Məhkəmə qərarları › İş №e-2-2(3-7)-118/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-7)-118/2026

24.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-118/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Işin halları

1. ## ###### 2022-ci il tarixli, AMX-****/** nömrəli tərəflər arasında bağlanmış qazın alqısatqısı müqaviləsinə əsasən, Cavabdeh Istehsalat Birliyi bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

2. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ##.##.2025-ci il tarixli ******* nömrəli Akt əsasında “G-40” markalı, ******** nömrəli sayğac çıxarılmışdır. Aktda qeyd edilmişdir ki, “Sayğacın elektron hissəsi işləmədiyi üçün dövlət yoxlamasına göndərilməsi məqsədilə çıxarıldı. Qaz təchizatı dayandırıldı.”

3. “xxxx” X4 tabeliyindəki “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli “Qaz sayğacının yoxlanılması haqqında” Y **** nömrəli Protokoldan görünür ki, sayğacın korrektoru söndüyündən mexaniki hissədən keçən 230763 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır.

4. Gəncə RQII Gəncə Xidmət Sahəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması barədə ##.##.2025-ci il tarixli ******* nömrəli Aktda qeyd edilmişdir ki, “xxxx”nun Y **** nömrəli Protokoluna əsasən korrektorun 2023-cü ilin oktyabr ayından söndüyü, nəticədə mexaniki hissədən 230763 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Itirilmiş qazın həcmi hesablansın və dəyərinin ödənilməsi təmin edilsin.

5. Cavabdeh IB-nin ##.##.2025-ci il tarixli “Uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair” tələbnamədən görünür ki, “Qaz sayğacının yoxlanılması haqqında” Y **** nömrəli Protokola əsasən G-40 markalı, ******** nömrəli sayğacda elektron göstəricisi Vmt mexaniki göstəricidən 230763 m3 azdır. Mexaniki hissədən keçən qaz həcminin 230763 m3 , əmsal 1,03 qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 26861 m3 qazın dəyərinin ödənilməsi tələb edilmişdir. Itirilmiş qazın dəyəri 7655,38 manat təşkil etmişdir.

6. Sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyərinin hesablanmasına dair hesabat aktlarından görünür ki, cavabdehin nümayəndələri tərəfindən iddiaçıya ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi 7 gün üçün 6300 m3 həcmində, 1795,50 manat dəyərində, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi 11 gün üçün 9900 m3 həcmində, 2821,50 manat dəyərində qaz sərfiyyatı hesablanmışdır.

7. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X11 Filialının ## #### 2026-cı il tarixli 3-15-2-2/2- ***/**** nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, iş üzrə materiallara əsasən sözügedən obyektdə quraşdırılan G-40 markalı, ******** nömrəli elektron qaz sayğacı ##.##.2025-ci il tarixdə növbəti dövlət yoxlamasından keçirilməsi məqsədi ilə qaz xətti üzərindən çıxarılmış və "xxxx" PHŞ tabeliyindəki "xxxx" MMC tərəfindən ##.##.2025-ci il tarixli "Qaz sayğacının yoxlanılması haqqında" Y4270 N-li Protokol tərtib edilmişdir. Həmin protokolda sayğacın elektron göstəricisinin 2023-cü ilin oktyabr ayında sönməsi qeyd edilmişdir. Bu səbəbdən mexaniki hissədən keçmiş 230763 m3 həcmində qazın elektron hissədə qeydə alınmadığı bildirilmiş və bu əsasla "X3 Kompleksi" MMC-nin abonent hesabına mexaniki göstərici ilə elektron göstərici arasında olan 26861 m3 qazın dəyərinin ödənilməsi tələb edilmişdir. Həmin məbləğ isə 7655.38 manat təşkil edir. Bundan başqa qaz sayğacı olmadığı müddət ərzində təbii qazın verilişi dəmir ötürücü vasitəsi ilə həyata keçirilmişdir. Belə ki. ##.##.2025-ci Il tarixdən ##.##.2025-ci il tarixədək 7 gün ərzində 6300 m3 qaz sərfiyyatı hesablanmış və 1795.50 manat borc tələb edilmişdir. Həmçinin, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi 11 gün üçün 9900 m3 qaz sərfiyyatı hesablanmış və 2821.50 manat borc tələb edilmişdir. O cümlədən, sayğac olmadığı müddət ərzində istehlakçı ilə paylayıcı arasında qarşılıqlı razılaşma protokolu bağlanmamışdır. Paylayıcı tərəfindən aparılmış hesablamada mexaniki hissədən keçmiş qaz həcminin elektron korrektor tərəfindən qeydə alınmaması əsas götürülərək borc formalaşdırılmışdır ki, bu da ölçmə vasitəsinin istismara yararsız olduğu dövrdə qaz paylayacısının öz vəzifələrini yerinə yetirməməsi nəticəsində yaranmış uyğunsuzluqdan irəli gəlmişdir. Eyni zamanda, hesablamalar zamanı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının ##.##.2024-cü il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş 1 m3 üçün 0,285 manat tarif tətbiq edilmişdir. Halbuki sayğacın elektron korrektoru 2023-cü ilin oktyabr ayında sıradan çıxdığından, həmin dövrdə qüvvədə olan Tarif (qiymət) Şurasının ##.##.2021-ci il tarixli ** nömrəli qərarına əsasən "Digər sahələr” üzrə müəyyən edilmiş 1 m3 üçün 0,25 manat tarifin tətbiqi tələb olunurdu. Bu isə borcun hesablanmasının həm metodoloji, həm də hüquqi baxımdan düzgün aparılmadığını təsdiq edir. "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulmuş ölçmə vasitələri istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövri yoxlamadan keçirilir. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmə vasitələrindən istifadə edən şəxslər onları yoxlama dövriliyinə uyğun olaraq yoxlamaya təqdim edirlər. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011 -ci Il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydalarının 5.4-cü bəndinə görə, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə) qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaydaların 5.2-ci bəndinə əsasən istehlakçı qazın dəyərini tam ödədikdən sonra qaz paylayıcısının yol verdiyi səhvlər nəticəsində düzgün hesablanmamış qaz həcminin sonradan istehlakçıdan tutulması yolverilməzdir.

Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, “X3 Kompleksi”-nə ##.##.2025-ci il tarixli ******* nömrəli akta əsasən ##.##.2025-ci il tarixli “Uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair” tələbnamə əsasında hesablanmış 7655.38 manat məbləğində borcun, ##.##.2025-ci il tarixli hesab faktura əsasında hesablanmış 1795,50 manat məbləğində və ##.##.2025-ci il tarixli hesab faktura əsasında hesablanmış 2821.50 manat məbləğində olmaqla ümumilikdə 12272.38 manat məbləğində əsassız hesablanmış borcun iddiaçıya məxsus *************** saylı abunə kodundan cavabdeh Cavabdeh IB tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2022-ci il tarixli, AMX-****/** saylı qazın alqı-satqısı müqaviləsi əsasında “X3 Kompleksi”nə G-40 markalı, ******** nömrəli elektron qaz sayğacı quraşdırılaraq Cavabdeh IB-nin X2 Istismar Idarəsi tərəfindən təbii qazın verilməsi həyata keçirilir. ##.##.2022-ci il tarixli, AMX-****/** saylı qazın alqı-satqısı müqaviləsinin 1-ci bəndində qeyd edilmişdir ki, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ##.##.2025-ci il tarixli ******* nömrəli Akt əsasında “G-40” markalı, ******** nömrəli sayğac çıxarılmışdır. Aktda qeyd edilmişdir ki, “Sayğacın elektron hissəsi işləmədiyi üçün, dövlət yoxlamasına göndərilməsi üçün çıxarıldı. Qaz təchizatı dayandırıldı.” Bundan sonra, “xxxx” PHŞ tabeliyindəki “xxxx” MMC tərəfindən əsassız olaraq ##.##.2025-ci il tarixli “Qaz sayğacının yoxlanılması haqqında” Y **** nömrəli Protokol tərtib edilmişdir. Həmin protokolda sayğacın elektron göstəricisinin sönməsi qeyd edilmişdir. Bundan sonra, Cavabdeh IB-nin Gəncə RQII Gəncə Xidmət Sahəsi tərəfindən əsassız olaraq ##.##.2025- ci il tarixdə ******* nömrəli Akt tərtib edilmiş və aktda qeyd edilmişdir ki, “xxxx”nun Y **** nömrəli Protokoluna əsasən sayğacın korrektoru sönüb, nəticədə mexaniki hissədən 230763 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Itirilmiş qazın həcmi hesablansın və dəyərinin ödənilməsi təmin edilsin. Daha sonra Cavabdeh IB tərəfindən ##.##.2025-ci il tarixli “Uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair” tələbnamə tərtib edilmiş və qeyd edilmişdir ki, “Qaz sayğacının yoxlanılması haqqında” Y **** nömrəli Protokola əsasən G-40 markalı, ******** nömrəli sayğacda elektron göstəricisi mexaniki göstəricidən 230763 m3 azdır. Nəticədə mexaniki göstərici ilə Cavabdeh IB-nin əsassız olaraq hesabladığı elektron göstərici arasında olan 26861 m3 qazın dəyərinin ödənilməsi tələb edilmişdir. Həmin məbləğ isə 7655.38 manat təşkil edir. Aparılmış yoxlama və tərtib edilmiş protokol və aktlarla qətiyyən razı deyilik. Belə ki, qaz sərfiyyatını qeydə alan mexaniki göstərici işləmişdir. Mexaniki göstəricinin qeydə aldığı sərfiyyat isə hər ay tərəflərindən tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə görə, Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydanın 5.6-cı bəndinə əsasən Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. “xxxx” PHŞ tabeliyindəki “xxxx” MMC tərəfindən əsassız olaraq ##.##.2025-ci il tarixli “Qaz sayğacının yoxlanılması haqqında” Y **** nömrəli Protokol tərtib edilmişdir. Həmin protokolda sayğaçın elektron göstəricisinin sönməsi qeyd edilmişdir. Əgər sayğacın elektron göstəricisi sönmüşdürsə, nə üçün mexaniki göstərici əsasında ödənişləri tələb edirdilər. Təqdim edilmiş sənədlərdən görünür ki, 2023-cü ilin oktyabr ayından etibarən sayğacın çıxarıldığı ##.##.2025ci il tarixinə kimi mexaniki göstəricinin qeydə aldığı sərfiyyat hər ay tərəflərindən tamamilə ödənilmişdir. Həmçinin, illər üzrə abonentin saldosunda və “qarşılıqlı hesablaşmalar haqqında üzləmə aktlarına” baxdıqda da görünür ki sayğacın elektron göstəricisinin işlədiyi dövlərdə olan sərfiyyat və onun ödənişinin məbləği sayğacın mexaniki gostəricisi ilə olan hesablamalardan az olmuşdur. Göründüyü kimi, sayğacın mexaniki gostəricisi ilə olan sərfiyyat və onun ödənişinin məbləği elektron hesablamadan çox olduğu halda necə ola bilər ki, mexaniki göstərici az olsun və 26861 m3 qaz sərfiyyatı fərqi yaranmış olsun? Odur ki, hesablanmış 26861 m3 qaz fərqinə görə 7655.38 manat borcu əsassız hesab edirik. Bundan başqa cavabdehin nümayəndələri tərəfindən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi 7 gün üçün əsassız olaraq 6300 m3 qaz sərfiyyatı hesablanmış və 1795.50 manat borc tələb edilmişdir. Həmçinin, ##.##.2025ci il tarixdən ##.##.2025-ci il tarixə kimi 11 gün üçün əsassız olaraq 9900 m3 qaz sərfiyyatı hesablanmış və 2821.50 manat borc tələb edilmişdir. Qeyd edilən bu sərfiyyat və borc məbləği tamamilə əsassızdır. Həmin tarixlərdə idman kompleksi tam şəkildə fəaliyyət göstərməmişdir. ##.##.2025-ci il tarixdə sayğac dövlət yoxlamasından sonra yerinə quraşdırılmışdır. Bunda sonra təqdim edilmiş ##.##.2025-ci il tarixli hesab fakturada və ##.##.2025-ci il tarixdə çap edilmiş abonentin saldosunda ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi 8 gün üçün 281.30 manat borcun hesablaması qeyd edilmişdir. Bu elektron göstərici ilə hesablama aparıldıqda gündəlik qazın dəyəri 35.16 manat edir (281.30 manat : 8 gün = 1 gün 35.16 manat.) Belə olan halda necə ola bilərdi ki, sentyabr ayında 7 gün və oktyabr ayında 11 gün üçün gündəlik qazın dəyəri 256.50 manat məbləğində olsun? “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə görə, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Bildirik ki, sayğac ##.##.2025-ci il tarixində çıxarılmışdır. Abonentin saldosuna diqqət yetirdikdə görürük ki, 2025-ci ilin aprel ayı üçün qazdan istifadə edilməmişdir və bu səbəbdən sərfin miqdarı “0” olaraq qeyd edilmişdir. Ondan əvvəlki ayın yəni 2025-ci ilin mart ayında isə, aylıq sərfiyyat 2775 m3 olmuşdur. Bu halda, orta gündəlik sərfiyyat 2775/30 gün= 1 gün üçün 92.5 m3 edir. Bu hesablama ilə aparıldıqda da, müəyyən edilir ki, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi 7 gün üçün 6300 m3 qaz sərfiyyatı və ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi 11 gün üçün 9900 m3 qaz sərfiyyatı əsassız olaraq hesablanmış. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı tərəfindən istifadə edilmiş qaz sərfiyyatına görə hesablanmış borc ödənildiyi halda əsassız olaraq 7655.38 manat əlavə borcun hesablanması, həmçinin 2025-ci ilin senytabr və okytabr aylarında qeyd edilən günlər üçün borcun hesablanması düzgün olmadığı üçün 1795.50 manat və 2821.50 manat borcun ümumilikdə isə 12272.38 manat dəyərində əsassız hesablanmış borcun tələb edilməsi əsassız olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən əsassız olaraq hesablanmış cəmi 12272.38 manat dəyərində qaz borcunu qəbul etmirlər və iddiaçıya məxsus *************** saylı abonent koduna yazılmış cəmi 12272.38 manat dəyərində əsassız hesablanmış borcun silinməsini tələb edirlər.

10. Iddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ## ##### 2025-ci il tarixdə sayğac çıxarılaraq dövlət yoxlamasına aparılmışdır. Mexaniki hissədən keçən sərfiyyatın elektron hissədə qeyd olunmadığı akta qeyd olunmuşdur. Qaz sayğacınnın olmadığı dövrdə qazanxana aktiv şəkildə istifadə olunmamışdır. 2025-ci ilin sentyabr ayının 24-dən oktyabrın 11-dək qazdan sayğacsız istifadə olunsa da, hesablanmış borcdan dəfələrlə az istifadə olunmuşdur.

11. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclasında izahatında bildirmişdir ki, sayğacın elektron hissəsi işləmədiyi üçün dövlət yoxlamasına göndərilməsi məqsədilə çıxarılaraq laboratoriyaya göndərilmişdir. “xxxx” X4 tabeliyindəki xxxxı MMC-nin qaz sayğacının yoxlanılması haqqında protokola əsasən müəyyən olunmuşdur ki, sayğacın korrektoru sönüb və nəticədə mexaniki hissədən keçən qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Buna əsasən Cavabdeh IB tərəfəfindən ##.##.2025-ci il tarixli akt tərtib olunaraq itirilmiş qazın həcminin hesablanması və dəyərinin ödənilməsi qeyd olunmuşdur. Gəncə şəhərində MDB oyunları keçirildiyi üçün qaz sayğacı olmadan iddiaçı qazla təmin olunmuş və istifadə edilmiş qaz həcminə görə iddiaçıya qanunauyğun borc hesablanmışdır.

12. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 izahatında bildirmişdir ki, hesablanmış borc sayğac üzərindən aparılmış borcdur. Qarşı tərəf borcu ödəməlidir. Bundan başqa MDB oyunları ilə əlaqədar sərfiyyatları da çox olub. Iddianın rədd edilməsini xahiş etmişdir.

13. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş mütəxəssis X6 bildirmişdir ki, 2024-cü ilin yanvar ayından 2025-ci ilin aprel ayına kimi qaz sayğacının elektron hissəsi işləməmişdir. Onun oxunması mexaniki olaraq həyata keçirilmişdir. Mexaniki göstərici ilə elektron göstərici arasında fərq yaranmışdır. Iddiaçı isə mexaniki göstəricidə qeyd olunan sərfiyyatı ödəmişdir. Qaz sayğacının olmadığı dövrdə istifadə edilmiş qazın dəyərinin hesablanması ilə bağlı tərəflər arasında qarşılıqlı razılaşma protokolu tərtib olunmamışdır.

14. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – Ramiq Qələndərzadə) ilə, iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı (abonent kodu: 292029600000960) ##.##.2025-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 7655.38 manat məbləğində borc, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyərinin hesablanmasına dair akta əsasən hesablanmış 1616.93 manat, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyərinin hesablanmasına dair akta əsasən hesablanmış 2540.89 manat məbləğində borc cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən silinməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

15. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsindən göründüyü kimi iddiaçının iddia tələbi iki hissədən ibarətdir: 1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2025-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 7655,38 manat məbləğində borcun silinməsi; 2. Sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyərinin hesablanmasına dair hesabat aktlarına əsasən iddiaçıya ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi hesablanmış 1795,50 manat, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi hesablanmış 2821,50 manat məbləğində borcun silinməsi.

16. Məhkəmə iddia tələbinin birinci hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

17. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də qanunvericiliyə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli, *** saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir. Qeyd edilməlidir ki, qaz sayğacının sahibkarlıq subyektinə məxsus obyektin daxilində və ya kənarda yerləşməsindən asılı olmayaraq qaz təchizatı sahəsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi cavabdehin əməkdaşları tərəfindən qaz sayğacının göstəricisinin oxunması halı istisna olmaqla sahibkarlıq subyektinin qaz təchizatı sisteminə baxış keçirildiyi və bu baxışın nəticəsinin istehlakçı üçün əlavə öhdəlik yaratdığı hər bir halda həyata keçirilən yoxlama (baxış) qeydə alınmalıdır.

18. Məhkəmə araşdırması zamanı məhkəmə iclasında cavabdeh tərəflə yoxlamanın qeydə alınıb-alınması halları araşdırılmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarışın alınmadığını bildirmişdir. Belə olan halda cavabdehin iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi ərazidə həyata keçirdiyi yoxlama qanuna uyğun olmamış və keçirilmiş yoxlama sayğaclarının göstəricilərinin oxunması ilə bağlı olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus sahibkarlıq obyektində təbii qazdan istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparıldığından cavabdeh tərəfindən aparılmış yoxlama qanunsuzdur və qanunsuz yoxlamanın nəticəsində yazılmış akt əsasında hesablanmış borc da abonentin hesabından silinməlidir.

19. Digər tərəfdən, qaz sayğacının yoxlanılması haqqında Y **** nömrəli Protokoldan görünür ki, iddiaçının istifadəsində olan “G-400” markalı 75118490 zavod nömrəli sayğacda korrektorun sönməsi və nəticədə elektron göstəricinin işləməməsi halı mövcud olmuş, bu səbəbdən sayğac sərfiyyatı düzgün qeydə almamışdır. Sayğacda yaranmış bu nasazlığın istehlakçının təqsiri nəticəsində baş vermədiyi işin mübahisəsiz halıdır. Belə ki, sayğac çıxarılarkən tərtib edilmiş ##.##.2025-ci il tarixli ******* nömrəli aktda plombun vəziyyəti barədə hər hansı qeyd aparılmamışdır. Buradan da belə nəticəyə gəlmək olur ki, sayğac dövlət yoxlaması üçün çıxarılarkən yerində olmuşdur. Belə olan halda qaz sayğacında yaranmış nasazlığa görə istehlakçıya əlavə sərfiyyat hesablanmasının qanuni əsası olduğunu sübut etmək öhdəliyi cavabdehin üzərinə düşür, cavabdeh isə bu hesablamanın qanuni əsasını göstərə bilmir. Belə ki, Azərbaycan Respublikasında qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyət “Qaz təchizatı haqqında” Qanun və “Qazdan istifadə Qaydaları” ilə tənzimlənir. Qeyd edilən Qanunda və Qaydalarda istehlakçının təqsiri olmadan qaz sayğacında yaranmış texniki qüsurlarla əlaqədar istehlakçıya əlavə sərfiyyat hesablanması və bu hesablamanın mexanizmi nəzərdə tutulmamışdır. Hazırkı halda cavabdeh müxtəlif korreksiya əmsalları tətbiq edilməklə hesablama aparmışdır ki, belə bir hesablama qaydası istinad edilən Qaydalarda və Qanunda nəzərdə tutulmamışdur.

20. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Qazdan istifadə Qaydalarının 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın elektron hissəsinin işləməməsi əsası ilə itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablamış və iddiaçının hesabına qanunsuz olaraq borc məbləğləri daxil edilmişdir. Hazırkı halda isə cavabdehin əməkdaşları sayğacın elektron hissəsinin işləmədiyi 2023-cü ilin oktyabr ayından 2025-ci ilin aprel ayınadək hər ay üçün müvafiq əmsallar tətbiq etməklə və mexaniki göstəriciyə əsaslanmaqla faktura tərtib etdiyi və həmin borc məbləğləri iddiaçı tərəfindən ödənildiyi halda, sonradan protokol əsasında mexaniki hissədən keçən qaz həcminin elektron hissədə qeydə alınmamasının müəyyən olunması və yenidən sərfiyyatın hesablanması “qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz” müddəası ilə ziddiyyət təşkil edir.

21. Göründüyü kimi, iddiaçıya artıq borc hesablanmış, bildiriş verilmiş və iddiaçı tərəfindən ona ilkin hesablanmış borc ödənilmişdir ki, qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, ## ### 2023cü il tarixli akt əsasında hesablanan borc məbləği əsassızdır və hüquqi qüvvəsi yoxdur. Məhkəmə bu qənaətə gəlmişdir ki, Cavabdeh IB tərəfindən iddiaçı İddiaçı (abonent kodu: 292029600000960) ##.##.2025-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 7655.38 manat məbləğində borc silinməlidir.

22. Eyni zamanda Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X11 Filialının ## #### 2026-cı il tarixli *-**-*-*/*-***/**** nömrəli mütəxəssis rəyində də qeyd olunur ki, paylayıcı tərəfindən aparılmış hesablamada mexaniki hissədən keçmiş qaz həcminin elektron korrektor tərəfindən qeydə alınmaması əsas götürülərək borc formalaşdırılmışdır ki, bu da ölçmə vasitəsinin istismara yararsız olduğu dövrdə qaz paylayacısının öz vəzifələrini yerinə yetirməməsi nəticəsində yaranmış uyğunsuzluqdan irəli gəlmişdir.

23. Məhkəmə iddia tələbinin sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyərinin hesablanmasına dair hesabat aktlarına əsasən iddiaçıya ##.##.2025-ci il tarixdən ##.##.2025ci il tarixə kimi hesablanmış 1795,50 manat, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi hesablanmış 2821,50 manat məbləğində borcun silinməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 4.9- cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

24. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sayğacsız dövrdə istifadə edilmiş təbii qazın dəyərinin hesablanmasına dair hesabat aktından görünür ki, cavabdehin nümayəndələri tərəfindən sayğacsız dövr üzrə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 7 gün üçün istifadə edilmiş təbii qaza görə 6300 m3 həcmində, 1795,50 manat dəyərində hesabat aparılmış və iddiaçıya ##.##.2025-ci il tarixli hesab-faktura göndərilmişdir.

25. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sayğacsız dövrdə istifadə edilmiş təbii qazın dəyərinin hesablanmasına dair hesabat aktından görünür ki, cavabdehin nümayəndələri tərəfindən sayğacsız dövr üzrə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 11 gün üçün istifadə edilmiş təbii qaza görə 9900 m3 həcmində, 2821,50 manat dəyərində hesabat aparılmış və iddiaçıya ##.##.2025-ci il tarixli hesab-faktura göndərilmişdir.

26. Məhkəmə hesab etmişdir ki, cavabdehin nümayəndələri tərəfindən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 7 gün üçün və ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 11 gün üçün sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyəri qanunvericiliyə uyğun hesablanmamışdır. Belə ki, “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Göründüyü qaz sayğacının olmadığı müddət ərzində istifdə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Yuxarıda qeyd etdiyimiz kimi iddiaçıya məxsus sayğac ##.##.2025-ci il tarixdə çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Sayğac 2025-ci ilin aprel ayında çıxarıldığından ondan əvvəlki ay olan mart ayının orta gündəlik sərfinə uyğun hesablama aparılmalıdır. Belə ki, iddiaçıya məxsus abonent saldosundan görünür ki, 2025-ci ilin mart ayında iddiaçının 790,88 manat qaz sərfi olmuşdur. Bu halda 2025-ci ilin mart ayı üçün orta gündəlik sərfiyyat 790,88:31=25,51 manat müəyyən olunur. Belə olduğu təqdirdə Qaydaların tələbinə əsasən iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 7 gün üçün sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyəri 178,57 manat, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 11 gün üçün sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyəri isə 280,61 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin nümayəndələri tərəfindən iddaçıya ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək sayğacsız dövrdə istifadə edilmiş qazın dəyərinin hesablanmasına dair akta əsasən hesablanmış 1795,50 manatdan 178,57 manat çıxılmalı və qalan 1616,93 manat borc iddiaçının abonent hesabından silinməlidir. Eyni zamanda ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək sayğacsız dövrdə istifadə edilmiş qazın dəyərinin hesablanmasına dair akta əsasən hesablanmış 2821,50 manatdan 280,61 manat çıxılmalı və qalan 2540,89 manat borc iddiaçının abonent hesabından silinməlidir.

27. Məhkəmə həmin nəticəyə gələrkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3 və 3.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.10 və 5.2-ci bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5 və 5.2-ci bəndlərinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

28. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

29. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Cavabdeh IB təşkilatihüquqi formasına görə nə dövlət orqanı, nə də publik hüquqi şəxs deyil, o, sahibkarlıq subyektlərinin fəaliyyətini yoxlamaq və ya Qanunun 28.2-ci maddəsinə əsasən, yoxlama zamanı pozuntu aşkar edildiyi halda məhdudlaşdırıcı tədbirlər (istehsalın və ya satışın qadağan edilməsi, malların dövriyyədən çıxarılması və ya geri çağırılması və s.) tətbiq etmək kimi səlahiyyəti olmayan dövlət müəssisəsidir. Əslində, heç Cavabdehın belə bir məqsədi və ya niyəti də yoxdur. Nəticədə isə belə alınır ki, IB yoxlayıcı orqanların səlahiyyətlərinə malik olmadan onun məsuliyyətini daşıyır, bu isə qanun qarşısında tərəflərin bərabərlik prinsipinə ziddir. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Qaz sayğacı sənaye tipli olduğundan istehlakçının - “X3 Kompleksi” MMC-nin vəsaiti hesabına təmir və ya yenisi ilə əvəz edilməli olduğu halda yenisi ilə əvəz etməsi üçün səy göstərməmişdir. Halbuki qaz sayğacı “X3 Kompleksi” MMC-nin vəsaiti hesabına əvəzlənməli və ya təmir edilməlidir. Qeyd edilən bəndin tələbinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi qaz sayğacına görə məsuliyyət bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Iddiaçı “X3 Kompleksi” MMC kommersiya fəaliyyəti göstərən hüquqi şəxs olaraq, öz ərazisindəki qaz qurğularına və sayğacın elektron hissəsinin sazlığına nəzarət etməli idi. Sayğacın elektron hissəsinin sıradan çıxması və ya sönməsi faktı abonent tərəfindən vaxtında qaz paylayıcısına bildirilməmiş, qazdan qeyri-qanuni (bərpa olunmayan hesabla) istifadəyə şərait yaradılmışdır. Məhkəmə Nazirlər Kabinetinin bu qərarından irəli gələn hüquqi məsuliyyəti tamamilə gözardı etmişdir. Birinci instansiya məhkəməsi normanı düzgün tədbiq etməmiş, “X3 Kompleksi” MMC hüquqi şəxs olmasına, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qət etmişdir. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Bu barədə “X3 Kompleksi” MMC qaz sayğacının yenisi ilə əvəzlənməsinə təşəbbüs göstərməmiş, bununla bağlı təchizatçı Cavabdeh X12 X7 Idarəsinə yazılı müraciət etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Belə ki, Fərmanla təsis edilmiş rəsmi metroloji laboratoriyanın (“xxxx” MMC) qüsur barədə verdiyi rəsmi rəyi və aktı hüquqi qüvvədən salmaqla məhkəmə həm statuslu qurumun qanuni səlahiyyətlərini şübhə altına almış, həm də maddi hüquq normalarını kobud şəkildə pozmuşdur. Fərmanla təsis edilmiş rəsmi metroloji laboratoriyanın (“xxxx” MMC) qüsur barədə verdiyi rəsmi rəyi və aktı hüquqi qüvvədən salmaqla məhkəmə həm statuslu qurumun qanuni səlahiyyətlərini şübhə altına almış, həm də maddi hüquq normalarını kobud şəkildə pozmuşdur. Belə ki, sayğac oxunması zamanı qaz sayğacının elektron göstəricisinin işləmədiyi aşkarlanmış, bundan sonra sayğac sökülərək Iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan xxxxnun tabeliyində olan xxxx MMC-nə göndərilmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, iş materiallarında olan “xxxx” X4 tabeliyindəki “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli “Qaz sayğacının yoxlanılması haqqında” Y **** saylı Protokolundan görünür ki, sayğacın korektoru 2023-cü il oktyabr ayından sönmüş, bu səbəbdən də mexaniki hissədən keçən 230763 m qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Bildirirlər ki, məişət qaz sayğaclarından fərqli olaraq sənaye qaz sayğaclarının standart olaraq iki hissədən ibarətdir. (Mexaniki və elektron hissə) Sənaye qaz sayğacları məişət qaz cihazlarına nisbətdə daha mürəkkəb quruluşa malik olmaqla istehlak olunan qazın həcmi elektron hissədə əmsallaşdırılma ilə hesablanır. Belə ki, qazın həcmi, temperatur və təzyiq olmaqla hesablama aparılaraq elektron hissəyə ötülür. Metrologiya Institutu X4 tabeliyində “xxxx” MMC-nin Y **** saylı aktı ilə sayğacın yalnız mexaniki hissəsinin işlək olduğu, elektron hissənin arxiv göstəricisinin isə işlək olmaması nəticəsində 230763 m qazın qeydə alınmadığı barədə rəy verilmişdir. Həmçinin sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyərinin hesablanmasına dair hesabat aktlarından görünür ki, cavabdehin nümayəndələri tərəfindən iddiaçıya ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 7 gün üçün 6300 m həcmində, 1 795.50 manat dəyərində, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 11 gün üçün 9900 m həcmində, 2821.50 manat qaz sərfi hesablanmışdır ki, bu da ötən ilin müvafiq dövrlərinə uyğun olaraq hesabat aparılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinə qarşı elektron məhkəmə sistemi vasitəsilə etiraz ünvanlayaraq, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi qanuni və əsaslı olduğundan, cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilən şikayətin təmin edilməməsini və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir.

31. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarışın alınmadığını bildirmişdir. Belə olan halda, cavabdehin iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi ərazidə həyata keçirdiyi yoxlama qanuna uyğun olmamış və keçirilmiş yoxlama sayğaclarının göstəricilərinin oxunması ilə bağlı olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus sahibkarlıq obyektində təbii qazdan istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparıldığından cavabdeh tərəfindən aparılmış yoxlama qanunsuzdur və qanunsuz yoxlamanın nəticəsində yazılmış akt əsasında hesablanmış borc da abonentin hesabından silinməlidir. Bundan başqa şikayətdə qeyd edilmişdir ki, Qaz sayğacı sənaye tipli olduğundan istehlakçının- “X3 Kompleksi” MMC-nin vəsaiti hesabına təmir və ya yenisi ilə əvəz edilməli olduğu halda yenisi ilə əvəz etməsi üçün səy göstərməmişdir. Halbuki qaz sayğacı “X3 Kompleksi” MMC-nin vəsaiti hesabına əvəzlənməli və ya təmir edilməlidir. Iddiaçı "X3 Kompleksi" MMC kommersiya fəaliyyəti göstərən hüquqi şəxs olaraq, öz ərazisindəki qaz qurğularına və sayğacın elektron hissəsinin sazlığına nəzarət etməli idi. Sayğacın elektron hissəsinin sıradan çıxması və ya sönməsi faktı abonent tərəfindən vaxtında qaz paylayıcısına bildirilməmiş, qazdan qeyri-qanuni (bərpa olunmayan hesabla) istifadəyə şərait yaradılmışdır. Məhkəmə Nazirlər Kabinetinin bu qərarından irəli gələn hüquqi məsuliyyəti tamamilə gözardı etmişdir. Bildirirlər ki, cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.8, 4.9-cu bəndini düzgün şəkildə təfsir etməmişdir. Belə ki, ilk növbədə müəyyən edilməlidir sayğacın elektron hissəsinin sönməsində iddiaçının təqsiri olubmu və bunu müəyyən etmək imkanı olmuşdurmu? Cavab isə xeyrdir. Belə ki, keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi də etiraf etmişdir ki, sayğacın elektron hissəsinin sönməsi yalnız laboratoriyada müayinə şəraitində müəyyən edilə bilərdi. Qaz sayğacının yoxlanılması haqqında Y **** nömrəli Protokoldan görünür ki, iddiaçının istifadəsində olan “G-400” markalı 75118490 zavod nömrəli sayğacda korrektorun sönməsi və nəticədə elektron göstəricinin işləməməsi halı mövcud olmuş, bu səbəbdən sayğac sərfiyyatı düzgün qeydə almamışdır. Sayğacda yaranmış bu nasazlığın istehlakçının təqsiri nəticəsində baş vermədiyi işin mübahisəsiz halıdır. Belə ki, sayğac çıxarılarkən tərtib edilmiş ##.##.2025-ci il tarixli ******* nömrəli aktda plombun vəziyyəti barədə hər hansı qeyd aparılmamışdır. Buradan da, belə nəticəyə gəlmək olur ki, sayğac dövlət yoxlaması üçün çıxarılarkən yerində olmuşdur. Sayğaca iddiaçı tərəfindən hər hansı müdaxilə olunmamışdır. Belə olan halda, qaz sayğacında yaranmış nasazlığa görə istehlakçıya əlavə sərfiyyat hesablanmasının qanuni əsası olduğunu sübut etmək öhdəliyi cavabdehin üzərinə düşür, cavabdeh isə bu hesablamanın qanuni əsasını göstərə bilmir. Bundan başqa, bildirirlər ki, “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə görə Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Agentlik tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Göründüyü kimi, ilk növbədə iddiaçının istifadəsində olan “G-400” markalı 75118490 zavod nömrəli sayğacda korrektorun sönməsi və nəticədə elektron göstəricinin işləməməsində iddiaçının təqsiri olmamışdır. Belə ki, Azərbaycan Respublikasında qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyət “Qaz təchizatı haqqında” Qanun və “Qazdan istifadə Qaydaları” ilə tənzimlənir. Qeyd edilən Qanunda və Qaydalarda istehlakçının təqsiri olmadan qaz sayğacında yaranmış texniki qüsurlarla əlaqədar istehlakçıya əlavə sərfiyyat hesablanması və bu hesablamanın mexanizmi nəzərdə tutulmamışdır. Hazırkı halda, cavabdeh müxtəlif korreksiya əmsalları tətbiq edilməklə hesablama aparmışdır ki, belə bir hesablama qaydası istinad edilən Qaydalarda və Qanunda nəzərdə tutulmamışdur. Bundan başqa, bildirirlər ki, Qazdan istifadə Qaydalarının 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın elektron hissəsinin işləməməsi əsası ilə itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablamış və iddiaçının hesabına qanunsuz olaraq borc məbləğləri daxil edilmişdir. Hazırkı halda isə cavabdehin əməkdaşları sayğacın elektron hissəsinin işləmədiyi 2023-cü ilin oktyabr ayından 2025-ci ilin aprel ayınadək hər ay üçün müvafiq əmsallar tətbiq etməklə və mexaniki göstəriciyə əsaslanmaqla faktura tərtib etdiyi və həmin borc məbləğləri iddiaçı tərəfindən ödənildiyi halda, sonradan protokol əsasında mexaniki hissədən keçən qaz həcminin elektron hissədə qeydə alınmamasının müəyyən olunması və yenidən sərfiyyatın hesablanması “qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz” müddəası ilə ziddiyyət təşkil edir. Cavabdeh şikayət ərizəsində ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 7 gün üçün 6300 m3 həcmində, 1 795.50 manat dəyərində, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 11 gün üçün 9900 m3 həcmində, 2821.50 manat qaz sərfinin ötən ilin müvafiq dövrlərinə uyğun olaraq hesabat əsasında hesablandığını qeyd etsə də, onun bu mövqeyi birinci instansiya məhkəməsində izahatı həmçinin, Qazdan istifadə Qaydalarının 6.5-ci və 6.5-1-ci bəndinin tələbləri ilə ziddiyyət təşkil etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərdi ki, ## ##### 2025-ci il tarixdə sayğac çıxarılaraq dövlət yoxlamasına aparılmışdır. Mexaniki hissədən keçən sərfiyyatın elektron hissədə qeyd olunmadığı akta qeyd olunub. Qaz sayğacınnın olmadığı dövrdə qazanxana aktiv şəkildə istifadə olunmayıb. 2025-ci ilin sentyabr ayının 24-dən oktyabrın 11-dək qazdan sayğacsız istifadə olunsa da, hesablanmış borcdan dəfələrlə az istifadə olunub. Cavabdeh tərəf qanununvericliyə əsasən inhisarçı qurum olduğundan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalıdır. Lakin, cavabdeh tərəfdən heç bir qeydiyyat aparılmamışdır. Onlar sayğacın istifadə olunması barədə razılıq əldə etmişdilər. 2025-ci ilin aprel ayından görünür ki, qazdan sərfiyyat olmamışdır. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən 2025-ci ilin mart ayına oxşar hesablama aparılmaqla borc məbləği silinmişdir. Cavabdeh tərəf isə keçən ilin müvafiq vaxtına uyğun hesablanmalı olmasını bildirmişdir. Halbuki, qazdan istifadə qaydalarına əsasən keçən ayın müvafiq göstəricisinə uyğun olaraq hesablanma aparılmalıdır. Qaz sayğacının həm açılması həm də bağlanması ilə bağlı aktlar mövcuddur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

33. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

35. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

36. Bənd 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.

37. Bənd 2.11-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

38. Bənd 4.9. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

39. Bənd 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

40. Bənd 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

41. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” ##.##.2013-cü il tarixli Azərbaycan Respublikasının Qanunu

42. Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

43. Maddə 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2- ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

44. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

45. Maddə 4-2.1. Yoxlama zamanı yoxlayıcının vəzifələri aşağıdakılardır: 4-2.1.6. yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın (onun səlahiyyətli nümayəndəsinin) yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq.

46. Maddə 17.3. Yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir və həmin məlumatların (sənədlərin) surəti yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün göndərildiyi andan açıq olmalıdır. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir.

47. Maddə 19.6. Yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz.

Azərbaycan Respublikası Prezidentinin ##.##.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”

48. Bənd 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

49. Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

50. Bənd 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

51. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

54. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

59. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

60. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: ... 384.0.3. qətnaməni dəyişdirə bilər; ...

61. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

62. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

63. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

64. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

66. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, ididaçnın nümayəndəsinin izahatını və iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyərinin hesablanması hissəsində dəyişdirilməli, qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır.

68. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında ## ###### 2022-ci il tarixli AMX-****/** nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdeh tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. Iddiaçının istifadəsində olan “G-400” markalı 75118490 zavod nömrəli sayğac ##.##.2025-ci il tarixdə sayğacın elektron hissənin işləməməsi səbəbindən çıxarılaraq dövlət yoxlaması üçün “xxxx” X4 tabeliyindəki “xxxx” MMC-yə göndərilmiş və müəssisəyə təbii qazın verilişi dayandırılmışdır. “xxxx” X4 tabeliyindəki “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli “Qaz sayğacının yoxlanılması haqqında” Y **** nömrəli Protokola əsasən sayğacın korrektorunun 2023-cü ilin oktyabr ayından söndüyü, bu səbəbdən mexaniki hissədən keçən 230763 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı müəyyən edilmişdir. Daha sonra həmin protokol əsasında təbii qazdan istifadə qaydalarının pozulması barədə ##.##.2025-ci il tarixli ******* nömrəli akt tərtib edilərək dəymiş zərərin hesablanması tələb edilmişdir. ##.##.2025-ci il tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamə tərtib edilərək 26861 m3 itirilmiş qaz sərfi hesablanmış və 2025-ci ilin 10-cu ayı üçün abonent saldosunun “qalıq və aktlar” sütununa 7655,38 manat məbləğində borc daxil edilmişdir. ##.##.2025-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən sayğac dövlət yoxlamasından sonra təkrarən yerinə quraşdırılmışdır. Eyni zamanda ##.##.2025-ci il tarixdən ## ####### 2025-ci il tarixədək iddiaçı MDB oyunları ilə əlaqədar olaraq sayğacsız qazdan istifadə etmiş və cavabdehin nümayəndələri tərəfindən sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyərinin hesablanmasına dair hesabat aktlarına əsasən iddiaçıya ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi 7 gün üçün 6300 m3 həcmində, 1795,50 manat dəyərində, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi 11 gün üçün 9900 m3 həcmində, 2821,50 manat dəyərində qaz sərfiyyatı hesablanmışdır.

69. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış ## ###### 2022-ci il tarixli qazın alqı-satqısı müqaviləsinə əsasən cavabdeh iddiaçını təbii qazla təmin etmiş, iddiaçı isə istehlak etdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən təqdim edilən hesablar üzrə müntəzəm ödəmişdir.

70. ## ##### 2025-ci il tarixdə iddiaçının istifadəsində olan G-40 markalı sənaye tipli qaz sayğacı elektron hissəsinin işləməməsi səbəbindən dövlət yoxlamasına göndərilməsi məqsədilə çıxarılmış, sonradan xxxxnun tabeliyində fəaliyyət göstərən “xxxx” MMC tərəfindən verilmiş ## ### 2025-ci il tarixli protokolda elektron korrektorun 2023-cü ilin oktyabr ayından işləmədiyi, bu səbəbdən mexaniki hissədən keçən qaz həcminin elektron hissədə qeydə alınmadığı göstərilmişdir.

71. Məhz həmin protokola əsaslanaraq cavabdeh tərəfindən ## ######## 2025-ci il tarixli akt tərtib edilmiş və sonradan iddiaçıya 7.655,38 manat məbləğində əlavə borc hesablanmışdır.

72. Lakin məhkəmə hesab edir ki, həmin borcun hesablanması həm maddi hüquq normalarının, həm də sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsinə yönəlmiş xüsusi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

73. Ilk növbədə nəzərə alınmalıdır ki, iddiaçı sahibkarlıq subyektidir. “Qazdan istifadə Qaydaları”nın 2.10 və 2.11-1-ci bəndləri ilə sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsinin və qaz paylayıcısının müqavilə şərtlərinin yerinə yetirilməsini yoxlamaq məqsədilə sahibkarlıq subyektinin fəaliyyət yerinə gəlməsinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilməsi imperativ qaydada müəyyən edilmişdir.

74. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərdə aparılan bütün növ müayinə, baxış, araşdırma və digər nəzarət tədbirləri yoxlama hesab olunur.

75. Qanunun 3.2-ci maddəsi isə birbaşa müəyyən edir ki, yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan aparılmış yoxlamaların hüquqi nəticəsi yoxdur və belə yoxlamalar nəticəsində müəyyən edilmiş hallara görə sahibkara qarşı hər hansı məsuliyyət tədbiri tətbiq edilə bilməz.

76. Iş materiallarından və cavabdeh nümayəndəsinin izahatından müəyyən olunur ki, iddiaçıya münasibətdə keçirilmiş yoxlama üzrə yoxlamaların vahid məlumat reyestrindən çıxarış təqdim edilməmiş, həmin yoxlamanın reyestrdə qeydiyyata alınması da sübuta yetirilməmiş və iddiaçının sayğaçın yoxlamaya göndərilməsi ilə bağlı cavabdehə müraciəti olmamışdır.

77. Belə olan halda ## ######## 2025-ci il tarixli aktın qanuni yoxlamanın nəticəsi hesab edilməsi və həmin akt əsasında iddiaçı üçün yeni maliyyə öhdəliyinin yaradılması qanunun göstərilən imperativ tələblərinə uyğun sayıla bilməz.

78. Apellyasiya şikayətində cavabdeh Cavabdeh IB-nin yoxlayıcı orqan olmaması və buna görə də həmin Qanunun ona şamil edilməməsi barədə dəlillər irəli sürülmüşdür.

79. Məhkəmə həmin dəlilləri əsaslı hesab etmir.

80. Belə ki, Qanunun 2.3-cü maddəsi dövlət mülkiyyətində olan və müvafiq xidmətlər sahəsində inhisarçı mövqe tutan hüquqi şəxslərin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə müqavilə şərtlərinin yerinə yetirilməsini yoxlaması zamanı məhz həmin Qanunun müvafiq maddələrinin tətbiq edilməsini birbaşa nəzərdə tutur.

81. Cavabdeh Istehsalat Birliyi qaz təchizatı sahəsində inhisarçı mövqeyə malik dövlət müəssisəsi olduğundan, sahibkarlıq subyektinin fəaliyyət yerində apardığı yoxlama tədbirləri göstərilən qanunun təsir dairəsinə daxildir.

82. Digər tərəfdən, “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən sayğaca müdaxilə və ya qanunsuz qoşulma halları aşkar edildikdə müvafiq akt tərtib olunmalı, istehlakçının qazın talanmasında təqsirli olması isə yalnız səlahiyyətli orqanın və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra vurulmuş zərərin ödənilməsi tələb edilə bilər.

83. Hazırkı iş üzrə nə iddiaçının sayğaca müdaxilə etməsi, nə də qazın talanması faktı müəyyən edilmiş və bu halı təsdiq edən səlahiyyətli qurumun qərarı mövcud deyildir.

84. Əksinə, iş materiallarında olan sənədlərdən görünür ki, sayğac üzərində plombların pozulması, mexaniki müdaxilə və ya digər qanunsuz hərəkətlər müəyyən edilməmiş, elektron korrektorun işləməməsi texniki nasazlıq kimi qiymətləndirilmişdir.

85. Belə vəziyyətdə yalnız elektron korrektorun işləməməsi faktı özü-özlüyündə iddiaçının təqsirini təsdiq edən sübut hesab edilə bilməz ki, iddiaçının sayğacın daxilində baş verən hallarla bağlı məsuliyyəti istisna olunur.

86. Eyni zamanda məhkəmə araşdırmaları zamanı müəyyən edildiyi kimi, iddiaçıya xidmət edən qaz sayğaçının elektron korrektoru 2023-cü ilin oktyabr ayından sönmüş və cavabdehin əməkdaşları hər ay bildiriş verilməsi üçün sayğaca baxış keçirdikləri zaman bu halı görmüş, lakin səhlənkarlıq edərək bu hala dair tədbir görməmişlər.

87. Bundan başqa, “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən istehlakçının istifadə etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısının yol verdiyi səhvə görə düzgün hesablanmamış qazın dəyərinin sonradan istehlakçıdan tələb olunması yolverilməzdir.

88. Iş materiallarından görünür ki, elektron korrektorun işləmədiyi iddia edilən müddət ərzində cavabdeh hər ay qaz sərfiyyatını hesablamış, hesab-fakturalar təqdim etmiş və iddiaçı həmin məbləğləri tam şəkildə ödəmişdir.

89. Belə olduqda sonradan eyni dövr üzrə əlavə hesablama aparılması qanunun göstərilən müddəasına ziddir.

90. Bu səbəbdən birinci instansiya məhkəməsinin 7.655,38 manat məbləğində hesablanmış borcun silinməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

91. Lakin məhkəmə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək və ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyərinin hesablanmasına dair akta əsasən hesablanmış borcun silinməsi hissəsində birinci instansiya məhkəməsinin hesablaması ilə razılaşmır.

92. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə əsasən, qaz sayğacı qaz paylayıcısı tərəfindən çıxarıldıqda (götürüldükdə) qazın verilməsi dayandırılmır və sayğacın olmadığı müddət ərzində istifadə edilmiş təbii qazın dəyəri sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfiyyatına uyğun hesablanmalıdır.

93. Birinci instansiya məhkəməsi həmin normaya istinad etməklə hesablamanı 2025-ci ilin mart ayının göstəriciləri əsasında aparmış və bu əsasla ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üzrə 178,57 manat, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üzrə isə 280,61 manat məbləğini əsaslı hesab etmişdir.

94. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin faktiki halları həmin hesablamanın obyektiv nəticə vermədiyini göstərir.

95. Belə ki, iş materiallarından görünür ki, iddiaçı idman kompleksi fəaliyyətini həyata keçirən hüquqi şəxs olmaqla qaz istehlakı ilin müxtəlif fəsillərində eyni səviyyədə olmamış, obyektin fəaliyyət istiqamətindən, mövsümi şəraitdən, keçirilən idman yarışlarından və digər tədbirlərdən asılı olaraq dəyişmişdir. Bu səbəbdən yaz aylarına aid qaz sərfiyyatının payız aylarında formalaşmış istehlak göstəricilərinin müəyyən edilməsi üçün əsas götürülməsi faktiki istehlakı obyektiv şəkildə əks etdirmir və işin mübahisəsiz halıdır ki, həmin dövrdə sayğacda aparılan hesabat düzgün olmamışdır.

96. Əksinə, abonent saldosundan müəyyən olunur ki, 2024-cü ilin sentyabr ayında iddiaçı tərəfindən 7.131 m³ həcmində təbii qaz istehlak edilmiş və bunun dəyəri 1.782,75 manat, 2024cü ilin oktyabr ayında isə 9.339 m³ həcmində təbii qaz istehlak edilmiş və bunun dəyəri 2.334,75 manat təşkil etmişdir. Göründüyü kimi, həmin göstəricilər mübahisələndirilən 2025-ci ilin sentyabr-oktyabr ayları ilə eyni mövsümə təsadüf etdiyindən, istehlak xarakterini və obyektin faktiki fəaliyyət intensivliyini daha real əks etdirir.

97. Məhkəmə hesab edir ki, konkret işin xüsusiyyətləri nəzərə alınmaqla sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyəri müəyyən edilərkən yalnız formal qaydada əvvəlki ayın göstəricilərinə istinad edilməsi deyil, eyni zamanda hesablamanın obyektivliyini təmin edən faktiki istehlak göstəriciləri də nəzərə alınmalıdır. Çünki məhkəmənin vəzifəsi yalnız normanın formal tətbiqi deyil, həm də mübahisənin faktiki hallarına uyğun ədalətli hüquqi nəticənin əldə edilməsidir.

98. Bu baxımdan məhkəmə hesab edir ki, sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyərinin müəyyən edilməsində əvvəlki ilin eyni aylarında formalaşmış faktiki sərfiyyat göstəricilərinin əsas götürülməsi hazırkı iş üzrə daha düzgün və obyektiv nəticəyə gətirib çıxarır.

99. Həmin hesablamaya əsasən müəyyən edilir ki, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üzrə cavabdeh tərəfindən hesablanmış 1.795,50 manat məbləğin 1.379,56 manatı, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üzrə hesablanmış 2.821,50 manat məbləğin isə 1.993,09 manatı əsaslı hesab edilməlidir. Müvafiq olaraq, göstərilən məbləğləri aşan hissədə aparılmış hesablamalar qanunvericiliyin tələblərinə uyğun olmadığından onların iddiaçının abonent hesabından silinməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

100. Belə ki, iddiaçı tərəfindən 2024-cü ilin sentyabr ayında 7.131 m³ həcmində təbii qaz istehlak edilmiş və bunun dəyəri 1.782,75 manat təşkil etmişdir. Belə olan halda sərfin məbləği olan 1782,75 manata münasibətdə 1 günlük sərfin məbləği 59,42 manat (1782,75 manat / 30 gün = 59,42 manat) təşkil edir ki, bu da sayğacsız istifadə edilən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövrə 415,94 manat (59,42 manat 1 günlük x 7 günə = 415,94 manat) təşkil edir.

101. Cavabdeh tərəfindən həmin dövrə münasibətdə isə 1795,50 manat hesablanmışdır ki, artıq hesablanan məbləğ 1379,56 manat (1795,50 – 415,90 = 1379,56 manat) təşkil edir ki, bu borcda iddiaçının hesabından silinməlidir.

102. Bundan başqa iddiaçı tərəfindən 2024-cü ilin oktyabr ayında 9339 m3 həcmində təbii qaz istehlak edilmiş və bunun dəyəri 2334,75 manat təşkil etmişdir.

103. Belə olan halda sərfin məbləği olan 2334,75 manata münasibətdə 1 günlük sərfin məbləği 75,31 manat (2334,75 manat / 31 gün = 75,31 manat) təşkil edir ki, bu da sayğacsız istifadə edilən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövrə 828,41 manat (75,31 manat 1 günlük x 11 günə = 828,41 manat) təşkil edir.

104. Cavabdeh tərəfindən həmin dövrə münasibətdə isə 2821,50 manat hesablanmışdır ki, artıq hesablanan məbləğ 1993,09 manat (2821,50 – 828,41 = 1993,09 manat) təşkil edir ki, bu borcda iddiaçının hesabından silinməlidir.

105. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin bu hissəsində hüquq normasını düzgün tətbiq etsə də, hesablamanın faktiki əsasını müəyyən edərkən işin konkret hallarını tam nəzərə almamışdır. Bu səbəbdən qətnamə yalnız həmin hissələrdə dəyişdirilərək iddiaçının abonent hesabından silinməli olan məbləğlər müvafiq olaraq 1.379,56 manat və 1.993,09 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

106. Nəticə etibarilə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

107. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

108. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyərinin hesablanması hissəsində dəyişdirilməli, qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır.

109. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən yalnız cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Belə ki, cavabdeh birinci instansiyası məhkəməsinin münahisələndirilən məhkəmə aktını iddianın təmin edilmiş hissəsində mübahisələndirmiş və onun apellyasiya şikayəti qismən təmin edilsə də hazırki vəziyyətdə onun üçün mübahisələndirilən məbləğ 11028,03 manat (7655,38 + 3372,65) təşkil edir. Bu isə 10000 manatdan çox olduğundan hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilr.

110. Iddiaçıya münasibətdə isə hazırki qətnamə ilə onun iddiasının rədd olunan hissəsi 785,17 manat təşkil edir ki, bu da 10000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilməz.

111. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.3, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi qismən – “iddiaçı İddiaçı (abonent kodu: 292029600000960) ##.##.2025-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 7655.38 manat məbləğində borc, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyərinin hesablanmasına dair akta əsasən hesablanmış 1616.93 manat, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyərinin hesablanmasına dair akta əsasən hesablanmış 2540.89 manat məbləğində borc cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən silinməsi” hissəsində dəyişdirilsin. Iddiaçı İddiaçı (abonent kodu: 292029600000960) ##.##.2025-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 7655.38 manat məbləğində borc, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyərinin hesablanmasına dair akta əsasən hesablanmış 1.379,56 (min üç yüz yetmiş doqquz manat əlli altı qəpik) manat, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyərinin hesablanmasına dair akta əsasən hesablanmış 1.993,09 (min doqquz yüz doxsan doqquz üç manat doqquz qəpik) manat məbləğində borc cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən silinsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar