Məhkəmə qərarları › İş №e-2-2(3-7)-129/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-7)-129/2026

25.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-129/2026 25.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Qarabağ Regional Təhsil Idarəsinə qarşı iş üzrə Işin halları

1. ##.##.2024-cü il tarixli AMX-****/** saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən, paylayıcı İddiaçı Istehsalat Birliyi bu müqavilə ilə müəyyən olunmuş şərtlərə uyğun olaraq istehlakçı Qarabağ Regional Təhsil Idarəsini keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim olunan hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 7.2-ci bəndinə əsasən müqavilə müddəti 1 il müəyyən edilmişdir. 7.3-cü bəndində tərəflər razılaşmışlar ki, istehlakçı bu müqavilənin ləğvi edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, müqavilənin müddəti bu müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu halda yeni müqavilənin bağlanması tələb olunmur.

3. ## ###### 2025-ci il tarixli protokola əsasən, ##.##.2024-cü il tarixli AMX****/** saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əlavə edilmişdir.

4. *************** nömrəli abonentin saldosundan görünür ki, Qarabağ Regional Təhsil Idarəsinin tabeliyində olan Ağdam rayonu, 360 şagirdlik orta məktəbə məxsus Elster G-40 RVG EK-230 markalı, ******** nömrəli sayğacın mexaniki göstəricisi 209787 və elektron göstəricisi 214768 olmaqla ayın əvvəlinə borc 1584.27 manat, sərfin məbləği 1520.76 manat hesablanmışdır.

5. ##.##.2026-cı il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məsuliyyəti barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Qarabağ Regional Təhsil Idarəsindəntəbii qazdan istifadəyə görə yaranmış 3108.03 manat məbləğində əsas borcun, 51.09 manat ödənilmiş rüsum, ümumilikdə 3159.12 manat borcun (pulun) məcburi qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Istehsalat Birliyinin xeyrinə (hesabına) ödənilməsi barədə sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Regional qaz istismarı Idarəsinin xidməti ərazisi olan Şəki rayonunda yerləşən Qarabağ Regional Təhsil Idarəsinin ödəyicisi olduğu Ağdam rayonu 360 şagirdlik orta məktəbin inzibati binası müvafiq qaydada qazlaşdırılmaqla *************** saylı qaz hesabı açılmışdır. Sözügedən müəssisənin təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə istehlakçı arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Qarabağ Regional Təhsil Idarəsinin ödəyicisi olduğu Ağdam rayonu 360 şagirdlik orta məktəbin inzibati binası uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri tam ödənilmədiyindən istehlakçının *************** saylı qaz hesabında 3108.03 manat həcmində olmuşdur. Belə ki, *************** saylı saylı qaz hesabı üzrə göstərilən borc G 40 markalı ******** nömrəli sayğacın 209787 m mexaniki göstəricisi və 214768 m mexaniki göstəricisi ilə yaranmışdır. Tələb olunan borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. Qarabağ Regional Təhsil Idarəsinə borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsədə tələb olunan tam ödəniş edilməmişdir. Bundan əlavə cavabdeh Qarabağ Regional Təhsil Idarəsinə sonuncu dəfə borcun könüllü ödənilməsi üçün onlayn kargüzarlıq vasitəsilə elektron pretenziya qaydasında məktublar göndərilsədə, həmin pretenziyalar rəsmi qəbul edilsə də keçən dövr ərzində tam ödəniş edilməmiş, borc daha da artmış və ona görə də iddiaçı tərəf hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Məhkəmə tərəfindən cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 10 iş günü ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

9. Gəncə Komemrsiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi (hakim – Xədicə Səfərli) ilə, iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 3105 (üç min yüz beş) manat 05 (beş) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51 (əlli bir) manat 05 (beş) qəpik pul tutularaq iddiaçı İddiaçı Istehsalat Birliyinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2 və 5.5-ci maddələri, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsi təşkil edir. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.

11. Məhkəmə xüsusilə vurğulamışdır ki, Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

12. Iş materiallarında olan *************** nömrəli abonentin saldosundan görünür ki, Qarabağ Regional Təhsil Idarəsinin tabeliyində olan Ağdam rayonu, 360 şagirdlik orta məktəbə məxsus sayğac üzrə mexaniki göstəricisi 209787 və elektron göstəricisi 214768 olmaqla 2026cı ilin yanvar ayının əvvəlinə 1584,27 manat borc, sərfin məbləği üzrə 1520,76 manat borc hesablanmışdır. Həmin borclar üzrə ödəniş edilməmişdir.

13. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçı cavabdehdən qaz sərfiyyatına görə ayın əvvəlinə olan borcu və aylıq sərfin dəyərini, beləliklə, cəmi 3105,03 manat borcun ödənilməsini tələb etməkdə haqlıdır.

14. Bununla yanaşı, abonent saldosu üzrə ayın sonuna borc kimi 3108.03 manat göstərilsə də, (1584.27+1520.76=3105.03) sadə riyazi hesablamada uyğunsuzluq aşkar görünür.

15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 447.1, 447.2.1, 447.2.2, 447.2.3 və 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2 və 5.5-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 119.1, 216-220, 222, 227, 233, 284-1, 284- 5.3, 284-6.1 və 360-cı maddələrinə istinad etmişdir.

16. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

17. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, AR Elm və Təhsil Nazirinin ##.##.2025-ci il tarixli, *-**/*-*-***F/**** nömrəli əmri ilə sözügedən təhsil müəssisəsi hələ 2025-ci ilin oktyabr ayında Qarabağ RTI-nin tabeçiliyindən çıxarılaraq Şəki-Zaqatala Regional Təhsil Idarəsinin balansına verilmişdir. Borcun yarandığı dövrdə müəssisə onların tabeçiliklərində olmamışdır. Məhkəmə bu mühüm faktı və müəssisənin yerləşdiyi ərazi üzrə balans mənsubiyyətini raşdırmamışdır. Məhkəmə borcun hansı ayları əhatə etdiyini (2026 yanvar) müəyyən etsə də, həmin aylarda məktəbin faktiki hansı Regional Idarənin tabeliyində olduğunu aydınlaşdırmamışdır. Nazirliyin ##.##.2025-ci il tarixi əmri işin həlli üçün mühüm əhəmiyyət kəsb edən faktiki haldır və hal araşdırılmamış qaldığı üçün yanlış nəticəyə gəlinmişdir. Məhkəmə borcun 2026-cı ilin yanvar ayına aid olduğunu müəyyən etsə də, həmin tarixdə Ağdarn rayonu 360 şagirdlik orta məktəbin hüquqi araq Qarabağ Regional Təhsil Idarəsinin (RTl) tabeçiliyində olmasını sübut edən heç bir rəsmi sənədə (məsələn, müəssisənin balans arışına və ya tabeçilik reyestrinə) istinad etməmişdir. Elm və Təhsil Nazirinin##.##.2025-ci il tarixli əmri ilə müəssisə balansımızdan çıxarılsa da, məhkəmə iddiaçının ##.##.2024-cü il tarixli köhnə müqaviləsinə istinad edərək borcun hələ də onların üzərilərində olduğunu fərz etmişdir. Lakin borcun yarandığı real dövrdə (2026-cı yanvarı) tərəflər arasında faktiki hüquqi bağlılığı sübut edən yeni sənəd araşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

20. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

26. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”

28. Bənd 1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı 29. müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya * nömrəli əlavələr) bağlanılmalıdır.

30. Bənd 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

31. Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

39. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Iddianın təmin edilməyən hissəsi onun mənafeyinə toxunmur. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

48. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Beləliklə, işin halları ondan ibarətdir ki, cavabdeh ilə iddiaçı arasında ##.##.2024-cü il tarixdə qazın alqı-satqısı müqaviləsi bağlanılmış, cavabdehin tabeliyində olan müəssisə təbii qazla təchiz olunmuşdur. Iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh təbii qazdan istifadə nəticəsində yaranmış borc məbləğini iddiaçıya tam ödəməmişdir. Buna görə də hazırda iddiaçı debitor borc olaraq 3108,03 manat pulun ödənilməsini tələb edir.

51. Belə olan halda məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilə öhdəlikləri üzrə yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına müqavilə öhdəlikləri ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

52. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

53. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.

54. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

55. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

56. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.

57. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.

58. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.

59. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında ## ###### 2024-cü il tarixli AMX-****/** nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı istehlakçının istifadəsində olan obyektə təbii qaz verməyi, cavabdeh isə istehlak edilmiş qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin mövcudluğu, qaz təchizatının həyata keçirilməsi, eləcə də sərf edilmiş təbii qazın həcmi və dəyəri iş materiallarında olan yazılı sübutlarla tam təsdiq edilir. Işdə olan abonent saldosundan görünür ki, Qarabağ Regional Təhsil Idarəsinin ödəyicisi olduğu abonent üzrə əvvəlki dövrlərdən formalaşmış 1584,27 manat məbləğində borc və cari sərfiyyata görə hesablanmış 1520,76 manat məbləğində ödənilməmiş borc mövcud olmuş, nəticədə cavabdehin ümumilikdə 3105,03 manat məbləğində pul öhdəliyi yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq və pretenziya məktubları göndərilməsinə baxmayaraq, borc könüllü qaydada ödənilməmişdir.

60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə görə borclu kreditorun xeyrinə müəyyən hərəkəti etməli, kreditor isə həmin vəzifənin icrasını tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin lazımınca icra edilməməsi öhdəliyin pozulması hesab olunur. Eyni zamanda Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

61. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci və 5.5-ci bəndlərinə əsasən istehlakçıya verilmiş qazın dəyəri sayğac göstəricilərinə uyğun hesablanmalı və istehlakçı tərəfindən müəyyən olunmuş müddətdə tam ödənilməlidir.

62. Iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən tələb olunan borc hər hansı normativ sərfiyyat və ya hesablanmış cərimə əsasında deyil, birbaşa sayğac göstəricilərinə uyğun olaraq formalaşmış faktiki istehlakın dəyərindən ibarətdir. Cavabdeh həmin hesablamaların düzgün olmamasını, sayğac göstəricilərinin həqiqətə uyğun gəlməməsini mübahisələndirmir.

63. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, Elm və Təhsil Nazirinin ## ####### 2025-ci il tarixli əmri ilə sözügedən məktəb Qarabağ Regional Təhsil Idarəsinin tabeliyindən çıxarılaraq Şəki-Zaqatala Regional Təhsil Idarəsinin balansına verilmiş, buna görə də borca görə Qarabağ Regional Təhsil Idarəsi məsuliyyət daşımamalıdır. Məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab etmir.

64. Əvvəla, iş materiallarında mövcud olan qaz təchizatı müqaviləsində və abonent uçot sənədlərində istehlakçı qismində məhz Qarabağ Regional Təhsil Idarəsi göstərilmişdir. Müqavilənin ləğv olunması, dəyişdirilməsi, abonentin başqa hüquqi şəxsə keçirilməsi və ya qaz təchizatı münasibətlərində tərəf dəyişikliyinin baş verməsi barədə iş materiallarında hər hansı sübut mövcud deyildir. Təkcə daxili inzibati xarakterli tabelik və ya balans dəyişiklikləri qaz paylayıcısı ilə bağlanmış mülki-hüquqi müqavilədən irəli gələn öhdəliklərə avtomatik xitam verilməsi və ya həmin öhdəliklərin üçüncü şəxsə keçməsi (və ya ötürülməsi) üçün kifayət etmir.

65. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin istinad etdiyi tabelik dəyişikliyi faktının mövcudluğu belə, istehlak edilmiş qazın dəyərinin ödənilməsi öhdəliyini aradan qaldırmır. Çünki mübahisə predmeti olan borc faktiki istehlak edilmiş enerjinin dəyərindən ibarətdir və həmin sərfiyyatın baş verməsi, sayğac göstəriciləri əsasında hesablanması, habelə ödənilməsi iş materialları ilə təsdiq olunmuşdur. Hüquqi müəyyənlik, müqavilə öhdəliklərinin və mülki dövriyyənin sabitliyi prinsipləri tələb edir ki, müqavilə üzrə borclu şəxs öhdəliyin başqa şəxsə keçməsini qanunla müəyyən edilmiş qaydada sübuta yetirmədiyi halda, öhdəliklərinə görə məsuliyyət daşısın.

66. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, təqdim edilmiş sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

67. Apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qanunsuz və ya əsassız olmasını təsdiq etmədiyindən həmin dəlillər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir.

68. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Məhkəmə həmçinin izah edir ki, hazırki iddianın qiyməti 10000 (on min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar