Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-100/2026 21.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə Açar sözlər: sübutetmə yükü; sübut yetərsizliyi Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə, cavabdehlər cavabdeh2 və cavabdeh1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Azərbaycan Respublikasının Qida X34-X12 tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ünvan 1 sakini Nazim adlı şəxsin saxlanc anbarınına plandankənar (növbədənkənar) yoxlama həyata keçirilmişdir. Eyni zamanda, müəssisə rəhbərliyinə icrası məcburi göstərişlər verilərək qida təhlükəsizliyi sahəsində müvafiq qanunvericiliyin tələbləri izah edilmişdir. Subyekt barəsində qanunvericiliyə uyğun tədbirlər görülmüşdür.
2. Tovuz rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X1 tərəfindən qəbul edilmiş istintaq aidiyyəti üzrə göndərilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, cavabdeh1 araşdırma zamanı verdiyi izahatında bildirmişdir ki, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan müddət ərzində qardaşı oğlu Vüsal Əkbərovun iştirakı ilə Aqil özü xurma məhsulların satışını həyata keçirtmişdir. Hər satışdan əldə edilən pulları Aqil Vüsala vermişdir. Həmin tarixlərdə həyata keçirilən satışlardan ümumilikdə 17250 manat vəsait əldə edilmişdir. Aqil həmin puldan 1650 manat borclu olduqları Zemfira adlı qadına, 4000 manatı Beşi ləqəbli şəxsə vermişdir. 1200 manat pulu isə Aqil özü götürmüşdür. Yerdə qalan 10400 manat pulu isə Vüsal ona vermişdir. Qeyd olunan tarixlərdə soyuducu anbarda məhsulun hər bir satışında Aqil özü iştirak etmişdir. Hal-hazırda 10400 manat pul ondadır və həmin pulu Ismayıl Poladova verməyə hazırdır.
3. Tovuz rayon Polis Şöbəsinin IB-nin müstəntiqi X16 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material əsasında cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
4. Araşdırma zamanı İddiaçı oglu izahatında göstərmişdir ki, o, Tovuz rayonu Alakol kənd sakini cavabdeh1 təxminən 2023-cü ilın oktyabr ayından tanıyır. Nazimin Tovuz rayonu Alakol kəndində yerləşən özünə məxsus soyuducu anbarı vardır. 2023-cü ilin oktyabr ayının dəqiq xatırlamadığı günündə həmin soyuducu anbara alqı-satqı məqsədi ilə xurma məhsulu yerləşdirməyə başlamışdır. Həmin vaxtdan 2023-cü il ərzində Nazim ilə aralarında heç bir narazılığı olmamışdır. ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixdədək olan müddət ərzində Nazimin soyuducu anbarına 21340 ədəd xurma yeşiyi yerləşdirmişdir. Razılaşmalarına görə, ## ###### 2025-ci il tarixədək məhsul soyuducu anbarda qalmalı idi. ## ###### 2024-cü il tarixdə onun üçün mal yığan, yəni ayrı-ayrı şəxslərdən pul qarşılığında xurma yeşikləri yığan Tovuz rayonu, Qovlar şəhər sakini Aqil ilə birlikdə qeyd olunan soyuducu anbardan 2160 yeşik, ## ###### 2024-cü il tarixdə isə ayrı-ayrılıqda 950 və 1260 yeşik xurma məhsulunu çıxararaq satmışlar. ## ###### 2025-ci il tarixdə o, Aqil ilə birlikdə ünvan 1ində yerləşən Nazimə məxsus soyuducu anbara gəlmışlər. Anbara yerləşdirdikləri məhsula baxış keçirən zaman, məhsulda yumşalma prosesinin getdiyinin şahidi olmuşlar. Həmin tarixdə o, Nazimə zəng edərək anbara gəlməsini, məhsulun xarab olduğunu və dərhal satışa başlamalı olduğunu bildirmişdir. ## ###### 2025-ci il tarixdə yenidən Aqil ilə birlikdə soyuducu anbara gəlmişlər. Həmin tarixdə Nazim də soyuducu anbara gəlmişdir. Bundan sonra məhsulda yumşalma prosesinin baş verməsi ilə əlaqədar Nazimlə aralarında mübahisə yaranmışdır. Bu səbəbdən soyuducu anbara Türkiyə Respublikasından olan mütəxəssis dəvət etmişlər. Mütəxəssis əvvəlcə yumşalma prosesinin soyuducu anbarla əlaqədar olduğunu onlara demişdir. Nazim və Nazimin kürəkəni Nurxanın müdaxiləsindən sonra mütəxəssis fikrini dəyişərək soyuducu anbarda problemin olmadığını bildirmişdir. Həmin tarixdən ## ###### 2025-ci il tarixədək o, anbarda dörd ədəd yük avtomobili, yəni 7400 yeşik xurma məhsulunu soyuducu anbardan çıxararaq satış etmişdir. Satmış olduğu 7400 yeşik xurma məhsulunun soyuducu anbarda düzgün saxlanılmamasına görə həmin məhsulunun satışından 42000 manat dəyərində ziyanlıq etmişdir. ## ###### 2025-ci il tarixdə növbəti yük avtomobilinə məhsulu yükləmək istədikdə Nazimin kürəkəni olan Nurxan adlı şəxs anbara daxıl olaraq məhsulun yüklənməsini dayandırmağını bildirmişdir. O, Nurxana etiraz edərək qayınatası Nazimin burada məhsulu olmadığını, həmin məhsulların ona aid olmasını bildirmişdir. Belə ki əvvəlcədən Nazim ilə onun aralarında 1000 yeşik xurma məhsulunun alqı-satqısı olmuşdur. Həmin məhsulun 8800 manatını ## ###### 2025-ci il tarixdə Nazimə geri qaytardıqdan sonra 2200 manat borcu qalmışdır. Lakin, ## ###### 2025-ci il tarixdə Nurxan 1000 yeşik xurmanın satışını etmişdir. Sonradan Nurxan ona tez bir şəkildə anbarı tərk etməyini bildirmişdir. O, sözünün eşidiləcəyi dövlət orqanlarının olduğunu Nurxana bildirmişdir. Nurxan ona “heç bir şey edə bilmərsən" deyərək Gədəbəydən olan bir nəfər şəxsin də ondan şikayət etdiyini, lakin ona heç bir şey edə bilmədiyini bildirmişdir. X13 mobil nömrəsi ilə ona zəng etmişdir. Telefon danışığı zamanı onu şikayət edəcəyi barədə ona sual vermişdir. O, həmin vaxt Nurxana şikayət edəcəyini bildirmişdir. Nurxan şikayət edəcəyi təqdirdə onu narkotiklə şərləyib içəri saldıracağını bildirmişdir. Ona sözlə hədə-qorxu gələrək şikayət etməməyi üçün təsir göstərməyə çalışmışdır. ## ###### 2025-ci il tarixdə onun şəriki olan Xəlil adlı şəxs 1730 yeşik xurma məhsulunu çıxararaq satış etmişdir. Həmin məhsulun satışından malın xarab olmasına görə 8000 manat ziyanlıq olmuşdur. ## ###### 2025-ci il tarixdə bir yeşiyi 8 manat olmaqla 302 yeşik xurma məhsulunun satışı olmuşdur. Əldə olunan 2416 manat pulu Nazimin qardaşı oğlu olan Vüsal adlı şəxs götürmüşdür. 2416 manat pulun 1650 manatını borclu olduqları ünvan 1 sakini olan Zemfira adlı qadına verilmişdir. Qalan 766 manat pulu isə Vüsal götürərək özündə saxlamışdır. Soyuducu anbarda qalan xurma məhsulu xarab olduğu üçün ## ###### 2025-ci il tarixdə isə yeşiyi 2 manat olmaqla 600 yeşik xurma məhsulu satılmışdır. Halbuki həmin məhsulun yeşiyi 15 manata satılmalı imiş. Məhsulun satışından 9000 manat pul əldə olunmalı imiş, lakin xarab olması səbəbi ilə bu satışdan 1200 manat əldə edildi. Bu səbəbdən də 7800 manat ziyanlıq etmişdir, həmin satışdan əldə olunan 1200 manat pulu isə günəmuzd işləyən fəhlələrə olan borclarına vermişlər. ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək 8100 yeşik xurma məhsulunun satışını Nazim özü həyata keçirərək həmin məhsulu müxtəlif məbləğlərə ayrı-ayrı şəxslərə satmışdır. Əldə olunan pulu isə Nazim özü götürmüşdür. ## ###### 2025-ci il tarixdən sonra həyata keçirilən satış prosesində nə o, nə də Aqil iştirak etməmişdir. Bundan əlavə ## ###### 2025-ci il tarixdə Nazim Whatsapp vasitəsi ilə ona soyuducuda qalan 6000 yeşik xurma məhsulunu müqavilədə nəzərdə tutulmuş dövrdə götürmədiyi üçün 3-cü şəxslərə satacağı barədə bildiriş göndərmişdir. Həmçinin bildirmişdir ki, həmin bildirişdə nəzərdə tutulmuş əlavə 5800 manat pulu isə ## ###### 2025-ci il tarixdə ayrı-ayrlıqda 5100 manat və 700 manat olmaqla Nazimin oğlu Emin Əkbərova məxsus kart hesabına ödəmişdir. O həmçinin bildirmişdir ki, Nazimin soyuducu anbarına yerləşdirdiyi 21340 yeşik xurma məhsulunun 13240 yeşik məhsulunun satışını o, həyata keçirmişdir. Onun soyuducu anbarda qalan 8100 yeşik xurma məhsulunun satışını isə Nazim özü həyata keçirərək 121500 manat maddi zıyanlıq vurmuşdur. Nazimə məxsus soyuducu anbarın düzgün işləməməsinə görə ona ümumilikdə 195950 manat maddi ziyan dəymişdir. Bundan əlavə onun 1770 ədəd boş yeşikləri Nazimə məxsus soyuducu anbarda qalmışdır. Həmçinin bildirmişdir ki, xurma məhsulları dərildikdən dərhal sonra cavabdeh1 ünvan 1ində yerləşən soyuducu anbarına yerləşdirmişdir. ## ###### 2024-cü il tarixdə 21340 ədəd xurma yeşiyi sağlam şəkildə soyuducu anbara yerləşdirilmişdir. Məhsul dərildikdən sonra vətəndaşlardan alınaraq soyuducu anbara yerləşdirilməsinin sübutu barədə video görüntülər var. Həmin video görüntülərdə ayrı-ayrı şəxslərdən xurma məhsullarının alınması, soyuducu anbara yerləşdirilməsi və cavabdeh1 ilə cavabdeh2 telefon danışığı öz əksini tapmışdır. Bundan başqa cavabdeh1 ilə yalnız şifahi razılaşma əsasında bir yeşiyi 1 manat 30 qəpik olmaqla, 21340 yeşik xurma məhsulunu soyuducu anbara yerləşdirmişdir. Şifahi razılaşmaya əsasən xurma məhsulları ## ###### 2024-cü il tarixdən ## ###### 2025-ci ıl tarixədək soyuducu anbarda saxlanılmalı imiş. Yəni, 21340 yeşik xurma məhsulunun soyuducu anbara yerləşdirilməsinə dair cavabdeh1 oglu ilə aralarında hər hansı bir yazılı rəsmi müqavilə mövcud olmamışdır. Xurma məhsulu Nazimə məxsus soyuducu anbarda düzgün saxlanılmamasına görə yararsız hala düşmüşdür. Araşdırma zamanı cavabdeh2 izahatında göstərmişdir ki, Ismayıl xurma məhsulunun alqı-satqısı ilə məşğul olur. Nazimin Tovuz rayonu Alakol kəndində yerləşən özünə məxsus soyuducu anbarı var. 2023-cü ilin oktyabr ayında həmin soyuducu anbara alqı-satqı məqsədilə Ismayılın xurma məhsulunu yerləşdirməyə başlamışlar. 2023-cü il ərzində Nazim ilə aralarında heç bir narazılıq olmamışdır. ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək müddətdə Nazımın soyuducu anbarına 21340 yeşik xurma məhsulu yerləşdirmişlər. Qarşılıqlı razılaşma əsasında ##.##.2025-ci il tarixədək məhsul soyuducu anbarda qalmalı idi. ##.##.2024-cü il tarixdə Ismayıl ilə birlikdə soyuducu qeyd olunan soyuducu anbardan 2160 yeşik, ##.##.2024-cü il tarixdə isə ayrı-ayrılıqda 950 və 1260 yeşik xurma məhsulunu soyuducu anbardan çıxararaq satmışlar. ##.##.2024-cü il tarixdə o, Ismayıl ilə birlikdə soyuducu anbara gəlmişdir. Anbara yerləşdirdiyi məhsula baxış keçirən zaman, məhsulda yumşalma prosesinin getdiyinin şahidi olmuşdur. Həmin tarixdə Ismayıl Nazimə zəng edərək anbara gəlməsini, məhsulun xarab olduğunu görərək, dərhal satışa başlamasını bildirmişdir. ##.##.2025-ci il tarixdə yenidən Ismayıl ilə birlikdə soyuducu anbara gəlmişdir. Həmin tarixdə Nazim də soyuducu anbara gəlmişdir. Bundan sonra məhsulda yumşalma prosesinin baş verməsi ilə əlaqədar Nazım ilə aralarında mübahisə yaranmışdır. Bu səbəbdən soyuducu anbara Türkiyə Respublikasından olan mütəxəssis dəvət etmişlər. Mütəxəssis əvvəlcə yumşalma prosesinin soyuducu anbarla əlaqədar olduğunu onlara demişdir. Nazim və kürəkəni Nurxanın müdaxiləsindən sonra mütəxəssis fikrini dəyişərək soyuducu anbarda problemin olmadığını bildirmişdir. Bundan sonra ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək dörd ədəd yük avtomobili dolu, yəni 7400 ədəd xurma məhsulunu soyuducu anbardan çıxardaraq satışını həyata keçirtmişlər. ##.##.2024-cü il tarixdə növbəti yük avtomobilinə məhsulu yükləmək istədikdə, Nazimin kürəkəni olan Nurxan adlı şəxs anbara daxil olaraq, məhsulun yüklənməsinin dayandırmalarını bildirmişdir. Ismayıl Nurxana etiraz edərək qaynatası Nazimin burada məhsulu olmadığını, həmin məhsulların ona aid olmasını bildirmişdir. Belə ki, əvvəlcədən Nazim ilə Ismayıl arasında 1000 yeşik xurma məhsulunun alqı-satqısı olmuşdur. Həmin məhsulun 8800 manatını ##.##.2025-ci il tarixdə Nazimə geri qaytarmış, 2200 manat borcu qalmışdır. Lakin ##.##.2025-ci il tarixdə Nurxan 1000 yeşik xurmanın satışını etmişdir. X17 ilə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Ismayıl soyuducu anbarı tərk edərək çıxıb getmişdir. Bundan sonra Nurxan onun mobil telelonu ilə Ismayıla zəng etmişdir. Telefon ilə danışaraq onun yanından bir qədər uzaqlaşmışdır. Nurxanın Ismayıl ilə nə danışdığı barədə məlumatı yoxdur. ##.##.2025-ci il tarixdə Ismayılın şəriki olan Xəlil adlı şəxs 1730 yeşik xurma məhsulunu çıxararaq satış etmişdir. ##.##.2025-ci il tarixdə bir yeşiyi 8 manat olmaqla 302 yeşik xurma məhsulunun satışı olmuşdur. Əldə olunan 2416 manat pulu Nazimin qardaşı oğlu olan Vüsal adlı şəxs götürmüşdür. 2416 manat pulun 1650 manatını borclu olduqları Tovuz rayonu Alakol kənd sakini olan Zemfira adlı qadına verilmişdir. Qalan 766 manat pulu isə Vüsal götürərək özündə saxlamışdır. ##.##.2025-ci il tarixdə isə yeşiyi 2 manat olmaqla 600 yeşik xurma məhsulu satılmışdır. Həmin satışdan əldə olunan 1200 manat pulu isə günəmuzd işləyən fəhlələrə olan borclarına vermişlər. ##.##.2025-ci ıl tarixdən ##.##.2025-ci il tarixədək 8100 yeşik xurma məhsulunun satışını Nazim özü həyata keçirərək müxtəlif məbləğlərə satmışdır. Əldə olunan pulu isə Nazım özu mənimsəmişdir. ##.##.2025-ci il tarixdən sonra həyata keçirilən satış prosesində o iştirak etməmişdir. Araşdırma zamanı cavabdeh1 izahatında göstərmişdir ki, Tovuz rayonu Alakol kəndində özünə məxsus soyuducu anbarı var. Soyuducu anbar iki kameradan ibarətdir. Tovuz rayon Qovlar sakini olan İddiaçı 2023-cü ildən tanıyır. Ismayıl həmin müddətdə xurma məhsulunun alqı-satqısı ilə məşğul olmuşdur. Bu müddət ərzində aralarında heç bir narazılıq olmamışdır. ##.##.2024-cti il tarixdən başlayaraq Ismayıl yenidən ona məxsus soyuducu anbara xurma məhsulunu yerləşdirməyə başlamışdır. Ismayıl ilə aralarında olan razılaşmaya görə iki ay ərzində yerləşdirdiyi xurma məhsulunu soyuducu anbarda saxlaya bilər. Anbarda saxlanılan 1 yeşik xurma məhsulu üçün 1 manat 40 qəpik icarə haqqı alınmalı idi. ##.##.2024-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan müddət ərzində Ismayıl soyuducu anbara ümumilikdə 21340 yeşik xurma məhsulu yerləşdirmişdir. 21340 xurma məhsulunun 1000 yeşiyi ona məxsus olmuşdur. 1000 yeşik xurma məhsulunun satışı müqabilində Ismayıl ona 11000 manat pul verməli idi. ##.##.2024-cii il tarixdə Ismayılın şəriki olan Aqil adlı şəxs soyuducu anbardan 2160 yeşik xurma məhsulunu çıxararaq satış etmişdir. ##.##.2024-cü il tarixdə 950 və 1236 yeşik məhsulunun satışı edilmişdir. Satış edildikdən bir müddət sonra Ismayıl və işçisi Aqil soyuducu anbara gəlməmişdir. ##.##.2024-cü il tarixdə soyuducu anbarda olduğu müddətdə Ismayılın yığmış olduğu xurma məhsullarına baxış keçirmişdir. Baxış zamanı məhsulun yumşaldığının şahidi olmuşdur. Ismayılın mobil nömrəsinə zəng etsə də, onun zənglərinə cavab verməmişdir. Həmin tarixdə Ismayılın yaşadığı ünvana getmişdir. Ismayılı yolda görərək, yığdığı xurma məhsulunda yumşalma olduğunu bildirmişdir. Ismayıl məhsulun əvvəlcədən elə olduğunu, tez-bazar müştəri taparaq məhsulu satacağını bildirmişdir. ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək Ismayıl soyuducu anbardan hər biri 1850 ədəd olmaqla dörd ədəd yük avtomobili xurma məhsulunun satışını etmişdir. Ismayıl ona borclu olduğu 11000 manat pulun 3000 manatını vermişdir. Qalan 8000 manat pulu vermədiyi üçün anbarda olan 1000 yeşik xurma məhsulunu, yeşiyi 8 manat olmaqla ümumilikdə 8000 manata satmışdır. ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan müddət ərzində isə Ismayıl və Aqil ümumilikdə 6732 yeşik xurma məhsulunu anbardan çıxararaq satış etmişdir. Ismayıl ümumilikdə 20556 yeşik xurma məhsulunun satışını etmişdir. O, Ismayıla məxsus olan xurma məhsulunun satışını etməmiş, nə də Ismayılın məhsulunu sataraq pulunu mənimsəməmişdir. Ismayılın dedikləri yalandır. Onun Ismayıla heç bir borcu yoxdur. Əksinə Ismayılın ona 24076 manat icarə haqqı borcu var.
5. Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı cavabdeh1 cavabdehlər cavabdeh2 və İddiaçı qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı 21060 (iyirmi bir min altmış) manat pulun, ödənilmiş 153 (bir yüz əlli üç) manat 18 (on səkkiz) qəpik dövlət rüsumunun alınaraq iddiaçı cavabdeh1 verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməyərək, Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ##.##.2025ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
7. ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı tərəfindən təqdim edilmiş diskdə olan video görüntülərdən görünür ki, yeşiklərə xurma meyvələri yığılmış və həmin yeşiklər üst-üstə düzülmüşdür. Diski təqdim edən İddiaçı yerində aldığı xurmalara dair çəkiliş olduğunu və xurmalar alınarkən sağlam olmasını və iddiaçının soyuducusuna yığdığını qeyd etdi. 24.
8. ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı tərəfindən təqdim edilmiş X4 ilə cavabdeh1 arasında gedən telefon danışığını əks etdirən diskdəki görüntüdən görünür ki, tərəflər arasında malın satılması ilə bağlı söhbət gedir. cavabdeh1 Vüsal Əkbərovun özbaşına hər hansı mal satmadığını, onların təklifi ilə hərəkət etdiyini, Vüsalın mal satışından əldə etdiyi 10430 manatı ona verdiyini bildirir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 195500 manat pulun və 487 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Alakol kənd sakini cavabdeh cavabdeh1 o, 2023-cü ilin oktyabr ayından tanıyır. Belə ki, cavabdeh1 Tovuz rayonu Alakol kəndində soyuducu anbarına alqı-satqı məqsədi ilə 2023-cü ilin oktyabr ayında xurma məhsulu yerləşdirmişdir. Həmin vaxt cavabdeh1la aralarında narazılıq olmadığına görə o, ##.##.2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək olan müddət ərzində yenidən cavabdeh1 məxsus Tovuz rayonu Alakol kəndində yerləşən soyuducu anbara 21340 ədəd xurma yeşiyi yerləşdirmişdir. Bütün bunlara həmkəndlisi cavabdeh cavabdeh2 nəzarət etmişdir. Belə ki, o, məhsulun alınması üçün cavabdeh cavabdeh2 182000 ABŞ dolları vermişdir. Bu barədə sübutu var. Həmin pula alınmış xurma məhsulu cavabdeh cavabdeh1 məxsus soyudu anbara yığılıb. Aralarında olan razılığa əsasən ona məxsus xurma məhsulu ## ###### 2025-ci il tarixədək həmin soyuducu anbarda saxlanılmalı idi. ## ###### 2025-ci il tarixdə o, Aqillə birlikdə soyuducu anbara getmiş və anbara yerləşdirilən məhsula baxış keçirən zaman məhsulda yumşalma prosesi getdiyinin şahidi olmuşdur. Buna görə dərhal cavabdeh1 zəng vuraraq anbara gəlməsini, məhsulun xarab olmasını bildirmişdir. ##.##.2025-ci il tarixdə Aqillə birlikdə yenidən soyuducu anbara gəlmişlər, cavabdeh1la birlikdə məhsula baxış keçirən zaman məhsulda yumşalma prosesinin getdiyinin şahidi olmuşlar və bununla əlaqədar cavabdeh1la onun arasında mübahisə baş vermişdir. Bu səbəbdən soyuducu anbara mütəxəssis dəvət etmişdir. Həmin mütəxəssis əvvəlcə məhsulun yumşalmasının soyuducu anbarda problem olması ilə əlaqədar olduğunu bildirsə də, sonradan Nazim və onun kürəkəni Nurxanın müdaxiləsindən sonra fikrini dəyişərək, soyuducu anbarda problem olmadığını bildirmişdir. Belə ki, cavabdeh1 kürəkəni Tovuz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili X18 öz qulluq mövqeyindən istifadə edərək, həmin mütəxəssisə təsir göstərmişdir. Aralarında olan xeyli söz-söhbətdən sonra cavabdeh1 ona məhsulu çıxarıb satmağını, heç olmasa daha az ziyanlıq etməyini, ondan məhsulun soyuducu anbarda saxlanılması üçün pul almayacağını, dəyəcəyi ziyanla bağlı sonra aralarında razılaşma olacağını bildirmişdir. Bundan sonra o, ## ###### 2025-ci il tarixədək anbardan 4 yük maşınına 7400 ədəd xurma məhsulunun yeşiyini yükləyib satış etmişdir. ## ###### 2025-ci il tarixdə növbəti yük maşınına məhsul yükləmək istəyən zaman cavabdeh1 yuxarıda qeyd etdiyi kürəkəni Tovuz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili X18 yenə də öz qulluq mövqeyindən istifadə edərək, buna mane olmuşdur. Həmin vaxt öz vəzifəsini icra etməli olduğu halda olduğu halda, qaynatasının soyuducu anbarına gələrək, onun öz məhsulunu yük avtomaşınına yükləməyə mane oldu və onun etirazına cavab olaraq onu narkotiklə şərləyərək tutduracağı ilə hədələmişdir. Buna görə də o, cavabdeh cavabdeh1 məxsus soyuducu anbardan məhsulu çıxarıb sata bilməmişdir. Bundan sonra hər iki cavabdeh birlikdə ona məxsus olan xurma məhsulunu satıb pulunu mənimsəyiblər. Belə ki, onun şikayəti əsasında Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı X1 apardığı araşdırmada cavabdeh cavabdeh1 ona məxsus soyuducu anbara onun tərəfindən xurma məhsulunun yığıldığını təsdiq etmiş və həmin məhsulun bir hissəsinin satdığını və 14000 manatın onda olmasını etiraf etmişdir. Bundan başqa araşdırma zamanı şahid kimi dindirilmiş şəxslərin verdikləri izahatlarında məhz cavabdeh1 onlara anbarda olan xurma məhsulunu satıb onların pulunu ödəyəcəyinə söz verdiyini qeyd etmişlər. Hər iki cavabdeh ona məxsus ümumi dəyəri 195500 manat olan xurma məhsulunu sataraq pulunu mənimsəyiblər. O, dəfələrlə aidiyyatı orqanlara bu barədə şikayət etsə də, onları mənimsəmə cinayətinə görə məsuliyyətə cəlb etməyiblər. Ona görədə məcbur olub hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.
11. Məhkəmə iclasında iddiaçı İddiaçı izahatında bildirmişdir ki, 2024-cü ilin noyabr ayında Nazimə aid olan soyuducuya mal yığmışdır. Sonra malı götürəndə malda boşalma getdiyini və onlara malı çıxarmalarını demişdir. Yanvar ayında malı çıxaranda polis olan yeznəsini göndərərək, onu oradan uzaqlaşdırmışdır. Onun həmin soyuducuda 121000 manat dəyərində malı qalmışdır. Qalan da ona dəyən ziyandır. 195000 manat cavabdehin ziyanla birlikdə borcu qalıb. Nazim malı yığanda da, çıxaranda da özü iştirak edib. Malı çıxarmaq istəyəndə kürəkənini göndərərək Nazim ona mane olmuşdur. Onlar dekabr ayında mal çıxardanda malda xarabolma olmayıb. Yanvar ayında malı götürəndə mal xarab olub. Malını Aqil yığdığı üçün onu da cavabdeh kimi qoymuşdur. Onların yanvar ayının 15-nə kimi vaxtı var idi, o vaxta kimi malı orda qalmalı idi. Nazim Xurma ilə birlikdə soyuducaya kartof da yığırdı, lakin olmazmış. Vergidən yayınma da var. FHN oranın yanğın təhlükəsizliyinə cavab verilmədiyini də bildirib. Malları yığanda çəkdikləri çəkilişləri video diskdə təqdim etmişdir. Ümumilikdə, 21340 yeşik mal yığmışdır. Nazim onun 8100 yeşik malını satmışdır. 195000 manat ümumilikdə ona dəyən ziyandır. Malın yeşiyini 15.1 manatdan hesablamışdır. Malların soyuducuda saxlanılması barədə müqavilələri olmamışdır. Nazim mallar kəndçilərin pulunu vermək adı ilə satmışdır. Onlar malı çıxardanda malın təmiz xarab olduğunu görmüşdür. Hətta onun Nazimdən aldığı mal da xarab olmuşdu. Nazim anbarı yoxlayan eksperti də hədələmişdir. Dekabr ayının 21-də 1236 yeşik mal satmışdır. Ümumiyyətlə, Aqil onun işçisi olduğu üçün bütün satışlarda onunla bərabər iştirak etmişdir. Nəticə etibarilə soyuducuda olan problemə görə malı xarab olmuşdur.
12. Məhkəmə iclasında cavabdeh cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının dediyinə etirazı yoxdur. O, Ismayılın işçisi olmuşdur. Yanvar ayında mal çıxardıldı. Onun orada pulla bağlı heç bir işi olmamışdır. O, bütün alış-verişin, maşınların hərəkətlərinin və s. uçotunu aparmışdır. Həmin sənədi məhkəməyə təqdim etmişdir. Malları götürəndə qol çəkdirməsə də, malların satışında iştirak etmişdir.
13. Məhkəmə iclasında cavabdeh cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, məhsulun soyuducuya yerləşdirilməsi barədə danışqlar onunla Aqil arasında olmuşdur. Iddiaçının özünü əvvəllər tanımamışdır. Əvvəl də Aqillə soyuducunu danışıb mal yığıblar. Malı soyuducuya yığanda boşalma olduğunu bildirmişdir. Aqil isə malları tez yığacaqlarını demişdir. 1 kameraya başqa adamlar da mal yığıblar. Onlar malı sağlam götürüblər. Iddiaçı tərəf əvvəlcədən mal yığılanda vətəndaşların pulunu vermədiyi üçün mal qalıb boşalmışdı. Malı da xaricdə yaşayan şəriklərinin pulu ilə alıb. Onlara da deyib ki, guya malı o satmışdır. Lakin sonradan öyrəndi ki, mal onsuz camaatın qapısında boşalıb. Bunların mal yığanını da tapıb dedi ki, mallarını çıxarsınlar. Onu yubadıb, malı gec çıxartdılar. ## ###### 2024-cü il tarixdə səsli mesaj göndərərək bildirmişdir ki, mallarını çıxartsınlar. O, malı 2025-ci ilin yanvar ayının 1-nə kimi saxlamağı öhdəsinə götürmüşdür. Malı çıxardana kimi 3 fura mal satmışlar. Sonra ona mütəxəssis gətirəcəklərini demişlər. Göyçaydan mütəxəssis göndərmişlər. Türk mütəxəssis aparatla soyuducuları yoxlayanda anbarlarda problem olmadığını bildirmişdir. Iddiaçının ona 1100 yeşik mal borcu var idi. Ona ayın 15-nə kimi ödəyəcəklərini desələr də, vermədilər. Onun qudasının da 2000 yeşik malı var idi. Kürəkəni də atasının malını çıxarmağa gəlib. Mallar satılanda o, ümumiyyətlə orada olmamışdır.
14. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, malı soyuducuya 13-15 gün ərzində daşıyıb yığmışlar. O, pul işinə qarışmamışdır. Xasıyev Qaranın pulu verilməyəndə o, mal satılanda pulun veriləcəyini demişdir. Nazim ona dedi ki, mal satılıb qurtarandan sonra camaatın pulu veriləcək. Mallar soyuducuya yığılanda xarab mallar ayrılıb. Soyuducuya xarab mal yığılmayıb.
15. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, salamat malını qablaşdırıb gözləmiş, Aqilgil də gəlib aparmışdır. Pulunu istəyəndə soyuducunun sahibinin malı satmağa qoymadığını demişlər. O da soyuducu olan yerə gəlmişdir. Ancaq Nazim müəllim telefonda ona malı satıb, qismən pulunu verəcəyini dedi. Onun malının pulunun bir qismini əvvəlcədən vermişdilər. Ancaq təxminən 4000 manat qalmışdır. Malı çox qısa zamanda qablaşdırıb götürmüşlər.
16. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, Ismayıl onun malını alıb, Nazim müəllimin soyuducusuna yığıb. Onun pulu verilməyəndə, maşını ilə soyuducunun qabağını kəsmişdir. Nazim müəllim ona telefonla dedi ki, yolu açsın, çünki malı satıb pullarını verəcəkdir. O, 1300 yeşik mal vermişdir. 5830 manat isə borc qalıbdır. Onun malının soyuducuya yığılması 1 həftə çəkmişdir. Onun malında xarablıq olmamışdır.
17. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, oktyabrın axırında malını vermişdir. Nazimin soyuducusu da yaxın olduğu üçün yeşiklər ora yığıldı. Pulunu hissə-hissə verdilər. Yanvar ayında dedi ki, pulunu tam versinlər. Malı çıxardanda maşını verib qabağını kəsdilər. Nazim müəllim telefonda mal satılanda pulu özü verəcəyini dedi. Ümumilikdə 1280 yeşik mal vermişdir. Onun malı 3-4 günə yığılıb daşınmışdır.
18. Məhkəmə iclasında cavabdeh cavabdeh1 vəsatəti əsasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, 2024-cü ilin oktyabr ayında mallar yığılıb. Ona mal üçün köməkliyə görə təklif etmişlər. O, sadəcə yol göstərəcəyini demişdir. Aqil də ona hörmət edəcəyini demişdir. O, camaata nisyə olmayacağını demişdir. Aqil ona pulun nağd şəkildə veriləcəyini dedi. Ancaq pul nağd verilmədiyi üçün camaat malı vermək istəmədi. Sonra mallar tam xarab olmasın deyə o, camaatdan malı nisyə yığıb Aqilə verdi. Puldan verilən olub, ancaq təxminən 14000 manat pul qalıb. 4000 yeşikdən çox mal camaatın qapısında qablaşdırılmış şəkildə qalmışdır. Elə mal oldu ki, 1 ay mal qapılarda qaldı. O, kəfil olduğu üçün camaat malı nisyə verdi.
19. Məhkəmə iclasında cavabdeh cavabdeh1 vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, anasına məxsus xurmaları satmışdır. Ümumilikdə 4800 yeşik mal vermişdir. 1100 manatı Ismayıl adlı mal yığan vermişdir. Mal yeşiyə yığanda xarab olmamışdır. Ancaq yığılmış halda qapıda qalmışdır. Belə ki, oktyabrın 27-də mal ağacdan dərildi. Təxminən 20 gün qədər mal qapıda qaldı. Mal ayın 15-17-si arası qapıdan aparılıb.
20. Məhkəmə iclasında cavabdeh cavabdeh1 vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Aqil ona beh verərək, malını alıb. Sonda 25 yeşik malının pulu verilməyib. Oktyabrın 28-i mal yığılıb, noyabrın 18-i isə malı qapıdan aparılıbdır. Pulunu da, dekabrın 1-i almışdır. Ümumilikdə 776 yeşik mal vermişdir. Malların qarşılığında 3000 manat beh verilib.
21. Məhkəmə iclasında cavabdeh cavabdeh1 vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, yanvar ayının 30-da Aqilgildən mal almışdır. Yeşiyini 6 manatdan razılaşmışlar. Pulun qalığını Nazim müəllimə vermişdir. Malları bacısı oğlunun adına almışdır. Ismayılla birlikdə Aqillə danışıb almışdır. 5000 manatı Ismayıla, qalıq pulu da Nazimə vermişdir.
22. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Əbülfəz Məmmədli) iddianın rədd edilməsi; Ödənilmiş 486 (dörd yüz səksən altı) manat məbləğində dövlət rüsumunun iddiaçı İddiaçı özünə aid edilməsi qət edilmişdir.
23. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 14.2.1, 21.1, 21.2, 21.3, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 182.2, 822, 824.1, 824.2 və 827-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 88, 106.1, 217.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
24. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 2024-cü ilin oktyabr ayında tərəflər saxlama müqaviləsi barədə şifahi qaydada razılığa gəlmişlər. Saxlama müqaviləsinin şərtlərinə əsasən cavabdeh cavabdeh1 soyuducu kompleksində 21300 ədəd xurma yeşiyini ##.##.2025-ci il tarixədək yerləşdirməyi öz öhdəsinə götürmüş və həmin yeşikləri ##.##.2024-cü il tarixdə soyuducuya yerləşdirmişdir. Müqavilənin şərtinə əsasən o, hər xurma yeşiyinə görə 1,30 manat olmaqla, cəmi 27690 manat ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış şifahi müqavilənin şərtlərinə əsasən soyuducuya yerləşdirilmiş malın xarab olmadan saxlanması öhdəliyi iddiaçının üzərinə qoyulmuşdur. Lakin, ## ###### 2025-ci il tarixdə cavabdeh Aqillə birlikdə soyuducu olan anbara gəlib mala baxış keçirərkən soyuducunun yaxşı soyutmaması nəticəsində meyvələrin yumşaldığını görmüşdür. Bundan sonra tərəflər arasında mübahisə yaranmışdır. Bu mübahisədən sonra cavabdehlər iddiaçıya məxsus olan malları satmış və satışdan əldə olunmuş pulları ələ keçirmişlər. Qeyd olunan hallar iş materiallarına əlavə olunmuş Tovuz Rayon Polis X26 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarla öz təsdiqini tapmışdır. Malın saxlanması ilə bağlı tərəflər arasında bağlanmış müqavilə öhdəliklər cavabdeh tərəfindən pozulmuş və nəticədə soyuducunun işləməməsi səbəbindən meyvələr yumşalıb xarab olmuşdur. Bu azmış kimi cavabdehlər həmin meyvələri sataraq pullarını da mənimsəmişlər. Hətta bu azmış kimi saxlama xərclərinə görə saxlama xərcini qanunsuz və əsassız olaraq ondan tələb etmişdir. Cavabdeh cavabdeh1 iddia tələbində göstərilən sayda malı (soyuducuda) saxlamaq üçün ona verildiyini etiraf etmiş olsa da, lakin həmin malların ona geri qaytarılmasını sübut edəcək hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Amma buna baxmayaraq işə baxan məhkəmə qeyd olunan halları nəzərə almamış və nəticədə prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər Ismayıl ilə Nazim arasında ##.##.2024-cü ildə bağlanmış şifahi müqaviləyə əsasən Ismayıl tərəfindən 21340 ədəd xurma yeşiyi Nazimə məxsus Alakol kəndində yerləşən soyuducuya yerləşdirilmişdir. Həmin yeşiklərin ##.##.2025-ci il tarixə kimi saxlama vaxtı var idi. ##.##.2025-ci il tarixdə Ismayıl ilə Yadigar birlikdə həmin soyuducuya baxış keçirmişdir. Həmin baxış zamanı malların xarab olduğunu gördüyü üçün Nazimə telefon vasitəsilə zəng edir ki, mallar xarab olub. Bu zaman tərəflər arasında mübahisə yaranmış onlar görüşərək məsələ barədə danışırlar. Cavabdehin öz izahatında da malın boşaldılması halı öz təsdiqini tapmışdır. Mübahisə müəyyən müddət davam edir. Nəticədə tərəflər razılaşır ki, malları hissə-hissə çıxarıb satsınlar. 7400 ədəd xurma məhsulu saxlancdan çıxarılır və satılır. Qalan məhsulları isə satmaq istəyərkən yenidən tərəflər arasında mübahisə yaranır və məhsul Nazim tərəfindən iddiaçıya geri qaytarılmamışdır. Tərəflər arasında müqavilə şərtləri Mülki Məcəllənin 824-cü maddəsinə tələblərinə əsasən tənzimlənməli olduğu halda cavabdeh həmin müqavilənin şərtlərini pozmaqla məhsulu tamamilə yararsız vəziyyətə salmışdır, eyni zamanda həmin məsulları iddiaçının razılığı olmadan satış edib, vəsait əldə etmişdir. Bu işlə bağlı prokurorluq orqanlarında axtarış aparılmışdır. Tərəflər arasında bir neçə dəfə mübahisə yaşanmış, prokurorluğa müraciət edilmiş və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, məsələnin məhkəmə qaydasında həll olunması tövsiyə edilmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
28. Məhkəmə iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıya məxsus xurma məhsulu hələ soyuducu anbara yığılan zaman məhsulda boşalma prosesi getdiyi müşahidə edilmişdir. Iddiaçıya məxsus malları yığan Aqil adlı şəxsə bunu dedikdə, o, cavab olaraq malları anbardan tez çıxaracaqlarını bildirmişdir. Iddiaçıya məxsus xurma məhsulunun yığıldığı kameraya başqa şəxslərəin məhsulu da yığılmışdır. Əgər iddiaçıya məxsus məhsulda yumşalma prosesinin getməsinə səbəb onun soyuducu anbarının düzgün işləməməsi olsaydı, digər şəxslərin məhsulları da xarab olardı. Ancaq digər şəxslərə məxsus heç bir məhsul xarab olmamışdır. Yalnız iddiaçı ona qarşı belə bir mübahisə açmışdır. Əslində isə, iddiaçıya məxsus xurma məhsulunda yumşalma prosesinin getməsinə səbəb başqa bir məsələ olmuşdur. Belə ki, iddiaçı İddiaçı kənd camaatına xurma məhsulu yığdırmış, lakin məhsulun dəyərini ödəmədiyinə görə kənd camaatı məhsulu iddiaçıya təhvil verməmişdir. Yəni, meyvələr ağacdan dərildikdən sonra xeyli müddət məhsul sahiblərinin həyətində qalmışdır. Halbuki, meyvələr ağacdan dərildikdən dərhal sonra soyuducu anbara yerləşdirilməli idi ki, məhsul anbardan çıxarılacağı zamanadək öz təravətini, təzəliyini itirməsin. Iddiaçı ilə aralarındakı razılaşmaya görə, məhsul ## ###### 2025-ci il tarixədək soyuducu anbarda qalmalı idi. Həmin tarixdən sonra məhsul anbarda qaldığı təqdirdə, iddiaçı hər qalan yeşiyə görə ona əlavə pul ödəməli idi. Iddiaçının hazırkı mübahisəsini, yəni soyuducu anbarın düzgün işləyib-işləməməsini aydınlaşdırmaq məqsədilə anbara bir nəfər türk mütəxəssis dəvət etmişlər. Mütəxəssis xüsusi bir cihazla soyuducuları yoxlamış və anbarlarda problem olmadığını bildirmişdir. Iddiaçı İddiaçı ondan aldığı 1000 yeşik xurma məhsulunun dəyərini ona ödəməmişdir. Buna görə də iddiaçıya məxsus 1000 ədəd xurma yeşiyini satmış və satışdan əldə etdiyi vəsaiti iddiaçının ona ödəməli olduğu xurmanın dəyəri ilə əvəzləşdirmişdir. Sədrlik edənin suallarına cavab olaraq cavabdeh1 bildirmişdir ki, iddiaçıya məxsus xurma məhsulu soyuducu anbarda olduğu zaman başqa 4 nəfər şəxsə aid məhsul da anbarda olmuşdur. Ancaq digər şəxslərin məhsulu xarab olmamışdır. Iddiaçı tərəf xurma məhsulunun satışından əldə edilmiş vəsaitdən ona 10400 manat ödəniş etmiş və həmin məbləği icarə haqqından silmişdir. Iddiaçının mal satanı 8100 ədəd xurma yeşiyini sonradan satmışdır ki, camaatın pulunu versinlər. Iddiaçıya xurma məhsulu yığan şəxs 65 yaşlı bir kişi olmuşdur, həmin şəxs də ifadəsində bildirmişdir ki, yığılan xurma məhsulu məhsul sahiblərinin həyətində qaldığına görə yumşalmışdır. Iddiaçıya məxsus məhsulu digər cavabdeh cavabdeh2 soyuducuya təhvil vermişdir. Cavabdeh cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
29. Məhkəmə iclasında cavabdeh cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, ## ###### 2025-ci il tarixdə məhsulu soyuducu anbardan çıxartmaq istədikdə görmüşlər ki, malda yumşalma prosesi gedib. Bu vaxt iddiaçı İddiaçı cavabdeh cavabdeh1 zəng edərək, məhsulda yumşalma prosesi getdiyini bildirmişdir. Bu səbəbdən onlar arasında mübahisə yaranmışdır. ## ###### 2025-ci il tarixdə onlar belə razılaşmışlar ki, cavabdeh cavabdeh1 məhsulun soyuducuda saxlanılması üçün iddiaçıdan hər hansı haqq tələb etməyəcəkdi. Belə ki, cavabdeh1 malların soyuducuda xarab olmasına görə bunu etmişdir. ## ###### 2025-ci il tarixdə məhsulu anbardan çıxarmaq üçün 5-ci yük avtomobili gələndə Nazim özü orada olmasa da, lakin onun işçiləri icazə vermədilər ki, iddiaçı öz məhsulunu anbardan çıxartsın. Cavabeh cavabdeh1 iddiaçıya satmış olduğu xurma məhsulunun dəyərinin əvəzində sonuncuya məxsus 1000 ədəd xurma yeşiyi satmışdır. Iddiaçıya məxsus olan və cavabdeh cavabdeh1 anbarında qalan xurma məhsulları satılmış, satışdan 17250 manat vəsait əldə edilmiş, həmin puldan 1650 manat borclu olduqları Zemfira adlı qadına, 4000 manat isə Beşi ləqəbli şəxsə vermişdir. 1200 manat pulu isə fəhlələrə vermişdir. Yerdə qalan 10400 manat pulu isə Nazimin qardaşı oğlu Vüsal Nazimə vermişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, xurma məhsulu iddiaçı tərəfindən soyuducuya yerləşdirilərkən təzə meyvələr olmuş və məhsulda yumşalma, xarabolma və s hallar mövcud olmamışdır. Ismayıl Nazimdən aldığı məhsulların yeşiyini 11 manata almışdır. Ismayıl Nazimə olan borcundan 3000 manatı verilmiş, 8000 manatı qalmışdır. 1000 yeşik xurmanı Nazim soyuducudan çıxararaq satmış və borcunu əvəzləmişdir. Həmin vaxt o orada olmamışdır. 1000 yeşiyi Nazim 8 manata satmışdır, 21340 yeşik məhsul yerləşdirilib soyuducuya, həmin məhsulun 4100 yeşiyi başqa kamerada, 17000 yeşiyi isə bir başqa kamerada olmuşdur. Məhsulları yığandan sonra kameranı bağlamış və telefonla şəklini çəkmişdir. 4100 yeşik məhsul olan kamera açılıb satıldı, digər kamerada olan məhsullar çıxarılmadı. Məhsulları noyabr ayının 30-u gətirib yerləşdirmişlər soyuducuya. Razılaşma belə olmuşdur ki, məhsullar yanvar ayının 15-dək soyuducuda saxlanacaq. Həmin vaxt başqa adamlarda soyuducuya məhsul yığmışdı və dekabr ayının 15-i onlar məhsullarını çıxartmışlar. Cavabdeh cavabdeh2 sonda məhkəmə kollegiyasından ona münasibətdə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
32. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
34. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 36 Maddə 822. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür.
37. Maddə 824.1. Əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır.
38. Maddə 827. Anbar sahibi Anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir.
39. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
40. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
41. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
42. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
43. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
44. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
45. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
51. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
52. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, cavabdeh cavabdeh1 məxsus soyuducu anbar vardır. 2024-cü ildə tərəflər arasında şifahi razılaşma olmuş, bu razılaşma çərçivəsində iddiaçı İddiaçı məxsus 21340 yeşik xurma məhsulu ##.##.2025-ci il tarixədək saxlanılması məqsədilə cavabdeh cavabdeh1 məxsus soyuducu anbara yerləşdirilmişdir. Iddiaçı İddiaçı da öz növbəsində, malların anbarda saxlanılması üçün razılaşdırılmış xidmət haqqını cavabdeh1 ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh cavabdeh1 soyuducu anbarına yerləşdirilən xurma məhsulu iddiaçı İddiaçı məxsus olsa da, lakin işin mübahisə olunmayan hallarına əsasən məhsulun anbara yığılması barədə razılaşma anbar sahibi ilə cavabdeh2 arasında olmuşdur. Bundan əlavə, cavabdeh cavabdeh1 özünə məxsus olan 11000 manat dəyərində olan 1000 yeşik xurma məhsulu iddiaçı İddiaçı nisyə satmış, sonuncu həmin malın dəyərindən 3000 manat ödəniş etmiş, 8000 manat ödənilməmiş borcu qalmışdır. Borc ödənilmədiyindən cavabdeh cavabdeh1 soyucudu anbarında saxlanılan, iddiaçı İddiaçı məxsus cəmi dəyəri 8000 manat olan 1000 ədəd xurma məhsulunu satmış və satından əldə edilmiş vəsait hesabına İddiaçı ona olan 8000 manat borcunu silmişdir. Eyni zamanda iddiaçı İddiaçı cavabdeh cavabdeh1 Öz öhdəliyini lazımınca yerinə yetirmədiyinə görə soyuducuya təhvil verilmiş xurma məhsullarının kefiyyətini itirməsi və bu səbəbdəndə ona maddi ziyan dəydiyini iddia edir.
57. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
58. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.
59. Bu prinsipə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
60. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
61. Bu kontekstdə kollegiya nəzərə alır ki, iddiaçı İddiaçı xurma məhsulunun soyuducu anbara yerləşdirilməmişdən əvvəl tam keyfiyyətli məhsul olduğunu, cavabdeh cavabdeh1 soyuducu anbarında soyutma sisteminin düzgün işləməməsi səbəbindən sonradan məhsulun yararsız vəziyyətə düşdüyünü, həmçinin onun (iddiaçının) razılığı olmadan xurma məhsulunun cavabdehlər tərəfindən satılaraq satışdan əldə edilmiş vəsaitin mənimsənildiyini iddia etmişdir.
62. Iddianın əsaslandırıldığı faktiki hallar nəzərə alındıqda tələbin qanuni əsası kimi mülki qanunvericiliyin delikt və əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilməlidir.
63. Işin mübahisəsiz halına görə, 2024-cü ildə tərəflər arasında şifahi razılaşma olmuş, bu razılaşma çərçivəsində iddiaçı İddiaçı məxsus 21340 yeşik xurma məhsulu saxlanılması məqsədilə cavabdeh cavabdeh1 məxsus soyuducu anbara yerləşdirilmişdir. Iddiaçı İddiaçı da öz növbəsində, malların anbarda saxlanılması üçün razılaşdırılmış xidmət haqqını cavabdeh1 ödəməyi öhdəsinə götürmüşdür.
64. Işin mübahisəsiz olan digər halına görə, iddiaçı İddiaçı sözügedən məhsulu hissəhissə soyuducu anbardan çıxararaq satmışdır.
65. Işin mübahisəsiz halı həmçinin ondan ibarətidir ki, cavabdeh cavabdeh1 soyuducu anbarına yerləşdirilmiş, iddiaçı İddiaçı xurma məhsulunda yumşalma prosesi getməsi nəticəsində məhsulun bir qismi yararsız vəziyyətə düşmüşdür.
66. Işin bu halları həm iddiaçı İddiaçı, həm də cavabdeh cavabdeh1 tərəfindən qəbul edilir.
67. Işin mübahisə doğuran tərəfi - cavabdeh cavabdeh1 soyuducu anbarına yerləşdirilmiş, iddiaçı İddiaçı məxsus xurma məhsulunun bir qisminin hansı səbəbdən yararsız vəziyyətə düşmüş olmasıdır.
68. Çünki, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 soyuducu anbarında soyutma sisteminin düzgün işləməməsi səbəbindən məhsulun yararsız vəziyyətə düşdüyünü iddia edir; cavabdeh cavabdeh1 isə iddiaya etiraz edərək, anbarın soyutma sisteminin tam qaydasında işlədiyini, iddiaçıya məxsus məhsulun yararsız vəziyyətə düşməsinin anbarla heç bir əlaqəsi olmadığını, iddiaçıya məxsus xurma meyvələri ağacdan dərildikdən sonra xeyli müddət məhsul sahiblərinin həyətində qaldığına, meyvələr ağacdan dərildikdən dərhal sonra soyuducu anbara yerləşdirilmədiyinə görə məhsulda yumşalma prosesi getdiyini bildirmişdir.
69. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı xurma məhsulunun soyuducu anbara yerləşdirilməmişdən əvvəl tam keyfiyyətli məhsul olduğunu, cavabdeh cavabdeh1 soyuducu anbarında soyutma sisteminin düzgün işləməməsi səbəbindən sonradan məhsulun yararsız vəziyyətə düşdüyünü iddia etsə də, lakin nə məhsulun soyuducu anbara yerləşdirilməmişdən əvvəl keyfiyyətli vəziyyətdə olduğunu, nə də ki, cavabdeh cavabdeh1 soyuducu anbarında soyutma sisteminin düzgün işləməməsini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmiş, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmişdir.
70. Iddiaçı İddiaçı xurma məhsulunun soyuducu anbara yerləşdirilməmişdən əvvəl tam keyfiyyətli məhsul olmasına dair sübut qismində CD diskə əlavə edilmiş video görüntüləri məhkəməyə təqdim etmişdir. Həmin video görüntülər məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş va müəyyən olunmuşdur ki, görüntülərdə yeşiklərə yığılmış xurma məhsulları əks olunur. Lakin, həmin görüntülərdən orada əks olunan xurma məhsulunun nə iddiaçıya məxsus məhsul olması, nə də ki, məhsulun keyfiyyətli və ya keyfiyyətsiz olmasını müəyyən etmək mümkün deyildir.
71. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlərin ifadəsi də - iddiaçıya məxsus xurma məhsulun soyuducu anbara yerləşdirilməmişdən əvvəl tam keyfiyyətli məhsul olması qənaətinə gəlməyə əsas vermir.
72. Kollegiya göstərir ki, iddiaçının vəsatəti əsasında 4 nəfər şahid dindirilmişdir. Həmin şahidlərdən 3 nəfəri, yəni X2, X14 və X6 iddiaçıya xurma məhsulunu satan şəxslərdir. Hansı ki, məhz həmin xurma məhsulları soyuducu anbara yığılmışdır.
73. Ona görə də kollegiya həmin şahidləri işin həllində maraqlı şəxs kimi qəbul edir. Çünki, həmin şahidlər özləri ifadələrində etiraf etmişlər ki, iddiaçı İddiaçı onlardan aldığı xurma məhsulunu cavabdeh cavabdeh1 soyuducu anbarına yerləşdirilmişdir. Ağlabatanlıq meyarları baxımından nəzərə almaq lazımdır ki, bu üç nəfər şahidin iddiaçının əleyhinə ifadə verib məhsulun soyuducu anbara yerləşdirilməzdən əvvəl məhsulda yumşalma prosesi getməsi və ya məhsulda hər hansı xəstəlik və s. problem olması məzmununda ifadə vermələri də gözlənilən deyildir.
74. Işin bu halı həmin adları qeyd olunan 3 nəfər şahidin ifadəsini ciddi şübhə altına aldığından kollegiya həmin şahid ifadələrini sübut kimi qəbul etməmişdir.
75. Iddiaçının vəsatəti əsasında dindirilmiş digər şahid X5 isə ifadəsində bildirmişdir ki, xurma məhsulu soyuducuya yığılanda xarab meyvələr ayrılmış, soyuducuya xarab mal yığılmamışdır.
76. Kollegiyanın qənaətinə görə, bu şahidin ifadəsi də işin həlli baxımından mötəbər sübut kimi qəbul edilməməlidir. Ona görə ki, MPM-nin sübutlarından mümkünlüyündən bəhs edən 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
77. Bu kontekstdə nəzərə alınmalıdır ki, iddiaçı İddiaçı xurma məhsullarında yumşalma prosesi gedərək məhsulun yararsız vəziyyətə düşdüyünü iddia etmişdir. Xurma meyvəsində yumşalma prosesi isə bir neçə səbəbdən baş verə bilər, məsələn həddindən artıq yetişmə, yanlış saxlanma şəraiti, müxtəlif xəstəliklər və s. Bu prosesin səbəbi arqotexniki sahədə ixtisaslı şəxslərin, yəni Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən HYPERLINK "https://www.axa.gov.az/" \t "_blank"Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri, yerli X8 Mərkəzləri (DAIM) aqronomları və ya ixtisaslaşmış aqrar laboratoriyalar tərəfindən dəqiq müəyyən edilə bilərdi.
78. X9 isə xurma məhsulunda yumşalma prosesi gedib-getməməsi, habelə bu proses getmişsə onun səbəbini müəyyən etməyə imkan verəcək ixtisas sahibi deyildir. Ola bilər ki, o, məhsulun anbara yığılması zamanı üzdə olan, xarab olduğu vizual baxımından açıq-aşkar görünən bir neçə meyvəni ayırd etmişdir. Ancaq hər bir halda bu o demək deyildir ki, anbara yığılmış xurmaların heç birində yumşalma prosesi mövcud olmamışdır. Çünki, yumşalma prosesi meyvə hüceyrələrinin divarlarını bir-birinə bağlayan pektin maddəsinin parçalanması, nişastanın şəkərə çevrilməsi və hüceyrə daxilində su balansının dəyişməsi nəticəsində baş verir. Bu halların mövcudluğu isə məhz arqotexniki sahədə ixtisaslı şəxs tərəfindən kifayət qədər dəqiqliklə yoxlanıla bilərdi.
79. Azərbaycan Respublikasının Qida X34-X12 tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda soyuducu anbarda bir sıra nöqsan olduğu göstərilsə də, lakin soyuducu anbarın nazas olması və xurma məhsullarının xarab olması ilə bağlı heç bir əsaslı səbəb qeyd edilməmişdir.
80. Işin obyektiv həlli baxımından diqqət yetirilməli məqamlardan biri də odur ki, iddiaçıya məxsus xurma məhsulunun soyuducu anbarda olduğu zaman anbarda təkcə iddiaçının deyil, başqa şəxslərin də məhsulu olmuşdur.
81. Bu hal hər iki tərəfin apellyasiya məhkəməsinin iclasında verdiyi izahatla öz təsdiqini tapır.
82. Məhkəmə kollegiyası işin bu halını ağlabatan mühakimə əsasında tədqiq edərək qeyd edir ki, soyuducu anbarda soyutma sisteminin düzgün işləməməsi səbəbindən iddiaçıya məxsus xurma məhsulunun yararsız vəziyyətə düşməsi kimi bir qənaətə gəlmək mümkün deyildir. Çünki, anbarın soyutma sistemində nasazlıq olsaydı, təkcə iddiaçının deyil, digər şəxslərin də anbara yığılmış məhsulunun keyfiyyətində müəyyən neqativ hallar özünü biruzə verərdi. Ancaq görünən odur ki, digər şəxslərin məhsulunun keyfiyyətinə hər hansı xələl gəlməmiş, digər məhsul sahibləri ilə cavabdeh arasında anbarın fəaliyyəti ilə bağlı hər hansı narazılıq yaranmamış, yalnız iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı belə bir iddia irəli sürmüşdür.
83. 8100 yeşik xurma məhsulunun cavabdehlər tərəfindən mənimsənilməsi ilə bağlı iddiaçının tələbinə münasibətdə kollegiya bildirir ki, əvvəla, cavabdeh cavabdeh1 məxsus soyuducu anbarda iddiaçının iddia etdiyi miqdarda xurma məhsulu qalmamışdır. Belə ki, iddiaçı İddiaçı hazırkı mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl polis şöbəsinə müraciət etmiş, onun müraciəti əsasında araşdırma aparılmış və cavabdehlərin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
84. Iddiaçı İddiaçı polis şöbəsinə verdiyi izahatında cavabdeh cavabdeh1 məxsus soyuducu anbardan hansı tarixdə və hansı miqdarda xurma məhsulu çıxartdığını bildirmişdir. Hansı ki, anbara yerləşdirilmiş 21340 yeşik xurmadan iddiaçının götürdüyü xurma yeşikləri nəzərə alındıqda (21340 – 2160 – 950 – 1260 – 7400 – 1730 – 302 – 600 = 6938) anbarda 6938 yeşik xurma məhsulu qaldığı müəyyən edilir.
85. Bununla belə, həm cavabdehlərin polis şöbəsində araşdırma zamanı verdikləri izahatın, həm də cavabdehlər arasında qeydə alınmış telefon danışığının (səs yazısı CD diskdə işə əlavə edilmişdir) tədqiqi nəticəsində məlum olmuşdur ki, iddiaçıya məxsus olan və cavabdeh cavabdeh1 anbarında qalıq qalan xurma məhsulları iddiaçının razılığı əsasında onun işlərini icra edən digər cavabdeh cavabdeh2 tərəfindən satılmış, satışdan 17250 manat vəsait əldə edilmiş, həmin puldan 1650 manat iddiaçının borclu olduğu (mal aldığı) Zemfira adlı qadına, 4000 manat isə Beşi ləqəbli şəxsə verilmiş, 1200 manat da cavabdeh cavabdeh2 tərəfindən gördüyü işlərin müqabilində fəhlələrə muzd kimi verilmişdir. Qalan 10400 manat isə qardaşı oğlu vasitəsilə cavabdeh cavabdeh1 verilmişdir.
86. Düzdür, iddiaçıya məxsus xurma məhsulunun satışından əldə edilmiş vəsaitin 10400 manat hissəsinin cavabdeh cavabdeh1 tərəfindən qəbul edilməsinə və onda saxlanılmasına hər hansı hüquqi əsas olmamışdır. Ancaq, iş materiallarından göründüyü kimi hazırkı iş üzrə cavabdeh cavabdeh1 da İddiaçı qarşı xurma məhsulunun soyuducu anbarda saxlanılması müqabilində ödənilməli pul vəsaitinin tutulması tələbinə dair iddia qaldırmışdır və iş hazırda məhkəmənin icraatındadır. Həmin iş üzrə iddiaçı olan cavabdeh1 iddia ərizəsində cavabdehdən 31490 manat saxlanma xərclərinin alınıb ona verilməsini xahiş etmişdir. Sonradan isə iddiaçı iddianın həcminin azaldılması barədə ərizə verərək, cavabdeh tərəfindən ona 10330 manat ödənildiyini bildirmiş, 21160 manat saxlanma xərcinin cavabdehdən tutularaq ona ödənilməsini tələb etmişdir. Məhkəmə də iddianı məhz bu həcmdə təmin etmişdir.
87. Yəni, başqa sözlə iddiaçının iddia etdiyi cavabdeh cavabdeh1 məxsus soyuducudan satılmış xurma məhsullarının satışından ona verilmiş həmin məbləğ iddiaçı tərəfindən icarə haqqı olaraq ona ödənilməli məbləğin həmin hissəsi ilə əvəzləşdirilmişdir. Iddiaçı İddiaçı malların soyuducuda xarab olması səbəbindən məhsulun soyuducuda saxlanılması üçün cavabdeh1 ondan hər hansı vəsait tələb etməyəcəyi barədə razılığa gəldiklərini iddia etsə də, lakin bu hal iş materialları ilə öz təsdini tapmamışdır. Əksinə, iş materiallarından görünən odur ki, xurma məhsulunun soyuducu anbarda saxlanılması müqabilində ödənilməli pul vəsaitinin tutulması barədə cavabdeh1 iddiası məhkəmənin müvafiq qətnaməsi ilə təmin edilmişdir. Beləliklə, iddiaçıya məxsus xurma məhsulunun satışından cavabdeh cavabdeh1 tərəfindən əldə edilmiş 10400 manat vəsaitin hazırda cavabdehdən tutulması üçün əsaslar mövcud deyildir.
88. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri sayır ki, cavabdeh cavabdeh1 polis şöbəsində, eləcə də məhkəmə iclaslarında verdiyi izahatla onun iddiaçıya məxsus 8000 manat dəyərində mal satdığı və həmin vəsaiti mal sahibi olan iddiaçıya vermədiyi müəyyən edilsə də, lakin qeyd edilən 8000 manat vəsait əsassız varlanma obyekti kimi cavabdeh1 iddiaçı İddiaçı xeyrinə tutula bilməz. Çünki, işin mübahisəsiz halına görə cavabdeh cavabdeh1 özünə məxsus olan, 11000 manat dəyərində xurma məhsulunu iddiaçı İddiaçı nisyə satmış və sonuncunun cavabdeh1 qarşısında icra edilməmiş borc öhdəliyi qalmışdır.
89. Iddiaçı İddiaçı polis şöbəsində verdiyi izahatında həmin borcdan 8800 manat ödədiyini və 2200 manat borcu qaldığını bildirsə də, lakin məhz qeyd edilən məbləğdə ödəniş etməsini sübuta yetirə bilməmişdir. Bununla belə, cavabdeh1 etirafedici məzmunda izahatı ilə iddiaçı İddiaçı xurma məhsullarının nisyə alqı-satqısı ilə bağlı olan borcundan 3000 manat ödədiyi və 8000 manat borcu qaldığı müəyyən edilmişdir.
90. Göründüyü kimi, iddiaçıya məxsus xurma məhsulunun satışından cavabdeh cavabdeh1 tərəfindən əldə edilmiş 8000 manat vəsait, sonuncuya iddiaçının borclu olduğu nisyə malların dəyəri ilə əvəzləşdirilmişdir. Bu səbəbdən də həmin 8000 manat vəsaitin də hazırda cavabdehdən tutulması üçün əsaslar mövcud deyildir.
91. Şərh edilənlərin məcmusuna əsaslanaraq kollegiya qeyd edir ki, iddiaçı İddiaçı iddiasını əsaslandırdığı faktiki hallar yəni, xurma məhsulunun soyuducu anbara yerləşdirilməmişdən əvvəl tam keyfiyyətli məhsul olması, cavabdeh cavabdeh1 soyuducu anbarında soyutma sisteminin düzgün işləməməsi səbəbindən sonradan məhsulun yararsız vəziyyətə düşməsi, həmçinin onun (iddiaçının) razılığı olmadan xurma məhsulunun cavabdehlər tərəfindən satılaraq satışdan əldə edilmiş vəsaitin mənimsənilməsi halları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
92. Qeyd edilənlərin yekunu olaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibəti və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.
93. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən onun tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.