Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-127/2026 08.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Işin halları
1. Iddiaçı ilə cavabdeh arasında ##.##.2025-ci il tarixdə hər birinin dəyəri 1790 manat olan 9 baş iribuynuzlu hüyvanın şifahi alğı-satqısı baş tutmuşdur.
2. Iddiaçı tərəfindən alınmış iribuynuzlu heyvanların ikisi ##.##.2025-ci il tarixdə, biri isə ##.##.2025-ci il tarixdə tələf olmuş, bununla bağlı özəl baytar, kənd icra nümayəndəsi, iddiaçı və iddiaçının yaşadığı kəndin sakinlərinin iştirakı ilə akt tərtib olunsa da heyvanların tələf olmasının səbəblərinə dair baytarlıq orqanlarının rəyi mövcud deyildir.
3. Iddiaçı cavabdehə pretenziya ilə müraciət edərək 5370 manat dəymiş ziyanın və 1030 manat dərmanlara və həkimə çəkilən xərclərin ödənilməsi barədə xəbərdarlıq etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 6400 (altı min dörd yüz) manat, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilən 600 (altı yüz) manat və ödənilmiş dövlət rüsumu 84 (səksən dörd) manatın alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə iribuynuzlu heyvan almaq üçün Bərdə rayonuna gedərək mal bazarından əvvəllər də tanıdığı cavabdeh Cavabdeh hər biri 1790 manat olmaqla 9 baş iribuynuzlu heyvan alaraq yaşadığı Kürdəmir rayonunun Garıs Əyribənd kəndinə gətirmişdir. Heyvanları gətirdikdən bir gün sonra həmin heyvanların xəstəhal olduğunu görərək cavabdehə zəng edərək heyvanların xəstə olduğunu bildirmişdir. Cavabdeh Cavabdeh iddiaçıya bir neçə dərman alıb heyvanlara verməsini və ondan sonra heyvanların sağalacağını demişdir. Iddiaçı baytarlıq aptekinə gedərək həmin dərmanlara həkim pulu ilə birlikdə 1030 manat pul xərcləmişdir.Iddiaçı heyvanlara dərman vasitələrini versə də həmin heyvanlardan 3 başı ölmüş və 3 baş heyvan ölməsi nəticəsində iddiaçıya 5370 manat ziyan dəymişdir. Iddiaçı bununla bağlı baytar həkimə və kənd icra nümayəndəliyinə müraciət etmiş və baytar tərəfindən heyvanların xəstəlikdən ölməsi müəyyən edilmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Bundan sonra iddiaçı cavabdehə heyvanların xəstə olduğunu bilə-bilə ona satdığı xəstə heyvanlardan üçünün öldüyünü və iddiaçıya ziyan dəydiyini bildirmiş və ona dəymiş ziyanın ödənilməsini tələb etsə də cavabdeh ziyanı ödəməkdən boyun qaçırmışdır. Iddiaçı bununla bağlı Bərdə Rayon Polis Şöbəsinə müraciət etmiş, lakin ona ##.##.2025-ci il tarixdə müraciətinin mülki xarakterli olması barədə cavab vermişlər. Baş vermiş hadisənin araşdırılmaması vurulan zərərə,hadisəyə düzgün qiymət verilməməsinə, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasına, ona vurulan həm maddi, həm də mənəvi zərərin ödənilməməsinə gətirib çıxarmışdır.
6. Iddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bərdə bazarından bordaqla məşğul olmaq üçün cavabdehdən mal almışdır. Cavabdeh alış zamanı heyvanda heç bir xəstəlik olmadığını desə də, səhəri gün heyvanlarında problem olduğu üçün cavabdehə zəng etmiş, heyvanda xəstəlik olacağı təqdirdə cavabdeh məsuliyyət daşıyacağını demişdir. 3-4 gün keçəndən sonra 3 baş heyvan ölmüşdür. Cavabdeh ilk öncə köməklik edəcəyini desə də, sonra yayınmışdırı. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Iddiaçının nümayəndəsi (vəkil) məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, bütün sübutları məhkəməyə təqdim ediblər. Heyvanların ölməsi ilə bağlı video çəkiliş və aktlar vardır. Tərəflə olan danışıqlar diskdə mövcuddur. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onun iddiaçıya satdığı bütün heyvanlar sağlam olmuşdur. Iddiaçının qeyd etdikləri tamamilə əsassızdır, heyvanlarda heç bir xəstəlik olmamışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
9. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-ci il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsi (hakim – Ə.Məmmədli) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, heyvanların alğısatıqısı ilə bağlı normalar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-613-cü maddələrində nəzərdə tutulmuşdur və həmin normalara əsasən heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. Faydalı və damazlıq heyvanların satıldığı halda qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə başlıca qüsurlar sayılır. Göründüyü kimi qanunvericilik qaramala münasibətdə başlıca qüsurları vərəm xəstəliyi və ağ-ciyərlərin tam iltihabı ilə müəyyən etmişdir ki, yalnız həmin xəstəliklər qeyd olunan qarantiya müddətləri daxilində olduğu halda satıcı məsuliyyət daşıyır.
11. Belə olan halda, hazırki iş üzrə heyvanlarda qeyd olunan xəstəliklərin olması ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür və iddiaçı cavabdehdən aldığı və tələf olmuş 3 baş iri buynuzlu heyvanda vərəm xəstəliyi və ağ ciyərlərin tam iltihabı olduğunu sübut etməlidir. Həmin hallar sübut olunduqdan sonra isə normada nəzərdə tutulmuş xəstəliklərin qeyd olunan qarantiya müddəti ərzində olub-olmadığı yoxlanılmalıdır. Qeyd olunan haldan istisna bir halda mümkündür ki, cavabdeh iddianı etiraf edə və heyvanları iddiaçıya satarkən onların xəstə olduğunu qəbul edə. Lakin cavabdeh məhkəmə iclasında verdiyi izahatında və səs yazısında iddia tələbini qəbul etmədiyindən və iddianı etiraf etmədiyindən sübutetmə yükü iddiaçının üzərinə düşür.
12. Iddiaçı tərəfin əsas sübutu aktlar və səs yazısıdır ki, həmin aktlardan heyvanlarda ümumiyyətlə hansı xəstəlik olduğu və onların nə üçün tələf olduğu müəyyən olunmur. Məhkəmə iclasında cavabdeh iddiaçıya satdığı hevanların sağlam olduğunu və onlarda heç bir xəstəlik olmadığını, səs yazısında isə cavabdeh heyvanları iddiaçıya satarkən sağlam olduğunu və istəmədiyi təqdirdə sağlam şəkildə də ona geri qaytarmasını bildirmişdir.
13. Göründüyü kimi iddiaçının vurulmuş maddi zərərin tələbi üzrə dəlilləri əsassızdır və iddia tələbini təmin etmək üçün yetərli sübutları məhkəməyə təqdim edə bilməmişdir. Hazırkı iş üzrə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübutu sadəcə olaraq onun izahatlarından ibarətdir. Məhkəmə nəzərə alır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yarıaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Buna görə də məhkəmə hesab etçmişdir ki, cavabdehdən vurulmuş maddi zərərin tutulması üçün heç bir əsas olmadığından iddia təmin edilməməlidir.
14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 608, 609, 610, 611, 612, 613-cü və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76, 77.1, 80, 81, 88, 119.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
15. Iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
16. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim olunan bütün mötəbər sübutlardan, ən əsası ##.##.2025-ci il tarixli özəl baytar həkim Məhəmməd Kərimli, heyvan sahibi İddiaçı, kənd ica nümayəndəsi Ixtiyar Məmmədov, kənd sakini Elnur Kərimov və Pərvin Əhədov tərəfindən tərtib edilmiş aktdan görünür ki, ##.##.2025-ci il tarixdə İddiaçı onlara 9 baş iri buynuzlu heyvanın xəstələnməsi barədə məlumat verməsi, heyvanlara baxış keçirilərkən onların ölümcül olması barədə məlumatları, cavabdehin səs yazıları və iddiaçının Bərdə RPŞ-yə müraciət etməsi ilə bağlı məlumatları görməməzlikdən gəlməsi, yəni səsyazısı və xəstəlik aktını etibarsız hesab etsə də, həmin sübutların nəyə görə etibarsız olması barədə hüquqi nəticə verməmişdir. Cavabdeh heyvanların sağlam vəziyyətdə təhvil verildiyini,xəstəliyin sonradan yarandığını təsdiq edən heç bir baytarlıq rəyi,ekspertiza rəyi və ya digər mötəbər sübut təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə yalnız iddiaçının sübutlarını rədd etməklə kifayətlənmiş, cavabdehin mövqeyinin hansı sübutlarla təsdiqləndiyini göstərməmişdir. Səs yazısının isə sübut kimi qiymətləndirilməməsinin əsassızlığını əgər səs yazısında cavabdeh heyvanların xəstə olması, müalicə olunması və ya digər mühüm halları etiraf edirsə, həmin səs yazısı elektron sübut hesab olunur və məhkəmə həmin sübutları araşdırmadan rədd edə bilməzdi. Həqiqətin müəyyən edilməsində passiv mövqe göstərən məhkəmə təqdim olunmuş xəstəlik aktının düzgünlüyünə şübhə edirdisə, məhkəmə-baytarlıq ekspertizasının təyin edilməsi məsələsini müzakirə etməli idi. Belə ki, iş üzrə əsas mübahisə heyvanların xəstə olub-olmaması və ölüm səbəbləri ilə bağlıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Iddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, ##.##.2025-ci il tarixdə cavabdehdən 9 baş iribuynuzlu heyvan almışıdır. O, heyvanları alır bir müddət saxladıqdan sonra satmaq fəaliyyəti ilə məşğul olur. Cavabdehin əvvəllər tanımış və ondan heyvan almışdır. Sonuncu aldığı heyvanlara bazarda baxmış hər hansı xəstəliyini görməmiş və almışdır. Lakin sabahı gün heyvanlar xəstələnmiş və o, Tiflisə zəng edərək bu barədə məluamt vermişdir. Tiflis ona dərman almağa tapşırmış və oda dərmanları alıb heyvanlara vermişdir. Lakin 3-4 gün sonra heyvanların ikisi, sonra isə biri tələf olmuşdur. Tiflis öncə heyvanların ölməsi ilə bağlı köməklik göstərəcəyini bildirsə də sonradan ona kömək etməmişdir. O, ##.##.2025-ci il tarixdən sonrakı həftələrdə, yəni iki həftə bazara heyvana baxmağa getmişdir. Heyvanlara özü üçün deyil başqa şəxslər üçün baxmağa getmişdir. Tiflisi bazarda görmüşdür və o, heyvanlar tələf olsa zərəri ödəyəcəyini bildirmişdir. Apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, mal bazarında heyvan alğısatqısı 19.ilə məşğuldur. Kərim ondan dəfələrlə heyvan almışdır. Sonuncu dəfə o heyvanları baxmış və satın almışdır. Heyvanlar xəstə olmamışdır. Kərim ona zəng vurub heyvanın ayağının ağrıdığını demiş, o, Kərimə yol getmələri ilə bağlı ayaqlarının zədələnə biləcəyini demiş və diklofenak dərmanının verilməsini bildirmişdir. Kərim heyvanı aldığı həftədən sonra iki həftə yenidən bazara gəlmiş və ondan heyvan almaq istəmişdir. Həmin vaxt heyvanlar sağ olmuşdur. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
21. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
26. Maddə 608. Əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir.
27. Maddə 609.1. Heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. Maddə 609.2. Faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.2.2. qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə.
28. Maddə 609.5. Qarantiya müddəti riskin alıcıya keçdiyi günün sonundan başlanır.
29. Maddə 610. Yazılı müqavilədə tərəflər bu Məcəllənin 609-cu maddəsində nəzərdə tutulan məsuliyyətin məhdudlaşdırılmasının xüsusi şərtləri barəsində razılığa gələ bilərlər. Həmin şərtlərə əsasən başlıca qüsurların olmamasına və ya müəyyən xassələrin olmasına təminat verilə bilər, qarantiya müddətləri uzadıla və ya qısaldıla bilər.
30. Maddə 611. Qarantiya müddəti ərzində hər hansı başlıca qüsur aşkar edildikdə ehtimal olunur ki, həmin qüsur riskin alıcıya keçdiyi ana qədər mövcud idi.
31. Maddə 612.1. Heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb edə bilməz.
32. Maddə 612.1.1. Bu halda alıcı cavabdeh olmadığı hallarla əlaqədar heyvanı, quşu və ya balığı qaytara bilmədikdə, o cümlədən başqasına satması, onun tələf olması, xəstələnməsi və ya kəsilməsi nəticəsində qaytara bilmədikdə də müqavilənin ləğvini tələb edə bilər. Heyvanın, quşun və ya balığın kəsildiyi halda alıcı onu qaytarmaq əvəzinə dəyərini ödəyir.
33. Maddə 612.1.2. Əgər müqavilə ləğv edilənədək alıcının cavabdeh olduğu hallar nəticəsində heyvanın, quşun və ya balığın vəziyyəti əhəmiyyətsiz dərəcədə pisləşmişdirsə, alıcı onun dəyərinin azalmasını kompensasiya etməlidir. Heyvandan, quşdan və ya balıqdan istifadə nəticəsində hər hansı faydanın əvəzini alıcı yalnız bu cür faydanı əldə etmiş olduğu halda ödəyir.
34. Maddə 612.1.3. Müqavilənin ləğv edildiyi halda satıcı alıcıya heyvanın yemlənməsinə və bəslənməsinə, baytarlıq müayinələrinə və qulluğuna çəkilmiş xərclərin, habelə heyvanın məcburən öldürülməsinə və uzaqlaşdırılmasına çəkilmiş xərclərin əvəzini ödəməlidir.
35. Maddə 612.2. Müəyyən cins əlamətləri olan heyvan, quş və ya balıq alıcısı müqavilənin ləğvi əvəzinə tələb edə bilər ki, müqaviləyə uyğun gəlməyən heyvanın, quşun və ya balığın əvəzinə ona müqaviləyə uyğun gələn heyvan verilsin.
36. Maddə 612.3. Əgər satıcı heyvanın, quşun və ya balığın hər hansı başlıca qüsurlarının olmadığına və ya hər hansı konkret xassələrinin olduğuna xüsusi qarantiya verirsə və onlar bu qarantiyaya uyğun gəlmirsə, alıcı müqavilənin ləğvini və ya icra edilməmə nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
37. Maddə 613.1. Alıcı hər hansı başlıca qüsur əsasında ona mənsub hüquqlardan o halda məhrum olur ki, qarantiya müddəti qurtardıqdan sonra üç gündən gec olmayaraq və ya əgər heyvan, quş və ya balıq həmin müddət bitənədək öldürülərsə və ya digər şəkildə tələf olarsa, heyvanın, quşun və ya balığın ölümündən sonra satıcıya bu qüsur barəsində məlumat vermir və ya ona bu barədə bildiriş göndərmir və ya qüsur əsasında ona qarşı iddia irəli sürmür. Əgər satıcı bu qüsur barəsində qəsdən susmuşdursa, hüquq itmir.
38. Maddə 613.2. Satıcının müqavilənin ləğv edilməsi, dəyişdirmə üçün göndərilmə və ya zərərin əvəzinin ödənilməsi hüquqları qarantiya müddəti qurtardıqdan iki ay sonra müddətin keçməsinə görə qüvvədən düşür.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
48. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
49. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
51. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
52. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
55. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnamənin ləğv edilməsini xahiş edərək tam olaraq mübahisələndirmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam şəkildə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
57. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında ##.##.2025-ci il tarixdə hər birinin dəyəri 1790 manat olan 9 baş iribuynuzlu hüyvanın şifahi alğısatqısı baş tutmuşdur. Iddiaçı tərəfindən alınmış iribuynuzlu heyvanların ikisi ##.##.2025-ci il tarixdə, biri isə ##.##.2025-ci il tarixdə tələf olmuş, bununla bağlı özəl baytar, kənd icra nümayəndəsi, iddiaçı və iddiaçının yaşadığı kəndin sakinlərinin iştirakı ilə akt tərtib olunsa da heyvanların tələf olmasının səbəblərinə dair baytarlıq orqanlarının rəyi mövcud deyildir.
60. Qeyd edilməlidir ki, hazırki mübahisənin həlli ilə bağlı sübutetmə yükü düzgün bölüşdürülməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Iddiaçı apellyasiya şikayətində heyvanların xəstə olmamasını cavabdehin sübut etməli olduğunu iddia etsə də məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə razlaşmayaraq qeyd edir ki, sübutetmə yükü təkzib edənin deyil iddia edənin üzərinə düşür.
62. Işin iddiaçı tərəfindən iddia olunan halı heyvanların ##.##.2025-ci il tarixdə əldə olunmasıdır ki, cavabdeh bu halı inkar etmir. Belə olan halda heyvanların tələf olunma tarixi və səbəbi iddiaçı tərəfindən sübut edilməlidir ki, iddiaçı izahatında heyvanların alındıqdan 3-4 gün sonra tələf olduğunu bildirir.
63. Lakin iddiaçının özünün təqdim etdiyi ##.##.2025 və ##.##.2025-ci il tarixli aktlar iddiaçının iddia etdiyi dəlilləri inkar edir. Həmin aktlarda heyvanların ölməsi faktı qeyd edilsə də heyvanların ölüm səbəbi barədə məlumat mövcud deyildir və heyvanların ölüm səbəbini müəyyən edən əsaslandırılmış baytarlıq rəyi iş materiallarında mövcud deyildir.
64. Iddiaçı ölüm səbəbinin müəyyən edilməsi məqsədi ilə birinci instansiyası məhkəməsi tərəfindən ekspertizanın keçirilmədiyini iddia edir. Lakin məhkəmə qeyd edir ki, aktlara əsasən heyvanlar 21 və ## ##### 2025-ci il tarixdə tələf olmuşdur. Belə olan halda hadisənin üzərindən 1 il vaxt ötmüşdür ki, ekspertizanın keçirilməsi üçün nümunələrin götürülməsi mümkün deyildir.
65. Bundan başqa mülki qanunvericiliyin tələbindən göründüyü kimi, heyvanlarda mövcud olan müəyyən xəstəliklərlə bağlı 14 günlük qarantiya müddəti nəzərdə tutulmuşdur ki, ##.##.2025-ci il tarixdə alınmış heyvanların qarantiya müddəti ##.##.2025-ci il tarixdə başlamış və ##.##.2025-ci il tarixdə bitmişdir. Ilk iki heyvan isə ##.##.2025-ci il tarixdə tələf olmuşdur.
66. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı heyvanların ölməsinin səbəblərini (başlıca qüsur) və bunun məhz qarantiya müddətində baş verməsini sübut edə bilmədiyindən iddia tələbinin təmin olunması üçün qanuni əsas mövcud dyildir.
67. Apellyasiya instansiyası məhkəməsini birinci instansiyası məhkəməsinin hüquqi dəyərləndirməsini qəbul edir və həmin mövqeyi təkrarlamağa lüzum görmür.
68. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
69. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən məbləğ 6400 manat təşkil edir və bu məbləğ 10000 manatdan azdır.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(*-**)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.