Məhkəmə qərarları › İş №e-2-2(3-7)-102/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-7)-102/2026

19.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2-2(3-7)-102/2026 19.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının ödənilməsi və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh MMC-nin qanuni təmsilçisi Nümayəndə tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: Iddiaçı İddiaçı cavabdeh Nümayəndə qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının ödənilməsi və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı İddiaçı məhkəməyə ərizə verərək cavabdeh Nümayəndə əsl cavabdeh Cavabdeh MMC ilə əvəz edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh Cavabdeh MMC-nin qanuni təmsilçisi Nümayəndə qətnamədən apellyasiya şikayəti vermişdir. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən iş üzrə cavabdeh Cavabdeh MMC-nin qanuni təmsilçisi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması; Dövlət büdcəsinə ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun Nümayəndə geri qaytarılması qərara alınmışdır (cavabdehin nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün 10 gün müddət müəyyən edilmişdir). Qərardaddan cavabdeh Cavabdeh MMC-nin qanuni təmsilçisi Nümayəndə şikayət verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. Iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması MPM-in * saylı Əlavəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, eləcə də apellyasiya şikayətinin forması MPM-ə * saylı əlavədə müəyyən edilmişdir. «Apellyasiya şikayətinin forması» başlıqlı əlavə 2-də müəyyən edilmiş forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Hazırkı işdə apellyasiya şikayəti cavabdeh Cavabdeh MMC-nin adından verilməli olduğu halda, şikayət onun qanuni təmsilçisinin (təmsil edənin) öz adından verilmişdir. Halbuki mülki işlər üzrə nümayəndə iddianı (şikayəti) öz adından yox, təmsil etdiyi şəxsin adından verməlidir. MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 357, 363, 398.0.1 və 402.2-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Cavabdeh Cavabdeh MMC-nin qanuni təmsilçisi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаddаn şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar