Məhkəmə qərarları › İş №e-2-2(3-7)-133/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-7)-133/2026

08.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2-2(3-7)-133/2026 08.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), X4 və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Işin halları

1. Iddiaçı ilə cavabdeh cavabdeh1 arasında ## ###### 2024-cü il tarixli KM/***/*******/****** saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən borcalan cavabdeh1 borcalanın “xxxx” ASC ilə olan ##.##.2024-cü il tarixli, KTA-KTT**/***** nömrəli lizinq müqaviləsi üzrə mal alışı məqsədi ilə 36 ay müddətinə 9816 manat məbləğində faizsiz kredit verməyi, borcalan isə krediti qəbul edərək müqavilədə göstərilən müddətdə və qaydada krediti banka geri ödəməyi öz öhdəsinə götürmüşdür.

2. Cavabdeh cavabdeh1 ## ###### 2024-cü il tarixli KM/***/*******/****** saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə cavabdeh2 ilə “X1 Olmayan Kredit Təşkilatı” ASC arasında ## ###### 2024-cü il tarixli ZM/***/*******/****** saylı zaminlik müqaviləsi bağlanmış və zamin borcalanın Kreditor qarşısında öz öhdəliklərinin icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür.

3. ## ###### 2024-cü il tarixli KM/***/*******/****** saylı kredit müqaviləsinə ** nömrəli Əlavəyə (ödəniş cədvəli) əsasən ilk ödəniş ##.##.2024-cü il, son ödəniş tarixi isə ##.##.2027-ci il olmaqla 9816 manat kredit məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

4. 29.02.204-cü il tarixli ödəniş tapşırığına əsasən, cavabdeh1 AZ**BRES*****AZ************* nömrəli hesabına iddiaçı tərəfindən 9816 manat məbləğində pul köçürülmüşdür.

5. Cavabdeh olan borcalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazmınca yerinə yetirmədiyindən onun iddiaçıya borcu qalmışdır. Borcun ödənilməsi ilə əlaqədar iddiaçı ##.##.2026-cı il tarixli preteziya ilə cavabdehlərə müraciət edərək ## ###### 2024-cü il tarixli kredit müqaviləsi üzrə banka 6268,95 manat əsas, 343,33 manat cərimə borcu olmaqla, cəmi 6612,28 manat borcun yarandığını bildirmiş, cəmi 6612,28 manat borcun ödənilməsini tələb etmiş və əks təqdirdə qanunvericiliklə müəyyən edilmiş zəruri tədbirlərin görüləcəyi barədə cavabdehlərə xəbərdarlıq etmişdir.

6. Tərəflər arasında yaranmış mübahisə məhkəmədən kənar həllini tapmadığından iddiaçı məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ##.##.2024-cü il tarixli, KM/***/*******/****** nömrəli kredit müqaviləsi üzrə 6268.95 manat əsas, 343.33 manat cərimə olmaqla, cəmi 6612,28 manat məbləğində vəsaitin və 87 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdelərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “X2” ASC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli, KM/***/*******/****** nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə 9816 məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 1-ci bəndi). Kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilməli idi. Lakin borclu cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də borclu cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh cavabdeh1 ## ###### 2026-cı il tarixli arayışa əsasən “X2” ASC-yə olan borcunun məbləğəisas məbləğ üzrə 6268.95 manat, cərimə üzrə 343.33 manat olmaqla, cəmi 6612,28 manat təşkil edir. Kredit müqaviləsinin təminatı kimi cavabdeh2 ilə ##.##.2024-cü il tarixli, ZM/***/*******/****** nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh ilə müqavilə üzrə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həlledilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “X2” ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

9. Cavabdeh cavabdeh1 iddia tələbinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, cavabdeh1 “X2” ASC-nin lizinq şirkəti olan “xxxx” ASC-dən “New Holland” markalı TD 5.110 2023-cü il buraxılışı olan traktor və ona birləşdirilmiş otbiçən, eyni zamanda ot toplayan aqreqatlarını lizinq yolu ilə əldə etmişdir. Həmin lizinq əmlakları alarkən hazırki iş üzrə iddiaçı “X2” ASC-dən 9.816 manat kredit götürmüşdü. Lizinq əmlaklardan istifadə etdiyi dövrdə iddiaçı təşkilata təxminən 4000 manat kredit ödəmişdir. Ancaq sonradan texnikalarda nasazlıq yarandığından bunun günahkarı o, deyil, lizinq şirkəti olduğundan ödənişlərimi edə bilmədi. Bu barədə dəfələrlə lizinq təşkilatıyla danışıqlar aparsa da, nəticəsiz qaldı və texnikalar işlək vəziyyətə gətirilmədi. Bununla o, həmin lizinq texnikalardan istifadə edə bilmədiyindən və qazanc əldə edə bilmədiyindən kredit ödənişlərini edə bilmədi. Qeyd edir ki, texnikanın yeni olmasına baxmayaraq, 2024-ci ilin may ayında, biçin sezonunun əvvəlində otbiçən aqreqatda ciddi texniki nasazlıq baş verdi və aqreqat yararsız hala dümüşdür. Bu barədə iddiaçı şirkətə dərhal məlumat verdi. Lakin tələb olunan detalın gətirilməsi iddiaçı Lizinq tərəfindən yalnız 3 ay sonra, sentyabr ayında təmin edildi. Bu səbəbdən biçin işlərini vaxtında həyata keçirə bilmədi və nəticədə təxminən 30000 manat dəyərində gəlir itkisi yaşadı. Bundan əlavə, 2024-cü ilin oktyabr ayında traktorun startyoru xarab olması səbəbindən və həmin detalın 2 ay sonra iddiaçı təşkilat tərəfindən təmin edildiyindən o, texnikanı işlədə bilmədi. Bunun da günahkarı iddiaçı təşkilat özü olmuşdur. Qeyd edilənləri iddiaçı Şirkətin Bərdə rayon filialında və iddiaç təşkilata servis xidmətini həyata keçirən Grand Motors şirkəti məlumatlıdırlar. Yaranmış vəziyyət ödənişlərdə gecikmələrə səbəb olmuşdur. Iddiaçı Şirkət bu vəziyyəti nəzərə alaraq texnikaya verilən zəmanəti 700 saatdan 1500 saata qədər artırmış və ödənişlərlə bağlı müəyyən güzəştlər edilmişdir. Lakin halhazırda mövcud borcun məbləğinin yüksək olması səbəbilə öhdəliyini yerinə yetirmək imkanı yoxdur. Bu səbəbdən, texnikanı könüllü şəkildə ##.##.2025-ci il tarxde Iddiaçı şirkətin Bərdə rayon filialına təhvil vermişdir. Şərh olunanlardan belə məlum olur ki, onun təqsiri olmadan tarktor və otbiçən nasaz olduğundan, texnikaların detalları iddiaçı təşkilatın təqsiri ucbatından gec təmin olunduğundan, bununla da, sezonda X3 şəklində ona maddi ziyan dəydiyindən iddia təşkilatın kredit öhdəliyini yerinə yetirə bilməmişdir. Bu barədə iddiaçı Şirkətə məlumatları və bildirişləri təqdim etmişdir.

10. Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin etirazına münasibət olaraq bildirmişdir ki, cavabdeh cavabdeh1 tərəfindən təqdim edilmiş etiraz mülahizələri ilə tanış olduqdan sonra bildirirlər ki, cavabdehin etirazı aşağıdakı səbəblərə görə əsassızdır və rədd edilməlidir: 1. Kredit Öhdəliyinin Müstəqilliyi barədə bildirir ki, kredit müqaviləsi pul vəsaitinin verilməsi və qaytarılması üzrə yaranan müstəqil öhdəlikdir. Iddiaçı "X2" ASC tərəfindən cavabdehə texnika deyil, pul vəsaiti (kredit) verilmişdir. Kredit müqaviləsi üzrə əsas öhdəlik ayrılmış vəsaitin müəyyən edilmiş qrafik üzrə geri qaytarılmasıdır. Texnikanın texniki vəziyyəti, satıcı və ya servis mərkəzi ilə yaranan münasibətlər bu məhkəmə mübahisəsinin predmeti deyil və cavabdehi kredit borcunu ödəmək öhdəliyindən azad etmir. 2. Sahibkarlıq Riski və "X3" iddiaları cavabdeh öz etirazında gəlir itkisi yaşadığını qeyd edir. Belə ki, sahibkarlıq fəaliyyəti şəxsin öz riski ilə həyata keçirdiyi fəaliyyətdir. Texnikanın istismarında yaranan çətinliklər və ya "X3" iddiaları kredit verən təşkilata qarşı irəli sürülə bilməz. 3. Öhdəliyin pozulmasının cavabdeh tərəfindən etirafı cavabdeh öz etiraz mülahizələrində faktiki olaraq krediti götürdüyünü və ödənişləri tam icra etmədiyini etiraf etmişdir. O, öhdəliyin pozulmasını "texniki nasazlıq" ilə əlaqələndirməyə çalışsa da, onun gətirdiyi səbəblər hazırkı mübahisənin predmeti deyil.

11. Iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində yazılanların izahatı olaraq qəbul olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir.

12. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

13. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli, KM/***/*******/****** nömrəli kredit müqaviləsinə əsasən 6268,95 manat əsas borc, 316,05 manat cərimə borcu olmaqla, cəmi 6585 (altı min beş yüz səksən beş) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85 (səksən beş manat) 85 (səksən beş) qəpik pulun cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

14. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Cəmiyyət borcalan cavabdeh1 36 ay müddətinə 9816 manat krediti faizsiz vermiş, borcalan krediti ödəməyi öhdəsinə götürmüş, cavabdeh2 isə kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımınca icrası üzrə zamin qismində öz üzərinə məsuliyyət götürmüşdür. Məhkəməyə təqdim edilən cavabdeh cavabdeh1 məxsus AZ**BRES*****AZ************* nömrəli bank hesabından ##.##.2020-##.##.2026-cı il tarixlərini əhatə edən çıxarışdan görünür ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilmiş, lakin ##.##.2026-cı il tarixdən sonra (iddia irəli sürülərkən istinad olunan maliyyə arayışının tarixi) ödəniş olmamışdır. Iddiaçı kredit razılaşması üzrə əsas borcun ödənilməsi ilə bağlı iradə ifadəsini ## ###### 2026-cı il tarixli bildirişdə ifadə etmişdir. Tərəflər arasında olan müqavilə həmin tarixdən xitam edilmiş hesab edildiyi üçün iddiaçı məhz ##.##.2026-cı il tarixədək hesablanmış faiz ödənişlərini tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc 6268,95 manat müəyyən edilməlidir. Məhkəmə zaminə münasibətdə qeyd etmişdir ki, o kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin ödənilməsi üçün də məsuliyyət daşıyır. Məhkəmə hesab etmişdir ki, ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə dəbbə pulunun (penya) 316,05 manat müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir və buna görə də ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə 316,05 manat məbləğində cərimə cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 447, 448.1, 462.1, 465.2, 470, 472, 742, 743, 745, 746-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2018-ci il tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrinə istinad etmişdir.

16. Cavabdeh cavabdeh1 qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

17. Işə baxan məhkəmə yalnız iddiaçı Cəmiyyətin təqdim etdiyi maliyyə arayışını əsas götürərək iddia tələbini təmin etmişdir. O, “X2” ASC-nin lizinq şirkəti olan “xxxx” ASC-dən “New Holland” markalı TD 5.110 2023-cü il buraxılışı olan traktor və ona birləşdirilmiş otbiçən, eyni zamanda ot toplayan aqreqatlarını lizinq yolu ilə əldə etmişdir. Həmin lizinq əmlakları alarkən hazırki iş üzrə iddiaçı “X2” ASC-dən 9.816 manat kredit götürmüşdür. Lizinq əmlaklardan istifadə etdiyi dövrdə iddiaçı təşkilata təxminən 4000 manat kredit ödəmişdir. Ancaq sonradan texnikalarda nasazlıq yarandığından bunun günahkarı o, deyil, lizinq şirkəti olduğundan ödənişlərini edə bilmədi. Bu barədə dəfələrlə lizinq təşkilatıyla danışıqlar aparsa da, nəticəsiz qalmış və texnikalar işlək vəziyyətə gətirilməmişdir. Bununla o, həmin lizinq texnikalardan istifadə edə bilmədiyindən və qazanc əldə edə bilmədiyindən kredit ödənişlərini edə bilməmişdir. Texnikaların xarab olması ilə bağlı 30000 manat gəlir itkisi ilə üzləşmiş və nəticədə ödənişləri çox olduğundan ödənişləri edə bilməmişdir. Bu səbəbdən, texnikanı könüllü şəkildə ##.##.2025-ci il tarxde iddiaçı şirkətin Bərdə rayon filialına təhvil vermişdir. Şərh olunanlardan belə məlum olur ki, onun təqsiri olmadan tarktor və otbiçən nasaz olduğundan, texnikaların detalları iddiaçı təşkilatın təqsiri ucbatından gec təmin olunduğundan, bununla da, sezonda X3 şəklində ona maddi ziyan dəydiyindən iddiaçı təşkilatın kredit öhdəliyini yerinə yetirə bilməmişdir. Bu barədə iddiaçı Şirkətə məlumatları və bildirişləri təqdim etmişdir Eyni zamanda ilkin odeniş ücün “X2 ASC dən götürdüyü krediti 2025-ci ilin may ayinadək ödəyirdi. Lakin traktoru iddiaçı şirkətə təhvil verdikdən sonra maddi vəziyyətim ilə əlaqədar odəniş edə bilməmişdir. Şərh olunanlardan belə məlum olur ki, onun təqsirim olmadan lizinqləri, tarktor və otbiçən nasaz olduğunda, texnikaların detalları iddiaçı təşkilatın təqsiri ucbatından gec təmin olunduğundan, bununla da, sezonda X3 şəklində ona maddi ziyan dəydiyindən iddia tələbi rədd edilməlidir. Hesab edirə ki, ondan asılı olmayan səbəblərdən müqavilə şərtlərini yerinə yetirməməyi fors-major halı hesab edilməli və iddia tələbi rədd edilməklə, apelyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasına səhhəti ilə bağlı gələ bilmədiyini və bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə, cavabdehin məhkəmə iclasında iştirak etməməsinin səbəblərini üzrsüz hesab edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

21. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

27. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

28. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

31. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

32. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (zamana görə redaksiya).

33. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

34. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

35. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

36. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

37. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

38. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

39. Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

47. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

48. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

50. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

54. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh cavabdeh1 qətnamənin ləğv olunması xahiş edərək qətnaməni tam mübahisələndirir. Odur ki, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

56. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

58. Ilk öncə məhkəmə qeyd edir ki, kedit və zaminlik müqavilələri etibarsız olmamış və tərəflərin həqiqi maraqlarını əks etdirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, müqavilələr etibarsız olmamış və həqiqi hüquqi nəticələr yaratmışdır.

59. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və ona 36 ay müddətinə 9816 manat məbləğində faizsiz kredit verilmişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliyini lazmınca icra etmədiyindən onun iddiaçıəya borcu yaranmış və iddiaçı ##.##.2026-cı il tarixli preteziya ilə cavabdehlərə müraciət edərək ## ###### 2024-cü il tarixli kredit müqaviləsi üzrə banka 6268,95 manat əsas, 343,33 manat cərimə borcu olmaqla, cəmi 6612,28 manat borcun yarandığını bildirmiş, cəmi 6612,28 manat borcun ödənilməsini tələb etmiş və əks təqdirdə qanunvericiliklə müəyyən edilmiş zəruri tədbirlərin görüləcəyi barədə cavabdehlərə xəbərdarlıq etmiş və bununlada tərəflər arasında bağlanmış kredit müqaviləsinin birtərəfli ləğvinə dair iradə ifadəsini bəyan etmişdir.

60. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarına əsasən, Mülki Məcəlləsinin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

61. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.

62. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və X3nın) ödənilməsini tələb edə bilər.

63. Göründüyü kimi birinci instansiyası məhkəməsi haqlı olaraq borc məbləğini iddiaçının pretenziya ilə cavabdehlərə müraciət etdiyi ##.##.2026-cı il tarix olaraq müəyyən etmiş və həmin tarixə uyğun müqavilənin ləğv olunması qənaətinə gəlmişdir.

64. Cavabdeh iddiaçıdan kredit götürdüyü və bunu digər şirkətdən lizinq götürəcəyi lizinq avadanlığının ilkin ödənişini etmək üçün götürdüyü bildirir ki, kreditin verilməsi hazırki halda işin mübahisəsiz halı kimi çıxış edir.

65. Lakin apellyator iddiaçıya 4000 manata yaxın pul ödədiyini bildirsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbu ki, iş materiallarına əlavə edilmiş apellyatorun bank hesabından çıxarışa əsasən iddiaçının tələb etdiyi məbləğdə borcun mövcudluğu təsdiqini tapır.

66. Apellyasiya şikayətinin bir dəlili ondan ibarətdir ki, məhkəmə yalnız təqdim edilmiş maliyyə arayışına istinad etmişdir. Lakin qeyd edildiyi kimi bank hesabından çıxarış iş materiallarına əlavə edilmiş və birinci instansiyası məhkəməsini həmin çıxarışı sübut qismində qiymətləndirmişdir.

67. Apellyasiya şiukayətinin digər dəlillərinə, yəni texnikaların nasaz olması, bu səbəbdən işləyə bilməməsi və bu halın fors-major hesab edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırki iş üzrə mübahisənin predmetini təşkil edən kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi lizinq şirkəti ilə cavabdehin arasında olan münasibətlərdən asılı deyildir.

68. Belə ki, lizinq müqaviləsinin şərtləri başqa, kredit müqaviləsinin isə şərtləri başqa olduğundan və kredit müqaviləsində öhdəliklərin icrasının lizinq müqaviləsinin icrasından asılı edilmədiyindən apellyatorun lizinq şirkəti ilə aralarında olan münasibətlərin kredit öhdəliyindən sonuncunun yayınmasına əsas deyildir.

69. Bundan başqa Fors-major dedikdə tərəflərin iradəsindən asılı olmayaraq baş verən və inkişaf edən, onların və ya onlardan birinin müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsini qeyri-mümkün edən aşağıdakı hadisə və hallar nəzərdə tutulur: hərbi akt, hərbi müdaxilə, silahlı münaqişə, embarqo, terror aktı, hərbi vəziyyətin elan olunması, birgə fəaliyyətin davam etdirilməsinə mane olan dövlət orqanının qərarı və s. bu kimi hadisələr; təbii qəzalar (ildırım, zəlzələ, yer sürüşməsi, sunami, daşqın və s.); texnogen qəzalar (yanğın, partlayış, kimyəvi zəhərlənmə və s.).

70. Göründüyü kimi, fors-major hal fövqəladə və qarşısıalınmaz elə hadisələrdir ki, bu hadisələrin baş verməsi müqavilə iştirakçılarının kontrolundan kənar olan, öncədən təxmin edilməyən və qarşısıalınmaz hadisələri ifadə edir.

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 2018-ci il # ######## tarixli qərarında müəyyən edilmişdir ki: Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir.

72. Məhkəmə qeyd edir ki, kredit öhdəliyinin icra edilməməsi üçün qeyd edilən fors-major hallar mövcud olmamış və fors-major hallarla bağlı kredit öhdəliyinin icra edilməməsi ilə bağlı tərəflər arasında bağlanmış müqavilədə qeyd-şərt mövcud deyildir.

73. Bundan başqa məhkəmə zamindən borcun və cavabdehlərdən cərimə borcunun tutulması ilə bağlı birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və həmin mövqeyi təkrarlamağı zəruri saymır.

74. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

75. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

76. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

77. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, cavabdehlərdən tutulan borcun məbləği 6585 manatdır ki, bu da 10000 manatdan azdır.

78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi :

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar