh5 İsa oğlu, cavabdeh4, cavabdeh6 və cavabdeh1 paylı mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 84.90 kv.m. ümumi sahədən ibarət olan mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan sonra tərəflər arasında bağlanmış ****- KQ nömrəli, ##.##.2023-cü tarixli əlavə kredit müqaviləsinə əsasən borcalana ##.##.2026-ci il tarixədək illik 19% 112,400 manat, ****-KQ nömrəli, ##.##.2023-cü tarixli əlavə kredit müqaviləsi üzrə isə ##.##.2026-cı il tarixədək illik 19% 105.000 manat kredit verilmişdir. Cavabdeh “xxxx” MMC həmin müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı banka borcu yaranmışdır. Hazırda iddiaçı İddiaçı ASC cavabdehlər “xxxx” MMC, cavabdeh5 İsa oğlu, cavabdeh4, cavabdeh6, cavabdeh1 və cavabdeh2 müştərək qaydada kredit, faiz borcunun tutulması, habelə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilərək həmin mənzilin açıq hərracda satılmasını və əldə olunmuş vəsait hesabına borcun ödənilməsini tələb edir.

40. Kollegiya qətnamənin apellyasiya şikayətində mübahisələndirilən - tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsi ilə bağlı ilk növbədə qeyd edir ki, cavabdeh “xxxx” MMC tərəfindən əsas kredit müqaviləsi çərçivəsində bağlanmış əlavə kredit müqavilələri üzrə öhdəliyin bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçının tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi hüququ yaranmışdır.

41. Bank tərəfindən borc alanın maliyyə vəziyyətini yoxlamadan, ipoteka ilə yüklü edilmiş əmlakın dəyərindən 2 dəfə artıq, cəmi 206.489 manat dəyərində kreditin verilməsi, bununla iddiaçı tərəfindən “Banklarda Kreditlərin verilməsi Qaydaları”nın pozulması barədə dəlillərə gəldikdə kollegiya qeyd edir ki, bank tərəfindən kredit verilərkən prosedur qaydalarına riayət edilməməsi fərz edilsə belə bu hallar ipoteka müqaviləsinin forma, məzmun, iradə, subyekt tələblərinin pozulmaqla bağlanmasına səbəb olan və belə olan halda etibarsız hesab edilməsi üçün əsas verən qanun pozuntularına aid edilmir, eləcə də həmin hallar ipoteka müqavilə əsasında yaranmış ipoteka qoyanın ipotekaya tutma yönəltmək hüququnu aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ipoteka qoyan ipoteka müqavilələrini imzalamaqla, həmin müqavilə üzrə hüquq və öhdəliklərinin icrasını öz üzərinə götürdükdən və həmin müqavilə əsasında əldə etməyə haqqı çatdığı müsbət nəticələri əldə etdikdən sonra (ipoteka müqaviləsinin bağlanması nəticəsində ipoteka qoyanın öhdəliyinin icra edilməsinə təminat verdiyi “xxxx” MMC yüksək məbləğdə kredit almışdır) sonra həmin müqavilənin etibarlılığını inkar edir. Kollegiya hesab edir ki, ipoteka qoyanın həmin davranış əvvəlki iradə və hərəkətləri ilə ziddiyyət təşkil etməklə mülki hüquqda qəbul edilmiş estoppel prinsipinə uyğun hesab edilə bilməz.

42. Apellyasiya şikayəti ilə mübahisələndirilən hallardan biri ipoteka müqaviləsi ilə ipoteka predmetinin əsas kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq yüklü edilməsi, əlavə kredit müqavilələri bağlanarkən ipoteka qoyanlara məlumat verilməməsi, həmin müqavilələrin cavabdehə təqdim edilməməsi ilə bağlıdır. Kollegiya bu dəlillə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, mübahisəli ipoteka müqaviləsinin 1.2ci bəndindən aydın şəkildə görünür ki, ipoteka ilə yalnız əsas kredit müqaviləsi üzrə öhdəliklər deyil, həmçinin həmin kredit müqaviləsi çərçivəsində bağlanmış əlavə kredit müqavilələrindən irəli gələn öhdəliklər də təmin edilmişdir. Beləliklə, ipoteka qoyanlar ipoteka müqaviləsini imzalamaqla əsas kredit müqaviləsi çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə yaranan öhdəliklərin də ipoteka ilə təmin edilməsinə əvvəlcədən razılıq vermişlər.

43. Digər tərəfdən, əsas kredit müqaviləsi ilə ayrılmış kredit xəttinin məbləği 350.000 manat məbləğində müəyyən edildiyi halda həmin müqavilə çərçivəsində əlavə kredit müqavilələr üzrə üzrə verilmiş kreditlərin ümumi məbləği 217400 manat təşkil etmişdir. Eyni zamanda, əlavə kredit müqavilələri üzrə müəyyən edilmiş illik 19 faiz dərəcəsi əsas kredit müqaviləsində nəzərdə tutulmuş illik 30 faiz dərəcəsini aşmamışdır. Beləliklə, əsas kredit müqaviləsində ipoeka ilə təmin edilmiş kredit öhdəliyinin mühüm şərtləri müəyyən edilməklə yanaşı həmin müqavilə çərçivəsində sonradan bağlanmış əlavə kredit müqavilələrinin mühüm şərtləri əvvəlcədən müəyyən edilmiş təminat çərçivəsindən kənara çıxmamış, yəni ipoteka qoyanın vəziyyətini ağırlaşdırmamışdır. Odur ki, birinci instansiya məhkəməsi mübahisəli kredit müqaviləsi üzrə öhdəlikləri ipoteka ilə təmin edilmiş öhdəliklər kimi qiymətləndirməklə və həmin öhdəliklərin icrasına görə tutmanı ipoteka predmetinə yönəltməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

44. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə (mübahisələndirilən hissədə) göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh cavabdeh5 İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il, e-*-*(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdeh cavabdeh5 İsa oğlunun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Ziya Şirinov Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar