Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-132/2026 08.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 Vaqid oğlu, cavabdeh3 və cavabdeh1 qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), X2 və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Işin halları
1. Iddiaçı ilə cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 arasında bağlanmış ##.##.2022-ci il tarixli ***L************ nömrəli uzunmüddətli kredit - təminat və zaminlik müqaviləsinə əsasən, cavabdeh2 sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə kreditin faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 120 ay müddətinə 500000 manat məbləğində krеdit xətti açılmış, cavabdeh3 və cavabdeh1 tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşlər.
2. İddiaçı QSC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmasına əsasən, ona 36 ay müddətinə, illik faiz dərəcəsi 21% olmaqla 30000 manat məbləğində kredit verilmişdir.
3. Cavabdeh cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçı ##.##.2025-ci il tarixli məktubla cavabdehlərə məktubla müraciət edərək 15711,90 manat krеdit bоrcu, 1327,83 manat faiz bоrcu və 465,07 manat cərimə borcu barədə sonunculara məlumat vermiş, kredit borcunun ödənilməsini və kredit müqaviləsinin ləğv edilməsini təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq etmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli */**** saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, ##.##.2023-cü il tarixli ***R********** nömrəli kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatları və kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh2 (sual üzrə tarixə) ##.##.2025-ci il tarixə “xxxx” QSC-yə olan 15439,05 manat əsas kredit borcu, 1611,65 manat faiz borcu olmuşdur.
5. Rəyə əsasən kredit müqaviləsi üzrə sonuncu ödəniş ##.##.2025-ci il tarixdə 1136 manat məbləğində olmuş və həmin tarixdən sonra kredit müqaviləsi üzrə ödəniş olmamışdır.
Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, ***R********** saylı krеdit razılaşması üzrə 15711,9 manat krеdit bоrcu, 1327,83 manat faiz bоrcu və 465,07 manat cərimə borcu olmaqla, cəmi 17504,80 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 142,52 manat məbləğində dövlət rüsumunun cavabdеhlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, , İddiaçı QSC ilə cavabdeh2 və zamin cavabdeh3, cavabdeh1 arasında bağlanmış ##.##.2022-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən cavabdeh2 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında cavabdeh2 İddiaçı QSC ilə bağladığı ##.##.2023-cü il tarixli ***R********** saylı kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 30000 manat kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Krеdit bоrcundan 14288,1 manat ödəmiş, onun 15711,9 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 148 gün üçün hesablanmış faiz borcu 1327,83 manat, hеsablanmış cərimə 465,07 manat təşkil edir.
8. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 izahatında göstərmişdir ki, hazırda işləmir, krediti ödəməyə imkanı yoxdur, ancaq az-az ödəniş edə bilər, məhkəmədən ona köməklik göstərilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh3 izahatında göstərmişdir ki, bank bir şəxsə kredit verərkən həmin şəxsi hərtərəfli araşdırır. Bank hazırki iş üzrə kredit verərkən necə araşdırma aparmışdır ki, onu zamin qəbul etmişdir. Həmçinin ilk dəfə 10000 manat kreditə zamin durmuş, lakin bank onun haqqında araşdırma aparmadan yenidən borcalana 30000 manat kredit verərək onun öhdəliyini artırmış, vəziyyətini çətinləşdirmişdir. Hazırda onun maddi vəziyyəti həmin kredit məbləğini ödəməyə qadir deyil, məhkəmədən onun zaminliyinə xitam verilməsini xahiş etmişdir.
10. Iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə baxışının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Digər cavabdeh cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh2 arasında bağlanmış ## ### 2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması üzrə 15349 manat 05 qəpik krеdit bоrcu, 1327 manat 83 qəpik faiz bоrcu və 465 manat 07 qəpik cərimə borcu olmaqla, cəmi 17141 (on yeddi min yüz qırx bir) manat 95 (doxsan beş) qəpik məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 141 (bir yüz qırx bir) manat 43 (qırx üç) qəpik məbləğində dövlət rüsumunun cavabdеhlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 müştərək qaydada tutulması, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərcinin cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
12. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehin müvafiq hesabına köçürülmüşdür. Lakin, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş planına əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Ekspertiza rəyi ilə əsas borc məbləğinin 15349,05 manat, faiz borcunun 1611,65 manat təşkil etməsi müəyyən edildiyindən ekspertiza rəyi müəyyən edilmiş 15349,05 manat məbləğində əsas borc, iddia tələbində göstərilən 1327,83 manat məbləğində faiz bоrcu və 465,07 manat məbləğində cərimə borcunun tutulması əsaslıdır.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 739.1 və 739.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 115.0.1, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etmişdir.
14. Cavabdeh cavabdeh3 qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsi, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı borcun tutulmasına dair iddia tələbinin cavabdeh3 münasibətdə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
15. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, İddiaçı QSC ilə cavabdeh2 arasında ##.##.2022-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən, cavabdeh2 sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə kreditin faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 120 ay müddətinə 500000 manat məbləğində krеdit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə cavabdeh2 ##.##.2022-ci il tarixdə 10000 manat kredit verilmişdir ki, məhz həmin kredit üzrə öhdəliklərin yerinə yetirilməsi üçün bankla aralarında ##.##.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsi bağlanarkən cavabdeh2 məhz ##.##.2022-ci il tarixdə götürdüyü 10000 manat kreditə zamin durmuşdur. Lakin sonradan cavabdeh2 götürəcəyi hər hansı kreditə görə zamin olmamışam və belə bir niyyəti də olmamışdır. Bundan sonra İddiaçı QSC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmasına əsasən, sonuncuya 36 ay müddətinə, illik faiz dərəcəsi 21% olmaqla 30000 manat məbləğində kredit verilmişdir. Lakin onun həmin kreditdən xəbəri olmamışdır. Nə də həmin kreditə görə İddiaçı QSC onun zamin olduğumu bildirməmişdir. Həmin kreditin ödənişi cavabdeh2 tərəfindən ödənilmədikdən sonra bank məhkəmədə məlum iddianı qaldırmış, həmin vaxt ona məlum olmuşdur ki, İddiaçı QSC ciddi qanun pozuntusuna yol verməklə ##.##.2022-ci il tarixli zaminlik müqaviləsindən sui-istifadə edərək məlumatı olmadan yenidən, yəni ##.##.2023-cü il tarixdə (zaminlik müqaviləsinin bağlanmasından 8 ay sonra) cavabdeh2 verdiyi kredit üzrə onu zamin kimi qeyd etmişdir. O, isə cavabdeh2 yalnız ##.##.2022-ci il tarixdə götürdüyü kreditə zamin olduğunu qəbul etmişdir, ondan sonra cavabdeh2 götürəcəyi heç bir kreditə görə zamin olacağını bəyan etməmişəm. Lakin qeyd etdiyi kimi xxxx” QSC qanunsuz olaraq ##.##.2022-ci il tarixli zaminlik müqaviləsindən istifadə edərək ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh2 ilə birlikdə ona qarşı da Gəncə Kommersiya Məhkəməsində iddia qaldırmışdır. Lakin işə baxan məhkəmə bu halı araşdırmamış və qiymət verməmişdir. Bundan başqa, qeyd sözügedən zaminlik müqaviləsi ona imzalatdırılarkən bankın daxili xidmət reqlamenti pozulmuşdur. Belə ki, sənədlər ona “back-office” sahəsində deyil, kütləvi zalda divanda əyləşərkən imzalatdırılmışdır. Bankın daxili preosedurlarına və etik davranış qaydalarına görə kredit və zaminlik sənədləri müştəriyə təhlükəsiz və rəsmi şəraitdə - “backoffice” (xidmət otağı) sahəsində, bütün risklər fərdi qaydada izah edilərək imzalatdırılmalıdır. Lakin sənədlər ona bankın kütləvi gözləmə zalında heç bir hüquqi risk izah edilmədən imzalatdırılmışdır. Elə bir şəraitdə o, zaminlik müqaviləsini tam oxuya bilməmiş, müqavilənin məzmunu ilə tanış ola bilməmiş və həmin müqavilə üzrə yarana biləcək öhdəlikləri tam aydın olmamışdır. Nəticədə o, cavabdeh2 sonradan götürə biləcəyi kreditlərə görə də zamin ola biləcəyini bilməmiş və belə bir vacib əhəmiyyətli yanılma altında zaminlik müqaviləsinə imza atmışdır. Məhkəmə araşdırması zamanı çoxsaylı vəsatətlər verərək bu halın araşdırılmasını, bankın ##.##.2022-ci il tarixə olan kamera görüntülərinin götürülməsini tələb etsə də, məhkəmə heç bir əsas olmadan vəsatətlərimə münasibət bildirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Iddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək izhatında bildirdi ki, iş üzrə borc məbləği ekspertiza rəyi ilə müəyyən edilmişdir. Zamin kredit xətti müqaviləsinə zamin durmuş və həmin kredit xətti müqaviləsi 120 ay müddətinə bağlanmışdır. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
18. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, apellyator ərizə ilə məhkəməyə müraciət edərək zaminlik müqaviləsinin ləğv edilməsi ilə bağlı iddia qaldırdığını və həmin işlə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, digər cavabdehlər bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmidir. Məhkəmə, cavabdeh3 məhkəmə iclasında iştirak etməməsinin səbəblkərini üzrsüz hesab edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
20. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
26. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
27. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
30. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
31. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (zamana görə redaksiya).
32. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
33. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
34. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
35. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
36. Maddə 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (##.##.2023-cü il tarixədək qüvvədə olan redaksya).
37. Maddə 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (##.##.2023-cü il tarixədək qüvvədə olan redaksya).
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
45. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
48. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
52. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh cavabdeh3 qətnaməni qismən, yəni ondan borcun tutulması hissəsində mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını cavabdeh3 münasibətdə borcun tutulması hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
54. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. Ilk öncə məhkəmə qeyd edir ki, üzumüddətli kedit xətti və zaminlik müqaviləsi, o cümlədən kredit xətti müqaviləsinə əsasən 30000 manat kreditin verilməsinə dair kredit sazişi etibarsız olmamış və tərəflərin həqiqi maraqlarını əks etdirmişdir. Birinci instansiyası məhkəməsində iştirak edən əsas borclu borcunu etiraf edərək maddi imkanı olmadığı üçün kredit borcunu ödəyə bilmədiyini bildirmiş, zamin olan apellyator müqaviləni imzaladığı bildirir. Bu səbəbdən məhkəmə hesab edir ki, müqavilələr etibarsız olmamış və həqiqi hüquqi nəticələr yaratmışdır.
57. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh cavabdeh2 arasında ##.##.2022-ci il tarixli ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmış və həmin müqavilə ilə ona sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə kreditin faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 120 ay müddətinə 500000 manat məbləğində krеdit xətti açılmışdır. Digər cavabdehlər cavabdeh3 və cavabdeh1 həmin müqavilə üzrə borclunun öhdəliklərinin icra edilməsi üçün zamin olaraq üzərlərinə həmin müqavilədə öhdəlik götürmüşlər. Bundan sonra ##.##.2022-ci il tarixli ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə iddiaçı ilə cavabdeh cavabdeh2 ##.##.2023-cü il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmasına əsasən, 36 ay müddətinə, illik faiz dərəcəsi 21% olmaqla 30000 manat məbləğində kredit verilmişdir. Borclu kredit öhdəliyini icra etməmiş və onun iddiaçıya borcu qalmışdır. Borc məbləği birinci instansiyası məhkəməsi tərəfindən araşdırılmış və ekspertiza rəyi ilə müəyyən edilmidir ki, cavabdeh2 (sual üzrə tarixə) ##.##.2025-ci il tarixə “xxxx” QSC-yə olan 15439,05 manat əsas kredit borcu, 1611,65 manat faiz borcu olmuşdur.
58. Apellyator zamin olaraq öhdəliyin icrası ilə bağlı öhdəlik götürdüyündən iddiaçı borcun ödənilməsini əsas borclu və zaminlərdən tələb edir. Zamin olan apellyator qətnaməni ondan borcun tutulması hissəsində mübahisələndirir.
59. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, zaminlik müqaviləsi bağlanarkən cavabdeh2 məhz ##.##.2022-ci il tarixdə götürdüyü 10000 manat kreditə zamin durmuşdur. Lakin sonradan cavabdeh2 götürəcəyi hər hansı kreditə görə zamin olmamış və belə bir niyyəti də olmamışdır. Onun 30000 manat kreditin verilməsindən məlumatı olmamış və iddiaçı ona bu barədə məlumat verməmişdir.
60. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, apellyator ##.##.2022-ci il tarixli ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə borcalanın öhdəliyinin icrasına zaminliyi öz üzərinə götürmüşdür. Həmin müqavilə üzrə faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 120 ay müddətinə 500000 manat məbləği ilə bağlı kredit xəttini nəzərdə tutmuşdur.
61. Bu isə o anlama gəlir ki, zamin kredit xətti müqaviləsi üzrə borcalanın kredit xətti müqaviləsində müəyyən edilmiş 500000 manat kreditin faiz dərəcəsi 28 faizdən artıq olmamaq şərti ilə zaminliyi üzərinə götürmüşdür.
62. Məhkəm araşdırması zamanı müəyyən edildiyi kimi borcalana ##.##.2022-ci il tarixli ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən ##.##.2023-cü il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmasına əsasən, 36 ay müddətinə, illik faiz dərəcəsi 21% olmaqla 30000 manat məbləğində kredit verilmişdir.
63. Göründüyü kimi 30000 manat kreditin verilməsi kredit xətti müqaviləsinə əsaslanmış, faiz dərəcəsi kredit xətti müqaviləsində müəyyən 28 faizdən çox olmamış və apellyatorun zaminliyinə xitam verilməsinə əsas olmamışdır.
64. Apellyator kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasına öhdəliyi öz üzərinə götürdüyündən kredit xətti müqaviləsi üzrə hər kredit müqaviləsinin bağlandığı zaman onun razılığının alınması və ya iddiaçı tərəfindən ona xüsusi məlumatın veriməsi zərurəti mövcud olmamaqla yanaşı zaminlik müqaviləsində və ya qanunvericilikdə hər hansı müddəa mövcud deyildir.
65. Bundan başqa apellyatorun digər şikayət dəlili ondan ibarətdir ki, sözügedən zaminlik müqaviləsi ona imzalatdırılarkən bankın daxili xidmət reqlamenti pozulmuşdur. Belə ki, sənədlər ona “back-office” sahəsində deyil, kütləvi zalda divanda əyləşərkən imzalatdırılmış, ona risklər barədə izah verilməmiş, o müqaviləni tam oxuya bilməmiş, müqavilənin məzmunu ilə tanış olan bilməmiş, nəticədə o, cavabdeh2 sonradan götürə biləcəyi kreditlərə görə də zamin ola biləcəyini bilməmiş və belə bir vacib əhəmiyyətli yanılma altında zaminlik müqaviləsinə imza atmışdır.
66. Apellyasiya şikayətinin bu dəlilləri ilə bağlı qeyd edilməlidir ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır (Mülki Məcəllə - maddə 324.4, 405.1, 407.2).
67. Göründüyü kimi, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə və tərtib olunmuş müqavilə imzalandığı andan müqavilə bağlanmış sayılır.
68. Belə olan halda apellyatorun müqaviləni oxumadığını, şərtləri anlamadığını, ona izah edilmədiyini bildirməsi müqavilənin ləğvi və ya etibarsızı üçün əsas deyildir.
69. Apellyatora hər hansı təziq, zorakılıq və ya aldatma nəticəsinə müqavilənin bağlanmasına məcbur edilməsinə dair isə iş materiallarında sübutlar mövcud deyildir. Apellyator sərbəst iradə ifadəsinə uyğun müqaviləni imzalamış və şərtlərini oxumaq iqtidarında olmuşdur.
70. Bundan başqa müqavilənin bankın “back-office”ndə və ya kütləvi zalda divanda əyləşərkən imzalanması da müqavilənin ləğvi və ya etibarsızlığına da əsas deyildir.
71. Bunlardan başqa apellyator müqaviləni bağladığı zaman yanıldığınə bildirir. Bununla bağlı qeyd edilməlidir ki, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir, şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir, tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir (Mülki Məcəllə maddə - 347.1, 347.2, 347.2.1, 347.2.2, 347.2.3, 347.3).
72. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, apellyator borcalanın kredit öhdəloiyinin icrası ilə banka getmiş və zamin olacağını dərk edərək müqaviləyə imza etmişdir. Belə olan halda isə vacib əhəmiyyətli yanılmadan söhbət gedə bilməz.
73. Sonda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, zaminliyə xitam verilməsinin əsasları Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuşdur. Bu əsaslar hazırki qətnamənin 35-ci bəndində göstərilmişdir ki, hazırki iş üzrə həmin hallar mövcud deyildir.
74. Eyni zamanda qeyd edilməlidir ki, apellyatorun şikayət dəlilləri borcun məbləği ilə bağlı olmadığından məhkəmə tərəfindən borcun məbləği və müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı hüquqi dəyərləndirmə aparılmamışdır.
75. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
76. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
77. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
78. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabeh cavabdeh3 tərəfindən kassasiya şikayəti verilə bilər. Belə ki, iddiaçı və digər cavabdehlər birinci instansiyası məhkəmənin qətnaməsində apellyasiya şikayəti verilməmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən onların maraqlarına zidd qərar qəbul edilməmişdir.
79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi :
Cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.