Məhkəmə qərarları › İş №e-2-2(3-7)-104/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-7)-104/2026

02.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2-2(3-7)-104/2026 02.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), X1 və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra – iddiaçı) cavabdehlər cavabdeh2 və cavabdeh1 oğluna (bundan sonra – cavabdeh(lər)) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadından cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. Işin halları 1.

2. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi iddiaçı və cavabdehlərin Elektron Məhkəmə Informasiya sistemində mövcud olan elektron kabinetlərinə ##.##.2026-cı il tarixdə yerləşdirilərək tərəflərə təqdim olunmuşdur.

3. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra ##.##.2026-cı il tarixdə icra vərəqəsi verilmiş, icra sənədi icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon və Qazax rayon Icra və probasiya şöbələrinə göndərilmişdir. Icra sənədi üzrə icraat ##.##.2026 və ##.##.2026-cı il tarixlərdə Bakı şəhəri Binəqədi rayon və Qazax rayon Icra və probasiya şöbələri tərəfindən başlanılmışdır.

4. Cavabdeh cavabdeh2 poçt vasitəsi ilə ##.##.2026-cı il tarixli ərizə ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək qətnmədən yaxınlarda məlumatlı olduğunu, qətamə ilə razı olmadığını və qətnaməni almadığını bildirmiş, qətnamənin ona rəsmi qaydada verilməsini xahiş etmişdir.

5. Gəncə Kommersiya Məhkəməsi ##.##.2026-cı il tarixdə cavabdehin müraciətinə cavab olaraq bildirmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi onun Elektron Məhkəmə Informasiya sistemində mövcud olan elektron kabinetlərinə ##.##.2026-cı il tarixdə yerləşdirilmiş və rəsmi qaydada verilmiş hesab edilir. Dövlət rüsmunu ödəməklə qətnamənin təkrar əldə edilməsinin mümkünlüyü ilə bağlı cavabdehə izah verilmiş və məhkəmənin müraciəti cavabdehin elektron kabineti vasitəsi ilə ona təqdim olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

6. Cavabdeh ##.##.2026-cı il tarixdə qərardaddan şikayət və qərardaddan şikayətin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, qətnaməni bu yaxında əldə etdiklərindən vaxtında apellyasiya şikayəti verilməmişdir. Qətnamə onlara poçt vasitəsilə göndərilməmiş, onlar məhkəmə elektron portalından istifadə etmədikləri üçün qətnaməni əldə etməmişlər. Onların mobil telefonlarına məhkəmənin iclasları, yekunu barədə heç bir bildiriş göndərilməmişdir. Bu isə məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək üçün üzürlü hesab edilməlidir.

7. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadı (hakim Ə. Məmmədli) ilə Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e- *-*(*-**)-***/**** saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmiş və Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

8. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsasındırmışdır ki, cavabdeh qətnaməni bu yaxında əldə etdiklərindən vaxtında apellyasiya şikayəti verilmədiyini, qətnamənin onlara poçt vasitəsilə göndərilmədiyini, onlar məhkəmə elektron portalından istifadə etmədikləri üçün qətnaməni əldə etmədiklərini, onların mobil telefonlarına məhkəmənin iclasları, yekunu barədə heç bir bildiriş göndərilmədiyini bildirsə də, məhkəmə hesab edir ki, qeyd olunanlar əsassızdır.

9. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, qətnamə tərəfin elektron kabinetinə yerləşdirilən zaman bu barədə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) tərəfə bildiriş gedir və tərəf elektron kabinetinə sənəd yerləşdirilməsindən məlumatlı olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci mdaddəsinə əsasən qeyd olunan hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

10. Bundan əlavə, ##.##.2026-cı il tarixdə icra məmuru tərəfindən “icraata başlamaq haqqında” qərar qəbul edilmiş və cavabdeh ən azından “icraata başlamaq haqqında” qərar qəbul edildikdən sonra qətnamədən məlumatlı olmuşdur. Göründüyü kimi tərəf apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir və cavabdeh tərəfindən müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi üçün heç bir əsas yoxdur.

11. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129, 130, 133.1, 135.5, 135.8, 263, 264 və 268-ci madələrinə istinadən əsaslandırmışdır.

12. Qərardadın dəlilləri ilə razılaşmayan cavabdeh qərardaddan şikayətlə məhkəməyə müraciət etmiş, qərardadın ləğv edilməsini və müddətin bərpa edilməsini xahiş etmişdir.

13. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Qərardaddan şikayətinin dəlilləri

14. Qətnamə onlara poçt vasitəsilə göndərilməmiş, onlar məhkəmə elektron portalından istifadə etmədikləri üçün qətnaməni əldə etməmişlər. Bunun sübutu odur ki, faktiki olaraq poçta heç bir məktub gəlməmiş, qətnamə göndərilməmişdir. Iş materiallarında qətnamənin alınması barədə heç bir qəbz imzalanmamışdır. Məhkəmə elektron portalından istifadə edib etməmək barədə olan məsələyə gəlincə o, artıq pensiyaya çıxmışdır. Asan imza uzun müddət əvvəl alınsa da, faktiki və rəsmi olaraq istifadə edilmir. Buna görə elektron vasitələrdən istifadə olunma və məhkəmə elektron portalından istifadə mümkün deyildir.

b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri

15. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 128.3. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

17. Maddə 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

18. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

19. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

20. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır.

21. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

22. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir.

23. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

24. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

25. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

26. Maddə 266.3. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim müvəqqəti təminat tədbirləri haqqında qərardadı çıxardıqdan sonra dərhal, digər qərardadları isə 5 (beş) gün müddətində elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.

27. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.

“C.Ismayılzadənin şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2007-ci il tarixli Qərarı

28. “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”

Apellyasiya baxışının hədləri

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi iddiaçı və cavabdehlərin Elektron Məhkəmə Informasiya sistemində mövcud olan elektron kabinetlərinə ##.##.2026-cı il tarixdə yerləşdirilərək tərəflərə təqdim olunmuşdur. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra ##.##.2026-cı il tarixdə icra vərəqəsi verilmiş, icra sənədi icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon və Qazax rayon Icra və probasiya şöbələrinə göndərilmişdir. Icra sənədi üzrə icraat ##.##.2026 və ##.##.2026-cı il tarixlərdə Bakı şəhəri Binəqədi rayon və Qazax rayon Icra və probasiya şöbələri tərəfindən başlanılmışdır. Cavabdeh cavabdeh2 poçt vasitəsi ilə ##.##.2026-cı il tarixli ərizə ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək qətnamədən yaxınlarda məlumatlı olduğunu, qətamə ilə razı olmadığını və qətnməni almadığını bildirmiş, qətnamənin ona rəsmi qaydada verilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsi ##.##.2026-cı il tarixdə cavabdehin müraciətinə cavab olaraq bildirmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi onun Elektron Məhkəmə Informasiya sistemində mövcud olan elektron kabinetlərinə ##.##.2026-cı il tarixdə yerləşdirilmiş və rəsmi qaydada verilmiş hesab edilir. Dövlət rüsmunu ödəməklə qətnamənin təkrar əldə edilməsinin mümkünlüyü ilə bağlı cavabdehə izah verilmiş və məhkəmənin müraciəti cavabdehin elektron kabineti vasitəsi ilə ona təqdim olunmuşdur.

33. Cavabdehin şikayət dəlilləri ondan ibarətdir ki, məhkəmə aktı ona poçt vasitəsi ilə təqdim olunmamış və o, pensiyaya çıxdığından asan imzadan və elektron kabinetdən istifadə edə bilmir.

34. Şikayət dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır (MPM – maddə 135.6).

35. Göründüyü kimi, məhkəmə sənədlərinin elektron kabinet vasitəsi ilə təqdim edilməsi prosessual qanunvericiliyin tələbidir və elektron kabineti mövcud olan proses iştirakçılarına poçt vasitəsi ilə məhkəmə sənədlərinin çatdırılmasına dair prosessual qanunvericilikdə şərt mövcud deyildir ki, birinci instansiyası məhkəməsinin mövqeyi əsaslı, şikayət dəlili isə əsasızdır.

36. Bundan başqa şikayət dəlilinin pensiyada olması ilə bağlı asan imza və elektron kabinetdən istifadə edə bilməməsi ilə bağlı dəlilə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh bu hala istinad etsə də birinci instansiyası məhkəməsinin ##.##.2026-cı il tarixli məktubu cavabdehin kabinetinə yerləşdirilmiş, həmin məktub ona poçt vasitəsi ilə təqdim olunmamış və bundan sonra cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.

37. Bu isə onu deməyə əsas verir ki, cavabdeh asan imza vasitəsindən və elektron kabinetindən istifadə etmək bacarığına malikdir. Bundan başqa hətta cavabdeh bunu bacarmasa da bu hal müddətin bərpası üçün üzrlü səbəb deyildir.

38. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

39. Göründüyü kimi məhkəmə işdə iştirak edən şəxsin ərizəsinə əsasən o halda buraxılmış müddəti bərpa edir ki, qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı obyektiv səbəbdən baş vermiş olsun, həmin şəxsdən asılı olmayan səbəblərdən atılmalı olan addımın atılması mümkün olmasın. Qərardaddan vaxtında xəbərdar olmuş və onu almış şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə şikayətinin verilməməsi, bunun isə heç də məğbul hesab edilməyən səbəblərlə əlaqələndirməsi, müddət keçdikdən sonra şikayətini verməsi halları yalnız həmin şəxsin iradəsindən asılı olan məsələ kimi təzahür edir. Istisna etmək olmaz ki, həmin şəxs suiistifadəyə

40. yol verib uzun müddət səhlənkarlığı nəticəsində məhkəmə aktından şikayət verməmişdir. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində uzun müddət sürən belə qeyri-müəyyənlik vəziyyəti həmin qərarlarda şərh edilən hüquqi müəyyənlik prinsipi nöqteyi-nəzərindən məqbul sayıla bilməz.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Ismayılzadənin şikayətinə dair” ##.##.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illuziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığna xələl gətirər. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldar.

42. Şikayət hüququ Avropa Konvensiyasının 6-cı maddəsinin prizması baxımından da mütləq hüquq hesab edilmir. Belə ki, Konvensiya mülki icraat çərçivəsində ümumiyyətlə apelyasiya hüququnu nəzərdə tutmamışdır. Avropa Məhkəməsi formalaşdırdığı presedent hüququ ilə apelyasiya icraatının 6-cı maddədəki təminatlar baxımından qiymətləndirilməsinin mümkünlüyünü daxili qanunvericilikdə apellyasiya hüququnun nəzərdə tutulduğu halla şərtləndirmişdir (Delkur Belçikaya qarşı iş üzrə qərarı).

43. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsinin mövqeyi qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır.

44. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.

45. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

46. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar