Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2-2(3-7)-137/2026 30.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil/Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh (VÖEN **********) arasında bağlanmış **/**-**** nömrəli, ## ###### 2024-cü il tarixli müqaviləyə və elektron qaimələrə əsasən 3000 manat vəsaitin İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh da iddiaçı İddiaçı MMC-yə qarşılıqlı iddia ərizəsi verərək, ilk iddia üzrə iddiaçı İddiaçı MMC-nin ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqı iddia tələbinin təmin edilərək İddiaçı MMC-dən 2000 manatın və məhkəməyə ödənilən 40 manat dövlət rüsumunun tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim Ramiq Qələndərzadə) iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməməsi və ərizənin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması; Ödənilmiş 40 manat dövlət rüsumunun cavabdeh Cavabdeh qaytarılması qərara alınmışdır. Qərardaddan cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil/Nümayəndə şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia tələbinin verilməsi üçün əsaslar məhkəmə hazırlıq iclası zamanı yaranmışdır. Belə ki, ilk dəfə ##.##.2026-cı il tarixdə hazırlıq iclasında iştirak etmişdir. Həmin vaxt iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Vəkil olaraq məhkəmə iclasında bildirmişdir ki, işdə olan sənədlərlə və iddiaçı tərəfin mövqeyi tanış deyildir. Məhkəmə müdafiəsi hüququnu həyata keçirmək üçün bu xüsusat zəruridir. ##.##.2026-cı il tarixdə məhkəmə tərəfindən iddiaçının nümayəndəsi X1 elektron qaimənin cavabdeh tərəf və ya sistem tərəfindən təsdiq edilməsi ilə bağlı sual verilmişdir. Elturan Həşimov isə suala konkret cavab verə bilməmiş və bu barədə məlumatsız olduğunu qeyd etmişdir. Vəkil olaraq məhkəmə müdafiəsi hüququnu həyata keçirmək üçün elektronqaimə barədə məlumatı qarşı tərəfi gözləmədən əldə etmişdir. ##.##.2026-cı il tarixədək elektron-qaimənin kim tərəfindən təsdiq edilməsi barədə iddiaçı tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. Qarşılıqlı iddia ərizəsini vermələrinin hüquqi əsası elektron-qaimənin sistem tərəfindən təsdiq edilməsi barədə məlumatın alınması olmuşdur. Hakim ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli hazırlıq iclaslarında iddiaçının nümayəndəsindən sənədlər istəmişdir. Qarşılıqlı iddia ərizəsinin verilməsini zəruri edən birbaşa xüsusat hazırlıq iclasında hakim tərəfindən iddiaçının nümayəndəsindən tələb edilən sənədlər olmuşdur. Işin mübahisə olunmayan halı ondan ibarətdir ki, ilk iddia ilə qarşılıqlı iddia arasında əlaqə vardır. Qarşılıqlı iddia tələbinin təmin edilməsi, ilk iddia tələbinin rədd edilməsi üçün əsasdır. Qarşılıqlı iddia ərizəsinin icraata götürülməsindən imtina edilməsinin hüquqi nəticəsi qarşılıqlı iddiaçının ayrıca iddia ərizəsi verməsinə səbəb olacaqdır. Bu isə hər iki tərəfin vaxt itkisi və məhkəmənin iş yükünün artmasına səbəb olacaqdır. Qeyd olunan hallar məhkəməyə aydın olmasına baxmayaraq, qarşılıqlı iddia ərizəsinin icraata götürülməsindən imtina edilməsi vətəndaşın məhkəmə prosesində ağlabatan müddətdə dindirilməsi imkanını məhdudlaşdırır. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün hüquqi əsas ##.##.2026-cı il tarixdə elektron-qaimənin sistem və ya cavabdeh tərəfindən təsdiq edilməsinə dair sübutun iddiaçının nümayəndəsindən tələb edilməsi olmuşdur. Elektron-qaimə təsdiq edilməməsi barədə məlumatın əldə edilməsi qarşılıqlı iddia ərizəsinin verilməsini zəruri etmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. Iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 155.1ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Məhkəmə kollegiyası qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Iş materialları əsasında müəyyən edilir ki, ilk iddia ərizəsi Gəncə Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilərək, məhkəmənin hazırlıq iclası ## ##### 2026-cı il tarixə, saat 11:10-a təyin olunmuş, həmin tarixdə tərəflərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə bildiriş, həmçinin cavabdehə iddia ərizəsinin surəti göndərilmişdir. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etməklə məhkəmə bildirişini, prosessual hüquq və vəzifələrin izahına dair çıxarışı və iddia ərizəsinin surətini rəsmi qaydada qəbul etmişdir. Buna baxmayaraq, qarşılıqlı iddia ərizəsi ##.##.2026-cı il tarixdə, yəni MPM-nin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdikdən sonra məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, qarşılıqlı iddia ərizəsi yuxarıda qeyd olunan prosessual hüquq normalarına riayət edilməklə verilməmişdir. Şərh edilənlərin yekunu olaraq kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən və MPM-nin 155-156, 263-264, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2-2(3-7)-137/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-7)-137/2026
30.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver