Məhkəmə qərarları › İş №e-2-2(3-7)-126/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-7)-126/2026

14.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-126/2026 14.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı QSC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması; ipoteka predmetinin ilkin satış qiymətI Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Isgəndərova Aygül Vulqar qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, Işin halları

1. Kreditor “xxxx” QSC ilə borcalan cavabdeh2 arasında bağlanmış ##.##.2023-cu il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsinin şərtlərindən görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana uzunmüddətli kredit xəttini açır (bənd 2.1). Kreditin ümumi şərtləri bu müqavilə ilə razılaşdırılmış çərçivədə, xüsusi şərtləri isə hər dəfə razılaşdırılan kredit sazişi əsasında verilir (2.2). Kreditin məqsədli təyinatı: Sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi. Uzunmüddətli kredit xəttinin məbləği: 500.000 (beş yüz min) manat. Kreditin maksimum müddəti: 120 (bir yüz iyirmi) ay. Kreditin son müddəti: Kredit sazişində həmin kredit üçün daha qısa müddət müəyyən edilməmişdirsə, ## ### 2033-cü il. Kreditin faiz dərəcəsinin yuxarı həddi: 28 (iyirmi səkkiz) faiz. FIFD-in yuxarı həddi: 30 (otuz) faiz. cavabdeh1 (zamin qismində) kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərilərnə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyırlar (11.1). Zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür (11.4). Zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır (11.7).

2. Kreditor İddiaçı QSC ilə borcalan cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşmasının şərtlərindən görünür ki, bank məbləği 50000 manat olan krediti aylıq faiz dərəcəsi 1.5833 faiz olmaqla 36 ay müddətinə kredit alana verir (1.1). Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan * saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür (1.2).

3. İddiaçı QSC ilə cavabdeh2 arasında bağlanmış ## ### 2023-ci il tarixli, ***R********** saylı uzunmüddətli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında ## ####### 2024-cü il tarixli, ***R**********S saylı sazişdən görünür ki, ilk ödəniş ## ###### 2024-cü il, son ödəniş tarixi isə ## #### 2028-ci il olmaqla 32588,10 manat kredit məbləği və 15122,24 manat faiz məbləğinin banka hissələrlə ödənilməsi razılaşdırılmışdır.

4. Ipoteka saxlayan “xxxx” QSC ilə ipoteka qoyan cavabdeh2 arasında bağlanmış ## ### 2023-cü il tarixli ***M************ saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını ## ### 2023-cü il tarixdə Bakı şəhərində aşağıdakı şərtlərlə bağlanan ***L************ saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. (1.1). Ipoteka predmetinin təsviri və olduğu yer: Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, **A saylı evdə xüsusi mülkiyyətdə olan 94,7 kv.m ümumi sahədən ibarət ** saylı mənzil (2.1) Ipoteka predmetinin qeydə alındığı rəsmi reyestr: ## ###### 2023cü il tarixdə daşınmaz əmlak üzrəində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydə alınmışdır. Ipoteka predmetinin dəyəri-ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 88000 (səksən səkkiz min) manat təşkil edir.(2.5).

5. ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 mənzil 67 “xxxx” QSC-nin xeyrinə ##.##.2023-cu il tarixli ***L************ saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ##.##.2033-cü ilədək ipoteka ilə yüklü edilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.

6. ##.##.2023-cü il tarixli qəbzdən görünür ki, 50000 manat 500 manat komissiya tutulmaqla cavabdeh2 AZ**ACAB******************** nömrəli bank hesabına köçürülmüşdür.

7. İddiaçı QSC tərəfindən borcalan və zaminə ünvanlanmış ## #### 2025-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, ##.##.2023-cü il tarixli müqavilə üzrə ##.##.2025-ci il tarixədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və banka olan borcun (31489,23 manat əsas, 2905,94 manat faiz və 403,70 manat cərimə borcu olmaqla, cəmi 34798,87 manat) qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli */**** saylı mühasibatlıq ekspertizası rəyindən görünür ki, cavabdeh2 ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit müqaviləsi üzrə ##.##.2025-ci tarixə əsas borc üzrə 31492,43 manat, faiz borcu üzrə 984,02 manat olmaqla ümumilikdə 32476,45 manat borcu mövcuddur.

9. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli UNI/D ***-****/**** nömrəli qiymətləndirmə rəyindən görünür ki, cavabdeh2 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, **A saylı evdə xüsusi mülkiyyətdə olan 94,7 kv.m ümumi sahədən ibarət ** saylı mənzilin bazar dəyəri 145000, likvid dəyəri 130500 manat müəyyən edilmişdir.

10. Ödəniş qəbzindən görünür ki, cavabdeh cavabdeh2 ## ###### 2026-cı il tarixdə, yəni mühasibatlıq ekspertizası rəyi verildikdən sonra İddiaçı QSC-yə 800 manat ödəmişdir.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı İddiaçı QSC cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdеhlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada iddiaçı “xxxx” QSC-nin хеyrinə ***R********** saylı krеdit razılaşması üzrə 31489,23 manat məbləğində krеdit bоrcu, 2905,94 manat faiz bоrcu və 403,70 manat cərimə borcu olmaqla, ümumilikdə 34798,87 manat bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 194,4 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutulması, tələbin cavabdeh2 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, **A saylı evdə xüsusi mülkiyyətdə olan 94,7 kv.m ümumi sahədən ibarət ** saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və ümumilikdə cəmi 34798,87 manat bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 194,4 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh2 və cavabdeh1 ümumi müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə cavabdeh2 və zamin cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən cavabdeh2 120 (yüz iyirmi) ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında cavabdeh2 İddiaçı QSC ilə ##.##.2023-cü il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə,aylıq faiz dərəcəsi 1.5833 faiz оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat məbləğində məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları ##.##.2024-cü il tarixli ***R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. cavabdeh2 götürdüyü krеdit bоrcundan 18510.77 manat ödəmiş, onun 31489,23 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 115 gün üçün hesablanmış faiz borcu 2905,94 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 115 gün üçün hеsablanmış cərimə 403,70 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka qoyan cavabdeh2 və Bank arasında bağlanılmış ##.##.2023-cü il tarixli ipoteka müqaviləsi (Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilib) əsasında cavabdeh2 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, **A saylı evdə xüsusi mülkiyyətdə olan 94,7 kv.m ümumi sahədən ibarət ** saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən ##.##.2023-cü il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla cavabdeh2 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, **A saylı evdə xüsusi mülkiyyətdə olan 94,7 kv.m ümumi sahədən ibarət ** saylı mənzil cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Ipoteka qoyanın həyat yoldaşı cavabdeh1 cavabdeh2 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, **A saylı evdə xüsusi mülkiyyətdə olan 94,7 kv.m ümumi sahədən ibarət ** saylı mənzili İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür.

13. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Əbülfəz Məmmədli) iddia qismən təmin edilərək, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli ***R********** saylı kredit razılaşması üzrə 30689,23 manat əsas borc, 984,02 manat faiz borcu, 403,70 manat cərimə borcu olmaqla, cəmi 32076,95 (otuz iki min yetmiş altı manat doxsan beş qəpik) manat məbləğində pulun cavabdеhlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi; Tələbin cavabdeh2 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, **A saylı evdə xüsusi mülkiyyətdə olan 94,7 kv.m ümumi sahədən ibarət ** saylı mənzilə yönəldilməsi; Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, **A saylı evdə xüsusi mülkiyyətdə olan 94,7 kv.m ümumi sahədən ibarət ** saylı mənzilin ilkin satış qiymətinin 130500 (bir yüz otuz min beş yüz) manat müəyyən edilməsi; Ipotekaya qoyulmuş əmlakın açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə olunan məbləğdən 32076,95 (otuz iki min yetmiş altı manat doxsan beş qəpik) manat məbləğində pulun iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, qalan məbləğin cavabdeh cavabdeh2 qaytarılması; Iddianın qalan hissədə rədd edilməsi; Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 186,23 (bir yüz səksən altı manat iyirmi üç qəpik) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 (on beş) manat və 36 (otuz altı) manat xidmət haqqı olmaqla, ümumilikdə 237,23 (iki yüz otuz yeddi manat iyirmi üç qəpik) manat məbləğində pulun cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi; Ödənilmiş dövlət rüsumun qalan 8,17 (səkkiz manat on yeddi qəpik) manat hissəsinin iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin özünə aid edilməsi; Iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərcinin cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X4, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE00000000000002088501) ödənilməsi; Iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərcinin cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq “xxxx” MMC-nin (VÖEN **********, AZ77AIIB400600C9447929844218, Bank: “xxxx” ASC Bravo 3 filialı, VÖEN 9900003611, Müxbir hesab: AZ37NABZ01350100000000001944, filialın kodu: 201296, SWIFT kod: AIIBAZ2XXXX) hesabına ödənilməsi qət edilmişdir.

14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 279, 295, 296.1, 319.1, 385.1, 386.1, 442, 445.2.1, 447.1, 447.2, 448.1, 462.1, 465.2, 470.1, 471, 472.1, 472.2, 739.1, 739.2, 741 və 743-cü maddələrinə, «Ipoteka haqqında» Qanunun 1.0.1, 1.0.6, 1.0.9, 26.1, 26.1.1, 26.1.2, 26.1.3, 26.1.4, 26.1.5, 26.1.6, 33, 34.1.1 və 39.3.3-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Vəsatətlə məhkəməyə müraciət edərək, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyənləşdirilmədiyini qeyd etmişdir. Belə ki, ekspert tərəfindən ipoteka predmetinə qoyulmuş qiymət elan saytlarından götürülmüş evlərin qiymətinə əsaslanır. Lakin ekspert sözügedən evlərin qiymətlərini nəzərə almış olsa da, evlərin ölçülərini nəzərə almamışdır. Ekspertin ipoteka predmeti ilə müqayisə etmiş olduğu evlər 90 kv.m-dən kiçik ölçüyə məxsus evlərdən ibarətdir. Onun mənzili isə 95 kv.m sahədən ibarətdir. Məlum olduğu kimi əmlak bazarında qiymətlər evin ölçüsünə uyğun olaraq hesablanır. Bundan əlavə, məhkəmə icraatı zamanı kredit borcundan ödəniş etmiş və bu barədə qəbzləri məhkəməyə təqdim etmişdir. Lakin, məhkəmə qətnamə qəbul edərkən bu ödənişləri nəzərə almamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Iddiaçı bank “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclasına gəlməmələrinin səbəbi, mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

20. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

21. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

27. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

28. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

29. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

30. Maddə (əvvəlki redaksiya) 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

31. Maddə 742.1 (əvvəlki redaksiya). Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.

“Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunu

32. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir.

33. Maddə 39.3.3. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

44. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.

45. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, iddiaçı bank və zamin birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız əsas borclu olan cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin iddianın qismən təmin edildiyi və iddiaçının tələbin təmin edilməyən hissəsini mübahisələndirmədiyi nəzərə alınaraq, hazırkı apellyasiya baxışı çərçivəsində iddianın təmin edilmiş hissəsində qətnamənin qanuniliyi və əsaslılığı yoxlanılmalıdır.

46. Bu hüquqi mövqe, mülki prosessual hüquqda nəzərdə tutulmuş «dispozitivlik» prinsipindən irəli gəlir.

47. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.

48. Həmçinin nəzərə alınmalıdır ki, qətnamədən zamin apellyasiya şikayəti vermədiyindən qətnamə ona aid hissədə yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla). Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, əsas borclunun verdiyi apellyasiya şikayətinə əsasən qətnamənin digər cavabdehə (zaminə) münasibətdə yoxlanılması onun hüquqlarına toxunan hal kimi qiymətləndirilir.

49. Beləliklə, qətnamənin əsaslılığı və qanuniliyi digər cavabdehə aid hissədə hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində cavabdeh cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

51. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor İddiaçı QSC ilə borcalan cavabdeh2 arasında ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması imzalanmış, həmin müqaviləyə əsasən bank borcalana məbləği 50000 manat olan krediti aylıq faiz dərəcəsi 1.5833 faiz olmaqla 36 ay müddətinə kredit vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi bankla cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan * saylı ünvandakı 94,7 kv.m ümumi sahədən ibarət ** saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Əmlakın ipoteka saxlayan bankın xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Buna baxmayaraq, kredit müqaviləsi üzrə öhdəlik vaxtında və lazımi qaydada icra edilməmişdir. Borcalana və zaminə borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

52. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, hazırkı iş üzrə iddia tələbinin kökündə tələb etmənin əsası olan kreditor və borcalan arasında bağlanmış kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən əsas, ona hesablanmış faiz və cərimə borcu tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir.

53. Işin hallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onun kredit təşkilatına borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə cavabdehin borcu yaranmışdır.

54. Əsas və ona hesablanmış faiz borcunun hesablanması məsələsinin həlli mühasibatlıq əməliyyatları aparılmasından keçir ki, bu da həmin sahədə xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.

55. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və alınan ekspert rəyi ilə müəyyən olunmuşdur ki, kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) əsas borc 31492,43 manat, faiz borcu 984,02 manat təşkil edir.

56. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur; Məcəllənin 101.3-cü maddəsinə görə isə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

57. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuşdur. Verilmiş rəyin əksini sübut edəcək sənədlər məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, iş materiallarındakı mühasibatlıq ekspertizası rəyinin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal mövcud deyildir.

58. Birinci instansiya məhkəməsi də borc məbləğlərini ekspert rəyinə əsasən və MPM-nin 218.3-cü maddəsinin tələbinə riayət etməklə müəyyən etmişdir. Eyni zamanda, ## ###### 2026-cı il tarixdə, yəni mühasibatlıq ekspertizası rəyi verildikdən sonra borclu cavabdeh2 tərəfindən İddiaçı QSC-yə olan kredit borcundan ödənilmiş 800 manat da nəzərə alınaraq həmin məbləğ ümumi kredit borcundan silinmişdir.

59. Həmçinin cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

60. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

61. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.

62. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

63. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq kredit müqaviləsi üzrə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmişdir. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmiş 403,70 manat məbləğdə dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz.

64. «Məhkəmə icraatı zamanı banka ödədiyi vəsaitin nəzərə alınmaması» barədə apellyatorun dəlilini isə kollegiya əsaslı saymamışdır; ona görə ki, iş materiallarına ## ###### 2026-cı il tarixdə, yəni mühasibatlıq ekspertizası rəyi verildikdən sonra borclu cavabdeh2 tərəfindən İddiaçı QSC-yə olan kredit borcundan 800 manat ödənilməsinə dair qəbz əlavə edilmiş, bu hal məhkəmə tərəfindən nəzərə alınaraq həmin məbləğ ümumi kredit borcundan silinmişdir.

65. Ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı qeyd edilir ki, birinci instansiya məhkəməsində icraat zamanı qiymətləndirmə rəyi alınmış və alınan rəylə ipoteka predmetinin ilkin (likvid) satış qiymətinin 130500 manat olduğu müəyyən edilmişdir.

66. Daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyin təsviri hissəsindən göründüyü kimi, qiymətləndirmənin aparılması zamanı daşınmaz əmlakın bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, daşınmaz əmlaka olan tələb və təklifdən, eləcə də digər mənbələrdən əldə edilmiş real bazar məlumatlarından istifadə edilmişdir. Bundan başqa, əmlaka vizual baxış keçirilməklə əmlakın bazar dəyərinə müsbət və mənfi təsir göstərən amillər nəzərə alınaraq onun dəyəri (likvid) müəyyən edilmişdir. Alınan rəyin şübhə altına alınması və əslində əmlakın dəyərinin daha artıq olması nəticəsinə gəlmək üçün isə əsaslar mövcud deyildir. Çünki, apellyator əmlaka dair alınmış rəylə müəyyən olunan ilkin satış qiymətinin məbləğinin daha artıq olması barədə arqument irəli sürsə də, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, kollegiya iş üzrə təkrar qiymətləndirmə təyin edilməsinə zərurət görməmiş və bu barədə apellyasiya şikayətinin dəlilini əsassız saymışdır.

67. Kollegiya həmçinin göstərir ki, qiymətləndirmə rəyində öz əksini tapmış, ipoteka predmetinin yerləşdiyi ərazidəki analoji mənzillərin dəyərinin kv.m qiyməti ilə, yəni mənzilin sahəsinə uyğun hesablanmasına nəzərə yetirilməlidir. Bu zaman ilk öncə nəzərə alınmalıdır ki, qiymətləndirici təşkilatın rəyində göstərilən analoji əmlakların dəyəri həmin əmlakların likvid deyil, bazar dəyərini əks etdirir. Bununla belə, 134000 manat dəyərində analoji mənzil : 80 kv.m = 1 kv.m - 1675 manat; 144900 manat dəyərində analoji mənzil : 92 kv.m = 1 kv.m - 1575 manat; 136500 manat dəyərində analoji mənzil : 90 kv.m = 1 kv.m - 1516,66 manat təşkil edir. Beləliklə, hazırkı iş üzrə ipoteka predmeti olan mənzilin məhkəmə tərəfindən müəyyən edilmiş likvid satış qiymətinin (130500 manat dəyərində mənzil : 94,7 kv.m = 1 kv.m – 1378 manat) əmlakın hazırkı dövr üçün real likvid dəyərindən az olmadığı bir daha öz təsdiqini tapır.

68. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Işə baxan məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə dəyişdirilməsi və ya ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə, apellyatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində cavabdeh cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar